Məhkəmə qərarları › İş №1(021)-31/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-31/2021

03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-31/2021 03.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı________________________ Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1__________________________ _ Təqsirləndirilən şəxs2______________________ Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1996-cı ildə Bərdə rayonu Əmirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Əmirli kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri, xx xxxx 1992-ci ildə Bərdə rayonu Əmirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Əmirli kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 26 avqust 2020-ci il tarixdə saat 21 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək Zərərçəkmiş şəxs məxsus Bərdə rayonu, Soğanverdilər kəndində yerləşən ağıla hasardan tullanaraq qanunsuz daxil olub, ağılda olan 100 (bir yüz) manat dəyərində 3 ay yaşı olan 1 baş 8 kiloqram çəkidə dişi qoyunu, 140 (bir yüz qırx manat) manat dəyərində 4 ay yaşı olan 1 baş 13 kiloqram dişi qoyunu, 150 (bir yüz əlli manat) manat dəyərində 5 ay yaşı olan 1 baş 13 kiloqram erkək qoçu və 200 (iki yüz) manat dəyərində 7 ay yaşı olan 1 baş 17 kiloqram erkək qoçu gizli yolla talayaraq Zərərçəkmiş şəxs 590 (beş yüz doxsan) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişlər. Bununla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Onların göstərilən cinayət əməlini törətmələri məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, 26 avqust 2020-ci ildə saat 21 radələrində dostu Orxandan VAZ-2107 markalı 10 SP-937 dövlət qeydiyyat nişanlı avtomobili, Soğanverdilər kəndində yerləşən əkin sahəsinə gedib su sulamaq üçün istəmişdir. Avtomobillə sahəyə gedərkən həmkəndlisi Toğrul qarşısına çıxmışdır. Toğrulu avtomobilinə dəvət etmiş, birlikdə əkin sahəsinə gedərkən, Toğrul yolun kənarında olan ağıldan qoyun oğurlamağı təklif etmişdir. Toğrulla razılaşaraq avtomobili ağılın kənarında saxlamışdır. Toğrul ağıla ağacdan olan hasardan tullanaraq ağılın içərisinə daxil olmuş, bu zaman özü 2 baş xırda buynuzlu və Toğrul 2 baş xırda buynuzlu heyvanı ağıldan götürmüşdür. Heyvanları bir-bir avtomobilin yük hissəsinə qoymuşdur. Heyvanları Əmirli kəndində yerləşən pambıq sahəsinə apararaq ayaqlarını bağlayıb gizlətmişlər. Heyvanları gizlətdikdən sonra Toğrul ilə heyvanları satmaq qərarına gəlmişlər. Yenidən Orxandan avtomobili bəhanə ilə götürürək Toğrul ilə birlikdə heyvanları mal bazarına aparacağına razılaşmışdır. 27 avqust 2020-ci ildə saat 21 radələrində Orxan Əmirli kənd çayxanasında olarkən yanına gedib Orxandan su gətirmək adı ilə avtomobili istəmişdir. Avtomobili Orxandan götürdükdən sonra avtomobil ilə kəndin kənarında olan Toğrulun yanına getmişdir. Toğrul ilə heyvanları gizlətdikləri sahəyə getmişlər. Sahədə 1 baş təxminən 8 kiloqram çəkidə dişi qoyunu, 1 baş təxminən 13 kiloqram dişi qoyunu və 1 baş təxminən 13 kiloqram erkək qoçu avtomobilin yük hissəsinə qoyaraq Bərdə rayonu Alpoud kəndində yerləşən mal bazarına yola düşmüşlər. Bir baş təxminən 17 kiloqram çəkidə olan erkək qoçu sahədə ayağı bağlı vəziyyətdə onlardan tam olaraq şübhələn olmasın diyə saxlamışlar. 28 avqust 2020-ci il tarixdə saat 01 radələrində 3 baş xırda buynuzlu heyvanı mal bazarında adını sonradan bildiyi Tural adlı şəxsə 290 manat müqabilində satmışlar. Heyvanları satdıqdan sonra 290 manat pulu Toğrula vermişdir. Həmin pulun 145 manat hissəsi ona çatmalı olmuşdur. Kəndə qayıtdıqdan sonra saat 01:30 radələrində avtomobili Orxanın yaşadığı evə gedərək təhvil vermiş, yaşadığı evə qayıtmışdır. Evdə yatarkən telefonuna Turalın istifadəsində olan mobil nömrədən zəng gəlmişdir. Özünü Tural kimi qələmə verən şəxs satdığı 3 baş xırda buynuzlu heyvanın xəstə olmasını və ona heyvanları geri qaytarmaq istədiyini bildirmişdir. Bir müddət sonra atasına oğurluq etməsi və sahədə gizlətdiyi qoçun yerə barədə məlumat vermiş, bundan əlavə polisə getmək lazım olduğunu bildirmişdir. Bu zaman onu evlərinə gələn polis əməkdaşları polis şöbəsinə dəvət etmiş, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gələrək baş verənlə barədə məlumat vermişdir. Zərərçəkmiş şəxsə vurduğu ziyanı ödədiyini, sonuncunun ondan şikayət və tələbinin olmadığını, tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, Təqsirləndirilən şəxs1 həmkəndlisi kimi uşaqlıqdan tanıyır. 26 avqust 2020-ci ildə saat 21 radələrində Səfər dostu Orxandan VAZ- 2107 markalı 10 SP-937 dövlət qeydiyyat nişanlı avtomobili Soğanverdilər kəndində yerləşən əkin sahəsinə gedib su sulamaq üçün istəmişdir. Yolda Səfəri avtomobillə gəldiyini görün əl etmiş, sonuncu avtomobili saxlamışdır. Səfər onu avtomobilə dəvət etmiş, sonuncu ilə birlikdə əkin sahəsinə gedərkən, yolun kənarında olan ağıldan qoyun oğurlamağı təklif etmişdir. Səfər onunla razılaşaraq avtomobili ağılın kənarında saxlamışdır. Səfərlə birlikdə ağıla ağacdan olan hasardan tullanaraq ağılın içərisinə daxil olmuşlar. Səfər 2 baş xırda buynuzlu və özü 2 baş xırda buynuzlu heyvanı ağıldan götürmüşdür. Bundan sonra həmin heyvanları bir-bir avtomobilin yük hissəsinə qoymuşlar. Heyvanları Əmirli kəndində yerləşən pambıq sahəsinə ayaqlarını bağlayıb gizlətmişlər. Səfər ilə heyvanları satmaq qərarına gəlmişlər. Səfər yenidən Orxandan avtomobili hansısa bəhanə ilə götürürək onunla birlikdə heyvanları mal bazarına aparmağı planlaşdırmışlar. 27 avqust 2020-ci ildə saat 21 radələrində Səfər Orxandan avtomobili götürmüşdür. Səfər avtomobil ilə kəndin kənarına, onun yanına gəlmişdir. Səfərlə birlikdə heyvanları gizlətdikləri sahəyə getmişlər. Sahədə 1 baş təxminən 8 kiloqram çəkidə dişi qoyunu, 1 baş təxminən 13 kiloqram dişi qoyunu və 1 baş təxminən 13 kiloqram erkək qoçu avtomobilin yük hissəsinə qoyaraq Bərdə rayonu Alpoud kəndində yerləşən mal bazarına getmişlər. Bir baş təxminən 17 kiloqram erkək qoçu sahədə ayağı bağlı vəziyyətdə onlardan tam olaraq şübhələn olmasın deyə saxlamışlar. 28 avqust 2020-ci ildə saat 01 radələrində 3 baş xırda buynuzlu heyvanı adını sonradan bildiyi Tural adlı şəxsə 290 manat müqabilində satmışlar. Heyvanları satdıqdan sonra 290 manat pulu ona vermişlər. Həmin pulun 145 manat hissəsi Səfər çatmışdır. Bundan sonra Səfərlə birlikdə kəndə qayıtmışlar. Saat 0130 radələrində Səfər avtomobil ilə onu evə aparmışdır. Bir neçə gün sonra Səfərin polis şöbəsinə çağırılmasını eşidərək, onunda axtarılacağını bilərək Gəncə şəhərinə yola düşmüşdür. Daha sonra Bakı şəhərinə gedərək bacısıgildə qalmışdır. 27 sentyabr 2020-ci ildə Qarabağ müharibəsi başlandıqdan sonra Əmirli kəndində qayıtmışdır. 26 noyabr 2020-ci ildə saat 10 radələrində evdə yatarkən polis əməkdaşları yaşadığı evə gələrək onu Bərdə rayon polis şöbəsinə gətirmişlər. Zərərçəkmiş şəxsə vurduğu ziyanı ödədiyini, sonuncunun ondan şikayət və tələbinin olmadığını, tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, xırda buynuzlu və iri buynuzlu heyvan saxlamaqla pul qazanır. Onun 150 baş xırda buynuzlu və 60 baş iri buynuzlu mal-qarası var. Xırda buynuzlu heyvanı və mal-qaranı hər gün səhər və axşam sayır. Xırda buynuzlu heyvanları yaşadığı fermanın həyətində və tövləsində saxlayır. 26 avqust 2020-ci ildə axşam saat 20 radələrində xırda buynuzlu heyvanları saymış və 144 heyvan olmasını müəyyən etdikdən sonra heyvanları ağıla salmışdır. 27 avqust 2020-ci ildə saat 08 radələrində xırda buynuzlu heyvanları ağılda saydıqda saylarının 140 baş olmasını müəyyən etmişdir. 3 ay yaşı olan 1 baş 7-8 kiloqram çəkidə dişi qoyun, 4 ay yaşı olan 1 baş 11-13 kiloqram dişi qoyun, 5 ay yaşı olan 1 baş 11-13 kiloqram erkək qoç və 7 ay yaşı olan 1 baş 16-17 kiloqram erkək qoç sürüsündə olmamışdır. Axşam saat 20 radələrində əmisi Elşənə 4 baş xırda buynuzlu heyvanının oğurlanması barədə məlumat vermişdir. Elşən əmisi ona gecə Bərdə rayonu Alpout kəndində yerləşən mal bazarına baxmağını demişdir. Elşənlə razılaşaraq saat 21 radələrində mal-bazarına getmişdir. Elşən əmisiylə mal bazarında oğurlanan heyvanlarını axtarmışdır. Saat 07 radələrində mal bazarında adını sonradan bildiyi Şahid1 özünə məxsus 3 ay yaşı olan 1 baş 7-8 kiloqram çəkidə dişi qoyun, 4 ay yaşı olan 1 baş 11-13 kiloqram dişi qoyun, 5 ay yaşı olan 1 baş 11-13 kiloqram erkək qoçu görərək rənglərindən və gürünüşündən tanımışdır. Bundan əlavə 3 ay yaşı olan 1 baş 7-8 kiloqram çəkidə dişi qoyun onun əlinə tərəf gələrək yemək istəmişdir. Turaldan bu heyvanları haradan almasını soruşduqda, Tural ona 28 avqust 2020-ci ildə axşam saat 01 radələrində 3 ay yaşı olan 1 baş 7-8 kiloqram çəkidə dişi qoyun, 4 ay yaşı olan 1 baş 11-13 kiloqram dişi qoyun və 5 ay yaşı olan 1 baş 11-13 kiloqram erkək qoçu 2 nəfər tanımadığı şəxsdən aldığını bildirmişdir. Tural heyvanları ona təhvil vermişdir. Əmisi Məmmədə zəng edərək bazara çağırmış, həmin vaxt onların yanına həmkəndlisi Elməddin gəlmişdir. Tural öz mobil telefonu ilə heyvanı satan şəxsə zəng etmişdir. Bu zaman Elməddin Turaldan telefonu götürərək heyvanı satan şəxslə danışmağa başlamışdır. Elməddin heyvanı satan şəxslə bir müddət telefonla danışmışdır. Bundan sonra o, Bərdə rayon Polis şöbəsinə gəlmişdir. Heyvanlarının oğurlanması nəticəsində ona 590 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını gösrətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, xırda buynuzlu heyvanların alqı-satqısı ilə məşğul olur. Bərdə rayonu Alpoud kəndində yerləşən mal bazarında xırda buynuzlu heyvanları alaraq satır. 28 avqust 2020-ci ildə saat 01 radələrində mal bazarının girişində bir nəfər tanımadığı şəxsi görmüşdür. Həmin şəxsdən heyvan satmasını soruşduqda tanımadığı şəxs ona 3 baş xırda buynuzlu heyvanının olmasını demişdir. Tanımadığı şəxslə VAZ-2107 markalı avtomobilin yanına gedərək heyvanlara baxmışdır. Avtomobildə bir nəfər tanımadığı sürücü olmuşdur. Heyvanlara baxaraq bəyənmiş, 3 ay yaşı olan 1 baş 7-8 kiloqram çəkidə dişi qoyunu 80 manata, 4 ay yaşı olan 1 baş 11-13 kiloqram dişi qoyun 105 manata və 5 ay yaşı olan 1 baş 11-13 kiloqram erkək qoçu isə 105 manata almışdır. Heyvanları ona satan şəxsdən telefon nömrəsini alaraq telefon nömrəsi ona düşsün deye zəng etmişdir. Qoyunları aldıqdan sonra mal bazarında satmağa başlamışdır. Səhər saat 07 radələrində adını sonradan bildiyi Muradxan və Elşən adlı şəxslər ona yaxınlaraşaraq qoyunların Muradxana məxsus olamasını və fermasından oğurlanmasını bildirmişlər. Heyvanalı Muradxana təhvil verərək polisə məlumat vermişdir. Heyvanları alarkən oğurluq olmasından xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 oğludur. 28 avqust 2020-ci ildə oğlu Səfər onun yanına gələrək oğurluq etməsini bildirmişdir. Səfərdən necə oğurluq etməsini soruşduqda Səfər ona Toğrul ilə birlikdə Muradxana məxsus ağıldan 4 baş xırda buynuzlu heyvanı oğurlamasını və həmin heyvanların 03 başını Bərdə rayonu Alpout kəndində yerləşən bazarda əvvəllər tanımadığı şəxsə satmasını bildirmişdir. Səfərdən 01 baş heyvanın harada olmasını soruşduqda heyvanı sahədə gizlətdiklərini ona demişdir. Səfərə polisə təslim olmasını və həmin heyvanı polisə təqdim etməsini demişdir. Səfər onunla razılaşmış və bir neçə günə polisə gedəcəyini demişdir. Lakin bir neçə gün sonra evlərinə polis əməkdaşları gələrək Səfəri polis şöbəsinə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, xırda buynuzlu və iri buynuzlu heyvan saxlamaqla pul qazanır. Zərərçəkmiş şəxs onun qardaşı oğludur. 27 avqust 2020-ci ildə saat 20 radələrində Muradxan mənə zəng edərək qoyun sürüsündən 4 baş xırda buynuzlu heyvanının oğurlanmasını demişdir. 28 avqust 2020-ci ildə saat 07 radələrində Muradxan yenə ona zəng edərək heyvanları tapdığını ona bildirmişdir. Ğzü də mal bazarına getmiş, orada ona məlum olmuşdur ki, Muradxan əmisi Elşənlə mal bazarına gedərək heyvanları axtarmış və Tural adlı şəxsdən tapmışlar. Daha sonra polis şöbəsinə gedərək hadisə barədə məlumat vermişlər. Sonradan ona məlum olmuşdur ki, heyvanları oğurlayan Təqsirləndirilən şəxs1 Xaqani oğlu və Təqsirləndirilən şəxs2dur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, qəssablıq ilə məşğul olaraq pul qazanır. Qəssablıq fəaliyyətiylə əlaqədar olaraq Bərdə rayonu Alpout kəndində yerləşən mal bazarında xırda və iri buynuzlu heyvanları alır. 28 avqust 2020-ci ildə saat 07 radələrində Bərdə rayonu Alpout kəndində yerləşən mal bazarından heyvan almışdır. Bazarda Muradxanı və Elşəni görmüşdür. Muradxan və Elşənlə danışarkən Muradxanın 04 baş xırda buynuzlu heyvanının oğurlanmasını və həmin heyvanların Tural adlı şəxsdə olmasını öyrənmişdir. Tural heyvanları tanımadıqları şəxslərdən almasını və həmin şəxsin mobil nömrəsi götürdüyünü demişdir. Bundan sonra Tural özünə məxsus mobil telefon vasitəsilə həmin şəxsə zəng etmişdir. Telefonu Turaldan götürərək həmin şəxslə özü danışmışdır. Həmin şəxsə heyvanların xəstə olmasını və geri qaytarmaq lazım olduğunu demişdir. Heyvanları satan şəxs onunla razılaşsada sonradan mobil telefonunu söndürmüşdür. Özü isə evə getmişdir. Daha sonra polisin apardığı araşdırma zamanı ona, Muradxana məxsus qoyunların Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanması məlum olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/3342 saylı 02 oktyabr 2020-ci il tarixli rəyindən müəyyən edilir ki, ekspertiza təyini haqqında qərarda göstərilən heyvanların 2020-ci il avqust ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 590 manat müəyyən edilir. Həmin heyvanların ayrı-ayrılıqda adları və qiymətləri- 1 baş 3 aylıq xalis ət çıxarı 7-8 kq olan dişi qoyunun dəyəri 100 manat, 1 baş 4 aylıq xalis ət çıxarı 11-13 kq olan dişi qoyunun dəyəri 140 manat, 1 baş 5 aylıq xalis ət çıxarı 11-13 kq olan erkəyin dəyəri 150 manat və 1 baş 7 aylıq xalis ət çıxarı 16-17 kq olan erkək qoçun dəyəri 200 manatdır. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 26 avqust 2020-ci il tarixdə saat 21 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək Zərərçəkmiş şəxs məxsus Bərdə rayonu, Soğanverdilər kəndində yerləşən ağıla hasardan tullanaraq qanunsuz daxil olub, ağılda olan 100 (bir yüz) manat dəyərində 3 ay yaşı olan 1 baş 8 kiloqram çəkidə dişi qoyunu, 140 (bir yüz qırx manat) manat dəyərində 4 ay yaşı olan 1 baş 13 kiloqram dişi qoyunu, 150 (bir yüz əlli manat) manat dəyərində 5 ay yaşı olan 1 baş 13 kiloqram erkək qoçu və 200 (iki yüz) manat dəyərində 7 ay yaşı olan 1 baş 17 kiloqram erkək qoçu gizli yolla talayaraq Zərərçəkmiş şəxs 590 (beş yüz doxsan) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özlərinin etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Bərdə rayon icra hakimiyyəti başçısının Əmirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 237 saylı 31 avqust 2020-ci il tarixli arayışından və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Bərdə rayonu Əmirli kəndində yaşayır. Təqsirləndirilən şəxs1 məktəbdə oxuduğu müddətdə nümunəvi davranışı ilə fərqlənmiş, məktəbi yaxşı və əla qiymətlərlə bitirmişdir. Təqsirləndirilən şəxs1 işgüzarlığı ilə fərqlənmiş, kənd ictimayətinin hörmətini qazanmış, siyasi kompaniyalarda fəal iştirak etmiş, vətənpərvərliyi ilə başqalarına nümunə olmuşdur. Qayğıkeş və mehribandır, siyasi cəhətdən cavadlıdır, mənəvi cəhətdən təvazökardır, vətənpərvərdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşayış yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 05.09.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. İş materiallarında olan Bərdə rayon icra hakimiyyəti başçısının Əmirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 07 saylı 07 yanvar 2021-ci il tarixli arayışından və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Bərdə rayonu Əmirli kəndində yaşayır. Təqsirləndirilən şəxs2 işgüzarlığı ilə fərqlənmiş, kənd ictimayətinin hörmətini qazanmış, siyasi kompaniyalarda fəal iştirak etmiş, vətənpərvərliyi ilə başqalarına nümunə olmuşdur. Qayğıkeş və mehribandır, siyasi cəhətdən cavadlıdır, mənəvi cəhətdən təvazökardır, vətənpərvərdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 05.09.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini, habelə onların məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müdətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onların davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 02 oktyabr 2020-ci il tarixli 9/3342 nömrəli bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 50 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. Hökmün icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs1 - Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0700-dək təkr etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 - Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0700-dək təkr etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmün icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar