Məhkəmə qərarları › İş №1(021)-31/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-31/2023

04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-31/2023 04.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Laçın rayonu, İpək kədində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Laçın rayonu, İpək kəndində qeydiyyatda olan, Bərdə rayonu, Əyircə kəndində yaşayan, barəsində qətimkan tədbiri seçilməmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə meşədə olan ağacları qanunsuz kəsərək xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs “X27” təsərrüfat mərkəzinin 4-cü meşə dolayının meşə gözətçisi vəzifəsində işləyən zaman öz qulluq mövqeyindən istifadə etməklə “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13.4-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilməli olduğu halda, müvafiq normativ hüquqi aktarın şərtlərini pozmaqla qanunsuz şəkildə vahid niyyətlə 2021-ci ilin noyabr-dekabr aylarında və sonuncu dəfə 2022-ci ilin yanvar ayında istintaq məlum olmayan tarixdə və vaxtda Bərdə rayonu, Əyricə kəndində yerləşən “X27” X12-Əyricə meşəbəyiliyinin 4 saylı meşə dolayında olan 3 ədədin diametri 16 sm, 4 ədədin diametri 20 sm, 15 ədədin diametri 24 sm, 12 ədədin diametri 28 sm, 5 ədədin diametri 32 sm, 4 ədədin diametri 36 sm, 3 ədədin diametri 40 sm, 1 ədədin diametri 52 sm, 1 ədədin diametri 60 sm, 1 ədədin diametri 80 sm-dən ibarət olan 49 ədəd palıd, 1 ədədin diametri 28 sm, 3 ədədin diametri 36 sm, 1 ədədin diametri 40 sm olmaqla 5 ədəd tut, 2 ədədin diametri 20 sm, 1 ədədin diametri 36 sm olmaqla 3 ədəd qarağac, 2 ədədin diametri 9 sm olmaqla 2 ədəd akasiya, diametri 32 sm olmaqla 1 ədəd qovaq ağacı cinsinə mənsub olan ümumilikdə dəyəri 2208 (iki min iki yüz səkkiz) manat olan ağacları qanunsuz kəsilmədən məlumatı olmayan X20 və X3 alət olan mühərrikli mişar ilə kökdən kəsdirərək təbiətə xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Bərdə rayonu, Əyircə kəndində yaşayır. 2018-ci il tarixdən Bərdə Regional X11 gözətçi işləyir. xx.xx.2022-ci il tarixdə meşə ərazisində aparılan yoxlama zamanı qanunsuz ağac kəsintiləri aşkar edilmişdir. Həmin yoxlama zamanı o da iştirak etmişdir. Yoxlama zamanı palıd, tut və digər ağac növərinin kəsintiləri aşkar edilmişdir. Həmçinin meşə dolayının ətrafında keçmişdə quşçuluq fabriki olmuşdur ki, 1992-ci il tarixdə erməni qəsbkarları tərəfindən torpaqları işğal olunan məcburi köçkün ailələri orada məskunlaşmışlar. Onun ailəsindən başqa təxminən 20-25 ailə var ki, həmin ərazidə məskunlaşmışdır. Bundan başqa ərazidə qaz təchizatı olmadığı üçün hamı evində odun yandırmışdır. Eləcə də onlar da evlərində odun yandırmışlar. Bundan başqa onun əmisi oğlu X15 2020-ci ilin noyabr ayında Erməni qəsbkarları tərəfindən Bərdə rayonu ərazisinə atılan raketlər zamanı şəhid olmuşdur. 2021-ci ilin noyabr ayında əmisi oğlunun il dönümü olduğundan onlara oduncaq lazım olmuşdur. O, mərkəzin meşəbəyisi olan Şahid5 zəng edərək əmisi oğlunun il merasimi olduğunu, ora odun lazım olduğunu bildirmişdir. Şahid5 ona quru ağaclardan kəsərək həmin şəhid ailəsinə verilməsinə icazə verdiyini demişdir. Şahmalı Rəhimovun qardaşları onun əmisi oğlanları hazırda həqiqi hərbi xidmətdə olan Miri Rəhimov və İslam Rəhimov özləri ilə elektiriklə işləyən mişar gətirərək palıd ağaclarından kəsmiş və Ağdam rayonundan olan məcburi köçkün Hafizə məxsus traktora yığaraq aparmışlar. Onlar 2021-ci ilin noyabr ayında həmin ərazidən ilk dəfə palıd ağacı kəsib aparmışlar. Həmin palıd ağaclarının kəsildiyi yerlər yoxlama zamanı aşkar edilən qanunsuz kəsilən ağaclar olmuşdur. İlk dəfə gələndə onların neçə ağac kəsib apardıqlarını bilməmiş, həmin vaxtdan sonra növbəti aylarda bir neçə dəfə onun əmisi oğlanları Miri və İslam meşədən palıd, qarağac ağacları kəsərək Hafizə məxsus traktorla aparmışlar. O, hər dəfə ağac kəsiləndə meşəbəyi Aydına demişdir. Aydının kəsilən ağaclardan xəbəri olmuşdur. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini nəzərə almağı və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadələri, baxış keçirilməsi haqqında protokol, ekspert rəyləri, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 2019-cu il tarixdən Bərdə rayon X11 baş mütəxəssis hüquqşünas vəzifəsində işləyir. Onun xidməti vəzifəsi mərkəzin hüquq işlərini görmək, məhkəmədə nümayəndə kimi iştirak etmək, meşələrdə qanunsuz ağac kəsmə eləcə də, digər qanun pozuntuları olduğu halda tərtib edilmiş aktları və digər sənədləri toplayıb materialları hüquq mühafizə orqanına göndərilməsi üçün mərkəzin rəisinə təqdim etməkdən ibarət olmuşdur. xx.xx.2022-ci il tarixdə mərkəzin əməkdaşları Aslan-Əyricə meşəbəyliyinin 4 saylı meşə dolayında yoxlama apararaq 60 ədəd ağacın qanunsuz kəsilməsini aşkar etmiş, müvafiq əməkdaşlardan izahatlar alınaraq aktla birlikdə ona verilmişdir. O, akta baxdıqda qanunsuz kəsilən ağacların ümumi dəyərinin 2409 manat olduğunu görmüşdür. Həmin qanunsuz ağac kəsilməsinin ekologiyaya vurduğu ziyanın 1000 (min) manatdan yuxarı olduğu halda cinayət tərkibi yaratdığını, əmələ hüquqi qiymət verilməsi üçün hüquqmühafizə orqnlarına göndərilməli olduğunu bilmişdir. Toplanmış material ona verildikdə mərkəzin rəhbəri Qalib Həsənov ona toplanmış mateiralı rayon prokurorluğuna göndərilməsinə dair məktub hazırlamağını demiş, o, Təqsirləndirilən şəxsla təxminən 10 gün sonra söhbət apararaq dəymiş ziyanı ödəməyi təklif etmişdir. Sarı ona ağacları özünün kəsmədiyini və heç bir ziyan ödəməyəcəyini deyərək çıxıb getmişdir. O, 10 gün sonra yenidən Sarını mərkəzə dəvət etmiş və ona kəsilən ağaclarla bağlı ziyanı ödəməyi demişdir. Sonuncu yenidən əvvəl dediyi sözləri, yəni ağacları onun kəsdirmədiyini deyərək çıxıb getmişdir. O, materialı bir müddət yenə özündə saxlamış, o, fikirincə Təqsirləndirilən şəxs o ağacları kəsməsədə həmin ağacların kəsilməsi haqqında məlumatı olmuşdur. 2022-ci ilin iyul ayında mərkəzin rəhbəri Qalib Həsənov onu iş otağına çağırıb toplanmış materialı rayon prokurorluğuna göndərməsini demiş və xx.xx.2022-ci il tarixli məktub yazaraq Qalib Həsənova təqdim etmiş, sonuncu həmin məktubu imzaladıqdan sonra material rayon prokurorluğuna göndərilmişdir. Həmçinin Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, həmin məlumatı bir müddət geçikdirməyinin səbəbi, təhvil-təslim komisiyyasının üzvü olmuşdur, komissiya üzvü olduğu üçün sənədləri hazırlayıb göndərməyə vaxtı olmamışdır. Həmçinin qanunsuz ağaç kəsmə aşkar edildikdən sonra Bərdə Regional X13 direktoru Şahid7 2022-ci ilin mart ayının sonlarında işdən çıxdığı üçün yeni direktoru Qalib Həsənov yeni vəzifəyə təyin edildikdən sonra təhvil təsilim olduğu üçün həmin vaxtlar işlərin çox olması ilə əlaqədar qanunsuz ağac kəsmə barədə Bərdə rayon prokrorluğuna məlumat verə bilməmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 2014-cü il tarixdən 2018-ci il tarixədək olan müddət X24 və Bərpası müəsəssində meşə gözətçisi vəzifəsində işləmişdir. xx.xx.2018-ci il tarixdə X27 Təsərrüfatı Mərkəzi yaradılmış o, həmin mərkəzdə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək təsərüfat müdiri vəzifəsində işləmişdir. xx.xx.2018-ci il tarixdə X27 Təsərüfat Mərkəzindən öz ərizəsi ilə işdən çıxmışdır. xx.xx.2020-ci il tarixdə X27 Təsərüfat Mərkəzində X1 köməkçisi vəzifəsində işə başlamışdır. Qardaşı Təqsirləndirilən şəxs isə həmin müəssədə gözətçi vəzifəsində işəlmişdir. xx.xx.2020-ci il tarixdə Ermənistan Respublikası tərəfindən Bərdə şəhərinə terror məqsədili bombalar atılan zaman əmisi oğlu Şahmalı Rəhimov həmin atılan bomba atılaraq onların yaşadıqları evə düşmüşdür. Nəticədə aldığı xəsarətlər nəticəsində vəfat etmişdir. Əmisi oğlu Şahmalı Rəhimovun vəfatından sonra onun yaşadığı evdə il mərasimi keçirilən zaman yəni xx.xx.2022-ci il tarixdə əmisi oğlu Şahmalı Rəhimovun il mərasimi ilə əlaqədar olaraq yaşadlıqları evdə mərasim keçirilərkən həmin yas mərasimi üçün quru odun lazım olmuşdur. Buna görədə Şahmalı Rəhimovun qardaşları X20 və X21 qardaşı Təqsirləndirilən şəxs işlədiyi X27 Təsərrüfat Mərkəzinin X2 Meşə sahəsində olan qurumuş, yarasız və ya icazə sənədi əsassında həmin sahədə olan ağaçları kəsərək oradan apararaq yas mərasimində istifadə etmişlər. Həmin meşə sahəsində ağaçları kəsərkən qardaşı Təqsirləndirilən şəxs əmisi oğlanları İslam Rəhimovun və Miri Rəhimovun yanında olmuş və onlara həmin ərazidə olan ağacları kəsilməsi üçün icazə aldığını bildirmişdir. Buna görədə əmisi oğlanları İslam Rəhimov və Miri Rəhimov həmin ərazidə olan ağaçları kəsərək onları öz yaşadıqları evə aparıb orada olan yas mərasimdə istifadə etmişlər. 25 aprel 2022-ci il tarixdə X27 Təsərrüfatı Mərkəzi X4 meşə sahəsində yoxlama aparılmış, həmin yoxlamada o, iştirak etməmiş çünki, 01.04. 2022-ci il tarixdə işlədiyi ştat ləğv olunduğu üçün işdən çıxarıldığına görə o, həmin yoxlamada işitak etməmişdir. Yoxlama zamanı 49 ədədinin 3 ədədin diametri 16 sm, 4 ədədin diametri 20 sm, 15 ədədin diametri 24 sm, 12 ədədin diametri 28 sm, 5 ədədin diametri 32 sm, 4 ədədin diametri 36 sm, 3 ədədin diametri 40 sm, 1 ədədin diametri 52 sm, 1 ədədin diametri 60 sm, 1 ədədin diametri 80 sm-dən ibbarət olan palıd, 5 ədədinin 1 ədədinin diametri 28 sm, 3 ədədin diametri 36 sm, 1 ədədin diametri 40 sm tut, 3 ədədinin 2 ədədin diametri 20 sm,1 ədədin diametri 36 sm qarağac, 2 ədədinin 2 ədədin diametri 9 sm akasiya, 1 ədədinin 1 ədədin diametri 32 sm qovaq ağacı cinsinə mənsub ağacların kəsilərək ümümilikdə X27 Təsərüfatı Mərkəzinə 2008 manat dəyərində ziyan vurulmuşdur. Sonradan ona məlum olmuşdur ki, həmin ziyanlığı qardaşı Təqsirləndirilən şəxs öz səhlankarlıq və öz vəzifəsindən sui-istifadə edərək xx.xx.2021-ci il tarixdə əmisi oğlanlarına icazə alaraq həmin ərazidə ağaclarını kəsilməsinə icazə almasını bildirərək həmin ağacların kəsilməsinə səbəb olmuşdur Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, Bərdə rayonu, Əyricə kəndində yerləşən meşə dolaynda olan quşçuluq fabrikində məskunlaşmışdır. Təqsirləndirilən şəxs da tanıyır. Onunla heç bir düşmənçilyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs əmisi oğlu Şahmalı Rəhimov 2020-ci ilin noyabr ayında erməni qəsbkarları tərəfindən raket atılan zaman şəhid olmuşdur. Sonuncunun 3 mərasimində, 40 mərasimində birdə il dönümündə Bərdə Regional X13 nəznində olan meşə dolayında kəsilən ağacları o, özünə məxsus traktorla daşıyaraq Təqsirləndirilən şəxs əmisi oğlu olan Şahmalı Rəhimovun yas mərasimi həyətinə daşıyaraq gətirmişdir. Bu ağacları sonuncu dəfə şəhidin il dönümündə yəni 2021-ci ilin noyabr ayında şəhidin dayısı Vüqar ona zəng edərək meşədə ağac kəsildiyini, həmin ağacların ona məxsus traktorun qoşqusuna qoşub aparmalı olduğuni bildirmişdir. O, Vüqarla razılaşmış və meşə ərazisinə getmişlər. Həmin yerdə quşçuluq massivində yaşayan adamların əksəriyyəti orada olmuşdur. O, gedəndə Sarı, Miri vəİslam adlı qardaşlar olmuşdur. Həmin vaxt yerdə kəsilmiş ağaclar olmuşdur. Ancaq ağacın kim tərəfindən kəsildiyini bilməmişdir. Sadəcə yerdə olan kəsilmiş ağaclar sakinlər tərəfindən traktorun qoşqusuna yüklənərək şəhidin ailəsinin həyətinə aparmışdır. Onun bildikləri bundan ibarətdir. Həmçinin Şahid6 ona verilmiş suallara cavab olaraq bildirdi ki, həmin ağacları şəhidin il dönümü üçün lazım olduğuna görə təmanasız aparmışdır. 3-4 dəfə meşədən Təqsirləndirilən şəxs və onun qohumları tərəfindən yığılan ağacları onun traktoru vasitəsi ilə daşınmışdır. Məhkəmə iclasında iş üzrə Şahid2 ifadəsində göstərdi ki, o, 1993-cü il tarixdən Erməni qəsbkarları tərəfindən torpaqlar işğal olunduqdan sonra o, ailəsi ilə birlikdə Bərdə rayonu, Əyricə kəndində yerləşən quşçuluq fabrikində məskunlaşmışlar. O, arvadı, iki uşağı, anası, bacısı Xuraman Əliyeva və onun 3 oğlu ilə birlikdə yaşayır. X8 Rəhimov xx.xx.2020-ci il tarixdə Erməni qəsbkarlarının atdığı raket zərbəsindən şəhid olmuşdur. Bacısı oğlu şəhid olduqdan sonra X13 rəhbərliyinin göstərişi ilə bir neçə dəfə odun verilmişdir. Daha sonra 2021-ci il tarixdəşəhidin il dönümü olduğundan, həmçinin qış aylarında yaşadıqları ərazidə qaz təchizatı olmadığından meşədən odun kəsərək aparmaq qərarına gəlmişdir. O, 2021-ci ilin noyabr aylarında Şahmalının qardaşları Miri və İslama meşədən odun kəsilməli olduğunu vəəmisi oğlanları olan gözətçi Təqsirləndirilən şəxs məlumat vermələrini demişdir. Əmisi oğlanları Təqsirləndirilən şəxs məlumat verdikdən sonra 2021-ci ilin noyabr ayının xatırlamadığı günündə bacısı oğlanları Miri, İslam, Sarı, o və Hafiz meşədən odun kəsməyə getmişlər. Həmin vaxt Miri vəİslam özlərinə məxsus elektik mişarı ilə 20 ədəd palıd ağacını kəsmişlər. Meşədə ağac kəsilən vaxt Sarı da orada olmuşdur. Kəsilən palıd ağaclarını meşədə doğrayaraq Hafizə məxsus taktorun qoşqusuna yığaraq yaşadıqları evin həyətinə aparmışlar. İl dönümünü yola verdikdən sonra həmin odunu təxminən 1 ay istifadə etmişlər. Odun qurtarana yaxın yenidən Sarıya deyərək 2 dəfə də meşədə odun kəsməyə getmişlər. Onun yadında qalan meşədə kəsilən ağaclar palıd qarağac ağacları olmuşdur. Hər dəfə odun kəsəndə orada Sarı olmuşdur. Təqsirləndirilən şəxs ona meşəbəyi Aydının və idarə müdiri Şahid7 xəbərinin olduğunu demişdir.Həmçinin Şahid2 ona verilmiş suallara cavab olaraq bildirdi ki, bacısı oğlanları ilə birlikdə 2021-ci ilin noyabr ayında ümumilikdə 3 dəfə ağac kəsib aparmışlar. Kəsilən ağaclar palıd və qarağac olmasını xatırlayır digər hansı ağaçların olmasını xatırlamamışdır. Hər üç kəsimdə cəmi 50-dən yuxarı ağac kəsilib aparılmışdır. Məhkəmə istintaqı zamanı iş üzrə şəhid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 2006-cı il tarixdən Bərdə rayon X11 2009-cu il tarixdən isə meşəbəyi vəzifəsində işləyir. Xidməti vəzifəsi ona həvalə edilən 1600 ha ərazidə ağac əkmək, qanunsuz kəsilən ağaclarla bağlı akt tərtib etməkdən və s. ibarətdir. Meşəbəyi kimi ona N33 nömrəli damğa verilib ki, qanunsuz kəsilən ağac aşkar etdikdə həmin damğanı ağac üzərinə vursun. Bərdə rayonu ərzisində yerləşən Aslan-Əyricə meşəbəyliyinin 4 saylı meşə dolayında meşəbəyi köməkçisi Şahid3 (2022-ci ilin aprel ayınadək), meşə gözətçisi isə Təqsirləndirilən şəxs olmuşdur. 2021-ci ilin noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs qohumu olan şəhidin il dönümü olduğunu, həmin yas yerinə qurumuş, odun qrıntılarını qohumları ilə yığaraq həmin yas mərasiminə aparmaq istədiyini bildirmiş, o da buna etiraz etməmişdir. O, daha sonra həmin yas yerinə kimin və nə qədər ağac kəsib apardığını bilməmişdir. Ancaq sonradan aşkar etdikləri qanunsuz ağac kəsilən yerlərinə getməmişdir. 2022-ci ilin aprel ayının 25-də təhvil-təslim zamanı meşə dolayında yoxlama aparmağa getmişlər. Yoxlama zamanı o, Mətləb, Rəhim və Fizuli getmişdir. Həmin vaxt meşə dolayında 60 ədəd müxtəlif növ ağac, yəni 49 ədəd palid, 5 ədəd tut, 3 ədəd qarağac, 2 akasya və 1 qovaq ağacının qanunsuz kəsildiyini aşkar etmişlər. Həmin vaxt qanunsuz kəsilən ağaclara onun N33 nömrəli damğası vurulmuşdur. Həmin vaxt meşə gözətçisi olan Təqsirləndirilən şəxs həmin ağacların hansı səbəbə kəsildiyini soruşduqda Təqsirləndirilən şəxs onlara heç bir söz deməmişdir. Daha sonra həmin akt idarəyə təhvil verilmişdir. Məhkəmə iclasında Şahid1 və Şahid4 şahid qismində dindirilmiş Şahid5 ifadəsi ilə eyni məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X19 bildirdi ki, baş verən hadisə onun işlədiyi dövürü əhatə etmir. Belə ki, o təyin olunduqdan sonra idarədə yoxlama aparılmış, nöqsanlar ortaya çıxmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid7 ibtidai istintaq zamanı şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin 15 iyun tarixindən xx.xx.2022-ci il tarixədək Bərdə Regional X13 direktoru vəzifəsini icra etmişdir. xx.xx.2022ci il tarixdə həmin idarədən öz ərizəsi ilə işdən çıxmışdır. Şahid7 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona zəng etməmişdir. X30 X13 meşəbəyi Şahid5 zəng edərək gözətçi olan Təqsirləndirilən şəxs əmisi oğlunun yas mərasimi olduğunu, oduncaq lazım olduğunu demiş, o isə meşədə olan yerə qırılıb düşən ağac budaqlarından aparmalarına icazə vermişdir. O, heç kimə qanunsuz olaraq ağac kəsilməyi ilə bağlı razılıq və ya göstəriş verməmişdir. Cinayət işinin 111-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X27 Təsərrüfatı Mərkəzi maddi ziyan dəydiyi üçün cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 169-170-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.3-cü maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 188-189-cu vərəqələrində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 01 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 23-cü vərəqəsində olan X27 X9 X22 4 saylı Meşə dolayının 25 aprel 2022-ci il tarixli 58377 nömrəli aktından görünür ki, 3 ədədin diametri 16 sm, 4 ədədin diametri 20 sm, 15 ədədin diametri 24 sm, 12 ədədin diametri 28 sm, 5 ədədin diametri 32 sm, 4 ədədin diametri 36 sm, 3 ədədin diametri 40 sm, 1 ədədin diametri 52 sm, 1 ədədin diametri 60 sm, 1 ədədin diametri 80 sm-dən ibarət olan 49 ədəd palıd, 1 ədədin diametri 28 sm, 3 ədədin diametri 36 sm, 1 ədədin diametri 40 sm olmaqla 5 ədəd tut, 2 ədədin diametri 20 sm, 1 ədədin diametri 36 sm olmaqla 3 ədəd qarağac, 2 ədədin diametri 9 sm olmaqla 2 ədəd akasiya, diametri 32 sm olmaqla 1 ədəd qovaq ağacı cinsinə mənsub olan ağacların kəsilməsi faktı aşkar edilmişdir. Cinayət işinin 23-cü vərəqəsində olan Bərdə Rayon Prokurorluğu tərəfindən tərtib olunmuş 07 iyul 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri “X27 X9 X22 4 saylı Meşə dolayının ərazisidir. Cinayət işinin 163-166-cı vərəqələrində olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 21 oktyabr 2022-ci il tarixli, 9/75777 nömrəli rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası ETSN yanında Meşələrin İnkişafı xidmətinin X27 X9 Əyircə meşəbəyliyi 4 saylı meşə dolayısı tərəfindən tərtib edilmiş aktda və ona əlavə edilmiş cədvildən istifadə edilməklə, ümumilikdə 60 ədəd müxtəlif diametrli, müxtəlif cinsdən olan ağacların qanunsuz kəsilməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 30 nömrəli Qərarına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 2208,00 manat müəyyən edilir. Həmin ağacların ayrı-ayrılıqda adları, diamterləri və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Cinayət işinin 247-249-cu vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 1(021)31/2023 saylı xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 259.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə mütəxəssis rəyi alınması qərara alınmış və Mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. 49 ədədinin - 3 ədədin diametri 16 sm, 4 ədədin diametri 20 sm, 15 ədədin diametri 24 sm, 12 ədədin diametri 28 sm, 5 ədədin diametri 32 sm, 4 ədədin diametri 36 sm, 3 ədədin diametri 40 sm, 1 ədədin diametri 52 sm, 1 ədədin diametri 60 sm, 1 ədədin diametri 80 sm-dən ibarət olan palıd, 5 ədədinin 1 ədədinin diametri 28 sm, 3 ədədin diametri 36 sm, 1 ədədin diametri 40 sm tut, 3 ədədinin 2 ədədin diametri 20 sm, 1 ədədin diametri 36 sm qarağac, 2 ədədinin 2 ədədin diametri 9 sm akasiya, 1 ədədinin 1 ədədin diametri 32 sm qovaq ağacı cinsinə mənsub olan ağacların hansıların kəsilməsi xx.xx.2018-ci il tarixdən əvvələ təsadüf edirmi?

2. Əgər xx.xx.2018-ci il tarixdən əvvəl kəsilən ağaclar vardırsa həmin ağaclar hansılardır və onların kəsilməsi nəticəsində Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 21 oktyabr 2022-ci il tarixli, 9/75777 nömrəli rəyində göstərilmiş ümumi dəymiş ziyanın məbləğinin nə qədərini təşkil edir? Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən həmin qərara əsasən verilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, X27 X10-Əyricə meşəbəyliyinin 4 saylı meşə dolayında kəsilmiş 49 ədəd ağacların kötüklərinə Mərkəzin aidiyyəti meşə mühafizə işçiləri ilə birlikdə yerində baxış keçirilmiş və müyyən olunmuşdur ki, həmin ağacların kəsilmə dövrü xx.xx.2018-ci il tarixdən əvvələ təsdüf etmir. Mütəxəssis qarşısında qoyulmuş 2-ci suala cavab, 1-ci sualın cavabında öz əksini tapmışdır Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs dəymiş ziyana görə cəmi 2208 (iki min iki yüz səkkiz) manat (1108 manat +1100 manat) ödəmişdir. Cinayət işinin 156-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 155-ci vərəqəsində olan Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Nəcəfqulubəyli kəndində yaşayır və yaşadığı yerdən müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 259.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 01 noyabr 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 50 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X7, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 259.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X7, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar