Məhkəmə qərarları › İş №1(021)-3/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-3/2025

14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-3/2025 14.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X12, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs və onun nümayəndəsi X3, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, X9 və Təqsirləndirilən şəxs4, Müdafiəçilər: Bərdə rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi4 və Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1998-ci ildə Bərdə rayonu, Böyük Göyüşlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Böyük Göyüşlü kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs: xx.xx.1995-ci ildə Bərdə rayonu, Böyük Göyüşlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu, Böyük Göyüşlü kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda ƏN PX-in 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan X5, Təqsirləndirilən şəxs: xx.xx.1987-ci ildə Bərdə rayonu, Böyük Göyüşlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Böyük Göyüşlü kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs: xx.xx.1987-ci ildə Bərdə rayonu, Hacılar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmamış, Bərdə rayonu, Hacılar kəndində qeydiyyatda olmaqla vəfat edənədək həmin ünvanda yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, cinayət işinə məhkəmədə baxılan zaman vəfat etmiş mərhum Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, 02 oktyabr 2021-ci il tarixdə, saat 00:30 radələrində tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışları X9 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Bərdə rayonu, Böyük Göyüşlü kəndində yerləşən Zərərçəkmiş şəxsa məxsus un dəyirmanına qapının kilidini sındıraraq qapıdan keçmək yolu ilə qanunsuz daxil olaraq həmin dəyirmanda olan 200(iki yüz) manat dəyərində un üyütmə dəzgahına aid 1 ədəd balaca ventilyator lopusu, valı və poçevniklərini, 400(dörd yüz) manat dəyərində 4 ədəd reduktoru, 800(səkkiz yüz manat) dəyərində vallar üçün 4 ədəd böyük şestirnanı və 10 ədəd balaca şestirnaları, 1100(bir min yüz) manat dəyərində 10 ədəd qırxlıq val poçevniki(korpus ilə birlikdə) və 12 ədəd qırxlıq valın poçevnikin korpusunu(böyük riqlovka üçün), 500(beş yüz) manat dəyərində 50 ədəd böyük poçevniki, 200(iki yüz) manat dəyərində 2 ədəd valı(qırxlıq), 105(bir yüz beş) manat dəyərində 105 metr onluq kabeli(alüminium material), 140(bir yüz qırx) manat dəyərində 35 metr mis qaynaq kabeli, 45(qırx beş) manat dəyərində 2 faza qaynaq aparatının mis avadanlıqlarını, 200(iki yüz) manat dəyərində 20 ədəd motor qapağını gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3690(üç min altı yüz doxsan) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrar 10 oktyabr 2021-ci il tarixdə, saat 01 radələrində tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Bərdə rayonu, Böyük Göyüşlü kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus un dəyirmanına qapıdan keçmək yolu ilə qanunsuz daxil olaraq həmin dəyirmanda olan 450(dörd yüz əlli) manat dəyərində 1 ədəd böyük ventilyator valı və korpusunu(poçevniklərlə birlikdə), 150(bir yüz əlli) manat dəyərində un ələyinin natyojnaylarını, 10(on) manat dəyərində 2 metr sepi, 200(iki yüz) manat dəyərində 2 ədəd yüzlük rubilniki, 175(bir yüz yetmiş beş) manat dəyərində 1 ədəd 3,5 elektro matorunu, 300(üç yüz) manat dəyərində 80 ədəd dən doğrayan bıçağın baltalarını, 700(yeddi yüz) manat dəyərində 3 ədəd un ələyinin valını(poçevniklə birlikdə), 420(dörd yüz iyirmi) manat dəyərində 6 ədəd steklon altını, 5(beş) manat dəyərində 20 kiloqram bolt-qaykalarını, 180(bir yüz səksən) manat dəyərində 6 ədəd dəyirman maqnitlərini(korpusla birlikdə), 200(iki yüz) manat dəyərində 8 ədəd mator atlığını, 40(qırx) manat dəyərində 4 ədəd TT-75 traktoru üçün buldozer bıçağını, 280(iki yüz səksən) manat dəyərində 14 ədəd balaca şkivini, 50(əlli) manat dəyərində 1 ədəd böyük şkivini(vallar üçün), 50(əlli) manat dəyərində 8 ədəd qırxlıq valın şkivini(dörd cərgəli) gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3210(üç min iki yüz on) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq cinayət əməlini törətmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bundan başqa, cinayət işi üzrə toplanmış sübutlarla müəyyən edilmişdir ki, X9 qabaqcadan əlbir olan bir qrup şəxs qismində binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, 02 oktyabr 2021-ci il tarixdə, saat 00:30 radələrində tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Bərdə rayonu, Böyük Göyüşlü kəndində yerləşən Zərərçəkmiş şəxsa məxsus un dəyirmanına qapının kilidini sındıraraq qapıdan keçmək yolu ilə qanunsuz daxil olaraq həmin dəyirmanda olan 200(iki yüz) manat dəyərində un üyütmə dəzgahına aid 1 ədəd balaca ventilyator lopusu, valı və poçevniklərini, 400(dörd yüz) manat dəyərində 4 ədəd reduktoru, 800(səkkiz yüz manat) dəyərində vallar üçün 4 ədəd böyük şestirnanı və 10 ədəd balaca şestirnaları, 1100(bir min yüz) manat dəyərində 10 ədəd qırxlıq val poçevniki(korpus ilə birlikdə) və 12 ədəd qırxlıq valın poçevnikin korpusunu(böyük riqlovka üçün), 500(beş yüz) manat dəyərində 50 ədəd böyük poçevniki, 200(iki yüz) manat dəyərində 2 ədəd valı(qırxlıq), 105(bir yüz beş) manat dəyərində 105 metr onluq kabeli(alüminium material), 140(bir yüz qırx) manat dəyərində 35 metr mis qaynaq kabeli, 45(qırx beş) manat dəyərində 2 faza qaynaq aparatının mis avadanlıqlarını, 200(iki yüz) manat dəyərində 20 ədəd motor qapağını gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3690(üç min altı yüz doxsan) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bu hərəkəti ilə X9 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bundan başqa, cinayət işi üzrə toplanmış sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs qismində binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, 10 oktyabr 2021-ci il tarixdə, saat 01 radələrində tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Bərdə rayonu, Böyük Göyüşlü kəndində yerləşən Zərərçəkmiş şəxsa məxsus un dəyirmanına qapıdan keçmək yolu ilə qanunsuz daxil olaraq həmin dəyirmanda olan 450(dörd yüz əlli) manat dəyərində 1 ədəd böyük ventilyator valı və korpusunu(poçevniklərlə birlikdə), 150(bir yüz əlli) manat dəyərində un ələyinin natyojnaylarını, 10(on) manat dəyərində 2 metr sepi, 200(iki yüz) manat dəyərində 2 ədəd yüzlük rubilniki, 175(bir yüz yetmiş beş) manat dəyərində 1 ədəd 3,5 elektro matorunu, 300(üç yüz) manat dəyərində 80 ədəd dən doğrayan bıçağın baltalarını, 700(yeddi yüz) manat dəyərində 3 ədəd un ələyinin valını(poçevniklə birlikdə), 420(dörd yüz iyirmi) manat dəyərində 6 ədəd steklon altını, 5(beş) manat dəyərində 20 kiloqram bolt-qaykalarını, 180(bir yüz səksən) manat dəyərində 6 ədəd dəyirman maqnitlərini(korpusla birlikdə), 200(iki yüz) manat dəyərində 8 ədəd mator atlığını, 40(qırx) manat dəyərində 4 ədəd TT-75 traktoru üçün buldozer bıçağını, 280(iki yüz səksən) manat dəyərində 14 ədəd balaca şkivini, 50(əlli) manat dəyərində 1 ədəd böyük şkivini(vallar üçün), 50(əlli) manat dəyərində 8 ədəd qırxlıq valın şkivini(dörd cərgəli) gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3210(üç min iki yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmçinin cinayət işi üzrə toplanmış sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs qismində binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, 02 oktyabr 2021-ci il tarixdə, saat 00:30 radələrində tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Bərdə rayonu, Böyük Göyüşlü kəndində yerləşən Zərərçəkmiş şəxsa məxsus un dəyirmanına qapının kilidini sındıraraq qapıdan keçmək yolu ilə qanunsuz daxil olaraq həmin dəyirmanda olan 200(iki yüz) manat dəyərində un üyütmə dəzgahına aid 1 ədəd balaca ventilyator lopusu, valı və poçevniklərini, 400(dörd yüz) manat dəyərində 4 ədəd reduktoru, 800(səkkiz yüz manat) dəyərində vallar üçün 4 ədəd böyük şestirnanı və 10 ədəd balaca şestirnaları, 1100(bir min yüz) manat dəyərində 10 ədəd qırxlıq val poçevniki(korpus ilə birlikdə) və 12 ədəd qırxlıq valın poçevnikin korpusunu(böyük riqlovka üçün), 500(beş yüz) manat dəyərində 50 ədəd böyük poçevniki, 200(iki yüz) manat dəyərində 2 ədəd valı(qırxlıq), 105(bir yüz beş) manat dəyərində 105 metr onluq kabeli(alüminium material), 140(bir yüz qırx) manat dəyərində 35 metr mis qaynaq kabeli, 45(qırx beş) manat dəyərində 2 faza qaynaq aparatının mis avadanlıqlarını, 200(iki yüz) manat dəyərində 20 ədəd motor qapağını gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3690(üç min altı yüz doxsan) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə mülki iddia ərizəsi verərək X4 və Təqsirləndirilən şəxs4 müştərək qaydada 3690 manat, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada 3210 manat və 89 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə yerində müşavirə edərək Zərərçəkmiş şəxs mülki iddiasını icraata qəbul etmişdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə iddia həcminin azaldılmasına dair ərizə verərək Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə ona vurduqları 3210 manat ziyandan 1605 manat pulun Təqsirləndirilən şəxs3 tərəfindən ona ödənildiyini göstərərək Təqsirləndirilən şəxs1 1605 manat pulun tutulub ona ödənilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı işə əlavə edilmiş Bərdə RİHB-nın Hüseynalılar kənd İƏDsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 139 saylı xx.xx.2024-cü il tarixli arayışa əsasən məhkəməyə məlum olmuşdur ki, iş üzrə təqsirləndirilən şəxslərdən Bərdə rayon Hacılar kənd sakini Təqsirləndirilən şəxs3 idarə etdiyi yük avtomobilində bədbəxt hadisə nəticəsində xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Arabaçılar kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsin yaxın qohumlarına onun hüquqi varisi qismində tanınmaq istəyini bildirmələri üçün məktub göndərilmiş, lakin qanunla müəyyən edilmiş müddətdə onlardan heç biri təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmaqları ilə bağlı məhkəməyə heç bir yazılı məlumat verməmişlər. Təqsirləndirilən mərhum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi3 isə Təqsirləndirilən şəxs3la bağlı hissədə işə bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişdir. Belə olan halda Bərdə Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 1(021) 3/2025 nömrəli qərarına əsasən cinayət işinin Təqsirləndirilən şəxs3 ilə bağlı olan hissəsində onun ölümü ilə əlaqədar müdafiəçisinin razılığı ilə iş üzrə icraata (cinayət təqibinə) bəraətverici əsaslar olmadan xitam verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Böyük Göyüşlü kəndində yaşayır. Fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Zərərçəkmiş şəxslə münasibətləri daim normal olmuş, əvvəllər aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. Zərərçəkmiş şəxs yaşadığı kəndin kənarında özünə məxsus 2 mərtəbəli un dəyirmanı vardır. Onun həmin dəyirmanın içərisində metal materialdan olan avadanlıqlar olması barədə əvvəlcədən məlumatı olmuşdur. Belə ki, həmin dəyirmanın yanında onun ailə üzvlərinə məxsus pay torpağı vardır. O, pay torpağına gedib gələrkən dəyirman barədə müəyyən məlumatları olmuşdur. X9 və Təqsirləndirilən şəxs4 onun həmkəndliləridir. Həmin şəxslərlə münasibətləri daim normal olmuş, əvvəllər aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. Eyni zamanda Bərdə rayonu, Hacılar kəndində yaşayan Təqsirləndirilən şəxs3 ilə münasibətləri daim normal olmuş, əvvəllər aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. 2021-ci ilin oktyabr ayının əvvəllərində həmkəndlisi Xaliq Xurşudov ilə birlikdə olarkən pulları olmadığı üçün oğurluq etmək qərarına gəlmişlər. Bu barədə həmkəndliləri Təqsirləndirilən şəxs4 məlumat verdikdə Seymur da öz növbəsində onlarla razılaşmışdır. 02 oktyabr 2021-ci il tarixdə təxminən gecə saat 00:30 radələrində Xaliq və Seymur ilə razılaşdıqları kimi Seymura məxsus avtomobil ilə Zərərçəkmiş şəxs məxsus un dəyirmanına getmişlər. Əvvəlcədən razılaşdıqları kimi orada Seymur özünə məxsus avtomobil ilə dəyirmanın kənarında dayanmış, o, isə Xaliq ilə birlikdə dəyirmana daxil olmaq üçün getmişlər. Belə ki, razılaşdıqları kimi Xaliq ilə o, dəyirmanda olarkən kənar bir şəxs gələrdisə, Seymur dərhal mobil telefon vasitəsi ilə ona xəbər verəcəkdir. Xaliq ilə o, dəyirmanın giriş qapısının dəmir kilidini orada olan dəmir alətlə sındırıb dəyirmana daxil olmuşlar. Həmin dəmir aləti və qıfılı isə özləri ilə götürmüşlər. Sonra Xaliq ilə birlikdə dəyirmanın 1-ci və 2-ci mərtəbələrindən un üyütmə dəzgahına aid 1 ədəd balaca ventilyator lopusu, valı və poçevniklərini, 4 ədəd reduktoru, vallar üçün 4 ədəd böyük şestirnanı və 10 ədəd balaca şestirnaları, 10 ədəd qırxlıq val poçevniklərini, 12 ədəd qırxlıq valın poçevnikin korpusunu, 50 ədəd böyük poçevnikləri, 2 ədəd valları, 105 metr onluq alüminium materialdan olan kabeli, 35 metr mis qaynaq kabeli, 2 faza qaynaq aparatının mis avadanlıqlarını və 20 ədəd motor qapağını oğurlayıb həmin əşyaları aparıb dəyirmanın yanında Seymurun avtomobilinin yük yerinə yığmışlar. Həmin əşyalar təxminən 200-300 kiloqram olmuşdur. Artıq gecə saatları olduğu üçün danışıqlarına əsasən həmin əşyaları növbəti günü səhər saatlarında Bərdə şəhərində yerləşən metal qəbulu məntəqələrindən birinə satmaq qərarına gəlib bu minvalla o, Seymur və Xaliq yaşadıqları evə getmişlər. 02 oktyabr 2021-ci il tarixdə səhər saatlarında yaşadıqları kənddə o, Seymur və Xaliq görüşmüşdür. Seymurun avtomobili ilə oğurladıqları əşyaları satmaq üçün Bərdə şəhərinə getmişlər. Bərdə şəhərində təsadüfən bir nəfər tanımadıqları dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı avtomobili ilə səyyar metal qəbul edən şəxsə rast gəlmişlər. Həmin şəxslə söhbətdən sonra o, qeyd olunan əşyaları ümumilikdə 70 manata satmışdır. Əldə etdiyi 70 manat puldan 10 manatı Seymura, 20 manatı isə Xaliqə vermişdir. Özündə qalan 40 manatı isə Seymur və Xaliq ilə birlikdə Bərdə şəhərində şəxsi ehtiyacları üçün xərcləmişlər. Daha sonralar onun yenidən pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs məxsus həmin dəyirmandan yenidən oğurluq etmək qərarına gəlmişdir. Bu fikri barədə tanışı, Bərdə rayonu, Hacılar kənd sakini Təqsirləndirilən şəxs3 məlumat vermişdir. Elnur da pula ehtiyacının olduğunu bildirib onunla razılaşmışdır. Eyni zaman da o, Elnura bir neçə gün öncə Xaliq və Seymurla birlikdə Zərərçəkmiş şəxs məxsus un dəyirmanından oğurluq etməyi barədə bir söz deməmişdir. 10 oktyabr 2021-ci il tarixdə gecə saat 01 radələrində Elnurun idarə etdiyi avtomobil ilə qabaqcadan razılaşdıqları kimi Zərərçəkmiş şəxs məxsus un dəyirmanına getmişlər. Elnur avtomobili dəyirmanın yaxınlığında saxladıqdan sonra birlikdə dəyirmanın giriş qapısından içəri daxil olmuşlar. Belə ki, o, əvvəlcədən həmin qapının kilidini sındırdığı üçün qapı açıq vəziyyətdə olmuşdur. Onlar dəyirmandan 1 ədəd böyük ventilyator valı və korpusunu, un ələyinin natyojnaylarını, 2 metr sepi, 2 ədəd yüzlük rubilnikləri, 1 ədəd 3,5 elektro matoru, 80 ədəd dən doğrayan bıçağın baltaları, 3 ədəd un ələyinin valı, 6 ədəd steklon altını, 20 kiloqram bolt-qaykaları, 6 ədəd dəyirman maqnitlərini, 8 ədəd mator altlığını, 4 ədəd TT-75 traktoru üçün buldozer bıçağını, 14 ədəd balaca şkivləri, 1 ədəd böyük şkivi və 8 ədəd qırxlıq valın şkivlərini oğurlayıb Elnurun idarə etdiyi avtomobilin yük yerinə yığmışlar. Həmin əşyalar təxminən 800-900 kiloqram olmuşdur. Onlar gecə saatları olduğu üçün Elnurun idarə etdiyi avtomobil ilə kənddən çıxıb Bərdə rayonu, Lək kəndi istiqamətində hərəkətdə olmuşlar. Lakin avtomobili yolun kənarında saxlayıb bir neçə saat yatmışlar. 10 oktyabr 2021-ci il tarixdə səhər saatlarında yuxudan oyanıb yola davam etmişlər. Bərdə rayonu, Lək kəndində olarkən təsadüfən bir nəfər tanımadıqları dövlət qeydiyyat nişanını və markasını xatırlamadığım avtomobili ilə səyyar metal qəbul edən şəxsə rast gəlmişlər. Həmin şəxslə söhbətdən sonra o, qeyd olunan əşyaları ümumilikdə 320 manata satmışdır. Əldə etdiyi 320 manat pullu Elnur ilə birlikdə Bərdə şəhərində şəxsi ehtiyacları üçün xərcləmişlər. O, Zərərçəkmiş şəxs məxsus dəyirmandan müxtəlif vaxtlarda iki dəfə olmaqla oğurluq etmişdir. Belə ki, o, ilk dəfə Seymur və Xaliq ilə, ikinci dəfə isə Elnur ilə birlikdə Zərərçəkmiş şəxs məxsus un dəyirmanından oğurluq etmişdir. Etdiyi oğurluq əməllərinə görə səmimi peşmanlıq hissi keçirmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı ifadə vermiş təqsirləndirilən şəxs X9 ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Böyük Göyüşlü kəndində yaşayır. Fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs onun həmkəndliləridir. Zərərçəkmiş şəxslə münasibətləri daim normal olmuş, əvvəllər aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. Zərərçəkmiş şəxs yaşadığı kəndin kənarında özünə məxsus 2 mərtəbəli un dəyirmanı vardır. Onun həmin dəyirmanın içərisində metal materialdan olan avadanlıqlar olması barədə əvvəlcədən məlumatı olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 onun həmkəndliləridir. Həmin şəxslərlə münasibətləri daim normal olmuş, əvvəllər aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. 2021-ci ilin oktyabr ayının əvvəllərində həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə birlikdə olarkən pulları olmadığı üçün oğurluq etmək qərarına gəlmişlər. Bu barədə həmkəndliləri Təqsirləndirilən şəxs4 məlumat verdikdə Seymur da öz növbəsində razılaşmışdır. 02 oktyabr 2021-ci il tarixdə təxminən gecə saat 00:30 radələrində Söyünalı və Seymur ilə razılaşdıqları kimi Seymura məxsus avtomobil ilə Zərərçəkmiş şəxs məxsus un dəyirmanına getmişlər. Əvvəlcədən razılaşdıqları kimi orada Seymur özünə məxsus avtomobil ilə dəyirmanın kənarında dayanmış, o, isə Söyünalı ilə birlikdə dəyirmana daxil olmaq üçün getmişlər. Belə ki, razılaşdıqları kimi Söyünalı ilə o, dəyirmanda olarkən kənar bir şəxs gələrdisə, Seymur dərhal mobil telefon vasitəsi ilə Söyünalıya xəbər verəcəkdir. Söyünalı ilə o, dəyirmanın giriş qapısının dəmir kilidini orada olan dəmir alətlə sındırıb dəyirmana daxil olmuşlar. Həmin dəmir aləti və qıfılı isə özləri ilə götürmüşlər. Həmin vaxt Söyünalı ilə birlikdə dəyirmanın 1-ci və 2-ci mərtəbələrindən un üyütmə dəzgahına aid 1 ədəd balaca ventilyator lopusu, valı və poçevniklərini, 4 ədəd reduktoru, vallar üçün 4 ədəd böyük şestirnanı və 10 ədəd balaca şestirnaları, 10 ədəd qırxlıq val poçevniklərini, 12 ədəd qırxlıq valın poçevnikin korpusunu, 50 ədəd böyük poçevnikləri, 2 ədəd valları, 105 metr onluq alüminium materialdan olan kabeli, 35 metr mis qaynaq kabeli, 2 faza qaynaq aparatının mis avadanlıqlarını və 20 ədəd motor qapağını oğurlayıb həmin əşyaları aparıb dəyirmanın yanında Seymurun avtomobilinin yük yerinə yığmışlar. Həmin əşyalar təxminən 200-300 kiloqram olmuşdur. Artıq gecə saatları olduğu üçün danışıqlarına əsasən həmin əşyaları növbəti günü səhər saatlarında Bərdə şəhərində yerləşən metal qəbulu məntəqələrindən birinə satmaq qərarına gəlib bu minvalla da o, Seymur və Söyünalı ilə birlikdə yaşadıqları evə getmişlər. 02 oktyabr 2021ci il tarixdə səhər saatlarında yaşadıqları kənddə o, Seymur və Söyünalı ilə birlikdə görüşmüşlər. Seymurun avtomobili ilə oğurladıqları əşyaları satmaq üçün Bərdə şəhərinə getmişlər. Bərdə şəhərində təsadüfən bir nəfər tanımadıqları dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı avtomobili ilə səyyar metal qəbul edən şəxsə rast gəlmişlər. Həmin şəxslə söhbətdən sonra Söyünalı qeyd olunan əşyaları ümumilikdə 70 manata satmışdır. Söyünalı həmin 70 manat puldan 10 manatı Seymura, 20 manat pulu isə ona vermmişdir. Söyünalının özündə qalan 40 manatı isə Seymur və onunla birlikdə Bərdə şəhərində şəxsi ehtiyacları üçün xərcləmişdir. O, Zərərçəkmiş şəxs məxsus dəyirmandan bir dəfə oğurluq etmişdir. Belə ki, o, bir dəfə Seymur və Söyünalı ilə birlikdə Zərərçəkmiş şəxs məxsus un dəyirmanından oğurluq etmişdir. Etdiyi oğurluq əməllərinə görə səmimi peşmanlıq hissi keçirmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanın əksər hissəsini ödəmiş, cəmi 335 manat borcu qalmışdır, zərərçəkmiş şəxslə razılaşmış, 335 manatı da qısa vaxtda ödəyəcəkdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs4 ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Böyük Göyüşlü kəndində yaşayır. Fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs onun həmkəndliləridir. Zərərçəkmiş şəxslə münasibətləri daim normal olmuş, əvvəllər aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. Zərərçəkmiş şəxs yaşadığı kəndin kənarında özünə məxsus 2 mərtəbəli un dəyirmanı vardır. Onun həmin dəyirmanın içərisində metal materialdan olan avadanlıqlar olması barədə əvvəlcədən məlumatı olmuşdur. Təqsirləndirilən şəxs1 və X9 onun həmkəndliləridir. Həmin şəxslərlə münasibətləri daim normal olmuş, əvvəllər aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. 2021-ci ilin oktyabr ayının əvvəllərində həmkəndliləri Təqsirləndirilən şəxs1 və Xaliq Xurşudov ona pulları olmadığı üçün oğurluq etmək qərarına gəldikləri barədə məlumat vermişlər. Həmçinin bu barədə ona birlikdə oğurluq etməyi təklif etmişlər. Onun da pula ehtiyacı olduğu üçün Söyünalı və Xaliq ilə razılaşmışdır. 02 oktyabr 2021-ci il tarixdə təxminən gecə saat 00:30 radələrində Söyünalı və Xaliq ilə razılaşdıqları kimi ona məxsus avtomobil ilə Zərərçəkmiş şəxs məxsus un dəyirmanına getmişlər. Əvvəlcədən razılaşdıqları kimi orada o, özünə məxsus avtomobil ilə dəyirmanın kənarında dayanmış, Söyünalı ilə Xaliq dəyirmana daxil olmaq üçün getmişlər. Belə ki, razılaşdıqları kimi Söyünalı ilə Xaliq dəyirmanda olarkən kənar bir şəxs gələrdisə, o, dərhal mobil telefon vasitəsi ilə Söyünalıya xəbər verəcəkdir. Bir müddət sonra Söyünalı və Xaliq dəyirmandan oğurladıqları un üyütmə dəzgahına aid 1 ədəd balaca ventilyator lopusu, valı və poçevniklərini, 4 ədəd reduktoru, vallar üçün 4 ədəd böyük şestirnanı və 10 ədəd balaca şestirnaları, 10 ədəd qırxlıq val poçevniklərini, 12 ədəd qırxlıq valın poçevnikin korpusunu, 50 ədəd böyük poçevnikləri, 2 ədəd valları, 105 metr onluq alüminium materialdan olan kabeli, 35 metr mis qaynaq kabeli, 2 faza qaynaq aparatının mis avadanlıqlarını və 20 ədəd motor qapağını gətirib idarə etdiyi avtomobilin yük yerinə birlikdə yığmışlar. Həmin əşyalar təxminən 200-300 kiloqram olmuşdur. Artıq gecə saatları olduğu üçün danışıqlarına əsasən həmin əşyaları növbəti günü səhər saatlarında Bərdə şəhərində yerləşən metal qəbulu məntəqələrindən birinə satmaq qərarına gəlib bu minvalla o, Xaliq və Söyünalı ilə birlikdə yaşadıqları evə getmişlər. 02 oktyabr 2021-ci il tarixdə səhər saatlarında yaşadıqları kənddə o, Xaliq və Söyünalı ilə birlikdə görüşmüşlər. Onun idarə etdiyi avtomobil ilə oğurladığıqları əşyaları satmaq üçün Bərdə şəhərinə getmişlər. Bərdə şəhərində təsadüfən bir nəfər tanımadıqları dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı avtomobili ilə səyyar metal qəbul edən şəxsə rast gəlmişlər. Həmin şəxslə söhbətdən sonra Söyünalı qeyd olunan əşyaları ümumilikdə 70 manata satmışdır. Söyünalı həmin 70 manat puldan 10 manatı ona, 20 manat pulu isə Xaliqə vermişdir. Söyünalının özündə qalan 40 manatı isə Xaliq və onunla birlikdə Bərdə şəhərində şəxsi ehtiyacları üçün xərcləmişlər. O, Zərərçəkmiş şəxs məxsus dəyirmandan bir dəfə oğurluq etmişdir. Belə ki, o, bir dəfə Xaliq və Söyünalı ilə birlikdə Zərərçəkmiş şəxs məxsus un dəyirmanından oğurluq etmişdir. Etdiyi oğurluq əməlinə görə səmimi peşmanlıq hissi keçirmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, Bərdə rayonu Böyük Göyüşlü kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı Bərdə rayonu, Böyük Göyüşlü kəndində özünə məxsus un dəyirmanı vardır. Belə ki, həmin dəyirman qanuni sənədlərlə ona məxsusdur. Həmin dəyirman iki mərtəbəlidir. Bir neçə ildir həmin dəyirman istifadəsiz haldadır. O, hər gün olmasa da lakin mütəmadi olaraq bir neçə gündən bir dəyirmana baş çəkmiş və dəyirmanın vəziyyəti ilə tanış olmuşdur. Eyni zamanda dəyirmanın giriş seyf qapısı dəmir kilidlə bağlanır. xx.xx.2021-ci il tarixdə dəyirmana baş çəkərkən dəyirmanda hər şeyin yerində olduğunu görmüşdür. Elə həmin gündə işləmək üçün Kəlbəcər rayonuna getmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə günorta saatlarında yaşadığı kəndə geri qayıtdıqdan sonra həmin günü özünə məxsus dəyirmana getmişdir. Dəyirmana nəzər yetirdikdə dəyirmanın giriş qapısının kilidinin sındırıldığını və qapının açıq olmasını görmüşdür. Dərhal dəyirmana daxil olub dəyirmanın içərisinə nəzər yetirmişdir. Həmin vaxt dəzgahların ehtiyat hissələrinin bir çoxunun yerində olmadığını aşkar etmiş və naməlum şəxsin oradan oğurluq etməsini anlamışdır. Belə ki, naməlum şəxs tərəfindən dəyirmandan un üyütmə dəzgahına aid 1 ədəd balaca ventilyator lopusu, valı və poçevniklərin, 4 ədəd reduktorun, vallar üçün 4 ədəd böyük şestirna və 10 ədəd balaca şestirnaların, 10 ədəd qırxlıq val poçevnikin (korpusu ilə birlikdə) və 12 ədəd qırxlıq valın poçevnikin korpusunun (böyük riqlovka üçün), 50 ədəd böyük poçevniklərin, 2 ədəd valların (qırxlıq), 105 metr onluq kabelin (alüminium material), 35 metr mis qaynaq kabelin, 2 faza qaynaq aparatının mis avadanlıqlarının, 20 ədəd motor qapağının, 1 ədəd böyük ventilyator valı və korpusunun (poçevniklərlə birlikdə), un ələyinin natyojnaylarının, 2 metr sepin, 2 ədəd yüzlük rubilniklərin, 1 ədəd 3,5 elektro matorun, 80 ədəd dən doğrayan bıçağın baltalarının, 3 ədəd un ələyinin valının (poçevniklə birlikdə), 6 ədəd steklon altının, 20 kiloqram bolt-qaykaların, 6 ədəd dəyirman maqnitlərinin (korpusla birlikdə), 8 ədəd mator altlığının, 4 ədəd TT-75 traktoru üçün buldozer bıçağının, 14 ədəd balaca şkivlərin, 1 ədəd böyük şkivin (vallar üçün), 8 ədəd qırxlıq valın şkivinin (dörd cərgəli) oğurlanmasını aşkar etmişdir. Bundan sonra dəyirmandan oğurluq baş verməsi barədə ailə üzvlərinə məlumat vermişdir. Təxminən 2 gün baş vermiş oğurluq hadisəsini kimin törətməsini aşkar etmək üçün müəyyən tədbirlər görmüş, lakin müəyyən bir nəticəyə gələ bilmədiyindən xx.xx.2021-ci il tarixdə DİN-nin 102 xidmətinə şifahi olaraq müraciət etmişdir. Daha sonra Bərdə rayon polis şöbəsinə gedərək baş vermiş oğurluq hadisəsi barədə yazılı ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi xx.xx.2021 və xx.xx.2021-ci il tarixləri arasında olmuş, nəticəsində ona ümumilikdə təxminən 5000 manatdan yuxarı maddi ziyan dəymişdir. Ziyanın ödənilməsi ilə bağlı iddia ərizəsi vermişdir. Hazırda ona dəymiş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmiş, mülki iddiasını müdafiə edir, yalnız X5 ona 335 manat ödənilməmiş ziyan məbləği qalmışdır. Həmin məbləğin ödənilməsi ilə bağlı X9 ilə razılağa gəlmiş, həmin məbləği ödəyəcəkdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs nümayəndəsi X3 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək ifadəsində bildirmişdir ki, o, Bərdə rayonu Böyük Göyüşlü kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı Bərdə rayonu, Böyük Göyüşlü kəndində özünə məxsus un dəyirmanı vardır. Belə ki, həmin dəyirman qanuni sənədlərlə ona məxsusdur. Həmin dəyirman iki mərtəbəlidir. Bir neçə ildir həmin dəyirman istifadəsiz haldadır. O, hər gün olmasada lakin mütəmadi olaraq bir neçə gündən bir dəyirmana baş çəkmiş və dəyirmanın vəziyyəti ilə tanış olmuşdur. Eyni zaman da dəyirmanın giriş seyf qapısı dəmir kilidlə bağlanır. xx.xx.2021-ci il tarixdə dəyirmana baş çəkərkən dəyirmanda hər şeyin yerində olduğunu görmüşdür. Elə həmin gündə işləmək üçün Kəlbəcər rayonuna getmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə günorta saatlarında yaşadığı kəndə geri qayıtdıqdan sonra həmin günü özünə məxsus dəyirmana getmişdir. Dəyirmana nəzər yetirdikdə dəyirmanın giriş qapısının kilidinin sındırıldığını və qapının açıq olmasını görmüşdür. Dərhal dəyirmana daxil olub dəyirmanın içərisinə nəzər yetirmişdir. Həmin vaxt dəzgahların ehtiyyat hissələrinin bir çoxunun yerində olmadığını aşkar etmiş və naməlum şəxsin oradan oğurluq etməsini anlamışdır. Belə ki, naməlum şəxs tərəfindən dəyirmandan un üyütmə dəzgahına aid 1 ədəd balaca ventilyator lopusu, valı və poçevniklərin, 4 ədəd reduktorun, vallar üçün 4 ədəd böyük şestirna və 10 ədəd balaca şestirnaların, 10 ədəd qırxlıq val poçevnikin (korpusu ilə birlikdə) və 12 ədəd qırxlıq valın poçevnikin korpusunun (böyük riqlovka üçün), 50 ədəd böyük poçevniklərin, 2 ədəd valların (qırxlıq), 105 metr onluq kabelin (alüminium material), 35 metr mis qaynaq kabelin, 2 faza qaynaq aparatının mis avadanlıqlarının, 20 ədəd motor qapağının, 1 ədəd böyük ventilyator valı və korpusunun (poçevniklərlə birlikdə), un ələyinin natyojnaylarının, 2 metr sepin, 2 ədəd yüzlük rubilniklərin, 1 ədəd 3,5 elektro matorun, 80 ədəd dən doğrayan bıçağın baltalarının, 3 ədəd un ələyinin valının (poçevniklə birlikdə), 6 ədəd steklon altının, 20 kiloqram bolt-qaykaların, 6 ədəd dəyirman maqnitlərinin (korpusla birlikdə), 8 ədəd mator altlığının, 4 ədəd TT-75 traktoru üçün buldozer bıçağının, 14 ədəd balaca şkivlərin, 1 ədəd böyük şkivin (vallar üçün), 8 ədəd qırxlıq valın şkivinin (dörd cərgəli) oğurlanmasını aşkar etmişdir. Bundan sonra dəyirmandan oğurluq baş verməsi barədə ailə üzvlərinə məlumat vermişdir. Təxminən 2 gün baş vermiş oğurluq hadisəsini kimin törətməsini aşkar etmək üçün müəyyən tədbirlər görmüş, lakin müəyyən bir nəticəyə gələ bilmədiyindən xx.xx.2021-ci il tarixdə DİN-nin 102 xidmətinə şifahi olaraq müraciət etmişdir. Daha sonra Bərdə rayon polis şöbəsinə gedərək baş vermiş oğurluq hadisəsi barədə yazılı ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi xx.xx.2021 və xx.xx.2021-ci il tarixləri arasında olmuş, nəticəsində ona ümumilikdə təxminən 5000 manatdan yuxarı maddi ziyan dəymişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid5 fadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Böyük Göyüşlü kəndində yaşayır. Fərdi əməklə məşğul olur. X9 onun oğludur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 onun həmkəndliləridir. Təqsirləndirilən şəxs3 isə Bərdə rayonu, Hacılar kənd sakinidir. Həmin şəxslərlə əvvəllər aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. Yaşadığı Bərdə rayonu, Böyük Göyüşlü kəndində həmkəndlisi Zərərçəkmiş şəxs məxsus un dəyirmanı vardır. Həmin dəyirman iki mərtəbəlidir. Bir neçə ildir həmin dəyirman istifadəsiz haldadır. Həmçinin onun Zərərçəkmiş şəxs ilə əvvəllər aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. X23 Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə birlikdə Zərərçəkmiş şəxs məxsus qeyd olunan dəyirmandan un üyütmə dəzgahına aid əşyaları oğurlayaraq Bərdə rayonu ərazisində səyyar metal qəbulu edən tanımadıqları şəxsə satmışlar. Belə ki, həmkəndlisi Təqsirləndirilən şəxs1 həmin dəyirmandan birinci dəfə yəni 02 oktyabr 2021-ci il tarixdə gecə saatlarında X23 və həmkəndlisi Təqsirləndirilən şəxs4 ilə birlikdə oğurluq etmişdir. Lakin həmkəndlisi Təqsirləndirilən şəxs1 10 oktyabr 2021-ci il tarixdə təkrar Bərdə rayonu, Hacılar kənd sakini Təqsirləndirilən şəxs3 ilə birlikdə həmin dəyirmandan oğurluq etmişdir. Sonradan Zərərçəkmiş şəxs qeyd olunan dəyirmandan oğurluq hadisəsinin baş verməsi ilə əlaqədar Bərdə rayon polis şöbəsinə yazılı ərizə ilə müraciət etmişdir. Buna görə də onun bu barədə məlumatı olmuşdur. Lakin oğlu Xaliq daha əvvəl ona oğurluq etməsi barədə məlumat verməmişdir. Həmçinin o, oğlu Xaliqin oğurladığı əşyaları görməmiş və kimə satması barədə məlumatı olmamışdır. Eyni zaman da oğlu Xaliqin oğurluq yolu ilə əldə etdiyi pul barədə heç bir məlumatı olmamışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, X13 ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Böyük Göyüşlü kəndində yaşayır. Fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs1 onun oğludur. X9 və Təqsirləndirilən şəxs4 onun həmkəndliləridir. Təqsirləndirilən şəxs3 isə Bərdə rayonu, Hacılar kənd sakinidir. Həmin şəxslərlə əvvəllər aralarında ədavətləri və ya düşmənçiliyikləri olmamışdır. Yaşadığı Bərdə rayonu, Böyük Göyüşlü kəndində həmkəndlisi Zərərçəkmiş şəxs məxsus un dəyirmanı vardır. Həmin dəyirman iki mərtəbəlidir. Bir neçə ildir həmin dəyirman istifadəsiz haldadır. Oğlu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Xaliq Xurşudov və Təqsirləndirilən şəxs4 ilə birlikdə Zərərçəkmiş şəxs məxsus qeyd olunan dəyirmandan un üyütmə dəzgahına aid əşyaları oğurlayaraq Bərdə rayonu ərazisində səyyar metal qəbulu edən tanımadıqları şəxsə satmışlar. Belə ki, oğlu Təqsirləndirilən şəxs1 həmin dəyirmandan birinci dəfə yəni 02 oktyabr 2021-ci il tarixdə gecə saatlarında Xaliq Xurşudov və Təqsirləndirilən şəxs4 ilə birlikdə oğurluq etmişdir. 10 oktyabr 2021-ci il tarixdə isə oğlu Təqsirləndirilən şəxs1 təkrar Təqsirləndirilən şəxs3 ilə birlikdə həmin dəyirmandan oğurluq etmişdir. Sonradan Zərərçəkmiş şəxs qeyd olunan dəyirmandan oğurluq hadisəsinin baş verməsi ilə əlaqədar Bərdə rayon polis şöbəsinə yazılı ərizə ilə müraciət etmişdir. Buna görə də onun məlumatı olmuşdur. Lakin oğlu Söyünalı daha əvvəl ona oğurluq etməsi barədə məlumat verməmişdir. Həmçinin o, oğlu Söyünalının oğurladığı əşyaları görməmiş və kimə satması barədə məlumatı olmamışdır. Eyni zaman da Söyünalının oğurluq yolu ilə əldə etdiyi pul barədə heç bir məlumatı olmamışdır. Məhkəmə, cinayət prosesi tərəflərinin fikirlərini nəzərə alaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən şahidlər X14, Şahid2, Şahid4 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini və onların ibtidai istintaq zamanı verdikləri ifadələrinin elan edilməsi yolu ilə işin hallarının tədqiqini mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid X14 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Böyük Göyüşlü kəndində yaşayır. Yaşadığı Bərdə rayonu, Böyük Göyüşlü kəndində atası Zərərçəkmiş şəxs məxsus un dəyirmanı vardır. Belə ki, həmin dəyirman qanuni sənədlərlə atasına məxsusdur. Həmin dəyirman iki mərtəbəlidir. Bir neçə ildir həmin dəyirman istifadəsiz haldadır. Atası hər gün olmasa da lakin mütəmadi olaraq bir neçə gündən bir dəyirmana baş çəkmiş və dəyirmanın vəziyyəti ilə tanış olmuşdur. Eyni zaman da dəyirmanın giriş seyf qapısı dəmir kilidlə bağlanır. xx.xx.2021-ci il tarixdə atası Əlyar dəyirmana baş çəkərkən dəyirmanda hər şeyin yerində olduğunu görmüşdür. Elə həmin gün atası Əlyar işləmək üçün Kəlbəcər rayonuna getmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə günorta saatlarında atası yaşadığı kəndə geri qayıtdıqdan sonra dəyirmana getmişdir. Dəyirmana nəzər yetirdikdə dəyirmanın giriş qapısının kilidinin sındırıldığını və qapının açıq olmasını görmüşdür. Dərhal dəyirmana daxil olub dəyirmanın içərisinə nəzər yetirmişdir. Həmin vaxt dəzgahların ehtiyat hissələrinin bir çoxunun yerində olmadığını aşkar etmiş və naməlum şəxsin oradan oğurluq etməsini anlamışdır. Belə ki, naməlum şəxs tərəfindən dəyirmandan un üyütmə dəzgahına aid 1 ədəd balaca ventilyator lopusu, valı və poçevniklərin, 4 ədəd reduktorun, vallar üçün 4 ədəd böyük şestirna və 10 ədəd balaca şestirnaların, 10 ədəd qırxlıq val poçevnikin (korpusu ilə birlikdə) və 12 ədəd qırxlıq valın poçevnikin korpusunun (böyük riqlovka üçün), 50 ədəd böyük poçevniklərin, 2 ədəd valların (qırxlıq), 105 metr onluq kabelin (alüminium material), 35 metr mis qaynaq kabelin, 2 faza qaynaq aparatının mis avadanlıqlarının, 20 ədəd motor qapağının, 1 ədəd böyük ventilyator valı və korpusunun (poçevniklərlə birlikdə), un ələyinin natyojnaylarının, 2 metr sepin, 2 ədəd yüzlük rubilniklərin, 1 ədəd 3,5 elektro matorun, 80 ədəd dən doğrayan bıçağın baltalarının, 3 ədəd un ələyinin valının (poçevniklə birlikdə), 6 ədəd steklon altının, 20 kiloqram bolt-qaykaların, 6 ədəd dəyirman maqnitlərinin (korpusla birlikdə), 8 ədəd mator altlığının, 4 ədəd TT-75 traktoru üçün buldozer bıçağının, 14 ədəd balaca şkivlərin, 1 ədəd böyük şkivin (vallar üçün), 8 ədəd qırxlıq valın şkivinin (dörd cərgəli) oğurlanmasını aşkar etmişdir. Bundan sonra dəyirmandan oğurluq baş verməsi barədə atası ona məlumat vermişdir. Təxminən 2 gün baş vermiş oğurluq hadisəsini kimin törətməsini aşkar etmək üçün müəyyən tədbirlər görsələrdə lakin müəyyən bir nəticəyə gələ bilməmişlər. Buna görə də xx.xx.2021-ci il tarixdə atası Əlyar DİN-nin 102 xidmətinə şifahi olaraq müraciət etmiş və Bərdə rayon polis şöbəsinə gedərək baş vermiş oğurluq hadisəsi barədə yazılı ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində atasına ümumilikdə təxminən 5000 manatdan yuxarı maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Bərdə rayonu, Böyük Göyüşlü kəndində yaşayır. Fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs1 onun oğludur. X9 və Təqsirləndirilən şəxs4 onun həmkəndliləridir. Təqsirləndirilən şəxs3 isə Bərdə rayonu, Hacılar kənd sakinidir. Həmin şəxslərlə əvvəllər aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. Yaşadığı Bərdə rayonu, Böyük Göyüşlü kəndində həmkəndlisi Zərərçəkmiş şəxs məxsus un dəyirmanı vardır. Həmin dəyirman iki mərtəbəlidir. Bir neçə ildir həmin dəyirman istifadəsiz haldadır. Oğlu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Xaliq Xurşudov və Təqsirləndirilən şəxs4 ilə birlikdə Zərərçəkmiş şəxs məxsus qeyd olunan dəyirmandan un üyütmə dəzgahına aid əşyaları oğurlayaraq Bərdə rayonu ərazisində səyyar metal qəbulu edən tanımadıqları şəxsə satmışlar. Belə ki, oğlu Təqsirləndirilən şəxs1 həmin dəyirmandan birinci dəfə yəni 02 oktyabr 2021-ci il tarixdə gecə saatlarında Xaliq Xurşudov və Təqsirləndirilən şəxs4 ilə birlikdə oğurluq etmişdir. 10 oktyabr 2021-ci il tarixdə isə oğlu Təqsirləndirilən şəxs1 təkrar Təqsirləndirilən şəxs3 ilə birlikdə həmin dəyirmandan oğurluq etmişdir. Sonradan Zərərçəkmiş şəxs qeyd olunan dəyirmandan oğurluq hadisəsinin baş verməsi ilə əlaqədar Bərdə rayon polis şöbəsinə yazılı ərizə ilə müraciət etmişdir. Buna görə də onun məlumatı olmuşdur. Lakin oğlu Söyünalı daha əvvəl ona oğurluq etməsi barədə məlumat verməmişdir. Həmçinin o, oğlu Söyünalının oğurladığı əşyaları görməmiş və kimə satması barədə məlumatı olmamışdır. Eyni zaman da Söyünalının oğurluq yolu ilə əldə etdiyi pul barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Böyük Göyüşlü kəndində yaşayır. Fərdi əməklə məşğul olur. X9 onun oğludur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 onun həmkəndliləridir. Təqsirləndirilən şəxs3 isə Bərdə rayonu, Hacılar kənd sakinidir. Həmin şəxslərlə əvvəllər aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. Yaşadığı Bərdə rayonu, Böyük Göyüşlü kəndində həmkəndlisi Zərərçəkmiş şəxs məxsus un dəyirmanı vardır. Həmin dəyirman iki mərtəbəlidir. Bir neçə ildir həmin dəyirman istifadəsiz haldadır. Həmçinin onun Zərərçəkmiş şəxs ilə əvvəllər aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. X23 Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə birlikdə Zərərçəkmiş şəxs məxsus qeyd olunan dəyirmandan un üyütmə dəzgahına aid əşyaları oğurlayaraq Bərdə rayonu ərazisində səyyar metal qəbulu edən tanımadıqları şəxsə satmışlar. Belə ki, həmkəndlisi Təqsirləndirilən şəxs1 həmin dəyirmandan birinci dəfə yəni 02 oktyabr 2021-ci il tarixdə gecə saatlarında X23 və həmkəndlisi Təqsirləndirilən şəxs4 ilə birlikdə oğurluq etmişdir. Lakin həmkəndlisi Təqsirləndirilən şəxs1 10 oktyabr 2021-ci il tarixdə təkrar Bərdə rayonu, Hacılar kənd sakini Təqsirləndirilən şəxs3 ilə birlikdə həmin dəyirmandan oğurluq etmişdir. Sonradan Zərərçəkmiş şəxs qeyd olunan dəyirmandan oğurluq hadisəsinin baş verməsi ilə əlaqədar Bərdə rayon polis şöbəsinə yazılı ərizə ilə müraciət etmişdir. Buna görə də onun bu barədə məlumatı olmuşdur. Lakin oğlu Xaliq daha əvvəl ona oğurluq etməsi barədə məlumat verməmişdir. Həmçinin o, oğlu Xaliqin oğurladığı əşyaları görməmiş və kimə satması barədə məlumatı olmamışdır. Eyni zaman da oğlu Xaliqin oğurluq yolu ilə əldə etdiyi pul barədə heç bir məlumatı olmamışdır. Cinayət işinin materiallarında olan 09 dekabr 2021-ci il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, 09 dekabr 2021-ci il tarixdə müstəntiq tərəfindən Bərdə rayonu, Böyük Göyüşlü kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus un dəyirmanına baxış baxış keçirilmiş, protokol tərtib edilimiş və fotoşəkillər çəkilərək materiala əlavə edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs1 «təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq edərək Zərərçəkmiş şəxs məxsus Bərdə rayonu, Böyük Göyüşlü kəndində yerləşən un dəyirmanından oğurluq etdiyi yeri göstərmişdir. Onun ifadəsi yerində yoxlanılarkən hər hansı bir sübut əhəmiyyətinə malik ola biləcək əşya müəyyən edilməmiş, ifadəsi yerində yoxlanılarkən bir neçə görünüşdən fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş üzrə X5 «təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» protokolundan görünür ki, X9 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq edərək Zərərçəkmiş şəxs məxsus Bərdə rayonu, Böyük Göyüşlü kəndində yerləşən un dəyirmanından oğurluq etdiyi yeri göstərmişdir. Onun ifadəsi yerində yoxlanılarkən hər hansı bir sübut əhəmiyyətinə malik ola biləcək əşya müəyyən edilməmiş, ifadəsi yerində yoxlanılarkən bir neçə görünüşdən fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs3 «təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq edərək Zərərçəkmiş şəxs məxsus Bərdə rayonu, Böyük Göyüşlü kəndində yerləşən un dəyirmanından oğurluq etdiyi yeri göstərmişdir. Onun ifadəsi yerində yoxlanılarkən hər hansı bir sübut əhəmiyyətinə malik ola biləcək əşya müəyyən edilməmiş, ifadəsi yerində yoxlanılarkən bir neçə görünüşdən fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs4 «təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» protokolundan görünür ki, Təqsirləndirilən şəxs4 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq edərək Zərərçəkmiş şəxs məxsus Bərdə rayonu, Böyük Göyüşlü kəndində yerləşən un dəyirmanından oğurluq etdiyi yeri göstərmişdir. Onun ifadəsi yerində yoxlanılarkən hər hansı bir sübut əhəmiyyətinə malik ola biləcək əşya müəyyən edilməmiş, ifadəsi yerində yoxlanılarkən bir neçə görünüşdən fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 may 2022-ci il tarixli, 9/2326 nömrəli rəyindən görünür ki, tədqiqat obyektləri: müxtəlif adda mallar. Həmin mallar tədqiqata təqdim edilmədiyindən qiymətləndirmə tədqiqata təqdim edilmiş mütəxəssis rəyinə əsasən nəzəri qaydada aparılır. Malın (işin, xidmətin) bazar qiyməti tələb təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymət deməkdir. Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazarlarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatlarından və digər müvafiq məlumatlardan istifadə edilir. Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, Respublika ərazisində yerləşən ticarət məntəqələrində, bazarlarda yerli internet saytlarında, tədqiqata təqdim edilmiş məlumatdan və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda qeyd edilən malların 2021-ci ilin oktyabr-dekabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 6900,00 manat müəyyən olunur. O cümlədən 200 manat dəyərində 1 ədəd Un üyütmə dəzgahına aid 1 ədəd balaca ventilyator lopusu, valı və poçevnikləri, 1 ədədi 100 manat olmaqla cəmi 4 ədəd reduktor, 1 dəsti 800 manat dəyərində vallar üçün 4 ədəd böyük şestirna və 10 ədəd balaca şestirna,1100 manat dəyərində dəst 10 ədəd qırxlıq val poçevniki (korpusu ilə birlikdə) və 12 ədəd qırxlıq valın poçevnikin korpusu (böyük riqlovka üçün),1 ədədi 10 manat olmaqla cəmi 500 manat dəyərində 50 ədəd böyük poçevnik, 1 ədədi 100 manat olmaqla cəmi 200 manat dəyərində 2 ədəd val (qırxlıq),1 metri 1 manat olmaqla cəmi 105 manat dəyərində 105 metr onluq kabel (alüminium material),1 metri 4 manat olmaqla cəmi 140 manat dəyərində 35 metr mis qynaq kabeli, 1 ədədi 45 manat olmaqla 2 faza qaynaq aparatının mis avadanlıqları, 1 ədədi 20 manat olmaqla cəmi 200 manat dəyərində 20 ədəd motor qapağı, 450 manat dəyərində 1 ədəd böyük ventilyator valı və korpusu (poçevniklərlə birlikdə), 1 ədədi 150 manat dəyərində Un ələyinin natyojnayları, 1 ədəd 10 manat dəyərində 2 metr sep,1 ədəd 100 manat olmaqla cəmi 200 manat dəyərində 2 ədəd yüzlük rubilnik, 1 ədəd 175 manat dəyərində 3,5 elektro mator,300 manat dəyərində 1 dəst 80 ədəd dən doğrayan bıçağın baltaları,1 dəst 700 manat dəyərində 3 ədəd un ələyinin valı (poçevniklə birlikdə) 1ədədi 70 manat olmaqla cəmi 420 manat dəyərində 6 ədəd steklon altı, 5 manat dəyərində 20 kiloqram bolt-qayka, 1 ədədi 30 manat olmaqla cəmi 180 manat dəyərində 6 ədəd dəyirman maqnitləri (korpusla birlikdə),1 ədədi 25 manat olmaqla cəmi 200 manat dəyərində 6 ədəd dəyirman maqnitləri (korpusla birlikdə), 1 ədədi 25 manat olmaqla cəmi 200 manat dəyərində 8 ədəd mator altlığı, 1 ədədi 10 manat olmaqla cəmi 40 manat dəyərində 4 ədəd TT-75 traktoru üçün buldozer bıçağı, 1 ədədi 20 manat olmaqla cəmi 280 manat olmaqla 14 ədəd balaca şkiv, 1ədəd 1 ədəd 50 manat dəyərində böyük şkiv (vallar üçün), 50 manat dəyərində 8 ədəd qırxlıq valın şkivini (dörd cərgəli) Ekspertiza təyini haqqında qərarda qeyd edilən malların 2021-ci ilin oktyabr-dekabr aylarında olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 6900,00 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə rayonu, Böyük Göyüşlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 21 oktyabr 2022-ci il tarixli, 349 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə rayonu, Böyük Göyüşlü kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Himayəsində 2 (iki) azyaşlı övladı var. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə rayonu, Hüseynalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 25 oktyabr 2022-ci il tarixli, 540 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 Bərdə rayonu, Hacılar kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Himayəsində 2 (iki) azyaşlı övladı var. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə rayon Böyük Göyüşlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 17 mart 2023-cü il tarixli, 96 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs4 Bərdə rayonu, Böyük Göyüşlü kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Himayəsində 2 (iki) azyaşlı övladı var. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə rayon Böyük Göyüşlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 11 aprel 2023-cü il tarixli, 134 nömrəli arayışdan görünür ki, X2 rayonu, Böyük Göyüşlü kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 14 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkumluğu olmamışdır.Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 16 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsinə əsasən cəlb edilmiş, cinayət işi üzrə icraat xitam edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 17 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 152.1 və 70-ci maddələri ilə təqsirli bilinib 02 il azadlığın məhrum etmə cəzası ilə 02 il şərti sınaq müddəti xx.xx.2021-ci ildə başa çatmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 06 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində Bərdə rayon Polis şöbəsində olan ********* nömrəli cinayət işi üzrə icraata xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işi üzrə toplanmış «sübutların qiymətləndirilməsi haqqında qərar»a əsasən X5, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və götürülmüş hesab edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, X9 və Təqsirləndirilən şəxs3 iş üzrə Zərərçəkmiş şəxs məxsus Bərdə rayonu, Böyük Göyüşlü kəndi ərazisində yerləşən un dəyirmanında birlikdə törətmiş olduqları oğurluq cinayət hadisəsindən başqa rayon ərazisində və digər rayon ərazilərində hər hansı bir cinayət hadisəsinin törədilməsində iştirak etməmişdir. Həmçinin adları qeyd olunan şəxslərin oğurladıqları əşyaları kimə satmalarını əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni görmüş şahidlərin dairəsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Hüseynalılar kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 09 aprel 2024-cü il tarixli arayışdan görünür ki, Bərdə rayonu Hacılar kənd sakini Təqsirləndirilən şəxs3 16 yanvar 2024-cü il tarixdə idarə etdiyi yük avtomobilində bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. İş materiallarında olan qəbzdən görünür ki, X1 Əlyar Nəsrəddin oğluna 450 manat pul ödəmişdir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq, X9 qabaqcadan əlbir olan bir qrup şəxs qismində binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq, Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs qismində binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq cinayətini törətmişlər. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnların tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxslərin öz ifadələrindən başqa, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin törətmiş olduqları əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onların cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.2, 177.2.3-cü maddələri ilə, X5 əməli Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə həmçinin qeyd edir ki, Konstitusiyanın vətəndaşların vəzifələrinin əsasını müəyyən edən 72-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Bu baxımdan, hər bir şəxs hər hansı hərəkəti edərkən həmin hərəkətin digər şəxslərin qanunla qorunan hüquqlarını, eləcə də qanunun tələblərini pozub-pozmadığını düşünməli və bununla bağlı məsuliyyətini dərk etməlidir. Eyni zаmаndа, təqsirləndirilən şəxslərin cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə onlar, cəzayа məruz qаlmаlı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X9, Təqsirləndirilən şəxs4 hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onların törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcə də cəzalarını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini və zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini və onunla barışıq əldə edilməsini, təqsirləndirilən şəxslərin ilk dəfə az ağır cinayət törətmələrini və əməllərindən səmimi peşman olmalarını nəzərə alaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X9, Təqsirləndirilən şəxs4 azadlığın məhdudlaşdırılması növündə cəzaların təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxslərə təqsirləndirildikləri maddələrin sanksiyalarında nəzərdə tutulmuş aşağı həddə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə bütün təqsirləndirilən şəxslərə münasibətdə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxslərin etdiyi əməllərdən səmimi peşmançılıq hissi keçirmələri, yaşayış yeri üzrə müsbət xarakterizə olunmaları, onların bəzilərinin ilk dəfə hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətmələri və zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməklə onlarla barışıq əldə etmələri onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin etdikləri əməllərindən səmimi peşmançılığını bildirməsi tutduqları əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxslər tərəfindən törətdikləri cinayət əməlindən səmimi peşmançılıq hissi keçirmələri onları törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən digər təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxslərin əməllərində CM-in 61-ci maddəsində göstərilən onların cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 dəymiş ziyanı ödəməsi və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, əməlindən peşman olmasını nəzərə alaraq ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir.Təqsirləndirilən şəxs1 оğlunun üzərinə Bərdə rayonu Böyük Göyüşlü kəndi ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləmək və ailəsinə maddi yardım göstərmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun Bərdə rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs1 оğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X5 dəymiş ziyanı ödəməsi və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, əməlindən peşman olmasını nəzərə alaraq ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, X5 CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəzası saxlanılmalıdır. Məhkəmə hesab edir ki, X9 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. X19 оğlunun üzərinə Bərdə rayonu Böyük Göyüşlü kəndi ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləmək və ailəsinə maddi yardım göstərmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun Bərdə rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs4 dəymiş ziyanı ödəməsi və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, əməlindən peşman olmasını nəzərə alaraq ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs4 оğlunun üzərinə Bərdə rayonu Böyük Göyüşlü kəndi ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləmək və ailəsinə maddi yardım göstərmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun Bərdə rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs4 оğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə Zərərçəkmiş şəxs 6900 manat maddi ziyanın dəyməsi və maddi ziyandan ödəniş edilməsi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilməli, təqsirləndirilən şəxs-mülki cavabdeh X4 335 manat və 30 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə verilməli, ödənilmiş dövlət rüsumunun geri qalan hissəsi zərərçəkmiş şəxs-mülki iddiaçıya aid edilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. Təqsirləndirilən şəxs1, X9 və Təqsirləndirilən şəxs4 müştərək qaydada bərabər paylar üzrə 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 оğlunun üzərinə Bərdə rayonu Böyük Göyüşlü kəndi ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləmək və ailəsinə maddi yardım göstərmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun Bərdə rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 оğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. AR.CM-nin 69.3-cü maddəsinə əsasən təsirləndirilən şəxs X5 xx.xx.2023-dən xx.xx.2024-cü il tarixədək tutulmaqla həbsdə saxlanıldığı 68 gün və xx.xx.2024-cü il tarixdən hökmün çıxarıldığı xx.xx.2025-ci il tarixədək tutulmaqla həbsdə saxlandığı 61 gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 03 (üç) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X9 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin, barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X19 оğlunun üzərinə Bərdə rayonu Böyük Göyüşlü kəndi ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləmək və ailəsinə maddi yardım göstərmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun Bərdə rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 оğlunun üzərinə Bərdə rayonu Böyük Göyüşlü kəndi ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləmək və ailəsinə maddi yardım göstərmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun Bərdə rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 оğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə Zərərçəkmiş şəxs 6900 manat maddi ziyanın dəyməsi və maddi ziyandan ödəniş edilməsi nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs-mülki cavabdeh X4 335 manat və 30 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə verilsin. Ödənilmiş dövlət rüsumunun geri qalan hissəsi zərərçəkmiş şəxs-mülki iddiaçıya aid edilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs1, X9 və Təqsirləndirilən şəxs4 müştərək qaydada bərabər paylar üzrə 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar