Məhkəmə qərarları › İş №1(021)-30/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-30/2024

12.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-30/2024 12.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X8 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1986-cı ildə Bərdə rayonu Türkmən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu Ə/D-nin Türkmən kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 243.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs 2020-ci ilin əvvəllərindən 2022-ci ilin yanvar ayının əvvəllərinə kimi olan müddət ərzində ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 ünvan 2 yerləşən Şahid4 məxsus olan kafeyə aparmaqla oraya gələn kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 10 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 25-30 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs1 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa, o, təkrarən 2021-ci ilin əvvəllərindən 2023-cü ilin iyun ayına kimi olan müddət ərzində Bakı şəhəri Binəqədi rayonu, 1 saylı yataqxanada yaşayan Zərərçəkmiş şəxs2 ünvan 2 yerləşən Şahid4 məxsus kafeyə aparmaqla oraya gələn kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 10 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 25-30 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs2 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 243.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmənin 11 yanvar 2024-cü il tarixli iclasında verdiyi ifadəsində ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, Bərdə rayonu Türkmən kəndində yaşayır. Anası Bərdə rayonuna “Köhnə bazar” adlanan yerdə paltar alver ilə məşğul olur. O da həmişə anasının yanına gedib-gəlmiş, çox vaxtlar bazarda olmuşdur. Bazarda olduğu müddətdə Rafiq adlı şəxsi tanımışdır. Rafiqin köhnə bazarın ərazisində kafesi olmuş, tez-tez orada çay içmişdir. Tanışlıqları yaranmış və Şahid4 ona öz kafesində nəzarətçi işləməyi təklif etmişdir. Şahid4 təklifini qəbul etmiş və həmin kafedə gözətçi kimi işləməyə başlamışdır. İşlədiyi kafedə onun vəzifəsi orada olan xidmətçi qızlara, işçilərə nəzarət etməkdən ibarət olmuşdur. Bəzən elə hallar olmuşdur ki, kafedə nəzarətçi kimi qalmışdır. Zərərçəkmiş şəxs1 kafedə xadimə işlədiyinə görə tanımışdır. Həmin kafedə nəzarətçi olmaqla bərabər pivənin verilməsinə, çayın verilməsinə nəzarət etmişdir. Kafe böyük zaldan, mətbəxdən və həyətdən ibarət olmuşdur. Kafedə yataq otaqları olmuş, otaqlar zala açılmışdır. Həmin otaqlarda çarpayılar olmuş, otaqda qarovulçu, digər nəzarətçi qalmışdır. Görüş üçün otaqların olmasından xəbəri olmamışdır. 2023-cü ildə Şahid4 ona kafedə nəzarətçi kimi işləməyi təklif etmişdir. Şahid4 kafedə olmayanda kafedə nəzarətçi qalmışdır. Nəzarətçi kimi kafenin zalında oturmuşdur. Şahid4 yeznəsi də nəzarətçi işləmiş, kafedə qadınlar işçi kimi, yəni xidmətçi kimi işləmişlər. Həmin qadınları Şahid4 işə götürmüşdür. O, qadınların görüşməsini təşkil etməmişdir. Qadınlar özləri görüşmüşlər. Qadınların görüşməsi ilə bağlı pul danışıqlarını qadınlar özləri aparmışlar. Gülşənlə Bakı şəhərində kafedə tanış olmuşlar. Tanış olduqdan sonra Bərdə rayonuna gəlmiş, xeyli müddət bir yerdə yaşamışlar. Gülşənin vasitəsi ilə Şəbnəmi tanımışdır. Sonradan Şəbnəm onun həmkəndlisi olan bir oğlanla tanış olmuş və xeyli müddət bir yerdə yaşamışlar. Güllşənlə Şahid4 kafesində işləmişdir. Bir müddətdən sonra X4 Bərdə rayonuna Şahid4 kafesinə xidmətçi kimi işləməyə çağırmışdır. Bir müddətdən sonra qızlar Şahid4 kafesində pul müqabilində oraya gələn kişilərlə görüşməyə başlamışlar. Şahid4 kafesində qızların pul müqabilində görüşmələrinə görə heç kimdən pul almamış, heç bir görüş təşkil etməmişdir. Qızlar özləri kişilərlə görüşmüş və pulları da özləri almışlar. Onun heç nədən xəbəri olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini özü imzalamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini oxuyub elan etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şahid4 uzun müddətdir ki, tanıyır. Rafiqin Bərdə rayonunda çoxlu icarəyə verdiyi obyektləri olmuş, Rafiqin obyeklərindən biri də Bərdə bazarının içərsində yerləşən kafe olmuşdur. Kafeni Rafiqin özü işlədir. Kafe adsız olmuş, hamı oranı köhnə bazarda olan kafe kimi tanıyır. Rafiqlə onun münasibəti yaxşı olduğundan Rafiq orada olmadıqda kafenin nəzarətini ona tapşırmış, təxminən 3-4 ildir ki, o kafeyə gedib-gəlir. Həmin vaxtlarda kafedə işləyən qadın xidmətçilərin kafeyə gələn müştərilərlə pul qarşılığında görüşüb cinsi əlaqədə olduqlarını görmüş, qadınlar elə kafenin arxasında yerləşən iki otaqdan birində müştərilərlə görüşüb cinsi əlaqədə olmuşdur. Həmin otaqlarda yataq dəsti ilə təchiz olunmuş şəraiti Rafiqin özü yaratmışdır. Qadınlar həmin otaqlardan istifadə etdiklərinə görə hər dəfə Rafiqə 10 manat pul vermişlər. Bir müddət oraya gedib gəldikdən sonra qərara gəlmişdir ki, tanışı olan qadınları oraya gətirib kafeyə gələn müştərilərlə pul qarşılığında cinsi əlaqədə olmasını təşkil etsin. Çünki fəhləliklə maddi ehtiyaclarını ödəyə bilməmişdir. Bu barədə Rafiqə bildirdikdə Rafiq ona etiraz etməmiş, təxminən 2-3 il əvvəl qeyri-rəsmi olaraq birikdə yaşadığı Gülşən adlı qadının vasitəsilə Zərərçəkmiş şəxs2 ilə tanış olmuş, Gülşən həmin kafedə xidmətçi kimi işləmişdir. Zərərçəkmiş şəxs2 da Gülşənin vasitəsilə həmin kafeyə gəlmişdir. Şəmsiyyə də ilk vaxtlarda kafedə xidmətçi kimi işləmiş, sonra digər qadınların orada pul qarşılğında müştərilərlə görüşüb cinsi əlaqədə olduğunu görüb maddi ehtiyaclarını qarşılaya bilmədiyindən qərara gəlmişdir ki, o da müştərilərlə pul qarşılığında görüşüb cinsi əlaqədə olsun. Şəmsiyyə ona bu barədə bildirdikdə sonuncuya etiraz etməmiş, Şəmsiyyənin Bərdə rayonunda qalmağa yeri olmadığından onlarla birlikdə qalmış, bundan sonra o, kafeyə gələn müştərilərə Şəmsiyyəni təqdim etməyə başlamışdır. Müştərilər Şəmsiyyə ilə 20 manat pul qarşılığında görüşüb cinsi əlaqədə olmuşlar. Müştərilərdən pulu o almış, aldığı 20 manat pulun 10 manatını otağa görə Rafiqə vermiş, qalan 10 manat isə onda qalmışıdr. Bunu ona Şəmsiyyənin özü demişdir. Şəmsiyyə özünə çatacaq olan pulu itirməsindən qorxmuş, buna görə də pulun hamsının onda qalmasını istəmişdir. Şəmsiyyəni gün ərzində 5-6 nəfər müştəriyə cinsi əlaqədə olması üçün təqdim etmiş, Şəmsiyyə hər gün səhər onunla birlikdə kafeyə gəlib, axşam da onunla bilrikdə kafedən çıxmışdır. Şəmsiyyə təxminən müxtəlif aralıqlarla 1-2 ay müddətində həmin kafedə işləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 da təxminən 4-5 ildir ki, tanıyır. Şəbnəmi də Gülşənin vasitəsilə tanımış, Şəbnəm də Gülşənin vasitəsilə həmin kafeyə gəlib xidmətçi işləmişdir. Lakin bir müddətdən sonra Şəbnəm də maddi sıxıntıları ucbatından kafedə pul qarşılığında müştərilərlə görüşməyi qərarlaşdırmış və bu barədə ona bildirdikdə o, Şəbnəmə etiraz etməmişdir. Şəbnəmi də kafeyə gələn müştərilərlə pul qarşılığında cinsi əlaqədə olması üçün təqdim etməyə başlamış, kafeyə gələn müştərilərlə danışıb Şəbnəm və Şəmsiyyəni cinsi əlaqədə olmaları üçün onlara təqdim etmişdir. Şəbnəm də müştərilərlə görüşdükdən sonra müştəridən pulu o almış, hər dəfə müştəridən Şəbnəmə görə 20 manat pul almış, həmin pulun 10 manatını otağa görə Rafiqə vermiş, qalan 10 manat isə onda qalmışdır. Axşam isə Şəbnəmə çatacaq olan pulu onun özünə vermişdir. Şəbnəmi gün ərzində 4-5 nəfər müştəriyə təqdim etmiş, Şəbnəm təxminən müxtəlif aralıqlarla 1-2 ay kafedə işləmişdir. Məhkəmənin 12 fevral 2024-cü il tarixli iclasında Təqsirləndirilən şəxs səhvini başa düşdüyünü, tutduğu əməldən peşmanlıq hissi keçirdiyini qeyd edərək ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin 11 yanvar 2024-cü il tarixli iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, Gülşən adlı şəxsi təxminən 4 ildir ki, tanıyır. 4 il əvvəl Bakı şəhərində kafedə xidmətçi işləyərkən Gülşən də həmin kafedə onunla birlikdə xidmətçi işləmiş, sonuncu ilə yaxın münasibəti yaranmışdır. Gülşən Sədi ilə qeyri-rəsmi birlikdə yaşamış, Gülşənin vastəsilə Sədi ilə tanış olmuşdur. Bir müddət sonra Sədi və Gülşən Bərdə rayonuna getmişdir. Gülşənlə mobil telefon vasitəsilə danışarkən sonuncu ona Bərdə rayonunda Sədi ilə birlikdə icarəyə kafe götürdüklərini və birlikdə həmin kafeni işlətdiklərini bildirmişdir. Sədinin dosti Elçinlə tanış olmuş, münasibətləri yaranmışdır. Gülşən və Sədi ona təklif etmişlər ki, Bərdə rayonuna gəlsin. Elçinə görə Sədi ilə razılaşmış, Bərdə rayonu getmişlər. Bərdə rayonunda Sədinin kirayə tutduğu evdə qalmışdır. Onlarla birlikdə Şəmsiyyə adlı qadın da yaşamış, sonuncu Sədinin işlətdiyi kafedə işləmişdir. Bir müddət sonra Elçinlə mübahisəsi yaranmış və onlar ayrılmışlar. Maddi sıxıntıları yaranmış, Sədi ona təklif etmişdir ki, onların kafesində xidmətçi işləsin. İşsiz olduğundan Sədi ilə razılaşmış, sonuncunun icarəyə götürdüyü kafedə işləməyə başlamışdır. Orada ondan başqa bir neçə nəfər qadın da xidmətçi kimi işləmişdir. Kafeyə təzə işə düzəldikdə görmüşdür ki, orada işləyən qadınlar müştərilərlə kafenin arxa hissəsində yerləşən otaqlarda pul qarşılığında cinsi əlaqədə olurlar. Otaqlarda qadınların cinsi əlaqədə olması üçün şəraiti kafenin sahibi Rafiq yaratmışdır. Sədi Şəmsiyyəni və Gülşəni kafeyə gələn müştərilərə təqdim etmiş, kafenin sahibi Rafiq də hər dəfə kafedə olmuş, Rafiqin özü də kafedə baş verən hadislərdən məlumatlı olmuşdur. Qadınlar həmin otaqlardan istifadə etdiklərinə görə Rafiqə 10 manat pul vermişlər. Sədinin tanışları kafeyə gəldikdə onlar qadınlarla cinsi əlaqədə olmağın qarşılığında pulu Sədiyə vermişlər. Bir müddət sonra Sədinin tutduğu kirayə evdə olarkən sonuncu ona da kafeyə gələn müştərilərlə pul qarşılığında cinsi əlaqədə olmağı təklif etmiş, maddi sıxıntılarının düzəlməsi üçün Sədinin təklifini qəbul etmişdir. Bundan sonra kafeyə gələn müştərilərdən onu bəyənən olduqda Sədi onu cinsi əlaqədə olması üçün həmin şəxlərə təqdim etmişdir. Sədi müştərilərlə özü danışmış, pulu da müştəridən Sədi özü almışdır. Sədi onu 25-30 manat pul qarşılığında müştərilərlə görüşdürmüş, hər dəfə ona görə müştəridən 25-30 manat pul almış, həmin 25-30 manatdan isə ona 5-10 manat pul vermişdir. Bəzən isə bazardan ona paltar aldığı üçün pul verməmişdir. Sədi onu gün ərzində 3-4 nəfər müştəri ilə görüşdürmüşdür. Sədi onu 2020-ci ilin əvvəllərindən 2022-ci ilin yanvar ayının əvvəllərinədək keçən müddət ərzində müxtəlif aralıqlarla fahişəliyə cəlb etmişdir. Təxminən bir ildir ki, Sədigilin yanından çıxıb Bakı şəhərinə gəlmiş və bir daha Sədi ilə heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmənin 24 yanvar 2024-cü il tarixli iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, təxminən 2016-cı ilin payız aylarından övladlarına baxmaq üçün Bakı şəhəri “28 may” metrostansiyasının yaxınlığında yerləşən “28 Pub” restoranında xidmətçi işləmiş, həmin vaxt Gülşən adlı qadın da orada işləmiş, sonuncu ilə münasibəti yaranmışdır. Gülşən Sədi ilə qeyri-rəsmi birlikdə yaşamış, Gülşənin vasitəsilə Sədini tanımışdır. Təxminən 2021-ci ildə Gülşənlə əlaqə saxlayarkən sonuncuya işsiz olduğunu, özünə iş tapa bilmədiyini bildirmişdir. Gülşən ona Sədi ilə birlikdə Bərdə rayonunda kafe götürüb işlətdiklərini, kafeyə işçi lazım olduğunu bildirmişdir. Gülşən Sədi ilə birlikdə onun qaldığı evə gələrək onu Bərdə rayonunda yerləşən kafeyə aparmışlar. Bərdə rayonunda Sədinin kirayə tutduğu mənzildə onlarla birlikdə qalmışdır. Kafeyə getdikdən sonra kafenin Rafiq adlı şəxsə məxsus olduğunu bilmiş, lakin oranı Gülşən və Sədi işlətmişlər. Rafiq özü də hər gün kafedə olmuşdur. Bərdə rayonuna gəldikdən sonra Sədinin icarəyə götürdüyü kafedə işləməyə başlamış, orada ondan başqa bir neçə nəfər qadın da xidmətçi kimi işləmişdir. Kafeyə təzə işə düzələndə görmüşdür ki, oradakı qadınlar müştərilərlə kafenin arxa hissəsində yerləşən şəraitli otaqlarda pul qarşılığında cinsi əlaqədə olurlar. Həmin otaqlarda qadınların cinsi əlaqədə olması üçün şəraiti kafenin sahibi Rafiq yaratmışdır. Qadınlar həmin otaqlardan istifadə etdiklərinə görə Rafiqə 10 manat pul vermişlər. Bir müddət sonra Sədinin tutduğu kirayə evdə olarkən Sədi ona da kafeyə gələn müştərilərlə pul qarşılığında cinsi əlaqədə olmağı təklif etmiş, maddi sıxıntılarının düzəlməsi üçün Sədinin təklifini qəbul etmişdir. Bundan sonra kafeyə gələn müştərilərdən onu bəyənən olduqda Sədi onu cinsi əlaqədə olması üçün həmin şəxsə təqdim etmişdir. Sədi müştərilərlə özü danışmış, pulu da müştəridən Sədi özü almışdır. Sədi onu 25-30 manat pul qarşılığında müştəri ilə görüşdürmüş, hər dəfə ona görə müştəridən 25-30 manat pul almışdır. Həmin 25-30 manatdan isə ona hər hansı məbləğdə pul verməmişdir. Sədi bazardan ona paltar aldığı üçün pul verməmiş, ona çatacaq olan pula onun üçün paltar aldığını bildirmişdir. Sədi onu gün ərzində 3-4 nəfər müştəri ilə görüşdürmüşdür. Sədi də hər dəfə otaqlara görə Rafiqə 10 manat pul vermiş, 2021-ci ilin əvvəllərindən 2023-cü ilin iyun ayına kimi olan müddət ərzində Sədi onu qazanc əldə etmək məqsədilə fahişəliyə cəlb etmişdir. Təxminən bir ildir ki, Sədigilin yanından çıxıb Bakı şəhərinə gəlmiş və bir daha Sədi ilə heç bir əlaqəsi olmamışdır. Sonuncunun cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək göstərdi ki, Şahid4 təxminən 10 ildir ki, tanıyır. Sonuncunun kafe işlətdiyini bilmişdir. 2023-cü ilin yanvar ayında işsiz olduğundan Bərdə rayonuna, Rafiqin yanına gedib işsiz olduğunu bildirmiş, sonuncudan onu kafeyə xidmətçi kimi işə götürməsini xahiş etmişdir. Rafiq onunla razılaşıb onu kafedə işə götürmüşdür. Kafedə ondan başqa bir neçə nəfər qadın da xidmətçi işləmişdir. Kafeyə təzə işə düzələndə görmüşdür ki, orada işləyən qadınlar kafeyə gələn müştərilərlə kafedə olan şəraitli otaqlarda pul qarşılığında cinsi əlaqədə olurlar. Həmin otaqlarda qadınların cinsi əlaqədə olması üçün şəraiti Rafiqin özü yaratmışdır. Buna görə qadınların hər biri Rafiqə 10 manat pul vermiş, Rafiqin özü qadınlardan bunu tələb etmişdir. Maddi sıxıntısı olduğundan qərara gəlmişdir ki, həmin qadınlar kimi müştərilərlə pul qarşılığında cinsi əlaqədə olsun. Bu barədə Rafiqə bildirmiş, sonuncu buna etiraz etməmişdir. Bundan sonra kafeyə gələn müştərilər onunla cinsi əlaqədə olmağı təklif etdikdə onlarla 20 manat pul qarşılığında razılaşıb cinsi əlaqədə olmuşlar. Hər dəfə həmin puldan 10 manatını kafedə şərait yaratdığına görə Rafiqə vermişdir. Gün ərzində 5-6 nəfər müştəri ilə cinsi əlaqədə olmuşdur. Bir ay orada işlədikdən sonra Bakıya qayıtmış, bir müddət Bakıda qaldıqdan sonra yenidən Bərdə rayonuna Rafiqin yanına gəlmişdir. Yenə də eyni qaydada Rafiqin kafesində işləməyə davam etmişdir. Kafedə Rafiqin tanışı Sədi də olmuş, sonuncu kafeyə özü ilə birlikdə Gülşən adlı qadın gətirib aparmışdır. Sədi kafeyə gələn müştərilərlə özü danışıb müştəri ilə razılaşdıqdan sonra Gülşəni onlara təqdim etmişdir. Müştəridən pulu Sədi özü almış və hər dəfə Rafiqə otağa görə 10 manat pul vermişdir. 2023-cü ilin mart ayından həmin ilin iyul ayının əvvəllərinə kimi müəyyən aralıqlarla həmin kafedə fahişəliklə məşğul olmuş, hər dəfə müştəridən cinsi əlaqədə olmağının qarşılığında 20 manat pul alıb həmin pulun 10 manatını Rafiqə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, Şahid4 təxminən bir il yarımdır tanıyır. Rafiqlə tanış olduqda işsiz olduğundan qərara gəlmişdir ki, Rafiqin kafesində xidmətçi kimi işləsin. Bu barədə Rafiqə bildirmiş, sonuncu onunla razılaşıb onu kafedə işə götürmüşdür. Təxminən 2021-ci ilin ortalarından Rafiqin kafesində xidmətçi kimi işləməyə başlamış, orada ondan başqa bir neçə nəfər qadın da xidmətçi işləmişdir. Kafeyə təzə işə düzələndə görmüşdür ki, orada olan qadınlar kafeyə gələn müştərilərlə kafedə olan şəraitli otaqlarda pul qarşılığında cinsi əlaqədə olurlar. Buna Rafiqin özü icazə vermişdir. Rafiq buna görə hər bir qadından 10 manat pul almışdır. Qadınlar həmin otaqlardan istifadə etdiklərinə görə Rafiqə 10 manat pul vermişlər. Maddi sıxıntıları olduğundan qərara gəlmişdir ki, həmin qadınlar kimi müştərilərlə pul qarşılığında cinsi əlaqədə olsun. Bu barədə Rafiqə bildirmiş, sonuncu etiraz etməmişdir. Bundan sonra kafeyə gələn müştərilər onunla cinsi əlaqədə olmağı təklif etdikdə, müştərilərlə 20 manat pul qarşılığında razılaşıb cinsi əlaqədə olmuş, hər dəfə həmin puldan 10 manatını kafedə şərait yaratdığına görə Rafiqə vermişdir. 2021-ci ilin ortalarından 2023-cü ilin may ayına kimi kafedə müxtəlif fasilələrlə xidmətçilik etmiş və müştərilərlə pul qarşılığında cinsi əlaqədə olmuşdur. Rafiq müştərilərlə danışmamış, Rafiq onların kafedə müştəri tapmaqlarına qarışmamışdır. Kafedə Rafiqin tanışı Sədi də olmuş, Sədi kafeyə özü ilə birlikdə Gülşən və Şəmsiyyə adlı iki nəfər qadın gətirib-aparmışdır. Sədi kafeyə gələn müştərilərlə özü danışıb müştəri ilə razılaşdıqdan sonra Gülşən və Şəmsiyyəni həmin müştərilərə təqdim etmişdir. Müştəridən pulu Sədi özü alıb hər dəfə Rafiqə otaqlara görə 10 manat pul vermişdir. X9 və Şəmsiyyəyə pul verib-verməməsindən məlumatı olmamışdır. Bildiyinə görə Sədi Gülşən və Şəmsiyyəni müştərilərə 20-30 manat pul qarşılığında təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərdi ki, Şahid4 tanıyır. Sonuncunun Bərdə bazarının içərsində kafesi olmuşdur. 2023-cü ilin aprel ayında işsiz olduğundan Rafiqə yaxınlaşıb kafesində xidmətçi kimi onu da işə götürməsini xahiş etmiş, sonuncu onu kafedə işə götürmüşdür. 2023-cü ilin aprel ayından Rafiqin kafesində xidmətçi kimi işləməyə başlamışdır. Kafedə ondan başqa altı nəfər qadında xidmətçi işləmişdir. Bir neçə gün kafedə xidmətçi işlədikdən sonra qərara gəlmişdir ki, kafeyə gələn müştərilərlə pul qarşılığında cinsi əlaqədə olsun. Kafedə işləyən qadınlar kafedə olan şəraitli otaqlarda kafeyə gələn müştərilərlə pul qarşılığında cinsi əlaqədə olmuş, buna Rafiqin özü icazə vermişdir. Hər bir qadın buna görə Rafiqə 10 manat pul vermişdir. Çünki Rafiq kafedə qadınların müştərilərlə cinsi əlaqədə olması üçün yataq dəsti ilə təchiz olunmuş iki otaq təşkil etmişdir. Bundan sonra kafeyə gələn müştərilər onunla cinsi əlaqədə olmağı təklif etdikdə həmin müştərilərlə 20 manat pul qarşılığında razılaşıb cinsi əlaqədə olmağa başlamışdır. Hər dəfə həmin puldan 10 manatını kafedə cinsi əlaqədə olmağı üçün şərait yaratdığına görə Rafiqə vermişdir. 2023-cü ilin aprel ayından həmin ilin iyun ayına kimi kafedə xidmətçilik etməyə və müştərilərlə pul qarşılığında cinsi əlaqədə olmağa davam etmişdir. Kafedə Rafiqin tanışı Sədi də olmuş, sonuncu kafeyə özü ilə birlikdə Gülşən və Şəmsiyyə adlı iki nəfər qadın gətirib aparmışdır. Sədi kafeyə gələn müştərilərlə özü danışmış və müştəri ilə razılaşdıqdan sonra Gülşən və Şəmsiyyəni həmin müştərilərə təqdim etmişdir. Müştəridən pulu Sədinin özü almış, Sədi də otaqlara görə Rafiqə hər dəfə 10 manat pul vermişdir. X9 və Şəmsiyyəyə pul veribverməməsindən məlumatı olmamışdır. Sədi onların işinə qarışmamışdır. Sədi yalnız Gülşən və Şəmsiyəni müştərilərə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımış, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Onun Bərdə şəhəri “Köhnə bazar” ərazisində yerləşən kafesi vardır. Həmin kafedə çay, pivə, energetik içkilər satılır, bəzi hallarda yemək də verilir. 2023-cü ildə həmin kafeni Təqsirləndirilən şəxs icarəyə vermişdir. İcarə müddətində orada qızlar ofisiant kimi işləmiş, köməklik etmişlər. Kafeni 800 manat pul müqabilində Təqsirləndirilən şəxs icarəyə vermişdir. İcarə haqqı olaraq Təqsirləndirilən şəxs ona bəzən 700 manat, bəzən 600 manat, bəzən isə 500 manat pul vermişdir. Sədi Məhrrəmov onun icarəyə verdiyi kafedə çay, pivə, bizon kimi energetik içkilər satmışdır. Kafe bir zal, bir otaq, bir mətbəxdən ibarətdir. Otaq da eyni ilə zal kimi, müştərilərin oturub çay içməsi üçün nəzərdə tutulmuşdur. Qeyd etdiyi otaqda işçilər və mühafizə qalır. Orada işləyən qızlar Sədinin tanışları olmuşdur. Təqsirləndirilən şəxs gündəlik qazancından yığaraq ayın axırı ona icarə haqqı vermişdir. O, qızlara energetik içkilər satmış, qızlar da həmin energetik içkiləri 1-2 manat bahasına müştərilərə satmışlar. Şahid1 və Şahid3 Bərdə sakinləri kimi tanımışdır. Sonuncular gəlib kafedə işləyib getmişlər. Kafedə masanın üzərində olan dəftərin arasına qızlar öz gündəlik qazanclarını yığmışlar. Kafedə 2-3 ofisiant qız işləmişdir. O, səhər saat 9-10 da işə gəlmiş, axşam isə saat 18-19 radələrində işdən getmişdir. Qızların axşam saat neçəyə kimi kafedə işləmələrindən məlumatı olmamışdır. Otaqları çay içmək, yemək yemək üçün düzəltmiş, lakin Sədinin otaqlardan nə kimi istifadə etdiyindən xəbəri olmamışdır. Zərərçəkmiş şəxslər ona Təqsirləndirilən şəxs heç bir şikayət etməmişlər. İbtidai istintaq zamanı ona ifadə verməsi üçün heç bir təsir və ya təzyiq edilməmişdir. Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bərdə şəhəri ərazisində yerləşən “Köhnə bazar” adlanan ərazidə ona məxsus kafe olmuş, həmin kafedə çay, spirtli içki pivə, yemək və s. satmış, kafe hər gün saat 08:00-dan 20:00-dək fəaliyyət göstərmişdir. Kafedə ümumilikdə üç otaq olmuş, həmin otaqlardan ikisini çarpayı, stol və stul ilə təchiz etmişdir. Kafedə xidmətçi işləyən qadınlar müştərilərlə özləri danışıb müştərilərlə ona məxsus kafedə yerləşən çarpayı ilə təchiz olunmuş otaqlarda cinsi əlaqədə olmuşlar. Həmin qadınlar özləri fahişəliklə məşğul olmuşlar. Sadəcə qadınların ona məxsus kafedə müştərilərlə cinsi əlaqədə olmalarına şərait yaratmışdır. Belə ki, kafeyə pivə, çay içməyə və yaxud da, yemək yeməyə gələn müştərilər özləri qadınlarla danışıb qadınların razılığını aldıqdan sonra ona məxsus kafenin otaqlarında cinsi əlaqədə olmuşlar. Bunun müqabilində həmin müştərilər qadınlara 10-20 manat pul ödəmiş, həmin fahişəliklə məşğul olan qadınlar da ona məxsus kafedə cinsi əlaqədə olduqlarına görə ona 5-10 manat pul ödəmişlər. Belə ki, kafedə xidmət göstərən qadınlar gün ərzində 6-7 müşətəri ilə cinsi əlaqədə olmuşlar. Günün sonunda isə hər qadın ona təxminən 30-40 manat pul ödəmişdir. Orada xidmətçi kimi işləyib fahişəliklə məşğul olan qadınlardan Röqsanə, Təhminə, Ülviyyə və s. qadınların adlarını qeyd etmiş, adlarını qeyd etdiyi qadınlar ona məxsus kafedə göstərdikləri xidmətə görə pul ödəmiş, lakin onlar kafedə müxtəlif enerji içkilərinin müştərilərə satdıqlarına görə pul əldə etmişlər. Belə ki, o enerji içkilərini 2 manata satmış, həmin xidmətçilər isə onun üzərinə 1 manat qoyub müştəriyə satmışlar. Təqsirləndirilən şəxs Bərdə rayon sakini kimi tanımış, təxminən 3-4 ay bundan öncə ona məxsus Bərdə şəhəri ərazisindəki “Köhnə bazar” adlanan ərazidə yerləşən kafeni 1000 manat pul müqabilində Sədi adlı şəxsə icarəyə vermişdir. Sədi kafeni ondan icarəyə götürdükdən sonra müəyyən müddət ərzində tanışları Gülşən, Şəmsiyyə və s. qadınları orada fahişəliyə cəlb etmişdir. Sədi təxminən 1 ay ərzində həmin kafedə işlədikdən sonra o kafeni yenidən özü işlətməyə başlamış, həmin vaxtdan sonra Sədi yenə də, tanışı olan həmin qadınları kafeyə gətirib orada fahişəliyə cəlb etmişdir. Onlara şərait yaratdığına görə isə Sədi günün sonunda ona 50-60 manat pul ödəmişdir. Lakin Sədinin qadınlardan onları fahişəliyə cəlb etdiyinə görə hansı məbləğdə pul alması barədə məlumatı olmamışdır. Özü hər hansı bir qadını fahişəliyə cəlb etməmiş, qadınların pul müqabilində cinsi əlaqədə olmasına şərait yaratdığına görə o müştərilərdən pul almamış, ona pulu yalnız fahişəliklə məşğul olan qadınlar vermişlər. Müştərilər yalnız onlara təqdim etdiyi içkinin, yeməyin və s. pulunu ona ödəmişlər. O, həmin kafenin otaqlarını digər bir şəxsə cinsi əlaqədə olması üçün verməmiş, yalnız orada xidmət göstərən qadınlar kafenin otağında müştərilərlə cinsi əlaqədə olmuşlar. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ilkin ifadəsində özünü təqsirli bilməsə də sonradan səhvini başa düşdüyünü, əməlindən peşiman olduğunu bildirmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ilkin ifadəsini özünü müdafiə etmək məqsədi ilə uydurulmuş, gerçəkliyə uyğun olmayan, məhkəməni çaşdırmaq məqsədi güdən ifadə kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs 2020-ci ilin əvvəllərindən 2022-ci ilin yanvar ayının əvvəllərinə kimi olan müddət ərzində ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 ünvan 2 yerləşən və Şahid4 məxsus olan kafeyə aparmaqla oraya gələn kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürməsi və hər dəfə 10 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 25-30 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs1 tamah niyyəti ilə fahişəliyə cəlb etməsi; -bundan başqa, onun, təkrarən 2021-ci ilin əvvəllərindən 2023-cü ilin iyun ayına kimi olan müddət ərzində Bakı şəhəri Binəqədi rayonu 1 saylı yataqxanada yaşayan Zərərçəkmiş şəxs2 ünvan 2 yerləşən və Şahid4 məxsus olan kafeyə aparmaqla oraya gələn kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürməsi və hər dəfə 10 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 25-30 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs2 tamah niyyəti ilə fahişəliyə cəlb etməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 243.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda göstərilənlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mirzəxan-Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 23 sentyabr 2023-cü il tarixli 1244 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Türkmən kəndində yaşayır. Eyni tarixli Xasiyyətnamə ilə, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25 noyabr 2016-cı il tarixli AZ-İİİ 861443 nömrəli və 23 fevral 2021-ci il tarixli AZ-İV 547931 nömrəli Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 “Ata” qrafasında atası kimi Təqsirləndirilən şəxs qeyd edilmişdir. CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşaqlarının olması cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqlarının olması onun cəzasını yüngülləşdirən haldır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur, himayəsində iki azyaşlı uşağı var, ailədə yeganə qazanc gətirən şəxsdir. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun himayəsində olan azyaşlı övladlarını ailənin yeganə qazanc gətirən şəxsindən və ata qayğısından məhrum etməklə həmin azyaşlı uşaqlar üçün əlavə məhrumiyyət və iztirablar yaradar. Belə olan halda, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması, ailədə yeganə qazanc gətirən şəxs olması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli məhkumluq haqqında məlumatdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. İş mаteriаllаrındаn görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Habelə məhkəmə iclasında Təqsirləndirilən şəxs ona rəhm edilməsini xahiş etdi. İşdə olan xasiyyətnamə ilə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Bu isə onun cinayət törətməyə meyilli olmamasını və cəmiyyət üçün tam yararsız olmamasını təsdiq edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəmiyyətdən təcrid edilmədən islah olmağa meyilli olması kimi nəzərə alınmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-nin 243.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. CM-nin 47.2-1-ci maddəsinə görə məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Məhkəmə qeyd olunan maddənin tələbinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını gün ərzində dörd saatdan çox olmamaqla müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi yerdə çəkməli, cəzaçəkməsinin başlanğıcı ictimai işlər cəzasını çəkməyə cəlb olunduğu vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 450 (dörd yüz əlli) saat müddətə ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzasını gün ərzində dörd saatdan çox olmamaqla müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi yerdə çəksin. Cəzaçəkməsinin başlanğıcı ictimai işlər cəzasını çəkməyə cəlb olunduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar