Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-31/2022 15.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Yevlax rayonu Mingəçevir qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bərdə Rayon Məhkəməsinin 12.10.2020-ci il tarixli hökmü ilə CM-nin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinib 02 il 10 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və hazırda qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməyən və götürülməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan metamfetamini istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun ll siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,849 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 02 dekabr 2021-ci il tarixdə, saat 18:15 dəqiqədə Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsində sonuncunun üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sağ yan cibindən 01 ədəd sellofana bükülmüş, ümumi təmiz çəkisi 0,849 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o psixotrop maddə aludəçisidir. 02 dekabr 2021-ci il tarixdə saat 17 radələrində Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi ilə gəzərkən, həmin küçədə yerləşən binanın blokundan bir ədəd sellofan paketdə bükülü tapmış, bükülünün içərisinə baxdıqda “şüşə”, yəni metamfetamin olduğunu görmüş, psixotrop maddənin aludəçisi olduğu üçün həmin bükülünü şalvarının sağ yan cibinə qoymuşdlur ki, istifadə etsin. Həmin tarixdə saat təxminən 18 radələrində Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi ilə piyada hərəkətdə olarkən polis əməkdaşları ona yaxınlaşaraq Bərdə rayon polis şöbəsinə dəvət etmiş, onların dəvəti ilə Bərdə rayon polis şöbəsinə gəlmiş, polis şöbəsində müdafiəçiyə ehtiyacı olduğunu bildirmiş, təhqiqatçı həmin gün növbətçi vəkil Müdafiəçi hüquqlarını müdafiə etmək üçün müdafiəçi kimi dəvət etmiş, müdafiəçi təqdim edildikdən sonra videokamera vasitəsilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibində saxladığı bir ədəd, içərisində metamfetamin olan sellofan bükülünü könüllü olaraq təqdim etmiş, sellofan büküm təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, 0,95 qram olmuş, təhqiqatçı tərəfindən 1 ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, zərf iştirakçılar tərəfindən imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür. O, psixotrop maddəni sellofan bükülüdə Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən binanın blokundan tapdığını, şəxsi istifadəsi üçün saxladığını bildirmiş, şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib edilərək ucadan oxunmuş, onun və digər iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmiş, bundan sonra üzərinə baxış keçirilən zaman başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimə psixotrop maddə satmadığını, heç kimə vermədiyini, üzərində psixotrop maddə saxlaması barədə heç kimə heç nə demədiyini bildirmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı və ona yungül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərdi ki, 1992-ci il tarixdən DİO-da, 2021-ci ilin avqust ayından Bərdə RPŞ-nin CABnin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 02 dekabr 2021-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə Bərdə rayon polis şöbəsinə məxfi məlumat daxil olmuş, Bərdə RPŞ-nin post patrul xidməti bölüyünün polis nəfəri polis baş serjantı Şahid2 ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 02.12.2021-ci il tarixdə saat 18.15 radələrində Təqsirləndirilən şəxs Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “Köhnə bazar”ın qarşısında olmasını müəyyən etdikdən sonra, özlərini təqdim edib onu Bərdə rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq vəzifələri izah olunduqdan sonra ona vəkil Müdafiəçi təqdim edilmiş, daha sonra üzərində narkotik vasitələrin qanunsuz gəzdirməsində şübhəli olunduğunu dedikdən sonra video çəkiliş vasitəsilə təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmiş, həmin vaxt təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan narkotok maddə, deyri qanunu nə kimi əşya varsa təqdim etməsi təklif olunmuş, Vüqar əynində olan şalvarın sağ yab cibinin üstündə olan xırda həcmli cibdən bir ədəd sellofan bukumu çıxardaraq təqdim etmiş, bildirmişdir ki, şüşə, yəni metemfetamindir. Üstündə əlavə qeyri qanunu əşya, narkotik maddə olmadığını bildirmişdir. Bundan sonra sonra onun üzərində şəxsi axtarış keçirilmiş, başqa qeyri qanuni əşya aşkar olunmamış, Təqsirləndirilən şəxs aşkar olunmuş sellofanda olan büküm elektron tərəzidə çıkilmiş, dəqiq neçə qram olması yadında qalmamış, qablaşdırımış, zərfə qoyularaq möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmış, Vüqar özü də imza etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs narkotik maddə aludəçisi olduğunu, narkotik maddə qəbul etdiyini, üstündə aşkar olunan metamfetamini yaşadığı evin yaxınlığında Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi ilə gəzərkən həmin küçədə yerləşən binanın blokundan tapdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə RPŞ-nin post patrul xidməti bölüyünün polis nəfəri polis baş serjantı Şahid2 şahid qismində dindirilmiş Şahid1 dediklərini təsdiq edərək oxşar məzmunlu ifadə verdi. Cinayət işinin 12-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 02 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 02 dekabr 2021-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 48-49-cu vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 04 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 04 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 71-74-cü vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2021-ci il tarixli 4(021)120/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişir. Cinayət işinin 37-40-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 bölməsinin məhkəmə-bioloji ekspertizasının 03 dekabr 2021ci il tarixli 16/1283 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə” yazı və imzalar olan zərfdəki 1 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,849 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Qeyd: Metamfetamin təmiz çəkisi- 0.849 qram, tədqiqat sərf edildi-0.08 qram, qalıq 0.769 qram (Aparılmış tədqiqatın dəyəri 30.40 manat təşkil edir) Cinayət işinin 93-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin 14.12.2021-ci il tarixli 1500 №-li Rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetaminədn sui- istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 114-117-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli 1(021)116/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs oğlu CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 10 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin 118-120-ci vərəqələrində olan Gəncə Apellyasiya Məhkəməsinin 20 may 2021-ci il tarixli 1(104)04/2021 saylı qərarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli 1(021)116/2020 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 111-113-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Fizuli-Qubadlı Hərbi Məhkəməsinin 23 iyul 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 332.2.1-ci maddəsi ilə təqsirli bilinib N il intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin 25 fevral 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 128, 69.3-cü maddəsi ilə təqsirli bilinərək islah işləri (20 %) cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 01.06.2015-ci il tarixli qərarı ilə 25 fevral 2015-ci il tarixli hökmü ləğv edilərək yeni hökm çıxarılıb CM-nin 221.3-cü maddəsinə əsasən 03 il azadlıqdan məhrum edilmiş, CM-nin 70 maddəsinə əsasən N il şərti sınaq müddəti təyin edilmiş, Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1, 69.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 10 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 109-cu vərəqəsində olan Bərdə şəhər İcra Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs narkotikaya meyilli kimi xarakteriza olunmuşdur. Cinayət işinin 121-128-ci vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 21 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş təmiz çəkisi 0.849 qram olan psixotrop maddə olan metamfetamin tədqiqat prosesində tədqiqata 0, 08 qram sərf olunduğundan qalıq olaraq 0.769 qram metamfetamin maddi sübut kimi tanınmış və Bərdə rayon polis şöbəsində saxlanması təmin olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 07.02.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 28 iyun 2021-ci il tarixdən 02 dekabr 2021-ci il tarixədək Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli 1(021)116/2020 saylı hökmü ilə barəsində seçilmiş 02 il 10 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasının 03 ay 06 gününü çəkmiş və 02 il 05 ay 10 gün çəkilməmiş cəzası qalmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 7(021)55/2022 saylı 07 fevral 2022-ci il tarixli qərarından görünür ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına əsasən Təqsirləndirilən şəxs oğluna Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli 1(021)116/2020 saylı hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi N il azaldılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddələr ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cinayətlərin residivi yaranmadığını müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, əvvəllər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını və məhkumluğunun ödənilməməsini, əvvəllər dəfələrlə cinayət törətməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli 1(021)116/2020 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 10 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarından görünür ki, hazırkı ittiham üzrə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət, Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli hökmündən sonra baş vermişdir. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-nin 67.2-ci maddəsinə görə hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 67-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli hökmü ilə üzərində saxlanılmış 02 il 10 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 05 (beş) ay 10 (on) günü yeni hökmlə ona təyin edilmiş cəza ilə qismən birləşdirilməklə üzərində qəti cəza təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər hesabı ilə hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 dekabr 2021-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, 04 dekabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, həmin tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu tarixdən, yəni 02 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Həmçinin ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 30.40 AZN Təqsirləndirilən şəxs oğlundan alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan psixotrop maddə olan 0.769 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, həmin cəza ilə Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli 1(021)116/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs oğluna təyin edilmiş və çəkilməmiş N il 05 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü azadlıqdan məhrumetmə cəzasının 1 (bir) gününə bərabər olmaq hesabı ilə qismən birləşdirilməklə onun üzərində qəti olaraq 1 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 02 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan psixotrop maddə 0.769 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs oğlu ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 30.40 manat Təqsirləndirilən şəxs oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-31/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-31/2022
15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver