Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-34/2022 11.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxxxx 1972-ci il tarixdə Bərdə rayonu Qaratəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2-ci qrup Qarabağ müharibəsi əlilliyi olan, təqaüdçü, məhkumluğu olmayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Bərdə rayonu Qaratəpə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Böyük Göyüşlü kəndində yaşayan tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, sonuncunun övladı X3 ehtiyyatsızlıqdan öldürülməsi faktı ilə bağlı Bərdə Rayon Məhkəməsi tərəfindən çıxarılmış hökmün Gəncə Apelyasiya Məhkəməsində ləğv etdirəcəyi barədə yalan vədlər verib, belə vədi yerinə yetirmək niyyətində olmayaraq, aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə, 2019-cu ilin sentyabr ayının 19-u tarixindən 2019-cu ilin dekabr ayının ortalarına kimi olan müddətdə, bir neçə dəfə yəni, 3000, 3500, 1600, 1350 və sonuncu dəfə 550 manat olmaqla, ümumilikdə 10000 (on min) manat məbləğində nağd pul vəsaitini Bərdə rayonu Böyük Göyüşlü kəndinin girəcəyində ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o Bərdə rayonu Qaratəpə kəndində anadan olmuş, hazırda elə həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır. Orta təhsillidir, 2-ci qrup əlillik təqaüdü alaraq ailəsini dolandırırır. Evlidir, 2 övladı var. O,1990-1993-cü illərlə Qarabağ müharibəsində döyüşərək xəsarət almışdır. Zərərçəkmiş şəxs uzun müddətdir ki tanıyır. Faiqin Bərdə rayon prokurorloğuna etdiyi müraciətlə tanış olmuşdur. Bununla bağlı bildirmək istəyir ki, Zərərçəkmiş şəxs övladı X3 ölüm məsələsi ilə bağlı Bərdə rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsi ilə istintaq aparılmış, 2019-cu ilin may ayının sonlarında Zərərçəkmiş şəxs həmin cinayət işi ilə bağlı Bərdə Rayon Məhkəməsinin çıxardığı hökmdən Gəncə Apellyasiya Məhkəməsinə şikayət vermək istədiyini ona demişdir. O, tanışı Faiqə ona kömək edə biləcəyini demişdir. Gəncə Apellyasiya Məhkəməsində işləyən tanışı Şahid1 ilə əlaqə saxlamışdır. Şahid1 2016-cı ilin yay aylarında Bərdə şəhəri Köhnə avtovağzalın yaxınlığında yol nəqliyyat hadisəsi törətdikdən sonra tanıyıb. Sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün Bərdə Rayon Məhkəməsi tərəfindən ona 400 manat cərimə kəsilmişdir. O, 2-ci qrup əlil olduğundan məhkəmənin qərarından apelyasiya şikayəti vermək qərarına gəlmişdir. Həmin vaxt Gəncə Apelyasiya Məhkəməsində hakim köməkçisi vəzifəsində çalışan Şahid1 ilə tanış olmuşdur. 2019-cu ilin sentyabr ayının ortalarında o, Ariflə telefonla danışaraq Faiqin ona dediyi məsələ üzrə Bərdə Rayon Məhkəməsinin hökmünü ləğv etdirmək üçün yaxşı vəkil tanıyıb-tanımamasını soruşmuşdur. 2019-cu ilin sentyabr ayının 19-da Faiqlə görüşərək hökmün ləğv olunması üçün 10 000 manat pul istədi. Faiq həmin pulu hissə-hissə verə biləcəyini dedi. Həmin gün Faiq mənə 3000 manat pul verdi və biz Gəncə şəhərinə yola düşdük. Gəncə şəhərində tanışı Şahid1 ilə Gəncə şəhəri Abbas Səhhət adına xəstəxananın yaxınlığında çayxanada görüşmüşlər. Arif məclisdə Faiqə Gəncə şəhərində yaxşı vəkillər olduğunu, həmin vəkillər vasitəsilə hökmü Gəncə Apelyasiya Məhkəməsində ləğv etdirməyin mümkün olduğunu dedi. O, Faiqdən aşağı düşməsini və onu gözləməsini xahiş etdi. Faiq çölə çıxdıqdan sonra o, 3000 manat pulu Arifə verdi. Bundan sonra o, Faiq ilə birlikdə Bərdə rayonuna qayıtdı. Dekabr ayının ortalarına kimi o, hissə-hissə olmaqla 3500, 1600, 1350 və 550 manat, ümumilikdə isə 10 000 manat pulu Faiqdən yaşadığı Bərdə rayonu Böyük Göyüşlü kəndinin girəcəyində götürüb Şahid1 aparıb Gəncə şəhərində vermişdir. O, ümumilikdə Zərərçəkmiş şəxs 10 000 manat pul almış, həmin 10 000 manat pulu Şahid1 vermişdir. Maddi vəziyyəti yaxşı olmadığı üçün o, Zərərçəkmiş şəxs pulunu qaytara bilmir. Zərərçəkmiş şəxs avtomaşını olmadığı üçün o, kömək etmək məqsədilə Faiqdən pulu alıb Arifə aparıb vermişdir. Şahid1 ilə Gəncə şəhərində təkbətək görüşərək ümumilikdə 10 000 manat pulu Arifin özünə vermişdir. Düzdü ilk görüş zamanı Arifə verdiyi pulun 1100 manatını səhərisi gün ondan geri qaytarmasını bildirmişdir. Arif də həmin pulu taksi fəaliyyəti ilə məşğul olan avtomobil ilə ona yollamışdır. O, heç kimdən pul alıb aldatmayıb. Barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, o, Bərdə rayonu Göyüşlü kəndində anadan olmuşdur, hazırda ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Evlidir, 3 övladı var. Orta təhsillidir, fərdi əməklə məşğul olaraq dolanır. 04 dekabr 2020-ci il tarixdə Bərdə rayon Polis Şöbəsinə ərizə ilə o, müraciət etmişdir. Müraciəti ilə bağlı bildirir ki, oğlu X18 15 oktyabr 2020-ci il tarixdə Bərdə rayonu Göyüşlü kəndində yaşayan X3 əlindən tüfəngin açılması nəticəsində vəfat etmişdir. Həmin iş üzrə Bərdə rayon prokurorluğunda Sadiq Tapdıqbəylinin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə cinayət işi başlanmış, həmin cinayət işinə etirazı olduğuna görə müxtəlif instansiyalara şikayət etmişdir. Lakin, müsbət nəticə əldə edə bilməmişdir. 06 sentyabr 2019-cu il tarixdə Bərdə Rayon Məhkəməsinin hökmü ilə Sadıq Tapdıqbəyliyə iki il yarım azadlıqdan məhrum etmə cəzası verilmişdir. Hökm oxunmamışdan bir ay əvvəl isə Bərdə Rayon Məhkəməsinin qarşısında Bərdə rayonu Qaratəpə kəndində yaşayan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. 2019-cu ilin sentyabr ayının 19-da Bərdə Rayon Məhkəməsinin hökmü çıxdıqdan sonra o, Təqsirləndirilən şəxs ilə Bərdə Rayon Məhkəməsinin qarşısında görüşərək, Bərdə Rayon Məhkəməsinin hökmündən narazı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Gəncə Apelyasiya Məhkəməsində yaxşı tanışlarının olduğunu, hökmü ləğv etdirə biləcəyinə onu inandırmışdır. Təqsirləndirilən şəxs ondan lkin olaraq 3000 manat pul alıb: “10 000 manat müqabilində Gəncə Apelyasiya Məhkəməsində Bərdə Rayon Məhkəməsinin hökmünü ləğv etdirəcəm və yenidən işi istintaqa qaytardıracam”-deyərək vəd vermişdir. O, 3 000 manat pulu 2019-cu ilin sentyabr ayının 19-u tarixində Taleh ilə birlikdə Gəncə şəhərinə gedən zaman Bərdə rayonu Böyük Göyüşlü kəndinin girəcəyində Talehin idarə etdiyi avtomobilin içərisində Talehin özünə vermişdir. Həmin gün onlar Talehlə birlikdə Gəncə şəhərinə gedərək Abbas Səhhət adına xəstəxananın yaxınlığında yerləşən çayxanada Arif adlı şəxslə görüşmüşlər. Görüş zamanı Taleh Arifə onun məsələsini danışdıqdan sonra Arifdən yaxşı vəkil-müdafiəçi məsləhət görməsini xahiş etmişdir. Arif vəkil-müdafiəçi tapmaqda köməklik göstərəcəyini bildirdikdən sonra Taleh ondan aşağı düşüb gözləməyi bildirdi. O, çayxanadan çıxıb həyətdə Talehi gözləmiş, Taleh aşağı düşdükdən sonra ona Arifin onun məsələsində köməklik göstərəciyini, işin həll olunması üçün yaxşı vəkil tapacağını bildirmişdir. Təxminən 1 ay sonra yaşadığı Bərdə rayonu Böyük Göyüşlü kəndinin girəcəyində Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Təqsirləndirilən şəxs ona işin müsbət həlli üçün 10 000 manatı tam verməli olduğunu demişdir. Həmin vaxt o, orada 3500 manat məbləğində pulu ona vermişdir. O, 2019-cu ilin noyabr ayının sonlarına kimi müxtəlif vaxtlarda, daha 2 dəfəyə qalan 2950 manat pulu hissə-hissə 1600 və 1350 manat şəklində yaşadığı Bərdə rayonu Böyük Göyüşlü kəndinin girəcəyində Təqsirləndirilən şəxs vermişdir. Sonuncu dəfə 2019-cu ilin dekabr ayının ortalarında qalan 500 manat pulu isə o, anası Humay Abbasovanın adına Kapitalbankdan kredit götürdükdən sonra Təqsirləndirilən şəxs Bərdə rayonu Böyük Göyüşlü kəndinin girəcəyində vermişdir. Ümumilikdə 10 000 manat pulu aldıqdan sonra Təqsirləndirilən şəxs ona vəd verərək Gəncə Apelyasiya Məhkəməsinin Bərdə Rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli hökmünü ləğv edəcəyini bildirmişdir. O, ümumilikdə Təqsirləndirilən şəxs 10 000 manat pul verməsinə baxmayaraq 07 fevral 2020-ci il tarixdə Gəncə Apelyasiya Məhkəməsi Bərdə Rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli hökmünü qüvvəsində saxlamışdır. Ümumilikdə Təqsirləndirilən şəxs bu günə kimi ondan dələduzluq yolu ilə nə aldığı 10 000 manat pulu geri qaytarmamış, nə də ki, işini həll etmişdir. Təqsirləndirilən şəxs vurulmuş ziyanın ödənilməsini istəyir. Əks təqdirdə Təqsirləndirilən şəxs cəzalandırılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı Şahid1 ifadə verərək bildirdi ki, o, Gəncə şəhərində anadan olmuş, hazırda ailə üzvlərilə birlikdə ünvan 2 ünvanında yaşayır. Ali təhsillidir, hazırda işsizdir. Evlidir, 2 övladı var. O, 2016-2018-ci illərdə Gəncə Apelyasiya Məhkəməsində hakim köməkçisi vəzifəsində çalışmışdır. Ümumiyyətlə onun 20 illik dövlət qulluğu stajı vardır. Daha əvvəllər o, İnzibati İqtisad Məhkəməsinin sədrinin köməkçisi vəzifəsində çalışmışdır. Təqsirləndirilən şəxs 3 ildən çox müddətdir tanıyır. Taleh dəfələrlə Gəncə Apelyasiya Məhkəməsinə gələrək makler kimi işlər həll edirmiş. Həmin vaxtdan onlar tanış olmuşlar. Əvvəllər bir neçə dəfə Təqsirləndirilən şəxs onun yanına gələrək ondan məhkəmə işinin həll olunması üçün məsləhətlər almışdır. Sonuncu dəfə təxminən 1 il bundan qabaq 2019-cu ilin sentyabr ayının ortalarında Təqsirləndirilən şəxs Gəncə şəhərinə gələrək, Faiq adlı tanışının olduğunu bildirmiş, Taleh Faiqin oğlunun ov tüfəngi ilə öldürüldüyünü, lakin məhkəmənin ona az iş verdiyinə görə apelyasiya şikayəti ilə əlaqədar olaraq yaxşı vəkil axtardığını bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxsr oğlu da Talehin yanında olmuşdur. O, Taleh və Faiq ilə birlikdə Gəncə şəhəri Abbas Səhhət adına xəstəxananın yaxınlığında çayxanada əyləşmişlər. Orada Təqsirləndirilən şəxs onu kənara çəkib, Faiqə yaxşı vəkil tapmağı üçün 1600 manat pul vermişdir. Taleh pulu ona verəndə onlar tək olmuşlar. O, vəkil tapdıqdan sonra Talehin ona verdiyi pulu vəkilə verməli imiş. Səhərisi gün Təqsirləndirilən şəxs ona zəng edərək, “mən ilişmişəm, mənə təcili 1000 manat pul lazımdı. Dünən sənə verdiyim 1600 manat puldan 1100 manatını mənə göndər, 100 manat da cibimdə qalsın. Sonra yenidən sənə pul göndərəcəm.”demiş, o, nahar fasiləsindən sonra Talehin ona Faiqə vəkil tapmağı üçün verdiyi 1600 manat puldan 1100 manatını Gəncə şəhər Avtovağzalında dayanmış Fuad adlı şəxsin avtomobili ilə yollamışdır. Fuadın qara rəngli markasını unutduğu (ya E Class ya da C Class) Mersedes markalı avtomobili var imiş. O, Fuadın nömrəsin Talehə verərək Bərdə şəhərinə çatanda görüşüb pulu götürməsinə şərait yaratmışdır. Təxminən 20 gün müddət ərzində Talehdən xəbər çıxmamışdır. O, Talehlə danışıb qalan 500 manatı da yollamaq istədiyini bildirmişdir. Taleh isə ona “qoy hələ pul qalsın üstünü düzəldib sənə göndərəcəm Faiqə vəkil tutarsan”demişdir. Bir müddət sonra Talehin ona verdiyi 500 manat pulu Bərdə şəhərinə gələrək polis şöbəsində Talehin özünə qaytarmışdır. Şahid1 ifadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs yalan danışır. Təqsirləndirilən şəxs ona şər atır. Belə ki, o, 2018-ci ilin avqust ayında öz ərizəsilə Gəncə Apelyasiya Məhkəməsindən işdən çıxmışdır. Ümumiyyətlə isə 2019-cu ilin sentyabr ayının ortalarında Gəncə şəhərində Taleh ona Faiq adlı tanışına vəkil tutmağı üçün 1600 manat pul vermişdir ki, vəkil tapıb pulu vəkilə versin. Həmin pulun da 1100 manatını səhərisi gün Fuad adlı şəxsin qara rəngli Mersedes markalı avtomobili ilə Gəncə şəhər Avtovağzalından göndərmişdir. Qalan 500 manat pulu isə bir müddət sonra Bərdə şəhərində Təqsirləndirilən şəxs özünə qaytarmışdır. 1600 manat pulu Təqsirləndirilən şəxs 2019-cu ilin sentyabr ayının ortalarında Gəncə şəhərində Abbas Səhhət adına xəstəxananın yaxınlığında yerləşən çayxanada vermişdi. Həmin vaxt Faiq adlı şəxs da onun yanında idi. Lakin pulu verəndə Taleh onu kənara çəkib pul vermişdir. Məhkəmə istintaqı zamanı Şahid1 əlavə olaraq ifadəsində göstərdi ki, əvvəllər Talehlə tanışlığı olub. 2018-in axırlarından tanıyıram. Zərərçəkmiş şəxsi 2019-cu ildən tanıyır. Vəkil axtarırdılar. İndiki zərərçəkənin rəhmətə gedən oğlu ilə bağlı idi. Demişdi ki işinə yaxşı baxılmayıb. Savadlı vəkil axtarırdı. Üçü də bir yerdə olanda bilindi hansı işdən ötrü gəliblər. X30 dedi ki, onları aşağıda gözləsin. İkisi qalanda dedi belə bir məsələ var. Ona başqa pul verilməyib. Pulu 2019-cu ilin sentyabr ayında alıb. Zərərçəkmiş şəxsin oğlunun yas yerinə gəlib zərərçəkmiş şəxslə görüşüb. Pulu alandan sonra səhərisi gün 1100 manat Talehə verib. Sonra da 500 manatı özünə qaytarmışdır. Taleh dedi ki, pulu qaytaracam vəkil taparsan. 20-25 gün mən onu gözlədi, ondan zəng gəlmədi. Sonra o, yenə zəng vurdu Talehə. Sonra üstündən xeyli keçəndən sonra Taleh pulu istədi. O, da dedi ki, işləmirnarahat olma pul çatacaq. Birinci məndən ərizə veriblər prokurorluğa, o da göndərmişdir istintaqa. X31 Rayon Polis Şöbəsinə müraciət edərək Arif Maarif oğlu onun pulunu ələ keçirmədiyini, Arif Maarifliyə 16 000 manat borc pul güya verdiyini, Arif pulu qaytarmadığına görə Bərdə Rayon Prokurorluğuna yalnış müraciət etdiyini, gələcəkdə X8 barəsəində heç bir şikayət və tələbin olmadığını. Arif Maariflini ona olan borca görə mülki qaydada Bərdə Rayon Məhkəməsinə ərizə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadə verərək bildirdi ki, Bərdə rayonu Qaratəpə kəndində anadan olmuş, hazırda elə həmin kənddə ailə üzvlərilə birlikdə yaşayır. O, ikinci Qarabağ müharibəsində iştirak etmiş, torpaqların düşmən işğalından azad olunması istiqamətində gedən döyüşlərdə yaralanmış, qazidir. Zərərçəkmiş şəxs onun atasıdır. X1 ölüm məsələsi ilə bağlı Bərdə rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsi ilə istintaq aparılmış, 2019-cu ilin may ayının sonlarında atası Zərərçəkmiş şəxs həmin cinayət işi ilə bağlı Bərdə Rayon Məhkəməsinin çıxardığı hökmdən Gəncə Apellyasiya Məhkəməsinə şikayət etmək istəyirmiş. Ona bu məsələdə Təqsirləndirilən şəxs köməklik göstərəcəkmiş. Sonradan öyrənmiş ki, Təqsirləndirilən şəxs atası Faiqi Gəncə Apelyasiya Məhkəməsində Bərdə Rayon Məhkəməsinin hökmünü ləğv etdirəcəyini vəd verib aldadaraq, 10000 (on min) manat pulunu ələ keçirmiş, lakin bununla bağlı heç bir iş görməmişdir. Hazırda Təqsirləndirilən şəxs onun atası Faiqi aldadaraq aldığı 10000 (on min) manat pulu geri qaytarmamışdır. Atası Faiq ona Təqsirləndirilən şəxs aldatmasını deyəndə, o, Təqsirləndirilən şəxs ilə görüşüb 10000 manat pulu geri qaytamasını tələb etmiş, Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Məhkəmə istintaqı zamanı Şahid3 Toğrul oğlu ifadə verərək bildirdi ki, o, Bərdə rayonu Böyük Göyüşlü kəndində anadan olmuş, hazırda elə həmin kənddə ailə üzvlərilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun qohumudur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış. Mahiyyət üzrə bildirmək istəyir ki, o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs etibarından suiistifadə edib, dələduzluq edərək 10000 manat pulunu ələ keçirməsindən xəbəri 3 ay bundan qabaq qohumu Faiq ona deyəndən sonra olmuşdur. Ona məxsus Bərdə rayonu Böyük Göyüşlü kəndində yerləşən pay torpağının yolunu bağladığına görə həmkəndlisi Rafiq Baxışov ilə mülli mübahisəsi var idi. 2019-cu ilin iyun aylarında həmin məsələnin həlli ilə bağlı qohumu Faiqin məsləhəti ilə Bərdə rayon prokurorluğunun yaxınlığında olan çayxanada Təqsirləndirilən şəxs ilə görüşmüşdür. İlkin etapda Taleh ondan 150 manat pul istəmiş, o, Təqsirləndirilən şəxs onu aldatmasından çəkindiyi üçün tanışlardan onu maraqlanmağa başlamışdır. Maraqlandığı şəxslərin əksəriyyəti Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində çoxlu sayda şəxsləri aldatmasını bildirmişlər. Hələ həmin vaxt o, bu barədə qohumu Faiqi xəbərdar etmişdir. Sonradan öyrənmişdir ki, Zərərçəkmiş şəxs rəhmətə gedən oğlunun məhkəmə işi ilə bağlı Təqsirləndirilən şəxs hissə-hissə olmaqla ümumilikdə 10000 manat pul vermişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs vəkil tapmaqda oğlu Faiqə köməklik edəcəyinə söz vermişdir. Onun müqabilində oğlundan pul istədi. İmkanları olmadıqlarından gedib Kapital Bankdan 900 manat kredit götürüb Talehə verib. Taleh onu aparıb Banka və orada gözləyib. X10 alır. 260 manat təqaüd alır. 19 may 2021-ci ildə gedib kredit götürüb. Talehlə bir yerdə gedib. Talehə verməyə pul çatmırdı. Talehin maşını ilə getmişdir. Aldığı krediti Talehə vermişdir. Onun nəvəsini öldürənə cəza az verildi. Taleh də dedi ki, vəkil tutub kömək edəcəm həmin şəxsin cəzası artırılsın. Talehlə o, danışmışdı işi. Dedi ki, 10 000 manat verin vəkil tutacam sizin işinizi düzüb qoşacaq. Həmin puldan 3000 manat verdi, qalanı bütöv şəkildə verdi. O, Arifi yasda görmüşdür. Talehlə yasa gəlmişdir. Arifi iki dəfə görüb. Bir dəfə yas yerində, bir dəfə də Samuxda çayxanada. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Bərdə rayon X13 Bölməsinin müstəntiqi X11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə zərərçəkmiş şəxslə birlikdə Polis Şöbəsinə müraciət etmişdilər. o, da onların arasında material üzrə üzləşdirmədə keçirib. X24 Həmzəyevi dindirdi. Həmin vaxt Arifli Marif 500 azn pul təqdim etdi. Bildirdi ki 500 azn borcu qalıb. O, da ərizə və qəbzlə birlikdə 500 manat pulu verdi Talehin özünə. Qəbzdə imza ilə təsdiq olunub. Lakin Taleh o 500 manat pulu zərərçəkmişə verməmiş və şəxsi ehtiyacları üçün xərcləmişdir. Onlar hətda qazı olduğuna görə Talehə vaxtda veriblər ki, zərərçəkmiş şəxslə arışsın. İstintaqı gec başlayıblar. Lakin Taleh verilən vaxtdan səmərəli istifadə etməmiş hər vasitə ilə pulu ödəməkdən yayınmışdır. Taleh özü ərizə ilə müraciət edib, ərizədəki imza Talehə məxsusdur. Əgər elə deyilsə ekspertiza təyin olunsun. Telefon danışıqları ilə bağlı bizə heç bir şey təqdim olunmayıb. O, Talehə 5 ay vaxt verib. Zərəçəkmiş şəxs bir dəfədə olsun Marifi Arifin adını çəkməmişdir. Talehi onlar iki dəfə üzləşdiriblər. Hər iki üzləşdirmədə o Arifin adını çəkmədi. Taleh ona şər atır. O, heç kimdən rüşvət almayıb və rüşvət istəməyib. Məhkəmə istintaqı zamanı keçirilmiş çarpaz dindirilmə zamanı Təqsirləndirilən şəxs əlavə şahid qismində X6 məhkəmədə bildirdiklərinə dair heç bir etiraz verə bilmədi və verilmiş sualları cavablandıra bilmədi. Son olaraq bildirdi ki, Mətin Qənbərov zərərçəkmiş şəxs və Maarifli Ariflə əlbirdir. X7 rüşvət istəməsini bütün proseslər zamanı bildirsə də, müstəntiqin üzünə qarşı həmin sözləri təkrar edə bilmədi və bu sözlərdən yayındı. Məhkəmə istintaqı zamanı keçirilmiş çarpaz dindirilmə zamanı Zərərçəkmiş şəxs Həmzəyeb Talehə bildirdi ki, o, Talehdən başqa heç kimə 10 000 manat pul verməmişdir. O, sadəcə Talehə verdiyi pulu tələb edir. Ona Arif bir dəfə zəng edərək Talehə nə qədər pul verməyimi soruşub. O, 10000 pul verdiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X14 tərəfindən verilmiş 14 mart 2022-ci il tarixli **********3 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən müddətsiz tarixədək İİ dərəcəli Azərbaycan ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyə görə aylıq 350 ( üç yüz əlli) manat məbləğində müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü və aylıq 279,15 ( iki yüz yetmiş doqquz manat on beş qəpik) manat əmək pensiyası alır. İş materiallarında olan 01 iyul 2022-ci il tarixli Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyinin nəticəsindən görünür ki,NK-1/1564 nömrəli materialın 7-ci vərəqəsində olan Təqsirləndirilən şəxs adından olan xx.xx.2020-ci il tarixli izahatda “imza: Təqsirləndirilən şəxs” qrafalarındakı imzalar (iki ədəd) , 21-ci vərəqədə olan Təqsirləndirilən şəxs adından olan xx.xx.2020-ci il tarixli ərizədə olan “imza: Təqsirləndirilən şəxs” qrafasındakı imza- Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında görünür ki, cinayət işi üzrə ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə Zərərçəkmiş şəxs ilə təqsirləndirirlən şəxs Təqsirləndirilən şəxs üzləşdirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə: “mənim oğlum X18 15 oktyabr 2020-ci il tarixdə həmkəndlimiz X3 əlindən tüfəngin açılması nəticəsində vəfat etmişdir. Həmin iş üzrə Bərdə rayon prokurorluğunda Sadiq Tapdıqbəylinin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə cinayət işi başlanmış, həmin cinayət işinə etirazım olduğuna görə müxtəlif instansiyalara şikayət etdim lakin, müsbət nəticə əldə edə bilmədim. 06 sentyabr 2019-cu il tarixdə Bərdə Rayon Məhkəməsinin hökmü ilə Sadıq Tapdıqbəyliyə iki il yarım azadlıqdan məhrum etmə cəzası verildi. Hökm oxunmamışdan bir ay əvvəl isə Bərdə Rayon Məhkəməsinin qarşısında Bərdə rayonu Qaratəpə kəndində yaşayan səninlə tanış oldum. 2019-cu ilin sentyabr ayının 19-da Bərdə rayon Məhkəməsinin hökmü çıxdıqdan sonra mən səninlə Bərdə rayon Məhkəməsinin qarşısında görüşərək, Bərdə rayon Məhkəməsinin hökmündən narazı olduğumu bildirdim. Sən Gəncə Apelyasiya məhkəməsində yaxşı tanışlarının olduğunu, hökmü ləğv etdirə biləcəyinə məni inandırdın. Sən məndən ilkin olaraq 3000 manat pul alıb: “10000 manat müqabilində Gəncə Apelyasiya Məhkəməsində Bərdə rayon Məhkəməsinin hökmünü ləğv etdirəcəm və yenidən işi istintaqa qaytardıracam”-deyərək vəd verdin. Mən 3000 manat pulu 2019-cu ilin sentyabr ayının 19-u tarixində səninlə birlikdə Gəncə şəhərinə gedən zaman Bərdə rayonu Böyük Göyüşlü kəndinin girəcəyində idarə etdiyin avtomobilin içərisində özünə vermişəm. Həmin gün biz səninlə birlikdə Gəncə şəhərinə gedərək Abbas Səhhət adına xəstəxananın yaxınlığında yerləşən çayxanada Arif adlı şəxslə görüşdük. Görüş zamanı sən Arifə mənim məsələmi danışdıqdan sonra Arifdən yaxşı vəkil-müdafiəçi məsləhət görməsini xahiş etdin. Arif vəkil-müdafiəçi tapmaqda köməklik göstərəcəyini bildirdikdən sonra sən məndən aşağı düşüb onu gözləməyimi bildirdin. Mən çayxanadan çıxıb həyətdə səni gözlədim. Sən aşağı düşdükdən sonra mənə Arifin mənim məsələmdə köməklik göstərəciyini, işin həll olunması üçün yaxşı vəkil tapacağını bildirdin. Təxminən 1 ay sonra yaşadığım Bərdə rayonu Böyük Göyüşlü kəndinin girəcəyində səninlə görüşdüm. Sən işin müsbət həlli üçün 10000 manatı tam verməli olduğumu dedin. Həmin vaxt mən orada 3500 manat məbləğində pulu sənə verdim. Mən 2019-cu ilin noyabr ayının sonlarına kimi müxtəlif vaxtlarda, daha 2 dəfəyə qalan 2950 manat pulu hissə-hissə 1600 və 1350 manat şəklində yaşadığım Bərdə rayonu Böyük Göyüşlü kəndinin girəcəyində sənə vermişəm. Sonuncu dəfə 2019-cu ilin dekabr ayının ortalarında qalan 550 manat pulu isə mən anam Humay Abbasovanın adına Kapitalbank-dan kredit götürdükdən sonra Bərdə rayonu Böyük Göyüşlü kəndinin girəcəyində sənə vermişəm. Ümumilikdə 10000 manat pulu aldıqdan sonra sən mənə vəd verdin ki, Gəncə Apelyasiya məhkəməsi Bərdə rayon məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli hökmünü ləğv edəcək. Mən ümumilikdə sənə 10000 manat pul verməyimə baxmayaraq 07 fevral 2020-ci il tarixdə Gəncə Apelyasiya məhkəməsi Bərdə rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli hökmünü qüvvəsində saxladı. Ümumilikdə sən bu günə kimi məndən dələduzluq yolu ilə nə aldığın 10000 manat pulu geri qaytarmayıbsan, nə də ki, mənim işimi həll etməyibsən.”demişdir. Təqsirləndirilən şəxs isə öz növbəsində Şahid1 üzünə qarşı: “Mən Zərərçəkmiş şəxs sənin üzünə qarşı dediklərini eşitdim. Zərərçəkmiş şəxs dediklərini təsdiq edirəm. Bəli, mən Zərərçəkmiş şəxs ümumilikdə 10000 manat pulu sənin oğlun X3 vəfat etməsi ilə bağlı Bərdə rayon Məhkəməsinin hökmü Gəncə Appelyasiya məhkəməsində həll edəcəyimi söz vermişdim. Lakin mən Zərərçəkmiş şəxs aldığım 10000 manat pulu Gəncə Apelyasiya məhkəməsində sabiq işçisi Şahid1 vermişəm.”- demişdir İş materiallarından görünür ki, cinayət işi üzrə ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə Şahid1 ilə təqsirləndirirlən şəxs Təqsirləndirilən şəxs üzləşdirilmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Şahid1 üzünə: “Mən Təqsirləndirilən şəxs üzümə qarşı dediklərini eşitdim. Təqsirləndirilən şəxs mənə şər atır. Üzümə dedikləri yalandır. 2019cu ilin sentyabr ayının ortalarında sən Gəncə şəhərinə gələrək, Faiq adlı tanışının olduğunu bildirdin. Sən Faiqin oğlunun ov tüfəngi ilə öldürüldüyünü, lakin məhkəmənin ona az iş verdiyinə görə apelyasiya şikayəti ilə əlaqədar olaraq yaxşı vəkil axtardığını bildirdin. Həmin vaxt Zərərçəkmiş şəxsr oğlu da sənin yanında idi. Mən sən və Faiq ilə birlikdə Gəncə şəhəri Abbas Səhhət adına xəstəxananın yaxınlığında çayxanada əyləşdik. Orada sən məni kənara çəkib, Faiqə yaxşı vəkil tapmağım üçün 1600 manat pul verdin. Sən pulu mənə verəndə biz tək idik. Mən vəkil tapdıqdan sonra sənin mənə verdiyin pulu vəkilə verməli idim. Səhərisi gün sən mənə zəng edərək, “mən ilişmişəm, mənə təcili 1000 manat pul lazımdı. Dünən sənə verdiyim 1600 manat puldan 1100 manatını mənə göndər, 100 manat da cibimdə qalsın. Sonra yenidən sənə pul göndərəcəm.”-dedin. Mən nahar fasiləsindən sonra sənin mənə Faiqə vəkil tapmağım üçün verdiyin 1600 manat puldan 1100 manatını Gəncə şəhər Avtovağzalında dayanmış Fuad adlı şəxsin avtomobili ilə yolladım. Fuadın qara rəngli markasını unutduğu (ya E Class ya da C Class) Mersedes markalı avtomobili var idi. Mən Fuadın nömrəsin sənə verdim ki, Bərdə şəhərinə çatanda görüşüb pulu götürsün. Təxminən 20 gün müddət ərzində səndən xəbər çıxmadı. Mən səninlə danışıb qalan 500 manatı da yollamaq istədiyini bildirdim. Sən isə mənə “qoy hələ pul qalsın üstünü düzəldib sənə göndərəcəm Faiqə vəkil tutarsan”dedin. Bir müddət sonra 20iyun 2021-ci il tarixdə sənin mənə verdiyin 500 manat pulu Bərdə RPŞ-nin inzibati binasında sənin özünə qaytardım.”- demişdir. Şahid1 öz növbəsində Təqsirləndirilən şəxs üzünə qarşı: “səni 2016-cı ilin yay aylarında Bərdə şəhəri Köhnə avtovağzalın yaxınlığında yol nəqliyyat hadisəsi törətdikdən sonra tanımışam. Sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyim üçün Bərdə rayon məhkəməsi tərəfindən mənə 400 manat cərimə kəsilmişdi. Mən 2-ci qrup əlil olduğumdan məhkəmənin qərarından apelyasiya şikayəti vermək qərarına gəlmişdim. Həmin vaxt Gəncə Apelyasiya Məhkəməsində hakim köməkçisi vəzifəsində çalışan səninlə tanış olmuşdum. 2019-cu ilin sentyabr ayının ortalarında mən səninlə telefonla danışaraq Faiqin mənə dediyi məsələ üzrə Bərdə rayon Məhkəməsinin hökmünü ləğv etdirmək üçün yaxşı vəkil tanıyıb-tanımamasını soruşdum. 2019-cu ilin sentyabr ayının 19-da Faiqlə görüşərək hökmün ləğv olunması üçün 10000 manat pul istədim. Faiq həmin pulu hissə-hissə verə biləcəyini dedi. Həmin gün Faiq mənə 3000 manat pul verdi və biz Gəncə şəhərinə yola düşdük. Gəncə şəhərində səninlə Gəncə şəhəri Abbas Səhhət adına xəstəxananın yaxınlığında çayxanada görüşdük. Sən çay məclisində Faiqə Gəncə şəhərində yaxşı vəkillər olduğunu, həmin vəkillər vasitəsilə hökmü Gəncə Apelyasiya Məhkəməsində ləğv etdirməyin mümkün olduğunu dedin. Mən Faiqdən aşağı düşməsini və məni gözləməsini xahiş etdim. Faiq çölə çıxdıqdan sonra mən 3000 manat pulu sənə verdim. Bundan sonra mən Faiq ilə birlikdə Bərdə rayonuna qayıtdıq. Dekabr ayının ortalarına kimi mən hissə-hissə 3500, 1600, 1350 və 550 manat, ümumilikdə isə 10000 manat pulu Faiqdən yaşadığı X27 kəndinin girəcəyində götürüb sənə gətirib Gəncə şəhərində vermişəm.”-demişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən dахil оlmuş 08 iyun 2021-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materillarında olan Bərdə rayon Nazirli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdən daxil olan 10 oktyabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 –cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halı, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddələrinin sansksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətdə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətdə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulduğundan, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməsi məqsədəmüvafiq hesab edilir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X21rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar olmasa da, məhkəmə Azərbaycan ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə uğrunda İİ qrup əlilliyi olması və əlilliyə görə müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü və aylıq əmək pensiyası almağını məhkəmə yüngülləşdirən hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar ibtidai istintaq və məhkəmə baxışı zamanı müəyyən edilmədi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olması, ağırlaşdıran halların olmamasını, əməlini etiraf etməməsini və əməlindən səmimi peşmançılıq hissi keçirtməməsini, zərərçəkmiş şəxsin keçirtdiyi gərgin və emosional psixoloji vəziyyətindən istifadə etməsini (zərərçəkmiş şəxsin bir övladı ölmüş, digər oğlu Vətən Müharibəsində qazi olmuşdur), törətdiyi əməlin həmçinin ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələrinin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Çünki Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədlərini təmin edir. Belə ki, təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə ev dustaqlığında saxlanıldığı müddət də daxildir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Belə olan halda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4–cü maddələrində nəzərdə tutulmuş əməllər qəsdən törədilmiş az ağır cinayətlər olduğundan sonuncu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, məhkəmə iclas zalından dərhal həbs olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və sonuncu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və ona vurulmuş 10.000 manat məbləğində ziyanın Təqsirləndirilən şəxs alınaraq pna ödənilməsini xahiş etmişdir. Məhkəmə cinayət mühakimə icraatı qaydasında verilmiş mülki iddianı icraata qəbul etmişdir. Məhkəmə cinayət prosesinin tərəflərini dinləyib, mülki iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və mülki iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, mülki iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Böyük Göyüşlü kəndində yaşayan tanışı Zərərçəkmiş şəxs etibarından suiistifadə edərək, sonuncunun övladı X3 ehtiyyatsızlıqdan öldürülməsi faktı ilə bağlı Bərdə Rayon Məhkəməsi tərəfindən çıxarılmış hökmün Gəncə Apelyasiya Məhkəməsində ləğv etdirəcəyi barədə yalan vədlər verib, belə vədi yerinə yetirmək niyyətində olmayaraq, aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə, 2019-cu ilin sentyabr ayının 19-u tarixindən 2019cu ilin dekabr ayının ortalarına kimi olan müddətdə, bir neçə dəfə yəni, 3000, 3500, 1600, 1350 və sonuncu dəfə 550 manat olmaqla, ümumilikdə 10000 (on min) manat məbləğində nağd pul vəsaitini Bərdə rayonu Böyük Göyüşlü kəndinin girəcəyində ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu 10.000 manat məbləğində ziyanı ödəməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırki iş üzrə mülki iddia tələbi təmin edilməli, 10.000 manat məbləğində maddi ziyan Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş üzrə 110 (yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X4, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs səs yazıları olan 02 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4–cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 11 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 10.000 (on min) manat pul alınaraq Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X4, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №1(021)-34/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-34/2022
11.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver