Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-34/2023 11.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx xxxx 1961-ci il tarixdə Bərdə rayonu Həsənqaya kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu Həsənqaya kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktında əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş, yəni əkərək yetişdirmişdir. Belə ki o, 2022-ci ilin may ayında Bərdə rayonu Həsənqaya kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanunun İİİ siyahısına əsasən xeyli miqdarda, yəni 03 (üç) ədəd ümümi təmiz çəkisi 900 qram olan əkilib yetişdirilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib yetişdirərək kultivasiya etmiş, 31 avqust 2022-ci il tarixdə saat 13:45 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin kultivasiya edilmiş 03 (üç) ədəd narkotik tərkibli çətənə bitkiləri onun Bərdə rayonu Həsənqaya kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə rayonu, Həsənqaya kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Lakin qeyri rəsmi olaraq Tərtər rayonu Xoruzlu kəndində yerləşən “Patron” tum zavodunda fəhlə işləyib aldığı maaşla ailəsini dolandırır. 2022-ci ilin fevral ayında evinin yaxınlığında yerləşən su arxının kənarında yabanı halda olan bitən çətənə kollarında toxumları yığıb özündə saxlamışdır. Həmin toxumları heç kimin bilmədiyi yerdə gizlətmişdir. Toxumları 2022-ci ilin may ayında gizlətdiyi yerdən götürüb Vərdə rayonu Həsənqaya kəndində yerləşən fərdi yaşayış evinin arxa hissəsində yerləşən həyətyanı məhləsində əkməyə başlamışdır. Toxumları bir-birindən uzaq məsafədə əkmişdir ki, bir yerdə bitəndə heç kim görməsin. Əkdiyi toxumlardan 3 ədəd çətənə kolu bitməyə başlamışdır. Həmin 3 ədəd çətənə bitikisinə qulluq etməyə başlamışdır. Həmin bitkilərin dibini bel ilə yumşaldıb, dibinə su və peyin əlavə etmişdir. Həmin 3 ədəd çətənə kollarına qulluq etməyi nəticəsində böyüməyə başlamışdırlar. Narkotik tərkibli çətənə kollarını əkməyində məqsəd özü isifadə etmək olmuşdur. xx.xx.2022-ci il tarixdə evdə olan zaman evin giriş darvazasının dövüldüyünü eşitmişdir. O darvazanı açmış və polis əməkdaşlarının olduğunu bilmişdir. Polis əməkdaşları onun həyətyanı məhləsindədə narkotik tərkibli bitkilərin əkilib becərməyində şübhəli olduğunu bildirib evinin həyətyanı məhləsinə baxış keçirəcəklərini bildirmişdirlər. O polis əməkdalarına heç bir etiraz etməmiş və yazılı ərizəsində öz etirazının olmamasını rəsmiləşdirmişdir. Polis əməkdaşları, aqronomun və onun iştirakı ilə evinin həyətyanı məhləsinə videogörüntü vasitəsi ilə baxış keçirilməyə başlamışdırlar. Baxış zaman həyətaynı məhləsindən birinin uzunluğu 2,245 metr, birinin uzunluğu 2 metr , digərinin uzunluğu 1,95 metr uzunluqlarında kultivasiya etdiyi çətənə kollarını aşkar etmişdirlər. Polis əməkdaşları tərəfindən həmin çətənə kollarını qablaşdırıb götürülmüş və qablaşdırmanın üzərinə digər iştirakçılar kimi oda imza etmişdir. Sonra polis əməkdaşları özləri ilə onu polis şöbəsinə gətirmişdirlər. Polis şöbəsinin inzibati binasında hüquq və vəzifələri izah edildikdən sonra onun üzərində müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı onun əynində olan köynəyin qabaq cibindən 1 ədəd çəhrayı rəngli alışqan, 1 ədəd “Keno” markalı siqaret, əynində olan göy cins şalvarın cibindən 1 ədəd 10 manatlıq əskinas, 2 ədəd 1 manatlıq əskinas, 1 ədəd 20 qəpik, arxa cibindən 1 ədəd ağ kağız aşkar edilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təhqiqatçı şəxsi axtarış ilə bağlı protokol yazmış, həmin protokolu ucadan səsləndirmişdir. Protokola iştirakçılar tərəfindən irad və şikayət daxil olmamış və protokolu imzalamışdırlar. Məhkəmədən əməlindən səmimi peşman olmasını nəzərə alıb, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon polis şöbəsinin X2 əməliyyat müvəkkili işləyir, polis baş leytenantı rütbəsindədir. 31 avqust 2022-ci il tarixdə Bərdə rayonu, Həsənqaya kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə kollarını əkib becərməsi, narkotik vasitə saxlaması barədə məlumatlar daxil olmuşdur. Bundan sonra onun, Bərdə rayon X19 Patrol Xidməti Bölməsinin, polis nəfəri, polis serjantı X7 iştirakı ilə tərəflərindən Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və 31 avqust 2022-ci il tarixdə saat 14 radələrində adı çəkilən şəxs Bərdə rayonu Həsənqaya kəndində olduğu müəyyən edilmişdir. Bundan sonra Bərdə rayon Polis Şöbəsinin, Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Natiq Şirinov, həmin şöbənin Post Patrol Xidməti Bölməsinin, polis nəfəri, polis serjantı X11, həmin şöbənin KTQ-un inspektoru Şahid3 və aqronom Sahil Əhmədov ilə birlikdə həmin əraziyə getmişdirlər. Bərdə rayonu Həsənqaya kəndində Təqsirləndirilən şəxs yaşadığı evə yaxınlaşaraq həmin şəxsə qanunsuz olaraq narkotik tərkibli bitkilərin əkib-becərməsi ilə məşğul olmasını bildirmişdirlər və yaşadığı evə baxış keçirilməsinə etirazının olub – olmadığını soruşduqda Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmiş və bundan sonra onlar sonuncunun yaşadığı evin həyətyanı hissəsinin arxa tərəfindən 3 ədəd çətənə kolu aşkar etmişdirlər. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etdiyini həmin çətənə kollarını öz istifadəsi üçün becərdiyini bildirmişdir. Bundan başqa aqronom Sahil Əhmədov həmin kollara aqro-texniki qaydada qulluq olunduğunu və kultivasiya edildiyini bildirmişdir. Bundan sonra həmin kollar tərəflərindən kökləri ilə birlikdə çıxarılmış və qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs şöbəyə dəvət edilmiş və heç bir etiraz etməyərək onlarla birlikdə Bərdə rayon Polis Şöbəsinə gəlmişdir. Bərdə rayon X18 Seyidova hüquq və vəzifələri izah edildikdən sonra hüquqlarının müdafiəsi üçün dövlət hesabına X12 müdafiəçi qismində dəvət edilmiş. Bundan sorna yenidən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bunda sonra müvafiq protol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon X19 Patrol Xidməti Bölməsinin, polis nəfəri işləyirəm, polis serjantı rütbəsindədir. 31 avqust 2022-ci il tarixdə Bərdə rayonu, Həsənqaya kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə kollarını əkib becərməsi, narkotik vasitə saxlaması barədə məlumatlar daxil olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və 31 avqust 2022-ci il tarixdə saat 14 radələrində adı çəkilən şəxs Bərdə rayonu Həsənqaya kəndində olduğu müəyyən edilmişdir. Bundan sonra Bərdə rayon Polis Şöbəsinin, Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Natiq Şirinov, həmin şöbənin şöbənin KTQ-un inspektoru Şahid3 və aqronom Sahil Əhmədov ilə birlikdə həmin əraziyə getmişdirlər. Bərdə rayonu Həsənqaya kəndində Təqsirləndirilən şəxs yaşadığı evə yaxınlaşaraq həmin şəxsə qanunsuz olaraq narkotik tərkibli bitkilərin əkib-becərməsi ilə məşğul olmasını bildirmişdirlər və yaşadığı evə baxış keçirilməsinə etirazının olub – olmadığını soruşduqda Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmiş və bundan sonra onlar sonuncunun yaşadığı evin həyətyanı hissəsinin arxa tərəfindən 3 ədəd çətənə kolu aşkar etmişdirlər. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etdiyini həmin çətənə kollarını öz istifadəsi üçün becərdiyini bildirmişdir. Bundan başqa aqronom Sahil Əhmədov həmin kollara aqro-texniki qaydada qulluq olunduğunu və kultivasiya edildiyini bildirmişdir. Bundan sonra həmin kollar tərəflərindən kökləri ilə birlikdə çıxarılmış və qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs şöbəyə dəvət edilmiş və heç bir etiraz etməyərək onlarla birlikdə Bərdə rayon Polis Şöbəsinə gəlmişdir. Bərdə rayon X18 Seyidova hüquq və vəzifələri izah edildikdən sonra hüquqlarının müdafiəsi üçün dövlət hesabına X12 müdafiəçi qismində dəvət edilmiş. Bundan sorna yenidən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bunda sonra müvafiq protol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri iə birlikdə ünvan 1 ünvanında yaşayır. O X20 Mühafizə Fumiqasiya və Zərərsizləşdirmə Mərkəzinin aparıcı aqronom vəzifəsində işləyir. Bərdə rayonu, Həsənqaya kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluq əlaqəsi olmamış, aralarında düşmənçilik və ədavət olmamışdır. 31 avqust 2022-ci il tarixdə mən işdə olan zaman Bərdə rayon polis şöbəsindən Bərdə rayonu, Həsənqaya kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyani sahəsinə baxış keçiriləçəyi barədə məlumat verilmişdir. O aparıcı aqranom kimi həmin baxışda iştrak etmək üçün rayon polis şöbəsinin əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Həsənqaya kəndinə getmişdir. Bundan sonra Bərdə rayon polis şöbəsinin əməkdaşları və onun iştrakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirmiş, baxış zamanı fərdi yaşayış evinin həyətyanı sahəsini arxa hissəsində yerləşən bağda ümumilikdə 03 ədəd yaşıl rəngli kəskin spesifik iyli, narkotik xassəli çətənə kollarına bənzər bitki kolları aşkar edilmişdir. Aşkar olunmuş 03 ədəd dibçəkdə olan çətənə koluna ilkin baxış keçirilən zaman aqrotexniki qaydada qulluq olunduğu yəni becərildiyi müəyyən edilmişdir. Buna görədə o rəy yazmışdır. Həmin çətənə bitkilərinin kolları çıxarılmış və qablaşdırılmışdır. İbtidai istintaq zamanı ifadə vermiş və məhkəmə iclas zalında ifadəsi tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşayır. O Bərdə rayon Polis Şöbəsinin KTQ-un baş inspektor kriminalisti, polis baş leytenantı rütbəsindədir. 31 avqust 2022-ci il tarixdə Bərdə rayonu, Həsənqaya kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə kollarını əkib becərməsi, narkotik vasitə saxlaması barədə məlumatlar daxil olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və 31 avqust 2022-ci il tarixdə saat 14 radələrində adı çəkilən şəxs Bərdə rayonu Həsənqaya kəndində olduğu müəyyən edilmişdir. Bundan sonra Bərdə rayon Polis Şöbəsinin, Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Natiq Şirinov, aqronom Sahil Əhmədov ilə birlikdə həmin əraziyə getmişdirlər. Bərdə rayonu Həsənqaya kəndində Təqsirləndirilən şəxs yaşadığı evə yaxınlaşaraq həmin şəxsə qanunsuz olaraq narkotik tərkibli bitkilərin əkib-becərməsi ilə məşğul olmasını bildirmişdirlər və yaşadığı evə baxış keçirilməsinə etirazının olub – olmadığını soruşduqda Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmiş və bundan sonra onlar sonuncunun yaşadığı evin həyətyanı hissəsinin arxa tərəfindən 3 ədəd çətənə kolu aşkar etmişdirlər. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etdiyini həmin çətənə kollarını öz istifadəsi üçün becərdiyini bildirmişdir. Bundan başqa aqronom Sahil Əhmədov həmin kollara aqro-texniki qaydada qulluq olunduğunu və kultivasiya edildiyini bildirmişdir. Bundan sonra həmin kollar tərəflərindən kökləri ilə birlikdə çıxarılmış və qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs şöbəyə dəvət edilmiş və heç bir etiraz etməyərək onlarla birlikdə Bərdə rayon Polis Şöbəsinə gəlmişdir. Bərdə rayon X18 Seyidova hüquq və vəzifələri izah edildikdən sonra hüquqlarının müdafiəsi üçün dövlət hesabına X12 müdafiəçi qismində dəvət edilmiş. Bundan sorna yenidən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bunda sonra müvafiq protol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan 06 iyul 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi” haqqında protokoldan və həmin protokola əlavə edilmiş video çəkilişdən görünür ki, Bərdə rayon X10 bölməsinin təhqiqatçısının və Cinayət Axtarış Bölməsinin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonunun Həsənqaya kəndində yerləşən evin həyətinə videoçəkilişlə baxış keçirilmiş, həmin evin həyətyanı sahəsinin sol hissəsində yerləşən bağdan ümumilikdə 03 ədəd yaşıl rəngli, kəskin spesifik iyli, narkotik xassəli çətənə kollarına bənzər bitki kolları aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş 06 iyul 2022-ci il tarixli “şəxsi axtarış və götürmə” haqqında tərtib edilmiş protokoldan görünür ki, Bərdə rayon Polis Şöbəsinin inzibati binasının xidməti otağında, müdafiəçi X8 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı onun üzərindən narkotik vasitə, psixotrop maddə və cinayət xarakterli əşya aşkar edilməmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması” haqqında protokoldan görünür ki, 31 avqust 2022-ci il tarixdə saat 15:20 dəqiqədə Təqsirləndirilən şəxs Bərdə rayon X10 Bölməsinin təhqiqatçısı polis kapitanı X13 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Bərdə rayonu, Həsənqaya kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həytindən aşkar olunaraq götürülmüş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını aldığı əldə etdiyi şəxsin şəxsiyyətinin və olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, ancaq müsbət nəticə əldə olunmamışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və satması barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs adına Azercell, Bakcell, Nar mobile operatorlarından nömrə qeydiyyat edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 01 sentyabr 2022-ci il tarixli 16/1045 nömrəli rəyində göstərilmişdir ki; tədqiqata təqdim olunmuş üzərində imzalar və yazılar olan kisə bağlamadakı, ümumi sayı 3 (üç) ədəd, ümumi çəkisi 900 qram olan bitki nümunəlıri əkilibbecərilməsi qadağan olunmuş nakotik tərkibli çətənə (kannabis) bitkiləridir. Bundan başqa Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və X6 regional mərkəzinin 31 avqust 2022-ci il tarixli, aparıcı aqronom Şahid4 tərəfindən verilmiş rəydən görünür ki, Bərdə rayonu Həsənqaya kənd sakini Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsinə baxış keçirən zaman,aşkar edilmiş 3 ədəd narko xassəli bitkilərə aid olan çətənə koluna aqrotexniki qaydada qulluq olunmuş və becərilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 16 noyabr 2022-ci il tarixli 1567 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrədən istifadə edir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoliji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. Cinayət işi materiallarında olan 02 sentyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli biliniyindən təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən dахil оlmuş 15 sentyabr 2022-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs yaşadığı evin həyatyanı sahəsindən aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 900 qram olan narkotik tərkibli 03 ədəd çətənə (kannabis) bitkisinin ekspertiza tədqiqatından sonra qalıq 899,94 qram narkotik vasitə cinаyət işi üzrə mühüm əhəmiyyət kəsb еtdiyindən mаddi sübut kimi таnınmış və Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına verilmişdir. Beləliklə, istintaqla sübut edilmişdir ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş, yəni əkərək yetişdirmişdir. Belə ki o, 2022-ci ilin may ayında Bərdə rayonu Həsənqaya kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanunun İİİ siyahısına əsasən xeyli miqdarda, yəni 03 (üç) ədəd ümümi təmiz çəkisi 900 qram olan əkilib yetişdirilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib yetişdirərək kultivasiya etmiş, 31 avqust 2022-ci il tarixdə saat 13:45 radələrində Bərdə RPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin kultivasiya edilmiş 03 (üç) ədəd narkotik tərkibli çətənə bitkiləri onun Bərdə rayonu Həsənqaya kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqa tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın mədudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X16rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 31 avqust 2022-ci il tarixdən 02 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs оğlunun üzərinə ünvan 4i ünvanında yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. İş materiallarında olan 09 dekabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üzrə önəm kəsb etdiyindən işdə olan təqsirləndirilən şəxs, şahidlərin ifadələri, istintaq hərəkətləri protokolları, 2 ədəd DVD disklər, məhkəmə-bioloji, məhkəmə-narkoloji ekspertizalarının rəyləri və digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evin həyatyanı sahəsindən aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 900 qram olan narkotik tərkibli 03 ədəd çətənə (kannabis) bitkisinin qalıq, 899,94 qram cinayət prosesi üçün mötəbər dəlil olduğundan iş üzrə maddi sübut kimi hesab olunmuş,saxlanması üçün Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan 900 qram olan narkotik tərkibli 03 ədəd çətənə (kannabis) bitkisinin qalıq, 899,94 qramı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 02 ədəd “DVD” cinayət işi üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 31 avqust 2022-ci il tarixdən 02 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, X3 üzərində qəti olaraq 11 (on bir) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs оğlunun üzərinə ünvan 5i ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, habelə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək və narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 30.40 (otuz manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X4, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. İş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan 900 qram olan narkotik tərkibli 03 ədəd çətənə (kannabis) bitkisinin qalıq, 899,94 qramı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. HаkimElsun Əhmədov
Məhkəmə qərarları › İş №1(021)-34/2023
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-34/2023
11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver