Məhkəmə qərarları › İş №1(021)-28/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-28/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-28/2025 15.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1988-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Bərdə rayonu, Samux kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə xx.xx.2024-cü il tarixdə saat 02 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı Bərdə rayonu, Samux kəndində yerləşən yaşayış evinə bitişik yay tövləsinin qarşısına gəlib, saxlanc yeri hesab edilən həmin tövlənin giriş hissəsində olan qapısının cəftəsini mexaniki təsir göstərib açmaqla, oraya qanunsuz daxil olaraq tövlənin içərisindəki Zərərçəkmiş şəxs məxsus 200 (iki yüz) manat dəyərində olan 1 baş yerli cins, diri çəkisi 50 kiloqram çəkidə 2 yaşlı xırdabuynuzlu erkək keçi heyvanını, hər birinin dəyəri 180 (yüz səksən) manat olmaqla, 14 baş yerli cins, diri çəkiləri 40 kiloqram civarında 2 yaşlı xırdabuynuzlu dişi keçi heyvanlarını gizli yolla talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 2720 (iki min yeddi yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə rayonu, Samux kəndində yerləşən fərdi yaşayış evində tək yaşayır. Atası Vaqif dünyasını dəyişdikdən sonra anası Ulduzə ailə qurub başqa evə köçmüşdür. O, əvvəllər məhkum olunmamış, şəkərli diabet xəstəsidir. Dialezə gedib-gəlmişdir. İ qrup əlilliyi var, eyni zamanda təqaüd alır. Arada bir dayısı oğlu Şahid1 da onun yanına gələrək, onunla birlikdə qalmışdır. 12 may 2024-cü il tarixdə saat 23 radələrində evdə tək olmuş və yatmaq üçün yerinə uzanmışdır. Həmin gün siqaret almağa pulu qalmamışdır. Evə gəlib yerinə uzansa da, yata bilməmişdir. 13 may 2024-cü il tarixdə saat 02 radələrində oğurluq etmək qərarına gəlmişdir. Evdən piyada çıxmışdır. Həmkəndlisi Sərxanın kanalın kənarına bağladığı atı götürmüşdür. Həmin at ilə onların kəndə köçmüş, əslən Kəlbəcər rayonundan olan Zərərçəkmiş şəxs yaşadığı fermaya getmişdir. Orada iki balaca it olmuşdur. Həmin itlər ona hürmüşdürlər. O, itləri sakitləşdirmişdir. Sonra fermanın həyətində olan yay tövləsinin yanına getmişdir. İçəridə keçilər olduğunu görmüşdür. Tövlənin qapısının dəmir cəftəsinə əli ilə itələyərək açmışdır. Əvvəlcə oradan 4-5 keçi oğurlamaq istəsə də, keçilərdən bir neçəsi qapıdan çölə qaçmışdır. O, keçilərdən 15 baş keçini qarşısına salıb at belində öz evinə tərəf gətirmişdir. Evinin yaxınlığında dayısı oğlu Şahid1 qarşısına çıxmışdır. Saat artıq 03 radələri olmuşdur. Röyal onu axtardığını demişdir. Şahid1 telefon işlətmədiyi üçün evinin yaxınlığında onu axtardığını bildirmişdir. Ondan keçilərin kimə məxsus olduğunu soruşmuşdur. O, Röyala keçilərin anasına məxsus olduğunu demiş və Röyala bildirmiş ki, dialez və dərmanlar üçün pulu olmadığından anası keçiləri ona vermiş ki, həmin keçiləri satıb, həmin puldan dərman üçün lazım olanı qədər götürmüşdür. Röyal ondan keçiləri hara aparacağını soruşduqda, o, Röyaldan kömək istəmiş ki, aparıb keçiləri satmaq istəmişdir. Röyal gecə vaxt satmamalarını bildirdikdə, o, həmin keçiləri saxlamaq üçün yerinin olmadığını bildirmişdir. Röyal nə üçün keçiləri gecə vaxtı anasından götürdüyünü soruşduqda, anasının indiki ərini görmək istəmədiyini Röyala bildirmişdir. Röyalın telefonu olmadığı üçün həm onun, həm də Röyalın qohumu olan Şahid4 onun telefonu ilə Röyal zəng etmişdir. Röyal ona Rövşəngilin qaldığı kənddə keçi saxlayan şəxsin olduğunu və lazım olsa keçiləri həmin şəxsə sata biləcəklərini bildirmişdir. Saat gec olduğu üçün Rövşən əvvəl telefonu açmamış, daha sonra isə telefonu açmışdır. Röyal telefonda Rövşənlə danışan zaman ona məxsus keçilərin olduğunu və saxlamaq üçün yeri olmadığı üçün satmaq lazım olduğunu bildirmişdir. Rövşən əvvəl gec olduğunu bildirsə də, Röyalın təkidlərindən sonra Qazel tapıb gətirəcəyini Röyala bildirmişdir. O, Röyaldan ona köməklik etməsini, keçiləri yol kənarına aparmalı olduqlarını demişdir. Röyal onunla razılaşmış, çünki yağış yağdığından kəndin içərisi palçıq olmuşdur. Birlikdə kəndlərində meşə deyilən tərəfə doğru gəlmişlər. Sonra o, Röyala dialezə gedəcəyini deyib, ağrılarının olduğunu bildirib Rövşən ilə əlaqə saxlayıb keçiləri aparmasını xahiş etmişdir. Artıq hava işıqlanmışdır. O, telefonunu Röyala verib, Röyal ilə sağollaşıb öz evinə qayıtmışdır. Kanalın kənarından götürdüyü atı aldığı yerə qoyub bağlayıb evə getmişdir. Sonra yatmışdır. Hava tam işıqlandıqdan sonra Bərdə şəhər Diaqnostika Mərkəzinə kəndin avtobusu ilə dialezə getmişdir. Yol pulunu verməyə pulu olmamışdır. Dialezdən saat 14 radələrində çıxmışdır. Orada olan tanımadığı bir adamdan mobil telefon alıb öz nömrəsinə zəng etmişdir. Röyaldan harada olmasını soruşmuşdur. Röyalı zibilə saldığını demişdir. O, Yevlax rayonuna dairə adlanan yerə getmişdir. Orada Röyalla görüşmüşdür. Röyaldan mobil telefonunu almışdır. Röyal keçilərin oğurluq olduğunu, polislərin onları axtardıqlarını, Röyalı aldatdığını deyib ondan incimişdir. Ondan niyə oğurluq etdiyini soruşmuşdur. O, Röyala pulunun olmadığını deyib məcbur qaldığını demişdir. Röyaldan özünə 10 manat pul istəmişdir. Röyalda ona 10 manat pul vermişdir. Sonra onlar sağollaşmışdırlar. O, yaşadığı evə qayıtmışdır. Axşam saatlarında ona tanımadığı polis əməkdaşı zəng edib oğurluqda şübhəli olduğunu bildirmiş, onu Bərdə RPŞ-nə dəvət etmişdir. O, izahat vermək üçün Bərdə RPŞ-nə gəlmişdir. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, oğurluq edəcəyini heç kimə deməmişdir. Nə Röyalın, nə Rövşənin, nə də başqa bir şəxsin bundan xəbərləri olmamışdır. Şahid1 və Şahid4 onun qohumlarıdır və o, xəstə olduğu üçün anasına məxsus olan keçiləri satmağı həmin şəxslərə tapşırmışdır. Həmin şəxlər oğurluq etdiyini həqiqətən bilməmişdirlər, bilsəydilər buna icazə verməzdirlər. Əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə oğurladığı keçiləri qaytarmasını, əlilliyini və dialez xəstəsi olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Samux kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi təsərrüfatla məşğuldur, yəni heyvandarlıqla məşğul olub ailəsini dolandırmışdır. Bərdə RPŞ-nə verdiyi şikayət ərizəsi ilə bağlı deyə bilər ki, o, yaşadığı Bərdə rayonu, Samux kəndində xırda təsərrüfat ilə məşğuldur. Özünə məxsus ferması vardır. Həmin fermada 42 baş xırda buynuzlu keçi heyvanı saxlamışdır. Həmin keçilər havalar isindiyi üçün fermada yerləşən yay tövləsinə salmışdır. Həmin tövlənin üstü bağlı, ətrafı isə həm mişar daşı ilə hörülmüş, həm də mişar daşının üstündən dəmir setka çəkilmişdir. Tövlənin qapısı isə dəmir cəftə ilə bağlı olmuşdur. O, keçiləri hər gün mütəmadi olaraq saat 08 radələrində tövlədən çıxartmışdır. Otladıqdan sonra keçiləri axşam saat 20 radələrində öz tövləsinə salmışdır. 12 may 2024-cü il tarixdə də həmişəki qaydada səhər saatlarında keçiləri çıxardıb, axşam saatlarında öz yerlərinə, yəni tövləyə salmışdır. Özü də fermada olan evinə keçib istirahət etmişdir. Hava çox küləkli və yağışlı olmuşdur. O, saat 23 radələrində yatmışdır. Növbəti gün, yəni 13 may 2024-cü il tarixdə saat 06 radələrində oyanmışdır. Səhər yeməyi yedikdən sonra saat 08 radələrində fermanın həyətində olan yay tövləsinə tərəf getmişdir. Tövlənin dəmir cəftəsini açmışdır. Keçilərə baxdıqda saylarının az olduqlarını görmüşdür. Belə ki, 42 baş keçidən 22 baş keçi qalmışmışdır. O, keçilərin oğurlandığını düşünüb bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonra həmin 20 baş keçidən 5 baş keçinin fermanın ərazisindən tapmışdır. Lakin, 15 baş keçi olmamışdır. Sonra həmin yerə polis əməkdaşları gəlmişdirlər. Polis əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Fotoşəkillər çəkilmişdir. Protokol tərtib olunmuşdur. Protokola o və digər iştirakçılar imza etmişdirlər. O, Bərdə RPŞ-nə ərizə verərək, ona məxsus 15 baş keçi heyvanının oğrulandığını bildirmişdir. Bundan bir neçə saat sonra ona tanımadığı polis əməkdaşı zəng edib keçilərin Yevlax rayonu, Salahlı kəndində olduğunu bildirmişdir. O, keçilərə baxmaq üçün həmin yerə getmişdir. Keçilərin həqiqətən də ona məxsus keçilər olduğunu görmüşdür. Həmin keçilərə baxış keçirilmişdir. Protokol tərtib olunmuşdur. O və digər iştirakçılar protokola imza etmişdirlər. 15 baş keçini oradan götürüb öz fermasına gətirmişdir. Həmin ərəfə də ona məxsus keçilərin onunla bir kənddə qalan Şahid1 olduğunu və həmin heyvanları Yevlax rayonu, Salahlı kəndində olan Şahid4 və Şahid1 ilə birlikdə həmin kəndə apardıqlarını öyrənmişdir. Bildirmiş ki, adlarını çəkdiyi şəxsləri tanımamışdır. Həmin şəxslərlə arasında heç bir düşmənçiliyi və ədavəti olmamışdır. O, Bərdə rayonu, Samux kəndinə yeddi ildir köçmüşdür. Kənd camaatı ilə elə də sıx əlaqəsi olmamışdır. Qeyd etmiş ki, hadisə barədə bildikləri bu qədərdir. Həmçinin Zərərçəkmiş şəxs bildirmişdir ki, baş vermiş oğurluq nəticəsində ona məxsus yerli cins, 2 yaşlı, diri çəkisi 50 kiloqram 1 baş erkək keçinin qiyməti 200 manat, qalan yerli cins, 2 yaşlı, diri çəkiləri 40 kiloqram olan 14 baş dişi keçinin hər birinin qiyməti 180 manat olmuşdur, baş vermiş oğurluq nəticəsində ona 2720 manat maddi ziyan dəymişdir. Hazırda heyvanları özünə qaytarılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, Bərdə rayonu, Samux kəndində anası ilə birlikdə yaşayır. Arabir Yelax rayonu, Salahlı kəndində qohumlarında da qalır. Təqsirləndirilən şəxs onun bibisi oğludur. Natiqlə arasında heç bir düşmənçiliyi və ədavəti olmamışdır. O, bir aydır ki, anası Sədayə ilə münasibəti pozulduğundan Yevlax rayonu, Salahlı kəndində yaşayan bibisi oğlu Şahid4gildə qalmışdır. 10 may 2024-cü il tarixdə Bakı şəhərinə müalicə üçün getmişdir. 12 may 2024-cü il tarixdə axşam saatlarında Bərdə rayonuna qayıtmışdır. Anası ilə küsülü olduğu üçün bibisi oğlu Natiqin evinə getmişdir. Axşam gec saatları idi, 13 may 2024-cü il tarixinə keçmişdi, saat artıq 02 radələri olmuşdur. Lakin Natiqi evdə tapmamışdır. Özü də narahat olmuş, o, telefon işlətmədiyi üçün Natiq ilə əlaqə saxlaya bilməmişdir. Kəndin mərkəzinə tərəf qayıtmışdır. Natiqi orada tapa bilməmiş, Natiqin evinə tərəf getmişdir. Natiqin evinin yanından keçərkən Natiqin qarşıdan keçiləri qarşısına alıb gəldiyini görmüşdür. O, Natiqi axtardığını demişdir. Natiqdən keçilərin kimə məxsus olduğunu soruşmuşdur. Natiq həmin keçilərin Natiqin anasına məxsus olmasını və Natiqin dərmanları üçün anasının həmin keçiləri satmaq üçün Natiqə verdiyini ona bildirmişdir. O, keçilərin hamısını anasının Natiqə verdiyini soruşduqda, Natiq keçiləri satıb pulunu anasına verəcəyini, lazımi qədər pulu götürəcəyini ona bildirmişdir. O, nə üçün gecə vaxtı keçiləri anasından götürməsi barədə soruşduqda Natiq anasının indiki ərini görmək istəmədiyi üçün keçiləri gecə vaxtı anasından aldığını bildirmişdir. Natiq həmin keçiləri saxlamaq üçün yerinin olmadığını və keçiləri kimə sata bilməsi üçün ondan kömək istədiyini bildirmişdir. O, aradabir Yevlax rayonu Salahlı kəndində dayısı oğlu olan Rövşən Məmmədovun qonşuluğunda keçi saxlayan şəxsin olduğunu bildiyindən, Natiqin telefonu ilə Rövşənə zəng etməsini bildirmişdir. Natiq telefonu ona vermiş və o, həmin telefon vasitəsi ilə Rövşən Məmmədova zəng etmişdir. Rövşənə Natiqin anasının Natiqə satmaq üçün keçi verdiyini, həmin keçiləri aparması üçün “Qazel” gətirməsini, həmin keçiləri də yükləyib Yevlax rayonu, Salahlı kəndinə aparmasını demişdir. Rövşən əvvəl razı olmasa da, onun təkidlərindən sonra gələcəyini bildirmişdir. Birlikdə kəndlərində meşə deyilən tərəfə doğru getmişlər. Sonra Natiq ona ağrılarının olduğunu və dialezə gedəcəyini deyib Rövşən ilə əlaqə saxlayıb keçiləri aparmasını bildirmişdir. Artıq hava işıqlanmışdır. Natiq onunla sağollaşıb öz evinə qayıtmışdır. Natiqin telefonu onda qalmışdır. Sonra o, 15 keçini kəndin qırağına çıxarmış, çünki yağış yağdığından kəndin içərisi palçıq olmuşdur. Artıq saat 07 radələri olarmış ki, Rövşən həmin yerə “Qazel” markalı avtomobillə gəlmişdir. Həmin avtomobilin sürücüsünün Vüqar adlı şəxs olduğunu öyrənmişdir. Onlar həmin keçiləri Vüqarın avtomobilinə yükləmişdirlər. Sonra oradan Yevlax rayonu, Salahlı kəndinə getmişdirlər. Rövşən heyvanları saxlamağa yeri olmadığı üçün həmkəndlisi İntiqam adlı şəxs ilə danışmışdır. Vüqar onları kəndin içərisində maşından düşürmüşdür. Rövşən ona keçiləri Bərdədən Yevlaxa gətirmək üçün sürücüyə 50 manat verdiyini bildirmişdir. O, da heyvanları satdıqdan sonra Natiqdən pulu alıb verəcəyini bildirmişdir. Heyvanları yerə boşaltmışlar və Vüqar çıxıb getmişdir. Sonra İntiqam həmin yerə gəlmişdir. Rövşən və o İntiqamdan heyvanları müvəqqəti saxlamasını xahiş etmişdirlər. İntiqam onlardan heyvanları satıb-satmadıqlarını soruşmuşdur. O, sata biləcəklərini bildirmişdir. Sonra İnitqam ilə keçilərdən birini erkək olanını 200 manat müqabilində satmağa razılaşmışdır. Qalanlarını da sonra danışacaqlarını demişdir. Çünki Natiqin qiymət qoyması lazım olduğunu İntiqama bildirmişdir. Natiq isə dialezə getmiş və Natiqin telefonu onda olduğundan Natiqlə əlaqə saxlaya bilməmişdir. O, 200 manatı İntiqamdan almış və 50 manatını Rövşənə vermişdir. O, Bakı şəhərinə gedib müalicə almalı olmuş, buna görə də qalan 150 manatı da ərk etdiyi üçün götürmüşdür. Sonradan Natiqə verəcəkdi. Lakin o, Salahlı kəndində olanda Natiq ona tanımadığı nömrədən zəng etmişdir. Ona həmin keçilərin oğurluq olduğunu deyib polislərin gəldiklərini bildirmişdir. O, onu niyə zibilə saldığını Natiqə bildirərək, əsəbiləşmişdir. X6 gəlməsini, Bakıya getməli olduğunu demişdir. X7 rayonu ərazisində görüşmüşdür. Natiqdən incidiyini, onu da bu işə qatmasından əsəbiləşdiyini Natiqə bildirmişdir. Natiq pulunun olmadığı üçün belə işə əl atdığını demişdir. O, Natiqə 10 manat pul vermişdir. Keçilərdən birini 200 manata satdığını, 50 manatını Rövşənə verdiyini və Bakıya gedib gəldikdən sonra pulunu verəcəyini demişdir. Daha sonra polis əməkdaşlarının onu axtardığını öyrəndikdən sonra izahat vermək üçün Bərdə RPŞ-nə gəlmişdir. Qeyd etmiş ki, o, həmin keçilərin oğurluq olduğunu bilməmişdir. Hadisə barədə bildikləri bu qədər olmuşdur. Həmçinin Şahid1 bildirmişdir ki, o, Natiqin həmin 15 baş keçini əvvəlcədən oğurlayacağını bilməmişdir. Aralarında heç bir danışıq olmamışdır. O, Rövşən və Vüqar keçilərin oğurluq olduğunu bilməmişdirlər. O, Natiqdən keçilərin kimin olduğunu soruşduqda Natiq ona həmin keçilərin anasına məxsus olduğunu demişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid4 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Yevlax rayonu, Salahlı kəndində yaşayır. Bərdə RPŞ-nin İstintaq Bölməsində araşdırılan materialın məzmunu ilə tanışdır. Nəyə görə izahat verməyi ona aydındır. Bununla bağlı bildirir ki, əvvəllər məhkumluğu olmamışdır. Rəsmi olaraq heç bir yerdə işləmir. Günəmuzd işlərdə işləyərək dolanır. Şahid1 onun dayısı oğludur. Onunla arasında heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Aralarında yaxşı münasibət olmuşdur. Röyal ailəli olub boşandıqdan sonra öz anası Sədayə ilə Bərdə rayonu, Samux kəndində yaşamağa başlamışdır. Son bir ayda anası ilə yola getmədiyindən gəlib onların evlərində, yəni Yevlax rayonu, Salahlı kəndində qalmışdır. İki-üç gün bundan əvvəl, təxminən 10 may 2024-cü il tarixdən Röyal onlara gəlməmişdir. Onun mobil telefonu olmadığından onlar onunla əlaqə saxlaya bilməmişdilər. 13 may 2024-cü il tarixdə saat 03 radələrində o, evdə yatmışdır. Həmin vaxt Röyal xalasıoğlu Təqsirləndirilən şəxs məxsus mobil nömrədən ona zəng etmişdir. Röyal ona Təqsirləndirilən şəxs Natiqin anasının keçi heyvanları verdiyini deyərək həmin heyvanları daşımaq üçün bir yük avtomobili tapmağını istəmişdir. O, gecə vaxtı haradan avtomobil tapacağını ondan soruşmuş, yəni, avtomobil tapa bilməyəcəyini demişdir. Bundan sonra Röyal yenə Natiqin mobil telefonu ilə ona bir neçə dəfə zəng etmiş, o, axırda bezərək onunla razılaşmış, avtomobil tapacağını demişdir. Saat 06 radələrində oyanaraq əynini geyinmişdir. Anası İlhaməni oyadaraq ondan 50 manat pul almış, amma anasına hara getdiyini deməmişdir. Anası onun mal-heyvan alveri etdiyini bildiyi üçün yenə heyvan almağa getdiyini düşünmüş, sonra “Qazel” sürücüsü olan həmkəndlisi Şahid3 yaşadığı evə getmiş, Vüqarı oyatmışdır. Ona dayısıoğlu Röyalın ondan 15 baş keçi heyvanını daşımağı xahiş etdiyini deyərək onunla birlikdə Bərdə rayonu, Samux kəndinə getməli olduqlarını demişdir. O, onunla razılaşmış, Vüqara məxsus “Qazel” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilə minmişdilər, oradan Bərdə rayonu, Samux kəndi istiqamətində yola düşmüşdülər. Yevlax rayonunda o, Vüqara 50 manat pul vermişdir. O, həmin pulun 25 manatına yanacaq doldurmuş, sonra qalan 25 manatı şitin üstünə qoymuş, o, Bərdə rayonu, Samux kəndinə çatdıqda Röyal ilə əlaqə saxlamış, Röyal ona palçıq olduğu üçün kəndə girməməklərini demişdir. Keçiləri yola çıxardığını bildirmiş, onlar yolun kənarında saxlayaraq Röyalı gözləmişdilər. Röyal 15 baş keçini həmin yerə gətirmiş, o, tək imiş və Natiqin dialezə getməli olduğunu ona bildirmişdir. Onlar üçü birlikdə keçiləri avtomobilə yüklədikdən sonra Röyal ondan keçiləri kəndə aparmağı xahiş etmiş, onlar birlikdə Yevlax rayonu, Salahlı kəndinə getmiş, onlar həyətdə keçiləri saxlamağa yer olmadığı üçün keçi saxlayan həmkəndlisi Şahid2 zəng etmişdir. İntiqama 15 baş keçi olduğunu deyərək öz keçilərinin içinə qatmasını xahiş etmiş, İntiqam ona yerinin olmadığını demiş, o, da İntiqamdan bir günlük otarmasını, axşama bir yer tapacağını bildirmmişdir. Sonra onlar İntiqamın olduğu yerə getmişdilər. Saat artıq 08 radələri imiş. Elə o öz keçilərini sahəyə aparırmış, onlar İntiqam ilə İntiqamın evinin yaxınlığında görüşmüşdülər, İntiqam keçiləri gördükdən sonra satıbsatmadığımızı soruşmuş, Röyal İntiqama keçiləri sata biləcəyini demişdir. İntiqam qiymət soruşduqda Röyal yorğun olduğunu, gedib yatıb sonra iş dalınca gedəcəyini, Röyal özünə 200 manat pul verməsini, əsas məbləği isə sonra, Natiqlə birgə deyəcəyini bildirmişdir. İntiqam Röyalla razılaşmış, onlar keçiləri İntiqamgilin evinin qarşısında düşürmüşdülər. İntiqam Röyala 200 manat pul vermiş, sonra o və Röyal birlikdə onların evlərinə getmişdilər. Röyal onun verdiyi 50 manatı ona vermiş və bu barədə Natiqə deyəcəyini bildirmişdir. Daha sonra Röyal onların evlərində yatmış, o, da itmiş atını axtarmaq üçün çöl sahəyə getmişdir. Günorta saatlarında anası İlhamə ona zəng edərək polislərin onu axtardığını demiş, o, da çöl sahədən evə gəlmişdir. Polis əməkdaşları ondan oğurlanmış 15 baş keçi barəsində soruşmuşdular. O, da hadisəni olduğu kimi danışmış, oradan İntiqamgilə getmişdilər. O, İntiqamgildə olarkən həmin 15 baş keçinin Bərdə rayonu, Samux kənd sakini Zərərçəkmiş şəxs məxsus olduğunu öyrənmiş, sonra polis əməkdaşları onu Bərdə RPŞ-nə gətirmişdilər. Şahid4 verilən suallara cavab olaraq bildirmişdir ki, o, həmin 15 baş keçinin oğurluq olduğunu bilməmiş, ona Röyal qohumu Natiqin telefonu ilə zəng edərək, Natiqin anasının Natiqə keçi verdiyini və həmin keçiləri Yevlaxa gətirərək satmaq lazım olduğunu ona bildirmiş, o, da həmin keçilərin satılmasında qohumlarına köməklik etmək məqsədi olmuş, həmin keçilərin necə və hansı şəraitdə oğurlanması barədə məlumatı olmamış, Natiqin anası Ulduzə ikinci dəfə evlənmiş və Natiq dialez xəstəsi olduğu üçün Natiqin anasının gecə vaxtı keçiləri Natiqə verdiklərini bildirmiş, o, da onlara inandığı üçün, ona yalan danışacaqlarına ehtimal verməmiş, Röyal ona kəndin palçıq olduğunu dediyi üçün Vüqara yol kənarında saxlamasını deyərək keçiləri oradan avtomobilə yükləmiş, onlar keçiləri yol kənarından götürəndə Natiqin mobil telefonu Röyalda imiş, o, Natiqin mobil telefonun nə səbəbdən Röyalda olduğunu soruşmamış, polis əməkdaşları onlara gəldikdən sonra evə getdikdə Röyalın çıxıb getdiyini bilmiş, kəndlərində set zəif olduğu üçün polis əməkdaşlarının göstərişinə uyğun həmin nömrəyə zəng etsə də, zəng getməmiş, o, da polis əməkdaşları ilə birlikdə Bərdə RPŞ-nə gəlmiş, Qeyd edir ki, nə Röyalın nə də Natiqin baş vermiş oğurluq hadisəsində iştirakının olub-olmadığını dəqiq bilmir, həmin heyvanları ona Şahid1 vermiş, verən vaxtı isə heyvanların Natiqə məxsus olmasını bildirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid3 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşayır. Bərdə RPŞ-nin İstintaq Bölməsində araşdırılan materialın məzmunu ilə tanış olmuşdur. Nəyə görə ifadə verməyi ona aydın olmuşdur. Bununla bağlı bildirmiş ki, əvvəllər məhkumluğu olmamışdır. Rəsmi olaraq heç bir yerdə işləməmişdir. Ona məxsus “Qazel” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobillə yük daşımışdır. Şahid4 onun həmkəndlisidir. Rövşənlə arasında heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Aralarında yaxşı münasibət olmuşdur. 13 may 2024-cü il tarixdə saat 06 radələrində o, evdə yatmışdır. Həmin vaxt Rövşən onun evinə gəlib onu çağırmışdır. O, qapıya çıxıb Rövşənlə görüşmüşdür. Rövşən ona qohumlarının 15 baş keçisinin olduğunu, gedib həmin keçiləri Bərdə rayonundan götürməli olduqlarını demişdir. O, Rövşənlə bunun üçün 50 manata razılaşmışdır. Ona məxsus “Qazel” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilə minmişdirlər. Oradan Bərdə rayonu istiqamətində yola düşmüşdürlər. Yevlax rayonunda Rövşən ona 50 manat pul vermişdir. O, həmin pulun 25 manatına yanacaq doldurmuşdur. Sonra qalan 25 manatı şitin üstünə qoymuşdur. Onlar Bərdə rayonu, Samux kəndinə çatdıqda Rövşən kiminləsə telefon əlaqəsi saxlamışdır. Rövşən ona palçıq olduğu üçün kəndə - yataq yerinə girə bilməyəcəyini demişdir. Onlar həmin kəndin girəcəyində dayanmışdırlar. 15-20 dəqiqə orada gözləmişdirlər. O, Rövşəndən bu keçilərin kimə məxus olduğunu soruşmuşdur. Rövşən ona həmin keçilərin xalası oğlu Natiqə məxsus olduğunu, Natiqədə anasının verdiyini, həmin keçiləri Röyalın gətirdiyini bildirmişdir. Onlar orada 15-20 dəqiqə gözlədikdən sonra Röyalın gəldiyini görmüşdürlər. Həmin keçiləri onun avtomobilimə yükləmişdirlər. Oradan onların kəndə - Yevlax rayonu, Salahlı kəndinə gəlmişdirlər. Keçiləri həmkəndlisi Şahid2 ilə görüşüb orada düşürmüşdürlər. İntiqam ilə dəqiq necə razılaşdıqlarını bilməmiş, Röyalın Natiq adlı şəxslə birlikdə gəlib danışacağını bildirdiyini eşitmişdir. İntiqamın Röyala 200 manat pul verdiyini görmüşdür. Sonra o, oradan çıxıb yaşadığı evə getmişdir. Günortadan sonra yaşadığı evə polis əməkdaşları gəlmişdirlər. Həmin şəxslər ona oğurluqda şübhəli olduğunu demişdirlər. O, polislərdən səhər saatlarında kəndlərinə gətirdiyi həmin 15 baş keçinin Bərdə rayonu, Samux kənd sakini Zərərçəkmiş şəxs məxsus olduğunu və həmkəndlisi Rövşənin dayısı oğlu Röyalın gətirdiyi heyvanların oğurluq olduğunu və bunun Röyalla qohumu Natiq tərəfindən edildiyini öyrənmişdir. Sonra polis əməkdaşları onu Bərdə RPŞ-nə gətirmişdirlər. Həmçinin Şahid3 bildirmişdir ki, o, Röyalı əvvəlcədən tanımamış, həmin 15 baş keçinin əvvəlcədən oğurluq olduğunu bilməmişdir. Aralarında heç bir danışıq olmamışdır. O, Rövşəndən keçilərin kimin olduğunu soruşduqda Röşən ona həmin keçiləri Rövşənin dayısı oğlu Röyala qohumu Natiqin satmaq üçün verdiyini demişdir. Bir daha qeyd etmiş ki, o, heyvanları Bərdədən Yevlaxa aparmaq üçün cəmi 50 manat yol haqqını almışdır. Heyvanların oğulruq olmasını və ya hansı şəraitdə necə oğurlanmasını bilməmişdir. Həmçinin Şahid3 bildirmişdir ki, Rövşən ona kənddəki yataq yerinin palçıq olduğunu dediyi üçün avtomobili yol kənarında saxlamağını dediyi üçün, keçiləri oradan avtomobilə yükləmişdir. Məhkəmə iclasında Şahid2 üzürlü səbəblərə görə iştirak etməmişdir. Məhkəmə CPM-in 317-ci maddəsinə əsasən tərəflərin fikirlərini nəzərə alaraq yerində müşavirə etməklə şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etməklə tədqiq edilməsini mümkün hesab etmişdir. Belə ki, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Yevlax rayonu, Salahlı kəndində yaşayır. Bərdə RPŞ-nin İstintaq Bölməsində araşdırılan materialın məzmunu ilə tanışdır. Nəyə görə izahat verməyi ona aydındır. Bununla bağlı bildirir ki, əvvəllər məhkumluğu olmamışdır. Rəsmi olaraq heç bir yerdə işləmir. Yaşadığı kənddə öz həyətyanı sahəsində fərdi təsərrüfatı vardır. Belə ki, o, xırdabuynuzlu keçi heyvanları saxlayırmış. Əsli Kəlbəcər rayonundan olduğu üçün həmin keçiləri 2-ci Qarabağ müharibəsindən sonra hər yay işğaldan azad olunmuş Kəlbəcər rayonuna aparırmış. Bunu bütün həmkəndlələri və tanışları bilirlər. 13 may 2024-cü il tarixdə saat 08 radələrində o, özünə məxsus keçiləri evdən çıxardaraq çöl sahəyə aparırmış, bu zaman həmkəndlisi Şahid4 Ramil oğlu ona mobil telefonla zəng edərək, keçilər olduğunu deyərək həmin heyvanları öz heyvanlarına qatmağını xahiş etmiş, əgər hansını bəyənsə, ala biləcəyini bildirmişdir. Bundan sonra o, Rövşəni yanına, yəni onların evinin yaxınlığına öz heyvanları ilə birlikdə getmiş, Rövşənin 15 keçinin başının üstündə dayandığını görmüş, onun yanında qohumu olan, bir neçə dəfə Rövşənin yanında gördüyü Şahid1 da var imiş. O, onlarla görüşmüş, Rövşənin yanında olan Röyal ona həmin gətirdiyi keçilərin içində boğaz heyvanlar da olduğunu, hansını bəyənsəm, ala biləcəyimi, özünün işi olduğundan evə gedərək qayıdacağını, ona kimi heyvanları otarmağını demişdir. Təxminən, 2 saat heyvanları gəzdirdikdən sonra saat 10 radələrində heyvanları yaşadığı həyətə gətirib içəri salmış, bu zaman Rövşən ona zəng edərək, Röyalın keçilərdən bəyəndiyi varsa, ala biləcəyini demiş, o, ona həyətdə olduğunu demişdir. Rövşən Röyal ilə birlikdə onların həyətlərinə gəlmişdilər. Röyal ondan hansı heyvanı ala biləcəyini soruşduqda o, ona erkəyi ala biləcəyini demişdir. Onunla 200 manata həmin keçini almaqda razılaşmışdılar, o, evdən pul götürərək Röyala 200 manat pul vermişdir. Röyal Bərdə rayonuna gedəcəyini, Natiqlə birlikdə gəlib digər heyvanlar barədə də razılığa gələ biləcəklərini demişdir. Bu zaman Rövşənə zəng gəlmiş, Rövşən onu evdən çağırdıqlarını bildirmiş, sonra onlar çıxıb getmişdilər. Bir müddət sonra onların həyətlərinə Rövşən ilə birlikdə polis əməkdaşları gəlmişdilər. Onlar 15 baş keçinin oğurluq olduğunu demişdilər. Bundan sonra həmin yerə heyvanların yiyəsi Bərdə rayonu, Samux kənd sakini Zərərçəkmiş şəxs da gəlmişdir. O, öz heyvanlarını tanımış, o, polis əməkdaşlarından həmkəndlisi Rövşənin dayısı oğlu Röyalın və qohumunun həmin keçiləri oğurladığını öyrənmiş, sonra polis əməkdaşları onun mobil nömrəsini götürmüşdülər. O, da izahat vermək üçün Bərdə RPŞ-nə gəlmişdir. Qeyd edir ki, hadisə barədə bildikləri bu qədərdir. Şahid2 verilən suallara cavab olaraq bildirmişdir ki, o, Röyalı əvvəlcədən tanımamış, o, Röyalı Rövşəngildə qalandan 4-5 dəfə kənddə görmüş, Röyalın gətirdiyi həmin 15 baş keçinin oğurluq olduğunu əvvəlcədən bilməmiş, Aralarında heç bir danışıq olmamış, o, Rövşəndən keçilərin kimin olduğunu soruşduqda o, ona həmin keçilərin qohumu Natiq adlı şəxsə məxsus olduğunu və Natiqin həmin heyvanları satmağı Röyala tapşırdığını demiş, o, da Rövşənin mal bazarlarından keçi alıb-satdığını bildiyi üçün, Rövşənə inanmış və bir baş erkək keçini Rövşənin qohumu Röyaldan 200 manat müqabilində aldığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması protokolundan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Samux kəndində kənd qəbiristanlığını keçdikdən sonra sol tərəfdə yerləşən Zərərçəkmiş şəxs məxsus fermaya doğru hərəkət etməyi bildirmişdir. Həmin fermanın sol tərəfində yerləşən fermanı əli ilə göstərərək, həmin fermaya kanalın üstündən götürdüyü at vasitəsi ilə getdiyini, həmin atın köməkliyi ilə keçiləri oradan çlxartdığını bildirmişdir. İfadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsi ilə heç bir ziddiyyət aşkar edilməmişdir. 13 may 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotocədvəldən görünür ki, baxış 13 may 2024-cü il tarixdə saat 08:40 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bərdə rayonu, Samux kəndində yerləşən fərdi yaşayış evinə keçirilmişdir. Həmin yaşayış yerinin ətrafında hər hansısa bir hasar olmamış, həmin evin yanında tövlə və yay tövləsi olmuşdur. Zərərçəkmiş şəxs yay tövləsini göstərərək, oradan 15 baş keçinin oğurlandığını bildirmişdir. İş üçün sübut əhəmiyyətli hər hansı bir şey aşkar edilməmişdir. 13 may 2024-cü il tarixli baxış və götürmə aparılması haqqında protokoldan və fotocədvəldən görünür ki, baxış Yevlax rayonu, Salahlı kəndində X1 məxsus fərdi yaşayış evinin həyətində olan tövlədə Zərərçəkmiş şəxs məxsus 15 baş keçi aşkar olunmuşdur. Asəf Cabbarov həmin heyvanları oğlu İntiqamın Rövşən və Röyal adlı şəxslərdən aldığını bildirmişdir. Həmin heyvanlar əhəmiyyət kəsb etdiyindən götürülmüş və saxlanılması üçün Zərərçəkmiş şəxs özünə qaytarılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş məktubdan görünür ki, 2024-cü ilin may ayında Bərdə Ticarət Mərkəzində 1 baş yerli cins, diri çəkisi 50 kiloqram olan 2 yaşlı erkək keçinin orta bazar qiyməti 200 manat, 14 baş yerli cins, diri çəkiləri 40 kiloqram olan, 2 yaşlı dişi keçilərin orta bazar qiyməti hər biri 180 manat olmaqla 2520 manat təşkil etmişdir. 09 iyul 2024-cü il tarixli əməliyyat tapşırığına cavabda məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 13 may 2024-cü il tarixdə saat 02 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı Bərdə rayonu, Samux kəndində yerləşən yaşayış evinə bitişik yay tövləsinə daxil olaraq, oradan 15 baş keçi oğurlamışdır. Həmin oğurluq hadisəsini törədən zaman tək olmuşdur. Şahid1, Şahid4 və Şahid3un həmin oğurluq hadisəsində iştirak edib-etməmələri müəyyən edilməmişdir. Cinayət işinə əlavə edilmiş Bərdə Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 17 may 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Bərdə RMX-nin Poliklinkika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş 23 may 2024-cü il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Samux kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 17 may 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Samux kəndində yaşayır. Həmin tarixli xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş üzrə Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 1 baş yerli cins, diri çəkisi 50 kiloqram olan 2 yaşlı erkək keçini və 14 baş yerli cins, diri çəkiləri 40 kiloqram olan, 2 yaşlı dişi keçilər iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olaraq, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətmişdir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnların tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə həmçinin qeyd edir ki, Konstitusiyanın vətəndaşların vəzifələrinin əsasını müəyyən edən 72-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Bu baxımdan, hər bir şəxs hər hansı hərəkəti edərkən həmin hərəkətin digər şəxslərin qanunla qorunan hüquqlarını, eləcə də qanunun tələblərini pozub-pozmadığını düşünməli və bununla bağlı məsuliyyətini dərk etməlidir. Eyni zаmаndа, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаs yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onların istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, onların təqsirləndirildiyi CM-in maddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, təqsirləndirilən şəxsə ağır cəzanın təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X4rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə təqsirləndirilən şəxsə münasibətdə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, ilk dəfə az ağır cinayət törətməsi, bundan başqa oğurladığı keçilərin qaytarılması yolu ilə zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi, 1-ci qrup əlil və dialez xəstəsi olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin etdiyi əməlindən səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsi onun törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən digər təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut qismində tanınmış 1 baş yerli cins diri çəkisi 50 kiloqram olan erkək keçi və 14 baş yerli cins diri çəkiləri 40 kiloqram olan dişi keçilərin Zərərçəkmiş şəxs təhvil verilməsi və beləliklə də zərərçəkmiş şəxsə dəymiş 2720 manat maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 11 (on bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs оğlunun üzərinə Bərdə rayonu Samux kəndi ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış 1 baş yerli cins diri çəkisi 50 kiloqram olan erkək keçi və 14 baş yerli cins diri çəkiləri 40 kiloqram olan dişi keçilərin Zərərçəkmiş şəxs təhvil verilməsi və beləliklə zərərçəkmiş şəxsə dəymiş 2720 manat maddi ziyanın ödənilməsi nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar