Məhkəmə qərarları › İş №1(021)-29/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-29/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-29/2024 20.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Bakı şəhər Xətai rayon Məhkəməsini xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmış, Bərdə Rayon Məhkəməsinin 1(021)26/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli Amnistiya qərarına əsasən cəzası 01 il 05 ay 29 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddətinin sonu ilə əlaqədar olaraq azad edilmiş, məhkuluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək Bərdə şəhəri M.Cəfərov(R.Axundov) küçəsi ev 23-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlama cinayət əməlini törətmişdir. Belə ki, verilmiş ittihama görə Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ və İİ siyahısına əsasən təmiz çəkisi 0,201 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, təmiz çəkisi 0,115 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, təmiz çəkisi 5,40 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananını qanunsuz olaraq əldə edib üzərində qanunsuz olaraq saxlamış, 11 sentyabr 2023-cü il tarixdə saat 16:10 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, H.Əliyev prospektində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon Polis şöbəsinin inzibati binasına gətirilib orada saat 16:55 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1(bir) ədəd «LD» markalı siqaret qutusunun içərisində satış məqsədilə saxladığı 1(bir) ədəd şəffaf sellofan bükümdə və 1(bir) ədəd gümüşü kağız bükümdə ümumi təmiz çəkisi 0,201 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 1(bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,115 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1(bir) ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 5,40 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ara-sıra narkotik vasitədən istifadə edib. Bərdə şəhəri Sənaye küçəsində kirayədə yaşamışdır. Evlidir, 2-ci qrup gözdən əlildir, 4(dörd) yaşlı 1(bir) azyaşlı oğlan övladı vardır. Fərdi əməklə məşğul olmuşdur. O, əvvəllər məhkumluq həyatı yaşamışdır. Təxminən 3(üç) ay olar ki, narkotik vasitə hesab edilən qurudulmuş marixuanadan istifadə etmişdir. 11 sentyabr 2023-cü il tarixdə saat təxminən 08:45 radələrində evdən çıxıb çörək almağa getmişdir.Bu zaman ona əvvəllər tanıdığı Bərdə rayon Polis Şöbəsinin əməliyyatçıları İdris və Nəriman ona yaxınlaşmışlar.Onun üzərinə baxış keçirilmiş, lakin üzəridə hər hansı bir narkotik vasitəsi olmadığından onu polis şöbəsinə aparmışlar. Ona demişlər ki, təqdim olunan narkotik vastələrinin sənə məxsus olmasını etiraf et, əks halda daha çox çəki ilə səni yükləyəcəyik. O da məcbur qalıb verilmiş ittiham üzrə olan narkotik vasitələrinin ona məxsus olmasını etiraf etmişdir. O, həmçinin bildirdi ki, onu saxlayan zaman həmin ərazidə olan Rahat və Lider marketin kamera görüntüsünə düşmüşdür. İttihamda qeyd edilən kimi onu polis əməliyyatçıları Şahid1 və Şahid3 tutmamışdır. Onlar şöbədə sənədləşdirilən zaman elə sənədləşdirmişlər ki, guya Şamxal və Süleyman əməliyyatı keçirib. Əslində Nəriman və İdris onu saxlayıb. O, həmçinin bildirdi ki, onu saat 15 radələrində yox, səhər saat 08:45 radələrində saxlayıblar. Qeyd olunanlara əsasən verilmiş ittiham üzrə özünü təqsirli bilmədiyin bildirdi. Narkotik vastəsindən istifadə etməyi ilə bağlı əməlindən peşman olmasını nəzərə almağı və ona yungül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs qismən təqsirli olması özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kiçik leytenantı xüsusi rütbəsindədir. 11 sentyabr 2023cü il tarixdə ona Bərdə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə etməsi, üzərində saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin gün saat 16 radələrində o, və digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Bərdə şəhəri Heydər Əliyev prospektində saxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamasında şübhəli olması barədə məlumat verib üzərinə Bərdə rayon Polis Şöbəsinin inzibati binasında videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyini bildirmişlər və Cahidi bu barədə tərtib edilmiş qərarla tanış etmişlər. Bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində olan zaman şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, onun və digər polis əməkdaşlarının iştirakları ilə Bərdə rayon X6 bölməsinin təhqiqatçısı, polis mayoru X4 tərəfindən qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma və satışı ilə məşğul olmasında şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq video çəkilişdən istifadə edilməklə üstünün və əynindəki paltarın yoxlanılacağı, üstünə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, şəxsi axtarış keçirilməsinə razı olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış götürmə istintaq hərəkətində iştirak edən şəxslər proses iştirakçılarına təqdim olunmuş və şübhəli şəxs Təqsirləndirilən şəxs etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri, həmçinin «İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında» Avropa konvesiyasına uyğun olaraq öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq, onu əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əlyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun əleyhinə şahidlər çağırmaq və dindirməyə nail olmaq kimi hüquqları izah edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının aydın olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təklif edilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1(bir) ədəd “LD” markalı qara rəngli siqaret qutusunu çıxarıb, həmin siqaret qutusunun içərisində narkotik vasitə olduğunu bildirərək masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olan bütün əşya və predmetləri masanın üzərinə qoymaqla təqdim etsin. Lakin, Təqsirləndirilən şəxs üzərində əlavə olaraq hər hansı əşya və ya predmetin olmadığını bildirmişdir. Bunun ardınca təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi 1(bir) ədəd “LD” markalı qara rəngli siqaret qutusunun içərisinə baxış keçirilmiş və həmin qutunun içərisində 1(bir) ədəd kibrit qutusu və 3(üç) ədəd bükümlərin olduğu müəyyən edilmişdir. Ardınca həmin kibrit qutusu təhqiqatçı tərəfindən açılmış və içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin olduğu müşahidə edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələri tapdığını və öz istifadəsi məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs siqaret qutusunun içərisində olan digər 3(üç) ədəd bükümlərin isə içərisində nə olduğunu bilmədiyini, həmin bükümləridə aşkar edilmiş marixuana ilə birlikdə tapdığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş gümüşü rəngli bükümə baxış keçirilmiş, həmin bükümün içərisində pisxotrop maddə hesab edilən metamfetaminə bənzər kütlənin olduğu müəyyən edilmişdir. Ardınca Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ikinci bükümə baxış keçrilmiş, həmin bükümün içərisindədə pisixotrop maddə hesab edilən metamfetaminə bənzər kütlənin olduğu müəyyən edilmişdir. Daha sonra üçüncü bükümə baxış keçirilmiş, həmin bükümün içərisində isə narkotik vasitə hesab edilən heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Ardınca təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olan bütün əşya və ya pretmetləri masanın üzərinə qoysun. Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın arxa cibindən 1(bir) ədəd “Samsung” markalı mobil telefonu və həmin şalvarın sol yan cibindən pul əskinaslarını masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin mobil telefon sönülü vəziyyətdə olduğu və pul əskinaslarının isə 5(beş) ədəd 1(bir) manatlıq olduğu müəyyən edilmişdir. Bunun ardınca Təqsirləndirilən şəxs üzəri tərəfindən yoxlanılmış, lakin, əlavə olaraq hər hansı qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr təhqiqatçı tərəfindən ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir. Bunun ardınca Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələr təhqiqatçı tərəfindən 1(bir) ədəd ağ rəngli zərfə qoyulmuş, zərfin üzərində zəruri qeydlər aparılmış, həmin zərf DİN-nin 94 saylı möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs və Müdafiəçi tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 5 manat pul əskinası özünə qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1(bir) ədəd “Samsung” markalı mobil telefon isə istintaq zərurəti ilə əlaqədar təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bunun ardınca təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən hər hansı təsirə, təziqə və zorakılığa məruz qalıb-qalmaması sorğu edilmişdir. Lakin, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalmadığını, bununla əlaqədar olaraq hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Bunun ardınca təhqiqatçı tərəfindən proses iştirakçılarına prosesin keçrilməsi ilə əlaqədar olaraq hər hansı bir suallarının olubolmaması sorğu edilmiş, lakin, iştirakçılar tərəfindən hər hansı sual daxil olmamışdır. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə başa çatmış, videoçəkiliş dayandırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərilənləri tam təsdiq etdilər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş polis əməkdaşı X7 bildirdi ki, o Bərdə rayon Polis Şöbəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər rayon sakini kimi tanıyıb. Onun tutulması zamanı o iştirak etməyib. Cahid məsuliyyətdən yayınmaq üçün belə ifadə verir. O tutulandan sonra polis şöbəsində gördüyünü bildirdi. Məhkəmə iclasında zamanı əlavə şahid qismində dindirilmiş polis əməkdaşı X1 İdris Yusif oğlu ilə oxşar məzmunlu ifadə verdi. Cinayət işinin 5-41-ci vərəqələrində olan materiallardan görünür ki, cinayət işinin başlanmasına səbəb 11 sentyabr 2023-cü il tarixdə Bərdə rayon Polis şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni üzərində saxlaması, qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün saat 16 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı üzərindən 1 (bir) ədəd «LD» markalı siqaret qutusunun içərisində satış məqsədilə saxladığı ümumi təmiz çəkisi 0,201 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 1(bir) ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 0,115 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,40 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilərək götürülməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 09-cu vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 11 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 11 sentyabr 2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin 54-55-ci vərəqələrində olan cinayət əməlinin tövsif edilməsi haqqında 13 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə cinayət əməli həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin 57-58-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 13 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 80-84-cü vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 4(021)191/2023 saylı 13 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 11 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 37-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 bölməsinin məhkəmə-bioloji ekspertizasının 12 sentyabr 2023cü il tarixli 16/900 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrə bənzər kütlələr” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd LD markalı siqaret qutusunda: - 1(bir) ədəd şəffaf sellofan bükümdə və 1(bir) ədəd gümüşü kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,075 qram, 0,126 qram, ümumi təmiz çəkisi 0,201 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindirlər və kimyəvi tərkiblərinə görə eynidirlər. – 1(bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,115 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. – 1(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,40 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına(1-ci siyahı) daxildir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına(1-ci siyahı) daxildir. Qeyd:Marixuananın təmiz çəkisi -5,40 qram, tədqiqta sərf edildi 0,02 qram, qalıq 5,38 qram. Metafetaminin ümumi təmiz çəkisi -0,201 qram, tədqiqta sərf edildi 0,04 qram (hər birinən 0.02 qram) , qalıq 0,161 qram. Heroinin təmiz çəkisi -0,115 qram, tədqiqta sərf edildi 0,05 qram, qalıq 0,065 qram (Aparılmış tədqiqatın dəyəri 60.80 manat təşkil edir) Cinayət işinin 110-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 15 sentyabr 2023-cü il tarixli 1560 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 131-139-cu vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 1(021)26/2021 saylı xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin 123-124-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xətai rayon Məhkəməsini xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmış, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli Amnistiya qərarına əsasən cəzası 01 il 05 ay 29 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddətinin sonu ilə əlaqədar olaraq azad edilmişdir. Cinayət 130-cu vərəqəsində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi“ X15 “Bərdə rayon Mərkəzi Xəstəxanası” X15 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Bərdə rayon Mərkəzi Xəstəxanası” X12 narkoloji və ruhiəsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin 97-ci vərəqəsində olan Bərdə rayon İHB-nın Bərdə şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət, lakin narkotikaya meyilli kimi xarakterizə olunur. Cinayət işinin 152-162-ci vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 04 noyabr 2023-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra ayrı-ayrılıqda 1(bir) ədəd şəffaf sellofan bükümdə qalıq təmiz çəkisi 0,055 qram, 1(bir) ədəd gümüşü kağız bükümdə qalıq təmiz çəkisi 0,106 qram, ümumi qalıq təmiz çəkisi 0,161 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1(bir) ədəd şəffaf sellofan bükümdə qalıq təmiz çəkisi 0,065 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1(bir) ədəd kibrit qutusunda qalıq təmiz çəkisi 5,38 qram çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Bərdə rayon Polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01(bir) ədəd “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış və cinayət işini materiallarına əlavə edilmişdir. Məhkəmə tərəfindən sübutların götürülməsi barədə qərara əsasən cinayət işi materiallarına əlavə edilmiş “Lider” marketin sahibi X2 cavab məktubuna əsasən bildirilmişdir ki, müşahidə kameraları hadisə zamanı 18 gün müddətinə qədər qalır, sonra kamera yenilənir. Odur ki, müşahidə kamerasında heç bir görüntü qalmayıb. Məhkəmə tərəfindən sübutların götürülməsi barədə qərara əsasən cinayət işi materiallarına əlavə edilmiş "xxxx" MMC-nin direktoru Samir Abdullayevin cavab məktubuna əsasən bildirilmişdir ki, “Rahat Bərdə-1” marketin təhlükəsizlik kameralarının qeyd edilən tarixə görüntüləri texniki səbəbdən (DVR-ın yaddaş məhdudiyyəti olması ilə əlaqədar) təqdim edilməsi mümkün deyil. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə ilk olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı polis əməkdaşlarının onu saxlayaraq üzərinə baxış keçirməsi zamanı onun üzrəində narkotik vasitənin olmaması, şöbədə olarkən narkotik vasitələri onun üzərində çıxmış kimi göstərərək videoçəkilişlə üzərinə şəxsi axtarış aparılması ifadəsini təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadə olması kimi qiymətləndirir. Belə ki, o həmçinin ifadə vermişdir ki, ona hər hansı bir fiziki güc tətbiq edilməmişdir. Həmçinin o pisixi və ya fiziki işgəncəyə məruz qalması ilə bağlı ibtidai istintaq zamanı hər hansı bir orqana şikayət etməmişdir. O ki, qaldı “əgər təqdim edilə narkotik vastəsinin sənə məxsu olmasını etiraf etməsən, daha çox çəkidə narkotik vastəsi ilə yüklənəcəksən” deməsinə bununla bağlı hər hansı sübut təqdim etməmiş, barəsində həbs qətimkan tədbiri seçilən zamanda bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndində qeyd edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən qərarının 26-cı bəndində göstərilir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Sadalanan halları nəzərə alan məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələr öz təsdiqini tapmadığından həmin ifadələri müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, onu ittihamda qeyd edilən əməliyyatçılar yox, İdris və Nəriman tutub, bununla bağlı məhkəmə zəruri tədbir görmüş, lakin “Lider” və “Rahat “ marketdən video görüntüləri əldə edə bilməmişdir. Lakin Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən, həmçinin istintaq dövründə bu barədə nə məhkəməyə, nədə ki, ibtidai araşdırma aparan prokurora məlumat verməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, “Lider” və “Rahat “ marketdən video görüntülərin əldə edilməməsi barədə məlumat məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirilərkən o, kinayə ilə məhkəməyə “mən elə də bilirdim ki, təqdim etməyəcəklər” deməsi bir daha məhkəməyə əminlik yaradır ki, onun tutulma əməliyyatında Nəriman və İdris iştirak etməyibdir. Əks təqdirdə bunula bağlı Təqsirləndirilən şəxs vaxtında öz müdafiəsini qura bilərdi. Məhkəmə, həmçinin iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş 1(bir) ədəd şəffaf sellofan bükümdə və 1(bir) ədəd gümüşü kağız bükümdə ümumi təmiz çəkisi 0,201 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, 1(bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,115 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1(bir) ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 5,40 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə üzərində saxlaması öz təsdiqini tapmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, alıcının müəyyən olunması, telefon danışıqlarının olması, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması, elektron tərəzinin olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdır. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 15 sentyabr 2023-cü il tarixli 1560 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən epizodik istifadə edir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin əməlində yuxarıda qeyd olunan hallardan heç biri öz təsdiqini tapmamışdır. İstər təqsirləndirilən şəxsin, istərsə də şahidlərin ifadələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə deyil, istifadə etmək üçün əldə etmişdir. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən ümumi təmiz çəkisi 0,201 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, təmiz çəkisi 0,115 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 5,40 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, ailəli olmasını, himayəsində azyaşlı uşağının omasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin residivi cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 1(021)26/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli Amnistiya qərarına əsasən cəzası 01 il 05 ay 29 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddətinin sonu ilə əlaqədar olaraq azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən iki il müddət keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, qanunlara əməl olunmaq ruhunda tərbiyə olunmamasını, islah edilməməsini təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 sentyabr 2023-cü il il tarixində şübhəli şəxs kimi tutulmuş, 13 sentyabr 2023-cü il tarixdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə cinayət əməli həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmiş, 13 sentyabr 2023cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş və 13 sentyabr 2023-cü il tarixdə barəsində “həbs ” qətimkan tədbiri seçilmiş, məhkəmə hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Ona görə də, cəzasının əvvəli 11 sentyabr 2023-cü il il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əməli residiv kimi qiymətləndirildiyindən ona cəza təyin olunarkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxsn Bərdə RMX-nin poliklinika şöbəsinin narkoloji kabinetində dispanser qeydiyyata alınmalıdır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 60.80 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan ayrı-ayrılıqda 1(bir) ədəd şəffaf sellofan bükümdə qalıq təmiz çəkisi 0,055 qram, 1(bir) ədəd gümüşü kağız bükümdə qalıq təmiz çəkisi 0,106 qram, ümumi qalıq təmiz çəkisi 0,161 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1(bir) ədəd şəffaf sellofan bükümdə qalıq təmiz çəkisi 0,065 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1(bir) ədəd kibrit qutusunda qalıq təmiz çəkisi 5,38 qram çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 11 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə rayon polis şöbəsində saxlanılan təmiz çəkisi 1(bir) ədəd şəffaf sellofan bükümdə qalıq təmiz çəkisi 0,055 qram, 1(bir) ədəd gümüşü kağız bükümdə qalıq təmiz çəkisi 0,106 qram, ümumi qalıq təmiz çəkisi 0,161 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1(bir) ədəd şəffaf sellofan bükümdə qalıq təmiz çəkisi 0,065 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1(bir) ədəd kibrit qutusunda qalıq təmiz çəkisi 5,38 qram çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 60.80 (altmış manat, səksən qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar