Məhkəmə qərarları › İş №1(021)-32/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-32/2021

01.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-32/2021 01.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: X1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs оğlu, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1975-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fəhlə işləyən, Bərdə şəhəri, C.Cabbarlı küçəsi ev 6-da qeydiyyatda olan və Bərdə rayonu Alaçadırlı kəndində yaşayan Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs оğlu 11.01.2021-ci il tarixdə təxminən saat 15 radələrində Bərdə şəhəri H.Əliyev prospektində yerləşən “Çinqouz dairəsi” adlanan yerin yaxınlığında aralarında şəxsi münasibətlər zəmnində yaranmış münaqişə zamanı yumruqla Zərərçəkmiş şəxs sifət nahiyyəsindən bir dəfə vuraraq, Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, baş beyin silkənməsi, burun nahiyyəsinin və sol qaş nahiyyəsinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törətməyə, müddəti 11.01.2021-ci il tarixə uyğun gələn və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs оğlu ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bərdə şəhəri H.Əliyev prospektində yerləşən “Çinqouz” adlanan ərazidə fəhlə kimi dayanaraq müxtəlif şəxslərin işlərini görür. 11.01.2021-ci il tarixdə saat 15 radələrində həmin ünvanda dayanaraq iş gözləyərkən əvvəldən tanıdığı Teymur adlı şəxsin içkili halda orada dayanmışdır. Teymurla aralarında yaranan söhbət əsnasında Teymur onun ünvanına nəlayiq söyüşlər işlətmiş, mübahisə zamanı o, Teymurun burun nahiyyəsindən bir dəfə yumuruqla vurmuşdur. Həmin vaxt yaxınlıqda olan İlyas adlı şəxs onları ayırmışdır. Hadisənin 11.01.2021-ci il tarixdə saat 15 radələrində Bərdə şəhəri H.Əliyev prospektində yerləşən “Polad inşaat” tikinti materialları mağazasının yaxınlığında baş verdiyini, hadisəni orada fəhlə işləyən İlyasın gördüyünü, mübahisənin təxminən 1-2 dəqiqə ərzində davam etdiyini və mübahisə zamanı ətraflarına kənar şəxslər toplaşmışdır. Əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bərdə şəhəri “Çinqozun dairəsi” deyilən yerə fəhlə kimi işləmək məqsədi ilə çıxır. 11.01.2021-ci il tarixdə fəhləlik etmək məqsədi ilə Bərdə şəhəri “Çinqozun dairəsi” deyilən yerə ”Polad” inşaat mağazasının qarşısına getmişdir. Orada fəhləlik üçün çıxan şəxslər arasında söhbət zamanı iki nəfər şəxsin tibbi maska taxmadığı üçün rayon polis şöbəsinə aparıldığını, həmin şəxslərdən birinin də əvvəlcədən tanıdığı Vüqar adlı şəxs olmasını öyrənmişdir. Bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs özü onların yanına gəlmişdir. O, Vüqardan öyrənmişdir ki, tibbi maskadan istifadə etmədiyi üçün həqiqətən rayon polis şöbəsinə aparılmışdır. Vüqar təkrar tibbi maskadan istifadə etmədiyi üçün ona tibbi maskadan istifadə etməsini məsləhət görmüşdür. Vüqar isə onun etdiyi məsləhətə kobud şəkildə qarşılıq verərək, əsaslı bir səbəb olmadan onunla münaqişə etməyə başlamışdır. Münaqişə zamanı Vüqar ona guya o orada olmadığı zaman onun arxasınca nalayiq ifadə işlətdiyini bildirib qəflətən bir dəfə yumuruqla burun nahiyəsindən vurmuşdur. Həmin vaxt orada olan İlyas adlı şəxs onları aralaşdırmışdır. O, DİN-in 102 xidmətinə zəng edib məlumat verdikdən sonra isə Vüqar oradan çıxıb getmişdir. Hadisənin 11.01.2021-ci il tarixdə saat 15 radələrində Bərdə şəhəri H.Əliyev prospektində yerləşən “Polad inşaat” mağazasının yaxınlığında baş verdiyini, hadisəni İlyas adlı tanıdığı şəxsin gördüyünü, hadisənin təxminən 2-3 dəqiqə ərzində davam etdiyini və ətraflarına kənar şəxslər toplaşmamışlar. Təqsirləndirilən şəxsla aralarında əvvəllər heç bir ədavətinin olmamışdır. Təqsirləndirilən şəxs onun burun nahiyəsinə yumuruq ilə vurduqdan sonra bu hərəkətlərini davam etdirməmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri Q.B.Zakir küçəsi ev 17-də ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi işi olmasada fərdi olaraq fəhləlik edərək ailəsini saxlayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Hər ikisi onunla birlikdə Bərdə şəhəri H.Əliyev prospekti “Çinqouz” adlanan ərazidə dəyanaraq iş gözləyirlər. Həmişəki kimi 11.01.2021-ci il tarixdə saat 15 radələrində Bərdə şəhəri H.Əliyev prospekti “Çinqouz” adlanan ərazidə dəyanaraq iş gözləyən vaxt orada olan Vüqar ilə Teymur heç bir səbəb olmadan mübahisə etmişlər, mübahisə zamanı Teymur Vüqarın ünvanına nəlayiq söyüş işlətdiyini və onların aralarında yaranan mübahisə zamanı Vüqar yumuruqla Teymurun sifətindən bir dəfə vurduğunu bildirmişdir. Həmin vaxt o Teymurla Vüqarı ayırmış və Vüqar oradan çıxıb getmişdir. Hadisənin 11.01.2021-ci il tarixdə saat təxminən 15 radələrində Bərdə şəhəri H.Əliyev prospektində “Polad inşaat” mağazasının yaxınlığında baş verdiyini, mübahisənin təxminən 1-2 dəqiqə müddət ərzində davam etdiyini və hadisə zamanı Vüqarla Teymurun arasında baş verən mübahisəyə kənar şəxslər toplaşmadığını bildirmişdir. İşə əlavə edilmiş Bərdə RİHB-nın Bərdə şəhər İƏD üzrə nümayəndəliyindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İşə əlavə edilmiş Zərərçəkmiş şəxs оğlunun notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş və onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs оğlu 11.01.2021-ci il tarixdə təxminən saat 15 radələrində Bərdə şəhəri H.Əliyev prospektində yerləşən “Çinqouz dairəsi” adlanan yerin yaxınlığında aralarında şəxsi münasibətlər zəmnində yaranmış münaqişə zamanı yumruqla Zərərçəkmiş şəxs sifət nahiyyəsindən bir dəfə vuraraq, Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, baş beyin silkənməsi, burun nahiyyəsinin və sol qaş nahiyyəsinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törətməyə, müddəti 11.01.2021-ci il tarixə uyğun gələn və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarətlər yetirmişdir. Həmçinin, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Həmçinin, Təqsirləndirilən şəxs оğlu zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd olunanlarla yanaşı məhkəmə, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib və cinayət proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.1 və 43.3-cü maddələrinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş üzrə ekspertiza xərci, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: imzа vаr Əsli ilə düzdür Hаkim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar