Məhkəmə qərarları › İş №1(021)-3/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-3/2022

09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-3/2022 09.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı oğlunun, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs və müdafiəçisi X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Şorəlli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib əmlakını ələ keçirtmək məqsədi ilə Bərdə rayonu, Şorəlli kəndində yerləşən qardaşı Şahid3 məxsus kənd təsərrüfatı təyinatlı 0,06 hektar torpaq sahəsini göstərib həmin torpaq sahəsini Zərərçəkmiş şəxs 11000 (on bir min) manata satacağını yalandan vəd verərək, buna əməl etməyib aldatmaqla, vahid niyyət ilə 2020-ci ilin mart ayının sonlarında Bərdə rayonu Artezian qazma idarəsinin inzibati binasında sonuncunun şəxsən verdiyi 3500 (üç min beş yüz manat) manatı, Zərərçəkmiş şəxs tanışı Şahid1 Rüstəm oğlu vasitəsilə göndərdiyi 2020-ci ilin aprel ayının əvvəllərində Bərdə şəhəri, Heydər Əliyev prospektində 2000 (iki min) manat, 2020-ci ilin aprel ayının sonlarında Ağdam rayonu, Quzanlı qəsəbəsində 1900 (bir min doqquz yüz) manat və sonuncu dəfə 2020-ci ilin may ayında Bərdə şəhəri, Heydər Əliyev prospektində 3500 (üç min beş yüz) manat olmaqla, ümumilikdə 10900 (on min doqquz yüz) manat nağd pulunu ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Şahid1 2003-cü ildən tanıyır, onun Ülvi ilə dostluq münasibəti olmuşdur. O, Zərərçəkmiş şəxs əvəllər tanımamış, Selaneni bir dəfə satdığı torpağa baxarkən, bundan əlavə isə dostu Ülvinin kontorasında görmüşdür. Onun Selane ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. O, torpaq sahəsini Selane xanıma 2020-ci ilin mart aylarında satmışdır. Onun yanına Ülvi və Selane gəlmişdir. Ülvi və Selane ona torpaq sahəsi almaq istəməsini demişdir. O, Şorəlli kəndində yerləşən torpaq sahələrini Ülvi və Selaneyə göstərmişdir. Şorəlli kəndində Ülvi və Selane qardaşı Elşənə məxsus torpaq sahəsini bəyənmişlər. Bu zaman o, Elşəni çağıraraq torpaq sahəsini Ülvinin tanışı Selanenin almasını, 11000 manata razı olub-olmamasını soruşmuşdur. Elşən razılaşmış və torpaq sahəsi həmin vaxt dəqiq xatırlamadığı ya o, ya da qardaşı Elşən ölçmüşdür. Bundan sonra o, Ülvinin Bərdə rayonu Alaçadırlı kəndində yerləşən kontorasına getmişdir. Ülvi ilə o, torpaq sahəsini 11000 manat pula satmağa razılaşmışdır. Beh qismsində qardaşı Elşənə məxsus 6 sot torpaq əvəzində 2000 ABŞ dolları və 100 manat olmaqla, 3500 manat pul vermişdir. Ülvi ona yerdə qalan pulu 1 həftə ərzində verməsini demişdir. Ülvi ona torpağı Selanenin almasını pulları Selanenin verməsini demişdir. 2020-ci ilin aprel ayında Bərdə şəhəri H.Əliyev prospektində “Rekord” inşaatın qarşısında, Çinar restoranının Ülvi ona 2000 manat verməsini demişdir. O, pulları saydıqda pulun 1400 manat olmasını görmüş, Ülvi avtomobilə gedib ona yerdə qalan 600 manat pulu gətirmişdir. X2 yolladığı 2000 manatı vermişdir. Həmin ay Ülvi onu yenidən kontorasına çağırmışdır. Ülvi ona Ağdam rayonu Quzanlı qəsəbəsinə getməyi demişdir. Həmin yerdə Ülvi ona 2000 manat vermiş, o, isə həmin puldan onun benzin xərci və yemək pulu olmasını demişdir. Beləlik də, o, Ülvidən 1900 manat pul almışdır. Həmin pulları o, özündə saxlamışdır. 2020-ci ilin may ayı ərzində Ülvi ona yerdə qalan Bərdə rayonu Güloğlular kəndində yerləşən Bolmar marketin qarşısında 1500 manat, 900 manat, 400 manat və 700 manat vermişdir. Həmin pulları o, özündə saxlamışdır. O, Elşənə pulları verərkən Elşən pulları götürməmiş ki, ilkin olaraq Elşən 3500 manatı götürmüş, lakin sonradan müddət uzatdığı üçün Elşən behi qaytarmış, o, Ülviyə bu barədə dedikdə, Ülviyə pulları geri qaytarmağı demiş, lakin Ülvi ona and aman etmiş ki, bu işi yoluna qoysun. Bu səbəbdən də o, Elşən ilə mübahisə etmişir. Belə ki, Elşən torpağı satmaqdan imtina etmişdir. Sonradan o, Ülviyə işi yoluna qoya bilmədiyini dedikdə, telefonlarına cavab verməmiş, Ülviyə SMS yazmış, pulları götürməsi üçün, lakin sonradan Ülvi pulları götürməmişdir. Həmin vaxt Ülvinin ona verdiyi 7000-8000 manat arası pul olmuşdur. Bundan sonra Ülvi ona pul verməyə başlamışdır. O, Ülviyə alınmamasını demiş, lakin Ülvi pulları ona vermiş və o, pulları götürmüşdür. Sonradan 10900 manat pul onda qalmışdır. O, Ülviyə ona satılan torpaqdan daha yaxşı təklif etsə də, Selane və Ülvi onunla razılışmamışdır. Həmçinin zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı ödəməsinin, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Gürcüstan Respublikası vətəndaşı olsada, milliyətcə azərbaycanlıdır, azərbaycan dilini və latın əlifbası ilə sərbəst yazmağı və oxumağı bilir. Təqsirləndirilən şəxs tanımamış, onun Faiq ilə heç bir münasibəti olmamışdır. 2020-ci ilin mart ayında o, torpaq almaq üçün dostluq münasibətində olduğu Ülvi adlı şəxsə ona torpaq sahəsi tapması üçün müraciət etmişdir. Bir neçə gün sonra o, müxtəlif yerlərdə torpaqlara baxmış, lakin həmin torpaq sahəsini bəyənməmişdir. Bundan sonra Ülvi ona Faiq adlı tanışının olmasını, Faiqin atasının keçmişdə bələdiyyə olmasını və Faiqin torpaq alveri ilə məşğul olmasını bildirmişdir. O və Ülvi Faiqin yanına Şorəlli kəndinə yollanmışlar. Bir neçə torpaq sahəsinə baxdıqdan sonra o, Şorəlli kəndində yerləşən yolun kənarında olan 0,06 hektar torpaq sahasini bəyənmişdir. Faiq ona torpaq sahəsinin özlərinin olmasını və ətrafda olan torpaq sahələrini göstərərək həmin sahənin satmasını bildirmişdir. Bundan sonra Faiq Elşənə zəng edərək Elşəni torpaq sahəsinə çağırmışdır. Torpaq sahəsinə Elşən gəlib Faiq ilə birlikdə 0,06 hektar torpağı ölçmüşlər. O, bu zaman Faiq və Elşən ilə razılaşaraq torpağı 11000 manat pul qarşılığında almağı, pulları isə hissə-hissə almağı razılaşmışdır. Bundan sonra Elşən oradan getmişdir. O, Ülvi və Faiq bundan sonra Bərdə rayon Artezan qazma idarəsinin inzibati binasına getməyi razılaşmışlar. İdarənin inzibati binasında olarkən o, şəxsən Faiq adlı şəxsə ona torpaq satmasının əvəzinə 2000 ABŞ dolları, həmin vaxtın ekvivalenti ilə 3400 manat və 100 manat olmaqla pulu beh qismində vermişdir. Yerdə qalan pulu isə o, Ülvi vasitəsilə ilə hissə-hissə ödəcəyini demişdir. 2020-ci ilin aprel ayında Bərdə şəhəri Heydər Əliyev prospektində “Çinar” restoranın yaxınlığında o, Ülvi ilə bir avtomobilə ilə gedərək Faiqi ora çağırmışlar. O, Ülviyə saymadan pulu Faiqə verməsi üçün vermişdir. Bu zaman Ülvi saymadan pulları ondan götürüb Faiqə aparmışdır. Sonradan isə Ülvi onun yanıma gələrək pulların 1400 manat olmasını demişdir. O, dərhal Ülviyə 600 manat pulu Faiqə verməsi üçün vermişdir. Ülvi ondan yerdə qalan 600 manat alaraq Faiqə aparmışdır. 2020-ci ilin aprel ayının sonlarında o, Ülviyə ona borclu olduğu şəxsdən 2000 manat pul alaraq Faiqə çatdırması demişdir. Bundan sonra Ülvi ona 2000 manat pulun arxasınca Ağdam rayonu Quzanlı qəsəbəsi getməsini və orada 1900 manat pulu Faiqə verməsini demişdir. 2020-ci ilin may ayında o, Ülviyə 1500 manat, 900 manat, 400 manat, və 700 manat pul vermiş ki, Faiqə torpağın əvəzində çatdırsın. Hər dəfə Ülvi pulları verdikdə ona məlumat vermişdir. Beləliklə, o, torpaq almaq əvəzində Faiq adlı şəxsə 10900 manat pul vermişdir. Bundan başqa ona satılmış torpağa binə tökdürməyə və hasar çəkdirməyə 4000 manat xərci çıxmışdır. 2021-ci ilin yanvar ayında o, torpaq sahəsin baxmağa getdikdə, torpaq sahəsində onun tikdirmək istədiyi hasarın tam olaraq tikilməsini və oraya qapı qoyulmasını görmüşdür. Bundan sonra o, Faiqə zəng vurmuşdur. Faiq ona qardaşı Elşənin razı olmamasını və bu səbəbdən başqa yerdən ona torpaq verməsini demişdir. Lakin o, Faiqlə razılaşmamış və pulunu geri qaytarmasını demişdir. Lakin Faiq torpaq üçün verdiyi 10900 manat pulunu geri qaytarmamışdır. O, dəfələrlə Faiqdən pulunu geri tələb etmiş, lakin Faiq ona pulunu geri qaytarmamasını və torpağın yeni torpaq verməsini demişdir. Bundan sonra isə Faiq ona buğda əkməsini və buğdadan əldə edəcəyi gəlir ilə onun pulunu qaytaracağını demişdir. Lakin 2021-ci ilin sentyabr ayında buğda biçilmiş, Faiq isə onun pulunu geri qaytarmamışdır. Həmçinin Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Bərdə rayonu Şorəlli kəndində yerləşən torpaq sahəsinə Faiq adlı şəxsdən 10900 manat əvəzində almışdır. O, əvvəl səhv hesablamışdır. Əslində olan isə 10900 manat puldur. O, Faiq adlı 2020-ci ilin mart ayından 2020-ci ilin may ayına kimi olan müddət ərzində 3500 manatı özü, yerdə qalan 7400 manatı isə Ülvi vasitəsi ilə Faiqə ona satdığı Bərdə rayonu Şorəlli kəndində yerləşən torpağın əvəzində vermişdir. Lakin Faiq torpağı ona satmamış və ondan aldığı pulları geri qaytarmamışdır. O, pulları Faiqə verdiyi üçün pullarını Faiqdən tələb etmişdir. Halhazırda Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Həmçinin ərizə təqdim edərək mülki iddiasının baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid1 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs 3 ildir tanıyır, onun Selane ilə tanışlığı Selanenin həyat yoldaşı Anar vasitəsilə olmuş, belə ki, o, Anar ilə dostluq münasibətində olmuşdur. Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, onun Faiq ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 2020-ci ilin mart ayında Selane ona torpaq satan makler tanıyıb-tanımadığını soruşmuşdur. O, bir neçə satdıq torpaq sahəsi bildiyi üçün, Selane ilə Bərdə rayonu Divanlı, Qaradağlı və Şorəlli kəndinin ərazisində torpaq sahələrinə baxmışlar. Selane həmin torpaq sahələrini bəyənmədiyi üçün o, tanışı Faiqə müraciət etmişdir. Faiq ona qardaşı Elşənin torpaq sahələrinin olmasını demişdir. Bundan sonra, Selane və ona Faiq Şorəlli kəndində yerləşən torpaq sahələrini göstərmişdir. Bu zaman Selanə həmin torpaq sahələrindən birini bəyəndikdə Faiq qardaşı Elşəni torpaq sahəsinə çağırmışdır. Selanenin pulu az olduğu üçün torpaq sahəsini balaca almaq istəmiş, lakin Faiq ona torpağın şikəst qalmasını, yeri tam olaraq 0,06 hektar torpağı almağı demişdir. Selane onun yanında bu barədə söhbəti eşitdikdə pulu hiss-hissə ödəməyi təklif etmişdir. Faiq isə Selane ilə razılaşmışdır. Faiq torpağın ümumi qiymətinin 11000 manat olmasını demişdir. Elşən isə bundan sonra toprağı ölçərək hələlik sap ilə hasar yeri qoymuşdur. Selanenin üstündə pul az olduğu üçün həmin gün onun işlədiyi idarədə pul verməyi Faiqə təklif etmişdir. Həmin gün onun işlədiyi idarəyə Faiq və Selane gəlmişdir. Bu zaman Selane Faiqə torpaq əvəzində beh qismində 2000 ABŞ dolları və 100 manat məbləğində pul vermişdir. Həmin ABŞ dolları ilə olan pulun ekvivaletində 3400 manata bərabər olmuşdur. Beləliklə Faiqə 3500 manat çatmışdır. Bu zaman Selane onun vasitəsilə Faiqə yerdə qalan pulları onun verməyini demiş, Faiq isə Selane ilə razılaşmışdır. 2020-ci ilin aprel ayında Selane onunla görüşərək Faiqə pul çatdırmağı demişdir. O, Selane ilə razılaşmışdır. Bu zaman Faiq ilə “Çinar” restoranın yanında görüşmüşlər. Avtomobildə Selane ona pulu Faiqə çatdırması üçün vermişdir. Selane ona pulların miqdarının 2000 manat olmasını demişdir. Bu zaman o, pulları götürüb Faiqin yanına getmişdir. Faiq pulları saydıqda 1400 manat olmasını aşkar etmiş və o, yenidən avtomobilə Selanenin yanına getmişdir. Selane pulları səvh saymasını və ona 600 manat pulu vermişdir. O, yenidən həmin pulu Faiqə vermişdir. Beləliklə də, Selane onun vasitəsi ilə Faiqə 2000 manat vermiş olmuşdur. 2020-ci ilin aprel ayının sonlarında Selane ona Ağdam rayonunda olan borclu olan şəxsdən 2000 manat alaraq Faiqə verməyini demişdir. O, bundan sonra Faiqə məxsus avtomobil ilə Ağdam rayonu Quzanlı qəsəbəsinə yola düşmüşdür. Quzanlı qəsəbəsində o, tanımadığı şəxsdən 2000 manat alaraq Faiqə vermişdir. Sonradan ona Faiqin 2000 manatın üzərindən yemək və dizel xərci olaraq 100 manat götürməsi məlum olmuşdur. 2020-ci ilin may ayında ona Selane 1500 manat, 900 manat, 400 manat və 700 manat vermişdir. O, həmin pulları Bərdə şəhərində yerləşən “Bolmart” marketin qarşısında vermişdir. Həmin pulların Selane tərəfindən torpaq üçün verilməsini Faiqə demişdir. 2020-ci il may aylarında Elşən ona zəng edərək, onun Faiqə verdiyi pulların çatmamasını, torpağın digər şəxsə satacağını bildirmişdir. O, bu zaman Elşən ilə mübahisə etmişdir. Sonradan o, Faiqlə danışdıqda Faiq ona problemi həl edəcəyini demişdir. 2021-ci ilin yanvar ayında Selane və o, Faiqin Selaneyə satıdığı torpaq sahəsinə baxmağa getdikdə həmin torpaq sahəsinin mişar daşı ilə hasarlanmasını və qapı qoyulmasını görmüşlər. Həmin topraq sahəsi Bəxtiyar adlı şəxsə satılmasını öyrənmişlər. O, bu zaman Faiq ilə danışmış Faiq ona bu işi yoluna qoyacağını demişdir. O, və Selane bundan sonra Faiqdən dəfələrlə verdikləri pulu tələb etmişlər. Həmçinin Şahid1 ifadəsində göstərdi ki, o, Selanedən aldığı 11000 manat pulu Faiqə hissə-hissə Bərdə rayonu Şorəlli kəndində yerləşən torpaq sahəsinin əvəzində vermişdir. Həmin puldan 100 manat yol xərci olmuşdur. Beləliklə Faiqə 10900 manat pul çatmışdır. Faiq Selaneyə satdığı torpaq bundan sonra digər şəxsə satmış və beləliklə də Selanenin 10900 manat nəğd pulu dələduzluq yolu ilə ələ keçirmişdir. X4 torpaq üçün sənəd tələb etdikdə, pulları notarial qaydada verməsini bildirdikdə, Faiq ona: “Anamın goru Vidadi İsayev ilə problemlərim var. Anamın goruna and olsun ki, torpağı düzəldib Selanenin adına keçirdəcəm.” –demişdir. Faiq torpağın əvəzində digər torpaq və “Mercedes” markalı gördükdən keçməmiş avtomobil təklif etmişdir. X6 nağd pulunu istəmişdir. Əgər Faiqin dələduzluq yolu ilə ələ keçiridyi pulu geri qaytarmaq fikri olsaydı bu günədək qaytarmışdı. Faiq ona bu məsələni bağlaqda köməklik etməyi üçün 3 sot Bərdə rayonu Şorəlli kəndində torpaq söz vermiş, lakin o Faiqlə razılaşmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid2 ifadəsində göstərdi ki, Şahid3 4-5 ildir tanıyır, onun Elşən ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. O, Elşən ilə dostdur. O, Faiqi qardaşı Elşənə görə tanımışdır. Onun Faiq ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Təxminən 2020-ci ilin sentyabr ayında Elşən ona Bərdə rayonu Güloğlular kəndində yerləşən Günəş şadlıq sarayının yaxınlığında torpaq sahəsinin olmasını və həmin sahəni satmasını demişdir. O, həmin sahəyə Elşən ilə birlikdə gedib baxmışdır. Həmin torpaq sahəsində ev bünövrəsinin tökülməsini görmüşdür. O, Elşəndən bünövrə barədə soruşduqda, Elşən ona bünövrənin özlərinin tökməsini demişdir. O, Elşən ilə həmin torpaq sahəsini 16000 manata almağı razılaşmışdır. O, həmin torpaq sahəsini almaq üçün Elşən 15500 manat pul vermiş, yerdə qalan 500 manatı isə torpaq öz adına keçdikdə verəcəyini demişdir. Elşən onunla razılaşıb 15500 manatı götürmüşdür. O, həmin torpaq sahəsini mişar daşından hasardan çəkdirmiş, təzədən bünövrə tökdürmüş, su çəkdirmiş, darvaza qoydurmuş və onun ümumilikdə 15000 manat xərci çıxmışdır. Təxminən 2021-ci ilin may ayında o, Elşəndən Faiq həmin torpağı Selanı adlı qadına 14500 manata satmasını, Selanenin 11000 manatı verməsini və yerdə qalan 3500 manatı isə vermədiyinə görə alqı-satqı razılaşmasını pozmasını, Elşənin isə Faiqə pulları Selaneyə geri qaytarmasını deməsini, lakin Faiqin Selaneyə pulları geri qaytarmamasını öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Şahid2 və Şahid1 ifadəsində göstərdiyi xüsusatları təstiq edərək onların ifadəsinə uyğun ifadə verdi. Cinayət işinin 63-64-cü vərəqələrndə olan şübhəli şəxsin tutulması haqqında 15 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 15 sentyabr 2021-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 90-91-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 103-cü vərəqəsində olan 17 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 senyabr 2021-ci il tarixdə Bərdə rayon Polis Şöbəsinin MSYən azad edilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişir. Cinayət işinin 155-ci vərəqəsində olan 13 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin 107-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 162-ci vərəqəsində olan Güloğlular ənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu müsbət xarakteriza olunmuşdur. Cinayət işinin 89-cu vərəqəsində olan notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs qeyd etmişdir ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir, ondan heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də şikayət, iddia və tələbi olmayacaqdır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, cinayət işi üzrə 3900 manat mülki iddiasının baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş 02.02.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən dövlət büdcəsinə 2725 manat pul ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir, həmçinin bu barədə notarial qaydada təsdiq olunmuş ərizəsi cinayət işinin matriallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 2725 manat dövlət büdcəsinə ödəniş etdiyindən cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Talıbov Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunmalıdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ərizəsi ilə müraciət edərək, mülki iddiaçı qismində tanınmağını və Təqsirləndirilən şəxs 3900 manat maddi ziyanın alınaraq ona ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs mülki iddiasını onunla əsaslandırmışdır ki, aldığı torpaq sahəsində ev tikmək üçün yer qazdırmış və beton tökdürmüşdür. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə verərək mülki iddiasının baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinin tələbinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinin tələbinə görə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Məhkəmə qeyd olunan halları nəzərə alaraq o qənaətə gəlir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ərizəsinə əsasən mülki iddia baxılmamış saxlanılmalıdır. İş üzrə madi sübut və məhkəmə xərci yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə xitam verilsin. Talıbov Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunsun. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası baxılmamış saxlanılsın. Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar