Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-32/2023 07.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilməmiş və götürülməmiş, Bərdə rayonu Bala Qəcər kəndində qeydiyyatda olan şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri sеçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi, 1,114 qram heroini satış məqsədi olmadan qanunsuz əldə edərək üzərində saxlamış, 08 oktyabr 2022-ci il tarixdə saat 19:00 dəqiqədə Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Bərdə şəhəri B.Hacıyev küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsində üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli pencəyin sağ yan cibindən 01 ədəd şəffaf polietilen kəsiyi bükümündə, ümumi təmiz çəkisi 1.114 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə rayonunda anadan olub, Bərdə rayonu Bala Qəcər kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, iki övladı var. xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində Bərdə şəhəri Bahadur Hacıyev küçəsində olan zaman polis əməkdaşları onu saxlayaraq saat 19:10 radələrində rayon polis şöbəsinin inzibati binasına gətirildiyini, polis şöbəsinə gətirildikdən sonra onu şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilərək hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bərdə rayonu vəkil bürosunun vəkili X3 dəvət olunaraq ona təqdim olunduğunu, hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazının olmadığını, müdafiəçi ilə ünsiyyət saxlamaq üçün şərait yaradıldığını, üzərində şəxsi axtarış və götürmə xx.xx.2022-ci il tarixdə saat 19:40-da “Sony” markalı mobil telefon vasitəsilə videoçəkliş aparılmaqla həyata keçirilməyə başlanıldığını, ona qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlayaraq daşıma və satışı ilə məşğul olmasında şübhəli bildiyi və bununla bağlı ilkin olaraq vidio çəkilişdən istifadə edilməklə üzərinə və əynindəki paltarın yoxlanılacağı, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyi bildirildiyini, buna etiraz etmədiyini, şəxsi axtarış keçirilməsinə razı olduğun, bundan sonra şəxsi axtarış götürmə istintaq hərəkətində iştirak edən şəxslər proses iştirakçılarına təqdim olunduğunu və etirazının olub olmaması soruşulduğunu, heç bir etirazının olmadığını bildirdiyini, şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrim izah edildiyini, hüquqlarının aydın olduğunu, bundan sonra ona daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim edilməsi təklif edildiyini, masaya doğru yaxınlaşıb əynində olan qara rəngli pencəyin sağ yan cibindən bir ədəd sellofan torbacıqda olan kakosu stolun üzərinə qoyaraq kakos olduğunu bildirdiyini, bir ədəd sellofan kəsiyi bükümündə olan kakos kütləsini elektron tərəzidə çəkilərək büküm prosses iştirakçılarının iştirakı ilə müvafiq qaydada 01 ədəd zərfdə qablaşdırılaraq DİN-in 94 saylı möhürü ilə möhürləndiyini, digər iştirakçılar birlikdə həmin qablaşdırmanın üzərinə imza edildiyini, üzərindən başqa hər hansı bir qanunsuz əşya və predmet aşkar edilmədiyini, qeyd olunan narkotik vasitəni Bərdə şəhərindən tapdığını, özü istifadə etmək üçün üzərində gəzdirdiyini, saxlanılarən üzərində şəxsi axtarış keçirilən zaman heç bir qanunsuzluğa məruz qalmadığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, üzərindən aşkar edilən narkotik vasitə olan heroini Bərdə şəhərindən tapmış, narkotik vasitələrin və psixotrop maddələrinin istifadəçisi olduğundan o, narkotik vasitəni şəxsi istifadəsi üçün götürmüşdür. O, narkotik vasitə və psixotrop maddə aludəçisi olduğundan, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün taparaq əldə etmiş və üzərində saxlamışdır. O, narkotik vasitələrin və psixotrop maddələrin alqı-satıqısı ilə məşğul deyildir. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şahid ifadələri, baxış keçirilməsi haqqında protokol, ekspert rəyləri, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bərdə rayonunda anadan olmuş, hazırda ailə üzvləri ilə birlikdə Bərdə şəhəri Qaradəmirçi kəndində yaşayır, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. O, Bərdə rayonu Bala Qəcər kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələri saxlaması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olduğunu, tərəfindən 08 oktyabr 2022-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edildiyini, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqləndiyini, bundan sonra tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 08 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində Bərdə şəhəri B.Hacıyev küçəsində olan zaman saxlanılaraq Bərdə RPŞ-yə gətirildiyini, polis şöbəsində Təqsirləndirilən şəxs İslam Teymurov müdafiəçi kimi dəvət edilməklə təhqiqatçı Vüsal Bayramov tərəfindən şübhəli şəxs qismində tutulduğunu, hüquq və vəzifələri izah edildikdən sonra onun Bərdə RPŞ-nin digər əməkdaşı polis serjantı Şahid3, polis kapitanı Şahid2 və müdafiəçi İslam Teymurovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlandığını, təhqiqatçı X7 Babayevə hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini dediyini, Təqsirləndirilən şəxs əyinə geyindiyi qara rəngli pencəyin sağ yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitəyə bənzər heroini masanın üzərinə qoyduğunu, bundan sonra polis serjantı Şahid3 Təqsirləndirilən şəxs üzərinə baxış keçirdiyini, üzərindən hər hansı qanunsuz predmet və ya əşya aşkar edilmədiyini, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə elektron tərəzi vasitəsilə çəkilərək narkotik vasitəyə bənzər kütlə təhqiqatçı Vüsal Bayramov tərəfindən 1 ədəd ağ kağız zərfdə qablaşdırıldığını, Bərdə RPŞ-nin 94 nömrəli möhürü ilə möhürlənərək təhqiqatçı tərəfindən götürüldüyünü, bu barədə protokol tərtib edilərək ucadan oxunaraq imzalarla təsdiq edildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında iş üzrə Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə uyğun vermiş olduğu ifadəsi elan olundu. Cinayət işinin 1-ci vərəqəsində olan 09 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb 08 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz istifadə etməsində və üzərində saxlanmasında şübhəli bilinən Təqsirləndirilən şəxs Bərdə şəhəri B.Hacıyev küçəsində saxlanılaraq polis şöbəsinə gətirilməsi, polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən, yəni əynində olan qara rəngli pencəyin sağ cibindən 1 ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,114 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülməsi, əsas isə həmin faktla bağlı toplanmış material olmuşdur. Cinayət işinin 08-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 08 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 08 oktyabr 2022-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 55-56-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 91-93-cü vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir, həbs etmənin əvvəli 08 oktyabr 2022-ci il tarixdən saat 19:00-dan hesablanmışdır. Cinayət işinin 39-42 vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 bölməsinin 09 oktyabr 2022-ci il tarixli 16/1176 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotikə bənzər kütlə..” sözlər və imzalar olan kağız paketdəki 01 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,114 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısına daxildir. Qeyd: Heroinin təmiz çəkisi-1.114 qram, tədqiqat sərf edildi-0.01 qram, qalıq 1.014 qram (Aparılmış tədqiqatın dəyəri 32.40 manat təşkil edir) Cinayət işinin 113-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin xx.xx.2022-ci il tarixli 1616 №-li Rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik maddə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 78-ci vərəqəsində olan Bərdə rayon İcra Hakimiyyəti Başçısınən X5 Əraz Dairəsi üzrə nümayəndəliyi tərəfindən verimiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Bala Qacar kəndində qeydiyyatda olmaqla yaşayır və yaşadığı yerdən müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 95-102-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 1(021)107/2021 saylı xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin 104-106-cı vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 7(021)21/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına əsasən Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 1(021)-107/2021 saylı, 02 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 01 il azaldılmışdır. Cinayət işinin 107-109-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2009-cu il tarixli Amnistiya qərarının 2.5-ci bəndinə əsasən xx.xx.2009-cu il tarixdə cəzasının çəkilməmiş hisəsindən azad edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarına əsasən 02 ay müddətinə vaxtından əvvəl şərti olaraq azad olunmuş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 1(021)107/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cəzasının 01 il 03 ay 14 gününü çəkmiş və 08 ay 12 gün çəkilməmiş cəzası qalmışdır. Cinayət 112-ci vərəqəsində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi“ X9 “Bərdə rayon Mərkəzi Xəstəxanası” X9 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Bərdə rayon Mərkəzi Xəstəxanası” X8 narkoloji və ruhiəsəb kabinetlərində qeydiyyatda yoxdur. Cinayət işinin 129-135-ci vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 01 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,114 qram, ekspertiza tədqiqatından sonra qalıq 1,014 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və Bərdə Rayon Polis Şöbəsində saxlanması təmin olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs etirafedici ifadəsi, şahidlərin ifadələri, həmçinin məhkəmə biolojikimyəvi, məhkəmə narkoloji ekspertizasının rəyləri, baxış protokolu, şəxsi axtarış və götürmə protokolu, DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cinayətlərin residivi yaranmadığını müəyyən etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 1(021)107/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Bərdə Rayon Məhkəməsinin 7(021)21/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına əsasən Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 1(021)-107/2021 saylı, 02 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 01 il azaldılmışdır. Hazırda Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 1(021)107/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü üzrə 08 ay 12 gün çəkilməmiş cəzası qalmışdır. Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 1(021)107/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunduğundan cinayətin residivi yaranmadığı müəyyən olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, əvvəllər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını və məhkumluğunun ödənilməməsini, əvvəllər dəfələrlə cinayət törətməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 1(021)107/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Bərdə Rayon Məhkəməsinin 7(021)21/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına əsasən Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 1(021)-107/2021 saylı, 02 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 01 il azaldılmışdır. Hazırda Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 1(021)107/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü üzrə 08 ay 12 gün çəkilməmiş cəzası qalmışdır. Cinayət işinin materiallarından görünür ki, hazırkı ittiham üzrə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət, Bərdə Rayon Məhkəməsinin 1(021)107/2021 saylı xx.xx.2021-ci il tarixli hökmündən sonra baş vermişdir. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-nin 67.2-ci maddəsinə görə hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 67ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin 1(021)107/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü üzrə cəzasının çəkilməmiş 08 (səkkiz) ay 12 (on iki) günü yeni hökmlə ona təyin edilmiş cəza ilə qismən birləşdirilməklə üzərində qəti cəza təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər hesabı ilə hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, 10 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, həmin tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu tarixdən, yəni 08 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 32.40 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan 1,014 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Bərdə Rayon Məhkəməsinin 1(021)107/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 08 (səkkiz) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü azadlıqdan məhrumetmə cəzasının 1 (bir) gününə bərabər olmaq hesabı ilə qismən birləşdirilməklə onun üzərində qəti olaraq 1 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 08 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan 1,014 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 32.40 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-32/2023
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-32/2023
07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver