Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-30/2021 08.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Məhəmməd oğlunun iştirakları ilə, xx.xx.1983-cü ildə Bərdə rayonu Qarağacı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Bərdə rayonu Qarağacı kəndində qeydiyyatda olan və yaşayan, barəsində qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu qəsdən sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs oğlu 30.12.2020-ci il tarixdə təxminən saat 16 radələrində Bərdə rayonu Qarağacı kəndində aralarında şəxsi münasibətlər zəmnində yaranmış münaqişə zamanı Təqsirləndirilən şəxs dəmir alətlə Zərərçəkmiş şəxs bir dəfə baş nahiyəsinə, kəllə zərbəsi ilə bir dəfə sifət nahiyəsinə vurmuş, nəticədə Zərərçəkmiş şəxs burun tənəffüsünün pozulması ilə müşayət olunan burun sümüyünün orta 1/3-nin yerdəyişən sınığı, hər iki gözaltı nahiyənin qançırları, burun kökü nahiyəsinin sıyrığı, sol arxa təpə nahiyəsinin əzilmiş yarası ilə müşayət olunan sağ gözyuvasıaltı, burun, sol gözyuvasıaltı və almacıq nahiyələrini əhatə edən sahənin qançırı, hər iki gözün ağlı qişasına qansızma, boyun nahiyəsinin sıyrıqları ilə nəticələnən ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid xəsarət almışdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlu məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə rayonu Qarağacı kəndində yaşayır. 30.12.2020-ci il tarixdə əvvəlcədən tanıdığı Zamiq adlı şəxs ona məxsus mobil telefon nömrəsinə zəng edərək sosial şəbəkədə bir nəfər şəxsi söyüb təhqir etdiyini bildirib, onunla söhbət etmək üçün kəndə gələcəyini bildirmişdir. O, isə gəlməsini, onu gözləyəcəyini demişdir. Həmin ərəfələrdə isə təxminən 250 qramlıq araq içmişdir. Həmin gün Zamiq adlı şəxslə həmkəndliləri Mikayılgilin evinin qarşısında görüşmüşlər. Görüşdükləri yer əsas yoldan təxminən 50 metr içəridə olmaqla Elgüngilin evinin qarşısında olmuşdur. O, yoldan tapdığı dəmir parçasını da hər ehtimala özü ilə götürmüşdür. Orada söhbət zamanı aralarında münaqişə baş vermişdir. Münaqişə zamanı Zamiq onun üzərinə gələn zaman əlində olan dəmir parçası ilə bir dəfə onun baş nahiyəsindən vurmuşdur. Həmin vaxt dəmir əlindən yerə düşmüşdür. Zamiq onun yaxasından tutan zaman isə bir dəfə kəllə ilə onun sifət nahiyəsinə vurmuşdur. Bundan sonra Mikayıl onları aralaşdırmışdır. O isə yoldan tapdığı dəmiri də özü ilə götürərək oradan uzaqlaşmışdır. Hadisə 30.12.2020-ci il tarixdə Bərdə rayonu Qarağacı kəndində saat 16 radələrində Mikayıl adlı həmkəndlisinin evinin qarşısında baş vermişdir. Hadisə təxminən 3-5 dəqiqə ərzində davam etmişdir. Hadisə zamanı ətrafımıza kənar şəxslər toplaşmamışdırlar. O, hadisə zamanı sərxoş halda olduğu üçün həmin dəmir aləti hara atdığını və hazırda harada olduğunu bilmir. Əməlindən peşman olduğunu bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri , ekspert rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Bərdə şəhəri Yeni Bakı küçəsində ailəsi ilə birlikdə yaşayır. Onun özünə məxsus BMV markalı **-ZV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili var. Bir müddətdir ki, həmin avtomobili satmaq istəyirmiş. Buna görə də 30.12.2020-ci il tarixdə Bərdə rayonu Qarağacı kəndindən maşın alveri ilə məşğul olan Mikayılın oğlu Elgünün yanına getmişdir. Elgün ona avtomobilin satılmasında köməklik etməli imiş. O, saat təxminən 16 radələrində Elgüngilin qapısının qarşısına getmişdir. Mikayılın oğlu Elgünə zəng edərək qapıya çıxmasını xahiş etmişdir. Bu zaman həmin kənddə yaşayan Təqsirləndirilən şəxs ona yaxınlaşmışdır. Onun davranışlarından sərxoş olması hiss olunurmuş. O, həmin Elgünü əvvəlcədən sosial şəbəkə istifadəçisi kimi tanıyırmış. Elgün ona yaxınlaşaraq salamlaşıb “gedək bizə çay içək” demişdir. O, isə ona ehtiyac olmadığını, Mikayılın oğlu Elgünlə maşını satmaqla bağlı danışacaqlarını demişdir. Bir qədər söhbət etmişlər və aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Elgün əlində olan alətlə bir dəfə baş nahiyəsinə vurmuş, o Elgünə tərəf dönüb yaxalaşan zaman isə bir dəfə kəllə ilə burun nahiyəsindən vurmuşdur. Bundan sonra Mikayıl və oğlu Elgün onlara yaxınlaşmışlar. Elgünü oradan aralaşdırmışlar. Elgün oradan uzaqlaşmışdır. O, oradan çıxaraq yaşadığı evə getmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmadıqlarını bildirərək məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid2 ifadə verərək göstərdi ki, o, hazırda Bərdə rayonu Qarağacı kəndində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs həmkəndlisi kimi uzun müddətdir ki, tanıyır. Zərərçəkmiş şəxs isə şəxsən 30.12.2020-ci il tarixdə hadisə baş verən gün tanımışdır. Oğlu Şahid1lə Zərərçəkmiş şəxs təxminən 4 il müddətdir ki tanışlıqları var. Oğlu Elgün avtomobil sahiblərinin avtomobillərinin şəkillərini internet saytlarına yerləşdirməklə satışı ilə məşğul olur. Zamiq özünə məxsus olan BMV markalı avtomobilini satmaq üçün 30.12.2020-ci il tarixdə oğlu Elgünə zəng edərək həmin avtomobili internet saytına yerləşdirməsi məqsədi ilə onlara gəldiyini demişdir. Həmin gün yəni 30.12.2020-ci il tarixdə saat təxminən 16 radələrində Zamiq onlara gələn zaman ilk öncə o həyət darvazasının qarşısına çıxmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs da orada olmuşdur. Onun davranışlarından isə sərxoş halda olması hiss olunurmuş. Zamiqlə aralarında mübahisə edirmişlər. O, onlara yaxınlaşana qədər Elgün Zamiqin baş nahiyəsinə bir dəfə əlində olan alətlə vurmuşdur. Daha sonra Zamiq onun yaxasından tutan zaman onun əlində olan alət yerdə düşdüyü üçün kəllə ilə Zamiqin sifət nahiyəsinə bir dəfə vurmuşdur. Bundan sonra o və oğlu Elgün onları aralaşdırmışlar. O, ağsaqqal kimi Təqsirləndirilən şəxs əsəbləşərək çıxıb getməsini bildirmişdir. Bundan sonra Elgün oradan uzaqlaşmışdır. Daha sonra orada başqa bir hadisə baş verməmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 7-8-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 məhkəmətibb ekspertizasının 05.01.2021-ci il tarixli 11 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – burun tənəffüsünün pozulması ilə müşayət olunan burun sümüyünün orta 1/3-nin yerdəyişən sınığı, hər iki gözaltı nahiyənin qançırları, burun kökü nahiyəsinin sıyrığı, sol arxa təpə nahiyəsinin əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə - yəni 30.12.2020-ci ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 55-56-ci vərəqələrində olan Bərdə rayon Məhkəməsinin 1(021) 26\2019 saylı 21.01.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verimişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 58-cı vərəqəsində olan Bərdə RİHB-nın Mirzəcəfərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs oğlunun barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs oğlunun sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Qeyd olunan maddənin tələbinə əsasən məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlu ilə Zərərçəkmiş şəxs barışmadıqlarından və zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmədiyindən cinayət məsuliyyətindən azad edilə bilməz. Beləliklə, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs oğlunun əməlindən peşman olduğunu, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılıması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılıması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Belə ki, CM-nin 127.1-ci maddəsinin sanksiyasında islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun aliment borcu üzrə cinayət işi olmuş və məhkəmə müşavirəyə gedənə qədər aliment borcuu ödədiyindən cinayət təqibinə xitam verilmişdir. Məhkəmə bu halı ona görə vurgulayır ki, Təqsirləndirilən şəxs oğlunun vaxtaşı aliment öhdəliyinin olması, həm də onun barəsində islah işləri tətbiq olunacağı təqdirdə həm aliment öhdəliyini, həmdə ki, islah işləri üzrə təyin olunacaq pul tənbehini ödəmə iqtidarında olmasını şüphə altına qoyur ki, bu da gələcəkdə hökmun icrası ilə bağlı çətinliklər yarada bilər. Məhkəmə hümanizm prinsipini nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzası təyin oluması məqsədəmüvafiq deyildur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğlunun üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğluna təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(021)-30/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-30/2021
08.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver