Məhkəmə qərarları › İş №1(021)-3/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-3/2023

01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-3/2023 01.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, “Bərdə rayon Mərkəzi Xəstəxanası” X31 X14, reanimasiya və intensiv terapiya şöbəsində həkim-anestezioloq-reanimatoloq vəzifəsində işləyən, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimlan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs səhlənkarlıq edərək ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 15:30-da «Bərdə rayon Mərkəzi Xəstəxanası» X31 Ginekologiya şöbəsinə «Sağ boru hamiləliyi» diaqnozu ilə daxil olub həmin tarixdə saat 15:40-da üzərində «Sağ tərəfli tubektomiya, sağ boru hamiləliyi» cərrahiyyə əməliyyatı icra ediləndən sonra saat 16:35-də «Bərdə rayon Mərkəzi Xəstəxanası» X31 Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə daxil olan 1991-ci il təvəllüdlü X8 anemiya olduğunu nəzərə almayaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş, hazırda qüvvədə olan «Tibb Müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları»nın İİİ bölməsi olan «Həkim-anestezioloq-reanimatoloqun nümunəvi vəzifə təlimatı»-nın həkim anestezioloq-reanimatoloqun vəzifə öhdəliklərini daşıyan 8-ci bəndinə əsasən mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etməli və nəzarət etməli, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etməli və ya müstəqil surətdə aparmalı olduğu halda, həmçinin həmin təlimatın həkim-anestezioloq-reanimatoloqun məsuliyyətini müəyyən edən 24.1-ci bəndinə əsasən ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməli olduğu halda, bunları etməyərək, işə vicdansız və laqeyd münasibət göstərməklə, müvafiq əmrlə üzərinə düşən xidməti vəzifələrini yerinə yetirməyərək və lazımı qaydada yerinə yetirməyərək, müvafiq tibbi yardımları vaxtında göstərməyərək, təkrar intubasiya etmədən, süni venstilyasiya aparatına qoşmadan və təcili olaraq qan və qan əvəzedicilər köçürməyərək, xx.xx.2021-ci il tarixdə saat 08:55-də X8 ümumi vəziyyətinin ağırlaşmasına və tənəffüsünün dayanmasına gətirib çıxaran posthemorragik anemiya fonunda endotraxeal narkoz zamanı anoksiya nəticəsində inkişaf etmiş, hipoksik ensefalopatiya və kəskin tənəffüs çatışmazlığı ilə nəticələnən, ehtiyyatsızlıqdan sonuncunun ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikas CM-nin 314.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o 2005-ci ildən “Bərdə rayon Mərkəzi Xəstəxanası” X27 Doğum evinin Reanimasiya şöbəsində anestezioloq-reanimatoloq vəzifəsində işləmişdir. Onun vəzifəsi doğum evinə müraciət edən və cərrahi əməliyyat olunmasına ehtiyac duyulan hamilə qadınlara anestezioloji-reanimatoloji xidmət göstərməkdən ibarətdir. O, mərhum X11 əvvəllər tanımamış və həmin xəstə barəsində hər hansı tibbi tədbir görməmişdir. X20 xx.xx.2021-ci il tarixdə Bərdə rayon X15 Evinə “sağ boru hamiləliyi” diaqnozu ilə daxil olmuşdur. Xəstənin diaqnozu ilə əlaqədar olaraq xəstə təcili əməliyyat otağına götürülmüşdür. Əməliyyat ümumi anesteziya ilə aparılmışdır. Əməliyyat zamanı xəstənin vəziyyəti əməliyyata uyğun vəziyyətdə olmuş, heç bir ağırlaşma və fəsadlaşma olmamışdır. Əməliyyat vaxtı xəstəyə qoyulan diaqnoz təsdiq olunmuş və ilkin plana görə əməliyyat aparılmış, sağ borunun götürülməsi həyata keçirilmişdir. Əməliyyat zamanı anestezioloji tərəfdən heç bir problem olmamışdır. Xəstənin əməliyyatdan sonraki vəziyyəti əməliyyatdan sonraki vəziyətə tam uyğun olmuşdur. Xəstə əməliyyatdan sonra tam ayılmış, xəstədə hipoksiya əlamətləri və posthepoksit ensefalopatiya əlamətləri müşahidə edilməmiş, arterial qanın saturasiyası tam norma daxilində olmuş, xəstədə heç bir ümumi və ocaqlı nevroloji əlamətlər olmamışdır. Xəstənin huşu, hemodinamik göstəricələri tam norma daxilində olmuşdur. Ertəsi gün xəstənin ümumi vəziyyəti tam kafi olmuşdur. Xəstə ginekologiya şöbəsinə keçirilmək üçün ayağa qalxmış tam normal vəziyyətdə yeriyə yeriyə palataya köçürülən zamanı vəziyyəti pisləşmişdir. Qısa müddət ərzində xəstənin vəziyyəti kritik olaraq pisləşmiş, xəstənin tənəffüsü və ürək fəaliyyəti dayanmış, xəstədə kliniki ölüm baş vermişdir. Bununla əlaqədar olaraq ləngimədən ürək, ağ ciyər, beyin reanimasiya kompleks tədbirlərinə başlanılmışdır. Ağ ciyərlərin süni tənəffüsü və ürəyin qapalı masajı aparılmağa başlanılmışdır. Damar daxilinə medikamentoz dərman maddələri vurulmuş, xəstəyə reanimasiya tədbirləri, yəni ürəyin qapalı masajı və ağ ciyərlərin süni tənəffüsü davam etdirilmiş, sonra xəstənin nəfəs borusu intubasiya olunaraq “Drager” süni tənəffüs aparatına qoşulmuş və ağ ciyərlərin süni tənəffüsü aparat vasitəsi ilə davam etdirilmişdir. Reanimasiya şöbəsinə kardioloq dəvət olunmuş və xəstənin elektrokardioqrafiyası çıxarılmışdır. Müayinə nəticəsində elektrokardioqrafik müayinə ilə xəstənin ürəyinin dayanması tam təsdiq olunmuşdur. Aparılan kompleks reanimasyon tədbirlərə baxmayaraq xəstənin ürək fəaliyyəti bərpa olunmamışdır. Təqribən 30-40 dəqiqə aparılan reanimasiya tədbirləri nəticəsində ürək fəaliyyəti bərpa olunmadığına görə kliniki ölümün bioloji ölümə keçməsi faktını nəzərə alaraq reanimasiya tədbirləri dayandırılmış və xəstə vəfat etmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, həmin günü növbədə olan və xəstəni palataya köçürən reanimasiya şöbəsinin orta və aşağı tibb işçilərinin deməsinə görə xəstə reanimasiya şöbəsindən ginekologiya şöbəsinə köçürülən zaman reanimasiya şöbəsinin ümumi qapısından çıxan zaman qəflətən vəziyyəti pisləşmiş, yəni başgicəllənmə olmuş və xəstə huşunu itirmiş, bundan sonra işçilər xəstəni dərhal yaxında olan reanimasiya palatasına yerləşdirmişlər və daha sonra xəstəyə tibbi yardımların göstərilməsi üçün onu təcili həmin palataya çağırmışlar. Xəstəyə baxış zamanı tez bir zamanda xəstənin kritik vəziyyətdə olduğu qeyd olunmuş, xəstədə ürək dayanması baş vermiş, buna görə də reanimasiya tədbirlərinə başlanılmış, yəni ürəyin qapalı masajı, ambu tipli aparatla süni tənəffüs aparıldı, xəstə intubasiya olundu və süni tənəffüs aparatına qoşulmuş, X8 xx.xx.2021-ci il tarixdə Bərdə RMX phş Doğum evində əməliyyatı bitdikdən sonra əməliyyatdan sonrakı vəziyyətə uyğun olan şikayətləri olmuş, cərrahi əməliyyat sahəsində olan orta və zəif ağrılardan şikayət etmiş, X8 əməliyyatdan sonraki səhhətinə nəzarəti anestezioloq-reanimatoloq, yəni onun və reanimasiya şöbəsində həmin vaxtı növbədə olan tibb bacıları tərəfindən nəzarət edilmiş, X20 əməliyyatdan çıxdıqdan sonra səhhətində hər hansı bir narahatçılıq hiss etdiyi təqdirdə reanimasiya şöbəsində həmin günü növbədə olan tibb bacılarına və anestezioloq-reanimatoloqa müraciət etməli idi. Təyinatı üzrə verilən dərman preparatları xəstəyə vurulmuş, sistem şəkilində xəstənin damarına mayələr, vitaminlər, anbiotiklər köçürülmüşdür. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə mərhum qızı Naibə ona zəng edərək Bərdə RMX-nı PH-nin X29 müayinəsindən keçdiyini və ona 7-8 həftəlik hamilə olduğunu, həmin hamiləliyin boruda olduğu üçün təcili əməliyyat olunmalı olduğunu və xəstəxanaya gəlməyini ona demişdir. O da arvadı Mehriban, gəlini Gülnar ilə birlikdə Bərdə RMX-nın Doğum evinə çatanda Naibənin baldızları onlara Naibənin artıq əməliyyat olunduğunu, sonra Naibənin müalicə həkimi Şahid3 onların yanına gələrək əməliyyatın yaxşı keçdiyini, narkozdan ayılandan sonra onunla telefonla əlaqə saxlaya biləcəyini, palataya daxil olmağa icazənin olmadığını onlara demişdir. Bundan sonra o, arvadı Mehriban və gəlini Gülnarla birlikdə evlərinə qayıtmışdır. Təxminən axşam saat 8 radələrində gəlini Gülnar Naibə ilə telefon əlaqəsi saxlamış və necə olduğunu soruşmuş, Naibə də ona tam ayılmadığını, hər yerin ona dumanlı gəldiyini demişdir. Bundan təxminən bir saat sonra o Naibəyə zəng edərək ondan özünü necə hiss etdiyini soruşmuş, sonuncu da ona sakit səslə “ata ayağımı buz kəsir” demiş, o da sonuncuya “həkimlərə denən ayaqlarını isitsinlər” demişdir. xx.xx.2021-ci il tarixdə səhər saat 10 radələrində Naibənin əri Niyaməddin ona zəng edərək “sinəsi açıq kofta gətir” demiş, o da “bu dəqiqə gəlirəm” demiş, bundan 10-15 dəqiqə sonra Niyaməddin ona bir daha zəng edərək Naibənin vəziyyətinin pis olduğunu və tez gəlməyini demişdir. O da gəlini Gülnarla birlikdə xəstəxanaya getmiş və Naibənin komada olduğunu, bundan təxminən yarım saat sonra isə Naibənin öldüyünü onlara demişlər. Hazırda təqsirləndirilən şəxslə barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirərək, ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o 1981-ci ildə Azərbaycan Tibb İnstitutunu bitirib əmək fəaliyyətinə başlamışdır. 1985-ci ildə “Bərdə rayon Mərkəzi Xəstəxanası” X27 Doğum evində həkim-mamaginekoloq işləmiş, 2014-cü ildə isə doğum evinin baş həkimi işləməkdə davam edir. Onun vəzifəsi doğum evinin əməkdaşlarının işlərinə ümumi nəzarəti həyata keçirməkdən, işə davamiyyəti təmin etməkdən və bu kimi digər inzibati işləri aparmaqdan ibarətdir. O öz xəstələri olduqda onları qəbul edir və doğuş və əməliyyat ilə bağlı olan müəyyən prosessləri həyata keçirir. 20 oktyabr 2021-ci il tarixdə saat 15 radələrində Şahid3 ona “sağ boru hamiləliyi” diaqnozu ilə xəstənin daxil olduğunu və həmin xəstəni əməliyyat etmək üçün Zərnigar həkimlə əməliyyata daxil olduğunu demişdir. Xəstənin əməliyyatı bitəndən sonra ona Şahid3 əməliyyatın tamamlanması barədə məlumat vermişdir. 21 oktyabr 2021–ci il tarixdə o öz iş otağında olan zaman dəhlizdən səs küy eşitmiş və ona dünən, yəni xx.xx.2021-ci il tarixdə sağ boru hamiləliyindən əməliyyat olunmuş xəstənin vəziyyətinin palataya köçürülən zaman pisləşdiyi xəbəri verilmiş, bu səbədən o dərhal reanimasiya otağına getmiş və orada xəstə Naibə Hüseynovanın yanında tibb bacıları və həkim anestezioloq Elsevər Hüseynovun, Kəmalə Yadigarovanın olduğunu, Elsəvər Hüseynovun xəstənin üzərində çalışıb ona intubasiya etdiyini görmüş, sonra o da bu barədə Bərdə RMX PH-nin baş direktoru Vüsal Məmmədova məlumat vermiş, sonuncu da ona, “nə gərəkdirsə edin və həkim kardioloqun çağılmalı olduğunu” demiş, o da öz növbəsində Rafiq həkimi zəng edib təcili reanimasiya otağına çağırmış, sonuncu da dərhal reanimasiya otağına gəlmiş və Naibə Hüseynovanın kardioqrammını çıxartmış, lenti oxumuş, ürək döyüntüsünün pozulduğunu, düzgün ritmin olmadığını, arterial təzyigin ölçülmədiyini demiş, yəni Rafiq həkimin sözünə görə artıq xəstə ölmüşdür. Xəstənin nəbzi sapvari aritmik idi. Bundan sonra Elsevər həkimin rəhbərliyi ilə süni tənəffüs, venadaxili dərmanlar və digər reanimasyon tədbirlər davam edilmişdir. Elsevər həkim xəstənin əllərinin tərpəndiyini, ürək döyüntülərinin bərpa edildiyini dediyindən, o bir daha Rafiq həkimi kardioqramma çıxarması üçün dəvət etmiş, sonuncu isə gəlib bir daha kardioqram edəndən sonra xəstənin reaksiyaları aparılan reanimasyon tədbirlərlə bağlı olduğunu, bu bərpanın müvəqqəti hal daşıdığını demişdir. Bu arada Bərdə RMX PH-nin baş direktoru reanimasiya otağına gəlmiş, xəstəyə baxmış və o da xəstəyə bütün tibbi yardımlar edildiyini görmüş və xəstənin valideyinlərinə bu barədə məlumat verməli olduqlarını demişdir. Şahid3 xəstənin qohumlarına xəstənin vəziyyətinin ağır olduğunu demiş və xəstənin qohumları gələndə sonra xəstə süni tənəffüs aparata qoşulmuş vəziyyətdə olmuşdur. Xəstənin qohumları xəstənin yanına gələndə sonra xəstə təxminən yarım saat aparata qoşulmuş vəziyyətdə qalmış, bundan sonra süni tənəffüs aparatından xəstə ayrılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o 1992-ci ildən Bərdə rayon X1 terapevt, 1997-ci ildən isə Bərdə rayon X15 evində həkim-mamaginekoloq işləyir. Hadisədən iki həftə əvvəl Naibə Hüseynova baldızı Afətlə birlikdə ona yaxınlaşaraq USM aparatına düşdüyünü və cavabı ona göstərərək aparatın onun hamilə olmadığını göstərdiyini və Şahid10 adlı həkimin ona bir iki həftə sonra bir daha USM aparatından gəlib keçməyini bildirdiyini, həmçinin hamilə qalmaq istəmədiyini ona demişdir. O da sonuncuya əgər USM həkimi belə deyirsə deməli bir iki həftədən sonra bir daha müraciət etməyini və özünü yaxşı hiss etmədiyi təqdirdə gecə, gündüz fərqi yoxdur, mütləq həkimə müraciət etməyini demişdir. Naibə Hüseynovanın matkasında heç bir döl aşkar olunmadığından o sonuncuya heç bir resept yazmamışdır. xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Naibə Hüseynova baldızı Afətlə ona yaxınlaşaraq USM aparatında sağ boru hamiləliyi göstərildiyini demiş, o da dərhal əməliyyat olunmanın vacib olduğunu, Zərnigar həkimin hal hazırda əməliyyatda olduğunu, Şahid6ya baxıb dəqiq deyə biləcəyini və onu gözləmələrini demişdir. Bundan 5-10 dəqiqə sonra Zərnigar həkim əməliyyatdan çıxmış və USM cavabına baxaraq bir daha USM aparatından dəqiqləşdirilməsi üçün analizdən keçməyini demişdir. Naibə Hüseynova ikinci dəfə USM analizindən Leyla adlı ultrasonoloqun yanında keçmiş və cavabını Zərnigar həkimə göstərmiş, Zərnigar həkim də “dərhal əməliyyat olunmalıdır, arxa tağa mayə yığılıbdır, istəyirsizsə Bərdə RMX X32də əməliyyatı edin” demiş, onlar da Şahid2 “yox sən bizim qohumlarımızın əməliyyatını etmisən, niyə başqa həkimə müraciət edək siz edin əməliyyatı” demişdir . Həmin vaxtı Naibə Hüseynovanın ağrıları və pristupu başlamışdır. Buna görə də həyatı göstəriş olduğu üçün dərhal əməliyyata daxil olmuş və əməliyyat zamanı sağ boru ilə döl götürülmüşdür. Əməliyyat təxminən 45 dəqiqə davam etmişdir. Naibə Hüseynovanın əməliyyatı uğurlu keçmiş, bundan 2-3 saat sonra Zərnigar həkim xəstəyə baxıb yaxşı olduğunu gördüyünü demişdir. Naibə Hüseynovanın əməliyyatı uğurlu keçdiyini gördüyü üçün o xəstəxanadan evinə getmişdir. xx.xx.2021-ci il tarixdə işə gələn zaman xəstənin vəziyyətini yaxşı olmadığını eşitmiş və o xəstəxanaya daxil olan kimi xalatını geyinib dərhal reanimasiya şöbəsinə qalxmış və xəstənin vəziyyətinin doğurdan da yaxşı olmadığını və reanimasiyanın həkimləri tərəfindən xəstəyə yardımlar göstərildiyini görmüşdür. Bundan sonra Naibə Hüseynovanın ölüm xəbərini eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o 1985-ci ildən 1988-ci ilədək Stepanakert şəhərində yerləşən Onkoloji dispanserdə onkoginekoloq, 1988-ci ildən Bərdə rayon X15 Evində həkim-mamaginekoloq, həmçinin ginekologiya şöbəsinin müdiri vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə o əməliyyatda olan zaman saat 16 radələrində əməliyyatdan çıxmış və öz otağının qarşısında həkimmamaginekoloq Şahid3 və yanında əvvəllər tanımadığı Naibə və sonuncunun adını xatırlamadığı əri dayanaraq onu gözlədiyini görmüşdür. Yeganə xanım ona yaxınlaşaraq Naibənin ərinin onun ərinin qrup yoldaşı olduğunu, həmçinin xəstənin qaynının da Yeganənin şoferi olduğunu demişdir. O da Şahid3 “nə üçün məni gözləyirlər” soruşmuş, Yeganə də ona “Naibə USM aparatına düşübdür, ultrasonoloq Ülviyyə baxıb və qarın boşlığında qan olduğunu və sağ boruda hamiləlik olduğunu deyibdir” demişdir. O da Şahid3 “bunu daha dəqiq dəqiqləşdirmək üçün, digər ultrasonloq Leyla həkimin yanında təkrar USM aparatına düşsün” demişdir. Leyla həkim də USM aparatına Naibəni saldıqda həqiqətən də sağ boruda hamiləliyinin olduğunu” demişdir. Naibə də ona “mən ağrıdan dözə bilmirəm, mənə güc gəlir” demişdir. O da Naibənin ərinə “xanım əməliyyat olunmalıdır” demişdir. Xəstənin əri də Şahid3 yanında ona “bizim dərman almaq üçün imkanımız yoxdur” demişdir. O da “bu əməliyyat olunmalıdır, hər iki aparat qarın boşluğunda qanın olmasını qeyd edir” demişdir. O Şahid3 “xəstəni hazırla əməliyyat edək” demişdir. Şahid3 da razılaşmış və o xəstənin qanının ümumi analizini elətdirmiş, hepatitlər yoxlanılmış, xəstə registrasiya olunub dərhal 3-cü mərtəbəyə çıxarılmışdır. Narkoz həkimi Təqsirləndirilən şəxs xəstəyə baxmış və qarın boşluğuna daxili qanaxma olduğuna görə, xəstənin təcili əməliyyat olunmalı olduğu demişdir. Əməliyyatda o, həkim-mamaginekoloq Şahid3 və adlarını xatırlamadığı 2 nəfər tibb bacıları iştirak etmişlər. Xəstə ümumi endotraxeya narkozu altında laparotomiya olunmuş, həqiqətən də qarın boşluğunda 300 millitrədək qan və qan laxtaları olmuşdur. Sorucu vasitəsi ilə qarın boşluğu təmizlənmiş, sağ boruda ampulyar hissədə 3x6 sm ölçüdə, uşaqlıqdan kənar hamiləlik olmuşdur. Borunun ampulyar hissəsinə sıxıcı qoyulmuş, boru kəsilmiş və bağlanmışdır. Qarın boşluğu yenidən yoxlanılmış, drenaj edilmiş, qarın divarı bərpa edilmiş və dəriyə kosmetik tikiş qoyulmuşdur. Bununla da əməliyyat başa çatmışdır. Xəstə elə narkoz stolunda ayılmışdır. Xəstə əməliyyat sonrakı palataya köçürülmüşdür. Əməliyyatdan 2 saatdan sonra xəstəyə baxış olmuş, xəstənin vəziyyəti kafi, arterial təziqi normal, nəbzi normal, xəstənin özündə də heç bir şikayət olmamışdır. Gecədən səhər saat 9-dək xəstə reanimasiyada qalmış və səhər saat 9-da xəstəni palataya köçürmək məqsədi ilə tibbi personal xəstəni ayağa durquzanda, xəstə ayağa duran kimi halı pisləşmişdir, Elsevər və Kəmalə həkim xəstəyə reanimasyon yardımlar göstərmiş və bu da heç bir nəticə verməmişdir. O xəstəni görən zaman, xəstə artıq keçinmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o təxminən 2006-cı il tarixdə X20 ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan onun 2 azyaşlı uşağı vardır. xx.xx.2021-ci il tarixdə Naibə ona zəng edərək hamilə olması barədə şübhələndiyini və bacısı Afətlə birlikdə Bərdə RMX-nın Doğum Evinə gedərək USM-dən keçmək istədiyini bildirmiş, o da sonuncuya “gedə bilərsən” demişdir. Bundan bir neçə saat sonra bacısı Afət ona zəng edərək “uşaq borudadı, buna görə də dərhal Naibə əməliyyat olunmalıdır” demiş və Zərnigar həkimin mütləq Naibənin əməliyyat daxil olmasını bildirdiyini demişdir. O da dərhal xəstəxanaya gəlmiş, sonra orada ona Naibənin hal hazırda əməliyyata daxil olduğunu demişlər, o da bacıları, həmçinin digər qohumları Naibənin əməliyyatdan çıxmasını gözləmişlər. O bir neçə dəqiqə gözlədikdən sonra evə gedib Naibəyə lazım olacaq geyim əşyalarını götürməyə getmişdir. Bir neçə saatdan sonra ona əməliyyatın uğurlu keçdiyini bildirmişlər. O da Naibəni ziyarət etmək istəyən zaman həkimlər sonuncunun ziyarət edilməsinə onu və qohumlarını qoymamışlar. Onlar axşamadək orada dayanmışlar və onlara evlərinə qayıtmalarını dedikləri üçün onlar yoqurt və banan alıb Naibəyə göndərib evə qayıtmışlar. O axşam saat 22 radələrində Naibəyə zəng etmiş və özünü necə hiss etdiyini soruşmuş, sonuncu da ağrıya ağrıya danışaraq üşüdüyünü və ağrıdığını demişdir. O səhər saat 08 radələrində Naibəyə zəng etmiş, sonuncuda eyni səslə ağrıdığını, üşüdüyünü demişdir. Bundan bir saat sonra o bir daha Naibəyə zəng etmiş və sonuncu ona üşüdüyünü, ac olduğunu, halsız olduğunu demiş, o da Naibəyə “ver tibb bacısı ilə danışım” demiş, sonuncu da telefonu tibb bacısına vermiş və o tibb bacısı ilə danışdıqda sonuncu ona: “narahat olmayın, sadəcə yaxası açıq kofta gətirin ürəyi sıxılmasın” demişdir. Bundan yarım saat sonra bacısı Fəxrəndə ona zəng edərək Naibənin vəziyyətinin ağır olduğunu, həkimlərin onun üzərində işlədiyini demiş, o da “bəs yarım saat bundan əvvəl onunla danışmışam” demişdir. Bundan sonra o dərhal Bərdə RMX-nın Doğum Evinə gedərək bacısının orada olduğunu görmüş, palataya daxil olub Naibənin rənginin dəyişdiyini, dodaqlarının göm göy, bədəni bumbuz, paltarları cırıq, ayaqları saralmış vəziyyətdə olduğunu görmüşdür. Bunu görən kimi onu əməliyyat edən Zərnigar həkimi axtarmış, lakin onu tapa bilməmiş, tibb bacıları ona sonuncunun xəstəxanadan qaçdığını demişlər. O da Zərnigar həkimi axırıncı dəfə Şahid6nın əməliyyat olunan günü görmüşdür. Bundan sonra Zərnigar həkimin gəlmədiyini görüb ürək həkimi Səmədi palataya gətirmişlər, sonuncu da baxan kimi Naibənin öldüyünü onlara demişdir. Məhkəmə istintaqı zamanı Şahid7, Şahid8 və Şahid9 zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsi ilə oxşarməzmunlu ifadə verərək onların göstərdiklərini bir daha təsdiq etmişdirlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, 2009-cu ildən dekabr ayından Bərdə rayon Doğum Evində radioloq vəzifəsində işləyir. 2021-ci il tarixdə ildən Bərdə rayon Mərkəzi Xəstəxanası phş Poliklinika şöbəsində həkim radioloq vəzifəsində işləyir. İlk dəfə X20 xx.xx.2021-ci il tarixdə onun yanına dəhşətli ağrılarla gələrək Bərdə rayon Doğum evi (ginekologiya şöbəsində) həkim cərrah və şöbə rəisi Şahid2 tərəfindən yönləndirildiyini bildirərək onu müayinədən keçirməyini xahiş etdi. Onu müayinə edən zaman sağ uşaqlıq borusunda 7-8 həftəlik canlı embrion izləndi və qarın boşluğunda təxminən 500 ml. izləndi. O müayinənin cavabını rəsmiləşdirərək həkim cərrah Zərnigar Allahverdivaya təqdim etmiş və xəstəni ona təhvil verdmişdir. Bundan sonra həmin xəstə barədə onun hər hansı bir məlumatım yoxdur. Məhkəmə istintaqı zamanı Şahid12 ifadəsində göstərmişdir ki, o 2007-ci ildən 2009cu ilədək Bərdə rayon Mərkəzi Xəstəxanası phş Doğum mərkəzinin reanimasiya şöbəsində tibbi bacısı işləmişdir. 2009-cu ildən bu günki günədək həmin xəstəxanada böyük tibb bacısı işləyir. X11 əvvəllər tanımamışdır. xx.xx.2021-ci il tarixdə Naibə Hüseynova sağ boru hamiləliyi diaqnozu ilə Bərdə RMX phş ginekologiya şöbəsinə daxil olmuş və həmin günü əməliyyat olunmuşdur. Naibə Hüseynova əməliyyata daxil olmamışdan əvvəl o və tibb bacısı Şahid13 sonuncunun əməliyyat olunacağı otağı hazırlayaraq xəstəyə “Atropin 01% 0.5qr, “Dimedrol” 1% 1qr, Vena kateterizasiya olunub, “Natriy Xlor” 0,9% 400.0 maye qoşulmuş və qarnına buz qoyularaq əməliyyatxanının hazır olmasını gözləmişdir. Həkimlər: Şahid2, Şahid3 və Təqsirləndirilən şəxs əməliyyata daxil olandan sonra o əməliyyat otağını tərk etmişdir. Naibə Hüseynova əməliyyatdan çıxandan sonra onu reanimasiya palatasına tibb bacısı Təranə Həsənova və həkim anestezioloqreanimatoloq Təqsirləndirilən şəxs yerləşdirmişlər. Bundan sonra Naibə Hüseynova həkim anestezioloq-reanimatoloq Təqsirləndirilən şəxs və Təranə Həsənovanın nəzarəti altında qalmışdırlar. Təranə Həsənovanın növbəsi həmin günü 21:00-da bitdiyi üçün onu digər tibb bacısı Şahid15 əvəz etmişdir. Şahid15 xx.xx.2021-ci il tarixdə saat 21:00-dan xx.xx.2021-ci il tarixdə səhər saat 08:30-dək xəstə Naibə Hüseynovanın palatasında olmuşdur. Naibə Hüseynova əməliyyatdan çıxandan 2-3 saat sonra tam özünə gəlmiş, danışıb və yemək yemiş çay içmişdir. xx.xx.2021-ci il tarixdə səhər saat 08 radələrində Naibə Hüseynovanı palataya keçirmək məqsədi ilə tibb bacıları onu durquzaraq otuzdurdular, paltarlarını geyindirdilər və palatada biraz gezdirib otaqdan çıxardılar, həmin vaxtı Naibə Hüseynova digər palatanın qapısına yaxınlaşan zaman asta qışqıraraq əyilmiş və onun arxasında araba ilə gedən sanitarka həmin arabanı onun altına çəkərək oraya otuzdurmuşdur. O da bunu dərhal görüb anestezioloq-reanimatoloq Təqsirləndirilən şəxs məlumat vermişdir. Sonuncu da dərhal palataya gələrək xəstəyə ilkin tibbi reanimasyon tədbirlərin başlanılmasına göstəriş vermişdir. Bundan sonra Naibə Hüseynovanın üzərində bütün reanimasiya tədbirləri başlanılmış, təxminən 1 saat ərzində xəstənin üzərində tibbi yardımlar davam etdirilmiş, həmçinin xəstə intubasiya olunaraq “Drager” aparatına qoşuldu, amma buna baxmayaraq xəstə ölmüşdür. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, əməliyyatdan sonra o hər hansı bir qan, qan əvəzedici və ya qan sulandırıcı vurmamışdır.Belə ki, ona hər hansı bir göstəriş verilmədən bu hərəkətləri edə bilməz. Məhkəmə istintaqı zamanı Şahid15 ifadəsində göstərmişdir ki, o 2001-ci ildən 2008ci ilədək Bərdə rayon Mərkəzi Xəstəxanası phş reanimasiya şöbəsində tibbi bacısı, 2008ci ildən bu günki günədək Bərdə rayon Mərkəzi Xəstəxanası phş Doğum evinin reanimasiya şöbəsində tibbi bacısı işləyir. Vəzifəsi əməliyyat olunandan sonra palataya yerləşdirilən xəstələrə yardım etməkdən ibarətdir. X11 əvvəllər tanımamış, görməmişdir. xx.xx.2021-ci il tarixdə axşam saat 21:00-dan xx.xx.2021-ci il tarixdə səhər saat 08:30-dək növbədə olmuşdur. O xx.xx.2021-ci il tarixdə axşam saat 21:00-da tibb bacısı Təranə Həsənovadan növbəsini təhvil alıb işinə başlamışdır. Təranə Həsənova xəstə Naibə Hüseynovaya təyinat vərəqəsi üzrə elədiyi təyinatları ona təhvil vermişdir. Bundan sonra o palataya daxil olub xəstənin ümumi vəziyyətinə nəzarət etməyə başlamışdır. Onunla birlikdə palatada xadimə İradə Hüseynovada olmuşdur. Xəstə Şahid6 özünü əməliyyatdan sonra çıxan bütün xəstələr kimi hiss etmişdir. O xəstədə hər hansı bir səhhəti ilə bağlı narahatçılıq görməmişdir. O, Şahid6nın yatdığı çarpayı ilə yaxın çarpayıda oturub onun vəziyyətinin izləmiş, xx.xx.2021-ci il tarixdə gecə saat 03-04 radələrində xəstə Şahid6nın özünü narahat hiss etdiyini gördüyü üçün ona müraciət edib nə baş verdiyini soruşmuş, sonuncu da ona əməliyyat olunan nahiyyəsini göstərərək ağrıdığını bildirmiş, o da təyinat vərəqəsinə baxaraq Şahid6ya “Analgin” və “Dimedrol” iynələrini yan əzələ daxilinə yeritmiş, bundan sonra o xəstə Şahid6da səhhəti ilə bağlı narahatçılıq görməmiş və eşitməmişdir. O xəstə Şahid6 ilə növbədə qaldığı müddət ərzində hər 2 saatdan bir xx.xx.2021-ci il tarixdən axşam saat 22:00 radələrindən xx.xx.2021-ci il tarixdə səhər saat 08:00-dək onun təziqini, nəbzini, saturasiyasını ölçürdü. Bundan başqa o əlavə olaraq bildirmişdir ki, o Naibə Hüseynovanı axırıncı dəfə xx.xx.2021-ci il tarixdə səhər saat 08:00-da müayinə etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, əməliyyatdan sonra o hər hansı bir qan, qan əvəzedici və ya qan sulandırıcı vurmamışdır. Belə ki, ona hər hansı bir göstəriş verilmədən bu hərəkətləri edə bilməz. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid13, Şahid14, Şahid16 və Hüseynova X18 Ümidə Mehman qızı və Şahid15 ilə oxşarməzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş İlqar Nərimanov bildirdi ki, Məhkəmə tibb ekspertizası və pataloji anatomiya birliyinin Bərdə rayon şöbəsində ekspert işləyir. X21 müainəsi zaman hər hansı bir daxili qanaxma olmasını müəyyən etməmişdir. Ölümə səbəb posthemorragik anemiya fonunda endotraxeal narkoz zamanı anoksiya nəticəsində inkişaf etmiş, hipoksik ensefalopatiya və kəskin tənəffüs çatışmazlığı olmuşdur. Belə ki, ağ ciyər arteriyasının üzvdaxili orta kalibirli şaxələrinin mənfəzlərində tronb kütlələri mövcud olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hadisədən təxminən 15 gün əvvəl Naibə Hüseynova ona zəng edərək “vaxtımdan keçibdir, gəl mənimlə gedək həkimə” demişdir. O da Şahid6ya “gəlirəm gedək” demişdir. Naibə ilə birlikdə 2 nömrəli avtobusla Bərdə RMX-nın Doğum Evində həkim-mamaginekoloq Şahid3 qəbuluna getmiş və ona Naibənin özünü hamilə hiss etməsi barədə bildirmişlər, Şahid3 da Şahid6ya “Ultrasəs müayinəsindən keçib gəlin” demişdir. Naibə Hüseynova müayinədə olan zaman Ultrsonoloq “hamilə olduğu görünmür, 15 gündən sonra təkrar müayinəyə gələrsiz” demişdir. O da Naibə Hüseynova ilə birlikdə təkrar Şahid3 qəbuluna getmiş, sonuncu da onlara 15 gündən sonra bir daha gəlmələrini demiş və resept yazıb Naibəyə vermişdir. Bundan sonra onlar evə getmişlər. xx.xx.2021-ci il tarixdə o Naibə Hüseynova ilə birlikdə təkrarən Bərdə RMX phş Doğum evinə Şahid3 qəbuluna getmişlər. Şahid3 onları təkrarən USM-yə göndərmişdir. Naibə USM aparatından keçən zaman ultrasonoloq “boruda mayə görünür, həmçinin qansızma vardır” demiş, onlar da həmin müayinə kağızını götürüb təkrarən Şahid3 qəbuluna getmişlər. Şahid3 müayinə kağızına baxaraq “bu kağızı Zərniğar həkimə göstərməliyəm, Naibə əməliyat olunmalıdır” demişdir. O da Şahid3 ilə birlikdə Zərnigar həkimin otağına getmiş, sonuncu əməliyyatda olduğu üçün onu gözləmişlər. Zərnigar həkim otağına gələndən sonra, Naibə Hüseynovanın mütləq əməliyyat olunmalı olduğunu, amma bundan əvvəl təkrar USM-dən keçməli olduğunu demişdir. O da Naibə Hüseynova ilə bir daha USM-dən keçmiş və ultrasonoloq: “uşaq borudadı, 7-8 həftəlik hamilədir, uşağın ürək döyüntüsü eşilirdi” demişdir. Bundan sonra onlar həmin müayinə kağızını Zərnigar həkimə təqdim etmiş, sonuncu da: “Naibə Hüseynova əməliyyat olunmalıdır” demişdir. O da sonuncuya: “mən onu əməliyyata gətirməmişəm, xahiş edirəm mən Naibə ilə birlikdə evə qayıdıb sonra geri qayıdım” demiş, o da: “Naibəni evə aparsaz boru partlayar, daxilinə qan dolar, sonrasına mən cavabdeh deyiləm, ona görə yoldaşına zəng et gəlsin” demişdir. O da qardaşı Niyaməddinə zəng edib bu barədə məlumat vermişdir. Niyaməddin də dərhal xəstəxanaya gələrək Zərnigar həkimin otağına daxil olmuş, onlar danışmışlar, sonra Niyaməddin çölə çıxıb əməliyyata razı olduğunu demişdir. Bundan sonra Naibə Hüseynova əməliyyata daxil olmuşdur. Naibənin əməliyyatı uğurlu bitdiyi üçün, həmçinin evdə yoldaşı xəstə olduğu üçün o evinə qayıtmış, amma mütəmadi olaraq qohumlarla və Naibənin özü ilə əlaqə saxlamışdır. xx.xx.2021-ci il tarixdə səhər saat 09 radələrində o Naibəyə zəng etmiş və sonuncu ona: “acından ölürəm” demiş, o da Naibəyə “səbirli ol, gəlirik” demişdir. Bundan sonra o 2-3 dəfə təkrar Naibəyə zəng etmiş, sonuncu isə telefonuna cavab verməmiş, 3-cü dəfə zəng edəndə telefonuna zəng çatmamış, yəgin ki telefonun batareyası bitmişdir. Sonra o Şahid3 zəng edib: “niyə Naibə telefona cavab vermir”, sonuncu da Naibənin vəziyyətinin pis olduğunu demişdir. O da sonuncuya: “həkim bütün həkimləri tökün gəlirəm” demişdir. Bundan sonra o qohumları ilə birlikdə xəstəxanaya gəlmiş və Naibənin özündə olmadığını, ağzında aparat, qolunda sistem olduğunu və ətrafında həkimlərin toplaşdığını görmüşdür. Məhkəmə iclasında ifadəsi elan olunmuş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, hadisədən təxminən 15 gün əvvəl Naibə Hüseynova ona zəng edərək hamilə olması barədə şübhələndiyini və bacısı Afətlə Bərdə RMX-nın X29 müayinəsindən keçmək istədiyini demişdir. O da Naibəyə “get gör nə deyirlər” demişdir. Naibə Bərdə RMX-nın Doğum Evindən çıxaraq onunla əlaqə saxlayaraq “UZİ-dən keçdim, amma həkim mənə hamilə olmadığımı” demışdir. O da sonuncuya “necə yəni hamilə deyilsən, test göstərir, ürəkbulanman var, aybaşı olmursan, bunlar hamsı hamiləliyin əlamətidir axı” demiş, bundan sonra xx.xx.2021-ci il tarixdə təkrar olaraq Naibə bacısı Afətlə birlikdə Bərdə RMX-nın Doğum Evinə gedərək UZİ-dən keçmək istədiyini bildirmiş, ona görə Ülviyyə adlı ultrasonoloq ona borunun ağzında mayənin olduğunu demiş və göndəriş kağızı verərək Şahid3 yanına göndərmiş, Şahid3 da həkim cərrah Zərnigar həkimin yanına göndərmiş, sonuncu da bir daha Naibəni UZİ-dən digər Ülviyyə adlı ultsonoloq tərəfindən keçməli olduğunu və sonuncunun 7-8 həftəli hamilə olduğunu, hamiləliyin boruda olduğunu və uşağın ürək döyüntüsünün eşitdiyini demişdir. Bunları Zərnigar həkimə deyəndən sonra sonuncu bacısı Afətə “bu dəqiqə əməliyyat olunmalıdır” demiş, bacısı da həkimə Naibə ilə birlikdə evə gedib qayıtmaq istədiyini demiş, Zərnigar həkim isə “Naibə təcili əməliyyat olunmalıdır” demiş, bu barədə bacısı Afət Naibənin əri qardaşı Niyaməddinə zəng edərək “Zərnigar həkim dedi ki, uşaq borudadı, buna görə də dərhal Naibə əməliyyat olunmalıdır” demişdir. Bundan sonra bacısı Afət ona deyəndən sonra o digər bacıları və qohumları ilə birlikdə dərhal Bərdə RMX-nın Doğum evinə getmiş, orada ona Naibənin hal hazırda əməliyyata daxil olduğunu demişlər. O da bacıları, Naibənin yoldaşı Niyaməddin, anası və atası, həmçinin digər qohumlar Naibənin əməliyyatdan çıxmasını gözləmişlər. Naibənin əməliyyatı bitdikdən sonra o Naibəni ziyarət etmək istəyən zaman həkimlər Naibənin ziyarət edilməsinə onu və qohumlarını qoymamışlar. Onlar axşamadək orada dayanmışlar və onlara evlərinə qayıtmaları deyildiyi üçün onlar yoqurt və banan alıb Naibəyə göndərib evə qayıtmışlar. xx.xx.2021-ci il tarixdə səhər saat 09 radələrində o Naibəyə zəng etmiş və sonuncu xırıltılı səslə ağrıdığını, ac olduğunu və həkimlər tərəfindən palataya yerləşdiriləcəyini ona demiş və palataya yerləşdiriləndən sonra onunla əlaqə saxlayacağını bildirmişdir. Bundan yarım saat sonra o bir daha Naibəyə zəng etmiş və telefonuna cavab vermədiyini gördüyü üçün dərhal onun müalicə həkimi Şahid3 zəng etmiş, sonuncu da Naibənin vəziyyətinin pis olduğunu və ona yardım göstərildiyi deyilmiş, bunu eşidən kimi o dərhal digər qohumları ilə xəstəxanaya gəlmişlər. Palataya daxil olub Naibənin rənginin dəyişdiyini, dodaqlarının göm göy, bədəni bumbuz, paltarları cırıq, ayaqları saralmış vəziyyətdə olduğunu görmüşlər. Bunu görən kimi o Naibəni əməliyyat edən Zərnigar həkimi axtarmış, lakin onu tapa bilməmiş, tibb bacıları ona Şahid2 xəstəxanadan qaçdığını demişlər. O da Zərnigar həkimi axırıncı dəfə Şahid6nın əməliyyat olunan günü görmüşdür. Bundan sonra Zərnigar həkimin gəlmədiyini görüb ürək həkimi Səmədi palataya gətirmişlər, o da baxan kimi Naibənin öldüyünü onlara demişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, 2014-cü ilin dekabr ayından Bərdə rayon Mərkəzi Xəstəxanası phş Poliklinika şöbəsində radioloq vəzifəsində işləyir. İlk dəfə X20 xx.xx.2021-ci il tarixdə onun yanına gələrək hamilə olduğunu hiss etdiyini, aybaşı gecikməsi olduğunu və hamiləliyindən şübhələndiyini, həkim mama-ginekoloq Şahid3 tərəfindən müayinəyə göndərildiyini bildirmişdir. O da öz növbəsində xəstə Şahid6nı müayinə edərək sağ uşaqlıq borusunda genişlənmə və kiçik çanaqda qatı maye izləmiş, sağ boru hamiləliyindən şübhələndiyi üçün xəstəyə XQ (xoreoqonadotropin) analizi məsləhət görmüş və xəstənin müayinəsinin cavabını tərtib edərək həkim mama-ginekoloq Şahid3 bu barədə məlumat verərək həmin müayinə cavabını xəstə Şahid6ya təqdim etmişdir. Bundan sonra həmin xəstə barədə heç bir məlumatı olmamışdır. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan “cinayət işinin başlanması və ibtidai istintaqın aparılmasının tapşırılması haqqında” 24 noyabr 2021-ci il tarixli qərardan görünür ki, 21 oktyabr 2021-ci il tarixdə saat 11:50-də Bərdə rayon prokurorluğuna Bərdə rayonu Darğalar kəndində yaşayan, 22 yanvar 1991-ci il təvəllüdlü X8 «Bərdə rayon Mərkəzi Xəstəxanası» X27 Doğum evində sağ boru hamiləliyindən əməliyyat olunandan sonra ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuş, həmin məlumata əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 121-ci vərəqəsində olan zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 239-241-ci vərəqələrində olan “cinayət işinin tövsif edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi CM-nin 314.2-ci madəsinə tövsif edilmişdir. Cinayət işinin 2-ci cildinin 1-2-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 2-ci cildinin 11-12-ci vərəqələrində olan 29 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 133-134-cü vərəqələrində olan təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 07 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihamın məzmununa əlavələr edilərək və dəyişdirilərək o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 2-ci cildinin 224-cü vərəqəsində olan tibbi sənədlərdən görünür ki, X20 xx.xx.2021-ci il tarixdə Bərdə rayon Doğum Evinə daxil olmuş, ona “sağ boru hamiləliyi” klinik diaqnozu qoyulmuşdur. Cinayət işinin 1-ci cildinin 74-80-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 xx.xx.2021-ci il tarixli 43 nömrəli Ekspert rəyində göstərilmişdir ki, X2 meyitinin məhkəmə-tibbi ekspertizasına, əlavə məhkəmə-kimyavi və məhkəmə-histoloji laborator müayinə cavablarına əsasən: 1. X2 meyitinin bədəni üzərində travmatik xəsarətin hər hansı bir obyektiv əlaməti-mexaniki izi aşkar edilmədi. 2. X2 ölümünə bilavasitə səbəb posthemorragik anemiya fonunda endotraxeal narkoz zamanı anoksiya nəticəsində inkişaf etmiş, hipoksik ensefalopatiya və kəskin tənəffüs çatışmazlığı olmuşdur. 3. X2 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun meyitinin məhkəmə-tibbi müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Cinayət işinin 1-ci cildinin 90-98-ci vərəqələrində olan iş üzrə təyin edilmiş komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, KEŞ-977 saylı rəyində göstərilmişdir ki, Bərdə rayon X16 Hüseynovanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2021-ci il tarixdə saat 15:30-da xəstəxananın ginekologiya şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Sağ boru hamiləliyi” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq həmin tarixdə saat 15:40-da xəstənin üzərində “Sağ tərəfli tubektomiya, sağ boru hamiləliyi” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonra xəstənin ümumi vəziyyəti kafi olmuş, intensiv terapiya və monitor nəzarət davam etdirilmişdir. xx.xx.2021-ci il tarixdə saat 08:55-də xəstənin ümumi vəziyyəti ağırlaşmış, tənəffüsü dayandığı üçün reanimasion tibbi tədbirlərin icrasına başlanılmışdır. Lakin göstərilən tibbi tədbirlərinə baxmayaraq xəstədə bioloji ölüm baş vermişdir. Şahid6nın meyitinin müayinəsinə əsasən, onun ölümünə bilavasitə səbəb “posthemorragik anemiya fonunda endotraxeal narkoz zamanı anoksiya nəticəsində inkişaf etmiş, hipoksik ensefalopatiya və kəskin tənəffüs çatışmazlığı”nın olduğu müəyyən edilmişdir ki, bununla da göstərilmiş qüsurlu tibbi xidmət ilə baş vermiş ölüm arasında səbəbli əlaqə olmuşdur. Belə ki, xəstədə anemiya olduğundan müvafiq tibbi yardımlar vaxtında göstərilməli, təkrar intubasiya olunmalı, süni venstilyasiya aparatına qoşulmalı və təcili olaraq qan və qan əvəzedicilər köçürülməli idi. Bu da Səhiyyə sistemində qüvvədə olan mövcud təlimat qaydalarına uyğun olmuşdur. Buna məsul şəxslər Bərdə RMX-nın ginekologiya şöbəsinin müdiri, həkim mama-ginekoloq və həkim-anestezioloqdur. Cinayət işinin 1-ci cildinin 229-238-ci vərəqələrində olan iş üzrə təyin edilmiş təkrar komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 147 nömrəli rəyində göstərilmişdir ki, Bərdə rayon X16 Hüseynovanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2021-ci il tarixdə saat 15:30-da xəstəxananaın ginekologiya şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Sağ boru hamiləliyi” diaqnozu düzgün təyin eilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq həmin tarixdə saat 15:40-da xəstənin üzərində “Sağ tərəfli tubektomiya, sağ boru hamiləliyi” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonra xəstənin ümumi vəziyyəti kafi olmuş, intensiv terapiya və monitor nəzarət davam etdirilmişdir. xx.xx.2021-ci il tarixdə saat 08:55də xəstənin ümumi vəziyyəti ağırlaşmış, tənəffüsü dayandığı üçün reanimasion tibbi tədbirlərin icrasına başlanılmışdır. Lakin göstərilən tibbi tədbirlərinə baxmayaraq xəstədə bioloji ölüm baş vermişdir. Şahid6nın meyitinin müayinəsinə əsasən, onun ölümünə bilavasitə səbəb “posthemorragik anemiya fonunda endotraxeal narkoz zamanı anoksiya nəticəsində inkişaf etmiş, hipoksik ensefalopatiya və kəskin tənəffüs çatışmazlığı”nın olduğu müəyyən edilmişdir ki, bununla da göstərilmiş qüsurlu tibbi xidmət ilə baş vermiş ölüm arasında səbəbli əlaqə olmuşdur. Belə ki, xəstədə anemiya olduğundan müvafiq tibbi yardımlar vaxtında göstərilməli, təkrar intubasiya olunmalı, süni venstilyasiya aparatına qoşulmalı və təcili olaraq qan və qan əvəzedicilər köçürülməli idi. Bu da Səhiyyə sistemində qüvvədə olan “Həkim mama-ginekoloqun nümunəvi vəzifə təlimatı”nın 8, 50.1ci bəndlərinin, “Həkim-anestezioloq-reanimatoloqun nümunəvi vəzifə təlimatı”nın 8, 24.1-ci bəndlərin təlimat qaydalarının pozulması kimi qiymətləndirilir. Buna məsul şəxslər Bərdə RMX-nın ginekologiya şöbəsinin mama-ginekoloq və həkim-anestezioloqudur. Cinayət işinə əlavə edilmiş iş üzrə məhkəmə tərəfindən təyin edilmiş komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 897 nömrəli rəyində göstərilmişdir ki, 1991-ci il təvəllüdlü X8 adına tərtib edilmiş tibbi sənədlərə, məhkəmə-tibbi ekspert rəyinə və iş materiallarına əsaslanaraq, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir:

1. Cinayət işi materiallarına əlavə edilmiş məlumatlardan görünür ki, 2-ci cildin 83-cü vərəqəsində X13 əməliyyatdan əvvəl inyeksiya olunması üçün təyin olunmuş 3 ampul (ǝdǝd) Oksitasin dərman preparatı qadınlarda oksitosin resoptorlarının aktiv dövründə (hamiləlik və hamiləlikdən sonrakı zahılıq dövründə) uşaqlıq əzələlərinin yığılmasını stimulə (aktivləşdirən) edən dərman preparatıdır. Qeyd edilən dərman preparatı X13 bir neçə halda təyin oluna bilərdi. Mövcud hamiləliyin pozulması, pozulmuş hamiləlikdən sonra qalan döl hissələrinin və qan laxtalarının xaric edilməsi, davam edən uşaqlıq qanaxmasının dayandırılması məqsədi ilə təyin edilə bilərdi. X3 oksitosin dərman preparatının təyin edildiyi tarixdə onun hamiləliyi mövcud olub, pozulmamış olduğundan qeyd edilən hallardan yalnız onun hamiləliyinin pozulması məqsədi ilə təyin edildiyini söyləmək mümkündür. Oksitosin dərman preparatından hamiləlik dövründə istifadə edildikdə süni doğum sancılarına səbəb olur və hamiləliyin sonlanmasına (pozulmasına) gətirib cıxarır. Resept blankında qeyd edilmiş oksitosin dərman preparatının 3 ampul (ədəd) gündə 1 dəfə olmaqla 3 gün davam edəcək dozada təyin edilməsi təyinatın məqsədi davam edən hamiləliyin pozulması olduğu deyilməsinə əsas verir. Cərrahi əməliyyatdan əvvəl təyin edilmiş Oksitosin dərman preparatı X8 hamiləliyin vaxtından daha əvvəl pozulmasına, qanaxmaya (daxili və ya xarici), onun vəziyyətinin ağırlaşmasının sürətlənməsinə, qanitirmə ilə əlaqədar anemiya ola bilsədə, onun ölümünə posthemorragik anemiya fonunda endotraxeal narkoz zamanı anoksiya nəticəsində inkişaf etmiş, hipoksik ensefalopatiya və kəskin tənəffüs çatışmazlığı səbəb olmuşdur.

2. Cinayət işi materiallarına əlavə edilmiş məlumatlardan görünür ki, 1-ci cildin 24-cü vərəqəsində xx.xx.2021-ci il tarixdə həkim Şahid10 tərəfindən aparılmış ulturasəs müayinəsi zamanı X4 uşaqlıq borusu proyeksiyasında 38x19 mm olan hetrogen sahənin izlənildiyi qeyd edilmiş, XQ analizi məsləhət görülmüşdür. XQ analizi labarotor müayinə metodu olub, qeyd edilən sağ uşaqlıq borusundakı heterogen sahənin hamiləlik olubolmadığını təyin etmək məqsədi ilə məsləhət görülmüşdür. Aşkarlanmış heterogen sahənin hamiləlik olduğu, dölün uşaqlıq borusunda patoloji yerləşdiyi, borunun tamlığının pozulmadığı və müvafiq hestasiya müddətində boru hamiləliyin müalicəsində cərrahi əməliyyatla yanaşı digər müalicə (koservativ, dərman preparatları ilə) metodları da mövcuddur. Qeyd edilən hal Səhiyyə Nazirliyinin "Hamiləlik zamanı qanaxmalar üzrə klinik protokol" ilə tənzimlənir. Hamilənin vəziyyətinin stabilliyindən asılı olaraq həkim ginekoloq tərəfindən müayinə və müalicə metodu seçilərək təyin edilir. Hipovalemik şok hallarında cərrahi metodla boru hamiləliyi başa çatdırılır. Ektopik hamiləliklərin müalicəsi (boru hamiləliyi) zamanı qanaxma, hipovalemik şok, anemiya olmadığı halda, müalicə metodu olaraq konservativ üsul seçilməli, yəni metotreksat dərman preparatı ilə müalicəyə başlanılmalı idi. Lakin xəstənin vəziyyətinin stabil olduğu müddətdə Səhiyyə Nazirlyinin protokoluna uyğun olaraq "Metotreksat" dərman preparatı ilə mülicəyə başlanılmamış və protokoldan kənar düzgün olmayan müalicə metodu tətbiq edilərək "Oksitosin" dərman preparatı təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məlumatlardan görünür ki, 1-ci cildin 25- ci vərəqəsində xx.xx.2021-ci il tarixdə həkim Şahid11 tərəfindən aparılmış ultrasəs müayinəsi zamanı X9 "Sağ uşaqlıq borusu proyeksiyasında 7-8 həftəyə uyğun canlı embirion" izlənilir qeyd edilmişdir. Bu hal göstərilən tarixdə hamiləliyin pozulmadığı və qanaxmanın başlamadığını göstərir. Qanaxma, anemiya və hipovalemiyanın mövcud olmadığı tarixdə cərrahiyyə əməliyyatı zəruri olmamışdır. 3.4.7 Cərrahiyyə əməliyyatından sonrakı dövürdə xəstənin (zahının) müayinə və müalicəsini müvafiq olaraq yerləşdiyi şöbənin həkimi təşkil və icra edir. Qan, qan əvəzedicilər və digər hipovalemiyanın bərpası üçün tədbirlər reanimasiya məqsədi ilə tətbiq edildikdə buna məsul şəxs həkim anestezioloq-reanimatoloqdur. Lakin müalicəyə nəzarət, laborator, instrumental müyanələrin nəticəsinə uyğun müalicənin təşkili və digər ixtisaslı mütəxəssislərin müalicəyə cəlb edilməli kimi digər xidmətlərə məsuldur.

5. Cərrahiyyə əməliyyatından sonra patohistoloji müayinə üçün götürülmüş preparatın müayinəsinin təşkilinə məsul tibb işçisi cǝrahi əməliyyatı icra edən həkim operatordur (həkim mama-ginekoloq).

6. Hamiləliyin müəyyən edilməsinin bir neçə laborotor instrumental müayinəsi vardır ki, bunlardan XQ analizi dəqiq müayinə metodur. XQ analizi hamiləliyin mövcud olduğu, inkişafdan qalıb-qalmadığını dəqiq bildirsədə, hamiləliyin yerləşmə yeri haqda fikir söyləməyə imkan vermir. XQ analizi ilə hamiləliyin mövcud olub-olmadığını, ektopik yerləşib-yerləşmədiyi haqda fikir söyləmək mümkündür. Hamiləliyin mövcudluğu, yerləşməsi, vəziyyətinin təyininə məsul şəxs həkim mama-ginekoloqdur.

8. Reanimasyon tədbirlər zamanı xəstənin vəziyyətinə uyğun olaraq dərman preparatları və dozaları həkim tərəfindən təyin edilir. Reanimasyon tədbirlər ümumi prinsip olaraq hipovalimiyanın aradan qaldırılması, dövr edən qanın ümumi həcminin bərpası, qanda saturasiya məqsədi ilə ağciyərlərin süni ventilyasiyasının təmini kimi tədbirlər icra edilməlidir. Lakin qeyd edilən tədbirlərdə dərman preparatlarının protokola uyğun seçilməsi və dozalanması, süni tənəfüs aparatında rejimlərin seçimi xəstənin vəziyyətinə uyğun individual qiymətləndirilir. Cinayət işinin 1-ci cildinin 147-ci vərəqəsində olan Bərdə Şəhər İcra Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakteriza olunmuşdur. Cinayət işinin 1-ci cildinin 195-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X34 Dispanseri tərəfindən sorğuya cavab olaraq verilmiş 51 nömrəli xx.xx.2021-ci il il tarixli Məktubundan görünür ki, ünvan 2 ünvanda yaşayan, xx.xx.1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs X34 Dispanserində dispanser müşahidəsində deyil. Cinayət işinin 1-ci cildinin 2021-202-ci vərəqələrində olan Bərdə Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, X5xx.xx.1999-cu il tarixdə "Bərdə RMX"phş-ın Reanimasiya şöbəsində 1.0 ştat həkim Anestezioloq reanimatoloq vəzifəsinə təyin edilmişdir. xx.xx.2005-ci il tarixdə Doğum evinin reanimasiya şöbəsində 0.25 ştat reanimatoloq işi verilib. xx.xx.2010-cu il tarixdə Doğum evinin reanimasiya şöbəsində 0.25 ştat dayandırılıb, 1.0 ştat həkim-reanimatoloq işinə təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə İcbari Tibbi Sığortaya keçidlə əlaqədar 1.0 ştat həkim anestezioloq-reanimatoloq işinə təyin edilmişdir. Hal-hazırda Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində (çarpayı sayı - 10) Həkim-anestezioloqreanimatoloq vəzifəsində işləyir. Cinayət işinin 1-ci cildinin 214-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş X7 adına açılmış əmək kitabçasının surətindən müəyyən edilmişdir ki, o sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Bərdə RMX-nın TƏBİB və İcbari Tibbi Sığortaya keçidlə əlaqədar struktur dəyişikliyi aparıldığına görə Doğum evinin reanimasiya şöbəsinə həkim anestezioloq-reanimatoloq vəzifəsinə təyin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X32 “X33 Xəstəxanası” X32 tərəfindən məhkəmə tərəfindən verilmiş sorğuya xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X17 xx.xx.2021-ci il tarixdə Bərdə RMX-nın Doğum evinin reanimasiya şöbəsinə "Sağ boru hamiləliyi" diaqnozu ilə daxil olmuş və xx.xx.2021-ci il tarixdə saat 15:40-dan 16:20-dək xəstə üzərində "Sağtərəfli tuboektomiya" Əməliyyatı icra olunmuşdur. N. Hüseyinovanın cərrahi əməliyyat olunduğu tarixdən sonra, yəni xx.xx.2021-ci il saat 16:35-dən xx.xx.2021-ci il saat 08:55-dək yerləşdiyi anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin həkimi Təqsirləndirilən şəxs olmuşdur. Həkim Təqsirləndirilən şəxs xx.xx.2009cu il tarixdən Bərdə RMX-nın Doğum evinə 1.0 oklad həkim reanimatoloq vəzifəsinə təyin olunmuşdur. Həmçinin N. Hüseyinovanın cərrahi əməliyyat olunduğu tarixdən sonra, yəni xx.xx.2021-ci il saat 16:35-dən xx.xx.2021-ci il saat 08:55-dək yerləşdiyi anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin növbətçi həkimi, 2021-ci ilin oktyabr ayı üçün təsdiq olunmuş növbətçilik qrafikinə əsasən Təqsirləndirilən şəxs olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X32 “X33 Xəstəxanası” X32 tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın Doğum evidǝ Anesteziologiya-reanimasiya şöbəsində Anesteziologiya-reanimatoloq vəzifəsində işlədiyi müddətdə özünü nizam-intizamlı, çalışqan, məsuliyyətli həkim kimi göstərmişdir. Təqsirləndirilən şəxs bilik və təcrübəsini artırmaq üçün öz sahəsinə aid ədəbiyyatdan istifadə edərək bilik səviyyəsini genişləndirmişdir. Geniş dünya görüşünə və müxtəlif sahələrdə dərin biliyə malikdir, mehribandır, ünsiyyət qurmağı bacarır. Səhiyyə şöbəsinin tapşırıqlarına məsuliyyətlə yanaşmış, öz sahəsinə aid müxtəlif kurslarda iştirak edərək bilik səviyyəsini dərinləşdirmişdir. Təqsirləndirilən şəxs - 2012, 2017- cı ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda "Anisteziologiyareanimatologiya" məsələləri, üzrə ümumi təkmilləşdirmə kursunu keçmiş, xx.xx.2018- ci ildə ixtisası üzrə Sertifikat almışdır. Cinayət işinin 2-ci cildinin 107-129-cu vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 06 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə elan olunmuş ittihamın məzmununa əlavələr edilərək və dəyişdirilərək həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona yenidən ittiham elan olunması və barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması, Şahid3 barəsində Azərbaycan Respublikası CM-in 124.1 və 314.2-ci maddələri üzrə cinayət təqibinin Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən istisna edilməsi və barəsində intizam tədbirinin görülməsindən ötrü Azərbaycan Respublikası İTS üzrə Dövlət Agentliyinin rəhbərliyinə təqdimat verilməsi, Şahid2 barəsində Azərbaycan Respublikası CM-in 124.1 və 314.2-ci maddələri üzrə cinayət təqibinin Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən istisna edilməsi və barəsində intizam tədbirinin görülməsindən ötrü Azərbaycan Respublikası İTS üzrə Dövlət Agentliyinin rəhbərliyinə təqdimat verilməsi, Şahid3 500 manat məbləğində pulu Naibə Hüseynovanın qohumlarından istəyərək sonuncuya həmin məbləğdə pulun çatdırılması üçün Şahid2 verildiyini Şahid7 tərəfindən deməsi Şahid7 Şahid3 qarşı Naibə Hüseynovanın ölümündən sonra ədavət və düşmənçiliyin yaranması səbəbindən deməsi kimi qiymətləndirilmiş və öz təsdiqini tapmadığından Şahid3 barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2- ci maddəsinə əsasən rədd edilməsi, şahid X6 Şahid3 ilə üzləşmə istintaq hərəkəti aparılan zaman sonuncu tərəfindən Naibə Hüseynovanın əməliyyat olunmasından ötrü F.Vəliyevadan istənildiyini və sonuncu tərəfindən pulun Şahid3 çatdırılması üçün tərəfindən Şahid2 verildiyini deməsi gəlinləri Naibə Hüseynovanın əməliyyatdan bir neçə gün əvvəl Şahid3 tərəfindən müayinə olunduğunu və əməliyyatdan bir gün sonra ölməsi səbəbindən ona qarşı əsəbi və ədavəti ədavəti yaranması, həmçinin gəlinləri Şahid6nın onun və bacısı Afət tərəfindən əməliyyat olunması üçün xəstəxanaya aparıldığını, bu barədə Şahid6nın qohumlarına əvvəlcədən məlumat vermədikləri üçün özünü Şahid6nın məhz evdə deyil, xəstəxanada ölməsi üzündən günahkar hiss etdiyi üçün Şahid3 ondan gəlinləri Naibə Hüseynovanın əməliyyatına görə pulun Şahid3 tərəfindən və onun tərəfindən pulun sonuncuya çatdırılması üçün Zərnigar istənildiyini Allahverdiyevaya verildiyini deməsi F.Vəliyevanın Şahid3 və Şahid2 qarşı ədavət və düşmənçiliyin yaranması səbəbindən deməsi kimi qiymətləndirilmiş və öz təsdiqini tapmadığından Şahid2 barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, istintaq zamanı zoğalı rəngli uzunqol don və açıq çəhrayı rəngli lifçik iş üzrə əhəmiyyət kəsb etdiyindən və cinayətin əlamətlərini özündə əks etdirdiyindən maddi sübut kimi tanınmiş və Bərdə rayon prokurorluğunun maddi subutlar otağında saxlanılması, iş materiallarında olan təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidlərin ifadələri, meyitə baxış keçirilməsi haqqında protokol, üzləşdirmə haqqında protokollar və ekspertiza rəyləri sübut növü kimi tanınması qərara alınmışdır. Cinayət işinin 2-ci cildinin 219-cu vərəqəsində olan zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli Ərizəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, indi və gələcəkdə bu barədə ona qarşı heç bir iddia və tələbi olmayacaqdır. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs təkrar intubasiya etmədən, süni venstilyasiya aparatına qoşmadan X8 ümumi vəziyyətinin ağırlaşmasına və tənəffüsünün dayanmasına gətirib çıxaran posthemorragik anemiya fonunda endotraxeal narkoz zamanı anoksiya nəticəsində inkişaf etmiş, hipoksik ensefalopatiya və kəskin tənəffüs çatışmazlığı ilə nəticələnən, ehtiyyatsızlıqdan sonuncunun ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Lakin məhkəmə iclas zalında istər təqsirləndirilən şəxs, istərsə də şahidlər ifadəsində qeyd etmişdilər ki, X13 təkrar intubasiya edilmiş, süni venstilyasiya aparatına qoşulmuşdur. Odur ki, qeyd edilən hallar, yəni təkrar intubasiya etmədən, süni venstilyasiya aparatına qoşmadan edilən ittiham məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, X20 əməliyyatdan sonra ondan ümumi vəziyyətinin müəyyən edilməsi üçün qan analizi götürülməmişdir. Bunu hər hansı bir sübutla təsdiq edən sənəd olmamışdır ki, iş materiallarına əlavə olunsun. Məhkəmənin sualına cavab olaraq işdə iştirak edən şahidlər Tünzalə, Yeganə, Zərnigar və həmçinin təqsirləndirilən şəxs Elsevər bildirmişdir ki, əməliyyatdan sonra xəstəxanada bir adam qalmamışdır ki, qan analizi götürə bilsinlər. Saat 4-5 dən sonra bütün xəstəxana heyəti evə gedir. Məhkəmə qeyd edir ki, X13 əməliyyatdan sonra hər hansı bir qan, qan əvəzedicilər, qansulandırıcılar vurulmamış, bu da öz növbəsində qan dövranının zəifləməsi ilə nəticələnmişdir ki, mərhumun ağ ciyərlərində tronblar atmışdır. Bunun üçün isə bir başa məsul şəxs Təqsirləndirilən şəxs olmuşdur. O ki, qaldı xəstəlik tarixinin doldurulmasına X20 vəfat etdikdən sonra həmin xəstəlik tarixi doldurulmuşdur. Çünki məhkəmənin sualına cavab olaraq Yeganə, Zərnigar və həmçinin təqsirləndirilən şəxs Elsevər bildirmişdir ki, artıq istintaq orqanı işə qarışdıqdan sonra və həmin sənədləri tələb etdikdən sonra xəstəlik tarixi doldurulmuşdur. Bu isə onu bir daha göstərir ki, X20 əməliyyat olunduqdan sonra həkim nəzarətsizliyi nəticəsində reanimasiyada qalmış, ondan qan analizi götürülməmiş, qan, qan əvəzedicilər, qansulandırıcılar vurulmamış və nəticədə ölüm hadisəsi baş vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin onunla barışmasını, ondan şikayət və tələbinin olmamasını, məhkumluğunun olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan başqa, Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı cinayət əməllərini vəzifə səlahiyyətlərindən və qulluq mövqelərindən istifadə etməklə törətmişdir. Ona görə də məhkəmə ona əlavə cəza kimi həkim-anestezioloq-reanimatoloq və intensiv terapiya şöbəsinin həkimi vəzifəsini tutmaq hüququndan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, 07 aprel 2022-ci il tarixdə ona elan olunmuş ittihamın məzmununa əlavələr edilərək və dəyişdirilərək o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut olan və Bərdə rayon prokurorluğunun maddi subutlar otağında saxlanılan zoğalı rəngli uzunqol don və açıq çəhrayı rəngli lifçik hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 314.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46-ci maddəsi tətbiq edilərək 1 (bir) il müddətə həkim-anestezioloq-reanimatoloq və intensiv terapiya şöbəsinin həkimi vəzifəsini tutmaq hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bərdə rayon prokurorluğunun maddi subutlar otağında saxlanılan zoğalı rəngli uzunqol don və açıq çəhrayı rəngli lifçik hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar