Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-28/2021 26.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı oğlunun, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Şahid1, Müdafiəçi, Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx.xx.1994-cü ildə Tərtər rayonu Umudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Tərtər rayon Məhkəməsinin 1(061)09/2021 saylı 17.03.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Tərtər rayonu Umudlu kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dərəcəsi təyin edilməyən xəsarət yetirməklə həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qəsdən özgənin əmlakını açıq talamaq məqsədi ilə 26 oktyabr 2020-ci il tarixdə saat 11 radələrində Bərdə şəhəri, Koroğlu küçəsində dəyəri 160 manat olan 1 ədəd “Samsung” markalı “SM-A105F/DS”(Galaxy A10) model mobil telefonu Zərərçəkmiş şəxs əlindən götürərək Zərərçəkmiş şəxs mobil telefonu qaytarması tələbinə məhəl qoymayaraq, sinəsindən itələyib müqavimət göstərməklə sonuncunun sol qabırğaaltı nahiyyənin sıyrığı ilə müşaiyət olunan dərəcəsi təyin edilməyən xəsarət yetirməklə həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib küçədə olan şəxslərin və Zərərçəkmiş şəxs gözü qarşısında dəyəri 160 manat olan 1 ədəd “Samsung” markalı “SM-A105F/DS”(Galaxy A10) modelli mobil telefonu açıq yolla talayaraq soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 26.10.2020-ci il tarixdə saat 13:07-də AR DİN-in 102 xidmətinə etmiş olduğu müraciəti ilə tanış olmuşdur. Barəsində şikayət edən Zərərçəkmiş şəxs tanımır, onunla heç bir əlaqəi olmayıbdır. Sonuncu dəfə 26.10.2020-ci il tarixdə pulu olmadığı üçün hər hansı bir yolla pul əldə etmək istəmişdir. 26.10.2020-ci il tarixdə saat 11-radələrində Bərdə şəhəri Koroğlu küçəsində piyada gəzən zaman 1(bir) nəfər yetkinlik yaşına çatmayan tanımadığı şəxsin əlində mobil telefon olmasını görmüşdür. Həmin şəxsin əlində olan mobil telefonunu aldadıb ondan alaraq qaçmaq qərarına gəlmişdir. Həmin şəxsə yaxınlaşıb söhbət etməyə başlamışdır. Həmin şəxs ona adının Şamil olduğunu, Tərtər rayonundan olmasını, mövcud müharibə şəraiti ilə əlaqədar müvəqqəti olaraq Bərdə şəhərində yaşamasını bildirmişdir. O, Şamildən valideynləri İlə danışmaq adı ilə mobil telefonunu ona verməsini istəmişdir. Şamil ona etiraz etmədən danışmağı üçün əlində olan “Samsung A10” markalı mobil telefonunu ona vermişdir. O, mobil telefonu Şamildən aldıqdan sonra bir qədər uzaqlaşmış və qaçmaq üçün fürsət axtarmışdır. Şamilin diqqəti yayınan kimi o, küçə ilə “ayaq körpüsü” adlanan körpüyə doğru qaçmağa başlamışdır. Bu zaman Şamil arxasınca qışqıraraq dayanmağını istəmiş, lakin, o, dayanmamışdır. O, oradan uzaqlaşan kimi Bərdə şəhərində yerləşən mobil telefon dükanlarından birinə getmiş və həmin telefonu orada 87(səksən yeddi) manata satmışdır. 28.10.2020-ci il tarixdə Bərdə şəhərində məkhəmənin yanında olarkən Bərdə RPŞ-nin əməkdaşları ona yaxınlaşmışlar və onu polis şöbəsinə gətirmişlər. Həmçinin, Təqsirləndirilən şəxs öz ifadəsində göstərmişdir ki, baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs xəsarət yetirməmişdir və telefonu satdığı tanımadığı şəxsin etdiyi cinayət əməlindən xəbəri olmamışdır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini və əməlindən peşman olduğunu bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs oğlunun təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, qanuni nümayəndənin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Tərtər rayonunda yaşamaqlarına baxmayaraq mövcud müharibə şəraiti ilə əlaqədar müvəqqəti olaraq Bərdə şəhəri Koroğlu küçəsində yanacaq doldurma məntəqəsinin həyətində məskunlaşıb yaşamışdır. Sonuncu dəfə 26 oktyabr 2020ci il tarixdə saat 11-radələrində o, çörək almaq üçün qaldıqları yerin yaxınlığında yerləşən marketə getmişdir. Marketdən çıxandan sonra bir nəfər tanımadığı şəxs ona arxadan yaxınlaşmış və danışmaq üçün ondan mobil telefonunu istəmişdir. O, telefonunu həmin şəxsə vermədən öz əlində istəyi ilə dediyi mobil nömrəyə zəng etmişdir. Qəflətən həmin şəxs əlində olan özünə məxsus “Samsung A10” markalı mobil telefonunu götürüb qaçmağa başlamışdır. O, həmin şəxsin arxasınca qaçaraq qışqırıb dayanmasını istəmiş, lakin, həmin şəxs ona məhəl verməyərək dayanmamışdır. O, “ayaq körpüsü” adlanan körpüdə həmin şəxsə çatmışdır. Həmin şəxs onun çatdığını görüb, dayanaraq əli ilə onu itələmiş və o, yıxılmış, yıxılarkən qarnının sol nahiyyəsi körpünün üzərində olan dəmirlərə dəymişdir. O, ayağa qalxıb yenidən həmin şəxsin arxasınca qaçmağa başlamışdır. O, həmin şəxsin arxasınca qaçaraq qışqırıb dayanmasını istəmişdir. “Köhnə bazar” adlanan bazara kimi həmin şəxsin arxasınca qaçmış, lakin, bazarın içərisində həmin şəxsi gözdən itirmişdir. Hadisədən dərhal sonra ailəsi ilə qaldıqları yerə gəlmişdir. Baş verən hadisə barədə ailəsinə məlumat vermiş və AR DİN-nin 102 xidmətinə zəng edərək müraciət etmişdir. Zərərçəkmiş şəxs həmçinin bildirdi ki, hazırda ona dəymiş ziyan ödənilmişdir və və təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. İş üzrə şahid qismində və Zərərçəkmiş şəxs qanuni nümayəndəsi kimi dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid3 öz ifadəsində göstərdi ki, o, 2017-ci ilin noyabr ayından DİO-da tutduğu vəzifədə xidmət edir, polis baş leytenantıdır. 28 oktyabr 2020-ci il tarixdə icraatına əməliyyat tapşırığı daxil olmuşdur. Həmin əməliyyat tapşırığında 26.10.2020-ci il tarixdə səhər saatlarında Bərdə şəhəri Koroğlu küçəsində naməlum şəxsin Zərərçəkmiş şəxs “Samsung A10” markalı mobil telefonunu danışmaq adı ilə alıb qaçması, həmin şəxsin Zərərçəkmiş şəxs itələyib dəmirə vuraraq telefonla birlikdə ərazidən uzaqlaşması bildirilmiş və həmin naməlum şəxsin tapılması üçün müvafiq əməliyyat tədbirləri görülməsi istənilmişdir. 28 oktyabr 2020-ci il tarixdə tərəfindən keçirilmiş müvafiq əməliyyat axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs qarşı soyğunçuluq etmiş şəxsin xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. 28.10.2020-ci il tarixdə Bərdə şəhərində Təqsirləndirilən şəxs saxlayıb Bərdə RPŞ-nin İstintaq Bölməsinə təhvil vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Bərdə şəhərində “yenilik” adlanan ərazinin yaxınlığında icarəyə götürdüyü ofisdə fərdi olaraq mobil telefon ustası kimi fəaliyyət göstərmişdir. Münasib olanda mobil telefon alqı-satqısı ilə də məşğul olmuşdur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavətim yoxdur. Sonuncu dəfə 26 oktyabr 2020ci il tarixdə günorta saat 15-radələrində sonradan tanıdığı Təqsirləndirilən şəxs işlədiyi ofisə daxil olmuş, pul ehtiyyacı olduğu üçün özünə məxsus “Samsung A10” markalı mobil telefonu satmaq istədiyini bildirmiş, ona telefonu almağı təklif etmişdir. Onların şifahi razılıqlarına əsasən o, mobil telefonu 87(səksən yeddi) manata almışdır. Sonrakı günlərdə Bərdə RPŞ-nin əməkdaşları ona yaxınlaşmış və Təqsirləndirilən şəxs ona satmış olduğu “Samsung A10” markalı mobil telefon barəsində maraqlanmışlar. Bu zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona satmış olduğu “Samsung A10” markalı mobil telefon soyğunçuluq yolu ilə əldə edilmişdir. Lakin, onun Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlindən xəbəri olmamışdır. Cinayət işinin 17-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 28 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 65-ci vərəqəsində olan 30 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 86-87-ci vərəqələrində olan Bərdə rayon Məhkəməsinin 4(021)87/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində 3 ay hədddində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 150-151-ci vərəqələrində olan 24.12.2020-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs oğluna elan edilmiş ittihama dəyişikliklər edilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və oana həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 122-123-cü vərəqələrində olan “MTE və PA” ETT birliyinin Bərdə rayonlararası zona mərkəzinin 28.10.2020-ci il tarixli 924 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sol qabırğaaltı nahiyənin sıyrığı küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən 26.10.2020-ci ilə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin 133-134-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 dekabr 2020-ci il tarixli 9/5238 nömrəli rəyindən görünür ki, bir ədəd Çində istehsal edilmiş “Samsung” markalı, “SM-A105F/DS” (Galaxy A10) model mobil telefonun 2020-ci ilin oktyabr ayında olan orta bazar qiyməti təxminən 160,00 manat müəyyən edilmişdir. Cinayət işinin 142-148-ci vərəqələrində olan 23.12.2020-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Samsung” markalı, “SM- A105F/DS” (Galaxy A10) model mobil telefon cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Cinayət işinin 167-ci vərəqəsində olan 26.12.2020-ci il tarixli Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs “Samsung” markalı, “SM-A105F/DS” (Galaxy A10) model mobil telefonu təhvil almışdır. Cinayət işinin 121-ci vərəqəsində olan Tərtər rayon İcra Hakimiyyəti başçısının Umudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 112-113-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayon Məhkəməsinin 07.09.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası CPM-nin 40.2.2 maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Cinayət işinə əlavə edilmiş Tərtər rayon Məhkəməsinin 1(061)09/2021 saylı 17.03.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında, ibtidai və məhkəmə istintaq zamanı verdiyi ifadələri ilə və digər iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-ci maddəsi ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmişə şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, gənc olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cinayəti hərbi vəziyyət dövründə və yetkinlik yaşına çatmayan şəxsə qarşı törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən barəsində cəzanı ağırlaşdıran hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cinayətlərin residivi yaranmadığını müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 oktyabr 2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, 30 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 30 oktyabr 2020-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Buna görə də Təqsirləndirilən şəxs cəzasının əvvəli 28 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, Tərtər rayon Məhkəməsinin 1(061)09/2021 saylı 17.03.2021-ci il tarixli hökmünə əsasən, Məmmədov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzasını çəkməmişdir. Cinayət işinin materiallarından görünür ki, hazırkı ittiham üzrə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət Tərtər rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli hökmündən əvvəl baş vermişdir. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə görə, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. İş materiallarına əlavə olunmuş Tərtər rayon İcra və Probasiya Şöbəsinin 26.04.2021ci il tarixli məktubundan görünür ki, Tərtər rayon Məhkəməsinin 1(061)09/2021 saylı 17.03.2021-ci il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs heç bir cəza çəkməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. “Samsung” markalı, “SM-A105F/DS” (Galaxy A10) model mobil telefonun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, həmin cəza ilə Tərtər rayon Məhkəməsinin 1(061)09/2021 saylı 17.03.2021-ci il tarixli hökmü ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün günün iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlunun cəzasının əvvəli 28 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Samsung” markalı, “SM-A105F/DS” (Galaxy A10) model mobil telefonun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(021)-28/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-28/2021
26.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver