Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-34/2021 02.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx.xx.1990-cı ildə Ağdərə rayonu İmarət Qərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, orta təhsilli, Kəlbəcər rayonu Kərəmili kəndində qeydiyyatda olan və Bərdə rayonu Qasımbəyli kəndi ərazisində yerləşən Qumçınqıl karxanasında yaşayan, barəsində qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 12 yanvar 2021-ci il tarixdə saat 12 radələrində Bərdə rayonu Qasımbəyli kəndi ərazisində yerləşən Qumçınqıl karxanası ərazisində həmin karxanada məskunlaşıb yaşayan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və sonuncunun ailəsinə nalayiq söyüş söyməsi səbəbindən Təqsirləndirilən şəxs yerdən götürdüyü daşla Zərərçəkmiş şəxs sol üz nahiyəsindən qəsdən bir dəfə vuraraq sonuncuya sol gözün bayır qurtaracağı nahiyəsinin cırılmış yarası, sol göz qapaqlarının qançırları müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə rayonu Qasımbəyli kəndi ərazisində yerləşən qumçınqıl karxanasında yerləşən ərazidə ailəsi ilə birlikdə yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Şamil və oğlu Samir qonşusu, Şamili eyni zamanda atası Oktayın qohumudur. O, 12.01.2021-ci il tarixdə saat 12 radələrində yaşadığı qumçınqıl karxanasının qarşısında olan vaxt Şamilin onun böyük qardaşı Mənsurla mübahisə etdiyini görmüş və onların yanına getmişdir. Həmin vaxt Şamilin qardaşı Şahbaz, qonşusu Ceyhun, Şamilin digər ailə üzvləri habelə onun qardaşı Cavanşir, atası Oktay da orada olmuşdur. Mübahisə vaxtı Şamil ağac parçası ilə onun qardaşı Cavanşirin sağ üz nahiyəsindən bir dəfə vurmuş, bundan sonra Şamilin oğlu Samir onun və onun ailəsinin ünvanına nalayiq söyüşlər söymüşdür. Ona görə də əsəbləşmiş və yerdən götürdüyü daşı Samir tərəfə atmışdır. Daş Samirin sol göz nahiyəsinə dəymişdir. O, Samirin göz nahiyəsindən qan axdığını görüb Samirin yanından uzaqlaşmışdır. Samir onu söyüb təhqir etdiyi üçün o, qəsdən Samiri daşla vurmuşdur. O, həmin yerdən uzaqlaşdıqdan sonra Samir ona məxsus avtomobilin sol yan şüşəsini daşla vurub sındırmışdır. Həmin hadisə anidən baş vemiş və başa çatmışdır. Həmin hadisəni Samirin atası Şamil, əmisi Şahbaz, onun qardaşları Cavanşir, Mənsur və həmin yerdə olan 3-4 nəfər digər qonşular görmüşdür. O, hal-hazırda əməlindən peşiman olduğunu nəzərə alaraq barəsində barəsində yüngül cəza verilməini məhkəmədən xahiş etdi. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində göstərdi ki, Bərdə rayonu Qasımbəyli kəndi ərazisində yerləşən qumçınqıl karxanasında atası Şamil, anası Güllər və bacısı Cəmilə ilə birlikdə yaşayır. Surac atası Şamilin dayısı nəvəsidir. Surac da ailə üzvləri ilə birlikdə karxanada məskunlaşıb yaşamışdır. Suracla əvvəlcədən küsülü olmuş, lakin sonuncu ilə heç bir düşmənçilik və ədavəti olmamışdır. 12.01.2021-ci il tarixdə saat 12 radələrində qonşuluqda yaşayan Ceyhun adlı şəxslə karxana ərazisində olan vaxt Suracın qardaşı Mənsur onun yanına gələrək atası Şamilin telefonla onların videogörüntüsünü çəkdiyini demişdir. O, xəbəri olmadığını deyib nə sözün var atasına deməsini Mənsura bildirmişdir. Mənsur Şamilin telefonuna zəng edərək telefonda Şamil ilə mübahisə etmişdir. Onlar yaşadığı iki mərtəbəli binananın qarşısına gəldikdən sonra Surac onun ünvanına nalayiq söyüş söymüş və onu olduğu yerə çağırmışdır. O, olduğu yerdə dayanmış, həmin vaxt Surac yerdən daş götürüb ona tərəf atmışdır. Daş onun üzünün sol nahiyəsinə və sol gözünə dəymişdir. Daşın onun gözünə dəyməsi nəticəsində sol gözündən qan gəlmişdir. Bundan başqa Surac “Kamaz” markalı avtomobilindən götürdüyü dəmir parçasını götürüb onu vurmaq istəyən vaxt Suracın atası Oqtay dəmir parçasını Suracın əlindən almışdır. Surac onun üz nahiyəsindən qan axdığını görmüşdür. Suracın atası Oktay Suracı sakitləşdirib yaşadığı evə aparmışdır. Onu isə atası Şamil yaşadığı evə aparmışdır. Surac daşla bir dəfə onun sol üz və göz nahiyəsindən vurub ona xəsarət yetirmişdir. Həmin hadisə yaşadığı qumçınqıl karxanasında 2-3 dəqiqə ərzində baş vermişdir. Həmin hadisələri atası Şamil, əmisi Şahbaz, qonşusu Ceyhun və ailə üzvləri görmüşdür. Surac daşla onun üzünə vurduqdan sonra o, Suracın olduğu yerə daş atmış, lakin daşın Suraca məxsus avtomobilə dəyib dəyməməsini bilməmişdir. O, hazırda Təqsirləndirilən şəxs oğlundan şikayətçidir, lakin həbsələ əlaqədar olmayan cəza verilməsini istədiyini bildirdi və bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında ifadə vermiş Şahid6 Təqsirləndirilən şəxs ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında ifadə vermiş şahid X2 ifadəsində göstərdi ki, Bərdə rayonu Qasımbəyli kəndi ərazisində yerləşən qumçınqıl karxanasında ailəsi birlikdə yaşayır, yaşadığı karxana ərazisndə karyerdə traktor sürücüsü işləyir. . Şamil və oğlu Samir qonşusu, Şamili eyni zamanda atası Oktayın bibisi oğludur. 12.01.2021-ci il tarixdə saat 12 radələrində o, iş yerindən çıxıb nahar fasiləsinə gələn vaxt Cavanşir Şamilin telefonu ilə onlara məxsus yük avtomobilinin şəklini çəkdiyini ona dediyi üçün o, bu barədə Şamilin oğlu Samirə demişdir. Samir qarışmadığını dediyi üçün o, Şamilin mobil telefonuna zəng edərək nə səbəbə Kamazı çəkdiyini sonuncudan soruşmuşdur. O, telefon əlaqəsini kəsdikdən sonra binanın qarşısında Şamili görmüş, Şamil onun yanına gəlmiş və qeyd etdiyi məsələ ilə bağlı aralarında mübahisə yaranmışdır. Mübahisə vaxtı onun qardaşları Surac, Cavanşir atası Oktay, Şamilin oğlu Samir onların yanına gəlmişdir. Cavanşir nə olduğunu Şamilə deyən vaxt əlində olan ağac parçası ilə Cavanşirin sağ üz nahiyəsindən bir dəfə vurmuşdur. Həmin vaxt Şamilin oğlu Samir onun qardaşı Suracın ünvanına nalayiq söyüşlər söymüşdür. Surac yerdən götürdüyü daşı Samirə atmış, daş Samirin sol göz nahiyəsinə dəymişdir. Bundan sonra o, həmin şəxsləri sakitləşdirmiş, atası Oktayla birlikdə Cavanşiri və Suracı yaşadığı evə aparmışdır. Ara sakitləşdikdən sonra Samir daşla Suraca məxsus avtomobilin sol yan şüşəsini sındırmışdır. Həmin dava-dalaş Şamilin heç bir səbəb olmadan ona məxsus yük avtomobilin şəklini çəkməsi və yük avtomobilini yaşadıqları 2 mərtəbə binanın qarşısında saxlamamağını deməsi səbəbindən yaranmışdır. Məhkəmə iclasında ifadə vermiş Şahid3 ifadəsində göstərdi ki, Bərdə rayonu Qasımbəyli kəndi ərazisində yerləşən qumçınqıl karxanasında ailəsi birlikdə yaşamış, yaşadığı karxana ərazisində karyerdə fəhlə işləmişdir. 12.01.2021-ci il tarixdə saat 12 radələrində o, qardaşı oğlu Samirin karxana ərazisində dayısı nəvəsi Mənsurla mübahisə etdiyini görmüşdür. O, həmin şəxslərin yanına gedən vaxt siqaerinin üzərində olmadığını bilib siqaretini götürmək üçün karyerə qayıtmış və təkrar karxana ərazisinə gələn vaxt Samirin atası Şamilin, Mənsurun qardaşları Cavanşir və Suracın atası Oktayın həmin yerdə olduğunu görmüşdür. Həmin vaxt Şamil Cavanşirlə əlbeyxa olmuş, o, həmin yerdə olan digər şəxslərlə birlikdə Şamili və Cavanşiri aralaşdırmışdır. Həmin vaxt Surac nalayiq söyüş söymüş Samir anasının yanında olduğunu deyib nalayiq sözlər deməməsini Suraca demiş, Surac yerdən götürdüyü daşı Samirə atmışdır. Daş Samirin sol göz nahiyəsinə dəyib Samirə xəsarət yetirmişdir. O, Suracın atası Oktayla Suracı sakitləşdirib həmin yerdən uzaqlaşdırmış, Samiri isə öz yaşadığı evə aparmışdır. Həmin hadisə yaşadığı binanın qarşısında 3-5 dəqiqə ərzində baş vermiş və başa çatmışdır. Məhkəmə iclasında ifadə vermiş Şahid1 Şahid3 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 23-24-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 məhkəmətibb ekspertizasının 12.01.2021-ci il tarixli 38 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – sol gözün bayır qurtaracağı nahiyəsinin cırılmış yarası, sol göz qapaqlarının qançırları küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə - yəni 12.01.2021-ci ilə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 29-cu vərəqəsində olan Kəlbəcər RİHB-nin Milli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu müsbət xarakteriza olunmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 82-ci vərəqəsində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun məhkumluğu yoxdur. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlundan şikayətçi olduğunu, lakin həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, gənc olmaasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs oğlu barəsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ilk dəfə olaraq böyük ictimai təhlükə cinayət törətməsini, həm cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs şəxsin, həm də zərərçəkmiş şəxsin qohumluq münasibətlərində olmalarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunu azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs oğluna tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min büş yüz) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğluna təyin olunmuş cərimə cəzasının icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(021)-34/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-34/2021
02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver