Məhkəmə qərarları › İş №1(021)-28/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-28/2022

05.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-28/2022 05.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx.xx.1992- cı ildə Bərdə Qaradırnaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bərdə Rayon Məhkəməsinin 23.01.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 28.08.2020-ci il tarixdə cəza müddəti başa çatmış, Bərdə rayon Qaradırnaq kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin izahatı, Təqsirləndirilən şəxs ifadəsində Bərdə rayon Alpoud kəndində yaşayan Zərərçəkmiş şəxs döyməsini səmimi etiraf etməsi, MTE-nin rəyi və digər təhqiqat sənədləri ilə tam sübuta yetirilmişdir. Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə rayon Alpoud kəndində yerləşən Biyan zavodda fəhlə, Zərərçəkmiş şəxs isə həmin zavodda gözətçi işləmişdir. 28.11.2021-cı il tarixdə axşam saatlarında o zavodda Zərərçəkmiş şəxsla birlikdə yemək yemiş və həmin vaxt spirtli içki qəbul etmişlər. Onlar yemək yedikdən sonra Zərərçəkmiş şəxs evinə getmişdir. Zərərçəkmiş şəxs səhətində narahatçılıq olduğu üçün o Əlamdarı yoxlamaq üçün onun evinə getmişdir. O, Zərərçəkmiş şəxs evində olan zaman söhbət əsnasında Əlamdar adlı şəxs onunla kobud zarafatlar etmişdir. O bir neçə dəfə Zərərçəkmiş şəxs zarafat etməməsini istəmişdir, lakin Əlamdar adlı şəxs onunla zarafat etməyə davam etmişdir. Həmin vaxt aralarında mübahisə yaranmış və mübahisə zamanı Zərərçəkmiş şəxs onu nəlayiq ifadələrlə söyüb təhqir etmiş və buna görə də o yumruqla Zərərçəkmiş şəxs sol qaş nahiyəsinə vuraraq onu döymüşdür. O Zərərçəkmiş şəxs yumruqla vurduqdan sonra həmin şəxsin evini tərk edərək işlədiyi zavoda getmişdir. Etdiyi əməldən peşmandır. Hal- hazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tam ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bərdə rayon Alpoud kəndində yerləşən “Biyan” zavodda gözətçi işləmişdir. Təqsirləndirilən şəxs tanıyır, onunla heçbir qəsdi qərəzliliyi və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs “Biyan” zavodda fəhlə işləyir. 28.11.2021 -cı il tarixdə gecə saatlarında zavodda olan zaman iş yoldaşı Təqsirləndirilən şəxslə yemək yemişlər və həmin vaxt spirtli içki qəbul etmişlər. Onlar yemək yedikdən sonra o, öz yaşadığı evə getmişdir. Həmin gün ailə üzvləri Bərdə rayon Mirzəxan kəndində yaşayan qohumu evinə qonaq getmişlər. O yaşadığı evdə olan zamanı və səhhətində yaranmış narahatlığa görə Təqsirləndirilən şəxs onu yoxlamaq məqsədi ilə onun evinə qonaq gəlmişdir. Onlar evdə olan zaman o tanışı Təqsirləndirilən şəxslə zarafat etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onun zarafatlarından inciyərək onunla mübahisə etməyə başlamışdır və mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla onun sol qaş nahiyəsinə qəsdən vuraraq onu döymüşdür. Sonra isə Tamerlan onun evindən çıxıb getmişdir. Hal- hazırda Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ondan heç bir şikayət və tələbinini olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə ərizəni təqdim etdi. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 9-10-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 məhkəmə-tibb ekspertizasının 30.11.2021-ci il tarixli 1007 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər - sol qaş-qaşüstü nahiyənin əzilmiş yarası - küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə- yəni, 28.11.2021 -ci ilə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 44-50-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 1(021)23/2019 saylı 23.01.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətə azadlığını məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 01 il 05 ay 26 gün azadlığını məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 51-52-ci vərəqəsində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 23.01.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 28.08.2020-ci ildə cəza müddəti başa çatmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 43-cü vərəqəsində olan Bərdə RİHB-nın Bərdə rayon Hüseynalılar İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs oğlu ilə cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barışmışlar, onun Təqsirləndirilən şəxs oğluna qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respubikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxslə barışdığına görə və müdafiə tərəfinin razılığına əsasən cinayət təqibinə xitam verilməli, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlu cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə madi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar