Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-33/2022 26.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə Rayon Məhkəməsinin 13.03.2008-ci il tarixli hökmü ilə 177.2.3, 179.2.2, 179.2.4-cü maddəsi ilə təqsirli bilinərək CM 70-ci maddəsi tətbiq olunaraq 3 il sınaq müddəti ilə şərti olaraq 4 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin 11.03.2009-ci il tarixli hökmü ilə 177.2.2, 178.2.2, 179.2.2, 185.2.2, 185.2.4, 66.3, 67-ci maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 25.02.2013-cü il tarixli hökmü ilə 185.2.2-ci, 67.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhum edilmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 28.02.2017-ci il tarixli hökmü ilə 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM 04 il 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xətai rayon Məhkəməsinin 26.04.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının 20.10.2017-ci il tarixli 816 VDQ saylı qanunun tətbiq edilərək cəza 03 il 08 aya endirilmiş, Bakı şəhər Xətai rayon Məhkəməsinin 29.10.2019-cu il tarixli qərarı ilə 09 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuş, 24.08.2020-ci ildə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)335/2021 saylı 14.12.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 1(007)113/2022 saylı 16.03.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 14.12.2021-ci il tarixli 1(010)335/2021 saylı hökmü ilə təyin edilmiş 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanaraq qəti olaraq 03 il 06 ay azadlıqdan məhrumetə cəzası təyin edilmiş, cəzasının əvvəli 22.07.2021-ci il tarixdən hesablanan, hazırda cəzasını çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə qəsdən özgənin əmlakını talamaq məqsədilə fərdi yaşayış evinə qanunsuz daxil olmaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgə əmlakını gizlli yolla talamaq məqsədilə 30 iyun 2021-ci tarixdə saat 13 radələrində tanışı Zərərçəkmiş şəxs yaşadığı Bərdə şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq həmin evdən 881 manat dəyərində qızıl-zinət əşyalarını və 100 manat nağd pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilkdə 981 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bundan əvvəl dəfələrlə oğurluq etdiyi üçün məhkum olunmuşdur. 26 iyun 2021-ci il tarixdə Bakı şəhərindən Bərdə rayonuna qayıtmış, həmin gün axşam parkda stulların üzərində yatmış, səhəri gün şəhərdə tanışları ilə birlikdə vaxt keçirmiş, bundan sonra bir neçə gün Qəhrəmanlar parkında gecələmiş, 30.06.2021-ci il tarixdə əvvəldən tanıdığı, həm də uzaq qohumluq əlaqəsi olan Bərdə şəhər sakini Zərərçəkmiş şəxs qardaşının 3 yas mərasimində səhər 11 radələrində yas mərasimində olan zaman görmüşdür ki, Sabirin özü və bütün qohumları yas yerindədir. Buna görə də o, Sabirin evindən oğurluq etmək qərarına gəlmiş, yas yerindən çıxıb Sabirin yaşadığı Bərdə şəhəri ünvan 1 ünvanına getmiş, ilkin olaraq yavaşca qapını döymüş, bu vaxt Sabirin yeznəsi Ravi öz maşını ilə ordan keçirmiş, ondan soruşmuşdur ki, nə gəzirsən burda? O da demişdir ki, Sabir əmigilə gəlib, Ravi də demişdir ki, Sabirin qardaşı ölüb yas yerindədirlər. O da demişdirki ki, “hə onda gedirəm yasa”. Bir qədər getdikdən sonra görmüşdür ki, Ravi ordan uzaqlaşmışdır. O, darvazanın üstünə çıxmış, çıxandan sonra evin qarşısına gəlmiş, dəsmal alısqanından evin açarın götürmüş, çünki əvvəllər Sabir ilə qonşu imiş, uşaqlığı onların evinde olub. Açarı götürdükdən sornra evə girmiş, evdə otaqlara baxmış, yataq otağının birindən 2 ədəd plastik kart götürmüş, o biri yataq otağını axtaran zaman isə paltarların cibindən 100 manatda pul götürmüş, otaqda olan köhnə sumkanın içərisindən isə bir neçə ədəd qızılzinət əşyaları görmüş, onların bir neçəsinin bijuteriya, bir neçəsinin isə qızıl olduğunu görmüş, həmin qızıl-zinət əşyalarını götürüb evdən çıxmış, ordan birbaşa çıxıb Bakı şəhərinə gəlmişdir. O, Bakı şəhərinə çatan zaman qızılları satmaq istəmiş, lakin Sabir onunla əlaqə yaratmış, konkret xatırlamadığı şəxs vasitəsilə ona söz göndərmişdir, qızıl köhnənindi, yadigardı. Bundan sonra Sabirin özü ilə də əlaqə saxlamış, Sabir "Həmin qızıl Sevda bibinin nənəsinin nənəsindən qalıb, satma onları, qaytar" demiş, o da həmin qızılı Sabirin tanımadığı Bakı şəhərində yaşayan qohumuna qaytarmış, bundan başqa Sabirin plastik kartından Keşlədə məscidin yanında 50 manat pul çıxarmış, sonra isə həmin kartı atmışdır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı və ona yungül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, qardaşı əziyyət çəkdiyi xəstəlik səbəbindən dünyasını dəyişmiş, 30.06.2021-ci il tarixdə qardaşı Zakirin 3 mərasimi keçirilirmiş, o, arvadı ilə birlikdə evinin qapıların killidləyərək qardaşının evinə getmiş, evini kilidlədikdən sonra evinin açarlarını evin divarından asılmış dəsmalın altına qoyaraq getmişlər, həmin günü qardaşının yas mərasimi bitdikdən sonra ordan çıxıb evinə gəlmiş, o, arvadı ilə həyətə yaxınlaşan zaman görmüşdür ki, 2 taylı dəmir darvaza açdıqdır. Onlar dərhal həyətə daxil olmuş və açarları qoyduğu yerdən aşkar edə bilməmiş, açarları həyətdə olan stolun üzərindən aşkar etmiş, açarı qapıya salan zaman qapının açıq olduğunu görmüş, evinə daxil olanda ona məlum olmuşdur ki, evinə naməlum şəxs daxil olaraq oğurluq edib. O, dərhal 102 xidmətinə məlumat vermiş, polis əməkdaşları evinə gəlib hadisə yerinə baxış keçirmiş, baxış zamanı ona məlum olmuşdur ki, naməlum şəxs evinə daxil olaraq ailəsinə məxsus 25 qram olan 1 ədəd qızıl sepini, 100 manat pulunu və ona və ailəsinə məxsus olan 3 ədəd plastik kartını oğurlamışdır. Polis əməkdaşları getdikdən sonra kürəkəni Ravi evinə gəlmiş və günorta saatlarında Rüstəm adlı şəxsi evinin qarşısında gördüyünü bildirmiş, həmin vaxdı ona məlum olmuşdur ki, evinə daxil olan naməlum şəxs tanışı Rüstəm adlı şəxsdir. O, Rüstəm adlı şəxsə zəng edib evinə daxil olmasını demiş, ilkin olaraq Rüstəm adlı şəxs evinə daxil olmasını etiraf etməmiş, sonradan Rüstəm evinə daxil olduğunu, 1 ədəd qızılını, 100 manat pulumu va plastik kartalrını oğurladığını etiraf edərək ondan üzr istəmişdir. O, məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödədiyini, ondan heç bir şikayət və tələbinin olmadığını bildirib, əizəsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs oğlunun dediklərini təsdiq edərək oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, daimi olaraq heç bir yerdə işləmir, özünə məxsus VAZ 2106 markalı avtomobili vardır. Zərərçəkmiş şəxs onun qaynatasıdır, onlar Bərdə şəhəri, ünvan 1-də yaşayırlar. Təqsirləndirilən şəxs 10-15 ildir ki, tanıyır, beləki o, bir müddət qaynatası Sabirin evinin qonşuluğunda kirayə qalmışdır. Onun ilə uzaq qohumluq əlaqələri vardır. Rüstəm əvvəllər bir neçə dəfə də oğurluq etdiyinə görə tutulmuşdur. 28.06.2021-ci il tarixdə Bərdə şəhər Aydın Əhmədov küçəsində yaşayan, qaynatasının qardaşı Zakir əziyyət çəkdiyi xəstəlik səbəbindən dünyasını dəyişdi. 30.06.2021-ci il tarixdə Zakirin 3 mərasimi keçirilirdi. O, öz avtomobililə səhər tezdən qaynatasıgil ilə birlikdə həmin yas mərasiminə getmiş, günorta 13 radələrində anası ona zəng etmişdir ki, “gəl məni də götür, gedim yasa”. Həmçinin təxminən anası zəng etməmişdən 10-15 dəqiqə qaynatasının əmisi uşaqları ona zəng etmişdir ki, yas yerini tanımırlar onların qarşısına çıxsın. O da öz avtomobililə Nüşabə küçəsində bacısıgilə gedib ordan anasını götürmüş, sonra isə Z.Əliyeva adına orta məktəbin yanından keçən zaman qaynatasıgilin qapısının düz qarşısında bir nəfərin dayandığını görmüş, o, əvvəlcə elə bilmişdir ki, Bakıdan gələn qonaqlardandır. Ona görə də avtomobilini saxlamış, avtomobildən düşəndə görmüşdür ki, həmin şəxs Rüstəmdir. Rüstəm də ona tərəf gəlməyə başlamış, orda ona demişdir ki, “Sabir əmi lazımdır.” O da demişdir ki, Sabirin qardaşı rəhmətə gedib, ordadırlar. Bu gün 3 yas mərasimidir. Bundan sonra Rüstəm ordan aralaşdı. O da anasını gətirib yas yerində düşürmüş, həmin vaxt ona işlə bağlı zəng gəldiyi üçün çıxıb getmiş, təxminən 1-2 saat sonra yenidən yas yerinə qayıtmış, qayıdanda qaynatasının yanında əyləşmiş, ondan soruşmuşdur ki, Rüstəm sizin qapını döyürdü, səni neynirdi? O da demişdir ki, biraz bundan qabaq Rüstəm burda idi, biraz oturub çıxıb getdi. ona heç nə demədi. O, bir qədər oturduqdan sonra ordan çıxıb getmiş, axşam təxminən 18 radələrində qaynatası ona zəng etdi ki, evə kimsə girib oğurluq edib. O da demişdir ki, polisə zəng edib deyin, ora Rüstəm girib oğurluq edib. Bundan sonra eşitmişdir ki, Rüstəm qızılları götürmüşdür. Cinayət işinin 70-71-ci vərəqələrində olan Bərdə RPŞ-nin təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 91-92-ci vərəqələrində olan Bərdə RPŞ-nin təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 01 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 24.07.2021-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. Cinayət işinin 62-64-cü vərəqələrində olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 24.07.2021-ci il tarixli 4(010)341/2021 saylı qərarından görünür ki, Bakı şəhər Suraxanı rayon Polis İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 65-68-ci vərəqələrində olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 24.07.2021-ci il tarixli 4(010)530/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 11 noyabr 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 38-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2021-ci il tarixli 6/4054-9/6567 nömrəli rəyindən görünür ki; -tədqiqata təqdim edilmiş məmulatların metalı, əyarı, çəkisi, üzərində olan qaşların təbiəti və digər göstəriciləri müəyyən edilmişdir. Ayrı-ayrılıqda tədqiqi hissədə göstərilmişdir. -Məmulatlar kustar üsulla hazırlandığı üçün istehsal yerini müəyyən etmək mümkün deyil. - Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən təqdim olunmuş məmulatların 2021-ci ilin iyun ayında olan sərbəst satış qiyməti ümumilikdə 881,0 manat təşkil edir. Cinayət işinin 97-104-cü vərəqələrində olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)335/2021 saylı 14.12.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhər Nizami Rayon Məhkəməsinin 1(007)113/2022 saylı 16.03.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 14.12.2021-ci il tarixli 1(010)335/2021 saylı hökmü ilə təyin edilmiş 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 03 il 06 ay azadlıqdan məhrumetə cəzası təyin edilmişdir. Cinayət işinin 93-96-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Bərdə Rayon Məhkəməsinin 13.03.2008-ci il tarixli hökmü ilə 177.2.3, 179.2.2, 179.2.4-cü maddəsi ilə təqsirli bilinərək CM 70-ci maddəsi tətbiq olunaraq 3 il sınaq müddəti ilə şərti olaraq 4 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin 11.03.2009-ci il tarixli hökmü ilə 177.2.2, 178.2.2, 179.2.2, 185.2.2, 185.2.4, 66.3, 67-ci maddəsi ilə təqsirli bilinərək CM 70-ci maddəsi tətbiq olunaraq 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 25.02.2013-cü il tarixli hökmü ilə 185.2.2-ci, 67.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhum edilmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 28.02.2017-ci il tarixli hökmü ilə 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM 04 il 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xətai rayon Məhkəməsinin 26.04.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının 20.10.2017-ci il tarixli 816 VDQ saylı qanunun tətbiq edilərək cəza 03 il 08 aya endirilmiş, Bakı şəhər Xətai rayon Məhkəməsinin 29.10.2019-cu il tarixli qərarı ilə 09 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuş, 24.08.2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 106-cı vərəqəsində olan Bərdə şəhər İcra Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs mənfi xarakteriza olunmuşdur. Cinayət işinin 107-112-ci vərəqəsində olan sübutların qiymətləndirilməsi haqqında 17.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış ümumi dəyəri 881 manat olan 20 ədəd qızıl-zinət və bəzək əşyaları 17.12.2021-ci il tarixli qərarla maddi sübut hesab olunaraq saxlanılması üçün Bərdə RPŞ-nin maddi sübut otağına təhvil verilmişdir. Cinayət işinin 117-ci vərəqəsində olan 22.12.2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus oğurlanmış maddi sübut hesab olunan ümumi dəyəri 881 manat olan 20 ədəd qızıl-zinət və bəzək əşyalarını təhvil almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddələr ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, gənc olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, onunla barışmasını, ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını cinayətin xüsusilə təhlükəli residivi ağırlaşdıran hallar kimi qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27.01.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28.02.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 4 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26.04.2018-ci ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu tətbiq edilərək cəzası 3 il 8 aya endirilmiş, 29.10.2019-cu ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 9 ay 26 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 24.08.2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28.02.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən iki il keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14.12.2021-ci il tarixli, 1(010)- 335/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 1(007)113/2022 saylı 16.03.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 14.12.2021-ci il tarixli 1(010)335/2021 saylı hökmü ilə təyin edilmiş 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 03 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Beləliklə müəyyən olunur ki, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər ardıcıllıqla üç dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3.1-ci maddəsinə əsasən qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi xüsusilə təhlükəli sayılır Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, əvvəllər məhkum olmasını, məhkumluğunun ödənilməməsini, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 16.03.2022-ci il tarixli hökmü ilə CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 14.12.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 03 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin olunmasını, hazırda həmin cəzanın çəkilib qurtarılmamasını, qanunlara əməl olunmaq ruhunda tərbiyə olunmamasını, islah edilməməsini təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nizami Rayon Məhkəməsinin 1(007)113/2022 saylı 16.03.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 14.12.2021-ci il tarixli 1(010)335/2021 saylı hökmü ilə təyin edilmiş 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 03 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs törətdiyi axırıncı cinayət əməli 30 yanvar 2021-ci il tarixdə olmuşdur. Belə olan halda ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə görə cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nizami Rayon Məhkəməsinin 1(007)113/2022 saylı 16.03.2022-ci il tarixli hökmü ilə üzərində saxlanılmış 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının 9 ay 4 gününü çəkdiyindən hazırkı hökmlə ona cinayətlərin məcmusu üzrə təyin olunmuş qəti cəzadan çıxılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 1(007)113/2022 saylı 16.03.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcını 22.07.2021-ci il tarixdən müəyyən etmiş və hazırkı hökm isə 26 aprel 2022-ci il tarixdə elan olunur. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 01 dekabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 1(007)113/2022 saylı 16.03.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 14.12.2021-ci il tarixli 1(010)335/2021 saylı hökmü ilə təyin edilmiş 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 03 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi zəruri olmamışdır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66-ci maddəsinə əsasən ona hazırkı hökmü ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 1(007)113/2022 saylı 16.03.2022-ci il tarixli ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək üzərində qəti cəza təyin olunmalı, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 1(007)113/2022 saylı 16.03.2022-ci il tarixli hökmü ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkdiyi müddət hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmalı və cəzaçəkmə müddətinin əvvəli 26 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli Qərarının 17-ci bəndinə əsasən CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əməli xüsusilə təhlükəli residiv kimi qiymətləndirildiyindən ona cəza təyin olunarkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, xüsusi təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün dörddə üçündən az ola bilməz. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən cəzasını xüsusi rejimli rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə — xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 109.50 manat ekspertiza tədqiqatlarının dəyəri alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Maddi sübut hesab olunan maddi sübut hesab olunan ümumi dəyəri 881 manat olan 20 ədəd qızıl-zinət və bəzək əşyalarının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Nizami Rayon Məhkəməsinin 1(007)113/2022 saylı 16.03.2022-ci il tarixli hökmü ilə ona təyin olunmuş 3 (üç) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə qismən birləşdirilməklə qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhər Nizami Rayon Məhkəməsinin 1(007)113/2022 saylı 16.03.2022-ci il tarixli hökmü ilə təyin olunmuş 3 il 6 ay azadlıqdan məhrumetmə cəzasının çəkilmiş 9 (doqquz) ay 26 (iyirmi altı) günü hazırkı hökmlə təyin olunmuş 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində 4 (dörd) il 2(iki) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 26 aprel 2022-ci il il tarixdən hesablansın və onun hazırda həbsdə olması nəzərə alınsın. Maddi sübut hesab olunan maddi sübut hesab olunan ümumi dəyəri 881 manat olan 20 ədəd qızıl-zinət və bəzək əşyalarının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 109.50 manat ekspertiza tədqiqatlarının dəyəri alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-33/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-33/2022
26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver