Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-28/2023 05.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 03 avqust 1988-ci il tarixdə Bərdə rayon Leninabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Repsublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təqsirli bilinərək 10 (on) il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli 1120 saylı Əfv sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş müddətdə ödənilməmiş, Bərdə rayon Samuxlu kəndində qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək Bərdə şəhəri Fizuli küçəsi, Təzə məhəllə, nömrəsiz evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 5 (beş) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,25 qram, 1,46 qram, 1,18 qram, 1,54 qram, 1,23 qram olmaqla ümumi təmiz çəkisi 6,66 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib etibarnamə əsasında idarə etdiyi Vaz 21011 markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində daşıyaraq saxlamış, 23 sentyabr 2022-ci il tarixdə saat 21:00 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə rayon Gərənə kəndi ərazisində «Karvan» kafesinin yaxınlığında etibarnamə əsasında idarə etdiyi Vaz 21011 markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə saxlanılıb Bərdə şəhəri, ünvan 1 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilib avtomobilinə keçirilən baxış zamanı avtomobilin yük yerindən 5 (beş) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,25 qram, 1,46 qram, 1,18 qram, 1,54 qram, 1,23 qram olmaqla ümumi təmiz çəkisi 6,66 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Bərdə şəhəri Fizuli küçəsi, təzə məhlədə nömrəsiz evdə yaşayır, evlidir, heç bir yerdə işləmir, iki azyaşlı övladı var, etibarnamə ilə idarə etdiyi VAZ-21011 markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə balıq alveri edərək ailəsini dolandırır, iki ilə yaxındır ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Təxminən 2022-ci ilin mart ayında Bərdə rayon Samux kəndi ərazisində gəzən zaman yolun kənarında bir ədəd sellofan büküm görmüş, içərisinə baxan zaman qurudulmuş marixuana olduğunu görüb götürmüş və gətirib idarə etdiyi avtomobilin yük yerində olan balıq tutmaq üçün tilovun dəstəyininin arxasının burmancını açıb ora qoymaq istəyəndə ora yerləşmədiyinə görə həmin sellofan bükümdə olan qurudulmuş marixuananı 7 (yeddi) ədəd kiçik bükümlərə bölüb kağıza büküb tilovun dəstəyinin içərisində gizlətmiş, sonra bükümlərin ikisini müxtəlif vaxtlarda istifadə etmiş, qalan 5 (beş) ədəd büküm isə tilovun dəstəyinin içərisində qalmışdır. O, 23 sentyabr 2022-ci il tarixdə saat təxminən 21:00 radələrində Bərdə rayonu Gərənə kəndi ərazisində “Karvan” kafesinin yaxınlığında etibarnamə əsasında ona məxsus olan VAZ-21011 markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanıb balıq satdığını, həmin vaxt polis əməkdaşları ona yaxınlaşıb ona məxsus olan avtomildə narkotik vasitə saxlamağı barədə məlumatları olduğunu bildirib onu polis şöbəsinə dəvət etdiklərini, polis şöbəsində vəkilin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparıldığını, üzərində qeyri-qanuni əşya və yaxud narkotik vasitə aşkar edilmədiyini, sonra idarə etdiyi ona məxsus olan VAZ-21011 markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirildiyini, baxış keçirilən zaman avtomobilin yük yerində saxladığı balıq tutmaq üçün istifadə etiyi tilovun dəstəyinin içərisində gizlətdiyi 5 (beş) ədəd kağız bükümlərdə olan qurudulmuş marixuananı təqdim etdiyini, həmin bükümlər elektron tərəzidə çəkilərək zərfə qoyulub qablaşdırıldığını, üzəri iştirakçılar tərəfindən imzalandığını, sorğu zamanı polis əməkdaşlarına qurudulmuş marixuananı şəxsi istifadəsi üçün saxladığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayoru xüsusi rütbəsindədir. 23 sentyabr 2022-ci il tarixdə Bərdə şəhəri Fizuli küçəsi Təzə məhlələrdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni saxlaması və idarə etdiyi avtomobildə saxlaması, istifadə etməsi və satışı ilə məşğul olması barədə Bərdə rayon polis şöbəsinə məxfi məlumat daxil olduğunu, 23 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə rayonu Gərənə kəndi ərazisində olmasını müəyyən edib özlərini təqdim edib polis əməkdaşı olduğunu bildirib, idarə etdiyi VAZ-21011 markalı **-MH-*** nömrəli qeydiyyat nişanlı avtomobil ilə birlikdə Bərdə rayon polis şöbəsinə dəvət etdiklərini, polis şöbəsində ona təhqiqatçı tərəfindən hüquq vəzifələri izah olunduqdan sonra ona vəkil təqdim edildiyini, sonra narkotik vasitələrin qanunsuz gəzdirməsində şübhəli olunduğunu dedikdən sonra video çəkiliş vasitəsilə təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edildikdən sonra üzərində narkotik vasitə olub-olmaması soruşulduğunu, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmadığını bildirib polis əməkdaşı Şahid3 Təqsirləndirilən şəxs üzərində axtarış apardığını, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilmədiyini, sorğu zamanı Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21011 markalı **-MH-*** nömrəli qeydiyyat nişanlı avtomobilin yük yerində qurudulmuş marixuana olduğunu dediyini, bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21011 markalı **-MH-*** nömrəli qeydiyyat nişanlı avtomobilin yük yerinə baxış keçirildiyini, avtomobilin yük yerində olan balıq tutmaq üçün istifadə edilən tilovun tutacaq hissəsinin içərisində 5 ədəd kağız büküm aşkar edildiyini, Təqsirləndirilən şəxs sorğu zamanı həmin bükümlərin qurudulmuş marixuana olduğunu dediyini, avtomobilin yük yerindən aşkar olunmuş 5 ədəd kağız bükümdə kütlə elektron tərəzidə çəkilərək iştirakçılar tərəfindən imzalandığını, aşkar olunan qurudulmuş marixuananı Təqsirləndirilən şəxs Samux kəndində yolun kənarında taparaq özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadə verərək bildirmişdir ki, o, Bərdə rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə nəfəri vəzifəsində, polis serjantı rütbəsindədir. 23 sentyabr 2022-ci il tarixdə Bərdə şəhəri Fizuli küçəsi Təzə məhlələrdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni saxlaması və idarə etdiyi avtomobildə saxlaması, istifadə etməsi və satışı ilə məşğul olması barədə Bərdə rayon polis şöbəsinə məxfi məlumat daxil olduğunu, 23 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə rayonu Gərənə kəndi ərazisində olmasını müəyyən edib özlərini təqdim edib polis əməkdaşı olduğunu bildirib, idarə etdiyi VAZ-21011 markalı **-MH-*** nömrəli qeydiyyat nişanlı avtomobil ilə birlikdə Bərdə rayon polis şöbəsinə dəvət etdiklərini, polis şöbəsində ona təhqiqatçı tərəfindən hüquq vəzifələri izah olunduqdan sonra ona vəkil təqdim edildiyini, sonra narkotik vasitələrin qanunsuz gəzdirməsində şübhəli olunduğunu dedikdən sonra video çəkiliş vasitəsilə təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edildikdən sonra üzərində narkotik vasitə olub-olmaması soruşulduğunu, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmadığını bildirib polis əməkdaşı Şahid3 Təqsirləndirilən şəxs üzərində axtarış apardığını, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilmədiyini, sorğu zamanı Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21011 markalı **-MH-*** nömrəli qeydiyyat nişanlı avtomobilin yük yerində qurudulmuş marixuana olduğunu dediyini, bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21011 markalı **-MH-*** nömrəli qeydiyyat nişanlı avtomobilin yük yerinə baxış keçirildiyini, avtomobilin yük yerində olan balıq tutmaq üçün istifadə edilən tilovun tutacaq hissəsinin içərisində 5 ədəd kağız büküm aşkar edildiyini, Təqsirləndirilən şəxs sorğu zamanı həmin bükümlərin qurudulmuş marixuana olduğunu dediyini, avtomobilin yük yerindən aşkar olunmuş 5 ədəd kağız bükümdə kütlə elektron tərəzidə çəkilərək iştirakçılar tərəfindən imzalandığını, aşkar olunan qurudulmuş marixuananı Təqsirləndirilən şəxs Samux kəndində yolun kənarında taparaq özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. İş materiallarında olan Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nazirliyi Məhkəmə X3 Regional Bölməsinin 24 sentyabr 2022-ci il tarixli 16/1138 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş 5 büküm kağızlarda marixuanaya bənzər narkotik vasitələr..” sözləri və imzalar olan zərfdəki 5 (beş) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,25 qram, 1,46 qram, 1,18 qram, 1,54 qram, 1,23 qram ümumi təmiz çəkisi 6,66 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 20 oktyabr 2022-ci il tarixli 1580 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan şəxsi axtarış və götürmə haqqında 23 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 23 sentyabr 2022-ci il tarixdə baxış keçirilməsi haqqında tərtib edilmiş protokoldan görünür ki, video çəkilişlə Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21011 markalı **-MH-*** nömrəli qeydiyyat nişanlı avtomobilin yük yerinə baxış keçirilmişdir. Baxış keçirmə zamanı Təqsirləndirilən şəxs avtomobilə baxış keçirilməsinə hər hansı bir etirazının olmadığını bildirmiş, avtomobilin yük hissəsində özünün istifadəsi üçün narkotik vasitə saxlamasını demiş, avtomobilin yük yerində olan balıq tutmaq üçün tilovun dəstəyininin arxasının burmancından 5 ədəd kağız bükümün olması məlum olmuş, həmin bükümlər elektron tərəzidə çəkilmiş, çəkisinin 6,66 qram olması məlum olmuşdur. Bundan sonra 5 ədəd kağız bükümlər bir ədəd zərfə qoyularaq qablaşdırılmış, üzərində iştirakçılar tərəfindən imza edilmiş və DİN-nin 94 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Bundan sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş, hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş əşya aşkar edilməmişdir. İş materiallarında olan əməliyyat tapşırığına cavabdan görünür ki, 23 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qudurulmuş marixuananı əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs narkotik maddələrin aludəçisi olduğu və idarə etdiyi avtomobilin yük yerindən aşkar olunan narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istifadəsi məqsədilə üzərində saxladığı, bundan heç kimin məlumatı olmadığı, bu barədə hər hansı bir şəxsə bildirmədiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və ya onun prekursorlarını satması ilə bağlı heç bir məlumat əldə olunmamış, bu məlumat öz təsdiqini tapmamışdır. Onun narkotik vasitəni satdığı hər hansı şəxs və ya şəxslər müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı haradan əldə etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmadı, satış məqsədi ilə əldə etməsi, kiməsə satması əməliyyat yolu ilə təsdiq olunmadı, cinayəti tək törətmiş, başqa şəxsin iştirakı olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni özü istifadə etməsi üçün avtomobildə saxlaması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 26 oktyabr 2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri Fizuli küçəsi, Təzə məhəllə, nömrəsiz evdə yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş 19 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli 1120 saylı Əfv sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2012-ci il tarixli hökmün surətindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur Cinayət işi üzrə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yük yerindən aşkar edilib götürülmüş 5 (beş) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,25 qram, 1,46 qram, 1,18 qram, 1,54 qram, 1,23 qram ümumi təmiz çəkisi 6,66 qram olması, ekspertiza zamanı isə 0,1 qram istifadə edilməsi və ekspertiza tədqiqatından sonra qalıq çəkisinin 6,56 qram olan narkotik vasitə qurudulmuş marixuana və şəxsi axtarış və götürmə keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk 20 noyabr 2022-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmışdır. İş materiallarında olan 23 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə kifayət qədər şübhələr olduğundan şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 25 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon Mərkəzi xəstəxanası X12 21 oktyabr 2022-ci il tarixli, arayışlarından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın ruhiəsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Beləliklə, istintaqla sübut edilmişdir ki, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 5 (beş) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,25 qram, 1,46 qram, 1,18 qram, 1,54 qram, 1,23 qram olmaqla ümumi təmiz çəkisi 6,66 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib etibarnamə əsasında idarə etdiyi Vaz 21011 markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində daşıyaraq saxlamış, 23 sentyabr 2022-ci il tarixdə saat 21:00 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə rayon Gərənə kəndi ərazisində «Karvan» kafesinin yaxınlığında etibarnamə əsasında idarə etdiyi Vaz 21011 markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə saxlanılıb Bərdə şəhəri, ünvan 1 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilib avtomobilinə keçirilən baxış zamanı avtomobilin yük yerindən 5 (beş) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,25 qram, 1,46 qram, 1,18 qram, 1,54 qram, 1,23 qram olmaqla ümumi təmiz çəkisi 6,66 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X9rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarıda qeyd edilən qərarlarda müəyyən olunmuş hüquqi prinsiplərə istinad edərək məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə niyə azadlığın məhdudlaşdırılması cəzası deyil, məhz azadlıqdan məhrum etmə cəzasını təyin etməsini 2 mühüm faktla əsaslandırır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli 1120 saylı Əfv sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Təqsirləndirilən şəxsin cəzadan sonrakı davranışları ona təyin edilmiş cəzanın onun islah edilməsində yetərli qədər təsirli olmadığını sübut edir. İkinci mühüm fakt ondan ibarətdir ki, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Bundan başqa məhkəmə qeyd edir ki, əməlin qanunvericilikdə nəzərdə tutulmuş cinayət hesab edilməsi və cinayət tərkibinin formalaşmasında zəruri və fakultativ əlamətlərin müəyyən edilməsinin böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Fakultativ əlamətlər isə bütün cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol oynayan əlamətlərdir. Belə əlamətlərə cinayətin obyektiv cəhətini səciyyələndirən cinayətin törədilmə vaxtı, yeri, üsulu, cinayətin subyektiv cəhətini xarakterizə edən motiv, məqsəd və s. aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması onun cəzasını yüngəlləşdirən haldır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivi onun cəzasını ağırlaşdıran haldır. Həmin Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəm qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 23 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 348.2.4cü maddələrinə əsasən yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Bundan başqa cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yük yerindən aşkar edilib götürülmüş aşkar edilmiş 5 (beş) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,25 qram, 1,46 qram, 1,18 qram, 1,54 qram, 1,23 qram ümumi təmiz çəkisi 6,66 qram olması, ekspertiza zamanı isə 0,1 qram istifadə edilməsi və ekspertiza tədqiqatından sonra qalıq çəkisinin 6,56 qram olan narkotik vasitə qurudulmuş marixuana cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut kimi tanınmış və Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD diski cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan qalıq 6,56 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD cinayət işi üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 32,40 (otuz iki manat qırx qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 23 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs aşkar edilmiş, ekspertiza tədqiqatından sonraki 6,56 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №1(021)-28/2023
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-28/2023
05.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver