Məhkəmə qərarları › İş №1(021)-29/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-29/2023

31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-29/2023 31.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən – Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1981-ci ildə Ağdam rayonu Seyidli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi rayon Məhkəməsinin 06 iyul 2018-ci il tarixli qərarı ilə 04 ay 15 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş müddətdə ödənilməmiş və götürülməmiş, Ağdam rayonu Seyidli kəndində qeydiyyatda olmaqla, Bərdə şəhəri Bakı küçəsində yerləşən X5 və Texnologiya kollecinin yataqxanasında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edərək saxlama cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 22 sentyabr 2022-ci il tarixdə, saat 02 radələrində, Bərdə şəhəri, Bakı küçəsində yerləşən Zərərçəkmiş şəxs şifahi müqavilə əsasında icarəyə götürüb işlətdiyi “Sizin” marketin qapısının şüşəsini küt alətlə sındıraraq həmin mağazaya qanunsuz daxil olmaqla oradan 250 (iki yüz əlli) manat nağd pulu, 96 manatlıq “Ani 50” adlı uduş lotereyasını, 78 (yetmiş səkkiz) manat dəyərində 30 ədəd göy rəngli “Winston” markalı siqareti, 52 (əlli iki) manat dəyərində 20 ədəd “Rothmans” markalı siqareti, 66 (altmış altı) manat dəyərində 30 ədəd “Palmall” markalı siqareti, 36 (otuz altı) manat dəyərində 10 ədəd “Winston” nazik markalı siqareti, 41 (qırx bir) manat dəyərində 10 ədəd göy rəngli “Sobranie” markalı siqareti, 37 (otuz yeddi) manat dəyərində 10 ədəd qara nazik “Kent 4” markalı siqareti, 63 (altmış üç) manat dəyərində 30 ədəd “Keno” markalı siqareti, 21 (iyirmi bir) manat dəyərində 10 ədəd qırmızı rəngli “Keno” markalı siqareti və 41 (qırx bir) manat dəyərində 10 ədəd ağ rəngli “Sobranie” markalı siqareti gizli olaraq talamaqla oğurlayıb Zərərçəkmiş şəxs ümumilikdə 781 (yeddi yüz səksən bir) manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa o, satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və «Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 1,282 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümdə qanunsuz əldə edərək üzərində saxlamış, 23 sentyabr 2022-ci il tarixdə saat 16:40 dəqiqədə Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Bakı küçəsində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman üzərindən yəni, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,282 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamla qismən, yəni ittihamın CM-nin 177.2.3-cü maddəsi ilə olan hissəsində təqsirli bilmiş, lakin CM-nin 234.1-ci maddəsi ilə olan hissəsində isə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Ağdam rayonunda anadan olmuş, Ağdam rayonu Seyidli kəndində qeydiyyatdadır, həbs olunanadək Bərdə şəhəri Bakı küçəsində yerləşən X5 və Texnologiya kollecinin yataqxanasında müvəqqəti olaraq ailə üzvləri ilə birlikdə yaşayırdı. Rəsmi olaraq heç bir yerdə işləmir. Bir ildir ki, narkotik maddə olan heroindən ara-sıra istifadə edir. Lakin, onun üzərində narkotik tapılması ilə bağlı qeyd edir ki, tutulan zaman narkotik üzərində olmamış, lakin müstəntiq tərəfindən ona şəxsi istehlak miqdarından artıq miqdarda narkotik ittihamı irəli sürülmüşdür. Təqsirləndirilən şəxs hesab edir ki, narkotik vasitə polis əməkdaşları tərəfindən onun üzərindən baxış keçirilərkən tapılmışdır, yəni qoyulmuşdur. Baxmayaraq ki, ibtidai istintaq dövründə həmin hissədə təqsirini etiraf etmişdir, lakin hazırda narkotik vasitənin istifadəsi ilə bağlı olan hissədə ittihamı qəbul etmir. Təqsirləndirilən şəxs məhkəmə iclasında qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində yaşadığı evdən çıxdıqdan sonra küçədə olarkən yəni, Bərdə şəhəri, Bakı küçəsində mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, üzərində qanunsuz narkotik maddə saxlamağında şübhəli olduğu üçün onu Bərdə rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman hüquqlarını müdafiə etmək üçün dövlət hesabına Müdafiəçi1 təyin olunmuş, Müdafiəçi1 iştirakı ilə şübhəli şəxs qismində üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı şalvarının sağ yan cibində olan 1 ədəd bükümü masanın üzərinə qoymuş və içərisindəkinin narkotik vasitə olduğunu bildirmişdir. Həmin bükümün içərisinə baxılan zaman içərisində olan maddənin narkotik maddə olduğu aşkar edilmiş və elektron tərəzidə çəkilərək qablaşdırılaraq polis tərəfindən götürülmüşdür. Polislərə narkotik vasitə olan heroini tapdığını, narkotik vasitənin aludəçisi olduğu üçün üzərində saxladığını, heç kimə narkotik vasitə satmadığını və heç kimdən narkotik vasitə almadığını bildirmişdir. Təqsirləndirilən şəxs oğurluq əməli ilə bağlı məhkəmə iclasında qeyd etdi ki, xx.xx.2022-ci il tarixdə saat 02 raddələrində yaşadığı Bərdə şəhəri, Bakı küçəsində yerləşən “Sizin” adlı marketin qapısını yerdən götürdüyü daş parçası ilə sındıraraq mağazaya daxil olaraq mağazanın kassasında olan 48 manat pulu və 3 blok, markasını unutduğu siqaret götürmüşdür. Siqaretləri və pulu götürdükdən sonra dərhal mağzadan çıxmış, siqaretlərdən iki blokunu Bərdə rayon vağzalında tanımadığı şəxsə 30 manat pula satmış, oğurladığı 48 manat pulu isə Yevlax rayonuna gedərək orada adını unutduğu kafedə yeyib-içməyə xərcləmişdir. Həmin mağazaya tək daxil olmuş, mağazaya daxil olarkən onu heç kim görməmişdir. Mağazadan 48 manat nağd pul və 3 ədəd siqaret blokunu oğurlamış, lakin mağazadan 250 manat nağd pul, lotereya biletləri oğurlamamış və 781 manat ziyan vurmamışdır. Hal-hazırda özünü CM-nin 177.2.3 maddəsi ilə təqsirli bilir, etdiyi əməldən çox peşmandır. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı dindirilən Zərərçəkmiş şəxs verdiyi ifadəsində qeyd etdi ki, Yevlax şəhərində anadan olmuş, Bərdə şəhəri, B.Hacıyev küçəsi 1, ev 01-də yaşayır. 17 ildir ki, müxtəlif yerlərdə mağaza icarəyə götürərək sahibkarlıqla məşğul olur. 2007-ci il tarixdən ünvan 2 ünvanında yerləşən “Sizin” marketi icarəyə götürərək işlədir. xx.xx.2022ci il tarixdə saat 00 radələrində mağazada hesabat apardıqdan sonra işçiləri mağazadan yola salaraq mağazanı bağlayıb yaşadığı evə getmiş, səhər mağazanı açdıqda mağazanın qapısında olan şüşənin sındırıldığını və mağazadan oğurluq olmasını bilmişdir. Buna görə də Bərdə RPŞ-nə ərizə ilə müraciət etmiş, polis əməkdaşlarının iştirakı ilə mağazaya baxış keçirilmişdir. Mağazanın kassasından 10 ədəd 10 manatlıq pul əskinası, 5 ədəd 20 manatlıq pul əskinası, 6 ədəd 5 manatlıq pul əskinası və 20 ədəd bir manatlıq pul əskinası, ümumilikdə 250 manat nağd pulunun, həmçinin mağazada kassanın yanında olan 3 blok göy nazik Winçestr, 2 blok Rotmans, 3 blok Palma, 1 blok Winston nazik, 1 blok göy Sobrane, 1 blok qara nazik Kent 4,3 blok Keno, 1 blok qırmızı rəngli Keno, 1 blok ağ rəngli Sobrane siqaretlərin və 48 ədəd 2 manatlıq Ani adlı loteriya biletlərinin oğurlanmış, ümumilikdə ona 848 manat dəyərində maddi ziyan vurulmuşdur. Hazırda dəymiş hələ də ona ödənilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərdi ki, Zəngilan şəhərində anadan olmuş, hazırda ailə üzvləri ilə birlikdə Bərdə şəhəri H.Əliyev prospekti bina 148-də yaşayır və polis baş leytenantı rütbəsinə malik olmaqla Bərdə RPŞnin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Ağdam rayon sakini, Bərdə şəhəri Bakı küçəsində Pambıqçılıq Texnikomunun yataqxanasında yaşayan Təqsirləndirilən şəxs Əbülfət oğlunun üzərində qanunsuz olaraq narkotik vasitələri saxlaması barədə əməliyyat məlumatı daxil olduğu üçün tərəfindən 23 sentyabr 2022-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 23 sentyabr 2022-ci il tarixdə saat 16:40 radələrində Bərdə şəhəri Bakı küçəsində olan zaman saxlanılaraq Bərdə RPŞ-yə gətirilmiş, polis şöbəsində Təqsirləndirilən şəxs Müdafiəçi1 müdafiəçi kimi dəvət edilməklə X3 tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra Bərdə RPŞ-nin digər əməkdaşı polis serjantı Şahid2, polis baş leytenantı Şahid3 və Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. X3 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü olaraq təqdim etməsi ona bildirilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd polietilen kəsiyi bükümü könüllü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddənin kakos adı ilə tanıdığı narkotik vasitə olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə tərəfindən baxış keçirilmiş, üzərində başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə elektron tərəzi vasitəsilə çəkilərək X3 tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılmış, Bərdə RPŞ-nin 94 nömrəli möhürü ilə möhürlənərək təhqiqatçı tərəfindən götürülmüş, şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək ucadan oxunaraq, imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxsin onun üzərinə narkotik vasitələr yerləşdirilməsi və ya cibinə qoyulması ilə bağlı qeyd etdiklərini əsassız hesab edir və bütün prosesin videoçəkilişlə qeydə alınmış, təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını polis əməkdaşlarına könüllü etiraf etmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində ifadə verən Şahid2 öz ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Bərdə şəhəri Təbriz küçəsində yaşayır. Bərdə RPŞ-nin PPXB-də polis nəfəri vəzifəsində işləyir. Bərdə şəhəri Bakı küçəsində Pambıqçılıq Texnikomunun yataqxanasında yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələri saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də, 23 sentyabr 2022-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, tərəflərindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 23 sentyabr 2022-ci il tarixdə saat 16:40 radələrində Bərdə şəhəri Bakı küçəsində olan zaman saxlanılmış, Bərdə RPŞ-nə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs Müdafiəçi1 müdafiəçi kimi dəvət edilməklə X3 tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmişdir. Bundan sonra onun, Bərdə RPŞ-nin digər əməkdaşı polis baş leytenantı Şahid1, polis baş leytenantı Şahid3 və Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. X3 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd polietilen kəsiyi bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddənin kakos adı ilə tanıdığı narkotik vasitə olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə Şahid1 tərəfindən baxış keçirilmiş, üzərində başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə elektron tərəzi vasitəsilə çəkilmiş, aşkar edilmiş narkotik vasitəyə bənzər maddə X3 tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılmış, Bərdə RPŞ-nin 94 nömrəli möhürü ilə möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək ucadan oxunmuş və imzaları ilə təsdiq edilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti Şahid3 tərəfindən videoçəkilişlə qeydə alınaraq DVD diskə köçürülməklə protokola əlavə edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən, məhkəmə Şahid3 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, o da, Şahid1 və Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə oxşar məzmunda ifadə verərək onlar tərəfindən göstərilən xüsusatları təsdiq etmişdir. Cinayət işinə əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X1 Regional Bölməsinin 24 sentyabr 2022-ci il tarixli 16/1137 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, narkotik vasitə olan heroinə bənzər kütlə...”sözlər və imzalar olan zərfdəki, 01 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,282 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinə əlavə edilmiş 23 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolu və həmin istintaq hərəkətini əks etdirən videogörüntülər olan “DVD” diskdən görünür ki, 23 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen kəsiyi bükümdə narkotik vasitə olan heroin aşkar edilərək qablaşdırılıb götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 12 noyabr 2022-ci il tarixli 375 saylı təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs işin ibtidai istintaqını aparan müstəntiq, müdafiəçi və konvoyun əməkdaşının müşayiəti ilə 12 noyabr 2022-ci il tarixdə oğurluq hadisəsinin baş verdiyi yerə gedərək 22 sentyabr 2022-ci il tarixdə saat 02 radələrində Bərdə şəhəri, Bakı küçəsində yerləşən “Sizin” market adlı mağazadan pul və siqaret oğurladığı hadisə yerini və həmin hadisənin baş vermə mexanizmini istintaq hərəkətinin iştirakçılarına əyani şəkildə göstərdi. Bu zaman fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 29 oktyabr 2022-ci il tarixli 1619 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş ACDİÜ AR Məhkəməsinin 02 iyul 2007-ci il tarixli, İş№ A- 0521/07 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə 12 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il taixdə Bərdə rayon İcra və Probasiya şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Binəqədi rayon Məhkəməsinin 7(001)-350/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, nəzarətə götürülmüş və cəzanın sonu ilə əlaqədar xx.xx.2018-ci il tarixdə Bərdə rayon İcra və Probasiya şöbəsində şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərin qeydiyyat kitabından çıxarılmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən dахil оlmuş 31 oktyabr 2022-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəməsinin 02 iyul 2007-ci il tarixli, İş№ A-0521/07 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə 12 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 06 iyul 2018-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin qərarı ilə 04 ay 15 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 noyabr 2022-ci il tarixli 9/7700 nömrəli Məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 30 ədəd göy nazik “Winçestr” markalı siqaretin bir ədədinin qiyməti 2,6 manat, ümumi dəyəri 78 manat, 20 ədəd “Rothmans” markalı siqaretin bir ədədinin qiyməti 2,6 manat, ümumi dəyəri 52 manat, 30 ədəd “Palmall” markalı siqaretin bir ədədinin qiyməti 2,2 manat, ümumi dəyəri 66 manat, 10 ədəd “Winston” nazik markalı siqaretin bir ədədinin qiyməti 3,6 manat, ümumi dəyəri 36 manat, 10 ədəd göy “Sonranie” markalı siqaretin bir ədədinin qiyməti 4,1 manat, ümumi dəyəri 41 manat, 10 ədəd qara nazik “Kent 4” markalı siqaretin bir ədədinin qiyməti 3,7 manat, ümumi dəyəri 37 manat, 30 ədəd “Keno” markalı siqaretin bir ədədinin qiyməti 2,1 manat, ümumi dəyəri 63 manat, 10 ədəd qırmızı rəngli “Keno” markalı siqaretin bir ədədinin qiyməti 2,1 manat, ümumi dəyəri 21 manat, 10 ədəd ağ rəngli “Sobranie” markalı siqaretin bir ədədinin qiyməti 4,1 manat, ümumi dəyəri 41 manat manat müəyyən edilir. Ümumi dəyəri nəzəri qaydada təxminən 435 manat müəyyən olunur. Bərdə Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli 4(021)-133/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 23 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 22 sentyabr 2022-ci il tarixdə, saat 02 radələrində, Bərdə şəhəri, Bakı küçəsində yerləşən Zərərçəkmiş şəxs şifahi müqavilə əsasında icarəyə götürüb işlətdiyi “Sizin” marketin qapısının şüşəsini küt alətlə sındıraraq həmin mağazaya qanunsuz daxil olmaqla oradan 250 (iki yüz əlli) manat nağd pulu, 96 manatlıq “Ani 50” adlı uduş lotereyasını, 78 (yetmiş səkkiz) manat dəyərində 30 ədəd göy rəngli “Winston” markalı siqareti, 52 (əlli iki) manat dəyərində 20 ədəd “Rothmans” markalı siqareti, 66 (altmış altı) manat dəyərində 30 ədəd “Palmall” markalı siqareti, 36 (otuz altı) manat dəyərində 10 ədəd “Winston” nazik markalı siqareti, 41 (qırx bir) manat dəyərində 10 ədəd göy rəngli “Sobranie” markalı siqareti, 37 (otuz yeddi) manat dəyərində 10 ədəd qara nazik “Kent 4” markalı siqareti, 63 (altmış üç) manat dəyərində 30 ədəd “Keno” markalı siqareti, 21 (iyirmi bir) manat dəyərində 10 ədəd qırmızı rəngli “Keno” markalı siqareti və 41 (qırx bir) manat dəyərində 10 ədəd ağ rəngli “Sobranie” markalı siqareti gizli olaraq talamaqla oğurlayıb Zərərçəkmiş şəxs ümumilikdə 781 (yeddi yüz səksən bir) manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa o, satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və «Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 1,282 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümdə qanunsuz əldə edərək üzərində saxlamış, 23 sentyabr 2022-ci il tarixdə saat 16:40 dəqiqədə Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Bakı küçəsində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman üzərindən yəni, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,282 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ona qarşı CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamı qəbul etməməsi və üzərindən tapılan narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyularaq aşkar edilməsi ilə bağlı hissədə verdiyi ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, bununla bağlı təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs kimi verdiyi ifadələrində, tutularkən baxış və şəxsi axtarışa məruz qalarkən təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora ifadə verməmiş, bununla bağlı nə cinayət prosesinin iştirakçılarına, nə də hüquq-mühafizə orqanları və məhkəməyə yazılı və ya şifahi formada hər hansı ərizə, təklif, irad, mülahizə və ya münasibət bildirməmiş və ya göndərməmişdir. Əksinə iş materialları və mövcud sübutlar məhkəmə tərəfindən tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə CM-nin 177.2.3 və 234.1ci maddələrində nəzərdə tutulmuş əməlləri törətdiyini səmimi etiraf etmiş, təqsirləndirilən şəxsin təqsirliliyi özünün ifadəsindən başqa iş üzrə zərərçəkmiş şəxs və şahidlərin ifadələri, habelə iş materiallarına əlavə edilmiş yazılı və maddi sübutlarla, istintaq və məhkəmə hərəkətlərinin protokolları və videogörüntü ilə tam şəkildə sübuta yetirilmişdir. Buna görə də təqsirləndirilən şəxsin CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla əlaqədar məhkəmə istintaqı zamanı qeyd etdikləri özünümüdafiə xarakteri daşımaqla işin faktiki hallarına uyğun olmayan ifadədir, onun vəziyyətinin yüngülləşdirilməsinə xidmət edir və iş materialları ilə tamamilə təkzib olunur. Bundan başqa, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə ona istinad edilən əməli törətmədiyini bildirsə də bununla bağlı ibtidai istintaq və məhkəmə baxışı dövründə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Bütün sadalanan hallara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1 maddəsi ilə ona istinad edilən cinayət əməlini törətməməsi ilə bağlı verdiyi ifadəsi həqiqi, obyektiv ifadə kimi qəbul olunmamalı, ifadədə göstərilən xüsusatlar özünün müdafiəsinə yönəlməklə cinayət məsuliyyətindən və cəzadan kənarda qalmasına hesablanmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Qərarda göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi müvafiq Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Qərara əsasən törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 26-cı bəndində qeyd edilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 01 saylı qərarında qeyd edilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin Qərarda həmçinin göstərilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Qərara əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər materialları ilə tаm olaraq sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam olaraq sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 234.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası CM-in 177.2.3.-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 234.1.-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların İ siyahısına əsasən narktoik vasitə hesab edilən heroinin miqdarı 0,15 qramdan artıq olduqda şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs оğlunun cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs оğlunun əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, ona təqsirləndirildiyi CM-in 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilər. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri az ağır cinayətlər kateqoriyasına daxil olduğundan ona təqsirləndirildiyi hər iki maddə üzrə ayrılıqda azadlıqdan məhrumetmə cəzası təyin edilməli, sonda CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təqsirləndirilən şəxsə qəti cəza təyin edilməli, bu zaman təqsirləndirilən şəxsin əvvəllər qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və məhkumluğunun ödənilməməsini nəzərə almaqla onun əməlində cinayətlərin sadə residivinin olmasını qeyd edərək CM-nin 65.2-ci maddəsinə əsasən məhkəmə törədilmiş cinayətə görə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməli olması qənaətinə gəlir. CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “X6rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. CM-in 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs оğlunun cəzasını yüngülləşdirən hal onun himayəsində azyaşlı uşağının olmasıdır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da Təqsirləndirilən şəxs etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmanlıq hissi keçirməsi onun tərəfindən ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və bunu bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Təqsirləndirilən şəxs оğlunun əməlində CM-in 61-ci maddəsində göstərilən cinayətlərin (sadə) residivi onun cəzasını ağırlaşdıran haldır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 23 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə kifayət qədər şübhəli olduğundan 23 sentyabr 2022-ci il tarixdə tutulmaqla faktiki olaraq azadlığı məhdudlaşdırılmışdır. Belə olan halda, Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 23 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 348.2.4-cü maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin ediməli və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,282 qram ekspertizadan sonra qalıq çəkisi 1,182 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs 32,40 (otuz iki manat qırx qəpik) manat və 50 (əlli) manat ekspertiza xərcləri tutularaq dövlət büdcəsinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs 781 manat maddi ziyan dəyməsi və ziyanın ödənilməməsi nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 23 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,282 qram ekspertizadan sonra qalıq çəkisi 1,182 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji kabinetdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs 32,40 (otuz iki manat qırx qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesabına, 50 (əlli) manat ekspertiza xərci isə tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilsin. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs 781 manat maddi ziyan dəyməsi və ziyanın ödənilmədiyi nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar