Məhkəmə qərarları › İş №1(021)-29/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-29/2021

24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-29/2021 24.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X2 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı, _ Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Zərərçəkmiş şəxs X1 iştirakı ilə xx xxxxxx 1955-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Bərdə Doğum evinin həkim mamaginekoloqu vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 03.10.2013-cü il tarixli, 30 saylı qərarı ilə təsdiq edilmiş, hazırda qüvvədə olan “X7 üzrə” Klinik protokolun “X7nın aparılmasının təcililik təsnifatı”-nın “Təxirəsalınmaz əməliyyatlar katiqoriyası”-nın İ bəndinə əsasən üzərinə qoyulmuş vəzifəni yəni, hamiləlik və ya doğuş zamanı güclü qanaxma, dölün kəskin hipoksiyası uşaqlığın cırılması və ya cırılma təhlükəsi zamanı hamilə qısa müddət ərzində əməliyyat öncəsi hazırlıqdan sonra təcili qeysəriyyə kəsiyi cərrahi əməliyyatına qərar verməli və qərar qəbul olunduqdan sonra ana və dölün həyatı üçün bilavasitə təhlükə olduğundan cərrahi əməliyyat mümkün qədər tez (30 dəqiqədən çox olmamaq şərti ilə) aparılmalı olduğu halda, bunları etməyərək, işinə vicdansız və laqeyid münasibət göstərməklə, müvafiq protokolla üzərinə düşən xidməti vəzifələrini lazımı qaydada yerinə yetirməyərək hamilə qadın kimi qeydiyyata götürüb hamiləliyin növbəti mərhələlərində müayinələrini apardığı Bərdə rayonu, Qaradırnaq kənd sakini X6 19.05.2020-ci il tarixdə, saat 0630-da “35-36 həftə hamiləlik, baş gəlişi, ciftin hissəvi ayrılması, arterial hiperteriziya, anemiya” diaqnozu ilə X21 daxil olduğu halda, həkimlərin birgə konsiliumunu təşkil etməli, hamiləyə doğuşun konservativ yolla deyil, təxirəsalınmaz qaydada operativ yolla yekunlaşdırılmalı olduğu halda, bunları etməyərək, hamiləyə ilkin tibbi müdaxilə göstərib daha sonra heç bir hərəkət etməyərək, yalnız 02 saatdan sonra, yəni həmin gün saat 0830-da doğuşun qeysəriyyə kəsiyi ilə sonlandırılması qərarını verərək hamiləni cərrahi əməliyyat otağına apardığı və həmin vaxt uşaqlıq boynunun tam açıq olması, doğuşun başlaması, dölyanı mayenin getdiyi, dölün baş nahiyəsinin kiçik seqmentlə çanaq çıxacağına pərçimləndiyi üçün gecikdirilmiş cərrahi əməliyyatdan imtina edilmiş, nəticədə həmin gün saat 0910-da Rufanə Mustafayevanın ölü oğlan uşağı dünyaya gətirməsi ilə ağır nəticələrə səbəb olan səhlənkarlıq etmişdir. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 314.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 1979-cu ildən həkim mama-ginekoloq vəzifəsində işləmişdir. Bərdə rayonu, Qaradırnaq kənd sakini X6 20-21 həftəlik hamiləlik dövründə X21 gəlmiş, qeydiyyata düşüb könüllü olaraq hamiləliyin növbəti mərhələlərində müayinəsini onun aparmasını bildirmişdir. Hamilənin ilk gəlişində qanın ümumi analizləri, sidiyin analizi aparılmış, mikroba qarşı nümünələr götürülmüşdür. Daha sonra ultrasəs muayinəsi keçirilmişdir. İlk müayinəsində hamilə qrip olduğundan ona qrip əlehinə müalicə yazmışdır. Zərərçəkmiş şəxs ikinci gəlişi 10.02.2020-ci il tarixdə olmuş və həmin tarixdə ültrasəs müayinəsindən keçirilmişdir. Hamilə tonuslu olduğundan ona tibbi şamlar yazılmışdır. Üçüncü gəlişi 17.04.2020-ci ildə, dördüncü gəlişi 11.05.2020-ci ildə olmuşdur və həmin tarixlərdə heç bir problemi olmamışdır. Növbəti dəfə 19.05.2020-ci il tarixdə 0630-da Rufanənin qaynanası zəng edərək Rufanənin qanaxmasının başladığını bildirmişdir. Rufanəni təcili olaraq xəstəxanaya aparmalarını demişdir. Doğum evinə zəng vurub növbətçi həkimin kim olduğunu soruşmuş, ona cavab verilmişdir ki, növbətçi həkim Almaz həkimdir. USM müayinəsi aparan Rasilə həkimə zəng edərək doğum evinə gəlməsini demiş, özü də evdən çıxaraq xəstəxanaya yollanmışdır. Xəstəxanaya saat 7-8 radələrində çatmışdır. Xəstəxanaya çatan kimi dərhal hamiləni USM-dən keçirmiş və dölün ürək döyüntülərinin zəif olduğunu müəyyən etmişdir. Körpənin ürək döyüntüləri dəqiədə 117 dəfə vurmuşdur. Saat 0810 radələrində Zərnigar həkimə zəng edərək ciftin hissəvi ayrlması diaqnozu il hamilə qadının doğum evinə daxil olduğunu, dərhal cərrahi əməliyyat olunmalı olduğunu və xəstəxanaya gəlməsini demişdir. Sonra isə Rufanəni 3-cü mərtəbəyə boş palataya aparmışdır. Təxminən 30 dəqiqə ərzində Rüfanəyə dölün ürək döyüntülərinin normala düşməsi, qanaxmanın dayanması üçün müalicə etmişdir. Saat 0830 radələrində Rufanə Mustafayevanı əmliyyat blokuna aparmışdır. Həmin vaxt anestezioloq Elsəvər həkim xəstəni cərrahi əməliyyat üçün anestezə etmək üçün hazırlamağa başlamışdır. Elsəvər həkimdən başqa orada əməliyyat tibb bacısı Şahid5, Şahid6 olmuşdur. Saat 0830 radələrində Zərnigar həkim əməliyyat blokuna daxil olmuşdur. Zərnigar həkimlə birlikdə hamiləyə baxarkən başın kiçik çanaq çıxacağında olduğunu, cərrahi əməliyyat üçün gec olduğunu, əməliyyat yolu ilə hamiləlikdən azad etmək mümkün olmadığını müəyyən etmişlər. Zərnigar həkim əməliyyat etməyin gec olduğunu, doğuşun başlandığını bildirmişdir. Həmçinin Rufanə dölün ölü doğulacağı təqdirdə əməliyyat edilməməsini bildirmişdir. Rufanəni əməliyyat blokundan çıxarıb doğuş palatasına aparmışdır. Saat 0910da Rufanə Mustafayeva doğuşdan azad olunmuş və ana bətnindən ölü oğlan uşağı doğulmuşdur. Ona saat 0630-da zəng olunmuş, xəstə xəstəxanaya saat 0730-da daxil olmuşdur. Acınacaqlı durum olduğundan hamilə qadından imtina ərizəsi almamışlar. İlkin olaraq USM müayinəsi etmiş, analizləri götürmüşlər. Dölün ürəyinin döyüntüsü 117 olmuşdur. Ürək döyüntüsü 120 olduqda döl artıq ölü olur. Uşağın ürəyinin normal döyünməsi üçün hamiləyə iynə vurmuş, hamiləni birbaşa cərrahiyyə şöbəsinə aparmışdır. Xəstə 30 dəqiqə müddətində əməliyyat stoluna qaldırılmalı olduğu halda həkimlər vaxtında gəlmədiklərindən gecikmə olmuşdur. Təkrar doğuş surətli gedir, döl ölu olanda doğuş daha da surtəli olur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 göstərmişdir ki, hamilə olmuş, həkimi mama-ginekoloq Təqsirləndirilən şəxs olmuşdur. Axırıncı dəfə hamiləlik dövründə Tahirə həkimin yanında 11 may 2020-ci il tarixdə olmuşdur. Tahirə həkim ona hamiləliyin normal getdiyini bildirmişdir. 19.05.2020-ci il tarixdə, səhər saat 06 radələrində yuxudan oyanmış və ağrılarının başladığını hiss etmişdir. Yataqdan duranda qanaxma başladığını görmüşdür. Dərhal Tahirə həkimə zəng edib olanlar barədə məlumat vermişlər. Tahirə həkim dərhal doğum evinə gəlməsini demişdir. Həyat yoldaşı Fəqan onu doğum evinə aparmışdır. Doğum evinə təxminən saat 0630 radələrində çatmışlar. Doğum evində növbətçi olan Günel adlı tibb bacısı qanaxmanın qarşısını almaq üçün ona əzələ daxili iynə vurmuşdur. İynə vurulandan sonra qanaxma nisbətən azalmışdır. Tahirə həkim saat 07 radələrində, 8-ə işləmiş xəstəxanaya gəlmiş və 10-15 dəqiqədən sonra onu USM müayinəsinə aparmışdır. Müayinə zamanı uşağın ürək döyüntülərinin aşağı olduğunu müəyyən etmişlər. Müayinədən sonra Tahirə həkim onu xəstəxananın boş palatasına apararaq gözləməyini tapşırmışdır. Sonra bir iki dəfə yanına gələrək qanaxma olubolmamasını yoxlamışdır. Tahirə həkim saat 0830 radələrində gələrək, həkimlərin gəldiyini deyib onu əməliyyat blokuna aparacağını demişdir. Əməliyyat blokuna daxil olandan sonra həkim anestezioloq təzyiqini ölçüb aşağı olduğunu demişdir. Sonra Zərnigar adlı həkim otağa daxil olmuş və onu müayinə etmişdir. Onu müayinə etdikdən sonra Zərnigar həkim Tahirə həkimə əməliyyat üçün gec olduğunu, körpənin başının çanaq çıxacağında olduğunu bu vəziyyətdə qeysəriyyə əməliyyatı olunmasının mümkün olmadığını, əməliyyat olarsa sidik kisəsinin partlayacağını və körpənin ölü doğulacağını demişdir. Sonra Tahirə həkim onu yenidən boş palataya aparmışdır. Təxminən 15-20 dəqiqədən sonra o, ölü oğlan uşağı dünyaya gətirmişdir. Həkimə qaynanası zəng etmiş, saat 7-8 radələrində Tahirə həkim gəlmiş və müayinələr aparmışdır. USM müayinəsi uşağın ürək döyüntülərinin az olduğunu bildirmişdir. Elsəvər həkim cərahiyyə otağında təzyiqinin aşağı olduğunu, narkoz verilərsə ölə biləcəyini demişdir. Palatada olarkən Tahirə həkim 2-3 dəfə gəlmiş və hələ həkimlərin gəlmədiyini bildirmişdir. Həkimlərin nə vaxt gəlməsindən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, 1988-ci ildən Bərdə Doğum evində mama-ginekoloq işləyir. Qeysəriyyə üsulu ilə doğuş həyata keçirir. X3 əvəllər tanımamışdır. 19.05.2020-ci il tarixdə səhər saat 0810 radələrində Tahirə həkim ona zəng edərək hamilə qadının cift qopması diaqnozu ilə xəstəxanaya daxil olduğunu, doğuşun qeysəriyyə üsulu əməliyyatı ilə aparılmalı olduğunu demişdir. Saat 0830 radələrində xəstəxanada olmuş, həmin vaxt hamilə qadin artıq əməliyyat masasında olmuşdur. Müayinə edərkən hamilə qadında uşaqlıq boynunun tam açıq olduğunu, suyun axıb getdiyini, başın böyük seqmentlə kiçik çanaq çıxacağında olduğunu nəzərə alaraq əməliyyat etməkdən imtina etmişdir. Başın kiçik çanağı çıxacaqında olduğundan həmin vaxt əməliyyat olarsa sidik kisəsi cırılmaq ehtimalı böyük olmuş və bu səbəbdən əməliyyat etməkdən imtina etmişdir. Həmin vaxt dölün ürək döyüntüləri 92 olmuşdur. Dölün ürək döyüntüləri nəzrə çarpacaq dərəcədə az olmuş və belə bir halda əməliyyat mümkün ola bilməzdi. Tahirə həkim onun qərarı ilə razılaşıb xəstəni palataya aparmışdır. Onun iş vaxtı saat 0900-da başlayır. Həmin gün növbətçi həkim olmamışdır. Tahirə həkimin zəngindən 20 dəqiqə sonra xəstəxanada olmuşdur. Uşağın ürək döyüntüləri zəif olmuş, qulaq asma ilə döyüntü bilinməmişdir. Doğuş saat 09 radələrində, 10-a işləmiş olmuşdur. Əməliyyat mümkünsüz olmuşdur. Əgər uşağın başı çanaxlıqda olmasaydı mütləq əməliyyat edərdi. Xəstənin tarixçəsini görməmişdir. Xəstənin xəstəxanaya nə vaxt daxil olmasından xəbəri yoxdur. Eşitdiyinə görə saat 0730 radələrində daxil olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 göstərmişdir ki, 19.05.2020-ci il tarixdə saat 08-09 arası Tahirə həkim əməliyyat blokuna hamilə qadını gətirmiş, qeysəriyyə üsulu ilə əməliyyat olunaraq doğuşdan azad olunacağını bildirmişdir. Həmin vaxt əməliyyat blokunda tibb bacıları Şahid5 və Şahid6 olmuşlar. Xəstənin təzyiqini ölçmüş, əməliyyata hazırlamaq üçün narkoz vermişdir. Həmin vaxt əməliyyat blokuna Zərnigar həkim daxil olmuş və xəstəni müayinə edərək müəyyən etmişdir ki, doğuş artıq başlanmışdır. Uşağın kiçik çanaq çıxacağında olduğunu bildirmiş və Tahirə həkimin əməliyyatı gecikdirdiyini qeyd edərək əməliyyyat olunarsa xəstənin sidik kisəsinin cırılacağını deyib əməliyyatdan imtina etmişdir. Tahirə həkim Zərnigar həkimlə razılaşaraq hamiləni əməliyyat blokundan çıxarıb aparmışdır. Bütün olanlar az bir müddət ərzində, yəni 10-15 dəqiqə ərzində olmuşdur. Bütün əməliyyat saatlarını yazmış, lakin Rufanə Mustafayeva əməliyyat olmadığından heç bir qeyd aparmamışdır. Normalda iş vaxtı saat 0900-da başlayır, lakin Tahirə həkim ona saat 0800-da, 09-a işləmiş zəng etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 göstərmişdir ki, X3 tanımamış, sonuncu hamiləlik dövründə doğum evinə gəlib müayinə olunmuşdur. Həkimi isə mamaginekoloq Təqsirləndirilən şəxs olmuşdur. Zərərçəkmiş şəxs 19.05.2020-ci il tarixdə ciftin hissəvi ayrılması diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Təqsirləndirilən şəxs ona zəng edərək Rufanənin ciftin ayrılması diaqnozu ilə xəstəxanaya daxil olması barədə dedikdə təcili olaraq Rufanəni əməliyyata götürməsini demişdir. Doğum evinə gəldikdə Rufanənin doğuş üsulu ilə hamiləlikdən azad olunduğunu və ölü oğlan uşağı doğduğunu bilmişdir. Xəstə 0730-da qeydiyyatdan keçmiş, saat 0800-da əməliyyat stolunda hazır olmuşdur. Əməliyyat stolunda hamilə qadın hazır olanda uşaq artıq görünmüş və bu səbəbdən əməliyyat olunmamışdır. Doğuş əməliyyat otağından çıxarıldıqdan 30 dəqiqə sonra baş vermişdir. Özü xəstəxanaya gəldikdə, doğuş başa çatmış, xəstəyə sistem köçürülnüşdür. Ciyərlər qanla dolduğundan uşaq ölü doğulmuşdur. Xəstəxanada 2 nəfər məsul cərrah olmuşdur. Həmin gün Şahid4 növbətçi cərrah olsa da, Zərnigar həkim əməliyyata çağrılmışdır. Zərnigar həkim növbətçi cərrah Şahid4 daha təcrübəlidir. Almaz həkim də növbətçi olmuş, lakin X13 həkimin xəstəsi olduğundan Tahirə həkim köməklik etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, 18.05.2020-ci il tarixdən 19.05.2020-ci il tarixə saat 0900-dək Bərdə şəhər doğum evində cərrah kimi növbədə olmuşdur. Həmin gün növbədə olmasına baxmayaraq evdə olmuşdur. Belə ki, doğum evinin əməkdaşları növbədə olarkən evlərində olurlar, pasiyent gəldiyi təqdirdə təcili olaraq xəstəxanaya gəlirlər. Bu barədə xəstəxananın rəhbərliyinin də məlumatı vardır. Növbətçi olarkən xəstəxanaya hamilə qadın daxil olarsa və təcili cərrahi müdaxilə lazım olduğu təqdirdə növbətçi cərrah çağırılır xəstəxanaya. 19.05.2020-ci il tarixdə səhər işə gələrkən Təqsirləndirilən şəxs hamiləlik dövründə müayinə etdiyi qadının ciftin hissəvi ayrılması diaqnozu ilə xəstəxanaya daxil olduğunu, buna baxmayaraq Təqsirləndirilən şəxs onu yox növbədə olmayan digər cərrah Şahid2 çağırdığını və hamilə qadının əməliyyat yolu ilə deyil, doğuş üsulu ilə ölü oğlan uşağı doğduğunu eşitmişdir. İlk öncə növbətçi ginekoloq qərar verir, sonra isə onu çağırmalı idilər. Onu çağırmamışlar və onun heç bir məlumatı olmamışdır. 2016-cı ildən cərrah işləyir, əvəllər Rusiya Federasiyasında yaşamış və orada öz sahəsi üzrə cərrah işləmişdir. Ümumi cərrah stajı 11 ildir. Təcili əməliyyat olarsa xəstə daxil oduqdan sonra 30-40 dəqiqəyə hazır olmalıdır. Bu günə kimi 100 dən cox cərrahi əməliyyat etmişdir. Həftədə 2-3 əməliyyat edir. Həmin gün xəstəni o əməliyyat etməli idi, ancaq onu niyə çağırmadıqlarını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, 18.05.2020-ci il tarixdən 19.05.2020-ci il tarixə saat 0900-dək Bərdə şəhər doğum qəbul şöbəsində növbətçi mama olmuşdur. X6 06-07 radələrində ciftin hissəvi ayrılması diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Həmin vaxt xəstənin qanaxmasının qarşısını almaq üçün Tahirə həkim ona “disinon” adlı dərman preparatının xəstəyə inyeksiya etməsini demişdir. İnyeksiya etdikdən sonra xəstəni palataya köçürmüşlər. Saat təxminən 0710 radələrində Tahirə həkim xəstəxanaya gəlmişdir. Rufanə Mustafayevanı USM müayinəsinin nəticələrini və ilkin sənədləri verdikdən sonra saat 0730 radələrində xəstəyə tibbi sənəd açmış və fizioloji doğum şöbəsinə göndərmişdir. Birinci USM 20-30 dəqiqə sonra olmuş, USM-dən sonra xəstəyə anket açılmışdır. Rufanə Mustafayeva saat 0655-də xəstəxanaya daxil olmuşdur. Xəstə əməliyyat olunmalı olmuş, lakin məlum olmuşdur ki, uşaq gəlir, ona görə də əməliyyat olunmamışdır. Saat 0900-da növbədən çıxmış, sonra nə olduğundan xəbəri olmamışdır. Xəstəyə inyeksiya edəndə Tahirə həkim yanında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 göstərmişdir ki, 19.05.2020-ci il tarixdə saat 08-09 arası Tahirə həkim əməliyyat blokuna hamilə qadın gətirmiş, qeysəriyyə üsulu ilə əməliyyat olunaraq doğuşdan azad olunacağını bildirmişdir. Həmin vaxtı əməliyyat blokunda tibb bacısı Şahid5 və həkim anestezioloq-reanimatoloq Elsəvər Allahverdiyev olmuşlar. Elsəvər həkim xəstəyə narkoz vermək üçün xəstənin təzyiqini ölçmüşdür. Əməliyyat blokuna Zərnigar həkim daxil olmuş və xəstəni müayinə edərək doğuşun artıq başlandığını bildirmişdir. Zərnigar həkim uşağın çikik çanaq çıxacağında olduğunu bildirmiş və Tahirə həkimin əməliyyatı gecikdirdiyini qeyd edərək əməliyyyat olunarsa xəstənin sidik kisəsinin cırılacağını deyib əməliyyatdan imtina etmişdir. Tahirə həkim də, Zərnigar həkimlə razılaşaraq hamiləni əməliyyat blokundan çıxarıb aparmışdır. Həmin günü növbədə olmasına baxmayaraq evdə olmuşdur. Tahirə həkim ona saat 0745də zəng etmişdir. Saat 0810-da xəstə əməlıiyyata hazır olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, 19.05.2020-ci il tarixdə saat 08-09 arası Tahirə həkim əməliyyat blokuna hamilə qadın gətirmiş, qeysəriyyə üsulu ilə əməliyyat olunaraq doğuşdan azad olunacağını bildirmişdir. Həmin vaxtı əməliyyat blokunda tibb bacısı Şahid6 və həkim anestezioloq-reanimatoloq Elsəvər Allahverdiyev olmuşlar. Elsəvər həkim xəstəni əməliyyata hazırlamaq üçün təziqini ölçmüşdür. Əməliyyat blokuna Zərnigar həkim daxil olmuş və xəstəni müayinə edərək doğuşun artıq başlandığını bildirmişdir. Həkim uşağın çikik çanaq çıxacağında olduğunu bildirmiş və Tahirə həkimin əməliyyatı gecikdirdiyini qeyd edərək əməliyyyat olunarsa xəstənin sidik kisəsinin cırılacağını deyib əməliyyatdan imtina etmişdir. Tahirə həkim də, Zərnigar həkimlə razılaşaraq hamiləni əməliyyat blokundan çıxarıb aparmışdır. Həmin gün növbədə olmuş və bütün gecəni xəstəxanada olmuşdur. Xəstə doğuş palatasına aparılmış, sonradan nə olmasından xəbəri olmamışdır. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X5 Bərdə rayon şöbəsinin verdiyi 19 may 2020-ci il tarixli 25 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs yenidoğulmuş kişi cinsli uşaq meyitinin bədən səthində, sklet sümüklərində, daxili üzvlərdə xəsarət tapılmadı. -Zərərçəkmiş şəxs hamiləlik müddəti 35-36 həftəlik hamilə olmuşdur. -Zərərçəkmiş şəxs yenidoğulmuş kişi cinsli uşaq meyitinin ölümünə səbəb bədəndaxili asfikasiya olmuşdur. -Zərərçəkmiş şəxs yenidoğulmuş kişi cinsli uşağının ölümü meyit əlamətlərinin inkişaf mərhəlsinə görə demək olar ki, onun ölümü meyitin məhkəmə-tibbi müayinədən əvvələ doğru 2-4 saat olar baş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X20 tərəfindən verilmiş 31 avqust 2020-ci il tarixli 355/KEŞ saylı rəyindən müəyyən olunur ki, Rüfanə Mustafayevanın adına Bərdə Rayon Doğum Evində tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, 19.05.2020ci il tarixdə saat 0730-da doğum evinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “35-36 həftəlik hamiləlik. Baş gəlişi. Ciftin hissəvi gəlişi. Ciftin hissəvi ayrılması. Uşaqlıq yolundan olan laxtalarla qanaxma” diaqnozu düzgün təyin edilmişdir. Müayinə zamanı ciftin hissəvi ayrılması ilə əlaqədar müalicə həkimi tərəfindən doğuşu operativ yolla yekunlaşdırılmasına qərar verilmişdir. İş materiallarına əlavə edilmiş həkim mamaginekoloq Şahid2 izahatına əsasən, Zərərçəkmiş şəxs mama-ginekoloq Şahid2 tərəfindən müayinə aparılmış və müayinə zamanı onda uşaqlıq boynunun tam açıq olması, dölyanı mayenin getdiyi, dölün baş nahiyəsi kiçik seqmentlə çanaq çıxacağına pərçimləndiyi, dölün ürək döyüntülərinin 107 vurğu olduğu və qanaxma olduğu üçün “Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyyatından imtina edilmişdir. Bu haqda doğum tarixində hər hansı bir qeydiyyat aparılmamışdır. Beləliklə, hamilənin mövcud olan vəziyyəti ilə əlaqədar ona “Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyyatının aparılıb-aparılmaması tək mama-ginekoloqun obyektiv baxışı ilə deyil, həkimlərin birgə konsiliumun qərarı ilə əsaslandırılmalı idi. Operativ müdaxilə vaxtında icra edilməli olduğu halda, doğuş təbii yolla idarə olunmuş və saat 0910-da çəkisi 2300 qram, boyu 44 sm olan kişi cinsli, yarımçıq uşaq ölü doğulmuşdur. -Qeyd olunanları nəzərə alaraq, Zərərçəkmiş şəxs aparılmış doğuş taktikası təyin edilmiş diaqnoza uyğun olmamışdır. Belə ki, hamilədə ciftin hissəvi ayrılmasının olduğu müəyyən edildiyi halda, doğuş təcili olaraq operativ müdaxilə yolu ilə başa çatdırılmalı idi. Əgər doğuş prosesi “Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyyatı ilə başa çatdırılmış olsa idi, dölün ölümünə səbəb olan bətndaxili asfikasiyanın qarşısının alınması şansı çox ola bilərdi. Buna məsul şəxslər həkim mama-ginekoloqlar Təqsirləndirilən şəxs və Şahid2dır. -Zərərçəkmiş şəxs doğuşunun idarə olunması Səhiyyə sistemində qüvvədə olan 03.10.2013-cü il tarixli 30 saylı qərarı ilə təsdiq edilmiş “Qeysəriyyə kəsiyi üzrə klinik protokolu”nun tələblərinə uyğun olmamışdır. -Zərərçəkmiş şəxs ölü doğulmuş uşağının meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onun ölümünə səbəb “bətndaxili asfikasiya”nın olduğu müəyyən edilmişdir ki, bununla da doğuş taktikasının düzgün seçilməməsi ilə baş vermiş dölün ölümü arasında səbəbli əlaqənin olması istisna edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X20 tərəfindən verilmiş 18 dekabr 2020-ci il tarixli 574 saylı rəyindən müəyyən olunur ki, Səhiyyə Nazirliyi 03 oktyabr 2013-cü il tarixli 30 saylı qərarı ilə təsdiq edilmiş X7 X16 əsasən, hamiləlik və ya doğuş zamanı güclü qanaxma, dölün kəskin hipoksiyası (qanaxma ilə nəticələnən ciftin tam və ya natamam gəlişləri, ciftin qopması və s.) uşaqlığın cırılması və ya cırılma təhlükəsi zamanı hamilə qısa müddət ərzində əməliyyat öncəsi hazırlıqdan (daxili ginekoloji müayinə, USM və qanın laborator müayinəsi aparılmaqla) sonra təcili Qeysəriyyə kəsiyi cərrahiyyə əməliyyatına qərar verilməli və qərar qəbul olunduqdan sonra ana və dölün həyatı üçün bilavasitə təhlükə olduğundan cərrahi əməliyyat mümkün qədər tez (30 dəqiqədən çox olmamaq şərtilə) aparılmalıdır. -Ciftin hissəvi ayrılması diaqnozu ilə daxil olan hamilə X9 mama-ginekoloq Təqsirləndirilən şəxs tərəfindən müayinə olunduqdan sonra doğuşun operativ yolla yekunlaşdırılması yalnız öz izahatında bildirilmişdir.Lakin doğum tarixində hamilə saat 07:30-da doğum evinə daxil olarkən ona doğuşunun konservativ yolla idarə olunması qərar verilmişdir. Zərərçəkmiş şəxs ciftin hissəvi ayrılması, uşaqlıq yolunda olan laxtaşəkilli qanaxma və dölün kəskin hipoksiyası (ürək döyüntülərinin 117 vurğu) olduğu halda ona doğuşunun konservativ yolla deyil təxirəsalınmaz qaydada (30 dəq. Çox olmamaq şərti ilə) operativ yolla yekunlaşdırılmalı idi.Bununlka yanaşı, mama-ginekoloq Təqsirləndirilən şəxs həkimlərin konsiliumunu təşkil etməmiş, təxirəsalınmaz müdaxilənin birbaşa tibbi göstərişinin olmasına baxmayaraq gecikdirmişdir.Əgər operativ müdaxilə vaxtında icra edilmiş olsaydı dölün ölümünə səbəb olan bətndaxili asfiksiyanın qarşısı alınması mümkün ola bilərdi.Bu da Səhiyyə Nazirliyinin 03.10.2013-cü il tarixli 30 saylı qərarı ilə təsdiq edilmiş “Qeysəriyyə kəsiyi üzrə klinik protokolu”n “QK əməliyyatının aparılmasının təcililik təsnifatı” bəndinə riayət olunmamışdır. - İstintaq materiallarına əsasən, cərrah mama-ginekoloq Şahid2 tərəfindən saat 08:45-də hamilənin müayinəsi aparılmış və müayinə zamanı uşaqlıq boynunun tam açıq olması, dölyanı mayenin getdiyi, dölün baş nahiyyəsi kiçik seqmentlə çanaq çıxacağına pərçimləndiyi və dölün ürək döyüntülərinin aritmik olması bildirilmişdir.lakin bu haqda tibbi sənədlərdə heç bir qeydiyat aparılmamışdır.Qeyd olunanları nəzərə alaraq doğum tarixində Şahid2 hamiləyə baxışının olması haqqında qeydiyyat aparılmadığı üçün onun tərəfindən operativ müdaxilənin imtinasının heç bir əsası yoxdur.Buna baxmayaraq Şahid2 gecikdirilmiş cərrahi əməliyyatdan imtina etməsi dölün ölü doğulması ilə birbaşa əlaqəsi yoxdur.Tibbi sənədlərdə həkim mama-ginekoloq Şahid2 tərəfindən qeydiyyatın aparılmaması Səhiyyə sistemində mövcud olan 2012-ci il tarixli 70 saylı əmrinin 5.6 bəndin pozulması kimi qiymətləndirir. - Zərərçəkmiş şəxs uşağının ölü doğulmasına səbəb doğuş taktikasının düzgün seçilməməsi və cərrahiyyə əməliyyatının vaxtında aparılmaması olmuşdur. Buna məsul şəxs müalicə həkimi olan mama-ginekoloq Təqsirləndirilən şəxsdır. Bərdə Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qərarına əsasən iş üzrə əlavə komisyon məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X11” X19 155 saylı 28 aprel 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs adına Bərdə Rayon Doğum Evində tərtib edilmiş doğum tarixinə əsasən o, 19.05.2020-ci il tarixdə saat 0730-da “35-36 həftəlik hamiləlik. Baş gəlişi. Ciftin hissəvi ayrılması. Arterial hipertenziya. Anemiya” diaqnozu ilə xəstəxananın fiziologiya şöbəsinə daxil olarkən aparılmış US-müayinəsi zamanı döl boylama vəziyyətdə sol yan arxa divarda yerləşmiş, öndə gələn hissə baş, hərəkətli, ürək döyüntüləri (+) 117, aritmik, təxmini çəkisi 2435 qr olmuşdur. -Zərərçəkmiş şəxs uşağının ölü doğulmasına səbəb doğuş taktikasının düzgün seçilməməsi və operativ müdaxilənin vaxtında icra edilməməsi olmuşdur. Buna məsul şəxs müalicə həkimi mama-ginekoloq Təqsirləndirilən şəxsdır. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsədə, məhkəmə iclasında zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və işdə olan digər sübutlarla onun qeyd olunan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 03.10.2013-cü il tarixli, 30 saylı qərarı ilə təsdiq edilmiş, hazırda qüvvədə olan “X7 üzrə” Klinik protokolun “X7nın aparılmasının təcililik təsnifatı”-nın “Təxirəsalınmaz əməliyyatlar katiqoriyası”-nın İ bəndinə əsasən üzərinə qoyulmuş vəzifəni yəni, hamiləlik və ya doğuş zamanı güclü qanaxma, dölün kəskin hipoksiyası uşaqlığın cırılması və ya cırılma təhlükəsi zamanı hamilə qısa müddət ərzində əməliyyat öncəsi hazırlıqdan sonra təcili qeysəriyyə kəsiyi cərrahi əməliyyatına qərar verməli və qərar qəbul olunduqdan sonra ana və dölün həyatı üçün bilavasitə təhlükə olduğundan cərrahi əməliyyat mümkün qədər tez (30 dəqiqədən çox olmamaq şərti ilə) aparılmalı olduğu halda, bunları etməyərək, işinə vicdansız və laqeyid münasibət göstərməklə, müvafiq protokolla üzərinə düşən xidməti vəzifələrini lazımı qaydada yerinə yetirməyərək hamilə qadın kimi qeydiyyata götürüb hamiləliyin növbəti mərhələlərində müayinələrini apardığı Bərdə rayonu, Qaradırnaq kənd sakini X6 19.05.2020-ci il tarixdə, saat 0630-da “35-36 həftə hamiləlik, baş gəlişi, ciftin hissəvi ayrılması, arterial hiperteriziya, anemiya” diaqnozu ilə X21 daxil olduğu halda, həkimlərin birgə konsiliumunu təşkil etməli, hamiləyə doğuşun konservativ yolla deyil, təxirəsalınmaz qaydada operativ yolla yekunlaşdırılmalı olduğu halda, bunları etməyərək, hamiləyə ilkin tibbi müdaxilə göstərib daha sonra heç bir hərəkət etməyərək, yalnız 02 saatdan sonra, yəni həmin gün saat 0830-da doğuşun qeysəriyyə kəsiyi ilə sonlandırılması qərarını verərək hamiləni cərrahi əməliyyat otağına apardığı və həmin vaxt uşaqlıq boynunun tam açıq olması, doğuşun başlaması, dölyanı mayenin getdiyi, dölün baş nahiyəsinin kiçik seqmentlə çanaq çıxacağına pərçimləndiyi üçün gecikdirilmiş cərrahi əməliyyatdan imtina edilmiş, nəticədə həmin gün saat 0910-da Rufanə Mustafayevanın ölü oğlan uşağı dünyaya gətirməsi ilə ağır nəticələrə səbəb olan səhlənkarlıq etməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 314.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 15.12.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Yevlax rayon İcra Hakimiyyəti Başçısının Evlər Komitəsinin verdiyi arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, F.İsayev küçəsi ev 27-də yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X18 Ərazi Bölmələrini İdarəetmə Birliyinin Bərdə rayon X12 Hüquqi Şəxsin verdiyi 2/634 saylı 24 dekabr 2020-ci il tarixli arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həqiqətən 20.02.2009-cu il tarixdən 07.03.2018-ci il tarixədək Bərdə rayon X8 evində həkim mamaginekoloq vəzifəsində işləmiş, 20.09.2018-ci il tarixdən hal-hazıra kimi “Bərdə rayon Mərkəzi Xəstəxanası”nın X20in Doğum evində həkim mama-ginekoloq vəzifəsində işləyir. İş materiallarında olan Bərdə rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs “Bərdə rayon Mərkəzi Xəstəxanası”nın X20in Doğum evində həkim mama-ginekoloq vəzifəsində işlədiyi müddətdə özünü nizam-intizamlı, çalışqan, məsuliyyətli həkim kimi göstərmişdir. Bilik və təcrübəsini artırmaq üçün öz sahəsinə aid ədəbiyyatdan istifadə edərək bilik səviyyəsini genişləndirmişdir. Geniş dünya görüşünə və müxtəlif sahələrdə dərin biliyə malikdir, mehribandır, ünsiyyət qurmağı bacarır. Səhiyyə şöbəsinin tapşırıqlarına məsuliyyətlə yanaşmış, öz sahəsinə aid müxtəlif kurslarda iştirak edərək bilik səviyyəsini dərinləşdirmişdir. 2011, 2017-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “mamalıq-ginekologiya” üzrə təkmilləşdirmə kursunu keçmiş, 13.12.2017-ci ildə ixtisası üzrə sertifikat almışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə barışmasını, zərərçəkmiş şəxsin ondan tələb və şikayətinin olmamasını, iş yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, habelə onun zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan tələb və şikayətinin olmamasını, iş yeri üzrə müsbət xarakterizə olunmasını, ali təhsilli olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 314.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müdətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı cinayət əməllərini vəzifə səlahiyyətlərindən və qulluq mövqelərindən istifadə etməklə törətmişdir. Ona görə də məhkəmə ona əlavə cəza kimi mama-ginekoloq vəzifəsini tutmaq hüququndan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs oğlu - Azərbaycan Respublikasının CM-nin 314.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01(bir) il 06(altı) ay müddətə mama-ginekoloq vəzifəsini tutma hüququndan məhrum edilməklə, 03 (üç) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0800-dək təkr etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar