Məhkəmə qərarları › İş №1(021)-30/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-30/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-30/2025 15.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X2 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin (mülki cavabdehin) müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1974-cü ildə Bərdə rayonu Zümürxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Zümürxan kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə ona görə ittiham elan edilmişdir ki, o, tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə Yevlax rayonu Tanrıqulular kəndində yaşayan Zərərçəkmiş şəxs1 ilə xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Bərdə rayonu Zümürxan kəndində danışıb, Zərərçəkmiş şəxs1 məxsus 1 (bir) baş iribuynuzlu, 1 (bir) baş balası olan inəyi balası ilə birlikdə digər şəxslərə satıb sonuncuya 2350 (iki min üç yüz əlli) manat pul verəcəyi barədə yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan suiistifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə elə həmin tarixdə və vaxtda Bərdə rayonu Zümürxan kəndində 2350 (iki min üç yüz əlli) manat dəyərində 1 (bir) baş iribuynuzlu, 1 (bir) baş balası olan inəyi balası ilə birlikdə əlbəəl olaraq etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirib ümumilikdə Zərərçəkmiş şəxs1 2350 (iki min üç yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə Bərdə rayonu Tumaslı kəndində yaşayan Zərərçəkmiş şəxs2 ilə xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Bərdə rayonu Tumaslı kəndində danışıb, Zərərçəkmiş şəxs2 məxsus 1 (bir) baş iribuynuzlu, 1 (bir) baş balası olan inəyi balası ilə birlikdə İmişli rayonu ərazisində yerləşən mal bazarında digər şəxslərə satıb sonuncuya 2600(iki min altı yüz) manat pul verəcəyi barədə yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan suiistifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə elə həmin tarixdə və vaxtda Bərdə rayonu Tumaslı kəndində 2600(iki min altı yüz) manat dəyərində 1(bir) baş iribuynuzlu, 1 (bir) baş balası olan inəyi balası ilə birlikdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib ümumilikdə Zərərçəkmiş şəxs2 2600(iki min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Məhkəmə iclasında ifadə verməkdən imtina edən Təqsirləndirilən şəxs ona ünvanlanmış suallara cavab olaraq göstərdi ki, özünü təqsirli bilir. İfadə verməkdən imtina edir. 10 ilə yaxındır mal-heyvan alveri ilə məşğuldur. Zərərçəkmiş şəxsləri tanıyır, onlarla mal alveri olmuşdur. Təqsiri var, zərərçəkmiş şəxslərə maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxslərə borcu var, etiraf edir. İstintaq zamanı verdiyi ifadəni səhv yazmışlar. İki yanı balalı inək olmuşdur. İnəklərin ikisi də qaytarılandan sonra dabaq xəstəliyinə düşmüşlər. İnəyin birinin balası ölmüş, inəyin özünü isə mal bazarında 700 manata satmışdır. Borcunu ödəməmişdir. Ailədə yeganə qazanc gətirən şəxsdir. İki öğvladı var, oğlu tələbədir, qızı isə evdə anası ilə yaşayır. Arvadı ağır şəkər xəstəsidir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verməkdən imtina etdiyinə görə məhkəmə onun ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsini oxuyub elan etdi. Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, Bərdə rayonu mal bazarında iri buynuzlu heyvanların ticarəti ilə məşğul olmuşdur. 28 oktyabr 2023-cü il tarixdə təxminən səhər saat 11 radələrində Bərdə rayonu Alpoud kəndində yerləşən mal bazarında özünə məxsus 1 (bir) baş iribuynuzlu, 1 (bir) baş balası olan inəyi balası ilə birlikdə həmkəndlisi Ceyhuna satması üçün həvalə etmişdir. Ceyhun həmin inəyi sonradan tanıdığı Yevlax rayonu Tanrıqulular kənd sakini Zərərçəkmiş şəxs1 2350 (iki min üç yüz əlli) manata satmışdır. Ceyhun 2350 (iki min üç yüz əlli) manat pulu gətirib ona vermiş, həmin puldan Ceyhuna pul verməmişdir. Həmin gün Zərərçəkmiş şəxs1 Ceyhuna zəng etmiş, telefonu Ceyhun deyil özü açmış, İlqarla özü danışmışdır. İlqar ona inəyin dəlisov olduğunu, südünü sağa bilmədiyini demiş və inəyi qaytarıb pulunu geri almaq istədiyini bildirmişdir. İnəyin özünə məxsus olduğunu, sadəcə satması üçün Ceyhuna həvalə etdiyini demiş, inəyi balası ilə birlikdə geri qaytarmasını istəmiş və pulunu verəcəyini bildirmişdir. 29 oktyabr 2023-cü il tarixdə təxminən günorta saat 15 radələrində Bərdə rayon Zümürxan kəndində İlqar ilə görüşmüş, maddi durumu zəif olduğundan İlqarı aldadıb inəyi ələ keçirmək qərarına gəlmişdir. İlqara yalandan inəyi geri qaytararaq 2350 (iki min üç yüz əlli) manat pulunu təxminən 10-15 günə verəcəyini demişdir. Bərdə rayonu Zümürxan kəndində sözügedən inəyi balası ilə birlikdə İlqar ona vermişdir. Sonrakı günlərdə həmin inəyi balası ilə birlikdə Bərdə rayonu mal bazarında tanımadığı bir nəfər şəxsə xatırlamadığı məbləğdə satmış və əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Ancaq İlqara inəyin öldüyünü bəhanə gətirərək pulunu verəcəyini desə də, həmin pulu müxtəlif bəhanələr gətirərək verməmişdir. Hətta bir neçə dəfə İlqar arvadı ilə Bərdə rayonu Zümürxan kəndinə yaşadığı ünvana gəlmişlər, lakin, hər dəfə müxtəlif bəhanələr ilə pulu yaxın günlərdə verəcəyi adı ilə İlqarı aldatmışdır. İlqara qarşı etdiyi əməldən peşimandır və yaxın zamanlarda İlqarın pulunu tam şəkildə qaytaracağına söz verir. Bundan başqa, 15 dekabr 2023-cü il tarixdə təxminən səhər saat 11 radələrində Bərdə rayonu Alpoud kəndində yerləşən mal bazarında özünə məxsus 1 (bir) baş iribuynuzlu, 1 (bir) baş balası olan inəyi balası ilə birlikdə 2600 (iki min altı yüz) manata sonradan tanıdığı Bərdə rayonu Tumaslı kənd sakini Zərərçəkmiş şəxs2 satmışdır. Üzeyirə satdığı inəyin gündəlik mütəmadi olaraq təxminən 10 (on) litr süd verdiyini bildirmişdir. Həmin vaxt yanlarında Üzeyirin qardaşı Mübariz və həmkəndlisi Anar adlı şəxsdə olmuşdur. 19 dekabr 2023-cü il tarixdə səhər saatlarında Üzeyir onunla telefon əlaqəsi saxlamış, sonuncu ona aldığı inəyin dəlisov olduğu üçün südünü sağmağa qoymadığını demiş və inəyi qaytarıb pulunu geri almaq istədiyini bildirmişdir. Maddi durumu zəif olduğundan Üzeyiri aldadıb inəyi ələ keçirmək qərarına gəlmişdir. Üzeyirdən inəyi balası ilə birlikdə geri qaytarmasını istəmiş, inəyi aparıb İmişli rayonu mal bazarında satıb pulunu geri verəcəyini yalandan bildirmiş, Üzeyir razılaşmışdır. Həmin gün axşam saat 18 radələrində yük avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olan tanıdığı Ceyhun və həmkəndlisi Anarın övladı Nihatdan xahiş etmişdir ki, Bərdə rayonu Tumaslı kəndinə gedib Üzeyirdən inəyi götürüb gətirib yaşadığı ünvana qoysunlar. Ceyhun və Nihat inəyi balası ilə birlikdə gətirib yaşadığı ünvana qoymuşlar. Sonrakı günlərdə həmin inəyi balası ilə birlikdə Bərdə rayonu mal bazarında tanımadığı bir nəfər şəxsə xatırlamadığı məbləğdə satmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarından ötrü xərcləmişdir. Ancaq Üzeyirə inəyin öldüyünü bəhanə gətirərək pulunu verəcəyini desə də, həmin pulu müxtəlif bəhanələr gətirərək verməmişdir. Hətta bir neçə dəfə Üzeyir qohumları ilə Bərdə rayonu Zümürxan kəndinə yaşadığı ünvana gəlmiş, lakin hər dəfə müxtəlif bəhanələr ilə pulu yaxın günlərdə verəcəyi adı ilə Üzeyiri aldatmışdır. Üzeyirə qarşı etdiyi əməldən peşmandır və yaxın zamanlarda Üzeyirin pulunu tam şəkildə qaytaracağına söz verir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, 1 (bir) baş iribuynuzlu inək alıb yaşadığı ünvanda saxlayaraq inəyin verdiyi südü satıb ailəsini dolandırmaq istəmiş, bu məqsədlə 28 oktyabr 2023-cü il tarixdə təxminən səhər saat 11 radələrində Bərdə rayonu Alpoud kəndində yerləşən mal bazarından, Bərdə rayonu Zümürxan kənd sakini Ceyhun adlı şəxsdən 2350 (iki min üç yüz əlli) manata 1 (bir) baş balası olan inəyi balası ilə birlikdə almışdır. Ceyhun adlı şəxs satdığı inəyin gündəlik mütəmadi olaraq təxminən 13 (on üç) litr süd verməsini bildirmişdir. İnəyi balası ilə birlikdə yaşadığı Yevlax rayonu Tanrıqulular kəndinə aparmış, inək dəlisov olduğundan südünü sağmağa qoymamışdır. Bu səbəbdən Ceyhun adlı şəxsin ona verdiyi mobil telefon nömrəsinə zəng edərək əlaqə saxlamışdır. Bu vaxt telefonda onunla Ceyhun deyil, sonradan adını bildiyi Bərdə rayonu Zümürxan kənd sakini Təqsirləndirilən şəxs danışmışdır. Sonuncuya aldığı inəyin dəlisov olduğunu, südünü sağılmağa qoymadığını demiş və inəyi qaytarıb pulunu geri almaq istədiyini bildirmişdir. Mahir inəyin özünə məxsus olmasını, sadəcə satması üçün Ceyhuna həvalə etdiyini demiş, inəyi balası ilə birlikdə geri qaytarmağını istəmişdir. 29 oktyabr 2023-cü il tarixdə təxminən günorta saat 15 radələrində Bərdə rayonu Zümürxan kəndində Mahir ilə görüşmüşdür. Mahir inəyi geri qaytararaq təxminən 10-15 günə pulunu verəcəyini dediyi üçün həmin günü Bərdə rayonu Zümürxan kəndində sözügedən inəyi balası ilə birlikdə Mahirə vermişdir. Mahir adlı şəxs 2350 (iki min üç yüz əlli) manat pulunu 10-15 günə ona verəcəyini desə də, həmin pulu müxtəlif bəhanələr gətirərək verməmişdir. Mahir hətta bir dəfə inəyin xəstəlik səbəbilə öldüyünü bildirmişdir. Bir neçə dəfə arvadı Şahid3 ilə Bərdə rayonu Zümürxan kəndinə Mahirin yaşadığı ünvana getmiş, lakin Mahir hər dəfə müxtəlif bəhanələr ilə pulu yaxın günlərdə verəcəyi adı ilə onları aldatmışdır. Eşitdiyinə görə Mahir həmin inəyi başqa şəxsə satmışdır. Mahir onu aldadaraq pulunu vermədiyindən Bərdə Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Ona dəymiş ziyanın ödənilməsini, əgər ziyan ödənilməsə Təqsirləndirilən şəxs ciddi cəzalandırılmasını və mülki iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, 1 (bir) baş iribuynuzlu inək alıb yaşadığı ünvanda saxlayaraq inəyin verdiyi südü satıb ailəsini dolandırmaq istəmişdir. Bu məqsədlə 15 dekabr 2023-cü il tarixdə təxminən səhər saat 11 radələrində Bərdə rayonu Alpoud kəndində yerləşən mal bazarından sonradan adını bildiyi Bərdə rayonu Zümürxan kənd sakini Mahir adlı şəxsdən 2600 (iki min altı yüz) manata 1 (bir) baş balası olan inəyi balası ilə birlikdə almışdır. Mahir satdığı inəyin gündəlik mütəmadi olaraq təxminən 10 (on) litr süd verməsini bildirmişdir. Həmin vaxt yanlarında qardaşı Mübariz və Mahirin həmkəndlisi Anar adlı şəxsdə olmuşdur. İnəyi yaşadığı Bərdə rayonu Tumaslı kəndinə aparmış, inək dəlisov olduğundan südünü sağılmağa qoymamışdır. 19 dekabr 2023-cü il tarixdə səhər saatlarında Mahirə zəng etmiş, aldığı inək dəlisov olduğundan, südünü sağmağa qoymadığından inəyi qaytarıb pulunu geri almaq istədiyini bildirmişdir. Mahir inəyi balası ilə birlikdə geri qaytarmağını istəmiş, inəyi aparıb İmişli rayonu mal bazarında satıb pulunu geri verəcəyini bildirmişdir. Başqa çarəsi olmadığından razılaşmış, həmin günü axşam saat 18 radələrində Mahirin göndərdiyi yük taksisi gələrək inəyi aparmışdır. Həmin vaxt qardaşı Mübariz yanında olmuş və baş verənlərə şahid olmuşdur. Mahir 2600 (iki min altı yüz) manat pulunu verəcəyini bildirsə də, müxtəlif bəhanələr gətirərək pulunu verməmişdir. Mahir hətta bir dəfə inəyin xəstəlik səbəbilə öldüyünü də demişdir. Bir neçə dəfə qardaşı Mübarizlə Bərdə rayonu Zümürxan kəndinə Mahirin yaşadığı ünvana getmiş, lakin Mahir hər dəfə müxtəlif bəhanələr ilə pulu yaxın günlərdə verəcəyi adı ilə onları aldatmışdır. Eşitdiyinə görə Mahir həmin inəyi başqa şəxsə satmışdır. Bu səbəbdən Bərdə Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Ona ümumilikdə 2600 (iki min altı yüz) manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyanın ödənilməsini, əgər ziyan ödənilməsə Təqsirləndirilən şəxs ciddi cəzalandırılmasını və mülki iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, özünə məxsus “Ford Tranzit” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırır. Bərdə rayonu Zümürxan kənd sakini Təqsirləndirilən şəxs həmkəndlisidir. Sonuncu Bərdə rayonu mal bazarında iri buynuzlu heyvanların ticarəti ilə məşğul olmuşdur. 19 dekabr 2023-cü il tarixdə axşam saat 18 radələrində həmkəndlisi Mahir ona zəng edib həmkəndliləri Anarın övladı Nihat ilə birlikdə Bərdə rayonu Tumaslı kəndinə gedib oradan 1 baş yanı balalı inəyi gətirib yaşadığı ünvana təhvil verməsini xahiş etmiş, o, da razılaşmışdır. İdarə etdiyi yük avtomobili ilə Nihat ilə birlikdə Bərdə rayonu Tumaslı kəndinə, sonradan adını bildiyi Üzeyir adlı şəxsin yaşadığı ünvana getmiş, oradan qeyd edilən 1 baş yanı balalı inəyi götürüb Bərdə rayonu Zümürxan kəndində Mahirin yaşadığı ünvanda Mahirə təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Zərərçəkmiş şəxs1 onun əridir. Əri İlqar ailələrinin maddi vəziyyəti ilə əlaqədar 1 (bir) baş iribuynuzlu inək alıb yaşadıqları ünvanda saxlayaraq inəyin verdiyi südü satıb ailələrini dolandırmaq istəmişdir. İlqar 28 oktyabr 2023-cü il tarixdə təxminən səhər saat 11 radələrində Bərdə rayonu Alpoud kəndində yerləşən mal bazarından sonradan adını bildikləri Bərdə rayonu Zümürxan kənd sakini Ceyhun adlı şəxsdən 2350 (iki min üç yüz əlli) manata 1 (bir) baş balası olan inəyi balası ilə birlikdə almışdır. Ceyhun adlı şəxs İlqara satdığı inəyin gündəlik mütəmadi olaraq təxminən 13 (on üç) litr süd verməsini bildirmişdir. İlqar həmin inəyi balası ilə birlikdə yaşadıqları Yevlax rayonu Tanrıqulular kəndinə gətirmiş və inək dəlisov olduğundan südünü sağmağa qoymamışdır. İlqar Ceyhun adlı şəxsin verdiyi mobil telefon nömrəsinə zəng edərək əlaqə saxlamış, telefonda İlqarla Ceyhun deyil, sonradan adını bildikləri Bərdə rayonu Zümürxan kənd sakini Təqsirləndirilən şəxs danışmışdır. İlqar Mahirə aldığı inəyin dəlisov olduğu üçün südünü sağılmağa qoymadığını demiş və inəyi qaytarıb pulunu geri almaq istədiyini bildirmişdir. Sonuncu inəyin özünə məxsus olmasını, sadəcə satması üçün Ceyhuna həvalə etdiyini demiş, inəyi balası ilə birlikdə geri qaytarmasını istəmiş və pulunu verəcəyini bildirmişdir. 29 oktyabr 2023-cü il tarixdə təxminən günorta saat 15 radələrində İlqar Bərdə rayonu Zümürxan kəndində Mahir ilə görüşmüşdür. Mahir inəyi geri qaytararaq təxminən 10-15 günə İlqarın pulunu verəcəyini dediyi üçün həmin günü Bərdə rayonu Zümürxan kəndində sözügedən inəyi balası ilə birlikdə İlqar Mahirə vermişdir. Mahir 2350 (iki min üç yüz əlli) manat pulu 10-15 günə verəcəyini desə də, həmin pulu müxtəlif bəhanələr gətirərək verməmişdir. Sonuncu hətta bir dəfə inəyin xəstəlik səbəbilə öldüyünü bildirmişdir. Bir neçə dəfə əri İlqar ilə Bərdə rayonu Zümürxan kəndinə Mahirin yaşadığı ünvana getmiş, lakin Mahir hər dəfə müxtəlif bəhanələrlə pulu yaxın günlərdə verəcəyi adı ilə onları aldatmışdır. Eşitdiklərinə görə Mahir həmin inəyi başqa şəxsə satmışdır. Hazırda Təqsirləndirilən şəxs pullarını verməmiş, onlara 2350 (iki min üç yüz əlli) manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, Zərərçəkmiş şəxs2 qardaşıdır. Qardaşı Üzeyir maddi vəziyyətinin aşağı olması ilə əlaqədar 1 (bir) baş iribuynuzlu inək alıb yaşadığı ünvanda saxlayaraq inəyin verdiyi südü satıb ailəsini dolandırmaq istəmişdir. Bu məqsədlə qardaşı Üzeyir 15 dekabr 2023-cü il tarixdə təxminən səhər saat 11 radələrində Bərdə rayonu Alpoud kəndində yerləşən mal bazarından Bərdə rayonu Zümürxan kənd sakini Təqsirləndirilən şəxs 2600(iki min altı yüz) manata 1 (bir) baş balası olan inəyi balası ilə birlikdə almışdır. Mahir satdığı inəyin gündəlik mütəmadi olaraq təxminən 10 (on) litr süd verməsini bildirmişdir. Üzeyir həmin inəyi yaşadığı Bərdə rayonu Tumaslı kəndinə aparmış və inək dəlisov olduğundan südünü sağılmağa qoymamışdır. Üzeyir 19 dekabr 2023-cü il tarixdə səhər saatlarında Mahirlə telefon vasitəsilə əlaqə saxlamış, aldığı inəyin dəlisov olduğunu, südün sağılmağa qoymadığını demiş və inəyi qaytarıb pulunu geri almaq istədiyini bildirmişdir. Mahir Üzeyirdən inəyi balası ilə birlikdə geri qaytarmasını istəmiş, inəyi İmişli rayonu mal bazarında satıb pulunu geri verəcəyini bildirmişdir. Həmin gün axşam saat 18 radələrində Mahirin göndərdiyi yük taksisi sürücüsü Ceyhun adlı şəxs və sonradan adını bildiyi Bərdə rayonu Zümürxan kənd sakini Anar adlı şəxsin övladı Nihat adlı şəxs Üzeyirin yaşadığ ünvana gəlmişlər. Ceyhun və Nlhat Mahirin istəyi ilə Üzeyirin yaşadığı ünvana gəldiklərini və sözügedən inəyi aparıb Mahirə verəcəklərini bildirmişlər. Həmin vaxt Üzeyirin yanında olmuş və baş verənlərə şahid olmuşdur. Mahirin istəyi ilə həmin sözügedən yanıbalalı inəyi Üzeyir onlara vermiş və yük avtomobili ilə aparmışlar. Mahir Üzeyirin 2600 (iki min altı yüz) manat pulunu verəcəyini desə də, həmin pulu müxtəlif bəhanələr gətirərək verməmişdir. Mahir hətta bir dəfə inəyin xəstəlik səbəbilə öldüyünü bildirmişdir. Bir neçə dəfə Üzeyir onunla Bərdə rayonu Zümürxan kəndinə Mahirin yaşadığı ünvana getmiş, sonuncu hər dəfə müxtəlif bəhanələr ilə pulu yaxın günlərdə verəcəyi adı ilə onları aldatmışdır. Eşitdiklərinə görə Mahir həmin inəyi başqa şəxsə satmış, nəticədə qardaşı Üzeyirə ümumilikdə 2600 (iki min altı yüz) manat maddi ziyan dəymişdir. Bu səbəblə də qardaşı Üzeyir Bərdə Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. İş materiallarında olan “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 08 avqust 2024-cü il tarixli 18-1-28/2-1506/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın Poliklinka şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs ifadə verməkdən imtina edərək ibtidai istintaq zamanı verdiyi ifadəsinin səhv yazıldığını qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsini müdafiəçisinin iştirakı ilə vermiş, həm özü, həm də müdafiəçisi ifadəsinin altından imza etmişlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsi özünü müdafiə etmək məqsədi ilə uydurulmuş, gerçəkliyə uyğun olmayan, məhkəməni çaşdırmaq məqsədi güdən ifadə kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə Yevlax rayonu Tanrıqulular kəndində yaşayan Zərərçəkmiş şəxs1 ilə xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Bərdə rayonu Zümürxan kəndində danışıb, Zərərçəkmiş şəxs1 məxsus 1 (bir) baş iribuynuzlu, 1 (bir) baş balası olan inəyi balası ilə birlikdə digər şəxslərə satıb sonuncuya 2350 (iki min üç yüz əlli) manat pul verəcəyi barədə yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə elə həmin tarixdə və vaxtda Bərdə rayonu Zümürxan kəndində 2350 (iki min üç yüz əlli) manat dəyərində 1 (bir) baş iribuynuzlu, 1 (bir) baş balası olan inəyi balası ilə birlikdə əlbəəl olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib ümumilikdə Zərərçəkmiş şəxs1 2350 (iki min üç yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətməsi; -Bundan başqa onun, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə Bərdə rayonu Tumaslı kəndində yaşayan Zərərçəkmiş şəxs2 ilə xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Bərdə rayonu Tumaslı kəndində danışıb, Zərərçəkmiş şəxs2 məxsus 1 (bir) baş iribuynuzlu, 1 (bir) baş balası olan inəyi balası ilə birlikdə İmişli rayonu ərazisində yerləşən mal bazarında digər şəxslərə satıb sonuncuya 2600 (iki min altı yüz) manat pul verəcəyi barədə yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə elə həmin tarixdə və vaxtda Bərdə rayonu Tumaslı kəndində 2600 (iki min altı yüz) manat dəyərində 1(bir) baş iribuynuzlu, 1 (bir) baş balası olan inəyi balası ilə birlikdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib ümumilikdə Zərərçəkmiş şəxs2 2600 (iki min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda göstərilənlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Zümürxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 02 avqust 2024-cü il tarixli, 287 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Zümürxan kəndində yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Zümürxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamə ilə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 01 avqust 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən və 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. CM-nin 56.1.2-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 31 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 iyul 2024-cü il tarixdə tutularaq Bərdə Rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqdimat təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınması, həbs etmənin başlanğıcının 31 iyul 2024-cü il tarixdən hesablanması, qərarın icrasının Bərdə Rayon Polis şöbəsinə və Gəncə 2 saylı İstintaq Təcridxanasına həvalə edilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onu mülki iddiaçı kimi tanıyaraq cavabdeh Təqsirləndirilən şəxs 2350 manat məbləğində pulun alınaraq ona ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 iddia tələbini onunla əsaslandırmışdır ki, Yevlax rayonu Tanrıqullar kəndində yaşayır. Hazırda cavabdeh Əliyev Mahir Əsgər oğlu onların etibarından su istifadə edərək dələduzluq cinayəti törətdiyi üçün Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılır. Cavabdeh ondan heyvan alaraq ona borclu olduğu pulu etibarından sui istifadə edərək qaytarmamışdır. Hesab edir ki, cavabdeh tərəfindən vurulmuş 2350 manat dəymiş ziyanın ödənilməsi məhkəmə araşdırması zamanı ədalətli həll olunacaq, cavabdehdən mülki qaydada tutulacaqdır. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onu mülki iddiaçı kimi tanıyaraq cavabdeh Təqsirləndirilən şəxs 2600 manat pulun alınaraq ona ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Tumaslı kəndində yaşayır. Hazırda cavabdeh Əliyev Mahir Əsgər oğlu onların etibarından su istifadə edərək dələduzluq cinayəti törətdiyi üçün Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasmda saxlanılır. Cavabdeh ondan heyvan alaraq ona borclu olduğu pulu etibarından istifadə edərək qaytarmamışdır. Hesab edir ki, cavabdeh tərəfindən vurulmuş 2600 manat dəymiş ziyanın ödənilməsi məhkəmə araşdırması zamanı ədalətli həll olunacaq, cavabdehdən mülki qaydada onlardan almış olduğu pul tutulacaqdır. Bərdə Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli qərarına əsasən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı “Ziyan” tələbinə dair iddia ərizələrinin icraata qəbul edilməsi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki iddiaçı, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınması qərara alınmışdır. Azərbaycan Respublikasının CPM-nin 179.2-ci maddəsinə görə, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs təqsirli, hüquqa zidd əməli nəticəsində zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 2350 manat, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 isə 2600 manat məbləğində maddi ziyan dəyməsi məhkəmə iclasında araşdırılan sübutlarla öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, hər iki mülki iddia təmin edilməli, 2350 manat məbləğində pul təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1, 2600 manat məbləğində pul isə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin (mülki cavabdehin) təqsirli və hüquqa zidd əməli nəticəsində zərərçəkmiş şəxslərə (mülki iddiaçılara) maddi ziyan vurması məhkəmə iclasında öz təsdiqini tapmışdır. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 31 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı “ziyan” tələbinə dair mülki iddiaları təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 2350 (iki min üç yüz əlli) manat məbləğində pul alınaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 və 2600 (iki min altı yüz) manat məbləğində pul alınaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 verilsin. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Hökmdən təqsirləndirilən şəxs rəsmi qaydada aldığı, digər proses iştirakçıları isə elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar