Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-28/2024 28.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 , Zərərçəkmiş şəxs2, Müdafiəçi X6, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Bərdə rayonu Şirvanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4 -cü maddəsi ilə təqsirli bilinib 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2001-ci il tarixli qərarına əsasən xx.xx.2001-ci il tarixdə azad edilmiş, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.3.2-ci maddələri ilə təqsirli bilinib 07 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Qaradağ rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 02 ay 25 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu olmayan, Bərdə rayonu Şirvanlı kəndində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, Bərdə rayon Məhkəməsinin qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən və xeyli miqdarda özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs, tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədilə tanışı Şahid4 vasitəsilə tanıdığı Bərdə rayonu Hacallı kəndində yaşayan Zərərçəkmiş şəxs2 ilə 2021-ci ilin oktyabr ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə şəhəri ərazisində danışıb onun İİ qrup əlilliklə bağlı dayandırılmış təqaüdünü bərpa etdirəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək hər hansı bir səlahiyyətə malik olmadığı halda, əslində Zərərçəkmiş şəxs2 məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, 2021-ci ilin oktyabr ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Şahid4 işlədiyi Bərdə şəhəri, Üzeyir Hacıbəyli küçəsində yerləşən Bərdə şəhər Uşaq Xəstəxasının həyətində 3200 manat pulunu, həmin ilin noyabr ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən «Lider» marketin içərisinə quraşdırılmış «MilliÖn» ödəmə terminalı vasitəsilə özünün istintaqla müəyyən edilə bilməyən hesab kartına köçürülməklə 1500 manat pulunu və 2021-ci ilin noyabr-dekabr aylarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda qardaşı Şahid6 vasitəsilə yaşadığı Bərdə rayonu, Şirvanlı kəndində yerləşən evində 900 manat olmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 5600 (beş min altı yüz) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Şahid5 vasitəsilə tanıdığı tanışı Gəncə şəhəri, Hərbi şəhərcik-38/83, Zabitlər Mehhmanxanası, otaq 11 ünvanında müvəqqəti yaşayan X18 ilə 2022-ci ilin may ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə şəhəri ərazisində görüşüb danışaraq şəxsi əlaqələrinin geniş olmasını, sonuncunun dayandırılmış əlillik təqaüdünü bərpa etdirəcəyi barədə biləbilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, hər hansı bir səlahiyyətə malik olmadığı halda, əslində pulunu ələ keçirmək niyyəti ilə İlkin Verdiyevi aldadaraq, 2022-ci ilin iyun ayının əvvəllərində, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Köhnə bazar” adlanan yerdə görüşüb sonuncunun 2500 (iki min beş yüz) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, zərərçəkmiş X13 maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Şahid5 vasitəsilə tanıdığı tanışı Daşkəsən şəhəri T.İsmayılov küçəsi ev 7 mənzil 15-də yaşayan Zərərçəkmiş şəxs3 ilə 2022-ci ilin iyun ayının əvvəllərində, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayonu Güloğlular kəndində yerləşən «Təzə bazar» ərazisində danışıb şəxsi əlaqələrinin geniş olmasını, onun dayandırılmış əlillik təqaüdünü bərpa etdirəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, hər hansı bir səlahiyyətə malik olmadığı halda, əslində pulunu ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs3 aldadaraq 2022-ci ilin iyun ayının ortalarında, dəqiq tarixi və vaxtı istintaqla məlum olmayan tarixdə və vaxtda Bərdə rayonu Güloğlular kəndində yerləşən “Təzə bazar” adlanan yerdə Zərərçəkmiş şəxs3 4500 (dörd min beş yüz) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə tanışı Şahid5 vasitəsilə tanıdığı Bərdə rayonu Alaçadırlı kəndində yaşayan Zərərçəkmiş şəxs1 ilə 2021-ci ilin avqust ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə şəhər ərazisində danışıb ona şəxsi əlaqələrin geniş olmasını, onun Bərdə RPŞ-nə X7 barəsində etdiyi müraciəti əsasında Bərdə RPŞ-nin İB-də sabiq müstəntiq Rəcəb Cəbrayılov tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilərək əlavə istintaqa qaytarılmasına köməklik edəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, hər hansı bir səlahiyyətə malik olmadığı halda, əslində pulunu ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs1 aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, 2021-ci ilin avqust ayından 2022-ci ilin sentyabr ayının sonlarınadək olan müddət ərzində istintaqla dəqiq müəyyən olunmayan tarixlərdə və vaxtlarda özünün yaşadığı Bərdə rayonu Şirvanlı kəndində yerləşən fərdi yaşayış evində və Bərdə rayon ərazisində müxtəlif yerlərdə Zərərçəkmiş şəxs1 8750 (səkkiz min yeddi yüz əlli) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2001-ci il və 2009-cu il tarixlərdə Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinə əsasən məhkum olunmuş, Bərdə rayonu Alaçadırlı kəndində yaşayan Zərərçəkmiş şəxs1 Gülağa adlı şəxsin vasitəsi ilə təxminən 2 il bundan əvvəl tanımış, 2021-ci il tarixdə dəqiq tarixi yadında olmayan vaxt Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Köhnə Bazar” adlanan yerdə Gülağa adlı şəxsdən meyvə-tərəvəz alan zaman, Gülağa onun “Türkün fəxri”qəzetinin müxbiri vəzifəsində işlədiyini bilmiş və onu tanışı Zərərçəkmiş şəxs1 ilə tanış etmişdir. Zərərçəkmiş şəxs1 ona adını bilmədiyi şəxsin aldatması ilə bağlı 90000 manat pulunun mənimsənilməsi barədə Bərdə RPŞ-nə araşdırma aparıldığını, lakin pulunun geri qaytarılmadığını demiş, bu barədə onlara kömək etməsini istəmiş, bundan sonra 2021-ci ilin dəqiq vaxtı xatırlamadığı gündə Zərərçəkmiş şəxs1 ilə onun yaşadığı Bərdə rayonu ərazisində yerləşən “Quşçuluq fabrikini”nin həyəti adlanan yerdə fərdi yaşayış evində görüşmüş, həmin evə Gülağa adlı şəxslə getmişdir. Onlar içəri daxil olanda Zərərçəkmiş şəxs1 evində adını bilmədiyi anası, gəlinləri və qardaşı Bəybulud olmuş, onlar içəridə oturub söhbət etməyə başlamış, Zərərçəkmiş şəxs1 ona “Taleh adlı şəxs məni aldadaraq 90.000 manat pulumu alıb, həmçinin işlətdiyim mağazadan müxtəlif ərzaq məhsullarını alaraq mənimsəyibdir, bu barədə Bərdə RPŞ-nə müraciət etmişəm, lakin müraciətim əsasında tam, hər tərəfli və obyektiv araşdırma aparılmamışdır, bu barədə mənə köməklik edəsiniz pulumu qaytarım” sözlərini demiş, bundan sonra Zərərçəkmiş şəxs1 “narahat olma, ya bu iş ləğv etdirib yenidən istintaqa verdirəcəm, və yaxud səni aldadan Taleh adlı şəxsi tutduracam” sözlərini deyərək Zərərçəkmiş şəxs1 bu barədə bir daha narahat olmamasını, bu məsələni tam şəkildə ictimailəşdirəcəyinmə söz verdmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 Bərdə RPŞ-də araşdırma üzrə qəbul edilmiş qərarla tanış olması üçün qərarı istəmiş və qərarın surətinı oxuyub işin mahiyyəti ilə tanış olmuş, Zərərçəkmiş şəxs1 “bu işdə mənə maddi köməklik edərsən, mən də sənə bu barədə köməklik edərəm” dedikdən sonra Zərərçəkmiş şəxs1 məxsus evdən tanışı Gülağa ilə çıxıb getmiş, bundan təxminən 2 gün sonra Zərərçəkmiş şəxs1 məxsus ***-***-**-** nömrəsinə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vurub “bu iş üçün mənə 1700 manat pul lazım olacaq” dedikdə Zərərçəkmiş şəxs1 onun razılaşmış və ona yol pulu üçün Gülağa adlı şəxsə 300 manat verdiyini bildirmişdir. 1700 manat pulu isə kredit götürüb verəcəyini demiş, “Azərbaycan övladı” qəzetində Zərərçəkmiş şəxs1 məsələsini işıqlandırması üçün Pənah və Surxay müəllimlərlə görüşmüş, Pənah və Surxay müəllimə Bənövşə xanımın məsləsini tam hər tərəfli danışıb izah etmiş və bu məsələni qəzetdə elan edilməsini xahiş etmişdir. Pənah və Surxay adlı şəxslər ona, yəni daha doğrusu Bənövşə xanıma köməklik edəcəklərini demiş, bundan sonra Bənövşə xanıma zəng edib Pənah və Surxay adlı şəxslərlə görüşdüyünü və onların köməklik edəcəkləri barədə bildirmiş, həmçinin Bənövşə xanıma onunla Bakı şəhərinə gedib, Surxay və Pənah adlı şəxslərlə görüşəcəklərini də demişdir. xx.xx.2021-ci il tarixdə Bənövşə xanımın evinə Gülağa adlı şəxslə birlikdə getmiş və evin içərisində Bənövşə xanımın anası, qardaşı Bəybuludun və adını bilmədiyi digər xanımın yanında 1700 manat pulu Bənövşə xanımdan alıb çıxıb getmiş, təxminən bir neçə gün sonra Bakı şəhərinə gedərkən Gülağa da bununla bağlı ona 300 manat vermişmişdir. Lakin o, 1700 manat pulu heç bir şəxsə verməmiş, təxminən 7-8 gün sonra Bənövşə xanıma yenidən zəng vurub bu iş üçün 1500 manat pul lazım olacağını demiş, bu şəkildə Bənövşəni aldatmış, sonuncudan 13 oktyabr 2021-ci il tarixdə 1700 manat və 300 manat Gülağa vasitəsilə, 20 oktyabr 2021-ci il tarixdə 2500 manat, 2022-ci il tarixdə isə dəqiq xatırlamadığım tarixdə isə 1000 manat, 2500 manat və yadında qalmayan vaxtlarda müxtəlif miqdarlarda ümumilikdə isə 8750 manat pul almışdır. Hətta Bənövşə xanımı yalandan Bakı şəhərinə aparıb Pənah və Surxay adlı şəxslərlə də görüşdürmüş, lakin Pənah və Surxayın, eləcə də Gülağanın onu Bənövşəni aldatmağından xəbərləri olmamış, Pənah və Surxay heç Bənövşədən hər hansı miqdarda pul almasını da bilməmişlər. Bundan sonra dəqiq xatırlamadığı vaxtda Gülağa onun mobil nömrəsinə zəng vurub “nə oldu Bənövşə xanım işləri” sözlərini dedikdə “düzələcək, narahat olma, Bənövşə gəlib bu işlə bağlı üzür istəyəcək” deyə cavab vermiş, təxminən 2022-ci ilin sentyabr ayının dəqiq xatırmadığı günü Bənövşə xanıma zəng vurub, pulunu gəlib Bakı şəhərində götürməsini demiş, Bənövşə xanımı yenidən aldatmış və Bakı şəhərində sonuncu ilə görüşməmişdir. Bundan sonra bir neçə dəfə Bənövşə xanımı müxtəlif bəhanələrlə aldatmağa başlamış və aldığı ümumilikdə 8750 manat pulu qaytarmamışdır. Bu məsələlərdən sonra 25 oktyabr 2022-ci il tarixdə Bənövşə xanım ərizə ilə Bərdə RPŞ-nə onun barəsində şikayət etməyə başlamış, Zərərçəkmiş şəxs1 onunla bir neçə dəfə mobil telefon vasitəsilə əlaqə saxladıqca Bənövşə xanıma “biraz səbrli ol” sözləri ilə aldatmış, Zərərçəkmiş şəxs1 aldığı ümumilikdə 8750 manat pulu tezliklə qaytaracağına söz vermişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs2 da aldadaraq pulunu ələ keçirmiş, əvvəlki ifadəsində Zərərçəkmiş şəxs2 Əli oğlunun Gülarə Hüseynvoa vasitəsilə ona 2700 və 1500 manat olmaqla ümumilikdə 4200 manat verdiyini göstərsə də, əslində Gülarədən 5600 manat pul almışdır. Belə ki, Gülarə ilk dəfə ona 3200 manat pul vermiş, sonra əlavə olaraq kartına 1500 manat pul atmış, daha sonra isə qardaşı Araz vasitəsilə ona İsmayıla aid təqaüdü bərpa etdirmək üçün 900 manat pul göndərmişdir. ÖZü qardaşı Arazdan pulu gedib Gülarə adlı qadından götürməsini xahiş etmiş, Arazın Gülarədən nə məqsədlə pul almasından xəbəri olmamış, həmin pulu da Bərdə rayonuna qayıtdıqda qardaşı Arazdan götürmüşdür. Zərərçəkmiş şəxs2 təxminən iki ilə yaxındır ki, X3 vasitəsi ilə tanımış, 2021-ci ilin oktyabr ayında Gülara Hüseynova onunla görüşən zaman qohumu Zərərçəkmiş şəxs2 xəstəliklə, yəni əlilliklə bağlı təqaüdünün dayandırıldığını demiş və buna köməklik etməsini xahiş etdikə bir adam tapıb köməklik edəcəyinə çalışacağını bildirmişdir. Bundan sonra işin düzəlməsi üçün 8000 manat pul lazım olacağını demiş, həmin ərəfələrdə Gülarə, İsmayıl və o görüşüb bu barədə söhbət eləmiş, həmin vaxt İsmayıla köməklik edəcəyini demiş və bu işin düzəlməsi üçün Gülarədan Bərdə rayon ərazisində 2021-ci ilin oktyabr, noyabr aylarında birinci dəfə 3200 manat pul almış, ikinci dəfə isə Gülarə 1500 manat pulu kartına atmışdır. Daha sonra isə 900 manat Gülarə qardaşı Araza pul vermiş, həmin pulu qardaşından götürmüş, pulu şəxsi ehtiyaclarına görə xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs3 dostu Şahid5 vasitəsilə tanımış, 2022-ci ilin may ayının əvvəllərində dostu Şahid5 ona Svetlana adlı qohumu olduğunu, Svetlananın əlillik təqaüdünün kəsildiyini, təqaüdünü bərpa etdirməyə tanış axtardığını demiş, Şahid5 kömək edə biləcəyini bildirmiş, sonra bir neçə gün sonra Gülağa və Svetlananın qardaşı Rizvan ilə birlikdə Bərdə rayonu Şirvanlı kəndi ərazisində adını unutduğu kafedə görüşmüş, əvvəlki ifadəsində bu xüsusatları başqa cür qeyd etmiş, əslində isə indi deyəcəkləri tam doğru olmuşdur. Orada 4500 manata Svetlanın təqaüdünü bərpa etdirə biləcəyini demiş, 2022-ci ilin may ayının ortalarında Bərdə rayonu Güloğlular kəndində yerləşən “Təzə bazar” adlanan yerdə Svetlana və qardaşı Rizvan ilə görüşmüş, Svetlana ona 4500 manat pulu Rizvanın yanında vermiş, pulu götürüb 2023-cü ilin yanvar ayınadək təqaüdü bərpa etdirəcəyini vəd verməsinə baxmayaraq təqaüdün bərpa olunması ilə bağlı heç bir iş görməmişdir. 2022-ci ilin dekabr ayında Svetlananı Bakı şəhərinə Maştağada yerləşən xəstəxanada müayinə olunmağa çağırmış, maştağa xəstəxanasında Svetlanaya bir neçə gün xəstəxanada yatmalı olduğu bildirilmiş, Svetlana razı olmayıb Daşkəsən şəhərinə qayıtmışdır. Svetlananı aldadaraq ələ keçirdiyi 4500 manat pulu şəxsi ehtiyaclarına xərcləmiş, Svetlananın dələduzluq edərək ələ keçirdiyim 4500 manat pulun 4000 manatını 2023-cü ilin fevral ayından aprel ayınadək 2 dəfə olmaqla 3000 və 1000 manat şəklində qaytarmışdır. Bundan başqa Kəlbəcər rayonu, Cəmilli kəndində qeydiyyatda olan X14 tanımış, özü həm də toylarda tamadalıqla məşğul olmuş, 2022-ci ilin may ayında tanışı Gülağanın qızının toy mərasimində tamadalıq edən zaman İlkinlə tanış olmuşdur. Həmin gündən bir neçə gün sonra İlkin özü ona zəng edərək pensiyası ilə bağlı ekspert həkim komisiyyasından keçməli olduğunu bildirdikdə “danışıb düzəldərəm, 5 il uzadarıq, sonrasına da baxarıq”- deyə cavab vermiş, bunun üçün 2500 manat lazım olduğunu bildirmişdir. Bundan sonra 2022-ci ilin iyun ayının əvvəlində Bərdə şəhərində olan zaman Şahid5 ilə İlkin onun yanına gəlmiş, onlar Ü.Hacıbəyov küçəsində köhnə bazar deyilən yerdə görüşmüş, İlkindən 2500 manat pul almış, bunun uzun çəkən bir iş olduğunu deyib bir neçə ay gözləməsini bildirmişdir. Lakin sonradan onun barəsində şikayət olduğundan söz verdiyi işi başa çatdır bilməmişdir.Əgər o tutulmasaydı öz vədinə əməl edəcəkdir. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını, zərəçəkmiş şəxslərdən X11 və Zərərçəkmiş şəxs3 ondan şikayətçi olmamasını, ziyanın ödənilməsini, barışmasını nəzərə almağı və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı iş üzrə zərər çəkmiş şəxs qismində tanınıb dindirilmiş Verdiyev (Əlizadə) İlkin Əli oğlu ifadəsində göstərdi ki, Kəlbəcər rayonu Cəmilli kəndində anadan olmuş, ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi əməklə məşğul olaraq ailəsini dolandırmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə nifaqı və münaqişəsi olmamışdır. Təqsirləndirilən şəxs kirvəsi Şahid5 vasitəsilə tanımış, 2007-ci il tarixdə yaşadığı ünvanda tut ağacından yıxılaraq ağır kəllə beyin travması almış, yıxılma nəticəsində baş sümüyü sınmış, həmin vaxt xəsarəti ilə bağlı 3-cü qrup əlillik təqaüdü almağa başlamış, əlillik təqaüdü üçün həkim komissiyası 5 ildən bir keçirilmişdir. 2022-ci ilin iyun ayının əvvəllərində başa çatmaqda olan əlillik təqaüdününün müddətini uzatmaq üçün tanışlardan maraqlandıqda Kirvəsi Şahid5 qızının toy məclisində Gülağa ona həmin toyda tamadalıq edən Təqsirləndirilən şəxs bir neçə nəfərin təqaüdünü bərpa etdirdiyini demiş, Gülağaya “əgər etibarlı adamdısa, pul verək düzəltsin”- deyə bildirmiş, Gülağa ona “Nazim mənim dayım arvadımın və baldızımın oğlunun təqaüdünü düzəldib narahat olma”deyərək inandırmış, 2022-ci ilin may ayının sonlarında Təqsirləndirilən şəxs ilə mobil telefonla danışmış, Nazim ona “təqaüdünü 5 illik uzadaq, narahat olma sonrasına baxarıq”- demiş və təqaüdünün uzadılacağı müqabilində 2500 manat pul verməli olduğumu bildirmişdir. 2022-ci ilin iyun ayının əvvəllərində Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “köhnə bazar” adlanan ticarət mərkəzinin qarşısında kirvəsi Şahid5 yanında Təqsirləndirilən şəxs 2500 manat pul vermiş, Nazim ona 3-6 ay ərzində düzələcəyini bildirmiş, 2023-cü ilin mart ayında əlillik təqaüdü kəsilmiş, Təqsirləndirilən şəxs dələduzluq yolu ondan aldığı 2500 manat pulu geri qaytarmamışdır. Həmçinin ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmadığını bildirdi. Həmçinin məhkəməyə ərizə təqdim edərək onun iştirakı olmadan hökm çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Kəlbəcər rayonu, Kilisəli kəndində anadan olmuş, hazırda Kəlbəcər rayonu, Günəşli kəndində qeydiyyatda olmaqla Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən "Quşçuluq fabrikin"in həyətində məskunlaşaraq ailə üzvləri ilə birlikdə yaşamışdır. Təqsirləndirilən şəxs Calil oğlunu təxminən 2021-ci ildən tanımış, onların ailəsinə məxsus Bərdə şəhər "Köhnə Bazar" adlanan əraziyə yaxın yerdə mağazaları olmuş, o, həmin mağazanı işlətmiş, həmin mağazanı işlətdiyi vaxtdan Gülağa adlı şəxsin adını bilmədiyi "televiziyanın" xidməti maşınını sürdüyünü görmüş, bu vaxt X1 tərəfindən aldadılaraq pulunun mənimsənilməsini bildirmiş və bu barədə ona köməklik etməsini xahiş etmişdir. Gülağa ona hazırda məzuniyyətdə olduğunu, lakin bu işlə tanışı Təqsirləndirilən şəxs Cəmil oğlunun məşğul ola biləcəyini dedikd sonuncu ilə razılaşmış və Gülağa Təqsirləndirilən şəxs jurnalist olduğunu bildirmiş, bundan sonra Gülağaya Təqsirləndirilən şəxsla görüşmək istədiyini bildirdikdə Gülağa ona Təqsirləndirilən şəxs Bərdə rayonu Şirvanlı kəndində yaşadığını və kənd uzaq olduğu üçün taksi pulu 10 manat lazım olduğunu demişdir. Gülağaya 10 manat pul vermiş və Gülağa 2021-ci ilin avqust ayında Nazimlə birlikdə gəlmiş, Gülağa və Nazimi qarşılamış,onlara öz evində çay süfrəsi hazırlamış, həmin vaxt evində qardaşı Bəybulud, anası Qaratel və gəlinləri Bahar olmuşdur. Onlar söhbət etməyə başlamış, söhbət əsnasında Təqsirləndirilən şəxs Bərdə RPŞ-nə etmiş olduğu şikayətlə bağlı qəbul edilmiş qərarı təqdim etdikdə sonuncu ona həmin qərarın ləğv edilməsi və yenidən istintaqa qaytarılması üçün köməklik edəcəkyini demiş, Təqsirləndirilən şəxsla razılaşmış və çox sevinmişdir. Bundan sonra Nazim ona "sabah Bakı şəhərinə gedirəm, redaktorla danışıb və dərhal sənin işlərini həll etmək üçün bir neçə şəxslərlə görüşəcəm" – deyə bildirmiş, bundan sonra Nazim müəllim və Gülağa adlı şəxs yaşadığı evdən çıxıb getmiş, Gülağa həmin günü ona Nazimə Bakı şəhərinə getməsi üçün pul lazım olduğunu dedikdə Gülağaya öz cibindən qardaşı Bəybulud, anası Qaratel və gəlinləri Baharın yanında 300 manat pul vermiş və həmin pulu Nazim müəllimə yol pulu üçün verdiyini qeyd etmişdir. Texminən oktyabr ayında Nazim müəllim öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən istifadəsində olan ***-***-**-** nömrəsinə zəng vurub "bu iş üçün mənə 1700 manat pul lazım olacağını" – deyə bildirdikdə sonuncu ilə razılaşmış, səhəri gün Nazim və Gülağa yenidən onlara gəlmiş, 1700 manat pulu Bərdə rayon Meşəçilik institutu ərazisində yaşadığı evdə Nazimə vermişdir. Təxminən 1 həftə sonra Nazim ona zəng vurub "bu işə görə yenə pul lazım olacaq, 2000 manat pul verməlisən və özün də Bakı şəhərinə gəlməlisən"- deyə bildirdikdə sonuncu ilə razılaşmış və xx.xx.2021-ci il tarixdə Bərdə şəhərində görüşüb avtobusla Bakı şəhərinə getmişdir. Bakı şəhərində Nazim müəllimlə birlikdə "Azərbaycan Nəşriyyatına" getmiş, orada o, Nazim müəllim ilə Pənah ve Surxay adlı şəxslərlə görüşmüş, onlar Surxay və Pənah müəllimin ofisində oturub onun Taleh adlı şəxs tərəfindən aldadılaraq pulunun mənimsənilməsi barədə hadisə ilə bir qədər söhbət etməyə başlamış, söhbət əsnasında Pənah və Surxay müəllim ona "narahat olma, sənin bu işini biz həll edəcəyik, bu barədə isə “Azərbaycan Övladı” qəzetində elan verəcəyik”- deyə bildirmişlər. Həmçinin Baş Prokurorluqda adamlarının olduqlarını dedikdə özlərini Surxay Şirvanoğlu və Pənah Azəri kimi təqdim edən şəxslərlə razılaşmış, bundan sonra Nazim müəllim ilə birlikdə ofisdən çıxıb Bakı şəhərində Nazimin tanışı Teymurun Bakı şəhər Beynəlxalq avtovağzalın yaxınlığındakı çay evinə getmiş, orada oturub çay içməyə başlamış, Nazim müəllim gec olduğunu və bu gün Bakı şəhərində qalacaqlarını, sabah isə Bərdə şəhərinə qayıdaqlarını dedikdə sonuncu ilə razılaşmış və onlar birinci Bakı şəhər Beynəlxalq avtovağzalın yaxınlığındakı adını bilmədiyi otelə getmiş, orada onun "Covid 19" pasportu olmadığı üçün onları qəbul etməmişlər. Daha sonra Bakı şəhər Biləcəri rayonunda yerləşən adını bilmədiyi bir otele getmiş, orada Nazim ilə o bir otağa aparılmış, otaq bir otaqlı və qoşa çarpayıdan ibarət olmuşdur. Nazim ona burada qalacaqlarını dedikdə Nazimlə bu barədə razılaşmamış və ondan taksi sifariş etməsini xahiş etmişdir. Nazim taksi sifariş etmiş və o, Mirsəyyaf Zamanlı adlı bibisinin yoldaşıgilə getmiş, orada Mirsəyyaf Zamanlıya başına gələn hadisə ilə bağlı bildirmişdir. Səhərisi gün Nazim müəllimlə mobil telefon vasitəsilə danışıb Bakı şəhəri 28 may ərazisində görüşmüş, birlikdə metroya daxil olub Bakı şəhər Beynəlxalq Avtovağzalına getmiş, Nazim müəllimin qardaşı Arazın qızının ad günü olduğu üçün ondan birlikdə qıza hədiyyə almaqlarını xahiş etmişdir. Onlar birlikd Nazim müəllimin qardaşı qızına bijuteriya almış və həmin vaxt bir ədəd sırğa və üzüyü isə Nazim müəllim ona hədiyyə verdikdə həmin hədiyyəni qəbul etməmiş, bundan sonra adını bilmədiyi taksi sürücüsünün avtomobilinə əyləşmiş və birlikdə Bərdə şəhərinə gəlmişlər. Bundan sonra yaşadığı evə çıxıb getmiş, bir neçə gün sonra Nazim müəllimə yenidən zəng vurmuş, işin nə yerdə olmasını maraqlanmış, Nazim müəllim ona Pənah Azəri və Surxay Şirvanoğlu adlı şəxslərə zəng vurub bu işdə onlara köməklik etmələrini xahiş etdiyini demiş, təxminən aradan bir müddət keçmişdir. Yenidən Nazim müəllimə zəng vurmağa başlamış, Nazim müəllim ona "narahat olma Pənah və Surxay adlı şəxslərlə danışmışam, bu məsələ yenidən qəzetdə elan olunacaq və bu barədə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiya idarəsinə məlumat veriləcək" - demiş, təxminən bir neçə gün sonra Nazim müəllim yaşadığı evə gəlmiş və ona təcili olaraq 700 manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxt qonşusundan həmin pulu almaq məqsədilə qonşunun evinə getmiş, lakin pulu tapa bilməmiş, daha sonra Nazim müəllimə bacısının qızıllarını vermiş, Nazim həmin qızllarla sələmə 700 manat pul götürmüşdür. Təxminən bir neçə gün Nazim müəllim onun etibarimdan istifadə etməklə aldadaraq istədiyi, guya işlər üçün özü tapdığı 1500 manat puldan, 1000 manatını Nazim müəllimə zəng vuraraq əlbəəl qaytarmış, bir neçə gün sonra Nazim müəllim ondan aldığı bacısının qızılarını qaytarmışdır. Yenidən xx.xx.2022-ci il tarixdə Nazim müəllim yaşadığı evə gəlmiş və bu iş üçün 4000 manat pul lazım olduğunu demiş, həmin vaxt evlərində qardaşı Bəybulud və sonuncunun həyat yoldaşı Bahar olmuş, Nazim müəllimə ağala-ağlaya "mənim pulum yoxdur, artıq tükənmişəm, mən pul tapa bilmirəm" demiş, Nazim bundan sonra yaşadığı evdən heçnə demədən çıxıb getmişdir. Nazim müəllim ona daha sonra Ağdam rayonu Quzanlı qəsəbisində adını bilmədiyi şəxsdən onun adına sələm götürdüyünü bildirmiş, işlərə lazım olan pulları ödəyəcəyini demiş, aradan bir neçə gün keçmiş, Bərdə şəhərində "Unibanka" kredit əldə etmək üçün müraciət etmiş, lakin ona pul verə bilməyəcəklərini demişlər. Bu vaxt bibisinin yodaşı ona zəng vurub, rəhmətlik anası Qaratelin baş daşı üçün yaşadıqları evdə gəlinlərinə pul verdiyini, gedib pulu götürüb istifadə etməsini demiş, evə gedib həmin puldan 2500 manat və 200 ABŞ dollarını götürüb dərhal Nazim müəllimə zəng edib sələm götürməməsini və pulu tapdığını demişdir. Nazim dəqiq xatırlamadığı tarixdə onun işlədiyi mağazaya gedib oradan 2300 manat və 200 ABŞ dolları pulu alıb guya Bakı şəhərində işlərə verəcəyini deyərək çıxıb getmiş, Təqsirləndirilən şəxs etibarından sui-istifadə edərək ümumilikdə ondan 8750 manat pul və bir neçə dəfə isə ərzaq və digər məhsulları alaraq ona qarşı dələduzluq etmişdir. Sonra dəqiq xatırlamadığı vaxtda Gülağa onun yanında Nazimin mobil nömrəsinə zəng vurub "nə oldu Bənövşə xanım işləri?" sözlərini demiş, Nazim müəllim həmin vaxt Gülağa adlı tanışına "düzələcək, narahat olma, Bənövşə gəlib bu işlə bağlı üzür istəyəıcək"- deyə cavab vermişdir. Yenidən Nazim müəllimi axtarmağa başlamış, işi ilə əlaqədər maraqlanmış, lakin Nazim müəllim onu hər dəfə “narahat olma, düzələcək”- deyə aldatmışdır. O, sonra Nazim müəllimin onu Bərdə şəhər sakini Gülağa, Bakı şəhər "Azərbaycan Nəşriyyatın'da işləyən Surxay Şirvanoğlu və Pənah Azəri adlı şəxslərə aldadaraq 8750 manat pulumu mənimsədiyini başa düşmüş, təxminən 2022-ci ilin sentyabr ayının dəqiq xatırmadığı günü Nazim ona zəng vurub, pulunu gəlib Bakı şəhərində götürməsini demiş, pulunu Nazimdən almaq üçün Bakı şəhərinə bibisinin yoldaşının yanına getmiş, orada yenə Nazim onu aldatmış və Bakı şəhərində onlarla görüşməmişdir. Lakin Pənah adlı şəxslə bibisinin yoldaşı Mirsəyyaf Zamanlının otağında görüşmüş və ona "Nazim mənə heç bir pul verməyib, lakin Surxaya verməsi ilə bağlı məlumatım yoxdur" demiş, bundan sonra bir neçə dəfə Nazim müəllim müxtəlif bəhanələrlə onu aldatmağa başlamış və ümumilikdə aldığı 8750 manat pulu geri qaytarmamış, bu məsələlərdən sonra 25 oktyabr 2022-ci il tarixdə ərizə ilə Bərdə RPŞ-nə Nazimin barəsində şikayət etmişdir. O həmçinin bildirdi ki, vurulmuş ziyanlığı tələb edir. Məhkəmə istintaqı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək, tanışı Şahid4 vasitəsilə Təqsirləndirilən şəxs tanımış, 2021-ci il tarixdə oktyabr ayında onun 2-ci qrup əlilliyinə görə verilən təqaüdün kəsiləcəyini bildiyinə görə tanışı Şahid4 ona köməklik edəcəyini düşünmüş, çünki Gülarə uşaq xəstəxanasında işlədiyi üçün sonuncunun həkim tanışlarının olduğunu güman edib 2021ci ilin oktyabr ayında dəqiq günü və saatı yadında qalmayan vaxtda Gülarənin iş yerinə gedərək sonuncu ilə görüşmüşdür. Oraya hazırlıqlı getmiş, təxminən bu işin xərcini hesablamaqla özü ilə 5000 manat pul və özünə aid sənədlərin əslini götürmüş, həmin sənədlərin ksero surətlərini isə özündə saxlamış, Gülarə ilə görüşdükdən sonra sonuncu ondan nə üçün gəldiyini soruşduqda bütün məsələni danışmışdır. Gülarə Nazim adlı bir şəxsin bu işdə ona köməklik edə biləcəyini demiş, o da tələsdiyi üçün çox gözləyə bilməmiş, Gülarəyə əlbəəl 5000 manat pul və özünə aid sənədlərin əslini verib oradan çıxıb getmiş, sonradan Gülarə ona zəng edib Nazim adlı şəxs ilə danışdığını və Nazimin bu işi həll etməkdə söz verdiyini demişdir. Sonradan özü də Nazim ilə danışmış, hətta sonuncu ilə bir neçə dəfə Bakı şəhərinə gedib-gəlmiş, Nazim özünün Korrupsiya İdarəsinin əməkdaşı olduğunu demiş, Nazim onu Bakı şəhərində müxtəlif yerlərdə gözlədərək özü gedib-gəldikdən sonra işinin alınacağını bildirmişdir. Lakin Nazimin kimlərlə görüşüb-görüşmədiyini bilməmiş, sonuncu özü də bu barədə heç nə danışmamış, Nazimlə birlikdə olarkən sonuncudan Gülarəyə verdiyi 5000 manat pulu götürübgötürmədiyini soruşduqda o pulu götürdüyünü demişdir. Sonradan Nazimin onları müxtəlif bəhanlərlə aldatdığını görmüş, hətta pulunu geri istəməyi də düşünmüş, Gülarə ilə birlikdə bir neçə dəfə Nazimə zəng edib heç bir şey lazım olmadığını, pulu geri qaytarmasını istəsə də, Nazim onları yenə də aldatmış, əlavə olaraq 3000 manat pul verəcəyi təqdirdə təqaüdünü ömürlük düzəldəcəyini və bir neçə ildən sonra tibbi komissiyadan keçməyə ehtiyac olmayacağını demişdir. Yenə də Nazimin sözünə inanmış, 2021-ci ilin oktyabr ayının 31-də mən Bərdə rayonu Hacallı kəndində təşkil olunan qohum toyuna getmiş, orada Gülarə də olmuş, Gülarənin yanında Nazim ilə danışmışdır. Nazimə Gülarəyə 3000 manat pul tapıb verəcəyini demiş, həmin gün 3000 olmasa da, birtəhər 2000 manat pul düzəldib Gülarəyə əlbəəl vermiş, 2023-cü ilin dekabr ayında dəqiq günü və saatı yadında qalmayan vaxtda Gülarənin yaşadığı evə getmişdir. Orada Gülarəyə əlavə olaraq 400 manat pul vermiş, Gülarədən onda pul olmadığını, əlavə olaraq 600 manat tapıb üstünə qoymaqla ümumilikdə Nazimə 1000 manat da pul verməsini xahiş etdikdən sonra çıxıb getmiş, lakin sonradan Nazimə dəfələrlə zəng etməsinə baxmayaraq o işi həll etməmişdir. Hətta hər dəfəsində ona müxtəlif bəhanələr gətirərək yenə də onu aldatmış, Gülarə ona həmin şəxsə inanmadığı üçün əvvəlcədən aldığı puldan özündə 300 manat saxladığını, sonradan aldığı 2400 manat puldan isə 900 manatını Nazimin Araz adlı qardaşına verdiyini demiş, Gülarəyə yaxşı ki pulun hamısını Nazimə vermədiyini bildirmiş, Gülarə geri qalan 1800 manat pulu isə özünə qaytarmışdır. Daha sonra o və Gülarə Nazimin başqa şəxsləri də aldatdığını öyrənmiş, Gülarə ondan polisə şikayət etməsini istədikdə Bərdə RPŞ-nə gedib Nazimdən şikayət etmişdir. Əvvəlki ifadəsində Gülarəyə Nazimin yanında 8000 manat pul verdiyini, Gülarənin də həmin pulu alıb Nazimə verdiyini desə də, əslində bütün hadisələr indiki ifadəsində göstərdiyi kimi olmuş, onun ilkin izahat və ifadəsində elə deməkdə məqsədi Nazimin ondan konkret olaraq istədiyi pulu göstərmək və Gülarənin qadın olduğu üçün get-gələ salmamaq olmuşdur. Əslində isə Gülarəyə Nazimə verməsi üçün ümumilikdə 7400 manat pul vermiş, Güalərə də həmin puldan 5600 manatı Nazimə vermiş, geri qalan 1800 manatı isə özünə qaytarmışdır. Nazim özü onunla telefonda danışarkən bu iş üçün Gülarədən 5600 manat pul aldığını təsdiq etmiş, lakin Nazimə verdiyi pulu sonuncu geri qaytarmamışdır. Hazırda Nazim etibarından sui-istifadə edərək ona ümumilikdə 5600 manat maddi ziyan vurmuş və indiyədək həmin maddi ziyandan 1 manatını belə geri qaytarmamışdır. O, həmçinin bildirdi ki, vurulmuş ziyanlığı tələb edir. Məhkəmə istintaqı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək, bildirdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə əvvəllər nifaqı və münaqişəsi olmamış, Nazim ilə uzaq qohumu Gülağanın vasitəsilə tanış olmuşdur. 2015-ci il tarixdə sağlamlığı ilə əlaqədar olaraq 2 dəfə əməliyyat olunduqdan sonra fəaliyyət qabiliyyəti olmadığı üçün təqaüdə çıxmış və 2-ci qrup əlillik təqaüdü almağa başlamış, təxminən 5 il həmin təqaüdü aldıqdan sonra 2021-ci ilin əvvəllərində təqaüdü naməlum səbəblərdən kəsilmiş, həmin tarixdən təqaüdünü bərpa etdirməyə adam axtarmışdır. 2022-ci ilin iyun ayında tanışı Gülağanın tanışlığı ilə Bərdə rayon sakini Nazim adlı şəxslə tanış olmuş, həmin vaxtlar Nazimə məxsus ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr vasitəsi ilə əlaqə saxlamış, mobil telefonla danışdıqları zaman Nazim ona 7000 manat müqabilində təqaüdünü bərpa etdirə biləcəyini, əvvəlki kimi 300 manat təqaüd alacağını demiş, Nazimi onunla tanış edən Gülağaya görə Nazimə inandığından 2022-ci ilin iyun ortalarında qardaşı X12 ilə birlikdə tanımadığı taksi ilə Bərdə rayonuna gəldim, Nazimə zəng edərək, sonuncu ilə görüşmüşlər. Bərdə rayonu Güloğlular kəndində yerləşən “Təzə bazar”ın yaxınlığında görüş zamanı Nazim bir daha onun problemini həll edəcəyini vəd verib, ondan 4500 manat pul almış, həmin vaxt pulu Nazimə verərkən yanında qardaşı Rizvan Rüstəmov olmuş, Nazim ona 2023-cü ilin yanvar ayınadək təqaüdünü bərpa etdirəcəyini vəd vermişdir. 2022-ci ilin dekabr ayının ortalarında Nazimlə əlaqə saxlamış, Nazim isə onu Bakı şəhəri Maştağa qəsəbəsinə yerləşən xəstəxanaya aparmış, orada tanımadığı bir nəfər həkimlə görüşmüş, Maştağa qəsəbəsində yerləşən xəstəxananın içərisində həyətdə Nazimin tanışı həkim ona bir neçə gün xəstəxanada yatmalı olduğunu bildirmiş, Nazim isə həmin həkimdən onun xəstəxanada yatmamasını xahiş etmişdir. Həmin həkimlə Nazim arasında olan söhbətə əsasən 2023-cü ilin yanvar ayı ərzində problemi həll edilməli olmuş, lakin həmin vaxtdan sonra bir müddət keçsə də, Nazim onun işini həll etməmiş, ondan pulunu geri istəmişdir. Sonradan Nazim ona zəng edərək aldığı puldan 3000 manatını Gülağa vasitəsilə geri qaytaracağını bildirmiş, sonradan Gülağa qardaşı Rizvan ilə görüşüb həmin 3000 manatı sonuncuya vermiş, o da həmin pulu Rizvandan götürmüşdür. Bundan sonra Nazim ona boclu qaldığı puldan 1000 manatını karta atmış, həmin pulu kartdan çıxartmış, yekunda Nazim ondan aldığı puldan 4000 manatını geri qaytarsa da, geri qalan 500 manat pulu verməyərək onu yubatmış və müxtəlif bəhanələr gətirərək aldatmışdır. Bu səbəbdən bununla əlaqədar olaraq DİN-nin 102 xidmətinə məlumat və Bərdə RPŞ-nə isə ərizə vermiş, onun həmin ərəfədə əhvalı çox pozulmuş, yaranan bu problemə görə ailəsi də dağılmış, həm də bu işlə bağlı elə yollarda 2500 manat pul xərcləmişdir. Aylarla Bakı şəhərində qalmış, bu səbəbdən Nazimin ondan aldığı pulu göstərsə də, həmin puldan gei qaytarması barədə heç bir şey qeyd etməmiş, Nazim yalan danışmış, pulu Nazimə Bəhruz deyil özü vermişdir. Həmin vaxt yanında qardaşı Rizvan olmuş, sonradan da həmin puldan ümumilikdə 4000 manatını geri qaytarmış, qardaşı Rizvan bir neçə ay bundan əvvəl Almaniya Respublikasına gedib, orada yaşamağa başlamış, yeznəsi Bəhruz isə bir neçə aydır ki, Rusiya Federasiyasına işləməyə getmişdir. Həmçinin ərizə təqdim edərək, Təqsirləndirilən şəxs Calil oğlu ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmadığını bildirdi. Həmçinin ərizə verərək onun iştirakı olmadan hökm çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 bacısıdır, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla nifaqı və münaqişəsi olmamış, bacısı Bənövşəni bir dəfə aldadıb pulunu almışlar. Sonra Bənövşə bu məsələni ictimailəşdirmək üçün Nazim adlı şəxslə tanış olmuş, həmin şəxsi yerlisi olan, Bərdə rayonunda yaşayan Gülağa vasitəsilə tanımış, təxminən 2021-ci ilin avqust ayında dəqiq günü və saatı yadında qalmayan vaxtda Bənövşə iş danışmaq üçün evlərinə Gülağa və Nazimi dəvət etmiş, həmin vaxt evlərində arvadı Bahar və anası Qaratel də olmuşdur. Bənövşəgil bu iş barəsində danışmış, sonra Gülağa və Nazim çölə çıxmış, elə həmin gün Gülağa gəlib Nazimə yol pulu vermək üçün Bənövşədən əlbəəl 300 manat pul alaraq çıxıb getmişdir. Sonralar Bənövşə ailə üzvlərinə bu iş ilə bağlı danışanda Nazim adlı şəxsə müxtəlif miqdarlarda pul verdiyini demiş, bir dəfə də onun yanında yaşadığı evdə 1700 manat əlbəəl Nazimə vermiş, bundan bir neçə vaxt sonra Nazim adlı şəxsin bacısı Bənövşənin etibarından sui-istifadə edərək ümumilikdə 8750 manat pulunu ələ keçirdiyini öyrənmiş, Bənövşə də Nazim adlı şəxsin pulunu geri qaytarmadığını görüb polisə şikayət etmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları mahiyyəti üzrə təsdiq etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, fəhləliklə məşğul olub ailəsini dolandırmış, günəmuzd işlərdə işləmiş, Təqsirləndirilən şəxs təxminən 2 ildir ki, əvvəllər Bərdə rayonu “Köhnə Bazar” deyilən yerdə işlədiyi mağazadan tanımışdır. Aralarında normal münasibət olmuş, lakin hər hansı bir yaxınlığı olmamışdır. Zərərçəkmiş şəxs1 onun yerlisi olmuş, təxminən 2021-ci avqust ayında dəqiq günü yadında qalmayan vaxtda Bənövşənin işlədiyi Bərdə rayonu “Köhnə Bazar” adlanan yerə getmiş, yanında Nazim də olmuş, Bənövşə ona Bərdə RPŞ-nə verdiyi şikayətinə baxılmadığını, yenidən araşdırma aparılması üçün bu işi ictimailəşdirmək lazım olduğunu deyərək Nazimin kim olduğunu soruşmuş, Bənövşəyə Nazimin jurnalist olduğunu demişdir. Sonra Nazim ilə Bənövşəni tanış etmiş, Nazim bu işdə Bənövşəyə köməklik edəcəyini dedikdən vir neçə gün sonra Nazim ilə Bənövşənin evinə getmişlər. X27 1700 manat pul verdikdən sonra oradan çıxmış, daha sonra dəqiq tarixi yadında qalmayan vaxtda Bənövşə Nazimə 300 manat pul göndərməli olduğunu deyib həmin pulu ona vermiş, pulu aparıb Nazimə əlbəəl verikdən sonra daha bu məsələ ilə maraqlanmamışdır. X10 aldadaraq pulunu ələ keçirdiyini Bənövşənin özündən öyrənmiş, Bənövşə ona Nazimə ümumilikdə 8750 manat pul verdiyini, lakin Nazim tərəfinədn aldadığını və pulu geri qaytarmadığını bildirmişdir. Dəfələrlə bununla bağlı Nazimə demiş, bu səbəbdə sonuncu ilə arası dəymiş, çünki Nazim onun vasitəsi ilə Bənövşə ilə tanış olduğu üçün arada özü qalmış, bu işlə bağlı Nazim ona heç bir pul verməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs3 uzaq qohumu kimi tanıdığını bildirmiş, sonuncu və ailə üzvləri ilə arasında heç bir düşmənçiliyi və ədavəti olmamış, Svetlana kirvəsi İlkinin qohumu olmuşdur. Təxminən 2022-ci ilin iyun ayının ortalarında Svetlanın ona zəng edərək Nazim adlı tanışının kəsilmiş təqaüdünü bərpa etdirməyə söz verdiyini və birlikdə görüşmək istədiyini dedikdə buna etiraz etməmiş, lakin Svetlana gələ bilmədiyi üçün qardaşı Rizvan Bərdə rayonuna gəlmiş, üçü birlikdə Bərdə rayonu Şirvanlı kəndində görüşmüş, orada Nazim bu işdə köməklik edəcəyini deyib bunun üçün 4500 manat pul lazım olduğunu bildirmişdir. Onlar pul məsələsində razılaşmış, daha sonra onlardan xəbəri olmamış, çünki onun bu işdə heç bir marağı olmamış, 2022-ci ilin dekabr ayında dəqiq gününü bilmədiyi vaxda Nazim ona zəng edərək Bakı şəhərində olduğunu və Bərdə rayonunda adını hazırda xatırlamadığı bir nəfərə 3000 manat pul verdiyini, həmin 3000 manatı götürüb Bəhruza geri qaytarmasını xahiş etmişdir. Həmin telefon danışığı zamanı Nazimin iş görmək üçün 4500 manat pul aldığını, lakin iş alınmadığı üçün Nazimin həmin pulu hissə-hissə geri qaytarmağa Sevtlanaya söz verdiyini öyrənmiş, bundan sonra həmin 3000 manat pulu götürüb elə həmin gün Svetlana və sonuncunun qardaşı Rizvan ilə görüşmüş, həmin 3000 manat pulu əlbəəl Svetlananın özünə vermişdir. Həmin vaxta kimi Svetlanaın adını eşitsə də, üzünü görməmiş, Svetlana və Nazimin dediklərinin əksinə onları tanış etməmiş, onlar kirvəsi İlkin vasitəsilə tanış olmuş, sonradan Svetlananın Nazimdən şikayət etdiyini öyrənmiş, Svetlanın dediyinə görə Nazimə 7000 manat pul vermiş, lakin o, Rizvan ilə Nazimin arasında 4500 manata razılıq əldə oldunduğunu onların özündən eşitmiş, lakin Nazimin dediyinin əksinə onun yanında Bəhruzdan 4500 manat pul almamışdır. O, Bəhruzu ümumiyyətlə görməmiş, sonuncu ilə telefonda danışmışdır. Bundan başqa 2022-ci ilin may ayında öz qızına toy məclisi təşkil etdiyini qeyd etmiş, Nazim də ona toyda tamadalığı özünün edəcəyini demiş, həmin toya qonaq gəlmiş kirvəsi X18 ondan özünə verilən əlillik təqaüdünün kəsildiyini və bununla bağlı köməklik etməyə adam axtardığını demiş, sonuncuya Nazimin bu işlərdən başı çıxdığını deyib onları tanış etmiş, onlar bir-birinin mobil nömrəsini götürmüşlər. Təxminən 2022-ci ilin iyun ayının əvvəllərində dəqiq gününü və saatını xatırlamadığı vaxtda işlədiyi mağazada olan zaman İlkin ilə Nazim mağazaya gəlmiş, onlarla salamlaşdıqdan sonra İlkin Nazimə əlbəəl 2500 manat pul vermiş, sonuncu də çıxıb getmiş, İlkindən nə səbəbə Nazimə pul verdiyini soruşduqda İlkin ona Nazimin kəsiləcək təqaüdünü yenidən bərpa etdirəcəyi üçün həmin pulu verdiyini demiş, daha sonra İlkin də çıxıb getmişdir. İlkinə Nazimin inanılan adam olduğunu bildirmək üçün Nazimin onun dayı arvadına və baldızına təqaüd düzəltməsini deməmiş, eləcə də, onun bu işdə heç bir marağı olmamışdır. Nə Nazim, nə də İlkin bununla bağlı ona heç bir pul verməmiş, sonradan Nazimin İlkinin pulunu alıb işini görmədiyini və pulu geri də qaytarmadığını,bu səbəbdən İlkinin polisə şikayət etdiyini öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 müdafiəçinin iştirakı ilə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır, sonuncu ilə yaxşı münasibəti olmuşdur. 2021-ci ilin noyabr-dekabr aylarında dəqiq ayı və günü yadında qalmayan vaxtda qardaşı Nazim ona zəng edib Bakı şəhərində olduğunu demiş, ondan Bərdə rayonu Uşaq xəstəxanasına getməsini və Gülarə adlı qadından 900 manat pul götürüb göndərməsini istəmiş, Nazimin dediyi kimi Bərdə rayonu Uşaq xəstəxanasına getmişdir. Orada həyətdə gözləmiş, ona bir qadın yaxınlaşıb adının Gülarə olduğunu deyərək onun Araz olub-olmadığını soruşduqda özünün Araz olduğunu bildirmişdir. Gülarə adlı qadın ona 900 manat pul verib həmin pulu qardaşı Nazimə göndərməsini istəmiş, 900 manat pulu Gülarədən əlbəəl alıb xəstəxanadan çıxıb Nazimlə mobil telefonda danışmış, Nazimdən pulu necə göndərəcəsini soruşduqda sonuncu pulu özündə saxlamasını və 2-3 günə gəlib ondan götürəcəyini demişdir. Təxminən 3-4 gün sonra qardaşı Bərdə rayonuna qayıtdıqda pulu Nazimin özünə qaytarmış, Gülarə adlı qadının nə səbəbdən qardaşına 900 manat pul verdiyini bilməmiş, sonradan qardaşının müxtəlif şəxslərin pulunu alıb onlara qarşı dələduzluq etdiyini öyrənmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X8 ifadəsi elan olundu. Belə ki, X16 ibtidai istintaq zamanı ifadəsinə bildirmişdir ki, “Azərbaycan övladı” adlı qəzetin 2021-ci ilin sonuna kimi redaktoru X9 olmuş, sonuncudan sonra o, baş redaktor vəzifəsinə keçmişdir. Hazırda həmin qəzetin baş redaktoru vəzifəsində işləmiş, səhhəti ilə əlaqədar 2022-ci ilin iyun ayından işə gəlməmiş, Təqsirləndirilən şəxs 2021-ci ilin dekabr ayından tanımışdır. Zərərçəkmiş şəxs1 Nazimin vasitəsilə tanımış, 2021-ci ilin dekabr ayında Nazim Bənövşə ilə birlikdə onların redaksiyasına gəlmiş, Bənövşə xanıma qarşı dələduzluq olduğunu bildirmişlər. Bununla bağlı Bərdə RPŞ-nin İstintaq bölməsində araşdırma aparılmış, lakin həmin araşdırmanın nəticəsindən razı olmamış, qəzetində məqalə yazılmasını və aidiyyəti orqanlara çatdırılmasını xahiş etmişlər. Onlarla müəyyən söhbətlər etdikdən sonra 2 dəfə qəzetində bununla bağlı məqalə dərc edilmiş, sonradan Nazimin onların adından Bənövşədən 8750 manat pul aldığını və sonuncunu aldatdığı bilmiş, bununla bağlı heç kimdən pul almamışdır. İş üzrə şahid qismində dindirilmiş X9 məhkəməyə teleqram vuraraq gələ bilməyəcəyini və ibtidai istintaqda vermiş oduğu ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X4 şahid X16 ilə eyni məzmunlu ifadəsi elan olundu. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş dindirilmiş Şahid4 ifadəsi elan olundu. Belə ki, Şahid4 ibtidai istintaq zamanı ifadəsinə bildirmişdir ki, əslən Kəlbəcər rayonu Oktyabr kəndindəndir, 1987-ci ildən ailə üzvləri ilə birlikdə Bərdə rayonuna köçərək burada məskunlaşmış, Bərdə rayonu Uşaq Xəstəxanasında xadimə işləmişdir. Təqsirləndirilən şəxs ilə təxminən 2 il bundan əvvəl, yəni 2021-ci ilin avqust ayında dəqiq günü yadınmda qalmayan vaxtda Bakı şəhərinə gedərkən yol marşrutunda tanış olmuş, həmin vaxt Nazim özünü tamada kimi, eləcə də təqaüd düzəldən biri kimi təqdim etmiş, həm də özünün Korrupsiya İdarəsinin əməkdaşı olaraq tanıtmışdır. Eyni zmaanda yolda dayanıb çay içərkən özündə olan qovluğu açıb içərisində sənədləri göstərərək onu özünə daha da inandırmış, Nazimin hər ehtimala mobil nömrəsini götürmüşdür. 2021-ci ilin oktyabr ayının axırlarında dəqiq günü və saatı yadında qalmayan vaxtda qohumu Zərərçəkmiş şəxs2 onun iş yerinə gəlmiş, onunla görüşdükdən sonra İsmayıl ona 2-ci qrup əlillik təqaüdünün kəsildiyini, bu işdə, yəni təqaüdün bərpa olunmasında sonuncuya köməklik etməsini dedikdə Nazim adlı tanışının olduğunu deyib köməklik edə biləcəyini bildirmişdir. İsmayıl ona əlbəəl 5000 manat pul və özünə məxsus sənədlərin əslin verib bu işi həll etməsini istədikdən sonra çıxıb getmiş, o, pulu və sənədləri aldıqdan sonra Nazimə zəng etmiş, Nazim köməklik edəcəyini söz vermiş, təxminən 3-5 gün sonra, yəni 2021-ci ilin noyabr ayının əvvəllərində dəqiq günü və saaatı yadında qalmayan vaxtda Nazim ilə işlədiyi xəstəxananın həyətində görüşmüşdür. Nazimə tam inanmadığı üçün əvvəlcə 3200 manat pulu və İsmayıla məxsus sənədlərin surətini əlbəəl vermiş, Nazim ona tez bir zamanda bu işi həll edəcəyini deyərək çıxıb getmiş, bundan bir neçə gün sonra Nazim ona zəng edərək, İsmayıl ilə Bakı şəhərinə getdiyini, əlavə olaraq işlərin düzəlməsi üçün 1500 manat da pul lazım olduğunu demiş, həmin 1500 manat pulu Bərdə şəhərində yerləşən “Lider” marketdə quraşdırılmış “MilliÖN” aparatından Nazimə məxsus karta göndərmiş, lakin çeki özündə saxlamamış, geri qalan 300 manat pulu özündə saxlamışdır. Sonra Nazimin onları yalandan aldatdağını görüb sonuncuya zəng edib iş lazım olmadığını, pulu geri qaytarmasını istəməsinə baxmayaraq Nazim dəfələrlə “bu gün-sabah” deyərək pulu qaytaracağını söz versə də, pulu geri qaytarmamış, sonra Nazim zəng edərək bu iş üçün əlavə pul lazım olduğunu demiş, ondan əlavə olaraq 3000 manat da pul istəmişdir. Bu barədə İsmayıla demiş, lakin Nazimin iş həll edəcəyinə inanmamış, İsmayıl ona zəng edərək Nazim ilə danışdığını, ona pul verəcəyini bildirmiş, sonra onlar dəqiq tarixi yadında qalmayan vaxtdan qohum toyunda olarkən İsmayıl ilə görüşmüş, İsmayıl ona 2000 manat pul vermişdir. O, həmin pulu almasına baxmayaraq, Nazimə inanmadığı üçün həmin pulu sonuncuya verməyib özündə saxlamış, bundan bir neçə gün sonra İsmayıl yaşadığı evə gəlmiş, həyətin qarşısında İsmayıl Nazimə verməkdən ötrü 400 manat pulu əlbəəl vermiş, lakin həmin pulu alıb özündə saxlamış, Nazimə də bu barədə heç nə deməmişdir. Lakin sonradan Nazim ona işin tez həll olunması üçün əlavə pul lazım olduğunu dedikdə bir ümid olaraq sonuncuya inanıb İsmayıldan aldığı puldan vermək qərarına gəlmiş, dəqiq tarixi yadında qalmayan vaxtda Nazimin sonradan tanıdığı Araz adlı qardaşı ilə öz iş yerində görüşmüş, Nazim ilə mobil telefonda danışdıqdan sonra Araza Nazimə göndərməsi üçün 900 manat pul vermişdir. Beləliklə İsmayıldan aldığı ümumilikdə 7400 manat puldan Nazimə 5600 manat pul verərək geri qalan 1800 manat pulu isə özündə saxlamış, lakin Nazim onu və İsmayılı aldadaraq nə işi həll etmiş, nə də onun verdiyi pulları geri qaytarmamışdır. Bu səbəbdən İsmayıla Nazimdən polisə şikayət etməsini xahiş etmiş, özündə saxladığı 1800 manat pulunu da İsmayıla qaytarmış, İsmayıla Nazimə güvənmədiyi üçün pulu tam vermədiyini bildirdikdə sonuncu bundan çox razı qalaraq ona doğru etdiyini bildirmiş, 17 iyul 2023-cü il tarixdə İsmayıl Bərdə RPŞ-nə bu barədə şikayət ərizəsi vermişdir. Məhkəmə iclasından ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Qarayeva X2 Bahar İsmayıl qızı ilə eyni məzmunlu ifadəsi elan olundu. Cinayət işinin 1-ci cildinin 150-ci vərəqəsində olan 28 dekabr 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi 28 dekabr 2022-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanılmış və icraatına qəbul edilmişdir. Cinayət işinin 1-ci cildinin 152-166-ci vərəqələrində olan materiallardan görünür ki, ********* nömrəli cinayət işinin başlanmasına səbəb Bərdə rayonu Alaçadırlı kəndində yaşayan Zərərçəkmiş şəxs1 Nadiq qızının 25 oktyabr 2022-ci il tarixdə Bərdə RPŞ-nə ərizə ilə müraciət edərək, ona məxsus pulun mənimsənilməsi üzrə Bərdə RPŞ-də araşdırılması aparılmış, X7 barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə olan qərarın ləğv edilərək araşdırmanın istintaq bölməsinə veriləcəyi adı ilə Nazim adlı şəxsə 2021-ci ilin avqust ayından etibarən ümumilikdə 8750 manat pul verdiyini, lakin Nazimin onu aldadaraq həmin 8750 manat pulu ələ keçirməsini bildirməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 1-ci cildinin 167-ci vərəqəsində olan 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 Nadiq qızı ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 213-cü vərəqələrində olan olan cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında 27 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə 27 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətdiyindən şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 235-236-cı vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 29 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 1-ci cildinin 249-250-cı vərəqələrində olan 29 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 29 yanvar 2023-cü il tarixdə Bərdə RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçiimişdir. Cinayət işinin 2-ci cildinin 29-cu vərəqəsində olan axtarışda olan şəxsin tutulması haqqında 17 may 2023-cü il tarixli Protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 17 may 2023-cü il tarixdə tutulmuş və aidiyyatı üzrə təhvil verilmişdir. Cinayət işinin 1-ci cildinin 96-cı vərəqəsində olan 16 aprel 2023-cü il tarixli cinayət işinin başlanması, icraata qəbul edilməsi və zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi 16 aprel 2023-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4.-cü maddəsi ilə başlanılmışdır və Zərərçəkmiş şəxs3 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 98-117-ci vərəqələrində olan materiallardan görünür ki, ********* nömrəli cinayət işinin başlanmasına səbəb ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 Nadiq qızının 18 fevral 2023-cü il tarixdə Bərdə RPŞ-nə ərizə ilə müraciət edərək, 2022-ci ilin iyun ayında təqaüdü bərpa etdirmək məqsədilə Nazim adlı şəxsə 7000 manat pul verdiyini, lakin Nazimin onu aldadaraq həmin 7000 manat pulu ələ keçirməsini bildirməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 1-ci cildinin 129-130-cu vərəqələrində olan olan cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında 17 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə 17 may 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4.-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətdiyindən şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 147-148-ci vərəqələrində olan 19 may 2023-cü il tarixli qərardan görünür ki, 19 may 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilmiş və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məccəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin 2-ci cildinin 33-34-cü vərəqələrində olan 19 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittihamlara əlavələr və dəyişikliklər edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuş Cinayət işinin 2-ci cildinin 57-61-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli 4(021)113\2023 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 02 ay 16 gün həddində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 17 may 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 2-ci cildinin 64-70-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 4(021)136\2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bərdə Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli 4(021)113\2023 saylı qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. Cinayət işinin 2-ci cildinin 72-78-ci vərəqələrində olan Gəncə Apellyasiya Məhkəməsinin 25 iyun 2023-cü il tarixli 4(104)125\2023 saylı qərarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 4(021)136\2023 saylı qərarı ləğv olunmuş və Təqsirləndirilən şəxs vəsatəti təmin edilməmişdir. Cinayət işinin 2-ci cildinin 99-cu vərəqəsində olan axtarışda olan şəxsin tutulması haqqında 22 iyul 2023-cü il tarixli Protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdə tutulmuş və aidiyyatı üzrə təhvil verilmişdir. Cinayət işinin 2-ci cildinin 110-112-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 4(021)165\2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi üzrə həbsdə saxlanılma müddəti 22 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 1-ci cildinin 48-ci vərəqəsində olan 22 iyul 2023-cü il tarixli cinayət işinin başlanması, icraata qəbul edilməsi və zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi 22 iyul 2023-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə başlanılmışdır və X18 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 50-52-ci vərəqələrində olan materiallardan görünür ki, ********* nömrəli cinayət işinin başlanmasına səbəb ünvan 6 ünvanda yaşayan X11 17 iyul 2023-cü il tarixdə Bərdə RPŞ-nə ərizə ilə müraciət edərək, 2022-ci ilin iyun ayında təqaüdü bərpa etdirmək məqsədilə Nazim adlı şəxsə 2500 manat pul verdiyini, lakin Nazimin onu aldadaraq həmin 2500 manat pulu ələ keçirməsini bildirməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 1-ci cildinin 71-72-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 03 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə 03 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 1-ci cildinin 91-93-cü vərəqələrində olan 05 avqust 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilmişdir. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan 20 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi 20 sentyabr 2023-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanılmış və icraata qəbul edilmişdir. Cinayət işinin 1-ci cildinin 3-9-cu vərəqələrində olan materiallardan görünür ki, ********* nömrəli cinayət işinin başlanmasına səbəb Bərdə rayonu Hacallı kəndində yaşayan Zərərçəkmiş şəxs2 Bərdə RPŞ-nə ərizə ilə müraciət edərək Nazim adlı şəxsin ona təqaüd düzəldəcəyini vəd edərək etibarından sui-istifadə etməklə 8000 manat pulunu ələ keçirdiyini bildirməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 1-ci cildinin 10-cu vərəqəsində olan 20 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 20-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 21 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə 21 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 1-ci cildinin 43-45-ci vərəqələrində olan 21 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilmiş və iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin 2-ci cildinin 117-118-ci vərəqələrində olan 21 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavələr və dəyişikliklər edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 2-ci cildinin 138-144-cü vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli 4(021)203\2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi üzrə həbsdə saxlanılma müddəti 22 sentyabr 2023-cü il tarixindən 15 noyabr 2023-cü il tarixinədək uzadılmışdır. Cinayət işinin materiallarında olan Bərdə Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 4(021)219\2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi üzrə həbsdə saxlanılma müddəti 15 noyabr 2023-cü il tarixindən 30 noyabr 2023-cü il tarixinədək uzadılmışdır. Cinayət işinin 2-ci cildinin 220-222-ci vərəqələrində olan 04 noyabr 2023-cü il tarizli qərardan görünür ki, Təqsirləndirilən şəxs 04 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 2-ci cildinin 193-cü vərəqəsində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X22 “Bərdə Rayon Mərkəzi Xəstəxanası ” X17 daxil olmuş 04 noyabr 2023-cü il tarixli 18-1-28/2-1449/2023 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası ” X23 nakoloji və ruhi-əsəb xəstələrinin siyahısında qeydiyyatda yoxdur. Cinayət işinin 2-ci cildinin 188-189-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4 -cü maddəsi ilə təqsirli bilinib 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Milli Məclisin xx.xx.2001-ci il tarixli qərarına əsasən xx.xx.2001-ci il tarixdə azad edilmiş, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.3.2-ci maddələri ilə təqsirli bilinib 07 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Qaradağ rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 02 ay 25 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işinin 2-ci cildinin 186-187-cü vərəqəsində olan Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yerdən müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs qızının əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur və o, Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs qızına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, məhkumluğunun olmamasını, zərərçəkmiş şəxslərin bir neçəsi ilə barışmasını və dəymiş ziyanın bir qsimini ödəməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cinayətlərin residivi yaranmadığını müəyyən etmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə 27 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətdiyindən şübhəli şəxs qismində tutulmuş, 29 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 29 yanvar 2023-cü il tarixdə Bərdə RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçiimiş, ********* nömrəli cinayət işi üzrə 17 may 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4.-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətdiyindən şübhəli şəxs qismində tutulmuş, Bərdə Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli 4(021)113\2023 saylı qərarı ilə ********* nömrəli cinayət işi üzrə barəsində 02 ay 16 gün həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 17 may 2023-cü il tarixdən hesablanmış, Bərdə Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 4(021)136\2023 saylı qərarı ilə barəsində Bərdə Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli 4(021)113\2023 saylı qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və məhkəmə iclas zalından həbsdən azad olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin 25 iyun 2023-cü il tarixli 4(104)125\2023 saylı qərarı ilə Bərdə Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 4(021)136\2023 saylı qərarı ləğv olunmuş və Təqsirləndirilən şəxs vəsatəti təmin edilməmiş, axtarışla 21 iyul 2023-cü il tarixdə tutulmuş və aidiyyatı üzrə təhvil verilmiş, Bərdə Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 4(021)165\2023 saylı qərarı ilə həbsdə saxlanılma müddəti 22 sentyabr 2023-cü il tarixədək uzadılmış, Bərdə Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli 4(021)203\2023 saylı qərarı ilə həbsdə saxlanılma müddəti 22 sentyabr 2023-cü il tarixindən 15 noyabr 2023-cü il tarixinədək uzadılmış, Bərdə Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 4(021)219\2023 saylı qərarı ilə həbsdə saxlanılma müddəti 15 noyabr 2023-cü il tarixindən 30 noyabr 2023-cü il tarixinədək uzadılmış, məhkəmənin hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiori dəyişdirilmədən saxlanılmışdr. . Ona görə də, cəzasının əvvəli 21 iyul 2023-ci il il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qsimində tutulduğu 2 gün müddət (27 yanvar 2023-cü il tarixdən-29 yanvar 2023-cü il tarixdək) və həbsdə və ev dustaqlığında olduğu 1 ay 8 gün müddət (17 may 2023-cü il tarixdən -25 iyun 2023-cü il tarixədək) nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxs X5 cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət (27 yanvar 2023-cü il tarixdən-29 yanvar 2023-cü il tarixədək) və həbsdə və ev dustaqlığında saxlanıldığı 1 ay 8 gün müddət (17 may 2023-cü il tarixdən -25 iyun 2023-cü il tarixədək) həbsdə saxlamanın 01 (bir) günü azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 20 (iyirmi ) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-28/2024
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-28/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver