Məhkəmə qərarları › İş №1(021)-3/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-3/2024

19.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-3/2024 19.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X47 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisinin (mülki iddiaçının) nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin (mülki cavabdehin) müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1960-cı ildə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, “Sumqayıt Şəhər 4 saylı Xəstəxanası” X49 cərrahiyyə şöbəsində həkim ümumi-cərrah vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Abşeron rayonu Masazır kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 314.2-ci maddəsi ilə ittiham verilmişdir ona görə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 05 radələrində Bərdə rayon X18 X52 Evinə “38 həftəlik hamiləlik. Uşaqlıqda çapıq toxuması. Döl qişasının vaxtından əvvəl cırılması. Orta ağır preeklampsiya” diaqnozu ilə daxil olan 1998-ci il təvəllüdlü X13 üzərində həmin tarixdə saat 0615 dəqiqədə “Kesar kəsiyi” əməliyyatını icra etmiş və saat 0645 dəqiqədə “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik X8, reanimasiya və intensiv terapiya şöbəsinə daxil olandan sonra Sahilə Əsədovada anemiya müəyyən olunduğundan xx.xx.2022-ci il tarixdə saat 2300-da qanaxmaya şübhə səbəbilə relaparotomiya əməliyyatının icrasına qərar vermiş və bu məqsədlə xx.xx.2022-ci il tarixdə saat 0210-da Sahilə Əsədovanın üzərində “Relaparotomiya. Qarın boşluğunun sanasiya və drenə edilməsi” əməliyyatını köhnə tikişlə kəsib icra etmiş, əməliyyatdan sonra “Reaktiv poliserozit. Xəstənin vəziyyətini nəzərə alaraq gələcəkdə dializ aparılmalı olacağı təqdirdə və ətraflarda ödem olduğuna görə venaların qənaətbəxş olmadığı üçün sağ vena dializ üçün olan kateterlə xarakterizə olunması” diaqnozunu qoyduqdan sonra həmin tarixdə saat 1200-da xəstəxanadan ağır vəziyyətdə, huşsuz, süni tənəffüs aparatına qoşulumuş vəziyyətdə X53 (103 xidməti) maşını vasitəsilə “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik X46 və Diaqnostika şöbəsinin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə aparılmış, vəzifəli şəxs kimi ümumi-cərrah olaraq onun xx.xx.2022-ci il tarixdə “Kesar kəsiyi” cərrahiyyə əməliyyatı zamanı etdiyi texniki səhvi nəticəsində erkən zahılıq dövründə inkişaf etmiş kəskin uşaqlıq qanaxması səbəbindən kəskin qanitirmə, posthemorragik anemiya və posthemorragik kəskin böyrək çatışmazlığına gətirib çıxaran, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş, hazırda qüvvədə olan Tibb Müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları»nın İİİ bölməsi olan “Həkim-ümumi cərrahın nümunəvi vəzifə təlimatı”nın həkim ümumi cərrahın vəzifə öhdəliklərini daşıyan 24.1-ci bəndinə əsasən ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli həyata keçirməli olduğu halda, bunları etməyərək, işə vicdansız və laqeyd münasibət göstərməklə, müvafiq əmrlə üzərinə düşən xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində X13 xx.xx.2022ci il tarixdə saat 2000-da müalicə aldığı xəstəxanada ölməsinə səbəb olan səhlənkarlıq etmişdir. Bununla da, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 314.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 314.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, belə bir hadisənin baş verməsini arzulamamışdır. Dünya təbabəti nə qədər inkişaf etsə də, yüksək səviyyəli tibb müəssələri açılsa da, dövlət tərəfindən hamilə analara yardımlar göstərilsə də hələ də ana ölümü var, davam edir. İstər inkişaf etmiş ölkələrdə, istərsə də az inkişaf etmiş ölkələrdə bu faiz yüksəkdir. Ana ölümünün səbəblərindən biri xəstənin öz xəstəliyinə münasibətindən asılıdır. Hamiləlik üç dövrə bölünür, birinci üç ay, ikinci üç ay və üçüncü üç ay. Birinci üç ayda orqanizmə yad bir cism düşür və döllə ana arasında bir cift inkişaf edir. Bu halda hər orqanizm müxtəlif cavab verir. Ən azından ürəkbulanma, qusma, intaksikasiya əlamətlər, psixi pozğunluqlar və s. olur və bu orqanizmin sağlamlığından asılıdır. Sahilə Əsədovanın birinci dövründə, yəni birinci üç ayında hipertaniya və digər çatışmamazlıqlar olsa da, xəstə müalicə almamış və ikinci dövrə keçmişdir. İkinci dövrdə də xəstə xəstəxanaya getməmiş, müalicə almamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi xəstənin hər ay ginekoloqun qəbuluna getdiyini və müalicə aldığını bildirsə də, bu heç bir sənəddə öz əksini tapmamışdır. Xəstəyə çox səthi yanaşılmış, ancaq təzyiqi ölçülərək təzyiq dərmanı qəbul etmişdir. İkinci dövr stabillik dövrü olur. Stabillik dövründə ana dölə adaptasiya olur, orqanizm möhkəmdirsə, sağlamdırsa ana bu dövrü sakit keçirir. Digər halda isə xəstə təzyiq dərmanları və digər dərmanlar içməklə keçirir. Üçüncü dövr dölün inkişaf etmə dövrüdür, tələbi çoxdur. Bir balaca xəstəliyi olan zəif orqanizmlərdə, ciftdə və dölə mənfi reaksiya verən orqanizmdə böyük problemlər olur. Hamilə 7-ci aya keçən günündən böyük problemlər başlayır. Xəstə Tərtər rayonunda qeydiyyatda olduğundan orada ginekoloqun qəbuluna getmiş, xəstədə hipertaniya, anemiya daha da kəskinləşmiş formada olmuşdur. Həkim güclü müalicə yazmış, lakin xəstə müalicələrin heç birini almamışdır. Ambulator kartadan görünür ki, orada güclü müalicə yazılmış, lakin xəstə həmin müalicəni almamışdır. 15 gündən sonra təkrar müayinədə tromositlərin kəskin enməsi, qanın faizinin aşağı düşməsi və dayanıqlı hipertaniya əlamətlərinin olması bir daha xəstənin yazılmış müalicəni almamasını göstərir. Həmin vaxt ginekoloq həyəcan təbi çalmış, 2-3 dəfə zəng edib maraqlanmış, lakin xəstə onların klinikasına müraciət etmiş və xəstəni mama-ginekoloq Şəfəq həkim müayinə etmişdir. Lakin Şəfəq həkim müayinəni çox səthi, yararsız aparmışdır. Xəstənin şikayəti, Tərtər rayonunda olan müalicə və Şəfəq həkimin etdiyi müayinə arasında böyük fərq olmuşdur. Xəstəni stasionar müalicəyə cəlb etmək, ciddi nəzarətə götürmək əvəzinə xəstə nəzarətsiz buraxılmışdır. Bunun nəticəsi olaraq müayinədən 7-8 gün sonra, hamiləliyin 8 ayı tamam olmamış doğuş fəaliyyəti başlamış və onu təcili əməliyyata çağırmışlar. Təcili əməliyyatlarda fikir verilmir ki, bu xəstə nə vəziyyətdədir. Əsas xəstəni vəziyyətdən qurtarmağa çalışırlar. Əməliyyatı etmiş, sağlam uşaq doğulmuşdur. Xəstənin vəziyyətini nəzərə alaraq o, reanimasiya şöbəsinə ciddi tapşırıq vermişdir. Reanimasiyada olarkən xəstəyə baxış keçirmiş və iki dəfə əlaqə saxlamışdır. Protokol qaydalarından kənara çıxmalar çox olmuşdur. Qanaxmalarda təzyiq enir, lakin xəstədə təzyiq enməmişdir. Qarın boşluğuna yığılan maye barəsində heç kimin fikri olmamışdır. Qaraciyər və böyrək göstəricilərinin qısa müddətdə qalxması bu mümkün deyildir. Ancaq hemoqlobin və trombositlərin enməsini nəzərə alaraq belə bir qərar vermişdir. Meyitin təşiri zamanı nə qarın boşluğunda, nədə uşaqlıq yolunda qanaxma elementlərinin heç birinin təzahürü olmamışdır. Ekspertlərin heç biri işlə tanış olmamış, işin dərinliyini bilməmiş, ambulator kartadan və xəstəliyin gedişindən heç bir xəbərləri olmamışdır. Əməliyyat üçün onu Şəfəq həkim çağırmışdır. Şəfəq həkim xəstə ilə bağlı ona heç bir məlumat verməmiş, xəstəni sonuncu analizi təqdim etdiyi vaxtdan tanıdığını bildirmişdir. Şəfəq həkim hamilənin ağrısı tutduqdan sonra sənədləri ona təqdim etmişdir. Xəstənin ağrıları tutmuş, baş suyu açılmışdır. Bu halda analizin cavabı nə olursa olsun xəstə əməliyyat olunmalıdır. Artıq geriyə yol yox idi. O, əməliyyata girməsəydi bu artıq qəsdən adam öldürmə olardı ki, xəstəyə kömək göstərməmişdir. Hazırda analizləri görmüş, həmin analizlərlə xəstəni əməliyyata götürmək mümkündür. Təqdim edilmiş analizlə, onların götürdüyü analizlər arasında ziddiyyət olmuşdur. Xəstə əməliyyat olunduqdan sonra iki dəfə tibb bacılarından soruşmuşdur ki, xəstə sidik verir ya yox. Tibb bacıları xəstənin sidik vermədiyini bildirmişlər. Əslində xəstənin sidik verməsi üçün müalicə lazım idi. Lakin o gedəndən sonra xəstəyə lazeks vurularaq xəstədən sidik alınmışdır. Bu da müalicə ərəfəsində əks göstəricidir. Əgər görünüş sahəsində görüntü pozulmursa sidiyin rəngi sarı samanı olur. Əgər görünüş sahəsi pozulursa sidiyin rəngi qırmızıdırsa, deməli sidiyin tərkibi qanlıdır və görüntü pozulur. Yox əgər sidiyin rəngi qaradırsa, deməli sidiyin tərkibində olan qan hüceyrələrinin tərkibində dəmir parçalanır. Şəfəq həkimin həmin vaxt reaksiyasının nə olduğunu xatırlamır. Xəstənin sidik verməməsi normal deyil. Ona təqdim olunmuş analizlərlə xəstə mütləq sidik verməli idi. Sonradan ona məlum olmuşdur ki, xəstədə sidik azalmışdır. Əməliyyatdan əvvəl ancaq hemmoqlabin və trombosit analizlərinə baxmışdır. Şəfəq həkim ona qan analizini və UZM-nin cavablarını vermişdir. Həmin gün bildirmişlər ki, hemoanalizator işləmir. 10 gün əvvəl verilmiş analizlərin cavablarına baxmışdır. Ciddi analizlər toplansaydı, ciddi bir reaksiya verilsəydi, belə bir nəticə baş verməzdi. Qeysəriyyə əməliyyatlarını o da edir, digər ginekoloqlarda. Ona təqdim edilən analizlərdə hemmoqlabin 100 olmuş, sidikdə zülal olmuşdur. Sidikdə zülalın olması ikinci dərəcəlidir. Problem trombositlərin aşağı olması idi. Bu vəziyyətdə xəstəyə spinal anesteziyanın tətbiq edilməsi mümkündür. Əgər təcili əməliyyat olunmasaydı xəstənin və uşağın ölüm təhlükəsi var idi. Əməliyyata girərkən xəstənin ölüm riskinin olmasını müəyyən etmişdir. Xəstə 2022ci ilin yanvar ayında ilk dəfə Bərdə rayonunda USM-dən keçmişdir. Belə başa düşür ki, xəstə həmin vaxt Şəfəq həkimlə tanış olmuşdur. Xəstənin birinci hamiləliyi zamanı qeysəriyyə əməliyyatını başqa həkim etmişdir. Şəfəq həkimin yanına gəldikdən sonra xəsdə Tərtər rayonunda xəstəxanaya getməmişdir. Bərdə klinikasında xəstəyə ambulator kart açılmamış, nə ambulator kart, nə də ki, analizlər olmamışdır. Ginekoloqlar məhkəmə iclaslarında bildirmişlər ki, Sahilə Əsədovanı tanımamışlar, tanışlıq ancaq əməliyyatdan 10 gün əvvəl olmuşdur. Çünki onda ambulator karta və analizlər olmuşdur. Ancaq zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmə iclasında Sahilə Əsədovanın hər ay Şəfəq həkimin yanına müayinəyə gəldiyini bildirmişdir. Patoloji hamiləlikdə hər ay analizlər olmalıdır. Bir həkim kimi mübadilə vərəqəsinə baxmalı deyil, mübadilə vərəqəsinə və analizlərə mama-ginekoloq baxaraq qərar verməli idi. O, təcili əməliyyat otağına getmiş, ötəri analizlərə baxmış və əməliyyatını etmişdir. Şəfəq həkim onun asissenti olmuşdur. Əməliyyat zamanı bilmişlər ki, sidik yoxdur, təzyiq enmir. Xəstənin təzyiqi ölənə kimi 160- 170-dən aşağı enməmişdir. Bu, böyrək patologiyasının bir nömrəli göstəricisidir. Əməliyyatdan 1-2 saat keçəndən sonra anestezioloq bir daha ona demişdir ki, xəstənin sidiyi yoxdur. O da protokol qaydasında lazımi mayelərdən xəstəyə kifayət qədər vurulmasını tapşırmışdır. Sonradan ona bildirmişlər ki, sidik alınır, o da buna inanmışdır. Axşam bir də Şəfəq həkimə zəng edərək xəstə ilə maraqlanmış, Şəfəq həkim xəstənin yanında olduğunu, hər şeyin normal olduğunu bildirmişdır. Ağrı sindromu təcili əməliyyatın göstəricisidir. Əməliyyatda xəstənin təzyiqi, nəbzi və ürək fəaliyyəti əsas göstəricidir. Cərrahi əməliyyat ideal formada keçirilib. Cərrahi əməliyyat zamanı xəstədə patoloji qanaxma olmamışdır. Konsultasiya olunmuş və xəstəyə qan köçürülməsi qərara alınmışdır. Ölümə səbəb orqanizdə gedən dəyişikliklərdir. Yəni korreksiya oluna bilən və korreksiya oluna bilməyən proseslərdir. Korreksiya oluna bilən proseslər bir balaca kömək edən kimi düzəlir. Yox əgər, orqanizmdə korreksiya olunmaz, geri dönməz proseslər gedibsə ona kömək etmək olmur. Bu xəstə artıq əməliyyata girəndə orqanizmində geri dönməz proseslər üstünlük təşkil etmişdir. Əməliyyat zamanı qarında laxta qan aşkarlanmamışdır. Bütün protokol qaydaları mama-ginekoloq tərəfindən pozulmuşdur. Xəstənin yaxınları ilə Şəfəq həkim əlaqə saxlamışdır. Etdiyi əməliyyatla bağlı hər hansı bir səhvinin olmasını heç kim bildirməmişdir. Cərrahi əməliyyat düzgün həyata keçirilmişdir. O, növbətçi həkim kimi qalmır. X31 əməliyyat etməyə onu Şəfəq həkim çağırmış, o da gəlmişdir. Təkrar əməliyyata təcrübəli həkim kimi onu çağırırlar. Növbətçi həkim Şəfəq həkim olmuşdur. Əgər mərhum Sahilə Əsədova 3-cü dərəcə xəstəxanaya yerləşdirilsəydi, bəlkə də onu vəziyyətdən çıxarmaq mümkün olardı. İkinci əməliyyatdan əvvəl baş həkim dəfələrlə müraciət etmişdir ki, riomobil gəlib xəstəni aparsın, lakin riomobil gəlməmişdir. Sahilə Əsədovanın ölümündə təqsiri olmadığından barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, xx.xx.2022-ci il gecə 01-02 saatlarında arvadı X1 tutmuşdur. Bərdə RMX-nın Doğum evinin mama-ginekoloqu Şahid2 zəng etmiş və yoldaşının durumu haqqında məlumat vermişdir. Şahid2 arvadı Sahiləni xəstəxanaya gətirməsini bildirmişdir. X32 Bərdə RMX-nın Doğum evinə gətirmiş, təxminən səhər saat 05 radələrində Bərdə RMX Doğum evinə çatmışlar. Doğum evində Şahid2 ona bildirmişdir ki, arvadı mütləq USM (ultrasəs müayinəsi) olmalıdır və buna görə Leyla həkim onu müayinə etməlidir. X32 maşına mindirib Bərdə rayonu Türkmən kəndinə aparmışdır. Gecə saatlarında Leyla həkimin evini tapmış və X32 USM müayinəsindən keçirdikdən sonra xəstəxanaya Şəfəq həkimin yanına qayıtmışdır. Şahid2 USM müayinəsinin cavablarına baxdıqdan sonra hər şeyin normal olduğunu və arvadını qeysəriyyə əməliyyatı edəcəklərini demişdir. Qeysəriyyə əməliyyatı etdikdən sonra Şəfəq həkim ona bildirmişdir ki, əməliyyat uğurla keçib, oğlan övladı dünyaya gəlib. Hətta onu mərhum arvadı Sahilə ilə telefonla danışdırmışdır. Arvadı Sahilə onunla danışmış və hər şeyin normal olduğunu bildirmişdir. Saat 10-11 radələrində Şahid2 ona bildrmişdir ki, Sahilənin vəziyyəti yaxşı deyil, ürəyində, böyrəklərində problemlər var. Axşam saatlarında arvadı X43 Yardım maşınına qoyaraq Bərdə Rayon Diaqnostika Mərkəzinə aparmışlar. Sonradan bilmişdir ki, arvadı Sahiləni ikinci dəfə əməliyyat etmişlər. Sahiləni bir gün Diaqnostika Mərkəzində saxladıqdan sonra ona Sahilənin vəziyyətinin yaxşı olduğunu, durumunun stabilləşdiyini, böyrəklərinin işlədiyini demişlər. Bir müddət sonra baş həkim Vüsal həkimlə Yamən həkim onu çağıraraq arvadı Sahilənin öldüyünü bildirmişlər. Onlar arvadı Sahiləni dəfn etdikdən sonra şübhələnmişlər ki, Sahilənin ölümü səbəbsiz deyil. Arvadı Sahilənin ölümündən sonra ona həkimlər 7000 (yeddi min) manat pul təklif etmiş, dəfn xərcləri ilə bağlı həmin pulu qəbul etmişdir. Şikayət etdikdən sonra həmkəndlisi Rəfail Hüseynov tərəfindən ona Teymur həkimin adından 30000 (otuz min) manat pul təklif olunmuşdur. Maraqlananda ki, niyə Teymur həkimin adından 30000 (otuz min) manat pul təklif olunur, məlum olmuşdur ki, arvadı Sahilənin ölümündə Teymur həkimin günahı olmuşdur. Daha sonra Seyid Saqi tərəfindən ona Teymur həkimin adından 15000 (on beş min) manat təklif olunmuşdur. xx.xx.2022-ci il tarixədək iki dəfə Şahid2 qəbulunda olmuşlar. Birinci dəfə Şəfəq həkimin qəbuluna özləri gəlmiş, qəbulda olarkən Şəfəq həkim bir müddət sonra müayinə olunmaq üçün yenidən gəlməsini demişdir. Bərdə RMX-da arvadı Sahilə analizlər vermiş, Şəfəq həkim həmin analizlərə baxdıqda hər şeyin normal olduğunu bildirmişdir. Həkim xx.xx.2022-ci il tarixdə olan analizlərə baxmamışdır. Əməliyyat günü əməliyyatdan qabaq Sahilə ağrıdığını, o cümlədən mədəsinin ağrıdığını demişdir. Leyla həkim USM müayinə etdikdən sonra heç bir problemin olmadığını, hər şeyin öz qaydasında olduğunu bildirmişdir. Əməliyyat günü heç bir analizlər verilməmişdir. Şəfəq həkimdən əməliyyatda kimlərin olacağını soruşduqda, sonuncu əməliyyatda 3 nəfərin olacağını, özü də əməliyyatda iştirak edəcəyini bildirmişdir. Sahilənin ikinci dəfə əməliyyat olunmasından sonradan xəbəri olmuşdur. Sahilənin əməliyyat olunması ilə bağlı heç bir yerə, heç bir kağıza imza atmamışdır. Sahilənin ikinci dəfə əməliyyat olunduğu günü, yəni xx.xx.2022-ci il tarixdə, səhər saat 11 radələrində Şəfəq həkim ona bildirmişdir ki, Sahiləyə qan köçürmək üçün qan almaq lazımdır. Soruşduqda ki, nə qədər pul lazımdır, Şəfəq həkim ona bildirmişdir ki, pulu çatmaz. Bütün qohumlarına zəng edərək Sahiləyə qan köçürmək lazım olduğunu bildirmiş və bütün qohumlar Bərdə RMX-na gəlmişlər. Sahilə ikinci dəfə əməliyyat olduqdan sonra ona qan köçürmək lazım olduğunu demişlər. Bütün olanlar ictimailəşəndən sonra, yəni yas mərasiminin 40 günündən sonra bilmişdir ki, bu işdə Teymur həkimin günahı olmuşdur. Yas mərasiminə Baş həkim Vüsal həkim, habelə Yamən həkim, Gülnar həkim və Şəfəq həkim gəlmişlər. Şəfəq həkim yas mərasimində Sahilənin ölümündə həkim səhvinin olduğunu, yəni Teymur həkimin səhvinin olduğunu bildirmişdir. Ölüm kağızı ilə, tibbi ekspertizanın verdiyi rəy arasında ziddiyyət olmuşdur. Şəfəq həkimə şikayət edəcəyini bildirdikdən sonra Teymur həkimdən pul təklifi edilmişdir. Mərhum Sahilənin hamiləliyi dövründə 10-11 dəfə Tərtər rayonunda Ləman həkimin qəbulunda olmuşlar. Ləman həkim özü onları müayinələrə yönləndirmişdir. Sahilənin trombları olmuş, hamiləliyin 6-7 aylığında qanın laxtalanma dərəcəsi 106 olmuş, daha sonra isə 166-ya qalxmışdır, yəni normallaşmışdır. Şəfəq həkimi yaxşı həkim kimi təriflədiklərinə görə onun yanına gəlmişlər. Bu, Sahilənin ikinci doğuşu olmuş, birinci doğuş da qeysəriyyə əməliyyatı ilə keçirilmişdir. Birinci doğuş 2019-cu ildə Bərdə RMX-da olmuş, doğuş zamanı heç bir problem olmamışdır. Doğuşdan sonra Sahilə ilə telefonla danışarkən sonuncu bildirmişdir ki, yanında olan tibb bacısı onun gözlərində qızartı olduğunu deyir. xx.xx.2022-ci il tarix, saat 11 radələrində yenidən Sahilə ilə telefonla danışmaq istəyərkən Şəfəq həkim bildirmişdir ki, Sahilənin vəziyyəti ağırlaşıb. Şəfəq həkim onunla Sahilənin birinci hamiləliyi ilə bağlı heç bir söhbət aparmamışdır. Əməliyyatdan iyirmi gün qabaq mərhum arvadı Bərdə RMX-nın doğum evində analiz verməmişdir. Əməliyyatın gününü Şəfəq həkim özü təyin etmiş, əvvəlcədən ona bildirmişdir ki, xx.xx.2022-ci tarixdə növbədədir, həmin gün onun yanına gəlsinlər. Anasının dediyinə görə xəstənin mübadilə vərəqəsi Şəfəq həkimə təqdim edilmiş, lakin sonuncu mübadilə vərəqəsini alıb əlinə tullayıb və deyib ki, bu kağız boş şeydir. Anası hər ay onun mərhum X32 Şəfəq həkimin qəbuluna gətirmiş, hər dəfə Şəfəq həkimin yanına gələrkən xəstə USM müayinəsindən keçmişdir. Sahilə Əsədova ilk dəfə qeysəriyyə ilə doğuş olanda heç bir problemi olmamışdır. Əməliyyat zamanı Şəfəq həkim onlarla əlaqə saxlamış və hər şeyin qaydasında olduğunu bildirmişdir. Teymur həkim şəxsən özü ona pul təklif etməmiş, hər iki halda sonuncunun adından pul təklifi edilmişdir. 7000 (yeddi min) manat pulu ona Şəfəq həkim vermiş və Teymur həkimin göndərdiyini demişdir. Teymur həkim nə yas mərasimində, nə də ki sonradan onlara gəlməmişdir. Təqsirləndirilən şəxs ilə barışmamışdır. Təqsirləndirilən şəxsin cəzalandırılmasını, habelə mülki iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X49 Doğum Evinin həkim mama-ginekoloq işləyən Şahid25 Sətdar qızı ifadəsində göstərdi ki, X25 əməliyyat olunan dövrdə şöbə müdiri vəzifəsində işləmişdir. X50 RMX-na xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin günün səhər saatlarında əməliyyat olmuş və səhər gəzintilərində digər əməliyyat olunmuş xəstələr kimi reanimasiya şöbəsində də olmuşdur. xx.xx.2022-ci il tarixdə və səhəri günə qədər onda xəstənin narahat olubolmaması barədə heç bir məlumat olmamış, bu barədə ona heç kim məlumat verilməmişdir. xx.xx.2022-ci il tarixdə səhər gəzintisi zamanı təxminən səhər saat 11 radələrində reanimasiya şöbəsində olarkən Sahilə Əsədovanın xx.xx.2022-ci il tarixdə əməliyyat olunmasına baxmayaraq hələ də reanimasiya şöbəsində olduğunu bilmişdir. Adətən normal əməliyyatdan sonra xəstə, yəni zahı qadın altı saatdan sonra durumu normal olduğu halda palataya köçürülür. Bu barədə soruşduqda, ona bildirmişlər ki, xəstə səhər-səhər sidiyi az verdiyindən analizlər götürülmüşdür və bu səbəbdən xəstə hələ də reanimasiya şöbəsindədir. Analizlər hələ hazır olmamış, Şəfəq həkim ona zəng edərək Sahilə Əsədovanın anasını reanimasiya şöbəsinə keçirdiyini, xəstə ilə görüşdürmək istədiyini bildirmişdir. Onlarda xəstələr reanimasiyada olduğu dövrdə yaxınları ilə görüşdürmək kimi bir qayda və icazə yoxdur. Lakin Şəfəq həkim xəstənin narahat olmasını bildirərək anasının Sahilə ilə görüşdürmək istədiyini bildirmişdir. Görüşə icazə vermiş və təxminən saat 12 radələrində reanimasiya şöbəsinə qalxaraq analizlərin gəlibgəlməməsini soruşmuşdur. Analizlərə baxarkən Sahilə Əsədovanın durumunda dəyişikliklər olduğunu görmüşdür. Artıq xəstədə kreatinin və digər göstəricilərin yüksək olduğunu aşkar etmişdir. Dərhal Tibbi Ərazi X5 koordinatoruna zəng etmişdir. Bundan sonra X56 Rayon Diaqnostika Mərkəzindən reanimatoloq, cərrah, eyni zamanda Yevlax Regional sanaviasiya xidmətinin (tibbi təxliyyə xidmətinin) reanimatoloqları gəlmişlər. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə gecəyədək Sahilə Əsədovanın bütün müalicə hərəkətləri, qeyd olunan həkimlərin məsləhətləri ilə olmuşdur. Cərrahlar Sahilənin qarın boşluğunun açılmasını məsləhət görməmişlər. Günorta saatlarında xəstənin qarın boşluğunda az miqdarda maye olduğu müşahidə olunmuşdur. Lakin axşam saatlarında xəstənin dinamikasında, yəni durumunda qarın boşluğunda mayenin çox olması, kreatinin yüksək olması və xəstənin dializə qoşulması, əgər dializə qoşularsa xəstənin Bərdə Rayon Diaqnostika Mərkəzinə köçürülməsi məsələsi müzakirə olunmuşdur. Eyni zamanda onlara Sumqayıt şəhərindən reanimatoloq Elmar həkimin nömrəsini vermişlər ki, onunla zəngləşib Sahilə Əsədovanın durmu ilə bağlı məsləhətləşmələr aparsınlar. Bütün bu konsultasiyaların yekun nəticəsi belə olmuşdur ki, əgər xəstənin qarın boşluğunda mayenin miqdarı artırsa, xəstə mütləq laparatomiya (qarın boşluğunun açılması), yəni təkrar əməliyyat olunmalıdır. xx.xx.2022-ci il tarixdə gecə saatlarında Sahilə Əsədova təkrar əməliyyat olunmuş, qarın boşluğunda serroz maye olduğu müəyyən olunmuş və maye qarın boşluğundan çəkilmişdir. İkinci əməliyyatda o da asissent olaraq iştirak etmişdir. Xəstənin qarın boşluğunda heç bir qanaxma müşahidə olunmamışdır. Əməliyyat olunduqdan sonra xəsdə gecə saat 02-03 radələrində anestezioloqa təhvil verilmişdir. O, iki-üç saatlıq istirahər etmiş, səhər saatlarında xəstə sünu nəfəs apartına qoşulmuşdur. Onlar yenidən sanaviasiyadan reanimatoloq Tural həkimi dəvət etmişlər. Sonuncu gələrək xəstənin durumuna baxmış və xəstə süni nəfəs aparatına qoşulduğundan dializ olunma ehtimalına görə xəstənin Bərdə Rayon Diaqnostika Mərkəzinin cərrahiyə mərkəzinə köçürülməsini bildirmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında xəstə Bərdə Rayon Diaqnostika Mərkəzinin cərrahiyyə mərkəzinə köçürülmüşdür. Günorta saatlarında o, Şəfəq həkim, Kəmalə həkim Diaqnostika Mərkəzinə xəstəyə baş çəkməyə getmişlər. xx.xx.2022-ci il tarixdə günorta saatlarında o, Şəfəq həkim və Kəmalə həkim bir daha gedib xəstəyə baş çəkmiş, xəstə hələ də süni nəfəs aparatına qoşulu olmuşdur. Daha sonra evə gəlmiş, həmin gün axşam saat 17-18 radələində ona zəng edərək xəstənin vəziyyətinin kritik olduğunu bildirmişlər. Şəfəq həkimlə Rayon Diaqnostika Mərkəzinə çatanda xəbər vermişlər ki, xəstə artıq ölüb. xx.xx.2023-cü il tarixdə səhər baxışı zamanı ona məlum olmuşdur ki, Sahilə Əsədova xx.xx.2022-ci il tarixdə əməliyyat olunub və reanimasiya şöbəsindədir. Ona tibb bacısı məlumat vermişdir ki, xəstə sidiyi az verdiyindən xəstəni reanimasiya şöbəsində saxlamışlar. Ancaq tibb bacısının adı yadında deyil. İkinci əməliyyatda Teymur həkim, Eldar həkim və o iştirak etmişdir. Əməliyyat zamanı ginekoloqun da iştirakı lazım olduğundan ikinci əməliyyatda iştirak etmişdir. İkinci əməliyyatda Şəfəq həkim iştirak etməmişdir. Sahilə Əsədovanın qarın boşluğunda laparatomiya olunarkən serroz maye olmuşdur. Əməliyyat zamanı qarın boşluğunda olan serroz maye qan tərkibli olmamış, selikli maye olmuşdur. xx.xx.2022-ci il saat 13-14 radələrinədək xəstənin huşu özündə olmuşdur. Həttda sidik az olarkən onlar xəstəyə kate qoyulmasını təklif edəndə Sahilə Əsədova demişdir ki, bəlkə ayağa dursa sidik ifrazı düzələr? Həmin günü axşam saat 16-17 radələrinə qədər xəstə aktiv olmuş, normal və sərbəst danışmışdır. Lakin artıq getdikcə xəstənin durumu dəyişmiş, ürək döyüntüsü artmışdır. Sahilə xəstəxanaya səhər saatlarında daxil olmuş, həmin vaxt işdə olmamışdır. Ümumiyyətlə, belə olan hallarda, yəni xəstə daxil olduqda növbətçi həkim məlumat verir. Həmin gün növbətçi həkim Şəfəq həkim olmuş və o, məlumat vermişdir ki, belə bir xəstə daxil olub. Təkrar qeysərriyə ilə daxil olub və doğuş açılıb. Xəstə daxil olarkən əgər onun analizləri varsa və əgər həmin analizlər son üç həftənin analizidirsə, yəni iyirmi bir günə qədər verilmiş analizidirsə, bu analizlərin cavabı xəstənin əməliyyat olunması üçün keçərli ola bilər. Yox əgər xəstənin halında, durumunda kənara çıxmalar olarsa, dəyişiklik olarsa onda təkrar analiz oluna bilər. Ona məlumat vermişlər ki, təkrar əməliyyatdır və uşaqlığın çapıq olması və ağrıların olması müşahidə olunur. 24-26 iyun tarixində xəstə analizlər vermiş və cavabları normal olmuşdur. Əməliyyat olmamışdan qabaq xəstə ultra səs müayinəsi olunmuş, USM müayinəsini Leyla həkim etmişdir. Əməliyyatdan sonra bilmişdir ki, Leyla həkim Sahiləni evində USM müayinəsi etmişdir. Xəstənin USM müayinəsinə öz istəyi ilə gedib-getmədiyini bilmir. Xəstə xəstəxanaya daxil olur və növbətçi həkim, cərrah, mama-ginekoloq hər hansı biri varsa, onlar xəstəni qəbul edirlər. Lakin çox hallarda xəstə hansı həkim tərəfindən əməliyyat olunmasını özü seçir. Həmin günü növbətçi həkim Şəfəq həkim olmuş, lakin əməliyyatı Teymur həkim etmişdir. Teymur həkim həmin günü növbədə olmamış, ümumi cərrah və konsultasiya həkimi olduğundan ona icazə verilmişdir ki, cərrahi əməliyyatlar etsin. Həmin günü hansı cərrahın növbətçi olması yadında deyil. Xəstəxanada üç növbətçi cərrahları olmuşdur. Şöbə müdiri tərəfindən cərrahların növbəlilik cədvəli hazırlanır, növbəliliyi isə baş həkim təyin edir. Şəfəq həkim ona Sahilə Əsədova xəstəxanaya daxil olarkən durumunun stabil, orta ağır olduğunu demişdir. Həmin günü birinci əməliyyatdan sonra xəstəyə anestizioloq nəzarət etmiş, lakin ona bu barədə məlumat verməmişdir. Xəstəyə sidik qovucu vurulmuş, müalicə aparılmışdır. Sidik ifrazı çoxaldığından fikirləşmişlər ki, xəstənin vəziyyəti stabilləşmiş kimi qəbul olunub. Bəzən xəstə xəstəxanaya gəlməmişdən qabaq xeyli maye qəbul edir, burada vurulan mayelər də əlavə olur, lakin sidik ifrazi az olur, lakin sonradan stabilləşir sidik ifrazı. Belə hallar olur. Xəstənin durumu ilə bağlı reanimasiya şöbəsinə daxil olduqdan sonra məsuliyət anestezioloq və reanimatoloqun üzərinə düşür. Onların vəzifə təlimatları eynidir. Həmin günü anestezioloq Şahid1, ikinci əməliyyatda isə anestezioloq Şahid5 olmuşdur. Kəmalə həkim xx.xx.2022-ci il tarixdə Sahilə Əsədovanın durumu ilə bağlı heç bir məlumat verməmişdir. Bütün olanlarla bağlı yazılı formada baş həkim Şahid12 məlumat vermişdir. Şahid1 töhmət, Şahid2 isə xəbərdarlıq elan olunmuşdur. Şəfəq həkimə qəbul həkimi və müalicə həkimi olduğundan məsuliyyət daşıdığına görə xəbərdarlıq edilmişdir. İkinci əməliyyat zamanı Şəfəq həkim səhhəti ilə əlaqədar əməliyyatın gedişatında iştirak etməmiş, lakin əməliyyat blokunda olmuşdur. İkinci əməliyyatda o, Təqsirləndirilən şəxs və Şahid11 iştirak etmişlər. O, asissent kimi əməliyyatda iştrak etmişdir. Eldar həkim qeysəriyyə əməliyyatı etmir, sadəcə laparatomiya olduğundan iştirak etmişdir. İkinci əməliyyat zamanı analizlər götürülmüş, həmin analizlərdə trombositlərin azalması, kreatinin qalxması müşahidə olunmuşdur. Əməliyyat protokolunda iştirak edən şəxslər imza edirlər. Birinci əməliyyat protokuluna Təqsirləndirilən şəxs və Şahid2 imza etmişlər. İkinci əməliyyatda isə Eldar Əliyev, Təqsirləndirilən şəxs və Şahid5 imza etmişlər. O, imza etməmişdir. Həmin anda ancaq xəstənin durumu ilə maraqlı olmuşdur. Ölüm epiqrizində reanimatoloqun və anestezioloqun rəyi əsasında ölüm səbəbi yazılır. O, ölüm səbəbini yazmır, bu onun səlahiyyətinə daxil deyildir. İkinci əməliyyatdan sonra Sahilə Əsədovanın cəsədini görmüşdür. İkinci əməliyyatdan sonra tikiş xətti boyu yaranın açıq olması, əlavə çox travma olmasın deyə tamponlar qoyulmuşdur. Elə olur ki, ikinci sutkadan sonra tampon çıxarılır və anestizə olunaraq tikilir. Baş həkim Şahid12 ikinci əməliyyatda gəlmiş, nəzarət etmiş, ayrı-ayrı vaxtlarda gəlib getmişdir. Lakin əməliyyatda iştirak etməmişdir. Sahilə Əsədovanı ilk dəfə xx.xx.2022-ci il tarixdə xəstələrə baş çəkərkən, saat 10-11 arası görmüşdür. Birinci əməliyyatdan 30 saat sonra Sahilə Əsədovanı görmüşdür. Sahilə Əsədovanın durumunun ağırlaşması barədə ona heç bir məlumat verilməmiş, sonuncunun səhhətinin ağırlaşmasını özü müəyyən etmişdir. Sahilənin durumu ilə bağlı müalicələri anestezioloq və Şəfəq həkim ediblər. Xəstə əməliyyatdan çıxdıqdan 1 saat ərzində anestezioloq, müalicə həkimi xəstənin ginekoloji vəziyyətini yoxlayır, 2 saatdan bir müşahidə altında olur. İlk əvvəl xəstənin durumu haqqında heç bir müdaxilə və işlər görülməyib. Xəstənin palataya köçürülməsini reanimatoloq təşkil etməlidir. Xətənin durumu ilə bağlı cavabdeh Şahid1 olmuşdur. Sahilə Əsədovanın durumu ilə bağlı müalicə həkimi Şəfəq həkim məlumat verməli olsa da, məlumat verməmişdir. Ona bildirmişlər ki, onlar Təqsirləndirilən şəxs bununla bağlı məlumat vermişlər. Protokola uyğun olaraq ilk 6 saat ərzində lazım olan tədbirləri Şahid1 görmüşdür. Konsultasiya olunmuş və olunan tədbirləri düzgün apardığını bildirmişlər. İkinci əməliyyatın keçirilməsi səbəbi, xəstənin qarnında maye miqdarının artması olmuşdur. Sidik ifrazı az olduğundan qarında maye artır. Buna HELP sindromu deyilir, yəni trombositlərin aşağı düşməsi halı baş verir, hemoqlobinin aşağı düşməsi, qaraciyərin funksiyasının pozulması. Şəfəq həkim xəstənin anasından mübadilə kağızını aldığını, həmin kağızda çatışmamazlıqlar olduğunu bildirmişdir. Mübadilə kağızı hamiləliyin on ikinci həftəsindən otuz həftəsinə kimi, yəni doğuşa qədər yazılan xəstəlik tarixçəsidir. Hamiləlik dövründə Tərtər rayonunda müalicə edən həkim, hamiləliyi müşahidə etdiyi zaman trombositlərin aşağı olmasını qeyd etmişdir. Bu hal mübadilə kağızında qeyd olunmuşdur. Xəstə doğuş açılışı ilə gəlirsə heç bir yerə köçürülə və göndərilə bilməz. Xəstə daxil olandan sonra onun hara və nəyə göndərildiyindən onun xəbəri olmamışdır. Ümumiyətlə, xəstə daxil olarkən ondan mübadilə kağızı tələb olunmalıdır. xx.xx.2022-ci il tarixdə analizləri olmuş və analizləri normal olduğundan əməliyyat olunmuşdur. Yəni bu normal qəbul olunur. Şəfəq həkim analizlərin normal olduğunu demişdir. Xəstəxanaya gələn və əməliyyat olunmağa hazırlaşan xəstənin analizlərinin verilməsi xəstəxana tərəfindən təmin edilməlidir. Sadəcə son analizlərinin verilməsindən iyirmi gün keçmədiyindən, analizlər götürülməmişdir. Onların sistemində analizlərlə bağlı qeydiyyat yoxur. Laboratoriya kitabında belə qeydlər olur. Trombositlərin aşağı olmasını izah edə bilmər. Xəstə açılışla daxil olubsa, onu əməliyyat etməlidirlər, buna icazələri var. Doğum Evində üç USM həkimi olmuş, Leyla xanım da ora daxildir. USM həkimi çağırışda olmalıdır və gəlməlidir. Şəfəq həkim ona demişdir ki, xəstə əlində USM müayinəsinin kağızı ilə birbaşa daxil olub xəstəxanaya. Daxili qanaxmada laxtalanmış və duru qan olmalıdır. İkinci əməliyyat zamanı cüzi laxta qan olmuşdur. Qarın boşluğu serroz maye ilə dolu olmuşdur. Böyrək işləmədiyindən və böyrək qanı süzmədiyindən qarın boşluğu serroz maye ilə dolmuşdur. Leyla həkim Doğum evinin deyil, xəstəxananın həkimidir. Leyla həkimdə olan USM aparatı şəxsən özünə məxsus aparatdır. O, Sahilə Əsədovanın qohumlarına şəxsən pul verməmişdir. Şəfəq həkimin təşəbbüsü ilə, həkimlər tərəfindən pul yığılmış, yığılan 7000 (yeddi min) manat pul Şəfəq həkim tərəfindən Sahilənin yaxınlarına verilmişdir. Həmin məbləğ Sahilə Əsədovanın yaxınlarının maddi imkanı olmadığından yas mərasimini vermək üçün yardım məqsədi ilə verilmişdir. Şəfəq həkim tərəfindən verilən 7000 (yeddi min) manat pulun yığılmasında onun tərəfindən köməklik edilməmişdir. O, Vüsal həkim, Ramiz həkim, Aygün həkim və Şəfəq həkim Sahilənin ailə üzvlərinə başsağlığı vermək üçün getmişlər. Onların yanında Şəfəq həkim heç kimə heç nə verməmişdir. Şəfəq həkim Sahilə Əsədovanın yaxınları ilə 30-40 dəqiqə təklikdə söhbət etmişdir. Belə hadisələr baş verəndə, kollektiv tərəfindən həmişə mərhumun yaxınlarına başsağlığı vermək üçün gedirlər. Məhkəmə iclasında şahid qismində dindirilən “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X49 Doğum evində anestezioloq-reanimatoloq vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, iyirmi beş ildir anestezioloq-reanimatoloq işləyir. xx.xx.2022-ci il tarixdə, səhər saat 05 radələrində Şəfəq həkim ona zəng edərək xəstə daxil olduğunu bildirmişdir. Xəstəxanaya gəlmiş, ona bildirmişlər ki, xəstə çapıq doğma ilə daxil olmuş və əməliyyat stolundadır. Analizlərin olub-olmaması, götürülüb-götürülməməsi barədə soruşduqda, Şəfəq həkim bildirmişdir ki, xəstə on gün öncə analiz vermişdir, analizləri var, yeni analizlər götürülmüşdür, lakin hələ cavab hazır deyil, xəstə təcili əməliyyat olunmalıdır. Odur ki, on gün öncə olunan analizlərə baxmış və baxarkən trombositlərin miqdarının 166 olmasını, zülalın miqdarının 99 olmasını görmüşdür. Yəni analizlər normal olmuşdur. On gün qabaq verilən analizlər keçərli olduğundan heç bir şübhə doğurmamışdır. Sahilə Əsədovanın halı tam normal olmuş, sadəcə adi hal olaraq doğuş sancıları olmuşdur. Sahilə Əsədovanı əməliyyat etmişlər və reanimasiya şöbəsinə köçürmüşlər. Reanimasiya şöbəsində Sahilə Əsədovanın sidiyi az ifraz etdiyini müşahidə edərək, bu barədə Şəfəq həkimə və Teymur həkimə xəbər vermişlər. Müalicə işləri aparılmış və xəstədən normal qaydada sidik ifrazatı olunmuş, vəziyyəti stabilləşmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında xəstə yenə az sidik verməyə və hemoqlobinin miqdarının aşağı düşməyə başlamışdır. Konsilium olunmuş və xəstə az sidik ifraz etdiyindən laparatomiya olunması, yəni ikinci dəfə əməliyyat olunması qərarı verilmişdir. İlk olaraq analizlərə baxarkən, eritrositlərin, trombositlərin, hemoqlobinin göstəricilərinə baxmışlar. Hər bir göstəricilər normasında olmuşdur. Onlar xəstə daxil olarkən ilk olaraq bütün qeyd etdiyi analizləri götürürlər. Sahilə Əsədovanın halında doğuş təcili olmalı idi. Belə ki, açılış olmuş və uşaq götürülməli olmuşdur. Bu səbəbdən on günün analizləri keçərli olmuş və həmin analizlərdə hər şey normal olmuşdur. Ümumiyyətlə, bütün analizlər xəstə daxil olarkən götürülməlidir. Lakin Sahilə təcili əməliyyat olunduğundan analizlərin cavabını gözləməmişlər. Xəstə USM müayinəsi olunmuşdur. Sahilə Əsədova rəhmətə getdikdən sonra Şəfəq həkim Sahilənin çantasından mübadilə kağızını gördüyünü və götürdüyünü bildirmişdir. Onlar həmin mübadilə kağızına baxarkən tamam fərqli göstəricilərin olduğunu görmüşlər. Yəni anemiya, trombositlərin az olması göstərilmişdir. Əgər əməliyyatdan qabaq həmin mübadilə kağızını görmüş olsaydılar, mübadilə kağızında olan göstəricilərə əsasən Sahilə Əsədova mütləq Bakı şəhərinə təxliyyə olunmalı idi. Belə ki, mübadilə kağızında olan göstəricilər tam fərqli olmuşdur. Əməliyyatdan qabaq, əməliyyat zamanı mübadilə kağızını görməmişdir. Əgər xəstədə trombositlərin göstəricisi 115 olursa və daha da göstərici düşürsə, həmin xəstə mütləq ya Bakı şəhərində yerləşən xəstəxanaya təxliyyə olunmalı, ya da, mütləq əməliyyat olunmalıdır. On gün qabaq xəstənin vəziyyəti normal olmuş, o cümlədən trombositlərin göstəriciləri normal olmuşdur. Əməliyyat zamanı ümumi qan analizi və sidik analizi olmuş, sidikdə zülalın miqdarı 99 faiz olmuşdur. Birinci əməliyyatdan sonra Sahilə Əsədovanın vəziyyəti stabil və normal olmuşdur. Xəstə əməliyyatdan sonra reanimasiyaya köçürülmüş, xəstə aktiv olmuş, danışmışdır. Əməliyyatdan sonra xəstənin vəziyəti ilə bağlı reanimatoloq, müalicə həkimi və cərrah məsul vəzifəli şəxslərdir. Xəstə xəstəxanaya daxil olur, əməliyyat olunur, əməliyatdan sonra köçürülür reanimasiya şöbəsinə, xəstənin vəziyyəti tam normal olduqdan sonra xəstə palataya köçürülür. Xəstə daxil olduğu gün analizlər götürülməlidir. Lakin xəstə əməliyyat stolunda olduğundan təcili əməliyyat olunmalı olmuşdur. Labaratoriya təcili analizlərin cavabını verə bilmir, ən azından bir saatdan sonra cavablar verilir. Şəfəq həkim analizləri götürdüyünü, lakin cavabın gec olacağını, ana və uşağın ölə biləcəyini, mütləq əməliyyat olunmalı olduğunu bildirmişdir. Əgər qeysəriyyə ilə birinci doğuş olsaydı, analizlərin cavabını gözləmək olardı. Lakin ikinci əməliyyat, qeysəriyyə üsulu ilə və açıq çapıq doğuşdursa, artıq təhlükəli vəziyyətdir və mütləq əməliyyat olunmalıdır. Mübadilə vərəqəsini tələb etdikdə, Şəfəq həkim bildirmişdir ki, on gün qabq verilmiş analizlərin cavabı var, başqa kağızları yoxdur. Əməliyyatdan sonra reanimasiyada Sahilə Əsədovanın vəziyyəti yaxşı olmuş, bir sutkadan sonra vəziyyəti pisləşməyə başlamışdır. Sahilənin ürək döyüntüsü get-gedə artmış, hemoqlobin düşmüşdür. Konsilium olunmuş və ikinci əməliyyat olunması qərara alınmışdır. Bu hadisə ilə bağlı üç ay sonra ona töhmət verilmişdir. Əməliyyat zamanı tək işləməmiş, orada kollektiv əmək olmuşdur. Vüsal həkim əməliyyat blokunda olub, lakin Sahilə Əsədovanı ikinci dəfə əməliyyat edərkən əməliyyatda iştirak etməmişdir. İkinci əməliyyat Doğum Evində olmuşdur. Sahilə Əsədovanı xəstəxanaya daxil olanda görməmiş, sonuncunu əməliyyat stolunda görmüşdür. Sahilə Əsədova ondan qabaq USM olunmuş, sonradan bilmişdir ki, xəstə Leyla həkimin yaşadığı evə getmiş və həkim onu evində USM müayinəsi etmişdir. Xəstə ilkin olaraq daxil olduqda analiz götürülməlidir, sonra digər işlər. Sahilənin analizlərinin cavabına əsas olaraq regional anesteziyanı seçmişlər, yəni spinal, onurga kanalına iynə vurulmaqla beldən aşağı hissə keyidilir. Bu son zamanlar ən səmərəli və tədbiq olunan anesteziya növüdür. Hansı anesteziya növünün tədbiqi bütün hallarda individual olaraq seçilir. Sahilə Əsədovanın vəziyyəti orta-yüngül olduğundan regional anesteziya növü seçilmişdir. Xəstənin vəziyyəti ağır olanda spinal anesteziya seçilmir. Protokol qaydasında altı saatdan sonra əgər xəstənin durumu yaxsıdırsa, xəstə reanimasiya şöbəsindən palataya köşürülür. 6 saatdan sonra Sahilə Əsədovanın vəziyyəti stabil olmasına baxmayaraq sidik vermədiyinə görə onu palataya köçürməmişlər. Xəstəni müşahidə etdiklərindən reanimasiya şöbəsindən palataya köçürməmişlər. Hemoqlobinin düşməsi nəticəsində xəstənin rəngi saralır və bu tədricən olur. Konsilium, yəni beş dəqiqləik iclasda bütün həkimlər iştirka etmiş, orada Sahilənin sidik vermədiyini demişdir. Bu barədə xəstəlik tarixçəsində qeyd etmişdir. Sahilənin dərisinin rəngində saralma müşahidə etməmişdir. Xəstənin dərisinin rənginin, üzünün rənginin saralması bir saat ərzində ola bilməz. Teymur həkimlə məsləhət etmiş və sidik vermədiyi halda infuzion terapiya edərək, maye vurmuşlar. xx.xx.2022-ci il saat 09:00-dan, xx.xx.2022-ci il saat 09:00-dək növbədə olmuş, növbədən sonra isə iş rejimi qaydasında işdə olmuşdur. Ona demişlər ki, əgər xəstəni o qəbul etmişsə, həmin xəstənin xəstəlik tarixçəsini də o yazmalıdır. Bü səbəbdən də xx.xx.2022-ci il tarixdə xəstəlik tarixçəsini özü yazmışdır. xx.xx.2022-ci il gecə saat 24:00-dək müşahidə etmişdir. xx.xx.2022-ci il tarixdə konsilium olunmuş və konsiliumun təyinatı əsasında müalicə tədbiq olunmuşdur. Sonradan qərar verilmişdir ki, X50 Rayon Diaqnostika Mərkəzinə köçürülsün. Xəstə daxil olarkən mübadilə vərəqi tələb olunur. Başqa rayondan xəstə gəlirsə tələb olunmalıdır. Baxılmalıdır, bilinməlidir ki, nə cür aparılıb müalicə. Birinci əməliyyatdan sonra analizlərin cavabı artıq hazır olduqda hər şey normal olmuşdur. Hər dəfə analizlər götürülmüş, ilkin vəziyyət getgedə pisləşmişdir. Eritrosit qarışır sidiyə və rəngi tünd olur. Qan dövranı pozulursa, böyrək qanla işləyir. Oksigen hava qarışıqlı olmalıdır. Onlarda isə təmiz oksigen olur. Lakin gələcəkdə xəstənin dializ olunmalı ehtimalı olduqda, texniki şərait imkan vermədiyindən xəstə Bərdə Rayon Diaqnostika Mərkəzinə köçürülür. Bütün gördükləri tədbirlərin heç bir xeyri olmamış, laparatomiya olunmalı olmuşdur. Sahilə Əsədovanın ölümündən sonra ona töhmət verilmiş, lakin o verilən töhməti qəbul etməmiş, çünki onun günahı olmamışdır. Sanaviasiya (tibbi təxliyyə xidməti) xidməti Yevlax şəhərindən gəlmişdir. Gələn həkimlər İİİ dərəcəli həkimlər, yəni yüksək səviyyəli həkimlər olmuşlar. Gələn həkimlər bütün göstərişləri, müalicə formasını, hər bir olunacaq və olunmalı müayinələri tövsiyə etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X49 doğum evində mama-ginekoloq vəzifəsində işləyən Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Sahilə Əsədova onun yanına gəlmiş, sonuncunu qeysəriyyə əməliyyatı olunması üçün Tərtər Rayon Mərkəzi Xəstəxanası ASM-nin mama-ginekoloqu Ləman həkim göndərmişdir. Sahilə Əsədovanı müayinədən keçirmiş, analizlər təyin etmiş, sonra isə əməliyyat gününü təyin etmişdir. xx.xx.2022-ci il tarixdə növbədə olmuşdur. Səhər saat 4-5 radələrində Sahilə Əsədovanın döl suyu açılmış, uşaq tərsinə gəlmişdir. Bütün analizlərin götürülməsini bildirərək, Sahilə Əsədovanı əməliyyata götürmüşdür. Əməliyyatdan bir saat sonra anestezioloq bildirmişdir ki, xəstə sidik vermir, xəstədə sidik azdır. Bütün həkimlər səfərbər olmuş, qan, sidik analizləri götürülmüş, uroloq çağırılmışdır. Bakıdan sanaviasiya çağırılmış, lakin böyrəkləri işə salmaq mümkün olmamış, böyrəklər işləməmişdir. USM müayinəsi müəyyən etmişdir ki, qarın boşluğunda maye var. Bütün həkimlər, cərrahlar yığılmış, konsilium olmuşdur. Qərar verilmişdir ki, təkrar əməliyyat olunsun. Sahilə Əsədova xx.xx.2022-ci il tarixdə yenidən əməliyyat olunmuşdur. Xəstəyə drenaj qoyulmuş, lakin xəstə ağır vəziyyətdə olmuşdur. Doğum şöbəsində oksigen balonları havasız olduğundan, eyni zamanda xəstənin dializ olunması ehtimalı olduğundan X11 cərrahiyə mərkəzinə köçürülmüşdür. Yenə də bütün həkimlər orada olmuş, lakin bütün səylərə və cəhdlərə baxmayaraq xx.xx.2022-ci il tarixdə Sahilə Əsədova vəfat etmişdir. xx.xx.2022-ci il tarixdə Sahilə Əsədova onun qəbuluna gələndə adi iş günü olmuş, əməliyyat günü isə növbədə olmuşdur. xx.xx.2022-ci il tarixdə hamiləliyin 36-37-ci həftəsi olmuş, həmin gün əməliyyat mümkün olmamışdır. xx.xx.2022-ci il tarixdə Sahilə Əsədova yanına gəlmiş, analizləri götürülmüşdür. Analizlərin cavabında hemoqlobin-106, trombositlər-166 olmuş, sidikdə zülal olmamışdır. Sahilə Əsədova yanına qayınanası ilə gəlmişdir. Sahilə Əsədovanın əri Zərərçəkmiş şəxs qohumu onun xəstəsi olmuş və Sahilə Əsədovaya onu məsləhət görmüşdür. Bu səbəbdən onu tanıdıqlarına görə onun yanına gəlmişlər. Sahilə Əsədova xx.xx.2022-ci il tarixdə onun yanına gələndə mübadilə vərəqəsini gətirməmişdir. Ona müraciət edən günü Sahilə Əsədovanı bütün müayinələrdən kecirmiş, qan, sidik analizləri, USM müainəsi etdirmişdir. Mübadilə vərəqəsində hamiləliyin 7 aylığında anemiya olması qeyd edilmişdir. Həkim müalicə təyin etmiş və müalicədən sonra analizlərin cavabı tam normal olmuşdur. Sahilə Əsədova 10 gün qabağa, Ləman həkimin yanında olarkən analizləri olmamışdır. Mübadilə vərəqəsi 31-32 həftəsində xəstəyə verilmişdir. Xəstə əməliyyata gələn gecəsi, yəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında döl suyu açılmış, anası evində olduğundan mübadilə vərəqəsini gətirməmişdir. İkinci əməliyyat olanda planlı olur. Xəstədə döl suyu açıldığından xəstəxanaya gəlmişdir. Xəstəni əvvəlcədən USM müayinəsindən və analizlərdən keçirmiş, hər şey normal olmuşdur. Növbədə tək olmuşdur. USM həkimləri çağırışa gəlməli olduqlarından, zəng edib çağırışa çağırırlar. Ona USM müayinəsinin cavabını gətirmişlər ki, xəstə USM müayinəsindən keçmişdir. Lakin harada keçmiş, necə keçmişdir xəbəri olmamışdır. Çünki həmin gün başqa xəstələr də olmuşdur. Xəstə daxil olduqda təyinatını verir, təyinata uyğun da bütün işləri akuşer təşkil edir. Təxminən saat 5-6 radələrinə kimi Sahilə Əsədova bütün prosedurlardan keçmiş, artıq saat 7 radələrində Sahilə Əsədova əməliyyatdan çıxmışdır. Sahilə Əsədovanın ölümündən sonra əmisi və başqa yaxınları yanına gəlmiş, vəziyyətlərinin ağır olduğunu, hətta qənd almağa belə pullarının olmadığını bildirmişlər. Onun kabinetində ondan konkret olaraq maddi kömək istəmişlər. Həkimlər yığışaraq pul toplamış və zərərçəkənin yaxınlarına vermiş, hətta yas mərasimində də iştirak etmişlər. Zərərçəkmişin yaxınlarına 7000 (yeddi min) manat pul yığıb vermişlər. İlk dəfə 4000 (dörd min) manat yığıb vermiş, zərərçəkmiş şəxsin əri Zərərçəkmiş şəxs pulun az olduğunu bildirdiyindən sonradan həkimlərdən əlavə 3000 (üç min) manat da yığıb Zərərçəkmiş şəxs vermişdir. Pulu zərərçəkmişin yaxınlarına öz kabinetində vermişlər. Bir müddət sonra Zərərçəkmiş şəxs yanına gəlmiş, verdikləri pulun az olduğunu, onlara yenə pul lazım olduğunu, pul verməsələr şikayət edəcəyini demişdir. Sonuncuya pulu şikayət etməmək üçün deyil, kömək məqsədi ilə verdiklərini bildirmişdir. Zərərçəkmiş şəxs ona iki ədəd DVD disk göstərərək onun səs yazılarının olduğunu, səslərini yazdığını demişdir. Kiminsə maddi durumu ağır olarsa köməklik edirlər. Sahilə Əsədova ilk dəfə onun yanına təxminən 24 iyun 2022-ci il tarixdə və ya 26 iyun 2022-ci li tarixdə gəlmişdir. Sahilə Əsədova onun yanına gələrkən sonuncudan mübadilə vərəqəsini istəmiş, Sahilə Əsədova mübadilə vərəqəsini gətirmədiyini, gələn dəfə gətirəcəyini bildirmişdir. İlk dəfə gələn gün qanın, sidiyin analizlərini verdirmişdir. Bütün analizlərin cavabı normal olmuş, Sahilə Əsədovanın durumunda heç bir problem olmamışdır. Hemoqlobin-106, trombositlər-166, qanın laxtalanması normal olmuşdur. xx.xx.2022-ci il tarixdə USM etdirmiş və əməliyyatın vaxtını müəyyən etmişdir. xx.xx.2022-ci il tarixdə X38 RMX doğum evində Rahilə həkim USM müayinəsi etmişdir. Döl suyu açılan qadın təcili stasionara qəbul olunur, riskli xəstə sayılmır. Sahilə Əsədova daxil olarkən növbədə olmuş və növbətçi mamaya lazımi göstərişləri vermişdir. Növbətçi mama USM həkiminə zəng vurmuş, həkim gecə olduğunu, maşın olmadığını, gələ bilmədiyini bildirmişdir. Sonradan bilmişdir ki, X51 həkimin evinə getmiş və USM müayinəsi olunmuşdur. USM həkiminin gəlib-gəlməməsini yoxlamaq onun vəzifə borcu deyildir. Xəstəni USM müayinəsi olmadan əməliyyata götürə bilməz. Xəstəni nəzarətdə saxlamaq birbaşa növbətçi həkimin borcudur. 30 dəqiqə ərzində Sahilə Əsədova kardioqramması və USM müayinə kağızı əlində hazır gəlmişdir yanına. Xəstə yuxarı çıxanda, yəni əməliyyat olunmağa çıxanda bilmişdir ki, USM həkimi Leyla xanım xəstəxanaya gəlməmiş və Sahilə Əsədova USM müayinəsindən keçmək üçün Leyla həkimin evinə getmişdir. Baş həkimə bununla bağlı iradını sonradan bildirmişdir. Onun iradı ilə bağlı USM həkiminə töhmət verilmişdir. Sidik analizinin cavabı tez çıxır, lakin qan analizinin cavabı gec çıxdığından xəstəni əməliyyata götürmüşlər. Ümumiyətlə, on gün qabağa götürülən qan anlizlərinin cavabı əməliyyat üçün keçərli olur. Çünki əgər xəstə təcili əməliyyat olunmalıdırsa, suyu açılıbsa, döl köndələn halda olursa bu təhlükəli ola bilər və bu səbəbdən on günün analizləri keçərli olduğundan yeni analizlərin cavabını gözləmədən əməliyyata götürürlər. Sahilə Əsədovanı da bu cür, yəni yeni qan analizlərinin cavabını gözləmədən əməliyyata götürmüşlər. Protokola əsasən əgər xəstənin, yəni doğuşa gələn hamilə qadının əlində on gün ərzində verilmiş qan analizlərinin cavabı varsa, o əməliyata götürülür. Sahilə Əsədovanın əlində on gün ərzində verilən analizlərin cavabı olmuşdur. Sahilə Əsədovanın xx.xx.2022-ci il tarixdə, səhər saatlarında, əməliyyat olunmamışdan əvvəl verdiyi qan anlizinin cavabı günorta saatlarında verilmişdir. Həmin vaxt Sahilə Əsədova artıq əməliyyat olunmuşdur. Qan analizini gec götürdüklərinə görə laborantlar Aygün həkim və Leyla həkim baş həkim tərəfindən cəzalandırılmışlar. Əməliyyatdan sonra Sahilə Əsədova sidik vermədikdə, laborantları yanına çağırmış və hansı səbəbdən qan anlizi götürmədiklərini soruşmuş, laborantlar xəstənin əlində on gün əvvəlin analizlərinin cavabı olduğundan, bundan başqa aparat işləmədiyindən yeni qan analizi götürmədiklərini bildirmişlər. Analizlərin cavabı xəstənin özündə olmuş, o müalicə həkimi olmadığından analizlərin cavabı onda olmamışdır. Xəstə daxil olanda artıq döl suyu getmişdir. Xəstədən mübadilə vərəqəsini tələb etdikdə, Sahilə Əsədova bildirmişdir ki, anası evindən gəlir, mübadilə vərəqəsi qayınanasının evində, yəni yaşadıqları evdə çantasındadır. Sahilə Əsədova rəhmətə gedəndən iki gün sonra mübadilə vərəqəsi mərhumun çantasından çıxmışdır. Sahilə Əsədova xəstəxanaya daxil olanda təcili əməliyyat olunmalı olduğundan təkid edib mübadilə vərəqəsini tələb etməmişdir. Çünki xəstə təcili əməliyyat olunmalı idi. Sahilə Əsədova rəhmətə getdikdən sonra, qayınanası onun əl çantasını gətirmiş və oradan mübadilə vərəqəsi çıxmış, onlar da bunu protokollaşdırmışlar. Sahilə Əsədova xəstəxanaya daxil olanda özü ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının verdiyi qan anlizinin, sidik anlizinin və USM müayinə kağızını gətirmişdir. Sahilə Əsədova hətta birinci dəfə də onun yanına gələndə mübadilə vərəqəsini gətirməmişdir. Preklamsiya orta ağır dərəcədə təzyiqin olması deməkdir. Bunu təzyiqi ölçməklə müəyyən edirlər. Sahilə Əsədovadan hamiləlik dövründə təzyiqinin olubolmaması barədə soruşmuş, sonuncu təzyiqinin olduğunu bildirmişdir. Hamiləliklə əlaqədar təzyiq ola bilər, sidikdə zülalın artıqlığı ilə əlaqədar təzyiq ola bilər, arterial təzyiq ola bilər, ödem-yəni ayaqlarda şişkinlik ola bilər. Sahilə Əsədovanin sidiyində zülal olmamış, ayaqlarında şişkinlik olmamış, üzündə, əllərində şişkinlik olmamış, təzyiqi isə 140-150 civarında olmuşdur. X10 həkim tərəfindən təzyiq dərmanı təyin edildiyini bildirmişdir. Sahilə Əsədova ona ancaq anemiya olmasını demişdir və hərdən bir təzyiqinin olmasını demişdir. Anemiyanın formaları var, yüngul, orta ağır və ağır. Hamilədə yüngül və orta ağır dərəcəli anemiyadırsa qeysəriyyə əməliyyat normal və təhlükəsiz keçir. Ağır dərəcəli anemiyada isə mütləqdir ki, hamilə İİİ dərəcəli ixtisaslaşmış doğum evlərində əməliyyat olusun. Lakin təcililik olursa, suyu açılırsa, artıq əməliyyat olunmalıdır. Sahilədə anemiya yüngül formada olmuşdur. Xəstə daxil olursa müayinədən keçirir, mama-ginekoloq olaraq analizləri təyin edib əməliyyata hazırlayır. Bütün analizlərin cavabını, qan analizini, sidik analizini və müayinə kağızlarını anestezioloqa təqdim edir. Anestezioloq bütün analizlərin cavablarına baxmadan, müayinə kağızlarına, USM müayinəsinə baxmadan anesteziyanın növünü təyin etmir. Teymur həkimlə cərrahiyyə əməliyyatında olmuş, əməliyyatdan çıxandan sonra analizlərə baxmışdır. Analizlərlə anestezioloq-reanimatoloq məşğul olur, lazım olursa onu çağırır. Əməliyyat zamanı analizlərin cavabının anestezioloq-reanimatoloqa təqdim edilməsini görməmişdir. Əməliyyat gedə-gedə heç bir analiz təqdim edilməmişdir. Birinci əməliyyat zamanı əməliyyatda Təqsirləndirilən şəxs, Şahid1, o, tibb bacısı və sanitar bacısı iştirak etmişdir. Sahilə Əsədovaya birinci əməliyyat zamanı spinal anesteziya tətbiq edilmişdir. Əməliyyatdan sonra Sahilə Əsədovanın analizlərinin nəticələrinə baxarkən qan göstəricilərində problemlər olduğunu görmüşdür. 10 gün ərzində hamilə qadının qan göstəricilərində dəyişikliklər olması mümkündür. Sahilə Əsədovanın qan anlizlərində olan dəyişikliklər əməliyyatdan sonra verilən analizlərin cavabı olmuş, əməliyyatdan əvvəllki yox. Qan analizlərində dəyişikliklərin olmasının səbəbini deyə bilmir, bunu ekspert deyə bilər. Əməliyyatdan sonra qanın göstəricilərinin aşağı düşməsi artıq onun günahı deyildir. Trombosit və hemoqlobinin aşağı düşməsi, böyrək çatışmamazlığı, daxili qanaxmadan ola bilər. Əməliyyatdan sonra Sahilə Əsədova reanimasiya şöbəsinə yerləşdirilmiş və orada iki saatdan bir hər bir analizlər yenilənmiş, yeni analizlər, sidik analizi, hamısı götürülmüşdür. İki saatdan bir Sahilə Əsədova USM edilmiş, konsilium olmuşdur. Gülnar həkim, sanaviasiyanın cərrahı, reanimatoloqu orada olmuş, konsilium keçirilmişdir. Xəstə ikinci əməliyyatda endotraxial anesteziya olmuşdur. İkinci əməliyyatda USM müayinə əsasında qarın boşluğunda maye yığıldığından qarın boşluğu açılmışdır. İkinci əməliyyatda Teymur həkim, Eldar həkim, Gülnar həkim və anestezioloq Aygün həkim iştirak etmişlər. O, ikinci əməliyyatda iştirak etməmiş, lakin orada olmuşdur. Orada olmasının səbəbi Sahilə Əsədovanı qəbul etdiyi həkim kimi orada olmuşdur. Sahilə Əsədovanın ölümü ilə bağlı şöbə müdiri Gülnar həkimə, Kəmalə həkimə töhmət, ona isə xəbərdarlıq verilmişdir. Kimin səhv edib-etməməyini, kimin günahının olub-olmamasını deyə bilmir. Konsiliumda iştirak etmiş, lakin Sahilə Əsədovaya anestezioloq-reanimatoloq Şahid1 tərəfindən təyin edilən müalicənin yanlış olub-olmaması barədə heç nə eşitməmişdir. Sahilə Əsədovanın ölümündən iki gün sonra onun təkidi ilə Sahilə Əsədovanın qayınanası onun çantasından mübadilə vərəqəsini çıxarıb vermişdir. Əməliyyat zamanı onun vəzifəsi kömək etməkdən ibarət olmuşdur. Sahilə Əsədovanı əməliyyat edib qurtardıqdan sonra digər qeysəriyyə əməliyyatına girmişlər. Əməliyyatdan iki saat sonra reanimatoloq demişdir ki, Sahilə Əsədova sidiyi az verir. Teymur həkim xəstənin sidik verməsi üçün maye vurulmasını tapşırmışdır. Xəstə sonradan sidik vermiş, lakin sidik az və qanlı olmuşdur. Reanimatoloq xx.xx.2022-ci il tarixə səhər saat 09 radələrində xəstənin sidik vermədiyini bildirmiş, lakin bu haqda heç yerdə qeydiyyat aparmamışdır. Xəstənin vəziyyətinin ağır olması onun rənginin sarı olması, sidik verməməsinin nəticəsi olmuşdur. Sahilə Əsədovanın ölüm səbəbini deyə bilmir. Teymur həkimi növbətçi həkim olaraq əməliyyata o çağırmışdır. Teymur həkim cərrah olaraq Doğum evinə təhkim edilmiş, bu səbəbdən də zəng edib çağırmışdır. Baş həkimə məlumat verilmişdir ki, təkrar qeysəriyyə ilə xəstə daxil olmuşdur. Məsləhət olunmuşdur ki, Teymur həkim cərrah olaraq dəvət olunsun. Əməliyyatdan sonra Sahilə Əsədova onun xəstəsi olduğundan sadəcə xəstəyə nəzarət etmişdir. Reanimasiya şöbəsində xəstə anestezioloq-reanimatoloqun müşahidəsi altında olur, zahılar palatasına keçdikdə isə, mama-ginekoloqun, yəni onun müşahidəsi altında olur. Trombositlərin aşağı olması Sahilə Əsədovanın vəziyyətinin ağırlaşması üçün əsas deyildir. O, Sahilə Əsədovanın vəziyyətinin ağırlaşmasının səbəbini bilmir. İlk olaraq zərərçəkmiş şəxsin yaxınlarına maddi yardım edilməsi məqsədilə pulun yığılması təşəbbüsünü o vermişdir. Pulu günahları olduğu üçün yığıb verməmişlər, sadəcə zərərçəkmişin ailəsinə kömək etmək niyyəti ilə yığıb vermişlər. Ümumilikdə, 7000 (yeddi min) manat pul yığıb vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilən “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X49 Radiologiya şöbəsinin USM həkimi vəzifəsində işləyən Şahid8 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi tanıyır, zərərçəkmiş şəxsin hüquqi varisini sonradan tanımışdır. Bu şəxslərlə heç bir qərəzi və düşmənçiliyi yoxdur. xx.xx.2022-ci il tarixdə, gecə saat 05 radələrində xəstə, yəni X50 rayonu Türkmən kəndinə onun yaşadığı evə gəlmiş, sonuncunu USM müayinəsi etmişdir. Müayinə zamanı döl köndələn vəziyyətdə olmuşdur. Bu xəstənin doğuşa hazır vəziyyətdə olmasıdır. Sahilə Əsədovanı birinci əməliyyatdan sonra yenidən USM müayinəsi etmişdir. İkinci müayinə zamanı Sahilə Əsədovanın qarın boşluğunda maye müşahidə olunmuşdur. Xəstənin daxilində qan və ya maye olmasını USM müayinəsi ilə müəyyən etmək mümkün deyildir. Bunun üçün xəstə KT müayinəsi olmalıdır (kompyüter tomoqrafiyası). Onların işlədikləri Bərdə Rayon Mərkəzi Xəstəxanasında USM həkimlərinin növbəsi olmamış, xəstəni müayinə etmək üçün çağırışla gəlmişlər. Belə bir qayda Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi tərəfindən müəyyən edilmişdir. Türkmən kəndi ilə xəstəxananın arasında olan məsafə avtomobillə altı dəqiqəlik yoldur. Gecə olduğundan və əri başqa ölkədə olduğundan xəstəxanaya çağırışa gedə bilməmişdir. Qonşularında olan taksi sürücüsünə müraciət etmək istəmiş, həmin şəxs evdə olmamışdır. Bəzi hallarda xəstənin yaxınları gələrək onu xəstəxanaya aparır. Sahilə Əsədovanın ailə üzvlərinə onun telefon nömrəsini vermişlər və onlar telefon əlaqəsi yaradaraq yaşadığı evə gəlmişlər. Sahilə Əsədova 10-15 dəqiqə ərzində yanına gəlmiş, müayinə olunaraq getmişdir. Sonuncu xx.xx.2022-ci il saat təxminən 05 radələrində xəstəxanaya daxil olmuşdur. Belə olan halda xəstə və yaxınları üç saat ərzində onun yaşadığı evi axtara bilməzlər. Sahilə Əsədova yaşadığı evə USM müayinəsinə gələrkən yanında 3-4 nəfər yaxınları olmuşdur. Protokola uyğun olaraq əgər hansısa xəstə əməliyyat olunmağa gedirsə, səhhəti ilə əlaqədar şikayətinin olub-olmamasından asılı olmayaraq mütləq formada USM müayinəsindən keçməlidir. Sahilə Əsədovanı ilk dəfə xx.xx.2022-ci il tarixdə əməliyyatdan öncə USM müayinəsi edərkən onun qarın boşluğunda maye olmasını görməmiş, yəni maye olmamışdır. Sahilənin vəziyyəti tam normal olmuşdur. Lakin ikinci dəfə USM müayinəsi edərkən qarın boşluğunda maye olduğunu müşahidə etmişdir. Onun işlətdiyi USM aparatı sertifikatlaşdırılmış, standartlara cavab verən, pototip daşınan USM aparatıdır. İki ildir ki, həmin aparatla işləyir. 14 ildir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasında işləyir. Həmin dövrdə radioloq həkim kimi o, Ülviyyə həkim və Rahilə həkim işləmişlər. İndi isə dörd nəfər çağırışda olur. Bakı şəhəri xaric, bütün rayonlarda USM həkimləri gecə növbəsində olmurlar, çagırışla işləyirlər. Ona kimin tərəfindən zəng olunduğunu deyə bilmir, yadında deyil. Səhərisi gün işdə olarkən, Sahilə Əsədovanın narahat olduğunu bildirmişlər. Doğum evinin reanimasiya şöbəsində Sahilə Əsədovanı daşınar USM aparatı ilə müayinə etmiş və qarın nahiyəsində maye olduğunu görmüşdür. USM müayinəsi edərkən Şəfəq həkim, habelə baş həkim Şahid12 orada olmuşlar. USM müayinəsi zamanı bütün gördükləri barədə həkimlərə tam ətraflı məlumat vermişdir. Ona xx.xx.2022-ci il tarixdə səhər saat 05 radələrində Sahilə Əsədovanın əri Zərərçəkmiş şəxs zəng etmişdir. USM aparatını TƏBİB-nin əməkdaşları yoxlayırlar. Xəstəxanadan kənarda Sahilə Əsədovanı müayinə etməsinin səbəbi, xəstənin gecə saatlarında gəlməsi olmuşdur. Sahilə Əsədova yaşadığı evə gələrkən halı normal olmuşdur. xx.xx.2022-ci il tarixdə çağırışda olmuş, lakin gecə saatları olduğundan gedə bilməmişdir. Evdə xəstə qəbul edib USM müayinəsi etməklə bağlı icazəsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X49 1-ci Reanimasiya şöbəsinin müdiri vəzifəsində işləyən Şahid3 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi tanıyır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Direktorun göstərişi ilə Doğum evinə getməli olmuşdur. Doğum evinin reanimasiya şöbəsində Sahilə Əsədovanın vəziyyətinin ciddi və ağır olduğunu görmüşdür. Xəstənin nəbzi çox az vurmuşdur. Nə baş verdiyini soruşmuş, xəstənin əməliyyat olunduğunu bildirmişlər. Sahilə Əsədovaya suallar vermiş, lakin sonuncu onun suallarına qırıq-qırıq cavab vermiş, huşu yaxşı olmamışdır. Verilən laborator analizlərinə baxaraq təftiş etmiş, belə qənaətə gəlmişdir ki, xəstənin trombositlərinin göstəricisi aşağıdır. Tövsiyə etmişdir ki, Sahilə Əsədovanın qanında olan hemoqlobinin, kreatinin və trombositlərin miqdarı yoxlanılsın. Təcrübə səviyyəsinə uyğun olaraq göstərişlər vermiş, eyni zamanda bildirmişdir ki, sanaviasiyaya (tibbi təxliyyə xidməti) xəbər verilməlidir və xəstə Bakı şəhərinə təxliyyə olunmalıdır. Ona bildirmişlər ki, sanaviasiya xidmətinə xəbər verilmişdir. Sanaviasiyanın həkimləri orada olmuş, Sahilə Əsədovanın durumu ilə bağlı məlumatları olmuş və belə bir fikrə gəlmişlər ki, Sahilə Əsədova intensiv müalicə olunsun. Səhəri günü müdiriyyət tərəfindən ona bir daha göstəriş verilmişdir ki, Doğum evinə getsin və Sahilə Əsədovanın durumu ilə bağlı fikir bildirsin. Doğum evinə getdikdə artıq Sahilə Əsədovaya süni nəfəs aparatı qoşulduğunu görmüşdür. Ona məlum olmuşdur ki, Sahilə Əsədova laparatomiya olunub və onun qarın boşluğuna baxılıb. Bir daha bildirmişdir ki, xəstənin durumunun ağır olmasına baxmayaraq Bakı şəhərinə daha ixtisaslaşmış klinikaya təxliyyə olunmalıdır. Ona Respublika Klinik X7 adlı həkimin və Sumqayıt Mərkəzi Xəstəxanasının Doğum Şöbəsinin anestezioloq-reanimatoloqu Elnur həkimin nömrəsini vermişlər. Telefon vasitəsilə danışıb xəstəyə olunacaq müalicə və təyinatı məsləhətləşmiş, qan, plazma köçürülməsi məsləhət olunmuşdur. Sonra isə bir daha sanaviasiya xidmətinin həkimləri ilə məsləhətləşərək qərara gəlmişlər ki, xəstəni daha intensiv nəzarətdə saxlamaq məqsədi ilə Bərdə Rayon Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə köçürsünlər. Sanaviasiya xidmətinin həkimləri özləri Sahilə Əsədovanı sünu nəfəs aparatına qoşulu vəziyyətdə təxliyyə edərək Bərdə Rayon Diaqnostika Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirmişlər. Sahilə Əsədovanı ağır vəziyyətdə qəbul edib intensiv terapiya etmişlər. Razılaşdırılmış formada protokola uyğun, həm də mərkəzlə məsləhətləşərək qan, plazma komponentləri köçürülmüşdür. Dərman preparatları təyin olunmuş, çünki xəstədə artıq hemoliz prosesi baş vermişdir (qırmızı qan hüceyrələrinin parçalanması prosesi). Bu hal hamilə qadınlarda doğuşdan sonra müşahidə olunur. Bu səbəbdən xəstə doqquz ay müddətində müşahidə olunmalıdır. Soruşduqda ki, xəstə ilə bağlı hər hansı bir məlumat varmı, ona bildirmişlər ki, xəstə Tərtər rayon sakinidir və onunla bağlı heç bir məlumat yoxdur. Bilinmir ki, Tərtər rayonunda ginekoloji kontrol olunub-olunmayıb. Bütün reanimasion tədbirlərə rəğmən xəstə süni aparatda olmasına baxmayaraq vəfat etmişdir. Gedişata baxaraq belə bir qənaətə gəlmişdir ki, həkimlər bacardıqlarını etmişlər. Teymur həkim bir cərrah olaraq bacardığını və bildiyni tam yerinə yetirmişdir. Özünün fikri olmuşdur ki, xəstə laparatomiya olunmalıdır və olunaraq öz təsdiqini tapmışdır ki, Sahilə Əsədovada daxili qanaxma olmamışdır. Sahilə Əsədovanı birinci əməliyyatdan sonra tanımışdır. O, Doğum evinə xəstənin durumuna baxmağa direktorun göstərişi ilə getmişdir. Analizlərə baxmış, həkimlərə suallarını vermiş, onalardan aldığı məlumatlara əsasən və analizlərdə olan qeyri-normal göstəricilərə əsasən, onlara uyğun olaraq təyinat verib müalicəni bildirmişdir. Orada olarkən ona bildirmişlər ki, analizləri vermişlər və cavabları gözləyirlər. Xəstə xəstəxanaya daxil olanda onunla ümumi həkimlər məşğul olur. Həmin gün xəstəni qəbul edən şəxs, məsul vəzifəli şəxs sayılır. Birinci analizlərə baxandan sonra və mənzərəni gördükdə, analizlərin təkrar olunmasını bildirmişdir. İlkin analizləri görsə də xatırlamır. İcbari tibbi sığorta mərkəzinə məlumat vermiş, ona tövsiyə olunmuşdur ki, sanaviasiyanın həkimi Tural həkimlə məsləhətləşsin. Tural həkimlə zəngləşib məsləhətləşmiş və hansı dərmanın hansı dozada köçürülməsi məsləhət olunmuşdur. O, konsiliumda iştirak etməmişdir. Xəstəyə trombosit kütlə və albumin təyin etmişdir. Belə ki, xəstədə hemoliz prosesi (qanda trombositlərin parcalanması) baş vermişdir. Əgər xəstəni gedib gördüyü halda olmuş olsaydı, spinal anesteziya etməzdi. Birinci dəfə gedərkən xəstədə qanaxma müəyyən etməmişdir. Reanimatoloq ilk öncə xəstənin huşunun özündə olub-olmamasını müəyyən edir. Xəstə əməliyyatdan çıxandan sonra qanaxma olarsa birinci 2 saatda qanaxma öz əlamətlərini bildirməlidir. Birinci dəfə gələndə ilk analizlərə baxarkən onda belə bir sual yaranmışdır ki, bu xəstənin qanla bağlı problemi olub-olmayıb. Çünki qan göstəriciləri aşağı olmuşdur. Elə hallar olur ki, xəstənin durumu dərhal onun əməliyyat olunmasını tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilən “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X49 Cərrahiyyə Mərkəzinin cərrahiyyə şöbəsində cərrah həkim vəzifəsində işləyən Şahid11 ifadəsində göstərdi ki, Doğum evinə ancaq əməliyyatla bağlı gedə bilər. Sahilə Əsədova ikinci dəfə əməliyyat olunanda ona müdiriyyət tərəfindən göstəriş verilmişdir ki, Doğum evunə getsin və əməliyyatda asisent kimi iştirak etsin. Əməliyyatdan bir gün sonra həmin xəstə, yəni X50 Rayon Diaqnostika Mərkəzinə köçürüləndə ikinci dəfə onu orada görmüşdür. X26 aktiv müalicə işində və ya birinci əməliyyatında iştirak etməmişdir. O gələndə həkimlər artıq konsilium keçirmişlər və xəstə USM müayinəsi olunmuşdur. Xəstə sidik verməmiş və qarın boşluğunda dinamikada artan maye müşahidə olunmuşdur. Mayenin artması səbəbindən və bunun daxili qanaxma olması ehtimalı olduğundan laparatomiya, yəni ikinci dəfə əməliyyat olunması qərara alınmışdır. Əməliyyat zamanı Sahilə Əsədovanın qarın boşluğunda 1-1,5 litrə yaxın serroz maye olduğu müəyyən olunmuşdur. Əməlliyatdan sonra maye xəstələrdə zülal çatışmazlığı nəticəsində və digər çatışmazlıqlar olduqda əmələ gəlir. Eyni zamanda əməliyyat olunan nahiyələrdən sızmalar olur ki, buna da serroz maye deyilir. Elə hallar olur ki, həmin serroz mayedə qan çoxluq təşkil edir, öd qarışıqlığı üstünlük təşkil edə bilir, elə hallar da olur ki, serroz komponentin çoxluğunu təşkil edir. Xəstədə konkret qanaxma mənbəyi olmamış, əməliyyat sahəsində heç bir açıq və bağlanılmamış damar olmamışdır. Əməliyyat zamanı Sahilə Əsədovanın qarın boşluğunda və eyni zamanda qarın boşluğuna axacaq qanaxma halı aşkar edilməmişdir. X27 durumunda DVS sindromu, yəni damardaxili tromblaşma, qanın laxtalanması sindromu olmuşdur. Bu halda qan hüçeyrələri parçalanır, zülal damarlardan çölə axır və serroz maye halında ifraz olunur. Sahilə Əsədovanın ümumi vəziyyətinə yanaşmada, yəni vəziyyətinin qiymətləndirilməsi, onda DVS sindromu və Help sindromu olması qərara alınmışdır. Bu isə hamilə qadınlarda olur və ola biləcək bir haldır. Mayenin miqdarı artarsa həmin maye sovrularaq təmizlənməli və tomponaj olunmalıdır. Bu halda yara açıq olmalı, ora tibbi tampon qoyulmalı, həmin tampon vasitəsi ilə maye çölə axmalıdır. Planlı əməliyyat olunacaq xəstələrdə müayinə paketi deyilən bir hal var, hansı ki, nədən analiz verilməli, xəstədə nələr və hansı sahədə yoxlanılmalı, USM, kardioloji müayinə, geniş laborator müayinə, sidik analizi, ümumiyyətlə əməliyyat qabağı hazırlıq proseduru olur. Bu, xəstədə hər hansı patoloğiyanın olub-olmamasını müəyyən edir. Lakin təcili xəstələrdə, yəni təcili əməliyyat olunmalı olan xəstələrdə isə, ən vacib sayılan və ən əhəmiyyətli olan analizlər və müayinələr edilir. Hər hansı bir gecikmə xəstənin ölümünə səbəb ola bilər. O, xəstənin köhnə analizlərinə baxaraq xəstədə trombositlərin aşağı olmasını, sidiyi az verməsini müəyyən etmiş, Sahilə Əsədovanın durumunda HELP sindromunun olması qənaətinə gəlmişdir. Hər bir çatışmazlığın öz kriteriyaları olur. Bu çatışmazlıqlar xəstənin durumunda hansı sinromun olmasını müəyən edir. Sahilə Əsədovanın durumunda qarın boşluğunda mayenin olması, damarların kövrək olması, əməliyyatdan sonra qarın boşluğunu bağlayarkən əzələlərin kövrək olması, tikiş vurulmasının mümkün olmaması, onun əməliyyat nahiyəsinin tamponaj (tamponlar qoyulmaqla daxildə olan mayenin xaricə ifraz olunması üçün tibbi üsulu) olması, həmin xəstədə HELP sindromunun olmasına dəlalət edir. İkinci əməliyyatda operator qismində cərrah Təqsirləndirilən şəxs, asisent olaraq o, mama-ginekoloq Gülnar Sərifzadə və anestezioloq Şahid5 iştirak etmişlər. Sahilə Əsədovanın durumu diqqət mərkəzində olduğundan digər həkimlərdə orada olmuşlar. Konkret olaraq ikinci əməliyyatda hansı anestezioloqun olmasını dəqiq deyə bilmir. Çünki həmin dövrdə Aygün həkim diaqnostik mərkəzdə işləməsinə baxmayaraq oda əməliyyatda olmuşdur. İkinci əməliyyatda Doğum evində olmuşdur. Əgər hər hansı bir əməliyyatdan sonra qarın boşluğunda 50-100 qram maye müşahidə olunarsa, daxili qanaxma ehtimalı ilə həmin xəstə dərhal təkrar əməliyyat olunmalıdır. Qeysəriyyə əməlyyatlarında mayenin yığılması gözlənilməyən haldır. Sahilə Əsədovanın durumunda isə dinamikada mayenin artması, onun ikinci dəfə əməliyyat olunması üçün əsasdır. Səbəb isə mayeni çəkmək, tamponaj etməkdir. Xəstədə daxildə qanaxma olmamış, daxildə serroz maye olmuşdur. Eritrositlərin parçalanması nəticəsində qarın boşluğuna serroz maye yığılmışdır. Drenaj olmadığı halda daxildə olan mayenin nədən ibarət olduğunu, yəni qanaxma olmasını və ya serroz maye olmasını müəyyən etmək mümkün olmadığından təkrar əməliyyat olunub mayenin sovrulması və mayenin tərkibinin müəyyən edilməsi lazım olmuşdur. Birinci əməliyyat zamanı heç bir texniki səhvə və qüsura yol verilməmişdir. Hamilələrdə HELP sindromu olur və hamilə qadınlarda fiziloji dəyişklikər baş verməsi mümkündür. Yəni belə halın olması hamilə qadınlarda ola bilir. Doğuş faktının özü qadın orqanizmində ciddi dəyişliklərə gətirib çıxara bilər. Hamilə qadınlar patologiyaya meyilli olurlar. Cərrah olaraq ikinci dəfə əməliyyatda olarkən birinci əməliyyat zamanı hər hansı texniki qüsur görməmişdir. Qarın boşluğuna mayenin yığılması müxtəlif səbəblərdən baş verə bilər. Baxımsızlıqdan böyrəkdən qan gələ bilməz. Əməliyyatdan sonra xəstəyə nəzarəti müalicə həkimi, reanimatoloq və cərrah həyata keçirməlidir. Cərrah tövsiyələr verilir, yekun olaraq anestezioloq-reanimatoloq məsuliyyət daşıyır. Mayenin yığılmaması üçün yeganə vasitə drenaj üsülu ola bilər. Drenaj olmuş olsaydı, həmin drenaj vasitəsi ilə maye xaricə ifraz olunardı. Onda həkim onun nədən ibarət olduğunu, tərkibini müəyyən edər və müvafiq tədbirləri görərdi. Oradan qanda gələ bilər, serroz mayedə gələ bilər, öd qarışıqlı mayedə gələ bilər. Hər əməliyyatda drenaj qoyulmur. Drenaj protokola uyğun olaraq qoyulur. Qeysəriyyə əməliyyatı zamanı drenajdan o hallarda istifadə olunur ki, əməliyyat qanlı olur, həkim qanaxmadan ehtiyat edir və drenaj qoyur. Sahilə Əsədovanın ikinci əməliyyatdan sonra yara nahiyəsinin açıq olması səbəbi, hemoliz olması, güclü qanaxmaya meyillilik olması olmuşdur. İkinci əməliyyatdan sonra yara infeksiyaya meyilli olur, bu səbəbdən yara tam bağlanmır. Həmin yara özü qapanır. Qapanma müddəti müxtəlif olur, baxır yaraya, onun nahiyəsinə. Drenajların çıxarılmaması səbəbi, xəstə ölərsə, həmin tamponlar çıxarılmır. Belə ki, meyit məhkəmə tibbi ekspertizaya gedərsə, orada xəstənin halı və vəziyyəti görünməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X49 direktor müavini vəzifəsində işləyən həkim cərrah Şahid26 ifadəsində göstərdi ki, həmin vaxt eşitmişdir ki, Doğum evində ağır xəstə var. O da bir həkim olaraq, cərrah kimi məsləhət görülmüşdür ki, gedib xəstəyə baxsın. Doğum Evinə getmiş, məlum olmuşdur ki, xəstə dünən əməliyyat olunmuş, vəziyyəti pisləşdiyindən tədbirlər görülmüşdür. Orada olarkən Teymur həkim, X39 Tibbi Yardım şöbəsinin həkimləri cərrah Bəxtiyar həkim və reanimatoloq Tural həkimdə orada olmuşlar. Xəstəyə baxılmış, ümumi məlumatlara əsasən xəstədə yüksək qan təzyiqi olmuşdur. Həmin dövrdə xəstədə qan təzyiqi 140-150 olmuşdur. Belə bir fikir irəli sürülmüşdür ki, xəstədə daxili qanaxma var, lakin daxili qanaxma olduğu halda qan təzyiqi yuxarı olmalı deyil, əksinə aşağı düşməlidir. Məlum olmuşdur ki, xəstədə böyrək problemi var, sidik ifrazı azdır, trombositlər çox aşağıdır. Xəstəyə həmin dövrdə qan və plazmalar köçürülmüsdür. Lakin qan və plazma köçürülməsinə baxmayaraq xəstənin ümumi durumunda normallaşma müşahidə olunmamışdır. Təzyiqin qalxması böyrəklə əlaqədar olan bir haldır, həmin xəstədə daxili qanaxma ola bilməz. Səhərisi gün saat 10-11 radələrində direktor ona zəng edərək, həmin xəstənin vəziyyətinin daha da pisləşməsini bildirərək, xəstənin onların korpusuna köçürülməsini məsləhət görmüşdür. Dərhal reanimasiya şöbəsinə məlumat vermişdir ki, hazırlıqlar görülsün. Xəstə intubasiya aparatına qoşulmuş halda X39 Tibbi yardım şöbəsi əməkdaşlarının köməyi ilə Bərdə Rayon Diaqnostik Mərkəzin reanimasiya şöbəsinə köçürülmüşdür. Səhəri gün axşam saatlarında növbətçi həkim ona zəng edərək xəstənin vəfat etdiyini bildirmişdir. Dərhal Bərdə Rayon Diaqnostik Mərkəzinə gələrək Bərdə Rayon Prokurorluğuna məlumat vermişdir. Daha sonra isə xəstənin yaxınlarına məlumat verilibverilməməsi barədə soruşmuş, məlumat verilmədiyindən özü xəstənin ərinə, anasına və yaxınlarına bu haqda məlumat vermişdir. Prokurorluğun əməkdaşları ilə xəstənin əri arasında olan razılığa əsasən Sahilə Əsədovanın meyiti onun ərinə təhvil verilmişdir. Xəstə iki dəfə əməliyyat olunmuşdur. İkinci əməliyyata gərək olub-olmaması barədə heç nə deyə bilmir. Xəstə Bərdə Rayon Diaqnostik Mərkəzinə köçürülərkən intubasiya aparatına qoşulmuşdur. Onun fikrincə Sahilə Əsədovanın ölümünün səbəbi preklamsiya, yəni böyrək çatışmazlığı olmuşdur. Bu hamilə qadınlarda olur, böyrək sidik ifraz etmir. Əgər xəstə əməliyyatdan öncə ətraflı müayinə olunarsa hər hansı bir çatışmamazlıq və onun səbəbi bilinə bilər. Ona məlumat verilmişdir ki, xəstə ağırdır, tənəffüsü pozulub, təzyiqi düşməyə başlayıb, süni nəfəs aparatına qoşulub və artıq xəstədə DVS sindromu başlayıb, yəni damardaxili qanın laxtalanması sindromu vardır. DVS sindromu zamanı, yəni damardaxili qanın laxtalanması sindromu zamanı əgər xəstənin damarına iynə vurularsa, qan yerinə qana bənzər maye gəlir və bu halda Hemoliz prosesi baş verir. Yəni qan hüceyrələrinin parçalanması prosesi baş verir və həmin halda belə xəstələr istənilən vaxt ölə bilər. Hemoliz prosesi hamiləlik dövründə böyrəyin disfunksiyası nəticəsində baş verir. X14 köçürülməsinin səbəbi, xəstəyə daha intensiv kömək göstərlməsi üçün edilmişdir. O, xəstənin ilkin dövrünü görməmişdir. Bərdə Rayon Diaqnostika Mərkəzində xəstəni reanimatoloq qəbul etmişdir. Ağır xəstə kimi Sahilə Əsədovanın ürəyinin, böyrəyinin və qara ciyərinin fəaliyyətinin yaxşılaşdırılması üçün bütün lazımi tədbirlər görülmüşdür. Onlara daxil olduqdan 30 saat sonra Sahilə Əsədova vəfat etmişdir. Sahilə Əsədova orqanizmində geriyə dönməz proseslər baş verməsi səbəbindən vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X49 ASM-də (ailə sağlamlıq mərkəzi) həkim mama-ginekoloq işləyən X28 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs X13 birinci hamiləliyi dövründə həkimi olmuşdur. Sonuncu ikinci hamiləlik dövrü ərzində üç dəfə onun yanında olmuşdur. Sahilə Əsədova ilkin olaraq ikinci hamiləlik dövrünün 10-11-ci həftəsində, 2021-ci ilin dekabr ayında yanına gəlmiş, daha sonra 5 ay yanına gəlməmişdir. Sahilə Əsədova növbəti dəfə 06 iyun və 22 iyun 2022-ci il tarixlərdə müayinə üçün yanına gəlmişdir. Sonuncunu müayinə etmiş və müəyyən etmişdir ki, alt təzyiqi artıqdır, trombositlər nisbi azdır, qan azlığı vardır. Bunların hamısını mübadilə vərəqəsinə qeyd edərək xəstəyə izah etmişdir ki, mubadilə vərəqəsinin məqsədi nədir və nədən ibarətdir. Yəni doğuşdan qabaq hansı həkim doğuşu qəbul edərsə, mübadilə vərəqəsini həmin həkimə təqdim edilməlidir və həkim həmin mübadilə vərəqəsinin əsasında hərəkətlər etməlidir. 22 iyun 2022-ci il tarixdə Sahilə Əsədova onun yanında olmuşdur. 26 iyun 2022-ci ildə xəstənin durumu ilə maraqlanmaq üçün onunla telefon əlaqəsi yaratmış, ona bildirmişlər ki, narahat olmasın, Bərdə Rayon Mərkəzi Xəstəxanasında tanıdıqları həkim var, ona müraciət etmişlər. Bundan sonra Sahilə Əsədova ilə əlaqə saxlamamışdır. Sahilə Əsədovanın vəfat etdiyini eşitmişdir. Sahilə Əsədovanın vəziyyəti ağırlaşanda bilmişdir ki, vəziyyəti ağırdır və Bərdə Rayon Mərkəzi Xəstəxanasında yatır. Hamilə qadın həkim müşahidəsi altında olduqda həkimin yanına yeddi gəlişi olmalıdır. İndi isə daha yeddi deyil, on gəliş nəzərdə tutulur. Sahilə Əsədovadan bu müddət ərzində niyə yoxlanmaq üçün gəlmədiyini soruşmuş, sonuncunun qayınanası Bakı şəhərində olduqlarını bildirmişdir. Bakı şəhərində olarkən həkim müayinəsinə gedib-getmədkilərini soruşmuş, Sahilə Əsədova getmədiklərini demişdir. Ancaq sonralar mərhumun əri ilə telefonla danışanda belə başa düşmüşdür ki, Sahilə Əsədova Bakı şəhərində olmamışdır. Sahilə Əsədovanın xəstəxanada olduğunu biləndə onun əri ilə əlaqə saxlamışdır. xx.xx.2022-ci il tarixdə Sahilə Əsədova onun yanında olarkən sonuncunun mübadilə vərəqəsinə təzyiqin qalxmasını (sidikdə zülal yox idi), trombositlərin aşağı olmasını-115 (150-100 arası sayılır birinci dərəcəli trombositopeniya), anemiya olmasını-88, yəni qan azlığının olmasını qeyd etmişdir. Bunları analizlərin nəticələri əsasında mübadilə vərəqəsinə köçürmüşdür. Təzyiqin artmasını özü müəyyən etmiş, lakin digər göstəricilər analizlərin nəticəsində qeyd edilmişdir. Mübadilə vərəqəsi həkimə təqdim etmək üçündür. Bütün göstəricilər həkimə xəstənin hansı vəziyyətdə olmasını bildirir. X40 izah etmişdir ki, hansı həkimə müraciət etsə mütləq mübadilə vərəqəsini həkimin qarşısına qoysun. Mübadilə vərəqəsi həkimə təqdim ediləndən sonra həkim doğuşu necə aparmasını müəyyən edir, bir növ plan qurur. Trombositlərin sayının aşağı miqdarının 100 olması həkimlərə rahatlıqla işlərini görməsiniə, yəni doğuşu həyata keçirməsiniə imkan verir. 100-dən aşağı olması atıq riskli olur. Sahilə Əsədovanın ərinin mübadilə vərəqəsindən xəbəri olmamış, lakin qayınanasının xəbəri olmuşdur. Axırıncı dəfə Sahilə Əsədova onun yanında olanda anası və qayınanası ilə gəlmiş və onların hər ikisinin mübadilə vərəqəsindən xəbəri və məlumatları olmuşdur. Doğuşa gələn xəstə, əgər həkimin yanına gəlirsə, mübadilə vərəqəsində nə yazılıb-yazılmamasından asılı olmayaraq mütləq şəkildə həkim tərəfindən yenidən analizlər verilməsi təşkil edilməlidir. Xəstədən analizlər son dəfə xx.xx.2022-ci ildə götürülmüşdür. Əgər onun qəbuluna xəstə mübadilə vərəqəsi ilə gəlirsə o, mütləq yenidən müayinə edir və analizlərə yönəldir. Bu hal bütün xəstəxanalarda belədir. Sahilə Əsədovanın hamiləliyi yüngül riskli hamiləlik olmuşdur. Mama-ginekoloq əvvəlcədən bütün analizləri götürür, analizlərin əsasında doğuş planını, əməliyyatı necə edəcəyini müəyyən edir. Mübadilə vərəqəsinin olub-olmamasından asılı olmayaraq xəstə həkimin qəbuluna doğuşla bağlı gəlirsə, mütləq müayinə olunmalı və təkrar analizlər götürülməlidir. Trombositlərin göstəriciləri 150-100 arası olarsa spinal anesteziya oluna bilər. Bu tip xəstələr yüngül riskli xəstələrdir. Trombositlərin göstəriciləri 70-dən aşağı olarsa, tamam başqa anesteziya növü seçilməlidir. Bu cür xəstələr yüksək riskli xəstələr sayılır. Əməliyyat günü anesteziya analizlərin nəticəsi əsasında müəyyən olunmalıdır. İlkin məsuliyyət növbətçi mama-ginekoloqun üzərinə düşür. Növbətçi mamaginekoloq xəstəni analizlərə göndərir, analizlərin nəticəsinə əsasən xəstənin vəziyyəti təhlil olunur. Analizlərə əsasən kompleks formada anesteziloq, mama-ginekoloq və cərrah bilrikdə məsuliyyət daşıyırlar. Sahilə Əsədovanın yaxınları ilə əlaqə saxladıqda ona demişlər ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasında Şəfəq həkim ailənin yaxın həkimidir, onun qəbuluna və yanına gedirlər. Sahilə Əsədovanın birinci hamiləliyini doqquz ay, yəni doğuşa qədər o ambulator müşahidə etmişdir. Sonuncu 2021-ci ilin dekabr ayında yanına gələndə heç bir problemi olmamış, trombositlərin sayı 146 olmuşdur. Bu barədə mübadilə vərəqəsində qeydiyyat aparmış, hətta altından xətt çəkərək bunu nəzərlərində saxlamalarını da tapşırmışdır. xx.xx.2022 ci il tarixdə ona Şəfəq həkim barədə heç nə deməmişlər. Zəng vuraraq xəstənin özünün və ailəsinin hansı fikrə gəldiyini və nə edəcəklərini öyrənmişdir. Xəstənin vəziyyətini nəzərə alaraq ona məsləhət görmüşdür ki, İİİ dərəcəli xəstəxanada, ya Gəncə şəhəri, ya da Bakı şəhərində ixtisaslaşmış xəstəxanaya müraciət etsinlər. Bərdə Rayon Mərkəzi Xəstəxanası İİ dərəcəli xəstəxanadır, həmin xəstəxana da ixtisaslaşmış xəstəxanadır. İkinci qeysəriyyə əməliyyatı olduğundan əməliyyatın vaxtı müəyyən olunur. Bu əməliyyat planlı əməliyyat olur. Həkim təyinat verir, həmin gün də əməliyyat olunur. Birinci qeysəriyyə əməliyyatı hamiləliyin tam 39-cu həftəsində, ikinci qeysəriyyə əməliyyatı isə hamiləliyin tam 38-ci həftəsində, yəni konkret olaraq gün təyin olunur. Hamilə qadın əgər başqa həkimin yanına gedirsə mübadilə vərəqəsi mütləq şəkildə tələb olunmalıdır. Mübadilə vərəqəsini mama-ginekoloq tələb etməlidir. Mübadilə vərəqəsi xəstənin özündə qalır və anket kart əsasında yazılır. Mamaginekoloq mübadilə vərəqəsini tələb edir, onunla tanış olur, özündə müvafiq qeydlər edir, analizlər təyin edir, sonra qaytarır xəstənin özünə. Protokola əsasən 140/90 təzyiq sayılmır. Sahilə Əsədovaya təzyiqlə bağlı müalicə təyin etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X49 doğum şöbəsində mama vəzifəsində işləyən Şahid27 ifadəsində göstərdi ki, 35 ildir Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum evində qəbul şöbəsində həkim mama işləyir. Onun işi ondan ibarətdir ki, hamilə qadın, yəni xəstə doğum şöbəsinə daxil olur, qeydiyyatdan keçir və gəlir qəbul şöbəsinə. Qəbul şöbəsində o, növbətçi həkimi çağırır, növbətçi həkim gələrək xəstəni müşahidə edir, qeydlər aparır və onlara xəstəni qəbul edibetməmələrini tapşırır. Tərəfindən anket məlumatları doldurulur və qəbul edilib-edilməməsi barədə qeydlər aparılır. Sahilə Əsədova adi xəstələr kimi doğum şöbəsinə daxil olmuşdur. Bu barədə növbətçi həkimə məlumat vermiş, növbətçi həkim xəstəyə baxaraq USM müayinəsi lazım olduğunu bildirmiş, bununla da onun işi bitmişdir. Sahilə Əsədova xəstəxanaya daxil olan gün növbətçi həkim Şahid2 olmuşdur. Doğuşu idarə etmək onun vəzifə səlahiyyətlərinə daxil deyildir. Doğuşu həkim, mamalar və akuşerkalar idarə edir. Həmin günü USM müayinəsi ilə bağlı Leyla həkim çağırışda olmuşdur. Leyla həkim gəlib Sahilə Əsədovanı USM müayinəsi etmədiyindən, sonuncunu Leyla həkimin evinə aparmışlar. Xəstə səhər saatlarında xəstəxanaya daxil olmuşdur. X33 həkimin evinə neçə saata gedib-gəldiyini bilmir. Xəstə Tərtər rayon sakini olmuşdur. Xəstə digər rayondan gəlirsə, özündə analizləri olur, mübadilə vərəqəsi olur. Bu halda mübadilə vərəqəsini xəstədən alaraq anketin arxasına tikirlər. Bütün bunlara baxmayaraq, xəstə daxil olursa yenidən analizlər, USM, kardioloq müayinəsi olunur. Sahilə Əsədova USM müayinədən qayıtdıqdan sonra qan analizləri götürülmüş, kardioloji müayinə olunmuşdur. Şəfəq həkimin analizlərin götürülməsi ilə bağlı göstəriş verib-verməməsi yadında deyil. Növbətçilik cədvəlini baş mama tərtib edir. Növbətçi həkim növbədə olmalıdır. Xəstəni götürən günü onun axırıncı iş günü olmuşdur. Həmin gün evə getmiş və 3 gündən sonra işə çıxanda Sahilə Əsədovanın öldüyünü öyrənmişdir. Sahilə Əsədova xəstəxanaya daxil olanda tam normal halda olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X49 direktoru vəzifəsində işləyən Şahid12 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi tanıyır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Sahilə Əsədova xəstəxanaya daxil olan gün orada olmamış, əməliyyatdan bir gün sonra ağır xəstə kimi ona məlumat verilmişdir. Şəxsən xəstənin yanına getmiş, xəstənin hansı halda olması, hansı müalicələrin və nə kimi tədbirlətin görülüb-görülməməsi ilə maraqlanmışdır. Bununla bağlı sanaviasiyanın həkimləri də dəvət olunmuş, Bakı şəhərindən həkimlərlə əlaqələr yaradılmışdır. Komanda şəklində xəstənin üzərində çalışmışlar. Sonradan xəstənin vəziyyətində olan ağırlaşma ilə bağlı, hansı ki, USM müayinəsi zamanı müəyyən olmuşdur ki, qarın boşluğunda maye yığılıb, mayenin miqdarının artmasına baxmayaraq, xəstədə albumin azlığının olması, sidik verməməsi, xəstənin qarın boşluğunun açılması qərarı qəbul olunmuşdur. Sonradan drenajın olunmaması səbəbindən laparotomiya olunmuşdur. Yəni təkrar qarın boşluğunun açılması əməliyyatı olmuşdur. Xəstənin durumu ağırlaşdıqda dializ olunması ehtimalı ilə X50 MDM cərrahiyə mərkəzinə köçürülmüşdür. xx.xx.2022-ci il tarixdə gecə saatlarında Sahilə Əsədovanın vəziyyəti ağırlaşmış, bütün həkim personalı, sanaviasiyanın həkimləri, cərrahların orada olmasına və bütün yardımların edilməsinə baxmayaraq Sahilə Əsədova vəfat etmişdir. Axşam gələndə xəstənin yaxınları orada olmuş, şəxsən özü xəstənin yaxınları ilə danışmış, xəstənin durumu barədə məlumat verəndə, “Tərtər Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in direktoru Sərxan həkimdə orada olmuş, birlikdə xəstənin vəziyyətinin ağırlığı barədə məlumat vermişlər. Bir müddət sonra Sahilə Əsədovanın vəziyyəti yaxşılaşmış, hətta sidik verməyə başlamış və hemodializ olunmasına ehtiyac olmamışdır. Lakin axşama doğru xəstənin durumu tam ağırlaşmış və axşam saatlarında vəfat etmişdir. Özü də xəstəxanaya gəlmiş, Sahilə Əsədovanın əri və müstəntiqlə onun iş otağında görüşmüşlər. İzah olunmuşdur ki, meyit təşrih olunmalıdır və bunun üçün morqa aparılmalıdır. Lakin onun təklifi Sahilə Əsədovanın əri tərəfindən aqressiv qarşılanmışdır. Hətta göstəriş vermişdir ki, mərhumun ərinə xalat verib reanimasiya şöbəsinə qaldırsınlar ki, Sahilə Əsədovanın meyitini görsün. Sahilə Əsədovanın əri bildirmişdir ki, meyit təşrih oluna bilməz. Həmin vaxtı aşağıda, bayırda çoxlu sayda polis əməkdaşları olmuşdur. Xəstənin yaxın qohumları da orada olmuşlar. Sahilə Əsədovanın yaxınlarının birmənalı etirazı ilə xəstə təşrih olunmamışdır. O, məsələnin şöbə daxili müzakirəsini keçirmişdir. Həmin vaxt meyitin müayinə və təşrihinə yaxınları icazə verməmiş, hətta X53 avtomobili X3pısından çıxarkən Sahilə Əsədovanın qohumları, yaxınları avtomobilin qarşısı kəsmiş, yolu bağlamışlar. X12 meyitini morqa yönləndirmək, meyiti təşrih etmək və ölüm səbəbini aydınlaşdırmaq olmuşdur. Sahilə Əsədovanın ölüm səbəbi, xəstənin əməliyyatdan sonrakı halı- preklamsiya, yəni böyrək çatışmazlığı və Help sindromu, yəni trombositlərin aşağı düşməsi olmuşdur. Xəstədə preklamsiya sindromu olmuş, ona bu diaqnoz əvvəllər də qoyulmuş, lakin həkimlər bunu dəyərləndirməmişlər. Sahilə Əsədovanın durumu barədə əməliyyatın sabahısı gün, yəni xx.xx.2022-ci il tarixdə saat 11 radələrində bilmiş, onlara həmin vaxt məlumat vermişlər. Əməliyyatdan sonra bir sutka ərzində xəstənin narahatçılığı barədə ona heç kim məlumat verməmişdir. Doğum şöbəsinin müdir əvəzi Gülnar həkim ona zəng edərək belə bir xəstənin olmasını, preklamsiya və Help sindromu ilə əməliyyat olunduğunu, ona da məlumat verilmədiyni bildirmişdir. Gülnar həkim əməliyyatdan sonra cərrah Təqsirləndirilən şəxsla telefonla əlaqə saxladığını və Sahilə Əsədovanın durumunu soruşduğunu, sonuncunun xəstənin sidik vermədiyini dediyini bildirmişdir. Bu da heç kimə məruzə olunmamışdır. Hətta daxili araşdırma zamanı da Kəmalə həkimə, Şəfəq həkimə xəstənin durumu barədə kimə məlumat verildiyini soruşmuş, onun sualına cavab verə bilməmişlər. Adətən xəstə reanimasiya şöbəsindən altı saatdan sonra palataya köçürülür. Xəstə altı saatdan artıq reanimasiyada qalıbsa deməli xəstənin durumu yaxşı olmamışdır. Bir sutka ərzində nə etdiklərini, hansı müalicələr, hansı tədbirlər görmələrini soruşmuş, məsul şəxslər onun suallarına cavab verə bilməmişlər. Bu sualları reanimatoloq Kəmalə həkimə, müalicə həkimi Şəfəq həkimə və doğum evinin müdir əvəzi Gülnar həkimə vermişdir. Gülnar həkimin özünə də bu barədə məlumat verilməmişdir. İki dəfə araşdırma olmuşdur. Birinci dəfə doğum evində şöbə daxili araşdırma olmuş, lakin həmin araşdırma ilə razılaşmamışdır. Sonradan ümumi araşdırma olmuş və hamısı protokollaşdırılaraq rəsmiləşdirilmişdir. Hər iki araşdırma Sahilə Əsədovanın ölümündən sonra aparılmışdır. Növbətçilik onlarda qrafik əsasında tərtib olunur. Həmin vaxt bütün növbətçi həkimlər yerində olmuşlar. Növbədə ancaq mama-ginekoloq olur, cərrah çağırılaraq gəlir və əməliyyat olunmalıdırsa əməliyyat edir. Bu hadisədən sonra preklamsiya ilə ağır formada səkkiz xəstə daxil olmuş, hamısı intensiv müşahidə altında əməliyyat olunmuşdur, vəziyyətləri isə yaxşıdır. Doğuşla bağlı əməliyyatların hamısına rəhbərliyi Təqsirləndirilən şəxs etmiş, doxsan faiz hallarda isə əməliyyatları Teymur həkim şəxsən özü icra etmişdir. Sahilə Əsədovanın ölümündə kimin günahının olmasını deyə bilmir. Sahilə Əsədovanın ölümü ilə bağlı anesteziloq-reanimatoloq Kəmalə həkimə töhmət, doğum evinin müdiri əvəzi Gülnar həkimə və mama-ginekoloq Şəfəq həkimə isə xəbərdarlıq elan etmişdir. Şəfəq həkimə xəbərdarlıq etmişdir ona görə ki, Sahilə Əsədova reanimasiyada olarkən onun durumu və vəziyyəti ilə bağlı məsuliyyəti birbaşa anestezioloq-reanimatoloq daşıyır. Xəstə ağır olmuş, lakin Şəfəq həkim məlumat verməmişdir. Şəfəq həkim səhlənkarlıq edərək xəstənin durumu ilə maraqlanmamışdır. Əgər analizlər təcili tələb olunursa, “SİTO” deyilən bir şey var, yəni təcili analizlərin cavablandırılması. Məsələ analizlərin cavabında yox, məsələ əməliyyatdan sonra Sahilə Əsədovanın baxımsız qalmasıdır. Onlar həkimi işdən kənarlaşdıra bilər, ancaq TƏBİB-in razılığı ilə kənarlaşdıra bilərlər. Bunun üçündə çox ciddi kriteriyalar qoyulmuşdur. İnzibati xəta haqqında tədbir görməyə səlahiyyəti vardır. Xəstəxanada daxili araşdırılmalar aparılmış, bütün hallar protokollaşdırılmış və protokollar həm TƏBİB, həm də yuxarı rəhbərliyə göndərilmişdir. Vəzifə borcu olaraq bütün hallarla bağlı məlumat vermişdir. Apardığı araşdırma zamanı verdiyi suallar, aldığı cavablar və gördüyü tədbirlər barədə tam şəkildə məlumat vermişdir. Şəfəq həkim tərəfindən mübadilə vərəqəsinin tələb olunmaması, xəstənin təzyiqinin yuxarı olması, sidikdə zülalın yüksək olmasına baxmayaraq xəstənin təqib olunmaması kimi halların baş verməsi nətcəsində belə bir hal baş vermişdir. Zamanında bütün bunlar məruzə olunsaydı, qarşısı alına bilərdi, tədbirlər görülə bilərdi. Sahilə Əsədova xəstəxanada olarkən onunla danışmış, söhbət etmişdir. Sahilə Əsədova həmişə baş ağrısından şikayətlənmiş, sidiyə getməkdə problemləri olmuşdur. Mədəsinin üstündə son vaxtlar ağrıları olmuşdur. Bu preklamsiyanın əlamətlərindən biridir ki, o da Sahilə Əsədovada olmuşdur. Sahilə Əsədovada trombositlərin sayının 74 olması onun ciddi xəstə olması deməkdir. Trombositlərin sayında 10 gün ərzində dəyişkənlik mümkündür. Trombositlərin sayı 74 olan bir xəstə spinal anestezi ola bilməz, ümumi anesteziya olunmalıdır. Həkimin evinə xəstənin getməsi anormal haldır. Buna etirazını bildirmiş, bu halları aradan qaldırmışdır. Şəfəq həkimdən soruşduqda, sonuncu Sahilə Əsədovanın USM həkimi olaraq ancaq Leyla həkim tərəfindən müayinə olunmaq istədiyini bildirdiyini demişdir. Səfəq həkimə iradını bildirmişdir ki, xəstəni Leyla həkimin evinə göndərməli deyil, Leyla həkim özü gəlib xəstəni yerində müayinə etməli idi. Gülnar həkim xəstəni görənə qədər ona heç bir tədbir görülməmişdir. Doğum evinin müdiri Gülnar həkim xəstənin durumuna nəzarət etməli idi. Teymur həkim öz işini yüksək səviyyədə görmüş və Sahilə Əsədovanı əməliyyatdan sonra tam qüsursuz anestezioloq-reanimatoloqa təhvil vermişdir. Teymur həkimin Sahilə Əsədovanın əməliyyatında və ya durumunun pisləşməsində günahı olmuş olsaydı, Teymur həkim də müəsissə daxili araşdırma zamanı cəzasını alardı. Birinci əməliyyat zamanı Sahilə Əsədovanın qarın boşluğunda qanaxma olmamışdır. Əgər qanaxma baş vermiş olsaydı xəstə mütləq şəkildə histrektomiya olunmalı idi, yəni uşaqlığın götürülməsi. Bununla da əməliyyat bitmiş olardı. Lakin serroz maye Sahilə Əsədovanın tək qarın boşluğunda deyil, serroz maye onun sinuslarında da olmuşdur. Xəstənin qanının düşməsi, qanaxmanın nəticəsi olmamış, xəstədə hemoliz prossesinin baş verməsi deməkdir. Qanın tərkibində olan qan hüceyrələrinin parçalanması mayenin artmasına səbəb olur, qanın müdafiəsi azalır. Bununla bağlı Teymur həkimin heç bir məsuliyyəti yoxdur. Teymur həkimin səhvi həkimlərə inanmasıdır. Sonuncu bir cərrah olaraq sadəcə nəzarət etməli, yarasına baxmalı idi. Sahilə Əsədovanın sidik verməməsi ilk vaxtdan onun diqqətini cəlb etmişdir. Əməliyyatdan bir saat sonra zəng edərək soruşmuş, Kəmalə həkim ona bildirmişdir ki, Sahilə Əsədova sidik vermir. O da protokol əsasında təcili maye köçürülməsini və korreksiya edilməsini, yəni maye itkisinin bərpa edilməsini demişdir. Bir neçə saat sonra xəstənin 300 qram sidik verdiyini ona bildirmişlər. Saat 17-18 radələrində Şəfəq həkim ona bildirmişdir ki, narahat olmasın, Sahilə Əsədovanın vəziyəti yaxşıdır, halı özündədir, söhbət edirlər. Bundan sonra tam əmin olmuşdur ki, Sahilənin durumu yaxşıdır. Preklamsiyanın əsası bədəndə zülalın itməsi fonunda baş verir. Bakı şəhərində olan həkimlərlə də məsləhətləşmə aparılmış və qərar verilmişdir ki, xəstə diaqnostik laparatomiya olunsun, yəni xırda bir kəsiklə drenaj olunsun, qandırsa histrektomiya olunar, yəni uşaqlıq götürülər. Yox qan deyilsə, seroz mayedirsə drenlənər və maye axar. Həqiqətən də laporotomiya olunmuş və həmin drendən serroz maye axmışdır. Sahilə Əsədovanın ölümünə səbəb preklamsiya və Help sindromu olmuşdur. Səbəb qanaxma deyil, trombositlərin parçalanması idi. Spinal anestezi preklamsiyaya səbəb ola bilər. Teymur həkim istənilən ağır əməliyyata cəlb olunur. Digər həkimlərin ginekoloji təcrübəsi yoxdur. Teymur həkim isə yetərincə təcrübəsi olan cərrahdır. Eksqumasiya zamanı orqanlarda, uşaqlıqda laxta qanın olması normaldır. Meyit parçalanarsa hər bir halda qan laxtası olmalıdır. Eksqumasiya zamanı çürüməyə məruz qalan meyitdə qan laxtası olmalıdır. Zərərçəkmişin yaxınlarına pul verilməsi ilə bağlı məlumatı yoxdur. Şəfəq həkim demişdir ki, maddi köməklik etmək lazımdır. Onlar yas mərasimində olarkən zərərçəkmişin yaxınları ölümün səbəblərini açmağa çalışmışlar. Həmin vaxt onların kimin günahkar olubolmamasının müzakirəsinə gəlmədiklərini, başsağlığı verməyə gəldiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X49 Laboratoriya şöbəsinin laborantı işləyən Şahid23 ifadəsində göstərdi ki, “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X49 laboratoriya şöbəsinin feldşer-laborantı işləyir. xx.xx.2022-ci il tarixdə növbədə olmuş, səhər saatlarında xəstə gəldiyindən onu doğum evinin qəbul şöbəsindən Arzu həkim çağırmışdır. Gedərək xəstədən qan və sidik analizi götürüb laboratoriya şöbəsində Leyla həkimə təhvil vermişdir. Analizlərin cavabı ən uzağı bir saata hazır olur. Götürdüyü qanla ümumi qan analizi və hepatit yoxlanılır. Növbədə olan həkimin göstərişi ilə qan nümunələrini əməliyyatdan öncə götürmüşdür. Həmin günü növbədə Şəfəq həkim olmuşdur. Analizlərin cavabına baxmır, sadəcə aparıb təhvil verir. Analizlərin cavabını gətirəndə və qəbul şöbəsinə təhvil verəndə Sahilə Əsədova hələ əməliyyat olunmamışdı. Sahilə Əsədovanın ölümü ilə bağlı ona töhmət verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X49 Laboratoriya şöbəsinin laborant həkimi vəzifəsində işləyən Şahid21 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə feldşer-laborant Leyla ilə növbədə olmuşdur. Laborantlar qəbul şöbəsində olmuş və həkim təyinatı ilə analizləri götürmüşlər. Səhər saat 04-05 radələrində laborant Leyla analizləri ona gətirmişdir. O da təyinatı üzrə qan analizlərini müəyyən etmiş, qeydiyyat kitabına işləmiş və laborant Leyla vasitəsi ilə həkimə göndərmişdir. Leyla iki analiz, yəni qan analizi və sidik analizi gətirmişdir. Həkimin təyinatı üzrə işləyirlər, analizator həmin vaxt bağlı olmuş, onlar analizləri əl ilə işləmişlər. Hemoqlobinin miqdarı, qanın laxtalanma müddətini müəyyən etmişlər. Laxtalanma laborant tərəfindən yerində müəyyən olunur. Qalan analizlər, yəni hepatit və herpes laboratoriya şəraitində müəyyən edilir. Bir saat ərzində qanin analizi müəyyən edilir, hazırlanır və qəbul şöbəsinə göndərilir. Analizin cavablarını Leyla özü qəbul şöbəsinə aparıb verir. Bir saatın içində analizlər müəyyən olunur, ondan gec olması mümkün deyildir. Xəstə əməliyyata hazırlanarkən, xəstənin hansı analizləri, hansı formada və nəyi müəyyən etmək lazım olduğu onlara deyilir, onu hazırlayırlar. Bir saat ərzində Sahilə Əsədovanın analizlərinin cavabı hazır olmuşdur. Şəfəq həkim onlara analizlərlə bağlı təyinat vermiş, ümumi analizin götürülməsini, hemoqlobinin, qan qrupunun, hepatitin, HİV və sidik analizinin lazım olduğunu, bu kimi göstəricilərin müəyən edilməsini bildirmişdir. Şəfəq həkim Sahilənin bir həftə qabağa trombositlərinin analizinin cavabının olduğunu, həmin analizlərə ehtiyac olmadığını bildirmişdir. Sahilənin trombositlərinin səviyyəsini o yoxlamamışdır. Əməliyyat başlayana qədər analizlərin cavabı tam hazır olmuşdur. Həkim əməliyyat saatını təxmin edir, yəni analizlərin cavabının hazır olacaq vaxtını hesablayır, onlar da həmin müddətə, yəni bir saat ərzində analizlərin cavabını hazır edib təhvil verirlər. Hemoanalizator aparatı işləmədiyindən hemoqlobinin miqdarını əl vasitəsi ilə müəyyən etmişdir. Əgər aparat işləmirsə trombositləri müəyyən etmək üçün qanı götürürlər, onlara X53 maşını ayrılır, qan nümünəsini göndərirlər X15, orada trombositlərin miqdarı müəyən edilir və cavab onlara qaytarılır. Şəfəq həkim Sahilə Əsədovanın qanının tərkibində trombositlərin miqdarının müəyyən edilməsi ilə bağlı ona heç bir təyinat və ya göstəriş verməmişdir. Digər günlərdə növbədə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in Laboratoriya şöbəsinin müdiri vəzifəsində işləyən Şahid15 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə gecə növbəsi zamanı mərhum Sahilə Əsədova yaxınları tərəfindən doğum evinə gətirilmişdir. Həmin gecə laboratoriya şöbəsində həkim Şahid21, laborant isə Şahid23 olmuşdur. Saat 0900-da işə gələndə növbətçi həkim və laborant ona gecə olan bütün hallar barədə məlumat verirlər. Həmin gün həkim və laborant elə bir ağır halın baş vermədiyini bildirmiş və növbəni təhvil verib getmişlər. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə xəstəxananın doğum şöbəsindən iki dəfə sidik analizi gətirilmişdir. Birinci dəfə sidik analizi yararsız olduğundan təkrar gətirilmişdir. İkinci nümünə gətiriləndə həmin sidik analizində zülal çoxluğu müşahidə olunmuşdur. Onlar də bunu qeyd edib analizin cavabını doğum evinə göndərmişlər. xx.xx.2022-ci il tarixdə isə Sahilə Əsədovanın qan analizləri doğum evindən gətirilmişdir. Qanın biokimyəvi analizini etmək lazım olmuşdur. Sahilə Əsədovadan götürülmüş qan nümünələrində, qanın faizini, qanda şəkərin miqdarını, qan qrupunu, hepatitin olub-olmamasını müəyyən etmişlər. Növbətçi həkimin göndərişində hansı analizlərin lazım olduğu qeyd edir, laborant həmin göndərişi gətirir, onlar göndərişə uyğun analiz edərək analizin cavabını növbətçi həkimə qaytarırlar. Göndərişdə nə yazılırsa, həmin analizlər müəyyən olunur və qaytarılır. Ümumi qan analizatorunda reaktiv maye olmadığından işləməmişdir. Həmin aparatda, hemoanalizatorda 21 qan göstəricisi müəyyən olunur-trombositlər, leykositlər, eritrositlər, yəni qanın geniş formada analizi müəyyən edilir. X4 geniş formada analizini etməmişlər. Onlara nə deyiblər onu da müayinə edib vermişlər. Əməliyyatdan öncə hansı analizin mütləq və vacib olub-olmamasını həkim müəyyən edir. Həkim hansı göstərişi verirsə, onu da edirlər. Sahilə Əsədova xəstəxanaya daxil olan gün o növbədə olmamışdır. Bütün olanlar kitaba qeyd olunur və həmin kitabda Sahilə Əsədovanın da adı olmuşdur. Qan və sidik analizləri olmuş, lakin hemoqram olmamışdır. Məhz hemoqram yazılmamışdır. Hemoqram geniş bir analizdir. Orada 21 parametr, göstərici vardır. Leykositlərin yoxlanılması, eritrositlərin, trombositlərin miqdarı və digər göstəricilər hemoqramma müayinəsində müəyyən edilir. Aparatın işləməməsi ilə bağlı müdriyyətə məlumat verilmiş, reaktiv maye Bakı şəhərindən gətirildiyindən gözləməli olmuşlar. Sahilə Əsədovanın analizlərində hepatit, siflis və digər analizlər müəyyən olunmuşdur. Aparat işləməsə belə bu kimi göstəriciləri müəyyən etmək olur. Sahilə Əsədovanın yaxınları, qohumları xəstəxanaya gələrək yas mərasimi keçirməyə imkanlarının olmadığını, onlara köməklik göstərilməsini bildirmişlər. O, 1000 manat pulu verməsi üçün Şəfəq həkimə vermişdir. Sahilə Əsədovanın qan göstəricilərində əvvəlki analizlərlə müqaisədə qanın faizi aşağı düşmüşdür. Qanda hemoqlobonin miqdarı ilk dəfə 100, sonra isə 80, daha sonra isə 70 olmuşdur. Trombositlərin miqdarı normadan aşağı olmuş, hər dəfə qan anlizləri götürərkən də trombositlərin miqdarı aşağı düşmüşdür. Mayelər vurulan xəstələrdə göstəricilərin düşməsi mümkündür. O, klinisist olmadığından qan göstəricilərinin nəyə görə aşağı düşdüyünü deyə bilmir. Həkimlərin cəzalandırılması barədə eşitmiş, səbəbinin məsuliyyətsizlik olduğunu bilmişdir. Bəzən xəstə gələrkən xəstənin əlində bir neçə gün öncə alınmış analizlərin cavabı olur. Bu səbəbdən təkrar analizlərə bəzən ehtiyac duyulmur. Ona sonradan bildirmişlər ki, Sahilə Əsədovanın özündə xx.xx.2022-ci il tarixdə olan analizlərin cavabı olmuşdur. Xəstənin həyat tərzindən, halından, yeməyindən, hərəkətindən asılı olaraq qanın tərkibi, faiz dərəcəsi dəyişə bilər. Sidik analizinə gəldikdə mikrohemotoriya olmuş, yəni sidikdə qan hüceyrələrinin miqdarı az olmuşdur. Bu mikroskopla görünür. Normalda sidiyin rəngi açıq sarı (samanı) olmalıdır. Əgər sidyin rəngi tünd sarıdırsa, demək sidiyin tərkibi artıq dəyişmişdir. xx.xx.2023-cü il tarixdə Sahilə Əsədovanın sidik nümunəsi birinci dəfə gətiriləndə qara rəngdə olmuşdur. Sidik torbadan gətirilmiş, qanlı sidik olmuşdur. Həmin formada olan sidiyi analiz etmək mümkün olmur, orada heç nə görünmür, ancaq qan gorünür. İkinci nümunə artıq sarı rəngdə olmuşdur. İkinci sidik nümunəsi katetordan götürülmüşdür. Əməliyyatdan sonra qanlı sidiyin olması normaldır, doğuşdan sonra da bu mümkündür. Birinci sidik analizi ilə ikinci sidik analizinin arasında 30-40 dəqiqə vaxt olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in Laboratoriya şöbəsində laborant vəzifəsində işləyən Şahid20 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Aybəniz həkimlə bilrikdə növbədə olmuşdur. Aybəniz həkim ona analiz etmək üçün Doğum evindən nümunələr gətirmək lazım olduğunu bildirmiş, o da Sahilə Əsədovadan qan nümunələrini gətirib laboratoriyaya vermişdir. Reanimasiya şöbəsinin palatasından Sahilə Əsədovanın qan analizini götürüb Aybəniz həkimə vermişdir. Həmin qan nümunəsindən qanın biokimyəvi analizi, ümumi analizi və laxtalalanması müəyyən edilmişdir. Əgər xəstə şöbədə olursa, onlar özləri gedərək qan analizlərini götürürlər. Əgər xəstə ambulator xəstədirsə, xəstə özü analizləri gətirib verir. Sahilə Əsədovadan qan nümunəsini saat təxminən 16 radələrində götürmüş, həmin vaxt Sahilənin huşu özündə olmuşdur. xx.xx.2022-ci il tarixdə hemoanalizator aparatı işləmişdir. xx.xx.2022-ci il tarixli göndəriş vərəqəsində qanın hemoqramması olmuşdur. Laborantlar hemoqramma aparatı ilə işləmirlər. X26 yas mərasimi ilə əlaqədar olaraq yığılan puldan onun xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in Laboratoriya şöbəsində laborant vəzifəsində işləyən Şahid19 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə gecə növbətçi laborant kimi növbədə olmuşdur. Doğum evindən zəng gəlmişdir ki, Sahilə Əsədovadan qan nümünələri götürmək lazımdır. Şifahi olaraq göstəriş verilmişdir ki, qan müayinəsi olunsun və qanın biokimyəvi tərkibi, qanda zülalın miqdarı, qanda şəkərin olması, ümumi qan analizi, laxtalanma, qan qrupu müəyyən edilməlidir. Göstərişdə qanın hemoqramma analizi də olmuşdur. O, gedib qan nümunələrini gətirərək Aygün həkimə vermişdir ki, analiz etsin. Sahilə Əsədovadan qan nümunələri, sidik nümunələri götürmüş, qanın biokimyəvi analizlərini, qanın laxtalanması dərəcəsini, sidiyin tərkibini müəyyən etmişlər. Həmin gün həkim Şəlalə Dadaşova növbədə olmuş, lakin Sahilə Əsədovanın analizlərini Şahid15 özü müəyyən etmişdir. Özü gecə növbəsində olmuş, gecə ərzində Sahilə Əsədovandan bir dəfə qan, bir dəfə sidik nümunələri götürmüşdür. Sahilə Əsədovadan qan nümunələrini xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 24-01 radələri götürmüşdür. Sahilə Əsədovadan qan nümunələri götürəndə sonuncu aparata qoşulmuş halda olmuşdur. xx.xx.2022-ci il tarixdə hemoanalizator işləmişdir. Qanın hemoqram analizi 60 dəqiqəyə hazır olur. Sahilə Əsədovanın durumu narahat olduğundan hamının diqqət nəzərində olmuşdur. Yas mərasiminə pul yığılmasından onun heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in Doğum evinin Reanimasiya şöbəsinin böyük tibb bacısı vəzifəsində işləyən X16 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 09 radələrində işə gəlmiş, ona palatanın tibb bacısı məlumat vermişdir ki, gecə xəstələri olmuşdur. Sahilə Əsədova əməliyyat olunmuş və iki saata yaxındır ki, sidik vermir. Analizlərin götürülübgötürülməməsi ilə maraqlanmış, ona analizlərin götürüldüyünü bildirmişlər. Həkimlərin təyinat verməsi ilə maraqlanmış, ona həkimlər tərəfindən təyinat verildiyini bildirmişlər. Onun vəzifəsi palatada tibb bacılarının həkimlər tərəfindən verilən göstərişlərin yerinə yetirilib-yetirilməməsinə nəzarət etmək, təyinat verilmiş dərmanların vaxtında tibb bacıları tərəfindən xəstələrə verilməsinə nəzarət etməkdən, ümumilikdə palata tibb bacılarının öz işlərini yerinə yetirməsinə nəzarət etməkdən ibarətdir. Xəstəxanada növbədə olmur, onun işi növbədə olan tibb baçılarının işinə nəzarət etmək işin təşkilini nəzarətdə saxlamaqdan ibarətdir. Hər gün səhər saat 09:00-da işə gəlir, saat 16:00-da iş vaxtı qurtarır, lakin saat 17:00-dək xəstəxanada olub sonra evə gedir. Həkimlər orada olmuş, nəyisə məlumat verməyə ehtiyac olmamışdır. Həkimlər nə təyinat vermişlərsə, onlar da onu icra etmişlər. Sahilə Əsədovanı ilk dəfə əməliyyatdan iki saat sonra görmüşdür. xx.xx.2022-ci il tarixdə səhər saatlarında işə gələndə Sahilə Əsədovanın halı yaxşı olmuş, huşu aydın olmuşdur. Yeganə problem xəstənin sidik verməməsi olmuşdur. Xəstənin sidik verməməsi ilkin olaraq böyrək çatmamazlığından olur. Xəstə adətən əməliyyat olunduqdan sonra reanimasiya şöbəsində altı saat qalır. Sahilə Əsədova xx.xx.2022-ci il tarixdə axşam saatlarında bir daha əməliyyat olunmuşdur. xx.xx.2022-ci il tarixdə Sahilə Əsədova əməliyyat olunduqdan sonra palataya qayıtmamışdır. Xəstəyə albumin lazım olduğundan və xəstəxanada albumin qurtardığından, Bərdə Rayon Diaqnostika Mərkəzinə albumin gətirmək üçün getmişdir. Albumin-plazma qan əvəz edicisidir. Təyinatı anestezioloq Şahid1 vermişdir. Ümumiyyətlə, bütün həkimlər orada olmuş, bütün məsləhətləşmələrin sonunda reanimatoloqla tam razılaşmışlar və son təyinatı reanimatoloq vermişdir. Xəstənin halı normal olarsa, müalicə həkimi təyinata müdaxilə etmir, bütün təyinatları ancaq reanimatoloq verir. Lakin xəstənin vəziyyəti ağır olarsa müalicə həkimi daim orada olur. İki saatdan bir Sahilə Əsədovadan həm sidik, həm qan analizini götürüb laboratoriyaya göndərmişlər. Analizlərin cavabı gələn kimi isə dərhal cavabları həkimə vermişlər. İlk altı saatda Sahilə Əsədovanın müayinəsini, təyinatını Şahid1 tək aparmışdır. Albumin preparatının dozasının düzgün verilib-verilməməsi ilə bağlı heç bir məlumatı yoxdur. Xəstəlik tarixçəsində qeydləri növbətçi tibb bacıları və həkim reanimatoloq aparır. Əgər xəstə reanimasiya şöbəsinin palatasında yatırsa, həmin xəstənin xəstəlik tarixçəsinə müalicə həkimi qeydlər yaza bilməz. xx.xx.2022-ci il tarixdə Sahilə Əsədovanın halında qeyri-adi bir dəyişillik görməmiş, lakin xx.xx.2022-ci il tarixdə işə gələndə Sahiləni fərqli halda görmüş, xəstənin rəngi saralmışdır. Həkimlər orada olduğundan bu barədə kiməsə məlumat vermək lazım olmamışdır. Sahilə Əsədovanın qan göstəriciləri aşağı düşmüş və bu səbəbdən xəstəyə sürətli albumin vurulmuşdur. Xəstəyə 10 ədəddən çox albumin kütləsi vurulmuşdur. Xəstəxanada albumin qurtardığından Bərdə Rayon Diaqnostika Mərkəzinə albumin gətirmək üçün getmiş, qayıdarkən artıq X35 Rayon Diaqnostika Mərkəzinə köçürüldüyünü görmüş, özü də Bərdə Rayon Diaqnostika Mərkəzinə getmişdir. Sahilə Əsədovanın ölümü ilə bağlı ianə məqsədi ilə pul yığıldığını bilmiş, lakin o pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in X2 şöbəsinin laborant həkimi vəzifəsində işləyən Şahid18 ifadəsində göstərdi ki, vəzifəsi ondan ibarətdir ki, nümunələr şöbələrdən onlara gətirlir, onlar həmin nümunələri analiz edib şöbələrə qaytarırlar. Nümunələri onlara şöbənin işçiləri gətirirlər. Yəni özləri gedib nümunələr götürmürlər. Sahilə Əsədovanı şəxsən görməmişdir. xx.xx.2022-ci il tarixdə qan nümunəsi hemoanalizatorda analiz olunmuş, qanın tərkibində hemoqlobinin miqdarı normadan aşağı olmuş, eritrositlər isə yüksək olmuşdur. Eşitdiyinə görə X50 Rayon Diaqnostika Mərkəzinə ağır vəziyyətdə daxil olmuşdur. Yamən həkim onlara nümunələri tez analiz etmələrini, analiz olunduqdan sonra xəstənin dializ olunacağını bildirmişdir. Onlar da qan nümunələrini analiz edib, yəni qanın ümumi analizini, sidik analizini edib cavabları vermişlər. X42 bir dəfə nümunələr götürmüşlər, leykositlər yüksək olmuş, hemoqlobin normadan aşağı olmuşdur. Sahilə Əsədovanın əməliyyat olunmasından xəbəri olmamışdır. Onların şöbənin xəstələrini görmək ixtiyarları yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in X2 şöbəsinin laborant həkimi vəzifəsində işləyən Şahid17 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə işdə olarkən labaratoriyaya analiz edilməsi üçün qan nümunələri gətirilmişdir. Qan nümunələri reanimasiya şöbəsindən daxil olmuşdur. Ümumiyyətlə, onlar analiz üçün gedib qan nümunələri götürmürlər, qan nümunələri onlara şöbələrdən gətirilir. Onlar da analiz edib cavablarını həmin şöbələrə qaytarırlar. xx.xx.2022-ci il tarixdə qanın biokimyəvi tərkibinin müəyyən edilməsi üçün Sahilə Əsədovanın qan numunələri daxil olmuşdur. Sonuncunun qanının tərkibində trombositlərin miqdarı və kreatin aşağı olmuşdur. İkinci dəfə xx.xx.2022-ci il tarixdə qan nümunələri labaratoriyaya daxil olmuş, həmin gün analizlər müəyən edilərkən kriatin daha da aşağı olmuş, qanın tərkibində zülal çox olmuşdur. Reanimasiya şöbəsində olan xəstələr ağır xəstələr hesab olunduğundan onların analizlərinin cavabını tez verirlər. Sahilə Əsədovanın qan göstəricilərində qan azlığı olmuş, trombositlərin sayı aşağı olmuşdur. Sahilədən iki dəfə qan nümunələri götürülmüş, birinci dəfə xx.xx.2022-ci ildə tək qan nümunələri, ikinci dəfə isə xx.xx.2022-ci il tarixdə həm qan nümunələri, həm də sidik nümunələri götrülmüşdür. xx.xx.2022-ci il tarixdə götürülən sidik nümunələrində sidiyin tərkibində zülal çox olmuş, çünki, böyrəyin funksiyası pozulanda sidikdə zülal çox olur. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X19” PHŞ-in tibbi eksperti işləyən X6 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X19” PHŞ-in tibbi eksperti kimi mərhum X13 ölümü ilə bağlı tibbi rəyin verilməsində iştirak etmişdir. X26 ölümü ilə bağlı ilkin rəyləri oxumuş, lakin verilmiş rəy detalları ilə yadında qalmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X19” tərəfindən verilmiş rəylə tanış olmuşdur. Cərrahi əməliyyat olunması məsələsinə dair tərəflərindən rəy verilmişdir. Meyit üzərində müayinə edərək rəy verməyə ixtiyarları yoxdur. O, cərrah olduğundan cərrahi sahəyə görə rəy vermişdir. Meyit yarılarkən onun daxilində qan laxtası olması görünə bilər. Mikroskopik müayinə altında eritrositlər, trombositlər görünməsi mümkündür. Bütün bu qeyd etdiklərini patoloq-anatom müəyən edir. X17rın boşluğunda serroz maye aşkar olunmuş, lakin qanaxma müşahidə olunmamış, mərhumun qarın boşluğunda qanaxma olmamış, qanaxma uşaqlıq daxilində olmuşdur. Əgər qarın boşluğunda qanaxma baş verirsə, istər ölümdən qabaq, istər ölümdən sonra, həmin qan qarın boşluğunda qalır və laxtalanır. Meyit yarılarkən də həmin laxtalanmış qan pataloqanatom tərəfindən aşkar olunur. Əgər həmin qanaxma qarın boşluğunda deyil, uşaqlıqda olursa, həmin qan mütləq şəkildə ifraz olunmalıdır. Doğuşdan sonra uşaqlığın ölçüləri böyük olur və getdikcə kiçilir. Uşaqlığın ölçülərinin böyük və ya balaca olması, hansı bir zamanda kiçilməsi doğuşun formasından asılıdır. Sahilə Əsədovada hamiləlik dövründə preklamsiya (arterial təzyiqinin olması) olmuşdur. Bu isə baxımsızlıqdan əmələ gəlir. Belə ki, xəstə hamiləlik dövründə müşahidə altında olmalı və bunun əsasında müalicə olunmalı olduğu halda müalicə olunmamışdır. Belə hal baş verərsə xəstənin böyrək göstəriciləri yüksək olur, zülal artır. O, doğuşda iştirak etmir. Lakin əgər ağırlaşmalar baş verərsə, həmin hallarda əməliyyatlarda iştirak edir. Doğuşa qədər və doğuş prosesi zamanı zəruri olan məqamlardan biri qanaxmadır. Əgər qanaxma baş verirsə mütləq şəkildə qanaxma dayandırılmalıdır. Bu hal əməliyyat zamanı baş verirsə, qan təchizatı və qan köçürülməsi anestezioloqun işidir. Anestezioloq bütün lazımi işləri görür və xəstə ginekoloqa təhvil verilir. Doğuşun qeysəriyyə əməlyyatı vasitəsi ilə olub-olmamasının qərarını ginekoloq verir və əgər qeysəriyyə əməliyyatı vasitəsi ilə doğuş həyata keçirilməlidirsə, həmin əməliyyatı ginekoloq özü icra etməlidir. Əgər ginekoloq təcrübəli deyilsə, rayonda doğum şöbəsinin müdiri yoxdursa, digər rayondan təcrübəli ginekoloq çağırılmalıdır. Cərrahın qeysəriyyə əməliyyatında iştirakı həm səhvdir, eyni zamanda qanunsuzdur. X26 əməliyyat sənədlərinə baxmış və orada əməliyyatın cərrah tərəfindən icra olunduğu qeyd edilmişdir. Bir daha qeyd edir ki, qeysəriyyə əməliyyatını ginekoloq icra etməlidir. Əgər xəstə daxil olursa və mütləq əməliyyat olunmalıdırsa, həmin əməliyyatı növbədə olan ginekoloq etməlidir. Əgər növbədə olan ginekoloq əməliyyat edə bilmirsə, həmin ginekoloqun növbədə olması düzgün deyil və həmin ginekoloq növbədə qalmalı deyil. Qeysəriyyə əməliyyatında cərrah ancaq asisent kimi iştirak edə bilər. Sahilə Əsədovanın halında əməliyyatın belə alınması ginekoloqun günahıdır. Cərrah əgər öz üzərinə məsuliyyəti götürüb əməliyyat edirsə məsuliyyəti cərrah daşıyır. Cərrahi əməliyyatı kim edirsə, məsuliyyəti də həmin şəxs daşıyır. Qarında və döşlərdə maye ola bilər. Lakin qarın boşluğunda qan ola bilməz, bu mümkün deyil. Sahilə Əsədovanın qarın boşluğunda qan deyil, maye olmuşdur. Həmin maye isə DVS (damar daxili qan laxtalanması prosesinin pozulması) sindromu nəticəsində, yəni qanın parçalanması nəticəsində əmələ gələn mayedir. Hamiləlik dövrü başladığı andan hamilə qadın qadın məsləhətxanasında qeydə düşməli, doğuşa qədər ginekoloq tərəfindən nəzarətdə olmalıdır. Protokola uyğun olaraq hamiləlik dövründən başlayaraq hamilə qadını ginekoloq və pediatr ambulator müşahidə etməlidir. Bütün bunları Ailə Sağlamlıq Mərkəzi müəyyən edir. Hamilə qadının müşahidə vərəqəsində hər bir baxış və hər bir hal qeyd olunmalıdır. Həmin müşahidə vərəqəsinin bir surəti xəstədə olmalıdır. Əgər xəstə daxil olursa və onun əlində müşahidə vərəqəsi yoxdursa və əməliyyat qaçılmazdırsa, mütləq əməliyyat olunmalıdır. Həkim mütləq xəstəni sorğu-sual etməli, analizlər müəyyən etməlidir. Bütün bu dediklərinə ginekoloq məsuliyyət daşıyır. Sahilə Əsədovanın müşahidə vərəqəsi ilə tanış deyildir. Ona məlum olan odur ki, Sahilə Əsədovanın durumunda preklamsiya, yəni böyrək çatışmazlığı olmuşdur. Rəy yazarkən ancaq cərrahi sahə ilə bağlı rəy verə bilər və buna cavabdehdir. Xəstə cərrahi əməliyyat olunduğundan cərrahın etdiyi əməliyyata nisbətdə rəy vermişdir. Cərrahın bu cür əməliyyata girməyi texniki səhvdir. Əməliyyat qurtardıqdan sonra xəstəyə ginekoloq və əməliyyatı icra edən şəxs nəzarət etməlidir. Qeysəriyyə əməliyyatını kim edirsə, həmin şəxs də uşaqlığın yığılmasına nəzarət etməlidir. Əməliyyat edən cərrahın texniki səhvi, birinci əməliyyata girmək, ikinci əməliiyatı icra etmək, üçüncü isə əməliyyatdan sonra nəzarət etməməkdir. Cərrah əməliyyat edərkən bütün prosesə rəhbərlik etməlidir. Bütün prosesə rəhbərlik etmək cərrahın vəzifəsidir. Qanaxmanın davam etməsi, qan göstəricilərinin və qanın aşağı olması və uşaqlığın yığılmamasıdır. Uşağı göbək ciftindən qoparan zaman qanaxma olur, lakin sonradan uşaqlıq yığılır və qanaxma dayanır. Sahilə Əsədovanın halında isə uşaqlıq yığılmamışdır. Qanaxmanı ginekoloq dayandırmalıdır, cərrah isə nəzarət etməlidir bütün gedişata. Rəyi, təkrar ekspertizanın rəyinə istinad edib vermişlər. Sahilə Əsədovanın ölümündə kimin cinayət məsuliyyəti daşıması barədə hec nə deyə bilmir. Uşaqlığın qanaması və uşaqlıqda qanaxmanın olması ginekoloji problemdir, cərrahi problem deyildir. Trombositlərin aşağı olması, qan təchizatının aşağı olması, qanin azlığı o demək deyil ki, daxil olan xəstə əməliyyat olunmalı deyil. Trombositlərin sayının 100-dən aşağı olması təhlükəli haldır, lakin o demək deyil ki, spinal anesteziya ola bilməz. Spinal anesteziya ola bilər. Anestezioloq anesteziya növünü özü seçir və xəstə ilə razılaşaraq anestezə edir. Trombositlərin sayı aşağı olsa belə spinal anesteziya heç vaxt səhv anesteziya ola bilməz. Anesteziya növünün seçilməsinə trombositlərin azlığının və ya çoxluğunun əhəmiyyəti yoxdur. Sahilə Əsədovanın əməliyyat taktikası düzgün seçilmişdir. Sahilə Əsədovanın qeysəriyyə əməliyyatı olunması düzgün olmuşdur. Çünki döl suyu açılmış və belə olan halda qeysəriyyə əməliyyatı zəruridir. Sahilənin əməliyyatı düzgün icra olunmuşdur. Sonuncunun ölümünün səbəbi isə əməliyyatdan sonrakı dövrdə baxımsızlıq olmuşdur. Əməliyyatdan sonrakı dövrdə Sahilə Əsədovaya nəzarət olunmamışdır. Əməliyyatdan sonra Sahilədə qanaxma olmuş, lakin qanaxma dayandırılmamışdır. Doğuş 90-95 faiz ölüm deməkdir. Xəstənin DVS sindromuna düşməməsi, yəni qanın damarlarda laxtalanmaması-parçalanması halına düşməməsi üçün, hamilə qadın doğuşa qədər müalicə olunmalıdır. Müalicə dövrü ən azı bir ay olmalıdır. Sahilə Əsədovanın əməliyyatdan qabaq və sonra olan durumuna məsul şəxs ginekoloqdur. Xəstə daxil olduqdan sonra əməliyyat olunmamışdan öncə bütün göstəricilər yoxlanılmalı, daha sonra xəstə əməliyyat olunmalıdır. Mütləq şəkildə bütün analizlərin cavabı alınıb cərraha verilməlidir. Əgər analizlərin cavabları cərraha verilməmişdirsə deməli cərrah aldadılmışdır. Sahilə əməliyyat olunduqdan sonra 36 saat ərzində 3 dəfə USM müayinəsi olunmuş və hər üç dəfədə də uşaqlığın ölçüləri eyni olmuş, yəni dəyişməmişdir. Sahilədə uşaqlıqdan xaricdə qanaxma olmamışdır. Onların verdikləri rəylər müstəqildir və tövsiyə xarakteri daşıyır. Rəylər verilərkən o halda digər rəylər oxunur ki, rəylərdə ziddiyyət olsun. X36 əməliyyatının icrasında texniki baxımdan heç bir səhvlik olmamışdır. Əməliyyat briqadasının rəhbəri olaraq ilk növbədə cərrah məsuliyyət daşıyır. Lakin ginekoloq məsuliyyətdən kənarda qala bilməz. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X19” PHŞ-in tibbi eksperti işləyən X20 ifadəsində göstərdi ki, tibbi ekspert olaraq Sahilə Əsədovanın ölümü ilə bağlı tibbi ekspertiza rəyinin verilməsində iştirak etmişdir. Onlar rəyi Sahilə Əsədovanın meyitinin yarılması ilə məhkəmə tibbi ekspertizasının gəldiyi nəticələrə əsasən və doğuşa yardım komissiyasının iclasının protokoluna əsasən verirlər. Onlar meyiti görmürlər və meyitin yarılmasında iştirak etmirlər. Meyit morqda yarılır və ilkin yarılmaya əsasən rəy verilir. Meyit harada yarılırsa, rəy də həmin yerdə verilir. Preklamsiya diaqnozunun bir neçə əlaməti ola bilər. Məsələn, ödem ola bilər, qanda zülalın miqdarı çox ola bilər və bəzi analizlərin göstəricisi buna dəlalət edə bilər. Xəstə klinikaya gələnə qədər iki dəfə qan analizi vermiş və hər dəfə trombositlərin sayı aşağı olmuşdur ki, bu da preklamsiyanın əlamətlərindən biridir. Xəstə daxil olanda analiz verib-verməyib ondan məlumatı yoxdur. Hamiləlik dövründə hamilə qadında qanda olan trombositlərin sayı hamiləlik dövründə aşağı olduğu bir halda, doğuşa bir həftə qalmış bir müddətdə qanda olan trombositlərin sayının birdən birə artması çox nadir olan bir haldır. X26 ölüm səbəbi cərrahi əməliyyatın texniki səhv nəticəsində aparılması olmuşdur. Belə ki, onun durumunda qanın laxtalanma qabiliyyəti zəif olmuş, yəni trombositepeniya olmuş, bu isə ölümlə nəticələnmişdir. Əgər xəstə daxil olursa və onda qan təzyiqi yüksəkdirsə, bu preklamsiya demək deyildir. Mamaginekoloq xəstənin durumuna baxır və bütün durum haqqında olan məlumatların qeydini aparır. Əgər hamilə qadın xəstəxanaya döl suyunun açılışı ilə daxil olubsa, aktiv doğuşdadırsa, mama-ginekoloq taktika seçməlidir və xəstə mütləq əməliyyat olunmalıdır. Əməliyyatı mütləq mama-ginekoloq özü icra etməlidir. Lakin elə hallar var ki, mamaginekoloq əməliyyat edə bilmir və əməliyyatı cərrah icra edir. Mama-ginekoloq lazım olduğu halda cərrahı kömək etmək üçün çağıra bilər. Cərrah əməliyyat edir, öz işini icra edir və xəstəyə nəzarət edir. Əməliyyatı kim edirsə, xəstəyə nəzarəti də həmin şəxs etməlidir. Asisentə etibar etməli deyil. Cərrah özü hər bir şeyə nəzarət etməlidir. Xəstənin reanimasiyada hansı müddətdə qalması onun patologiyasından, yəni durumundan asılıdır. Xəstə olur ki, iki-üç saatdan sonra palataya köçürülür. Xəstə olur ki, on günlərlə reanimasiyada qalır. Xəstə reanimasiyada olarkən müəyyən saatlarda onun durumu qeyd olunmalıdır. Xəstənin durumu üçün hamı bir yerdə, anesteziloq, cərrah, mama-ginekoloq bilrikdə narahat olmalıdır. Xəstənin ilkin rəyində xx.xx.2022-ci il tarixdən saat 22:00-dan xx.xx.2022-ci il saat 09:00-dək, yəni birinci əməliyyatdan sonra heç nə qeyd olunmamışdır. Xəstə reanimasiyada qalarkən anestezioloq xəstənin dinamikasını izləyir, göstəricilərinə baxır, hansısa bir dəyişiklik varsa bu haqda mama-ginekoloqa məlumat verir. Ən sonda cərraha məlumat verir və xəstənin durumu ilə bağlı birlikdə tədbirlər görürlər. Xəstə reanimasiyada olarkən sidik vermirsə anestezioloq bununla bağlı mütləq mamaginekoloqa məlumat verməlidir. Sahilə Əsədovanın halında günah kimindir, onu deyə bilmir. Əgər xəstə reanimasiya şöbəsindədirsə ona birbaşa cavabdehliyi reanimatoloq, operator (cərrah) və asisent (mama-ginekoloq) daşıyırlar. Daxili qanaxma zamanı qarın boşluğunda qan laxtası olmalıdır. Meyit iki aydan sonra yarılan zaman onun qarın boşluğunda qan laxtalarının olub-olmamasını patoloq-anatom müəyyən edir. Meyit yarılarkən patoloq-anatom gördüklərinə əsasən rəy verir və bu rəydə ölüm səbəbi texniki səhvin olmasını göstərə bilər. Lakin bununla yanaşı xəstənin vəziyyəti dəyərləndirilməlidir, hansı halda olması rəydə öz əksini tapmalıdır. Texniki səhvin nədən ibarət olmasını deyə bilmir. Əməliyyat zamanı uşaqlıqda qanaxma ola bilər, çünki uşaqlıq böyüyür, tonus azalır, bu da qanaxmaya səbəb olur, lakin qan ifraz olur. Belə olan halda (atoniya-uşaqlığın yığışması qabiliyyətinin pozulması) xəstəyə iynə vurulmalıdır, qan köçürülməlidir ki, uşaqlıq yığışsın. Qarın boşluğuna əgər qan yığılırsa bu atoniyanın, yəni uşaqlığın yığılmamamasının əlaməti deyil. Əgər ilkin olaraq xəstə mama-ginekoloqun yanına gəlirsə, mama ginekoloq mütləq olaraq müayinə edir, qan təzyiqini ölçür, sidik analizi verir, qan anlizi verir və digər analizlərini verməlidir. Xəstənin dinamikasını bilmək üçün bunlar mütləq olmalıdır. Əgər xəstə doğuşa gəlirsə və əməliyyat təcilidirsə, gecikdirmədən götürülür cərrahi stola və burada analizlərin götürülməsi gözlənilmir. Ancaq planlı əməliyyatda bütün analizlər götürülməli, cavablar alınmalı, sonra əməliyyat olunmalıdır. Hansısa bir halı müəyyən etmək üçün USM müayinəsi lazımdır. Lakin əgər xəstə döl suyunun açılışı ilə gəlibsə, USM lazım deyil. Xəstə təcili əməliyyat olunmalıdırsa, USM ehtiyac deyil. Anesteziyanın növünü anestezioloq seçir. Əgər əməliyyata cərrah çağırılırsa, cərrah gəlir və bilir ki, etibar nöqteyi-nəzərdən hər bir şey əməliyyat üçün hazırdır. Əməliyyatını edir və çıxıb gedir. Cərrah bilir ki, onu çağıran həkim hər bir lazım olan tədbirləri görüb və əməliyyat üçün hazırlayıb. Cərrah əməliyyatla əlaqədar qanın, hemoqlobinin miqdarını, təzyiqin olub-olmamasını soruşur, dəqiqləşdirir. Xəstənin analizlərinin göstəriciləri bir həftə ərzində dəyişə bilər. Bir həftə əvvəl verilən analizlərin cavabını əsas götürüb əməliyyat etmək düzgün deyildir. Əməliyyatdan sonra xəstənin qanının tərkibində olan trombositlərin miqdarının 140-150 olması bu artıq həyəcan təbilinin çalınması üçün əsasdır. Əməliyyatdan sonra əgər xəstənin durumu DVS (damardaxili qan laxtalanmasının pozulması sindromu) dəyişməyibsə, qarın boşluğunda qan laxtası olmalıdır. Yox, əgər DVS varsa qan laxtası olmalı deyir, maye olmalıdır. Xəstənin xəstəlik tarixçəsində (mübadilə vərəqində), hamiləlik dövründə ağırlaşmalar varsa, bu barədə xəstədən və ya qohumlarından bu barədə məlumat alırlar. Xəstə əməliyyata gedirsə, anestezioloq, mama ginekoloq, cərrah, onların hər biri xəstənin durumuna nəzarət etməlidirlər. Asisent bütün bunları müşahidə və nəzarət etməlidir. Hamilə qadın ilk doğuşunu qeysəriyyə əməliyyatı ilə keçiribsə, ikinci doğuş mütləq deyil ki, qeysəriyyə əməliyyatı ilə olsun. Protokola uyğun olaraq doqquz ay hamiləlik dövründə hamilə qadın səkkiz dəfə həkim müayinəsindən keçməlidir. Hamilə qadında problemlər ola bilər. Elə problemlər, elə çətinliklər olur ki, aradan qalxmır. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X19” PHŞ-in tibbi eksperti işləyən X21 ifadəsində göstərdi ki, tibbi ekspert olaraq Sahilə Əsədovanın ölümü ilə bağlı tibbi ekspertiza rəyinin verilməsində iştirak etmişdir. İlkin verilmiş rəylərin nəticəsinə əsaslanaraq rəy verirlər və rəyin tərtibatında iştirak edirlər. O, mütəxəssisdir, tibb sahəsində ekspert deyildir. Sahilə Əsədovanın meyitini o müayinə etməmişdir. Doğuşa yardım komissiyasının və X19nin rəyinə əsaslanaraq rəy vermişdir. İlkin rəylə tanış olmamış, oxumamışdır. Onlar ekspert olaraq rəy verərlər. Doğuşa yardım komissiyasının rəyini təkzib edə bilərlər. X34 meyiti yarıldıqdan sonra verilmiş ekspert rəyinə əsaslanaraq müəyyən etmişlər ki, Sahilə Əsədovanın ölümünün səbəbi əməliyyat etmiş cərrahın səhlənkarlığı olmuşdur. Cərrahın laqeyidliyi səbəbindən Sahilə Əsədova ölmüşdür. Doğuşa gələn xəstəni, xəstəxanaya daxil olan hamilə qadını mama-ginekoloq əməliyyat etməlidir. Cərrah isə operativ yardım etməlidir. Sahilə Əsədovanın hadisəsində xəstənin əməliyyatdan sonrakı durumu düzgün qiymətləndirilməmiş, ona uyğun müalicə aparılmamışdır. Əməliyyatın özü müalicə hesab olunur. Kesar əməliyyatının əhəmiyyəti ondan ibarətdir ki, doğuşa gələn qadına dölün götürülməsində kömək olunur, qadının durumu yaxşılaşır. Xəstənin durumuna əməliyyatdan sonra reanimasiya şöbəsində reanimatoloq, mama-ginekoloq və cərrah nəzarət etməlidirlər. Sidiyin az verilməsi, trombositopeniya baş verməsi, qanın laxtalanma prosesinin pozulması kəskin qanitirmə fonunda baş verə bilər ki, bu da ölümlə nəticələnə bilər. Cərrah həkimdir və əməliyyatdan sonra xəstənin durumuna cavabdehdir. Hamilə qadın xəstəxanaya daxil olursa, onu mama-ginekoloq əməliyyat edir və etməlidir. Xəstənin durumu dəyişirsə, səhhətində problemlər əmələ gəlirsə, vəziyyəti pisləşirsə reanimatoloq, mama-ginekoloq və cərrah xəstənin durumu ilə köməkli olaraq məşğul olmalıdırlar. Əgər xəstənin qarın boşluğunu cərrah açıb əməliyyat edibsə, əməliyyatın nəticəsinə görə həmin cərrah məsuldur. Əgər xəstə qan itirirsə, ona cərrah məsuldur. Sahilə Əsədovanın ölümündə mama-ginekoloqun heç bir gunahı yoxdur, günahkar əməliyyatı icra etmiş cərrahdır. O, sənədlər əsasında rəy vermişdir. Əgər mübadilə vərəqəsini xəstə həkimə təqdim etmirsə, hamilə qadının durumunu mama-ginekoloq araşdırmalıdır. Sahilə Əsədova xəstəxanaya ağır preklamsiya (böyrək çatışmamazlığı) diaqnozu ilə daxil olmuşdur. Belə olan halda ona spinal anesteziya növü seçilməli deyildir. Sahilə Əsədova ümumi anesteziya olmalı idi. Cünki, ümumi anesteziya olardısa xəstə daha rahat ola bilərdi. Spinal anesteziya olanda ağır hallar baş verir və verə bilər. Anesteziyanın növünü anestezioloq seçir. Kim əməliyyatı edirsə, xəstəlik tarixçəsini də həmin şəxs yazmalıdır. Xəstəlik tarixçəsində nə trombositlərin miqdarı, nə hemoqlobinin miqdarı göstərilməmişdir. Xəstənin vəziyyətini cərrah öyrənib, sonra əməliyyat etməli idi. Sahilə Əsədovanın əməliyyatdan sonrakı halında səhv, cərrahın xəstəni müşahidə etməməsidir. Cərrah tərəfindən xəstənin durumu qiymətləndirilməmişdir. Əgər xəstə İİİ dərəcəli xəstəxanada əməliyyat olunmuş olsaydı, onu düşdüyü vəziyətdən çıxarmaq olardı. Belə olan hallarda bəzən uşaqlıq götürülür ki, yara səthi az olsun, qanaxmalar olmasın, xəstə DVS sindromuna düşməsin və vaxtında lazımi tədbirlər görülsün. Bu kimi xəstələr çox ağır qiymətləndirilir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, həmçinin mamalıq ağırlaşmaları hallarının təhlili üzrə Komissiyası”nın 13 oktyabr 2022-ci il tarixli protokolundan 2 nömrəli çıxarışdan görünür ki, mərhum X13 ekshumasiya olunmuş meyitinin məhkəmə-tibbi müayinəsinə, onun adına tərtib olunmuş tibbi sənədlərdə yazılanlara, laborator müayinələrin cavablarına əsaslanaraq ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: -xx.xx.2022-ci il tarixdə meyitin ekshumasiyası və məhkəmə-tibbi müayinəsi zamanı çürümə dəyişikliklərinə məruz qalmış mərhum X13 xx.xx.2022-ci il tarixdə baş verən ölümünün səbəbi “Kesar kəsiyi" cərrahiyyə əməliyyatı zamanı texniki həkim səhvi nəticəsində erkən zahılıq dövründə inkişaf etmiş kəskin uşaqlıq qanaxması səbəbindən kəskin qanitirmə, posthemorragik anemiya və posthemorragik kəskin böyrək çatışmazlığı olmuşdur. -Antenatal xidmət protokola uyğun olaraq aparılmamışdır. Antenatal müayinə zamanı 2 ardıcıl ümumi qan analizinin nəticəsində trombosit səviyyəsinin aşağı enməsini izlədikdə səbəbi aşkar olunmamış və müvafiq olaraq heç bir önləyici tədbir görülməmişdir, xəstə düzgün qiymətləndirilməmiş və vaxtında İİİ səviyyəli doğum evinə yönləndirilməmişdir. - Qəbul zamanı hamilənin obyektiv müayinəsi ətraflı qeyd edilməmişdir, çıxarılan diaqnoz əsaslandırılmamışdır. -Qeysəriyyə əməliyyatının 1-ci sutkasında xx.xx.2022 tarixi saat 22:00-dan xx.xx.2022 tarixi saat 09:00-dək zahının vəziyyətini təsvir edən heç bir qeydiyyat aparılmamışdır. xx.xx.2022 tarixdə saat 09:00-da zahının vəziyyətinin ağır olduğu qeyd olunmuşdur, lakin ağırlığın nə ilə əlaqəli olduğu qeyd edilməmişdir. Saat 10:00-da xəstənin hemodinamik göstəriciləri və biokimyəvi analiz göstəriciləri oliquriya fonunda pisləşmişdir, eyni zamanda xx.xx.2022-ci il tarixində gün ərzində xəstə 3 dəfə ultrasəs müayinəsindən keçirilmişdir, nəticə olaraq hər növbəti ultrasəs müayinəsində qarın boşluğunda artan maye aşkar olunmuşdur, konsilium gec-saat 20:00-da olmuşdur və düzgün nəticə çıxarılmamışdır. -xx.xx.2022-ci il tarixində saat 23:50-də qanaxmaya şübhə səbəbilə relaparotomiya əməliyyatının icrasına qərar verilmişdir. Əməliyyat zamanı qanaxma inkar olunsa da, əməliyyat protokolunda çapıq nahiyəsinə və əzələ üzərinə tampon qoyulmasının səbəbi məlum deyildir. - Bərdə-Tərtər zonasında təşkilatı məsələlər tam şəkildə həyata keçirilməmişdir. Xəstələrin vaxtında səviyyələrinə uyğun ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilməsi düzgün aparılmamışdır. Bərdə MRX-nın mama-ginekoloq və həkim anetezioloqreanimatoloqlarının mütləq şəkildə istehsalat təcrübəsinə göndərilməsi zərurəti vardır. -Bərdə MRX-nın həkim mama-ginekoloqlarının qeysəriyyə əməliyyatı icra etmələrinə baxmayaraq, bütün qeysəriyyə əməliyyatlarını Bərdə MRX-nın həkim-cərrahları icra edir və bu sonrakı dövrdə hamilənin ağırlaşmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X19” X49 19 avqust 2022-ci il tarixli 24 saylı Ekspert rəyindən (Məhkəmə-tibb ekspertləri Loğman Abbasov və Rauf Quliyev) görünür ki, mərhum X13 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində çürümə dəyişiklikləri fonunda tibbi manipulyasiya yerləri istisna olmaqla hər hansı xəsarət və ya xəsarət izləri aşkar olunmadı. -xx.xx.2022-ci il tarixdə meyitin ekshumasiyası və məhkəmə-tibbi müayinəsi zamanı çürümə dəyişikliklərinə məruz qalmış mərhum X13 xx.xx.2022-ci il tarixdə baş verən ölümünün səbəbi “Kesar kəsiyi” cərrahiyyə əməliyyatından sonra erkən zahılıq dövründə inkişaf etmiş kəskin daxili və xarici uşaqlıq qanaxması səbəbindən kəskin qanitirmə, posthemorragik anemiya və posthemorragik kəskin böyrək çatışmazlığı olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X19” X49 komisyon ekspertizalar şöbəsinin 10 noyabr 2022-ci il tarixli 557/KEŞ nömrəli Komisyon məhkəmə-tibb ekspertizası rəyindən (Məhkəmə-tibb ekspertləri Cavid Cahangirli, Minurə Kazımova və Rafik Nuriyev) görünür ki, “Sahilə Əsədovanın adına Tərtər Rayon Mərkəzi Xəstəxanası PHŞ-də tərtib edilmiş “Hamilə və zahı qadınların müşahidə vərəqəsi”ndən görünür ki, o, xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Müayinələr zamanı hamiləyə “Anemiya. Hipokoaqulyasiya. Trombositopeniya. Hestasion arterial hipertenziya” diaqnozu təyin edilmişdir. Lakin antenatal xidmət protokola uyğun olaraq aparılmamışdır. Antenatal müayinə zamanı 2 ardıcıl ümumi qan analizinin nəticəsində trombosit səviyyəsinin aşağı enməsini izlədikdə səbəbi aşkar olunmamış və müvafiq olaraq heç bir önləyici tədbir görülməmişdir, hamilənin vəziyyəti düzgün qiymətləndirilməmiş və vaxtında İİİ səviyyəli doğum evinə yönləndirilməmişdir. Buna məsul şəxs sahə üzrə qadın məsləhətxanasının mama-ginekoloqudur. Sahilə Əsədovanın adına Bərdə Rayon Mərkəzi Xəstəxanası PHŞ Doğum evində tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, qəbul zamanı mama-ginekoloq tərəfindən hamilənin obyektiv müayinəsi ətraflı qeyd edilməmiş, ona təyin olunan “38 həftəlik hamiləlik. Uşaqlıqda çapıq toxuması. Döl qişasının vaxtından əvvəl cırılması. Orta ağır preeklampsiya” diaqnozu əsaslandırılmamışdır. “Kesar kəsiyi” cərrahiyyə əməliyyatının 1ci sutkasında xx.xx.2022-ci il tarixdə saat 2200-dan xx.xx.2022-ci il tarixdə saat 09oo-dək zahının vəziyyətini təsvir edən heç bir qeydiyyat aparılmamışdır. xx.xx.2022-ci il tarixdə saat 09oo-da zahının vəziyyətinin ağır olduğu qeyd olunmuşdur, lakin ağırlığın nə ilə əlaqəli olduğu qeyd edilməmişdir. Saat 1000-da xəstənin hemodinamik göstəriciləri və biokimyəvi analiz göstəriciləri oliquriya fonunda pisləşmişdir, eyni zamanda xx.xx.2022-ci il tarixdə gün ərzində xəstə 3 dəfə ultrasəs müayinəsindən keçirilmiş, nəticə olaraq hər növbəti ultrasəs müayinəsində qarın boşluğunda artan maye aşkar olunmuşdur, konsilium gec, yəni saat 20oo-da olmuşdur və düzgün qərar çıxarılmamışdır. Buna məsul şəxs müalicə həkimi mama-ginekoloqdur. Bununla əlaqədar Səhiyyə sistemində qüvvədə olan 2012-ci il tarixli 70 saylı əmrin həkim-mama-ginekoloqun nümunəvi vəzifə təlimatının 7-ci bəndi “Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin stasionar şəraitində aparılması taktikasınıın (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir, fizioloji və patoloji doğuşları aparır” pozulmuşdur. Sahilə Əsədovanın meyitin ekshumasiyası və məhkəmə-tibbi müayinəsi zamanı çürümə dəyişikliklərinə məruz qalmış ölümünün səbəbi “Kesar kəsiyi” cərrahiyyə əməliyyatı zamanı texniki həkim səhvi nəticəsində erkən zahılıq dövründə inkişaf etmiş kəskin uşaqlıq qanaxması səbəbindən kəskin qanitirmə, posthemorragik anemiya və posthemorragik kəskin böyrək çatışmazlığı olmuşdur ki, bununla da aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə olmuşdur. Buna məsul şəxs həkim-ümumi cərrahdır. Bununla əlaqədar Səhiyyə sistemində qüvvədə olan 2012-ci il tarixli 70 saylı əmrin həkim- ümumi cərrahın nümunəvi vəzifə təlimatının 24.1 bəndi “Ona həvalə olunmuş vəzifə öhtəliklərinin vaxtında və keyfiyyətli həyata keçirməsi” pozulmuşdur.” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X19” X49 14 dekabr 2022-ci il tarixli 1013 nömrəli Təkrar komisyon məhkəmə-tibb ekspertizası rəyindən (Məhkəmə-tibb ekspertləri Nəsimi Əlinağıyev, Ədalət Rüstəm, Natavan Nəbiyeva və Samir Cəfərov) görünür ki, Sahilə Əsədovanın ekshumasiya edilmiş meyitinin məhkəmə-tibbi mayinəsi zamanı meyitdə qeyri-bərabər inkişaf etmiş çürümə dəyişiklikləri müəyyən edilmişdir. Mərhum S.Əsədovanın ölümünə səbəb “Kesar kəsiyi” cərrahiyyə əməliyyatı zamanı texniki həkim səhvi nəticəsində erkən zahılıq dövründə inkişaf etmiş kəskin uşaqlıq qanaxması səbəbindən kəskin qanitirmə, posthemorragik anemiya və posthemorragik kəskin böyrək çatışmazlığı olmuşdur ki, bununla da aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə olmuşdur. Buna məsul şəxs doğum evinə təhkim olunmuş həkim-ümumi cərrah Təqsirləndirilən şəxsdur. Bununla əlaqədar Səhiyyə sistemində qüvvədə olan 2012-ci il tarixli 70 saylı əmrin həkim-ümumi cərrahın nümunəvi vəzifə təlimatının 24.1 bəndi “Ona həvalə olunmuş vəzifə öhtəliklərinin vaxtında və keyfiyyətli həyata keçirməsi” pozulmuşdur. Bərdə Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təkrar komisyon məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X19” X55 həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X19” X49 16 noyabr 2023-cü il tarixli KEŞ-802 saylı rəyindən (Məhkəmə-tibb ekspertləri Ceyhun Allahverdiyev, Elman Tağıyev və Zəfər Paşa) görünür ki, “Sahilə Əsədovanın adına Bərdə Rayon Mərkəzi Xəstəxanası PHŞ-in Doğum evində tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, qəbul zamanı mama-ginekoloq tərəfindən hamilənin obyektiv müayinəsi ətraflı qeyd edilməmiş, ona təyin olunan “38 həftəlik hamiləlik. Uşaqlıqda çapıq toxuması. Döl qişasının vaxtından əvvəl cırılması. Orta ağır preeklampsiya” diaqnozu əsaslandırılmamışdır. “Kesar kəsiyi” cərrahiyyə əməliyyatının 1-ci sutkasında xx.xx.2022-ci il tarixdə saat 2200-dan xx.xx.2022ci il tarixdə saat 0900-dək zahının vəziyyətini təsvir edən heç bir qeydiyyat aparılmamışdır. xx.xx.2022-ci il tarixdə saat 09oo-da zahının vəziyyətinin ağır olduğu qeyd olunmuş, lakin ağırlığın nə ilə əlaqəli olduğu aydınlaşdırılmamışdır. Saat 10°°-da xəstənin hemodinamik göstəriciləri və biokimyəvi analiz göstəriciləri oliqouriya fonunda pisləşmişdir, eyni zamanda xx.xx.2022-ci il tarixdə gün ərzində xəstə 3 dəfə ultrasəs müayinəsindən keçirilmiş, nəticə olaraq hər növbəti ultrasəs müayinəsində qarın boşluğunda artan maye aşkar olunmuşdur. Konsilium gec, yəni saat 20oo-da olmuşdur və düzgün qərar çıxarılmamışdır. Buna məsul şəxs müalicə həkimi mama-ginekoloqdur. Bununla əlaqədar Səhiyyə sistemində qüvvədə olan 2012-ci il tarixli 70 saylı əmrin həkim mamaginekoloqun nümunəvi vəzifə təlimatının 7-ci bəndi (“Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin stasionar şəraitində aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir, fizioloji və patoloji doğuşları aparır”) pozulmuşdur. Sahilə Əsədovanın meyitin ekshumasiyası və məhkəmə-tibbi müayinəsi zamanı çürümə dəyişikliklərinə məruz qalmış ölümünün səbəbi “Kesar kəsiyi” cərrahiyyə əməliyyatı zamanı texniki həkim səhvi nəticəsində erkən zahılıq dövründə inkişaf etmiş kəskin uşaqlıq qanaxması səbəbindən kəskin qanitirmə, posthemorragik anemiya və posthemorragik kəskin böyrək çatışmazlığı olmuşdur ki, bununla da aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə olmuşdur. Buna məsul şəxs həkim-ümumi cərrahdır. Bununla əlaqədar Səhiyyə sistemində qüvvədə olan 2012-ci il tarixli 70 saylı əmrin həkim-ümumi cərrahın nümunəvi vəzifə təlimatının 24.1 bəndi ("Ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirməsi”) pozulmuşdur. -Sahilə Əsədovanın üzərində xx.xx.2022-ci il tarixdə saat 0615-də aparılmış “Kesar kəsiyi” cərrahiyyə əməliyyatı texniki cəhətdən düzgün icra olunmamışdır. Belə ki, erkən zahılıq dövründə kəskin uşaqlıq qanaxması baş vermişdir. xx.xx.2022-ci il tarixdə saat 0210-da “Relaparotomiya. Qarın boşluğunun sanasiya və drenə edilməsi” cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün icra olunmuş, lakin əməliyyat gecikdirilmişdir. Buna məsul şəxs həkim-ümumi cərrahdır. Bununla əlaqədar Səhiyyə sistemində qüvvədə olan 2012-ci il tarixli 70 saylı əmrin həkim-ümumi cərrahın nümunəvi vəzifə təlimatının 24.1 bəndi (“Ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirməsi”) pozulmuşdur. -Sahilə Əsədovanın çürümə dəyişikliklərinə məruz qalmış meyitinin ekshumasiyası zamanı götürülmüş uşaqlığın histoloji müayinəsində uşaqlıqda çürümə fonunda qansızmaların olduğu müəyyən edilmişdir. Bu da “Kesar kəsiyi” cərrahiyyə əməliyyatı zamanı texniki həkim səhvi nəticəsində erkən zahılıq dövründə inkişaf etmiş kəskin uşaqlıq qanaxması səbəbindən kəskin qanitirmə, posthemorragik anemiya və posthemorragik kəskin böyrək çatışmazlığına səbəb olmuşdur.” X57 Dispanserinin 13 dekabr 2022-ci il tarixli 884 nömrəli məktubundan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü Təqsirləndirilən şəxs X57 Dispanserində dispanser müşahidəsində deyil. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X49 21 dekabr 2022-ci il tarixli PHŞ/6.28-2- 2022-795 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər hər hansı xəstəlik və ya xəsarətlə xəstəxanaya müraciət etməmişdir. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində Sahilə Əsədovanın ölümündə təqsiri olmadığından barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 314.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlar, o cümlədən, şahid ifadələri, ekspert rəyləri və digər sübutlarla öz təsdiqini tam olaraq tapmışdır. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar məhkəmə istintaqı dövründə aparılan araşdırma ilə sübut olunmamışdır. Əksinə, onun özünün müdafiəsi ilə bağlı gətirdiyi dəlillər məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla tamamilə təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini özünü müdafiə etmək məqsədi daşıyan, gerçəkliyə uyğun olmayan, məhkəməni çaşdırmaq məqsədi güdən ifadə kimi qiymətləndirir. Məhkəmə, iş üzrə mövcud sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 05 radələrində Bərdə Rayon X18 X52 evinə “38-həftəlik hamiləlik. Uşaqlıqda çapıq toxuması. Döl qişasının vaxtından əvvəl cırılması. Orta ağır preeklampsiya” diaqnozu ilə daxil olan 1998-ci il təvəllüdlü X13 üzərində həmin tarixdə saat 0615 dəqiqədə “Kesar kəsiyi” əməliyyatını icra etməsi və saat 0645 dəqiqədə “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik X8, reanimasiya və intensiv terapiya şöbəsinə daxil olandan sonra Sahilə Əsədovada anemiya müəyyən olunduğundan xx.xx.2022-ci il tarixdə saat 2300-da qanaxmaya şübhə səbəbilə relaparotomiya əməliyyatının icrasına qərar verməsi və bu məqsədlə xx.xx.2022-ci il tarixdə saat 0210-da Sahilə Əsədovanın üzərində “Relaparotomiya. Qarın boşluğunun sanasiya və drenə edilməsi” əməliyyatını köhnə tikişlə kəsib icra etməsi, əməliyyatdan sonra “Reaktiv poliserozit. Xəstənin vəziyyətini nəzərə alaraq gələcəkdə dializ aparılmalı olacağı təqdirdə və ətraflarda ödem olduğuna görə venaların qənaətbəxş olmadığı üçün sağ vena dializ üçün olan kateterlə xarakterizə olunması” diaqnozunu qoyduqdan sonra həmin tarixdə saat 1200-da xəstəxanadan ağır vəziyyətdə, huşsuz, süni tənəffüs aparatına qoşulumuş vəziyyətdə X53 (103 xidməti) maşını vasitəsilə “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik X46 və Diaqnostika şöbəsinin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə aparılması, vəzifəli şəxs kimi ümumi-cərrah olaraq onun xx.xx.2022-ci il tarixdə “Kesar kəsiyi” cərrahiyyə əməliyyatı zamanı etdiyi texniki səhvi nəticəsində erkən zahılıq dövründə inkişaf etmiş kəskin uşaqlıq qanaxması səbəbindən kəskin qanitirmə, posthemorragik anemiya və posthemorragik kəskin böyrək çatışmazlığına gətirib çıxaran, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş, hazırda qüvvədə olan Tibb Müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları»nın İİİ bölməsi olan “Həkim-ümumi cərrahın nümunəvi vəzifə təlimatı”nın həkim ümumi cərrahın vəzifə öhdəliklərini daşıyan 24.1-ci bəndinə əsasən ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli həyata keçirilməli olduğu halda, bunları etməyərək, işə vicdansız və laqeyd münasibət göstərməklə, müvafiq əmrlə üzərinə düşən xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində X13 xx.xx.2022ci il tarixdə saat 2000-da müaliacə aldığı xəstəxanada ölməsinə səbəb olan səhlənkarlıq etməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 314.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə Şəhəri üzrə Nümayəndəsinin 08 dekabr 2022-ci il tarixli, 6767 saylı arayışından və eyni tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri H.Əliyev prospekti 6-da yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə Şəhəri üzrə Nümayəndəsinin verdiyi 08 dekabr 2022-ci il tarixli Xasiyyətnamə ilə Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur, ilk dəfədir cinayət hadisəsi törədir. Belə olan halda, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması və ilk dəfə cinayət törətməsi CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 17 dekabr 2022-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını zəruri sayır. Azərbaycan Respublikasının CM-in 46.2-ci maddəsinə görə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Məhkəmə Təqsirləndirilən şəxs ali təhsilli həkim olmaqla uzun müddət bu sahədə səmərəli çalışmasını, vəzifə səlahiyyətləri ilə bağlı əvvəllər barəsində hər hansı bir neqativ halların aşkar olmamasını, onun həkimlik fəaliyyəti ilə məşğul olmaqdan və ümumi cərrah vəzifəsi tutmaqdan məhrum edilmədən də islah olunmasının mümkün olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 46.2-ci maddəsində nəzərdə tutulmuş əlavə cəzanın təyin edilməsinə zərurət yoxdur. CM-nin 56.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə cəzası üzrə cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) Zərərçəkmiş şəxs məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi zərərin əvəzi kimi 20000 (iyirmi min) manatın, mənəvi zərərin əvəzi olaraq 100000 (bir yüz min) manatın və ödənilmiş dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi, tutmanın Təqsirləndirilən şəxs məxsus əmlak olduğu təqdirdə əmlaklara yönəldilməsi, olmadığı təqdirdə isə nəğd şəkildə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) Zərərçəkmiş şəxs iddia tələbini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 05 radələrində Bərdə rayon X18 X52 Evinə “38 həftəlik hamiləlik. Uşaqlıqda çapıq toxuması. Döl qişasının vaxtından əvvəl cırılması. Orta ağır preeklampsiya” diaqnozu ilə daxil olan 1998-ci il təvəllüdlü X13 üzərində həmin tarixdə saat 06:15 dəqiqədə “Kesar kəsiyi” əməliyyatını icra etmiş və saat 06:45 dəqiqədə Bərdə rayon X18 X8, reanimasiya və intensiv terapiya şöbəsinə daxil olandan sonra Sahilə Əsədovada anemiya müəyyən olunduğundan xx.xx.2022-ci il tarixdə saat 23:00-da qanaxmaya şübhə səbəbilə relaparotomiya əməliyyatının icrasına qərar vermiş və bu məqsədlə xx.xx.2022-ci il tarixdə saat 02:10-da Sahilə Əsədovanın üzərində “Relaparotomiya. Qarın boşluğunun sanasiya və drenə edilməsi” əməliyyatını köhnə tikişlə kəsib icra etmiş, əməliyyatdan sonra “Reaktiv poliserozit. Xəstənin vəziyyətini nəzərə alaraq gələcəkdə dializ aparılmalı olacağı təqdirdə və ətraflarda ödem olduğuna görə venaların qənaətbəxş olmadığı üçün sağ vena dializ üçün olan kateterlə xarakterizə olunması” diaqnozunu qoyduqdan sonra həmin tarixdə saat 12:00-da xəstəxanadan ağır vəziyyətdə, huşsuz, süni tənəffüs aparatına qoşulumuş vəziyyətdə X53 (103 xidməti) maşını vasitəsilə Bərdə rayon X18 X46 və Diaqnostika şöbəsinin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə aparılmış, vəzifəli şəxs kimi ümumi-cərrah olaraq onun xx.xx.2022-ci il tarixdə “Kesar kəsiyi” cərrahiyyə əməliyyatı zamanı etdiyi texniki səhvi nəticəsində erkən zahılıq dövründə inkişaf etmiş kəskin uşaqlıq qanaxması səbəbindən kəskin qanitirmə, posthemorragik anemiya və posthemorragik kəskin böyrək çatışmazlığına gətirib çıxaran, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş, hazırda qüvvədə olan Tibb Müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları»nın İİİ bölməsi olan “Həkim ümumi cərrahın nümunəvi vəzifə təlimatı”nın həkim ümumi cərrahın vəzifə öhdəliklərini daşıyan 24.1-ci bəndinə əsasən ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli həyata keçirilməli olduğu halda, bunları etməyərək, işə vicdansız və laqeyd münasibət göstərməklə, müvafiq əmrlə üzərinə düşən xidməti vəzifələrini lazımı qaydada yerinə yetirməməsi nəticəsində X13 xx.xx.2022-ci il tarixdə saat 20:00-da müaliacə aldığı xəstəxanada ölməsinə səbəb olan səhlənkarlıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 314.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, həmçinin mamalıq ağırlaşmalarının təhlili üzrə” Komissiyanın mərhum X13 ölümünə dair verdiyi müvafiq rəy ilə ekspertiza rəyində uyğunsuzluğun olduğunu hesab edirlər və ibtidai istintaq aparılarkən əməliyyat blokunda iştiak etmiş və mərhumun əməliyyata salınması və digər proseslərə iştiak etmiş, həkim ginekoloq Şahid2 məsuliyyətə cəlb edilməsinə düzgün qiymət verilməmişdir. Hansı ki, düşünürlər ki, mərhumun ölümündə məsul şəxslərdəndir. Mərhum arvadının ölümündə təqsirli olanlardan biri Təqsirləndirilən şəxs etdiyi cinayət əməli ilə ona və iki azyaşlı övladlarına maddi və mənəvi ziyan vurmuşdur. Aylardır psixoloji, mənəvi sarsıntı ilə yaşayırlar. Mərhumun ölümü iki azyaşlı körpənin və bir həyat yoldaşı olaraq onun həyatına əsla sağalmaz mənəvi zərbə vurmuşdur. Bu səbəbdən cinayət işi üzrə mülki iddiaçı qismində tanınmağı və təqsirlənduirilən tərəfindən 20000 (iyirmi min) manat maddi, 100000 (bir yüz min) manat mənəvi ziyan və dövlət rüsumu olaraq ödənilmiş pulun ödənilməsi mütləq və zəruridir. Azərbaycan Respublikasının CPM-nin 179.2-ci maddəsinə görə, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) Zərərçəkmiş şəxs 20000 (iyirmi min) manat məbləğində maddi ziyan tələbi ilə bağlı məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) həmin tələblə bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir, ona görə də mülki iddianın həmin hissədə təmin olunması üçün əsas yoxdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin deyil, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikasının MM-nin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X26 ölümündən sonra xəstəxananın həkimləri tərəfindən mərhumun dəfn xərcinin, yas mərasiminin və digər maddi ehtiyacların ödənilməsi üçün 7000 (yeddi min) manat məbləğində pul yığılaraq zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs verilmişdir. Bu hal məhkəmə iclasında araşdırılan mötəbər sübutlarla tam təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin (mülki cavabdehin) təqsirli və hüquqa zidd əməlləri nəticəsində zərərçəkmiş şəxsin hüquqi varisinə (mülki iddiaçıya) maddi zərərin dəyməsi sübuta yetirilsə də, həmin maddi ziyanın konkret pul məbləği ilə qiymətləndirilməsi üçün meyarlar olmadığından, iddia tələbi maddi ziyanın ödənilməsinə dair hissədə təmin edilə bilməz. “Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Qanunvericiliyi, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər anlayışı” insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi-qeyri əmlak xarakterli hüquq və azadlığının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarının 8-ci bəndinə əsasən izah olunmuşdur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barəsində iddia o hallarda təmin oluna bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin (mülki cavabdeh) təqsirli və hüquqa zidd əməlləri nəticəsində zərərçəkmiş şəxsin hüquqi varisinin X32n ölməsi və bunun nəticəsində zərərçəkmiş şəxsin hüquqi varisinin mənəvi sarsıntı və iztirab keçirməsi işin gerçək halları ilə sübuta yetirildiyindən iddia mənəvi zərərin ödənilməsi hissədə qismən təmin edilməlidir. Zərərçəkmiş şəxsin hüquqi varisi mənəvi zərərə görə 100000 (bir yüz min) manat məbləğində vəsait tələb etsə də, məhkəmə hesab edir ki, bu məbləğ həddən artıq şişirdilmiş bir məbləğdir. Təqsirləndirilən şəxsin (mülki cavabdeh) maddi vəziyyətini, cinayət əməlinin ehtiyatsızlıqdan törədilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, mənəvi zərər tələbi 5000 (beş min) manat həddində təmin edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzası üzrə cəzaçəkməsinin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə göndərilməsi onun yaşayış yeri üzrə müvafiq İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı ziyan tələbinə dair mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs mənəvi ziyana görə 5000 (beş min) manat məbləğində pul alınaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar