Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-30/2023 30.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Şahid6, Şahid8, Şahid10, X1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağdam şəhəri Füzuli küçəsi ev 25-də qeydiyyatda olmaqla ünvan 1-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən və xeyli miqdarda özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Ağdam rayonu Təzəkənd qəsəbə sakini Şahid10 ilə 2020-ci ilin əvvələrində danışıb, Şahid10 dayandırılmış təqaüdünün bərpa olunmasını təmin edəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 19 mart 2020-ci il tarixdə Bərdə rayonu 866 saylı qəsəbədə Şahid10 3400 (üç min dörd yüz) manat nəqd puldan ibarət əmlakını ələ keçirib dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bərdə şəhəri Q.B.Zakir küçəsi ev 1-də yaşayan Zərərçəkmiş şəxs1 ilə 2019-cu ilin dekabr ayının sonlarında danışıb, Zərərçəkmiş şəxs1 sosial müavinət düzəltməsini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 25 dekabr 2019-cu il tarixdə Bərdə şəhəri H.Əliyev prospektində yerləşən mərkəzi poçtun yaxınlığında Zərərçəkmiş şəxs1 700(yeddi yüz) manat, daha sonra vahid niyyət ilə 05 yanvar 2020-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında Zərərçəkmiş şəxs1 1000(bir min) manat, daha sonra yenidən vahid niyyət ilə 15 aprel 2020-ci il tarixdə Bərdə şəhəri H.Əliyev prospektində yerləşən mərkəzi poçtun yaxınlığında Zərərçəkmiş şəxs1 200(iki yüz) manat nəqd puldan ibarət əmlakını, yəni, ümumilikdə 1900(bir min doqquz yüz) manat nəqd pulunu ələ keçirib təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bərdə rayonu 866 saylı qəsəbə ev 14, mənzil 24-də yaşayan Zərərçəkmiş şəxs3 ilə 2020-ci ilin mart ayının əvvələrində danışıb, Zərərçəkmiş şəxs3 qardaşı Şahid3 xəstəliyi ilə əlaqədar əlillik dərəcəsi düzəltməsini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 16 mart 2020-ci il tarixdə Bərdə şəhərində yerləşən “Access Bank”da Zərərçəkmiş şəxs3 1000(bir min) manat, daha sonra vahid niyyət ilə 28 aprel 2020-ci il tarixdə Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən köhnə bazarda Zərərçəkmiş şəxs3 1500(bir min beş yüz) manat nəqd puldan ibarət əmlakını, yəni, ümumilikdə 2500(iki min beş yüz) manat nəqd pulunu ələ keçirib təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bərdə rayonu Mirzalıbəyli kənd sakini Zərərçəkmiş şəxs4 ilə 2020-ci ilin mart ayının ortalarında danışıb, Zərərçəkmiş şəxs4 və ailə üzvlərinə əlilliklə bağlı təqaüd düzəltməsini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 26 mart 2020-ci il tarixdə Bərdə şəhəri H.Əliyev prospektində yerləşən mərkəzi poçtun qarşısında Zərərçəkmiş şəxs4 xeyli miqdar hesab edilən 13000(on üç min) manat, daha sonra vahid niyyət ilə müharibə zamanı evi qəzalı vəziyyətə düşdüyü üçün dövlət tərəfindən maddi yardım verilməsini təmin edəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 08 noyabr 2020-ci il tarixdə Bərdə şəhəri H.Əliyev prospektində yerləşən Bərdə rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında Zərərçəkmiş şəxs4 xeyli miqdar hesab edilən 10000(on min) manat nəqd puldan ibarət əmlakını, yəni, ümumilikdə 23000(iyirmi üç min) manat nəqd pulunu ələ keçirib təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Ağdam rayonu Dördyol-2 qəsəbə sakini Zərərçəkmiş şəxs2 ilə 2020-ci ilin oktyabr ayının əvvələrində danışıb, Zərərçəkmiş şəxs2 sosial müavinət düzəltməsini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 17 oktyabr 2020-ci il tarixdə Bərdə şəhəri H.Əliyev prospektində yerləşən mərkəzi poçtun yaxınlığında Zərərçəkmiş şəxs2 570(beş yüz yetmiş) manat, daha sonra vahid niyyət ilə 17 noyabr 2020-ci il tarixdə Bərdə şəhəri ərazisində Zərərçəkmiş şəxs2 200(iki yüz) manat nəqd puldan ibarət əmlakını, yəni, ümumilikdə 770(yeddi yüz yetmiş) manat nəqd pulunu ələ keçirib təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bərdə rayonu Qaradəmirçi kənd sakini Şahid6 ilə 2020-ci ilin noyabr ayının sonlarında danışıb, Şahid6 həyat yoldaşı Şahid7 əlillik ilə bağlı təqaüd düzəltməsini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 06 dekabr 2020-ci il tarixdə Bərdə şəhərində yerləşən “Qızıl Tac” restoranında Şahid6 4100(dörd min yüz) manat nəqd puldan ibarət əmlakını ələ keçirib təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bərdə rayonu Mollalı kənd sakini Zərərçəkmiş şəxs6 ilə 2021-ci ilin fevral ayının əvvələrində danışıb, Zərərçəkmiş şəxs6 xəstəliyi ilə bağlı təqaüd düzəltməsini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 17 fevral 2021-ci il tarixdə Bərdə şəhəri H.Əliyev prospekti mərkəzi poçtun yaxınlığında yerləşən çayxanaların birində Zərərçəkmiş şəxs6 2500(iki min beş yüz) manat nəqd puldan ibarət əmlakını ələ keçirib təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bərdə rayonu Qaradəmirçi kənd sakini Zərərçəkmiş şəxs5 ilə 2020-ci ilin noyabr ayının sonlarında danışıb, Zərərçəkmiş şəxs5 xəstəliyi ilə bağlı təqaüd düzəltməsini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 28 noyabr 2020-ci il tarixdə Bərdə şəhərində yerləşən “Qızıl Tac” restoranında Zərərçəkmiş şəxs5 2000(iki min) manat, daha sonra vahid niyyət ilə 29 mart 2021-ci il tarixdə Bərdə şəhəri Bakı küçəsində “Pajarnının kruqu” adlanan yerin yaxınlığında Zərərçəkmiş şəxs5 1000(bir min) manat nəqd puldan ibarət əmlakını, yəni, ümumilikdə 3000(üç min) manat nəqd pulunu ələ keçirib təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bərdə rayonu Kətəlparaq kənd sakini Şahid8 ilə 2021-ci ilin aprel ayının əvvəllərində danışıb, Şahid8 sosial müavinət düzəltməsini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 16 aprel 2021-ci il tarixdə Bərdə şəhəri H.Əliyev prospektində yerləşən mərkəzi poçtun qarşısında Şahid8 550(beş yüz əlli) manat, daha sonra vahid niyyət ilə 15 sentyabr 2021-ci il tarixdə Bərdə rayonu 866 saylı qəsəbədə Şahid8 200(iki yüz) manat nəqd puldan ibarət əmlakını, yəni, ümumilikdə 750(yeddi yüz əlli) manat nəqd pulunu ələ keçirib təkrarən dələduzluq cinayətini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olmuşdur. Əvvəllər polis əməkdaşı olmuş, hazırda təqaüddədir. Zərərçəkmiş şəxs1 təxminən 1 il 5 aydır ki, qohumu Nizaminin vasitəsi ilə tanımışdır. O, Bəhruz adlı şəxslə tanış olduqdan bir müddət sonra, maddi vəziyyəti aşağı olduğu və pul əldə etmək üçün 2019-cu ilin dekabr ayının sonlarında söhbət əsnasında Bəhruza maddi vəziyyəti ilə əlaqədar olaraq sosial müavinət düzəldəcəyini vəd etmiş və bunun müqabilində Bəhruzdan əvvəlcə 25 dekabr 2019-cu il tarixdə Bərdə şəhəri H.Əliyev prospektində yerləşən mərkəzi poçtun yaxınlığında qohumu Nizaminin yanında 700 manat pul almışdır. Sonra isə 05 yanvar 2020-ci il tarixdə Bəhruz qohumu Nizami ilə yaşadığı ünvan 1 ünvanına gəlmişdir. Evində Bəhruz qohumu Nizaminin yanında ona eyni məqsədlə 1000 manat pul vermişdir. 15 aprel 2020-ci il tarixdə onun istəyi ilə Bərdə şəhəri H.Əliyev prospektində yerləşən mərkəzi poçtun yaxınlığında Bəhruz yenidən eyni məqsədlə ona 200 manat pul vermişdir. O, bir müddət Bəhruzu aldadıb vaxt alsada, sonradan Bəhruz aldanıldığını anlamışdır. Sonra dəfələrlə Bəhruz qohumu Nizami ilə yaşadığı Bərdə rayonu 866 saylı qəsəbəyə gəlmiş və orada onunla görüşüb pulunu geri qaytarmasını istəmiş, lakin, o, Bəhruza pulunun olmadığını bildirmiş, sonra isə Bəhruza yalandan demişdir ki, guya sosial müavinət düzəltmiş və Bəhruz gedib kartını X9 filialından götürməlidir. 05 sentyabr 2020-ci il tarixdə Bərdə şəhəri H.Əliyev prospektində yerləşən mərkəzi poçtun yaxınlığında qohumu Nizaminin iştirakı ilə o, Bəhruza 600 manat pulu qaytarmışdır, qalan 1300 manat pulu isə qaytarmaqdan boyun qaçırmışdır. Zərərçəkmiş şəxs2 bir neçə müddətdir qohumu Hacının vasitəsi ilə tanımışdır. O, Xalıq adlı şəxslə tanış olduqdan bir müddət sonra, maddi vəziyyəti aşağı olduğu və pul əldə etmək üçün 2020-ci ilin oktyabr ayının əvvəllərində Bərdə şəhərində H.Əliyev prospektində yerləşən mərkəzi poçtun yaxınlığında çayxanada söhbət əsnasında Xalıqa maddi vəziyyəti ilə əlaqədar olaraq sosial müavinət düzəldəcəyini, hər ay plastik kart vasitəsilə 270 manat pul alacağını vəd vermiş və qarşılığında Xalıqdan 1200 manat pul istəmişdir. Həmçinin, inandırıcı olması üçün Xalıqdan özünə və ailə üzvlərinə məxsus müvafiq sənədlərin surətlərinidə istəmişdir. Xalıq onunla razılaşmışdır. O, əvvəlcə 17 oktyabr 2020-ci il tarixdə Bərdə şəhəri H.Əliyev prospektində yerləşən mərkəzi poçtun yaxınlığında qohumu Hacının yanında Xalıqdan 570 manat pul və müvafiq sənədlərin surətlərini almışdır. Qalan pulu isə razılaşmalarına əsasən iş həll olunduqdan sonra Xalıq ona verməli olmuşdur. O. Xalıqa 1 ay ərzində sosial müavinət düzəldəcəyini bildirmişdir. 17 noyabr 2020-ci il tarixdə ona yenidən pul lazım olduğu üçün Xalıq ilə əlaqə saxlayıb yalandan işinin həll olunduğunu və əlavə 200 manat da pul lazım olduğunu bildirmişdir. Elə həmin günü Xalıq tanımadığı taksi ilə ona 200 manat pul göndərmiş və o, Xalıq ilə əlaqə saxlayaraq Bərdə şəhərində göndərdiyi 200 manat pulu aldığını bildirmişdir. Sonrakı günlərdə Xalıq dəfələrlə yaşadığı Bərdə rayonu 866 saylı qəsəbəyə gəlmiş və orada onunla görüşüb pulunu geri qaytarmasını istəmiş, lakin, o, hər dəfə müxtəlif bəhanələr ilə Xalıqı aldatmışdır. X5 uzun illərdir qonşusu kimi tanımışdır. Mahirin oğlu Zahid 2017-ci il də hərbi xidmətdə olarkən xəstələnmiş, Zahidə 3-cü qrup əlillik təyin edilmişdir. Bu barədə onun əvvəlcədən xəbərim olmuşdur. 2020-ci ilin mart ayının əvvələrində yaşadığı qəsəbədə Mahir ilə söhbət zamanı ona pul lazım olduğu üçün Mahiri aldadıb pulunu ələ keçirmək qərarına gəlmişdir. O, Mahirə oğlunun əlillik dərəcəsinin əslində 1-ci qrup olmasını, hansı səbəbdən bu işlə maraqlanmadığını bildirmişdir. Mahir ona bu işlərdən başının çıxmadığını bildirmişdir. Bu zaman o, Mahirə tanış həkimlərinin olmasını bildirib, oğlunun əlillik dərəcəsinin 1-ci qrup edilməsi üçün Mahirdən ümumilikdə 2500 manat pul istəmişdir. Mahir onunla razılaşmışdır. O. Mahir ilə ilk öncə razılaşmışdır ki, o, deyən adamın adına Mahir 1000 manat pul göndərəcək, sonrakı vaxtlarda isə 3 dəfəyə hər dəfəsində 500 manat pul göndərməli olmuşdur. Razılaşdıqları kimi xx.xx.2020-ci il tarixdə Mahir ilə birlikdə Bərdə şəhərində yerləşən Access Bankın filialına getmişlər, o, orada Mahirdən 1000 manat pulu alıb guyaki tanışı X2 adına göndərəcəyini bildirmişdir. Onlar bankdan çıxanda Mahirin oğlu Zahir gəlib Mahiri oradan götürmüş və getmişlər. 2020-ci ilin aprel ayının sonlarında ona yenidən pul lazım olduğu üçün Mahir ilə əlaqə saxlamış və təcili olaraq oğlunun işinə görə 1500 manat pul lazım olduğunu bildirmişdir. xx.xx.2020-ci il tarixdə günorta saatlarında Mahirin işlədiyi Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən köhnə bazarda qəssəbxanada olarkən tanımadığı göy rəngli taksi ilə oraya getmiş və oğlanları Zahid ilə Zahirin yanında Mahirdən 1500 manat pul almış, söz vermişdir ki, çox yaxın zamanda oğlu Zahidin əlillik məsələsi həll olacaq və Zahid artıq 1-ci qrup əlilliyə görə təqaüd alacaqdır. Sonrakı günlərdə Mahir və oğlanları dəfələrlə yaşadığı ünvana gəlmişlər, onunla görüşüb pulunu geri qaytarmasını istəmişlər, lakin, o, hər dəfə müxtəlif bəhanələr ilə Mahiri və oğlanlarını aldatmışdır. Zərərçəkmiş şəxs4 təxminən 2 ildir təsadüfən tanımışdır. Belə ki, 2019-cu ilin son aylarında Bərdə şəhərində yerləşən vergilər idarəsində Mustafa ilə təsadüfən tanış olmuşdur. Həmin vaxtı Mustafanın həyat yoldaşı Zülfiyəyə sosial müavinət düzəldilməsinə köməklik göstərmişdir. Bundan sonra onların münasibətləri dahada yaxınlaşmışdır. 2020-ci ilin mart ayının ortalarında söhbət əsnasında Mustafa ona maddi vəziyyətinin aşağı olmasını ailə üzvlərinə əlillik ilə bağlı təqaüd düzəltmək istədiyini bildirmişdir. Bunun bir fürsət olmasını görüb Mustafanı aldadıb pulunu ələ keçirmək qərarına gəlmişdir. Söhbət zamanı Mustafaya həmin işi düzəldə biləcəyini bildirib Mustafadan müvafiq sənədləri hazırlamasını istəmişdir. Mustafa onunla razılaşmışdır. xx.xx.2020-ci il tarixdə saat 16 radələrində Bərdə şəhəri H.Əliyev prospektində “mərkəzi poçt”un qarşısında qabaqcadan vədləşdikləri kimi Mustafa ilə görüşmüşdür. Həmin vaxtı onların yanlarında Mustafanın oğlu İsbi olmuşdur. O, Mustafaya, həyat yoldaşı Zülfiyəyə, oğlu İsbiyə əlilliklə bağlı təqaüd düzəltməsi üçün Mustafa ona 13000(on üç min) manat pul və istədiyi müvafiq sənədləri vermişdir. O, 13000(on üç min) manat pulu və sənədləri alıb bildirmişdir ki, təxminən 2-3 ay ərzində əlilliklə bağlı təqaüdləri düzəldəcəkdir. Lakin, növbəti aylar ərzində vədinə əməl etməmiş, hər dəfə müxtəlif bəhanələr ilə Mustafanı aldatmışdır. 2020-ci ilin sentyabr ayının sonlarında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında vətən müharibəsi başlamışdır. Oktyabr ayında Ermənistan Respublikasının təxribatı nəticəsində Mustafanın yaşadığı evin yaxınlığına raket zərbələri endirilmişdir. Həmin zərbələrin təsirindən Mustafanın yaşadığı ev qəzalı vəziyyətə düşmüşdür. Baş vermiş məlum hadisə ilə bağlı Mustafa onada məlumat vermişdir. Həmin vaxtı yenidən ələ fürsət düşməsini nəzərə alıb Mustafaya qarşı dələduzluq etmək qərarına gəlmişdir. Mustafaya bildirmişdir ki, FHN-də tanış adamları vardır, müəyyən qədər maddi hörmət müqabilində maddi yardım kimi Mustafaya 30000(otuz min) manat maddi yardım göstərəcəklər. Mustafa onunla razılaşmışdır. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Bərdə şəhəri H.Əliyev prospektində “Bərdə rayon İcra Hakimiyyəti”nin inzibatı binasının yaxınlığında Mustafa ilə görüşmüşdür. Həmin vaxtı onların yanlarında Mustafanın oğlu İsbi olmuşdur. Orada evinə dəymiş ziyanla bağlı Mustafaya maddi yardım verilməsi üçün Mustafa ona 10000(on min) manat pul vermişdir. Pulu Mustafadan alıb bildirmişdir ki, yaxın vaxtlarda FHN tərəfindən Mustafaya evinin zərər görməsi ilə bağlı konpensasiya olaraq təxminən 30000(otuz min) manat pul veriləcəkdir. Sonrakı günlərdə Mustafa dəfələrlə yaşadığı Bərdə rayonu 866 saylı qəsəbəyə gəlmiş və orada onunla görüşüb pulunu geri qaytarmasını istəmiş, lakin, o, hər dəfə müxtəlif bəhanələr ilə Mustafanı aldatmışdır. Şahid6 Bərdə şəhərində yerləşən “Qızıl Tac” restoranında adminstrator vəzifəsində işləmişdir. Eyvazı işlədiyi restoranda tanımışdır. Belə ki, qızlarının toyları həmin restoranda baş tutmuşdur. Restoranda olarkən söhbət zamanı Eyvaza xəstəlik, əlillik və sair işlərlə bağlı təqaüd düzəltdiyini, bu sahədə tanışlarının olmasını bildirmişdir. Həmçinin, əsasən Esmira və Sevinc adlı həkim tanışları ilə iş gördüyünü qeyd etmişdir. Özü Eyvaza o formada demişdirki inandırıcı olsun. Eyvaz avtoqəza zamanı baş nahiyyəsindən xəsarət almış həyat yoldaşı Ramiləyə əlilliklə bağlı təqaüd düzəltmək üçün 2020-ci ilin noyabr ayının sonlarında ona müraciət etmişdir. O, yalandan Eyvaza vədlər vermişdir. xx.xx.2020ci il tarixdə Bərdə şəhəri “Qızıl Tac” restoranında həyat yoldaşına təqaüd düzəltməsi üçün Eyvaz ona 4100 manat pul vermişdir. O, bildirmişdir ki, çox yaxın zamanda həyat yoldaşının təqaüd məsələsini həll edəcəkdir. Lakin o, Eyvaza verdiyi vədinə əməl etməmişdir. Həmçinin, qeyd etdi ki, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 da onunla Eyvaz tanış etmişdir. Söhbət zamanı Eyvaz ona Mütalibə xəstəliyi ilə bağlı əlillik dərəcəsi düzəltməsini xahiş etmiş və 2000 manat pulu olduğunu bildirmişdir. O, Eyvaza Mütalibi işlədiyi restorana dəvət etməyi və orada birlikdə bu barədə söhbət etməyi təklif etmişdir. xx.xx.2020-ci il tarixdə Bərdə şəhərində yerləşən “Qızıl Tac” restoranında Mütalib ilə görüşmüşdür. Həmin vaxtı orada Eyvaz da olmuşdur. Orada söhbət zamanı Mütalibə tanış həkimlərinin olmasını bildirib, Mütalibdən xəstəliyi ilə əlaqədar 6 ay müddətində əlillik dərəcəsini düzəltməyi üçün ümumilikdə 3000 manat pul istəmişdir. Razılaşmalarına əsasən ilk öncə Mütalib ona 2000 manat pul verməli olmuş və işi həll olunduqdan sonra isə qalan 1000 manat pulu verməli olmuşdur. Orada ilk öncə Eyvazın iştirakı ilə Mütalib ona 2000 manat pul vermişdir. 2021-ci ilin mart ayının sonlarında Mütalib ilə əlaqə saxlamış və təcili olaraq işi ilə əlaqədar 1000 manat pul istəmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə Bərdə şəhəri Bakı küçəsində “Pajarnının kruqu” adlanan yerin yaxınlığında Mütalib ilə görüşmüş və ona 1000 manat pul vermişdir. Söz vermişdirki çox yaxın zamanda işi həll olacaqdır. Lakin vədinə əməl etməmişdir. Onun mobil nömrəsini Rəşada Eyvaz vermişdir. Eyvaz ona zəng edib, Rəşad adlı qohumuna onun mobil nömrəsini verdiyini demiş və onun Rəşada da təqaüd düzəltməsini xahiş etmişdir. Rəşad onunla telefon əlaqəsi saxlamışdır. Telefonda söhbət zamanı Rəşada tanış həkimlərinin olmasını bildirib, Rəşaddan xəstəliyi ilə əlaqədar 6 ay müddətində əlillik dərəcəsini düzəltməsi üçün ümumilikdə 2500 manat pul istəmişdir. Razılaşdıqları kimi xx.xx.2021-ci il tarixdə Bərdə şəhəri H.Əliyev prospektində mərkəzi poçtun yaxınlığında yerləşən çayxanaların birində Rəşad ilə görüşmüşdür. Həmin vaxtı Rəşadla birlikdə qaynı Mehrabda gəlmişdir. Rəşad orada xəstəliyi ilə bağlı 1-ci qrup əlillik dərəcəsi düzəltməsi üçün ona 2500 manat pul vermişdir. Söz vermişdirki çox yaxın zamanda işi həll olacaqdır. Lakin vədinə əməl etməmişdir. Şahid8 təxminən 1(bir) ildir təsadüfən tanımışdır. Belə ki, 2021-ci ilin aprel ayında təsadüfən Vasif ona zəng etmiş və bildirmişdir ki, Vasifə ünvanlı sosial yardım düzəltmək lazımdır. O, bunun bir şans olduğunu düşünmüş və Vasifi aldadıb pulunu ələ keçirmək fikrinə düşmüşdür. Vasifə bildirmişdir ki, 550(beş yüz əlli) manat pul və müvafiq sənədləri toplayıb ona versinki işini həll etsin. xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Bərdə şəhəri H.Əliyev prospektində “mərkəzi poçt”un qarşısında qabaqcadan vədləşdikləri kimi Vasiflə görüşmüşdür. Həmin vaxtı Vasiflə birlikdə qaynatası Mehmanda gəlmişdir. Orada Vasifə ünvanlı sosial yardım düzəltməsi üçün Vasif ona 550(beş yüz əlli) manat pul və istədiyi müvafiq sənədləri vermişdir. 550(beş yüz əlli) manat pulu və sənədləri alıb bildirmişdir ki, təxminən 1-2 ay ərzində ünvanlı sosial yardım düzəldəcəkdir. Lakin, növbəti aylar ərzində vədinə əməl etməmiş, hər dəfə müxtəlif bəhanələr ilə Vasifi aldatmışdır. xx.xx.2021-ci il tarixdə yaşadığı Bərdə rayonu 866 saylı qəsəbəyə Vasif qaynatası ilə birlikdə gəlmişdir. Orada yenidən Vasifi aldatmaq qərarına gəlmiş və işlərinin tez zamanda həll olunacağını bildirib Vasifdən yenidən 200 manat pul istəmişdir. Vasifdə cibindən çıxardıb ona yenidən 200 manat pul vermişdir. Ümumilikdə Vasifin 750 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Növbəti günlərdə Vasifi müxtəlif bəhanələr ilə aldatmağa başlamışdır. Hər dəfə Vasif işləri ilə bağlı maraqlandıqda Vasifə müxtəlif bəhanələr gətirmişdir. Şahid10 2020-ci ilin əvvəllərindən tanımışdır. İlhama özünü DSMF-nin əməkdaşı kimi təqdim etmişdir. Söhbət zamanı İlham ona bildirmişdir ki, əvvəllər 1-ci qrup əlliliyə görə təqaüd almış, lakin, sonradan təqaüdü dayandırılmışdır. Söhbət zamanı ələ fürsət keçməsini düşünüb İlhamı aldadıb pulunu ələ keçirmək qərarına gəlmişdir. İlhama 3400 manat pul qarşılığında təqaüdünü bərpa edəcəyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə İlham həyat yoldaşı ilə birlikdə yaşadığı Bərdə rayonu 866 saylı qəsəbəyə gəlmişdir. Orada onunla görüşüb əlillik təqaüdünü bərpa etməyi üçün ona 3400 manat pul vermişdir. Lakin, növbəti aylar ərzində o, vədinə əməl etməmiş, hər dəfə müxtəlif bəhanələr ilə İlhamı aldatmışdır. Hazırda əməlindən peşman olduğunu, Ağdam rayonunda işə düzələcəyini və borcunu hissə hissə ödəyəcəyini bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanmaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olmuşdur. Faiq adlı şəxsi təxminən 1 il 5 aydır ki, qohumu Nizaminin vasitəsi ilə tanımışdır. Faiq adlı şəxs əvvəllər polis əməkdaşı işləmişdir. Hal hazırda isə təqaüddədir. O, Faiq adlı şəxslə tanış olduqdan bir müddət sonra, 2019-cu ilin dekabr ayının sonlarında söhbət əsnasında Faiq adlı şəxs ona maddi vəziyyəti ilə əlaqədar olaraq sosial müavinət düzəldəcəyini vəd vermiş və Faiq bunun müqabilində ondan əvvəlcə 25 dekabr 2019-cu il tarixdə Bərdə şəhəri H.Əliyev prospektində yerləşən mərkəzi poçtun yaxınlığında qohumu Nizaminin yanında 700 manat pul almışdır. Sonra isə 05 yanvar 2020-ci il tarixdə qohumu Nizami ilə Faiqin yaşadığı ünvan 1 ünvanına getmişdir. Orada qohumu Nizaminin yanında Faiqə eyni məqsədlə 1000 manat pul vermişdir. 15 aprel 2020-ci il tarixdə Faiqin istəyi ilə Bərdə şəhəri H.Əliyev prospektində yerləşən mərkəzi poçtun yaxınlığında Faiqə yenidən eyni məqsədlə 200 manat pul vermişdir. Lakin sonradan Faiq ona sosial müavinət düzəldə bilməmiş və o, Faiq tərəfindən aldadıldığını anlamışdır. Sonra isə dəfələrlə Faiq adlı şəxsin yaşadığı Bərdə rayonu 866 saylı qəsəbəyə getmiş və orada Faiqlə görüşüb pulunu geri qaytarmasını istəmiş, lakin, Faiq ona pulunun olmadığını bildirmiş, sonra isə ona yalandan demişdir ki, guya sosial müavinət düzəldib və o, gedib kartını X9 filialından götürməlidir. Lakin o, Kapital Banka getsə də orada ona belə bir kartın olmadığını bildirmişlər. O, Faiq adlı şəxsin onun etibarından sui-istifadə edərək pulunu ələ keçirdiyini başa düşmüş və buna görədə bir neçə dəfə Faiqin yaşadığı evə gedərək pulunu tələb etmişdir. 05 sentyabr 2020-ci il tarixdə Bərdə şəhəri H.Əliyev prospektində yerləşən mərkəzi poçtun yaxınlığında qohumu Nizaminin iştirakı ilə Faiq ondan almış olduğu 1900 manat puldan 600 manat pulu ona qaytarmış, qalan 1300 manat pulunu isə qaytarmaqdan boyun qaçırmışdır. Buna görədə o, Faiq barəsində şikayət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olmuşdur. Faiq adlı şəxsi bir neçə müddətdir qohumu Hacının vasitəsi ilə tanımışdır. Faiq adlı şəxs əvvəllər polis əməkdaşı işləmişdir. Hal hazırda isə təqaüddədir. O, Faiq adlı şəxslə tanış olduqdan bir müddət sonra, 2020-ci ilin oktyabr ayının əvvəllərində Bərdə şəhərində H.Əliyev prospektində yerləşən mərkəzi poçtun yaxınlığında çayxanada söhbət əsnasında Faiq adlı şəxs ona maddi vəziyyəti ilə əlaqədar olaraq sosial müavinət düzəldəcəyini, hər ay plastik kart vasitəsilə 270 manat pul alacağını vəd vermiş və qarşılığında ondan 1200 manat pul istəmişdir. Həmçinin, Faiq ondan özünə və ailə üzvlərinə məxsus müvafiq sənədlərin surətlərinidə istəmişdir. O, Faiqlə razılaşmışdır. Faiq bunun müqabilində ondan əvvəlcə 17 oktyabr 2020-ci il tarixdə Bərdə şəhəri H.Əliyev prospektində yerləşən mərkəzi poçtun yaxınlığında qohumu Hacının yanında 570 manat pul və müvafiq sənədlərin surətlərini almışdır. Qalan pulu isə razılaşmalarına əsasən iş həll olunduqdan sonra Faiqə verməli olmuşdur. Faiq ona 1 ay ərzində sosial müavinət düzəldəcəyini bildirmişdir. 17 noyabr 2020-ci il tarixdə Faiq onunla əlaqə saxlayıb işinin həll olunduğunu və əlavə 200 manat da pul lazım olduğunu bildirmişdir. Elə həmin günü o, tanımadığı taksi ilə Faiqə 200 manat pul göndərmiş və Faiq onunla əlaqə saxlayaraq Bərdə şəhərində ona göndərdiyi 200 manat pulu aldığını bildirmişdir. Lakin sonradan Faiq ona sosial müavinət düzəldə bilməmiş və o, Faiq tərəfindən aldadıldığını anlamışdır. Sonra isə dəfələrlə Faiq adlı şəxsin yaşadığı Bərdə rayonu 866 saylı qəsəbəyə getmiş və orada Faiqlə görüşüb pulunu geri qaytarmasını istəmiş, lakin Faiq ona pulunun olmadığını bildirmişdir. Buna görədə o, Faiq barəsində şikayət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olmuşdur. Mahir Mehdiyev onun doğma atasıdır. Faiq adlı şəxsi uzun illərdir qonşusu kimi tanımışdır. Faiq adlı şəxs əvvəllər polis əməkdaşı işləmişdir. Hal hazırda isə təqaüddədir. Qardaşı Zahid 2017-ci il də hərbi xidmətdə olarkən xəstələnmiş, ona 3-cü qrup əlillik təyin etmişlər və aylıq təqaüd almışdır. Bu barədə qonşusu Faiqində xəbəri olmuşdur. 2020-ci ilin mart ayının əvvələrində yaşadıqları qəsəbədə atası Mahir Faiq ilə söhbət zamanı Faiq atasına qardaşının əlillik dərəcəsinin əslində 1-ci qrup olmasını, hansı səbəbdən bu işlə maraqlanmadıqlarını bildirmişdir. Faiq atasına tanış həkimlərinin olmasını bildirib, qardaşının əlillik dərəcəsinin 1-ci qrup edilməsi üçün atasından ümumilikdə 2500 manat pul istəmişdir. Atası yaşadığı evdə bu barədə onunla qardaşına məlumat vermişdir. O, qardaşı Zahidin əlillik məsələsinin həll olması üçün 2500 manat pulu verəcəyini öz öhdəsinə götürmüşdür. Atasının Faiqlə razılaşmasına görə Faiq dediyi adamın adına 1000 manat pul göndərməli, sonrakı vaxtlarda isə 3 dəfəyə hər dəfəsində 500 manat pul göndərməli olmuşdur. Razılaşdıqları kimi xx.xx.2020-ci il tarixdə atası ondan 1000 manat pul almış və Faiq ilə birlikdə Bərdə şəhərində yerləşən Access Bankın filialına getmiş, pulu qardaşının işinə görə Faiqə verəcəyini bildirmişdir. Onlar bankdan çıxanda o, atasını oradan götürmüş və atası baş verənlər barədə ona danışmışdır. 2020-ci ilin aprel ayının sonlarında Faiq atası ilə əlaqə saxlamış və təcili olaraq qardaşının işinə görə 1500 manat pul lazım olduğunu bildirmişdir. Atası onunla əlaqə saxlayıb məlumat vermiş və o, pulu verməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixdə günorta saatlarında atasının işlədiyi Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən köhnə bazarda qəssəbxanada olarkən Faiq tanımadığı göy rəngli taksi ilə gəlmiş və onun, qardaşının yanında atasından 1500 manat pul almış, söz vermişdir ki, çox yaxın zamanda qardaşı Zahidin əlillik məsələsi həll olacaq və Zahid artıq 1-ci qrup əlilliyə görə təqaüd alacaqdır. Onlar Faiqlə razılaşmışlar. Lakin sonradan Faiq vədinə əməl etməmiş və onlar Faiq tərəfindən aldadıldıqlarını anlamışlar. Sonra isə dəfələrlə Faiq adlı şəxsin yaşadığı ünvana getmişlər və orada Faiqlə görüşüb pullarını geri qaytarmasını istəmişlər, lakin Faiq onlara pulunun olmadığını bildirmişdir. Buna görədə atası Faiq barəsində şikayət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olmuşdur. Faiq adlı şəxsi təxminən 2-3 ildir təsadüfən tanımışdır. Belə ki, 2019-cu ilin son aylarında Bərdə şəhərində yerləşən vergilər idarəsində Faiq ilə təsadüfən tanış olmuşdur. Həmin vaxtı Faiq onun həyat yoldaşı Zülfiyəyə sosial müavinət düzəldilməsinə köməklik göstərmişdir. Bundan sonra onların münasibətləri dahada yaxınlaşmışdır. 2020-ci ilin mart ayının ortalarında söhbət əsnasında Faiqə maddi vəziyyətinin aşağı olmasını ailə üzvlərinə əlillik ilə bağlı təqaüd düzəltmək istədiyini bildirmişdir. Söhbət zamanı Faiq ona həmin işi düzəldə biləcəyini bildirib ondan müvafiq sənədləri hazırlamasını istəmişdir. O, Faiqlə razılaşmışdır. xx.xx.2020-ci il tarixdə saat 16 radələrində Bərdə şəhəri H.Əliyev prospektində “mərkəzi poçt”un qarşısında qabaqcadan vədləşdikləri kimi Faiqlə görüşmüşdür. Həmin vaxtı onların yanlarında oğlu İsbi olmuşdur. Faiqin ona, həyat yoldaşı Zülfiyəyə, oğlu İsbiyə əlilliklə bağlı təqaüd düzəltməsi üçün 13000(on üç min) manat pul və Faiqin istədiyi müvafiq sənədləri vermişdir. Faiq 13000(on üç min) manat pulu və sənədləri ondan alıb bildirmişdir ki, təxminən 2-3 ay ərzində ona, həyat yoldaşı Zülfiyəyə, oğlu İsbiyə əlilliklə bağlı təqaüd düzəldəcəkdir. O, Faiqə arxayın olmuşdur. Lakin, növbəti aylar ərzində Faiq vədinə əməl etməmiş, hər dəfə müxtəlif bəhanələr ilə onu aldatmışdır. 2020-ci ilin sentyabr ayının sonlarında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında vətən müharibəsi başlamışdır. Oktyabr ayında Ermənistan Respublikasının təxribatı nəticəsində yaşadığı evin yaxınlığına raket zərbələri endirilmişdir. Həmin zərbələrin təsirindən yaşadığı ev qəzalı vəziyyətə düşmüşdür. Baş vermiş məlum hadisə ilə bağlı Faiqin də məlumatı olmuşdur. Həmin vaxtı Faiq ona bildirmişdir ki, FHN-də tanış adamları vardır, müəyyən qədər maddi hörmət müqabilində maddi yardım kimi ona 30000(otuz min) manat maddi yardım göstəriləcəkdir. O, Faiqlə razılaşmışdır. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Bərdə şəhəri H.Əliyev prospektində “Bərdə rayon İcra Hakimiyyəti”nin inzibatı binasının yaxınlığında Faiq ilə görüşmüşdür. Həmin vaxtı onların yanlarında oğlu İsbi olmuşdur. Orada evinə dəymiş ziyanla bağlı ona maddi yardım verilməsi üçün Faiqə 10000(on min) manat pul vermişdir. Faiq pulu ondan alıb bildirmişdir ki, yaxın vaxtlarda FHN tərəfindən ona evinin zərər görməsi ilə bağlı konpensasiya olaraq təxminən 30000(otuz min) manat pul veriləcəkdir. Növbəti günlərdə Faiq yenə müxtəlif bəhanələr ilə onu aldatmağa başlamışdır. Hər dəfə Faiqdən işləri ilə bağlı maraqlandıqda ona müxtəlif bəhanələr gətirmişdir. Sonrakı vaxlarda o, müxtəlif rayon adamlarından Faiqin bir neçə şəxslərə qarşı dələduzluq etməsini eşitmişdir. Elə bu səbəblədə Bərdə RPŞ-nə rəsmi olaraq müraciət etmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olmuşdur. Uzun illərdir ürək çatışmamazlığı xəstəliyindən əziyyət çəkmişdir. Faiq adlı şəxsi tanışı Eyvazın vasitəsi ilə tanımışdır. Beləki yaşadığı kənddə yas mərasimi zamanı Eyvazla söhbət edərkən Eyvaz Faiq adlı bir nəfər tanışının olduğunu və Faiqin xəstəlik, əlillik və sair işlərlə bağlı təqaüd düzəltməsini bildirmişdir. O, həmin Faiq adlı şəxsin vasitəsilə özünə xəstəliklə bağlı təqaüd düzəltdirmək qərarına gəlmişdir. O, Eyvazdan xahiş etmişdir ki, onu Faiq adlı şəxs ilə tanış etsin və bildirmişdir ki, təqaüd üçün Faiqə 2000 manat pul verməyə maddi imkanı çatır. Eyvaz bu barədə Faiq ilə söhbət edib onu xx.xx.2020-ci il tarixdə işlədiyi Bərdə şəhərində yerləşən “Qızıl Tac” restoranına dəvət etmişdir. O, ora getmiş və Faiqin Eyvaz ilə birlikdə olmasını görmüş, Faiqi ilk dəfə orada görmüşdür. Orada söhbət zamanı Faiq ona tanış həkimlərinin olmasını bildirib, ondan xəstəliyi ilə əlaqədar 6 ay müddətində əlillik dərəcəsini düzəltməsi üçün ümumilikdə 3000 manat pul istəmişdir. Razılaşmalarına əsasən ilk öncə Faiqə 2000 manat pul verməli olmuş və işi həll olunduqdan sonra isə qalan 1000 manat pulu verməli olmuşdur. Orada ilk öncə Eyvazın iştirakı ilə Faiqə 2000 manat pul vermişdir. 2021-ci ilin mart ayının sonlarında Faiq onunla əlaqə saxlamş və təcili olaraq işi ilə əlaqədar 1000 manat pul istəmişdir. O, Faiqə etiraz edib bu cür danışmadıqlarını bildirmişdir. Sonra Eyvaza zəng edib olanlar barədə məlumat vermişdir. Eyvaz ona narahat olmamağı, Faiqin etibarlı adam olmasını bildirmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə Bərdə şəhəri Bakı küçəsində “Pajarnının kruqu” adlanan yerin yaxınlığında Faiqlə görüşmüş və Faiqə 1000 manat pul vermişdir. Faiq söz vermişdir ki, çox yaxın zamanda işi həll olacaqdır. Lakin sonradan Faiq vədinə əməl etməmiş və o, Faiq tərəfindən aldadıldığını anlamışdır. Sonra isə dəfələrlə Faiq adlı şəxsin yaşadığı ünvana getmiş və orada Faiqlə görüşüb pulunu geri qaytarmasını istəmiş, lakin Faiq hər dəfə müxtəlif bəhanələr ilə onu aldatmışdır. Buna görədə o, Faiq barəsində şikayət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olmuşdur. Uzun illərdir şəkərli diabet və Hepatit xəstəliyindən əziyyət çəkmişdir. Həmçinin, açıq ürək əməliyyatı keçirmişdir. Faiq adlı şəxsi qohumu Eyvazın vasitəsi ilə tanımışdır. Beləki yas mərasimi zamanı Eyvazla söhbət edərkən Eyvaz Faiq adlı bir nəfər tanışının olduğunu və Faiqin xəstəlik, əlillik və sair işlərlə bağlı təqaüd düzəltməsini bildirmişdir. O, Faiq adlı şəxsin vasitəsilə özünə xəstəliklə bağlı təqaüd düzəltdirmək qərarına gəlmişdir. O, Eyvazdan xahiş etmişdir ki, onu Faiq adlı şəxs ilə tanış etsin. Eyvaz Faiqin telefon nömrəsini ona vermiş və o, Faiqlə telefon əlaqəsi saxlamışdır. Telefonda söhbət zamanı Faiq ona tanış həkimlərinin olmasını bildirib, ondan xəstəliyi ilə əlaqədar 6 ay müddətində əlillik dərəcəsini düzəltməsi üçün ümumilikdə 2500 manat pul istəmişdir. Razılaşdıqları kimi xx.xx.2021-ci il tarixdə Bərdə şəhəri H.Əliyev prospektində mərkəzi poçtun yaxınlığında yerləşən çayxanaların birində Faiq ilə görüşmüşdür. Həmin vaxtı onunla birlikdə qaynı Mehrabda getmişdir. O, orada xəstəliyi ilə bağlı 1-ci qrup əlillik dərəcəsi düzəltməsi üçün Faiqə 2500 manat pul vermişdir. Faiq söz vermişdir ki, çox yaxın zamanda işi həll olacaqdır. Lakin sonradan Faiq vədinə əməl etməmiş və o, Faiq tərəfindən aldadıldığını anlamışdır. Sonra isə dəfələrlə Faiq adlı şəxsin yaşadığı ünvana getmiş və orada Faiqlə görüşüb pulunu geri qaytarmasını istəmiş, lakin Faiq hər dəfə müxtəlif bəhanələr ilə onu aldatmışdır. Buna görədə o, Faiq barəsində şikayət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, Bərdə şəhərində yerləşən “Qızıl Tac” restoranında adminstrator vəzifəsində işləmişdir. Faiq adlı şəxsi işlədiyi restoranda tanımışdır. Belə ki, Faiqin qızlarının toyları işlədiyi restoranda baş tutmuşdur. Faiqin ikinci qızının toyundan öncə Faiq restoranda olarkən söhbət zamanı ona xəstəlik, əlillik və sair işlərlə bağlı təqaüd düzəltdiyini, bu sahədə tanışlarının olmasını bildirmişdir. Həmçinin, Faiq əsasən Esmira və Sevinc adlı həkim tanışları ilə iş gördüyünü qeyd etmişdir. O, avtoqəza zamanı baş nahiyyəsindən xəsarət almış həyat yoldaşı Ramiləyə əlilliklə bağlı təqaüd düzəltmək üçün 2020-ci ilin noyabr ayının sonlarında Faiqə müraciət etmişdir. Faiqlə danışıb razılaşmışdır. xx.xx.2020-ci il tarixdə işlədiyi Bərdə şəhəri “Qızıl Tac” restoranında həyat yoldaşına təqaüd düzəltməsi üçün Faiqə 4100 manat pul vermişdir. Faiq bildirmişdir ki, çox yaxın zamanda həyat yoldaşının təqaüd məsələsini həll edəcəkdir. O, pulu Faiqə verən zaman onların yanlarında Faiqi işlədiyi yerə gətirən, taksi fəaliyyəti ilə məşğul olan Bəhruz adlı şəxs olmuşdur. Lakin sonradan Faiq vədinə əməl etməmiş və o, Faiq tərəfindən aldadıldığını anlamışdır. Sonra isə dəfələrlə Faiq adlı şəxsin yaşadığı ünvana getmiş və orada Faiqlə görüşüb pulunu geri qaytarmasını istəmiş, lakin, Faiq hər dəfə müxtəlif bəhanələr ilə onu aldatmışdır. Buna görədə o, Faiq barəsində şikayət etmək qərarına gəlmişdir. Həmçinin, qeyd etmişdir ki, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 da Faiq ilə onun vasitəsi illə tanış olmuşlar. Faiq dələduzluq yolu ilə Mütalibin 3000 manat, Rəşadın isə 2500 manat pulunu ələ keçirmişdir. Mütalib ilk dəfə Faiqə 2000 manat pulu onun iştirakı ilə vermişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olmuşdur. Faiq adlı şəxsi təxminən 1(bir) ildir təsadüfən tanımışdır. Belə ki, 2021-ci ilin aprel ayında təsadüfən tanış şəxslərdən eşitmişdir ki, Bərdə rayon sakini Faiq adlı şəxs sosial müavinət düzəldilməsində köməklik göstərə bilmişdir. Elə bu səbəblədə Faiqin mobil telefon nömrəsini əldə edib Faiqlə əlaqə saxlamışdır. Telefon danışığı zamanı Faiqə bildirmişdir ki, ona ünvanlı sosial yardım düzəltmək lazımdır, bunun müqabilində Faiq ondan 550(beş yüz əlli) manat pul və müvafiq sənədləri toplayıb verməyini istəmişdir. Onun maddi vəziyyəti aşağı olması səbəbilə qaynatası Şahid9 yanına gedib vəziyyəti danışmış və Mehmandan 200(iki yüz) manat borca pul almışdır. xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Bərdə şəhəri H.Əliyev prospektində “mərkəzi poçt”un qarşısında qabaqcadan vədləşdikləri kimi Faiqlə görüşmüşdür. Həmin vaxtı onunla birlikdə qaynatası Mehmanda getmişdir. Orada Faiqin ona ünvanlı sosial yardım düzəltməsi üçün 550(beş yüz əlli) manat pul və Faiqin istədiyi müvafiq sənədləri vermişdir. Faiq 550(beş yüz əlli) manat pulu və sənədləri ondan alıb bildirmişdir ki, təxminən 1-2 ay ərzində ona ünvanlı sosial yardım düzəldəcəkdir. O, Faiqə arxayın olmuşdur. Lakin, növbəti aylar ərzində Faiq vədinə əməl etməmiş, hər dəfə müxtəlif bəhanələr ilə onu aldatmışdır. xx.xx.2021-ci il tarixdə ünvan 4 ünvana qaynatası ilə birlikdə getmişdir. Orada Faiq işlərinin tez zamanda həll olunacağını bildirib ondan yenidən 200 manat pul istəmişdir. O, da cibindən çıxardıb Faiqə 200 manat pul vermişdir. Ümumilikdə Faiq adlı şəxs onun 750 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Növbəti günlərdə Faiq yenə müxtəlif bəhanələr ilə onu aldatmağa başlamışdır. Hər dəfə Faiqdən işləri ilə bağlı maraqlandıqda ona müxtəlif bəhanələr gətirmişdir. Sonrakı vaxlarda o, müxtəlif rayon adamlarından Faiqin bir neçə şəxslərə qarşı dələduzluq etməsini eşitmişdir. Elə bu səbəblədə Bərdə RPŞ-nə rəsmi olaraq müraciət etmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olmuşdur. Faiq adlı şəxsi təxminən 2020-ci ilin əvvələrindən tanımışdır. Belə ki, Faiq özünü DSMFnin əməkdaşı kimi təqdim etmişdir. Əvvəllər o, 1-ci qrup əlliliyə görə təqaüd almış, lakin, sonradan ona verilən təqaüd dayandırılmışdır. Söhbət zamanı Faiq 3400 manat pul qarşılığında təqaüdünü bərpa edəcəyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə həyat yoldaşı ilə birlikdə Faiqin yaşadığı Bərdə rayonu 866 saylı qəsəbəyə getmişdir. Orada Faiqlə görüşüb əlillik təqaüdünü bərpa etməsi üçün Faiqə 3400 manat pul vermişdir. O, Faiqə arxayın olmuşdur. Lakin, növbəti aylar ərzində Faiq vədinə əməl etməmiş, hər dəfə müxtəlif bəhanələr ilə onu aldatmışdır. Hər dəfə Faiqdən işləri ilə bağlı maraqlandıqda ona müxtəlif bəhanələr gətirmişdir. Sonrakı vaxlarda o, müxtəlif rayon adamlarından Faiqin bir neçə şəxslərə qarşı dələduzluq etməsini eşitmişdir. Elə bu səbəblədə Bərdə RPŞ-nə rəsmi olaraq müraciət etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 Qəhrəman oğlu öz ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun qohumudur. Barəsində şikayət olunan Faiq adlı şəxsi xeyli müddətdir tanımışdır. Faiq ilə adlı şəxs ilə münasibətləri normal olmuş, aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. Faiq əvəllər polis əməkdaşı işləmiş, hal-hazırda isə təqaüddədir. X12 ilə onun vasitəsi ilə tanış olmuşdur. 2019-cu ilin dekabr ayının sonlarında söhbət əsnasında Faiq adlı şəxs Bəhruza maddi vəziyyəti ilə əlaqədar olaraq sosial müavinət düzəldəcəyini vəd vermiş və Faiq bunun müqabilində Bəhruzdan əvvəlcə 25 dekabr 2019-cu il tarixdə Bərdə şəhəri H.Əliyev prospektində yerləşən mərkəzi poçtun yaxınlığında onun yanında 700 manat pul almışdır. Sonra isə 05 yanvar 2020-ci il tarixdə Bəhruz onunla Faiqin yaşadığı ünvan 1 ünvanına getmişdir. Orada onun yanında Bəhruz Faiqə eyni məqsədlə 1000 manat pul vermişdir. 15 aprel 2020-ci il tarixdə Faiqin istəyi ilə Bərdə şəhəri H.Əliyev prospektində yerləşən mərkəzi poçtun yaxınlığında onun yanında Bəhruz Faiqə yenidən eyni məqsədlə 200 manat pul vermişdir. Lakin sonradan Faiq Bəhruza sosial müavinət düzəldə bilməmişdir. Sonra isə Bəhruz onunla birlikdə dəfələrlə Faiq adlı şəxsin yaşadığı Bərdə rayonu 866 saylı qəsəbəyə getmiş və orada Faiqlə görüşüb pulunu geri qaytarmasını istəmiş, lakin Faiq Bəhruza pulunun olmadığını bildirmiş, sonra isə Bəhruza yalandan demişdir ki, guya sosial müavinət düzəldib və Bəhruz gedib kartını X9 filialından götürməlidir. X8 Banka getsə də orada Bəhruza belə bir kartın olmadığını bildirmişlər. 05 sentyabr 2020-ci il tarixdə Bərdə şəhəri H.Əliyev prospektində yerləşən mərkəzi poçtun yaxınlığında onun iştirakı ilə Faiq Bəhruzdan almış olduğu 1900 manat puldan 600 manat pulu Bəhruza qaytarmış, qalan 1300 manat pulu isə qaytarmaqdan boyun qaçırmışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində göstərdi ki, Mahir Mehdiyev onun doğma atasıdır. Faiq adlı şəxsi uzun illərdir qonşusu kimi tanımışdır. Faiq adlı şəxs əvvəllər polis əməkdaşı işləmişdir. Hal hazırda isə təqaüddədir. O, 2017-ci ildə hərbi xidmətdə olarkən xəstələnmiş, ona 3-cü qrup əlillik təyin etmişlər və aylıq təqaüd almışdır. Bu barədə qonşusu Faiqində xəbəri olmuşdur. 2020-ci ilin mart ayının əvvələrində yaşadıqları qəsəbədə atası Mahir Faiq ilə söhbət zamanı Faiq atasına onun əlillik dərəcəsinin əslində 1-ci qrup olmasını, hansı səbəbdən bu işlə maraqlanmadıqlarını bildirmişdir. Faiq atasına tanış həkimlərinin olmasını bildirib, onun əlillik dərəcəsinin 1-ci qrup edilməsi üçün atasından ümumilikdə 2500 manat pul istəmişdir. Atası yaşadıqları evdə bu barədə onunla qardaşına məlumat vermişdir. Qardaşı Zahir onun əlillik məsələsinin həll olması üçün 2500 manat pulu verəcəyini öz öhdəsinə götürmüşdür. Atasının Faiqlə razılaşmasına görə Faiq dediyi adamın adına 1000 manat pul göndərməli, sonrakı vaxtlarda isə 3 dəfəyə hər dəfəsində 500 manat pul göndərməli olmuşlar. Razılaşdıqları kimi xx.xx.2020-ci il tarixdə atası Zahirdən 1000 manat pul almış və Faiq ilə birlikdə Bərdə şəhərində yerləşən Access Bankın filialına getmiş, pulu onun işinə görə Faiqə verəcəyini bildirmişdir. 2020-ci ilin aprel ayının sonlarında Faiq atası ilə əlaqə saxlamış və təcili olaraq onun işinə görə 1500 manat pul lazım olduğunu bildirmişdir. Atası qardaşı Zahirlə əlaqə saxlayıb məlumat vermiş və qardaşı pulu verməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixdə günorta saatlarında atasının işlədiyi Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən köhnə bazarda qəssəbxanada olarkən Faiq tanımadığı göy rəngli taksi ilə gəlmiş və onun, qardaşının yanında atasından 1500 manat pul almış, söz vermişdir ki, çox yaxın zamanda onun əlillik məsələsi həll olacaq və o, artıq 1-ci qrup əlilliyə görə təqaüd alacaqdır. Onlar Faiqlə razılaşmışlar. Lakin sonradan Faiq vədinə əməl etməmiş və onlar Faiq tərəfindən aldadıldıqlarını anlamışlar. Sonra isə dəfələrlə Faiq adlı şəxsin yaşadığı ünvana getmişlər və orada Faiqlə görüşüb pullarını geri qaytarmasını istəmişlər, lakin Faiq onlara pulunun olmadığını bildirmişdir. Buna görədə atası Faiq barəsində şikayət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs4 onun doğma atasıdır. Faiq adlı şəxsi atasının vasitəsi ilə tanımışdır. 2020-ci ilin mart ayının ortalarında söhbət əsnasında atası bildirmişdir ki, Faiq adlı tanışı pul müqabilində ailə üzvlərinə əlillik ilə bağlı təqaüd düzəldəcəkdir. Atası ilə o, xx.xx.2020ci il tarixdə saat 16 radələrində Bərdə şəhəri H.Əliyev prospektində “mərkəzi poçt”un qarşısında qabaqcadan vədləşdikləri kimi Faiqlə görüşmüşdür. Faiqin atasına, anasına, ona əlilliklə bağlı təqaüd düzəltməsi üçün atası Faiqə 13000(on üç min) manat pul və Faiqin istədiyi müvafiq sənədləri vermişdir. Faiq 13000(on üç min) manat pulu və sənədləri atasından alıb bildirmişdir ki, təxminən 2-3 ay ərzində əlilliklə bağlı təqaüdləri düzəldəcəkdir. 2020-ci ilin sentyabr ayının sonlarında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında vətən müharibəsi başlamışdır. Oktyabr ayında Ermənistan Respublikasının təxribatı nəticəsində yaşadığı evin yaxınlığına raket zərbələri endirilmişdir. Həmin zərbələrin təsirindən yaşadığı ev qəzalı vəziyyətə düşmüşdür. Baş vermiş məlum hadisə ilə bağlı Faiqin də məlumatı olmuşdur. Həmin vaxtı Faiq atasına bildirmişdir ki, FHN-də tanış adamları vardır, müəyyən qədər maddi hörmət müqabilində maddi yardım kimi atasına 30000(otuz min) manat maddi yardım göstəriləcəkdir. Atası da Faiqlə razılaşmışdır. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Bərdə şəhəri H.Əliyev prospektində “Bərdə rayon İcra Hakimiyyəti”nin inzibatı binasının yaxınlığında atası ilə o, Faiq ilə görüşmüşdür. Orada evlərinə dəymiş ziyanla bağlı atasına maddi yardım verilməsi üçün atası Faiqə 10000(on min) manat pul vermişdir. Faiq pulu atasından alıb bildirmişdir ki, yaxın vaxtlarda FHN tərəfindən evlərinin zərər görməsi ilə bağlı konpensasiya olaraq təxminən 30000(otuz min) manat pul veriləcəkdir. Növbəti günlərdə Faiq yenə müxtəlif bəhanələr ilə onları aldatmağa başlamışdır. Elə bu səbəblədə atası Bərdə RPŞ-nə rəsmi olaraq müraciət etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid5 öz ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs6 onun qohumudur. Faiq adlı şəxs ilə heç bir əlaqəsi və ya ədavəti olmamışdır. Qohumu Rəşad uzun illərdir şəkərli diabet və Hepatit xəstəliyindən əziyyət çəkmişdir. Həmçinin, Rəşad açıq ürək əməliyyatı keçirmişdir. xx.xx.2021-ci il tarixdə qohumu Rəşadın xahişi ilə onunla birlikdə Bərdə şəhəri H.Əliyev prospektində mərkəzi poçtun yaxınlığında yerləşən çayxanaların birinə getmişlər və orada Faiq ilə görüşmüşlər. O, Faiqi ilk dəfə orada görmüşdür. Orada qohumu Rəşad xəstəliyi ilə bağlı 1-ci qrup əlillik dərəcəsi düzəltməsi üçün Faiqə 2500 manat pul vermişdir. Faiq söz vermişdir ki, çox yaxın zamanda işi həll olacaqdır. Lakin sonradan o, Rəşaddan eşitmişdir ki, Faiq vədinə əməl etməmiş, Rəşadı aldatmışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid11 öz ifadəsində göstərdi ki, Şahid10 həyat yoldaşıdır. Faiq adlı şəxsi təxminən 2020-ci ilin əvvələrindən həyat yoldaşının vasitəsi ilə tanımışdır. Belə ki, Faiq özünü DSMF-nin əməkdaşı kimi təqdim etmişdir. Əvvəllər həyat yoldaşı 1-ci qrup əlliliyə görə təqaüd almış, lakin, sonradan təqaüd dayandırılmışdır. Söhbət zamanı Faiq 3400 manat pul qarşılığında həyat yoldaşının təqaüdünü bərpa edəcəyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə həyat yoldaşı İlham ilə birlikdə Faiqin yaşadığı Bərdə rayonu 866 saylı qəsəbəyə getmişlər. Orada Faiqlə görüşüb əlillik təqaüdünü bərpa etməsi üçün həyat yoldaşı Faiqə 3400 manat pul vermişdir. Onlar Faiqə arxayın olmuşlar. Lakin, növbəti aylar ərzində Faiq vədinə əməl etməmiş, hər dəfə müxtəlif bəhanələr ilə onları aldatmışdır. Hər dəfə Faiqdən işləri ilə bağlı maraqlandıqda müxtəlif bəhanələr gətirmişdir. Sonrakı vaxlarda onlar müxtəlif rayon adamlarından Faiqin bir neçə şəxslərə qarşı dələduzluq etməsini eşitmişlər. Elə bu səbəblədə həyat yoldaşı Bərdə RPŞ-nə rəsmi olaraq müraciət etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun qohumudur. Barəsində şikayət olunan Faiq adlı şəxsi xeyli müddətdir tanımışdır. Belə ki, Faiq ilə vaxtilə Ağdam RPŞ-də birlikdə işləmişdir. Faiq ilə münasibətləri normal olmuş, aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. X13 ilə onun vasitəsi ilə tanış olmuşdur. 2020-ci ilin oktyabr ayının əvvəllərində Bərdə şəhərində H.Əliyev prospektində yerləşən mərkəzi poçtun yaxınlığında çayxanada söhbət əsnasında onun yanında Faiq adlı şəxs Xalıqa maddi vəziyyəti ilə əlaqədar olaraq sosial müavinət düzəldəcəyini, hər ay plastik kart vasitəsilə 270 manat pul alacağını vəd vermiş və qarşılığında Xalıqdan 1200 manat pul istəmişdir. Həmçinin, Faiq Xalıqdan özünə və ailə üzvlərinə məxsus müvafiq sənədlərin surətlərinidə istəmişdir. Xalıq Faiqlə razılaşmışdır. Faiq bunun müqabilində Xalıqdan əvvəlcə 17 oktyabr 2020-ci il tarixdə Bərdə şəhəri H.Əliyev prospektində yerləşən mərkəzi poçtun yaxınlığında onun iştirakı ilə 570 manat pul və müvafiq sənədlərin surətlərini almışdır. Qalan pulu isə razılaşmalarına əsasən iş həll olunduqdan sonra Xalıq Faiqə verməli olmuşdur. Faiq Xalıqa 1 ay ərzində sosial müavinət düzəldəcəyini bildirmişdir. Sonra o, Xalıqdan öyrənmişdir ki, 17 noyabr 2020-ci il tarixdə Xalıq eyni məqsədlə Faiqə yenidən 200 manat pul göndərmişdir. Lakin sonradan Faiq Xalıqa sosial müavinət düzəldə bilməmiş və Xalıq Faiq tərəfindən aldadıldığını anlamışdır. Sonra isə dəfələrlə Faiq adlı şəxsin yaşadığı Bərdə rayonu 866 saylı qəsəbəyə getmişlər və orada Faiqlə görüşüb pulu geri qaytarmasını istəmişlər, lakin Faiq onlara pulunun olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid7 öz ifadəsində göstərmişdir ki, Şahid6 onun həyat yoldaşıdır. Eyvaz Bərdə şəhərində yerləşən “Qızıl Tac” restoranında adminstrator vəzifəsində işləmişdir. O, avtoqəza zamanı baş nahiyyəsindən xəsarət almışdır. Bir dəfə söhbət zamanı həyat yoldaşı Eyvaz Faiq adlı tanışının olmasını, Faiqin əlilliklə bağlı ona təqaüd düzəldəcəyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə Eyvaz işlədiyi Bərdə şəhəri “Qızıl Tac” restoranında ona təqaüd düzəltməsi üçün Faiqə 4100 manat pul vermişdir. Lakin sonradan Faiq vədinə əməl etməmiş və onlar Faiq tərəfindən aldadıldıqlarını anlamışlar. Buna görədə həyat yoldaşı Eyvaz Faiq barəsində şikayət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid9 öz ifadəsində göstərmişdir ki, Şahid8 qızının həyat yoldaşıdır. Faiq adlı şəxsi təxminən 1(bir) ildir yeznəsi Vasifin vasitəsi ilə tanımışdır. Belə ki, 2021-ci ilin aprel ayında Vasif ona bildirmişdir ki, ünvanlı sosial yardım düzəltmək üçün Faiq adlı şəxs ilə danışıbdır və Faiq 550(beş yüz əlli) manat pul və müvafiq sənədləri toplayıb verməsini istəyibdir. Vasif ondan 200(iki yüz) manat borca pul almışdır. xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Bərdə şəhəri H.Əliyev prospektində “mərkəzi poçt”un qarşısında qabaqcadan vədləşdikləri kimi Vasif ilə birlikdə Faiqlə görüşmüşlər. Orada Vasif ünvanlı sosial yardım düzəltməsi üçün 550(beş yüz əlli) manat pul və Faiqin istədiyi müvafiq sənədləri Faiqə vermişdir. Faiq 550(beş yüz əlli) manat pulu və sənədləri alıb bildirmişdir ki, təxminən 1-2 ay ərzində ünvanlı sosial yardım düzəldəcəkdir. Onlar Faiqə arxayın olmuşlar. Lakin, növbəti aylar ərzində Faiq vədinə əməl etməmiş, hər dəfə müxtəlif bəhanələr ilə onları aldatmışdır. xx.xx.2021-ci il tarixdə ünvan 4 ünvana Vasif ilə birlikdə getmişlər. Orada Faiq işlərinin tez zamanda həll olunacağını bildirib Vasifdən yenidən 200 manat pul istəmişdir. Vasifdə cibindən çıxardıb Faiqə 200 manat pul vermişdir. Ümumilikdə Faiq adlı şəxs Vasifin 750 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan Bərdə Rayon Polis Şöbəsinin cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 12 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işinin başlanmasına əsas və səbəb Zərərçəkmiş şəxs1, Şahid8, Zərərçəkmiş şəxs2, X4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Şahid6, Zərərçəkmiş şəxs4 müraciətləri, həmin faktlarla bağlı toplanmış materiallarda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 256-257-ci vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07 iyun 2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2- və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 267-268-cı vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin xx.xx.2022ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 14 fevral 2023cü il tarixli 1(021)30\2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunması, barəsində “həbs” qətimkan tədbirinin seçilməsi, qərarın icrasının Bərdə rayon Polis Şöbəsinə həvalə edilməsi, təqsirləndirilən şəxs tapılanadək və bu barədə məhkəməyə məlumat verilənədək cinayət işinin icraatının dayandırılması qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 16 mart 2023-cü tarixli “axtarışda olan şəxsin tutulması haqqında” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin 110-cu vərəqəsində olan zərərçəkmiş şəxs kimi tanıma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Cinayət işinin 125-ci vərəqəsində olan zərərçəkmiş şəxs kimi tanıma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Cinayət işinin 140-cı vərəqəsində olan zərərçəkmiş şəxs kimi tanıma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Cinayət işinin 155-cı vərəqəsində olan zərərçəkmiş şəxs kimi tanıma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Cinayət işinin 170-ci vərəqəsində olan zərərçəkmiş şəxs kimi tanıma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Cinayət işinin 181-ci vərəqəsində olan zərərçəkmiş şəxs kimi tanıma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Cinayət işinin 196-cı vərəqəsində olan zərərçəkmiş şəxs kimi tanıma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şahid6 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Cinayət işinin 209-cu vərəqəsində olan zərərçəkmiş şəxs kimi tanıma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şahid8 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Cinayət işinin 230-cu vərəqəsində olan zərərçəkmiş şəxs kimi tanıma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şahid10 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Cinayət işinin 282-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 275-ci vərəqəsində olan Bərdə rayon MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakteriza olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur və onlar müvafiq olaraq qeyd edilən maddələr ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərdən birinə dəymiş ziyandan 600 manat ödəməsini, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Bərdə rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli 1(021)30\2023 saylı qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, barəsində axtarış elan edilmiş, 16 mart 2023-cü il tarixdə tutulmuş və Bərdə RPŞ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 16 mart 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə Zərərçəkmiş şəxs1 dəymiş ziyandan 600 (altı yüz) ödənilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs1 dəymiş ziyandan 600 (altı yüz) ödənilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-30/2023
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-30/2023
30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver