Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-27/2023 11.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X7 və qanuni nümayəndəsi X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1996-cı ildə Bərdə rayonunun Darğalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olmuş, məhkumuluğu olmayan, Bərdərayonunun Darğalar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ Bərdə Rayon Məhkəməsinə daxil olmuş “böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat aparılmasının nəticələrinə dair” yekun protokoldan görünür ki Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, o, 09 iyun 2022-ci il tarixdə saat 18:30 radələrində Bərdə rayonunun Darğalar kəndində həmkəndlisi xx xxxx 2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan X6 evlənmək məqsədilə qollarından tutub dartaraq zor tətbiq etməklə özünə məxsus olan VAZ 21103 markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobilə mindirib iradəsinə zidd olaraq qaçıran zaman Nəsibə Zeynalovanın sakitləşməsi üçün onun sol əlinə, sağ said nahiyəsinə, bel və sağ bazu nahiyələrinə əli ilə, təpiklə isə sağ ayağının baş barmaq nahiyəsinə qəsdən vurub Nəsibə Rüstəmovaya sol əlin İV barmağının əsas falanqasının sağ yan səthinin, sağ saidin orta üçdə birinin ön səthinin, sağ bazunun yuxarı üçdə birinin arxa səthinin, bel, sağ bazunun yuxarı üçdə birinin bayır səthinin, sağ ayağın baş barmağının arxa səthinin sıyrıqları, sağ bazunun orta-aşağı üçdə birinin arxa səthində sağ dirsək oynağını əhatə edən hematoması ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, həmkəndlisi, eyni zamanda qohumu X2, ailə qurub evlənmək istəmişdir. Nəsibəni qaçırtmamışdan təxminən 3-4 ay əvvəl Nəsibəgilin evlərinə bibisi Leylanı iki dəfə elçi göndərmişdir. Nəsibənin valideynləri yaşının az olduğunu, hələ orta məktəbdə təhsil aldığını bildirərək razılıq verməmişdilər. Lakin O, Nəsibəni bəyəndiyi üçün əl çəkə bilməmiş və ailə qurmaq məqsədilə qaçırmaq qərarına gəlmişdir. 09 iyun 2022-ci il tarixdə kəndlərində Nəsibənin əmisi İsgəndərin qızı Elnarənin toy mərasimi olarkən onlar da ailəlikcə həmin toy mərasiminə getmişlər, toyda olan zaman o, Nəsibənin dayısı qızı Gülnarın və əmisi qızı İlahənin də yanında oturduğunu görmüşdür. O, xalası oğlu Elmir və əmisi oğlu Romana Nəsibəni qaçırmaq istədiyini bildirmiş, Elmirgil də ona kömək edəcəklərini bildirmişlər. Onlar İlahəyə demişlər ki, Gülnara desin, Nəsibəni öz həyətlərinə gətirsin, Nəsibəyə sözü vardır. X10çıracağımızı demişdir. O, özünə məxsus olan VAZ 21103 markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobili Gülnargilin həyətində saxlamış, öz aralarında razılaşmışlar ki, o, öz avtomobilimdə əyləşib gözləsin, Nəsibə də maşının yanından keçəndə X13 tutub saxlasın. İlahə, Gülnar və Nəsibə birlikdə toydan çıxıb Gülnargilin həyətinə gəlmişlər, saat 18:30 radələrində İlahə, Gülnar və Nəsibə Elmirgilin yanından keçəndə Elmir Nəsibəyə dedi ki, “bacı bəri dur”. Nəsibə də ona yaxınlaşan zaman Elmir və Roman onun belindən və qolundan tutub zorla maşına tərəf çəkmişlər, o da qapını açıb Nəsibənin qolundan tutub avtomobilin içərisinə doğru məcbur formada çəkmişdir. Nəsibə avtomobilə əyləşdirəndə oturmamaq üçün əlini çöldən tutmuş, Nəsibə oturmaq istəməyəndə o, əli ilə Nəsibənin qolunu zərbə vurub zorla avtomobilə otuzdurmuş, avtomolbildə Nəsibənin sağ tərəfində oturmuş, Nəsibə etirazını və narazılığını bildirib qışqıranda o, əli ilə Nəsibənin qoluna, bədəninin müxtəlif yerlərinə vurmuş, ayağı ilə də sağ sağ ayağının barmağına vuraraq sakitləşməsini demişdir. O, həmin vaxt Nəsibəyə bədən xəsarətləri yetirmiş, əvvəl istəmişlər ki, X11 rayonuna aparsınlar, o da Nəsibə sakitləşmədiyi üçün, həmçinin elə onlar yenicə kənddən çıxanda Nəsibənin anasının polisə şikayət etməsini bilmişlər, ona görə də Nəsibəni valideynlərinə qaytarmaq qərarına gəlmişlər, Elmirin Mingəçevir şəhərində yaşayan bibisi Təzəgül müəllimənin vasitəsilə valideynlərinə təhvil vermək üçün oraya gedəndə Nəsibə qaçıb başqa bir evə girmiş, polis çağırmışlar, onlar Nəsibəni təhvil vermək üçün polisi gözləmişlər, polis gəlib onları aparmışdır. O, Nəsibəyə xəsarətləri kənddən çıxanda, kənddə avtomobilə mindirəndə yetirmiş, sonra Bərdə rayonundan çıxaçıqda onlar Nəsibəni qaytarmaq barədə qərara gəlib Nəsibəyə deyəndə Nəsibə sakitləşmiş, daha o, Nəsibəni vurmamışdır. Ondan başqa Nəsibəni ayrı kimsə də vurmamış, ayrı kimsə də xəsarət yetirməmişdir. Onun Nəsibəni vurmağını avtomobildə olan sürücü Şahid1, əmisi uşaqları Roman, İlahə görmüş, ayrı heç kəs görməmişdir. Həmçinin bildirmişdir ki, onun Nəsibəyə xəsarət yetirməyi, vurmağı Nəsibəni avtomobilə mindirəndə ilk 10-15 dəqiqə müddətinə çəkmiş, Nəsibə onu vurmamış, hazırda etdiyim əmələ görə peşimandır. Hazırda zərərməkmiş şəxslə barışdığından barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 qanuni nümayəndəsi X3 iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, Orxan əmisi Mütəllimin arvadı Leylanın qardaşı oğludur. 09 iyun 2022-ci il tarixdə saat təxminən 18.30 radələrində o, yaşadığı kənddə əmisi İsgəndərin qızı Elnarənin toyunda olmuşdur. Bibisi qızı Gülnarla ona demişdir ki, birlikdə makiyaj etəməyə getsinlər, onlar mağardan çıxanda Orxanın əmisi qızı İlahə də onlarla bərabər gəlmiş, o və Gülnar ayaqyoluna girmiş, lakin İlahə girməmişdir. Ayaq yolundan çıxandan sonra o, Gülnar və İlahə toy evinə qaydırmışlar. Gülnargilin evlərinin həyətində maşınlar çox olmuşdur. Maşınların arası ilə toy evinə gedəndə Elmir ona demişdir ki, bacı bura gəl, o, onun sözündən şübhələnmişdir ki, burda nəsə var. O, üzü Elmirə tərəf geri geri iki addım getmiş, Elmir onun sağ qolundan tutmuş, Elmirin yanında olan Roman adlı şəxs də o biri qolundan tutmuşlar və onu yaxınlıqda olan avtomobilə tərəf zorla çəkmişlər. İlahə də kürəyindən onu avtomobilə tərəf itələmiş, qara rəngli avtomobil olmuş, markasını və nömrəsini bilməmiş, avtomobilə çatanda Elmir arxa avtomobilin qapısını açmış, o ayağını avtomobilin oturacaq yerinə dirəmiş və müqavimət göstərmişdir ki onu avtomobilə mindirməsinlər, qışqırmışdır. İlahə də onun saçından tutmuş, sonra saçını buraxıb əli ilə ağzını tutmuşdur. Avtomobilin qapısı açılanda görmüşdür ki, Orxan maşının arxa oturacağında oturmuşdur. Orxan da hər iki ayaqlarından tutub maşının içərisinə doğru onu zorla çəkmişdir. Avtomobili Elmir sürmüş, Roman qabaq oturacaqda oturmuş, onu arxa oturacaqda ortada oturtmuşlar, sağ tərəfində Orxan, sol tərəfində isə İlahə oturmuşdur. İlahə avtomobilə minəndə də əllərini və qollarını tutmuşdur. Onu Ağdaş rayonuna aparanda yolda kimsə zəng vurub demişdir ki, qızın anası polisə gedibdir. Onlar yolda fikirlərini dəyişib demişlər ki başqa yerə getsinlər. Onu qaçıranda Təqsirləndirilən şəxs onu maşina çəkib otuzduran zaman və onun yanında sağ tərəfdə oturarkən onun bədəninə əli ilə vurmuş, ona xəsarət yetirmişdir. Orxan onu vurduğuna görə o, Orxandan şikayətçidir, o biriləri onu vurmadığı üçün o biri şəxslərdən şikayətçi deyil. Onun bədənində olan xəsarətləri ona Orxan sağ tərəfindən oturanda, sol əlnmdəki xəsarəti ilə maşina çəkib otuzduranda yetirmişdir. O, maşina oturanda Orxan onun sağ tərəfində olduğu üçün o, qışqırıb narazılığını bildirəndə Orxan onun sağ tərəfindən əli ilə, ayağına da ayağı ilə vurub həmin xəsarətləri yetirmişdir. Orxangil onu qaçırıb aparanda yolda kimsə də Orxangilə zəng vurub demişdir ki, onun anası polisə şikayət edibdir, həm də o, maşın gedə-gedə narazılığını bildirmiş, sürücü Elmirin qolunu tutub maşını dayandırmasını demiş, Elmir də görmüşdür ki, o, nazalıq edir, demişdir ki, onu bu vəziyyətdə evlərinə apara bilməz, atası birtəhər edər. Onu qaçıran şəxslər ona yolda yalvarmışlar ki, əgər polis gəlsə desin ki özü getmiş, onu qaytaracaqlar. O, əvvəl inanmamış, amma and-aman etmişlər, Elmir Mingəçevir şəhərinə tərəf sürəndə yolda kiminləsə də danışıb o şəxsə demişdir ki, onu oraya gətirirlər, oradan onu valideynlərinə verəcəklər. O, bir müddət sakitləşmiş, onu qaçıran şəxslər yoldan düşüb ona su almışlar, o da sakitcə bir az oturmuş, sonra onu Mingəçevirə gətirəndə Elmirin qohumunun evini tam bilmədikləri üçün maşından düşüb kimdənsə də soruşanda o şəxslər onu nəzarətsiz buraxmışlar, yolda danışıb razılaşmışlar ki, onu orada valideynini çağırıb valideyninə verəcəklər. O da onu qaçıran şəxslərin onu nəzarətsiz buraxmalarını görüb maşından düşüb qaçıb evə girmişdir. Ev yiyəsi Orxangilə demişdir ki, polis gəlib tutub aparacaq, çıxın gedin. Amma Orxangil getmək imkanları olsa da getməmişlər, polisin gəlməyini gözləmişlər, polis gəlib onu və Orxangilin hamısını Mingəçevir polisinə aparmış, oradan da onları Bərdə rayonuna Bərdə polisləri gətirib gəlmişlər. Elmirgilin çıxıb getmədiklərini, onunla bərabər polisi gözləmələrini görüb inanmışdır ki, həqiqətən də Orxangil onu ailəsinə qaytarmaq üçün Mingəçevirə aparırdılar. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığından barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bərdə rayonunun Darğalar kənd sakini Təqsirləndirilən şəxs, onun doğma xalası oğludur, həmin kənd sakini X7 da onun qohumudur, əvvəllər heç biri ilə aralarında ədavəti, narazılığı olmamışdır. 08 iyun 2022-ci il tarixdə o, şəxsi işi ilə bağlı Bərdə rayonunun Darğalar kəndinə qayınatasıgilə gəlmiş, 09 iyun 2022-ci il tarixdə də qohumu Fuadın toyuna getmişdir, toy evi də Nəsibəgilin evlərinin yaxınlığında yerləşir. O, toyda olarkən təxminən saat 16 radələrində xalası oğlu Orxan ona demişdir ki, Nəsibəni istəyir, bir neçə dəfə elçi də göndərmişdir, Nəsibənin valideynləri Nəsibəni oxutmaq istədikləri üçün demişlər ki, hələ tezdir. Orxan ona demişdir ki, indi Nəsibəni qaçırmaq istəyir. Orxan əmisi oğlu Romana və əmisi qızı ilahəyə də demişdir. Onların razılığı belə olmuşdur ki, İlahə Nəsibəni aldadıb Gülnarın vasitəsilə mağardan çıxarsın, Orxanın maşını da Gülnargilin qapısında olmuş, Nəsibəni Gülnargilə aparanda onlar maşının yanında dursunlar, Orxan maşında otursun ki, Nəsibə Orxanı görməsin, Nəsibə maşının yanından gələndə Nəsibəni qaçırsınlar. Onlar da elə də etmişlər, Nəsibəni Orxanın məxsus olan VAZ 21103 markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobili Gülnargilin həyətində saxlamışlar. Gülnargilin həyəti ilə toy evinin həyəti qonşudur. Onlar danışdıqları kimi gözləmişlər, İlahə, Gülnar və Nəsibə birlikdə toydan çıxıb Gülnargilin həyətinə gəlmişlər, həmin vaxt saat 18:30 radələri olardı. İlahə, Gülnar və Nəsibə onların yanından keçib harasa getdilər, qayıdan zaman maşının yanından keçəndə o, Nəsibəyə demişdir ki, “bacı bəri dur”. Nəsibə də ona yaxınlaşan zaman o və Roman Nəsibənin belindən və qolundan tutub zorla maşına tərəf çəkmişlər, Orxan maşının qapısını açmış, onlar Nəsibəni avtomobilə mindirmişlər. Nəsibə oturmaq istəməyəndə Orxan əli ilə Nəsibənin qolunu zərbə vurub Nəsibəni zorla avtomobilə otuzdurmuş, Orxan avtomolbildə Nəsibənin sağ tərəfində oturmuş, avtomobili o, idarə etmiş, Roman onun yanında qabaqda sağda oturmuş, Nəsibənin sol tərəfində İlahə oturmuşdur. Nəsibə etirazını və narazılığını bildirib qışqıranda Orxan əli ilə Nəsibənin qoluna, bədəninin müxtəlif yerlərinə vurmuşdur. Əvvəl onlar istəmişlər ki, Nəsibəni onlara Ağdaş rayonuna aparsınlar, o da Nəsibə sakitləşmədiyi üçün, həmçinin elə onlan yenicə kənddən çıxanda Nəsibənin anasının polisə şikayət etməsini onlara zəng vurub dedikləri üçün bilmişlər, ona görə də Nəsibəni valideynlərinə qaytarmaq qərarına gəlmişlər, onun Mingəçevir şəhərində yaşayan bibisiTəzəgül müəllimənin vasitəsilə valideynlərinə təhvil vermək üçün oraya gedəndə Nəsibə qaçıb başqa bir evə girmiş, polis çağırmışlar, onlar Nəsibəni təhvil vermək üçün polisi gözləmişlər, polis gəlib onları və Nəsibəni polisə aparmışdır. Həmçinin bildirmişdir ki, Orxan Nəsibəyə xəsarətləri kənddən çıxanda, kənddə avtomobilə mindirəndə yetirmiş, sonra Bərdə rayonundan çıxaçıqda onlar Nəsibəni qaytarmaq barədə qərara gəlib Nəsibəyə deyəndə Nəsibə sakitləşmiş, daha Orxan Nəsibəni vurmamışdır. Orxandan başqa Nəsibəni ayrı kimsə də vurmamış, ayrı kimsə də xəsarət yetirməmişdir. Orxanın Nəsibəni vurmağını avtomobildə olan o, Orxanın əmisi uşaqları Roman, İlahə görmüşlər, ayrı heç kəs görməmişdir. Orxanın Nəsibəyə xəsarət yetirməyi, vurmağı Nəsibəni avtomobilə mindirəndə ilk 10-15 dəqiqə müddətinə çəkmiş, Nəsibə Orxanı və ayrı kimisə də vurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, ifadəsində göstərmişdir ki, Bərdə rayonunun Darğalar kənd sakini Təqsirləndirilən şəxs, onun doğma əmisi oğludur, həmin kənd sakini X7 da onun qohumudur, əvvəllər heç biri ilə aralarında ədavəti, narazılığı olmamışdır. 09 iyun 2022-ci il tarixdə də qohumu Fuadın toyuna getmişdir, toy evi də Nəsibəgilin evlərinin yaxınlığında yerləşir. O, toyda olarkən təxminən saat 16 radələrində əmisi oğlu Orxan ona demişdir ki, Nəsibəni istəyir, bir neçə dəfə elçi də göndərmişdir, Nəsibənin valideynləri Nəsibəni oxutmaq istədikləri üçün demişlər ki, hələ tezdir. Orxan ona demişdir ki, indi Nəsibəni qaçırmaq istəyir. Orxan əmisi qızı İlahəyə də demişdir. Onların razılığı belə olmuşdur ki, İlahə Nəsibəni aldadıb Gülnarın vasitəsilə mağardan çıxarsın, Orxanın maşını da Gülnargilin qapısında olmuş, Nəsibəni Gülnargilə aparanda onlar maşının yanında dursunlar, Orxan maşında otursun ki, Nəsibə Orxanı görməsin, Nəsibə maşının yanından gələndə Nəsibəni qaçırsınlar. Onlar da elə də etmişlər, Nəsibəni Orxanın məxsus olan VAZ 21103 markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobili Gülnargilin həyətində saxlamışlar. Gülnargilin həyəti ilə toy evinin həyəti qonşudur. Onlar danışdıqları kimi gözləmişlər, İlahə, Gülnar və Nəsibə birlikdə toydan çıxıb Gülnargilin həyətinə gəlmişlər, həmin vaxt saat 18:30 radələri olardı. İlahə, Gülnar və Nəsibə onların yanından keçib harasa getmişlər, qayıdan zaman maşının yanından keçəndə o, Nəsibəyə demişdir ki, “bacı bəri dur”. Nəsibə də ona yaxınlaşan zaman o və Elmir Nəsibənin belindən və qolundan tutub zorla maşına tərəf çəkmişlər, Orxan maşının qapısını açmış, onlar Nəsibəni avtomobilə mindirmişlər. Nəsibə oturmaq istəməyəndə Orxan əli ilə Nəsibənin qolunu zərbə vurub Nəsibəni zorla avtomobilə otuzdurmuş, Orxan avtomolbildə Nəsibənin sağ tərəfində oturmuş, avtomobili Elmir, idarə etmiş, o isə onun yanında qabaqda sağda oturmuş, Nəsibənin sol tərəfində İlahə oturmuşdur. Nəsibə etirazını və narazılığını bildirib qışqıranda Orxan əli ilə Nəsibənin qoluna, bədəninin müxtəlif yerlərinə vurmuşdur. Əvvəl onlar istəmişlər ki, Nəsibəni onlara Ağdaş rayonuna aparsınlar, o da Nəsibə sakitləşmədiyi üçün, həmçinin elə onlan yenicə kənddən çıxanda Nəsibənin anasının polisə şikayət etməsini onlara zəng vurub dedikləri üçün bilmişlər, ona görə də Nəsibəni valideynlərinə qaytarmaq qərarına gəlmişlər, onun Mingəçevir şəhərində yaşayan bibisiTəzəgül müəllimənin vasitəsilə valideynlərinə təhvil vermək üçün oraya gedəndə Nəsibə qaçıb başqa bir evə girmiş, polis çağırmışlar, onlar Nəsibəni təhvil vermək üçün polisi gözləmişlər, polis gəlib onları və Nəsibəni polisə aparmışdır. Həmçinin bildirmişdir ki, Orxan Nəsibəyə xəsarətləri kənddən çıxanda, kənddə avtomobilə mindirəndə yetirmiş, sonra Bərdə rayonundan çıxaçıqda onlar Nəsibəni qaytarmaq barədə qərara gəlib Nəsibəyə deyəndə Nəsibə sakitləşmiş, daha Orxan Nəsibəni vurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bərdə rayonunun Darğalar kənd sakini Təqsirləndirilən şəxs, onun doğma əmisi oğludur, həmin kənd sakini X7 da onun qohumudur, əvvəllər heç biri ilə aralarında ədavəti, narazılığı olmamışdır. 09 iyun 2022-ci il tarixdə də qohumu Fuadın toyuna getmişdir, toy evi də Nəsibəgilin evlərinin yaxınlığında yerləşir. O, toyda olarkən təxminən saat 16 radələrində əmisi oğlu Orxan ona demişdir ki, Nəsibəni istəyir, bir neçə dəfə elçi də göndərmişdir, Nəsibənin valideynləri Nəsibəni oxutmaq istədikləri üçün demişlər ki, hələ tezdir. Orxan ona demişdir ki, indi Nəsibəni qaçırmaq istəyir. Onların razılığı belə olmuşdur ki, İlahə Nəsibəni aldadıb Gülnarın vasitəsilə mağardan çıxarsın, Orxanın maşını da Gülnargilin qapısında olmuş, Nəsibəni Gülnargilə aparanda onlar maşının yanında dursunlar, Orxan maşında otursun ki, Nəsibə Orxanı görməsin, Nəsibə maşının yanından gələndə Nəsibəni qaçırsınlar. Onlar da elə də etmişlər, Nəsibəni Orxanın məxsus olan VAZ 21103 markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobili Gülnargilin həyətində saxlamışlar. Gülnargilin həyəti ilə toy evinin həyəti qonşudur. Onlar danışdıqları kimi gözləmişlər, o, Gülnar və Nəsibə birlikdə toydan çıxıb Gülnargilin həyətinə gəlmişlər, həmin vaxt saat 18:30 radələri olardı. o, Gülnar və Nəsibə onların yanından keçib harasa getmişlər, qayıdan zaman maşının yanından keçəndə o, Nəsibəyə demişdir ki, “bacı bəri dur”. Nəsibə də ona yaxınlaşan zaman Roman və Elmir Nəsibənin belindən və qolundan tutub zorla maşına tərəf çəkmişlər, Orxan maşının qapısını açmış, onlar Nəsibəni avtomobilə mindirmişlər. Nəsibə oturmaq istəməyəndə Orxan əli ilə Nəsibənin qolunu zərbə vurub Nəsibəni zorla avtomobilə otuzdurmuş, Orxan avtomolbildə Nəsibənin sağ tərəfində oturmuş, avtomobili Elmir, idarə etmiş, o isə onun yanında qabaqda sağda oturmuş, Nəsibənin sol tərəfində İlahə oturmuşdur. Nəsibə etirazını və narazılığını bildirib qışqıranda Orxan əli ilə Nəsibənin qoluna, bədəninin müxtəlif yerlərinə vurmuşdur. Əvvəl onlar istəmişlər ki, Nəsibəni onlara Ağdaş rayonuna aparsınlar, o da Nəsibə sakitləşmədiyi üçün, həmçinin elə onlan yenicə kənddən çıxanda Nəsibənin anasının polisə şikayət etməsini onlara zəng vurub dedikləri üçün bilmişlər, ona görə də Nəsibəni valideynlərinə qaytarmaq qərarına gəlmişlər. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs X7 təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışdıqları üçün ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək icraata xitam verilməsini xahiş etmişdir. Notarial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliiyinin MTE və PA Publik Hüquqi şəxsin Bərdə rayon şöbəsinin vətəndaş X5 barəsində vermiş olduğu 10 iyun 2022-ci il tarixli 384 saylı rəyin nəticə hissəsində göstərilmişdir ki, onun bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol əlin İV barmağının əsas falanqasının sağ yan səthinin, sağ saidin orta üçdə birinin bayır səthinin, sağ ayağın baş barmağının arxa səthinin sıyrıqları, sağ bazunun orta-aşağı üçdə birinin arxa səthində sağ dirsək oynağını əhatə etməklə hematoması küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti 09 iyun 2022-ci il tarixə uyğun əglir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sğlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsin 14 noyabr 2022-ci il tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs, xəstəxananın psixonevroloji və narkoloji kabinetlərində ruhi-əsəb xəstəsi kimi və narkoman kimi qeydiyyata alınmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət əməli törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayəti törətməsi olmasıdır. Cinayət əməli törətmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdırıcı hallar yoxdur. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X7 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, zərərçəkmiş şəxs X7 ilə Təqsirləndirilən şəxs barışmışlar, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respubikasının Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığına görə və cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X7 ilə barışdığından o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №1(021)-27/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-27/2023
11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver