Məhkəmə qərarları › İş №1(021)-35/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-35/2022

06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-35/2022 06.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx.xx.1982-cı il tarixdə Bərdə rayon Zümürxaç kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəliyyət ilə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayon Zümürxaç kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 9000 manat məbləğində pul və ödənilmiş 30,00 manat dövlət rüsumunun alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Bərdə Rayon Məhkəməsinin 29.10.2019-cu il tarixli, 2(021)-3729/2019 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Bərdə Rayon Məhkəməsinin 26.11.2020-ci il tarixli, 3(021)-1355/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək, 29.06.2020-ci il, 10.07.2020-ci il, 11.08.2020-ci il, 18.08.2020-ci il, 02.02.2021-ci il və 12.03.2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 14 aprel 2021-ci il tarixədək 9030,00 manat məbləğində borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, on ildən artıqdır ki, iri buynuzlu mal qara alveri ilə məşğuldur. Zərərçəkmiş şəxs Tofiq oğlu ilə 2017-ci ildə Bərdə rayon Alpoud kəndinin ərazisində yerləşən “Mal” bazarında özünə məxsus yük avtomobili ilə heyvanların daşınması ilə məşğul olduğu üçün tanış olmuş və onun alıb satdığı iri buynuzlu heyvanların daşınmasını ödəniş etməyi müqabilində həyata keçirmişdi. 2018-ci ildə Zərərçəkmiş şəxs şərikə mal alveri etməklərini təklif etmişdir. Bir ildən artıq müddətə yoldaşlıq etdiklərinə görə onunla şərik olmağa razılaşmışdı. Aralarında olan şifahi razılaşmaya görə Zərərçəkmiş şəxs ona 8000,00 manat şərik mal alveri etmək üçün pul vermişdi. Həmin şəriklik müddətində hər həftə mal bazarı günündə Zərərçəkmiş şəxs payına edilən alverdən 150,00 manat düşürdü. 2019-cu ildə ayağı qırıldığı üçün alver edə bilməmiş və özünün həyətində saxladığı alver üçün nəzərdə tutulmuş iri buynuzlu 8 heyvandan 2-si öldüyü üçün Zərərçəkmiş şəxs ilə qalan 6-sını satmış, lakin arada ziyan etdiklərinə görə Kənan ona şərik alver etmələri üçün verdiyi pulu geri istəyərək şərikliyi pozmuşdu. Şərik işlədikləri dövrdə Kənan ondan istifadəsində olan avtomobilin mühərrikini düzəldilməsi üçün 1600,00 manat, bacısına ev aldığını bildirərək 2000,00 manat, bir dəfədə avtomobilinin təkərlərinin dəyişilməsi üçün 1600,00 manat alaraq geri qaytarmadı ki, bir yerdə işləyirlər həftəlik ona düşən paydan çıxar. Lakin Kənan şərikliyi pozduqdan sonra verdiyi 5200,00 manat pulu danmış və ondan verdiyi puldan da artıq, yəni 9000,00 manat pulu qaytarmağını tələb etmişdi. Dəfələrlə ondan verdiyi pulu bütöv istədiyi üçün o onu qaytarmayacağını, çünki şərikə qoyduğu 8000,00 manat məbləğində pulun 5200,00 manatın nəğd şəkildə qalanın isə şərikliyin qaydalarına uyğun olaraq ölən heyvanlarda olan ziyanlığın yarısı qədər etmişdi. Bundan sonra Zərərçəkmiş şəxs ilk növbədə Bərdə RPŞ-nə müraciət etmiş və həmin şöbədə onun əməlində cinayət tərkibi olmadığı üçün Kənana məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də Bərdə Rayon Məhkəməsində işə baxılaraq 29 oktyabr 2019-cu il tarixli, 2(021)-3729/2019 saylı qətnaməsi ilə ondan 9000,00 manat məbləğində pul və ödənilmiş 30,00 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs Tofiq oğluna ödənilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayət vermiş, lakin şikayəti təmin olunmamışdır. Bundan sonra qətnamə icra olunması üçün Bərdə rayon icra və probasiya şöbəsinə göndərilmişdi. Kənanın ədalətsizliyinə görə heç bir ödəniş etməmişdir. Lakin bununla belə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə hörmət edir. Məhkəmə qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada həbs edilmişdir. O, məhkəmə iclas zalında zərərçəkmiş şəxsə 1000 (bir min) manat ödəniş edib, əməlindən peşman olduğunu bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs oğlunun təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs Tofiq oğlu məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2017-ci ildə özünə məxsus “Kamaz” markalı yük avtomobili ilə Bərdə rayon Alpoud kəndinin ərazisində yerləşən “Mal” bazarına iri buynuzlu heyvanların daşınması ilə məşğul olarkən tanış olmuşdur. Təqsirləndirilən şəxs ilə dostluq münasibətləri olduğu üçün ondan mal-qara alverini genişləndirmək məqsədi ilə 12000,00 manat borc pul istədiki iki-üç aya əlində dövr etdirib qaytaracaq. O, Orxan ilə dost olduğuna görə ona inanıb etibar etdiyi üçün 2018-ci ilin oktyabr ayında iki aya qaytarmaq şərti ilə 12000,00 manat pul vermişdir. Borc verdiyi vaxtdan bir neçə ay keçdikdən sonra Təqsirləndirilən şəxs ona borclu olduğu 12000,00 manatı qaytarmağını bildirsə də sonuncu ona cəmi 3000,00 manat pul qaytarmışdır. Bundan sonra Təqsirləndirilən şəxs dəfələrlə istifadəsində olan mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq ona borclu qaldığı qalan 9000,00 manat pulu qaytarmasını bildirməyinə baxmayaraq heç bir nəticəsi olmamış və həmin borcdan heç nə ödəməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qarşı məhkəmədə iddia qaldırmış və Bərdə Rayon Məhkəməsinin 29.10.2019-cu il tarixli, 2(021)-3729/2019 saylı qətnaməsi ilə borclu Təqsirləndirilən şəxs 9000,00 manat məbləğində pul və ödənilmiş 30,00 manat dövlət rüsumu alınaraq ona ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Bərdə Rayon icra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmişdir. Ona məhkəmə dövründə çox vaxt verildi, lakin 1000 manat ödəyərək cəzadan qurtarmaq istəyir. Ona ən ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 oğlu göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 29.10.2019cu il tarixli, 2(021)-3729/2029 saylı qətnaməsi ilə borclu Təqsirləndirilən şəxs 9000,00 manat məbləğində pul və ödənilmiş 30,00 manat dövlət rüsumu alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Göstərilən icra vərəqəsinin 11.06.2020-ci il tarixdə icraatına başlanılmış və tələbin könüllü təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Borcluya icra sənədi üzrə öhdəliyini icra etməsi üçün rəsmi xəbərdarlıqlar edilsə də, borclu icra sənədi üzrə tələbi təmin etməmişdir. Borclunun yaşayış yeri məlum olmadığından 27.10.2020-ci il tarixdə borclunun axtarışı haqqında qərar qəbul edilərək icra edilməsi üçün Bərdə Rayon Polis şöbəsinə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs 26.11.2020-ci il tarixdə Bərdə Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmiş və o, tələbi təmin etmədiyi üçün borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə Rayon Məhkəməsinin 26.11.2020-ci il tarixli, 3(021)-1355/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İcra tədbiri olaraq 21.01.2021-ci il tarixdə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatla Bərdə Rayon Məhkəməsinə müraciət edilmiş və Bərdə Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli, 8(021)-27/2021 saylı qərardadı ilə təqdimat təmin edilərək borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ icra sənədi tam icra olunana qədər müvəqqəti məhdudlaşdırılmışdır. Borclunun ümumiyyətlə tələbkara heç bir ödəniş etməməsi, inzibati məsuliyyətə cəlb edilməsi, inzibati məsuliyyətdən sonra tələbkarın xeyrinə ödəniş etməməsi, icra məmurunun qanuni tələbini yerinə yetirməməsi və dəfələrlə cinayət məsuliyyəti barədə xəbərdarlıqlara məhəl qoymaması onun məhkəmə qərarını icra etməkdən qərəzli olaraq boyun qaçırmasına səbəb yaradır. Təqsirləndirilən şəxs icra üçün yeni müddət təyin edilmiş, habelə həmin müddət keçdikdən sonra, borclu olduğu məbləğin ödənilməsi tərəfindən təmin edilməsə, barəsində qanunvericiliyə müvafiq qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıqlar olunmuş, lakin borclu yenə də, qanunsuz hərəkətlərini davam etdirmişdir. Təqsirləndirilən şəxs indiyədək tələbkar Zərərçəkmiş şəxs borcundan heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Bərdə şəhər icra və probasiya şöbəsinin icra məmuru Şahid2 Şahid1 izahatına uyğun izahat verərək Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli icra etməməsini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 ifadəsində göstərdi ki, o, Bərdə rayon Zümürxan kəndində anadan olmaqla həmin kənddə ailəsi ilə birlikdə yaşayır. Qarabağ uğrunda gedən döyüşlərdə, yəni 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə yaralanaraq müharibə iştirakçısı kimi hərbi hissə sıralarından təlxis olunmuşdur. Zümürxan kənd orta məktəbində 1990-cı il tarixdən gözətçı olaraq işləyir. Eyni zamanda o, 30 ildən artıqdır ki, iri buynuzlu mal-qara alveri ilə məşğuldur. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Təqsirləndirilən şəxs ilə son il yarım iki ildir ki, birlikdə iri buynuzlu mal qara alveri ilə məşğuldular və Orxan o əlil olduğuna görə ona işçi kimi kömək edir və hər mal bazarı günündə, yəni hər həftənin 5-ci günləri 100-200 manat arası maaş qismində ona pul ödədiyinə görə pul müqabilində ona köməklik edir. Onun Təqsirləndirilən şəxs Qaşay oğlunun kiməsə pul borcu olduğundan məlumatı olmayıbdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid4 ifadəsində göstədi ki, o, ailəsi ilə birlikdə Bərdə rayon Zümürxan kəndində ata evində yaşayır. Onun bir oğlu və bir qızı var. Özünə məxsus evin həyətyanı hissəsində tövlə tikdirməklə orada inək saxlayır və saxladığı inəklər bala verdikdən sonra satdırmaqla məşğuldur. Həmkəndlisi Təqsirləndirilən şəxs başqa kəntdən olan Zərərçəkmiş şəxs ilə birlikdə şərik olaraq iri buynuzlu mal qara alveri etdiklərini bilirdi, lakin aralarında olan pul məsələsindən xəbəri olmamışdır. Sonradan eşitmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisi Orxanı pul tələbi ilə bağlı məhkəməyə vermişdir. Buna görə də Bərdə Rayon Məhkəməsinin 29.10.2019-cu il tarixli, 2(021)- 3729/2019 saylı icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs 9000,00 manat məbləğində pul və ödənilmiş 30,00 manat dövlət rüsumu alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra etmədiyinə görə Bərdə Rayon Məhkəməsinin 26.11.2020-ci il tarixli, 3(021)-1355/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müdətində inzibati qaydada həbs edilmişdir. Həmkəndlisi Təqsirləndirilən şəxs digər həmkəndlisi X1 ilə şərikə onun və digər həmkəndlilərinin ya bordaq olaraq saxlayıb kökəltdikləri danaları ya da inək alıb saxlayıb bala verdikdən sonra onlardan alıb Bərdənin mal bazarında ölkəmizin müxtəlif yerlərindən həmin bazara gələn şəxslərə sataraq qazanc əldə edirlər. Həftənin beşinci günü ondan 2000,00 manata aldıqları yanı balalı inəyi Bərdə mal bazarında sataraq Şahid3 dediyinə görə hərəsinə 100-200 manat məbləğində qazanc qalmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid5 ifadəsində bildirdi ki, o, ailəsi ilə birlikdə Bərdə rayon Zümürxan kəndində özünə məxsus evdə yaşayır. Onun bir oğlu və bir qızı var. Özünə məxsus pay torpaq sahəsində əkin biçinlə məşğuldur eyni zamanda özünə məxsus evin həyətyanı hissəsində tövlə tikdirməklə bordağa dana saxlayıb kökəldib satdırmaqla məşğuldur. Həmkəndlisi Orxanın başqa kəntdən olan Zərərçəkmiş şəxs ilə birlikdə şərik olaraq iri buynuzlu mal qara alveri etdiklərin bilirdi, lakin aralarında olan pul məsələsindən xəbəri olmamışdır. Sonradan eşitmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisi Orxanı pul tələbi ilə bağlı məhkəməyə vermişdir. Buna görə də Bərdə Rayon Məhkəməsinin 29.10.2019-cu il tarixli, 2(021)-3729/2019 saylı icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs 9000,00 manat məbləğində pul və ödənilmiş 30,00 manat dövlət rüsumu alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra etmədiyinə görə Bərdə Rayon Məhkəməsinin 26.11.2020-ci il tarixli, 3(021)-1355/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. Həmkəndlisi Təqsirləndirilən şəxs digər həmkəndlisi Şahid3 ilə şərikə onun və digər həmkəndlilərinin bordaq olaraq saxlayıb kökəltdikləri danaları onlardan alıb Bərdənin mal bazarında ölkəmizin müxtəlif yerlərindən həmin bazara gələn şəxslərə sataraq qazanc əldə edirlər. Hər həftənin beşinci günü Bərdə mal bazarında bizlərdən aldıqları malı sataraq Şahid3 dediyinə görə hərəsinə hər həftə 100-200 manat məbləğində qazanc qalır, yəni hər həftə həmin məbləğdə gəlir əldə edirlər. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid6 Qaçay oğlu ifadəsində bildirdi ki, o, ailəsiylə birlikdə Bərdə rayon Zümürxan kəndində özünə məxsus evdə yaşayır. Onun üç qızı bir oğlu var. Özünə məxsus olan pay torpaq sahəsini əkib becərir və onunla ailəsini dolandırır. Üç qızı ailə qurub köçüblər bir oğlu isə subaydı və onunla birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun qardaşıdır. Qardaşı Təqsirləndirilən şəxs yaşadığları kəntdə həmkəndlilərindən iri buynuzlu mal qara alaraq bazarda satıb ailəsini dolandırır. Zərərçəkmiş şəxs ilə birlikdə şərik olaraq iri buynuzlu mal qara alveri etdiklərini bilirdi, lakin aralarında olan pul məsələsindən xəbəri olmamışdır. Sonradan eşitmişdir ki, Zərərçəkmiş şəxs qardaşını pul tələbi ilə bağlı məhkəməyə vermişdir. Buna görə də Bərdə Rayon Məhkəməsinin 29.10.2019-cu il tarixli, 2(021)-3729/2019 saylı icra sənədinə əsasən borclu qardaşı Təqsirləndirilən şəxs 9000,00 manat məbləğində pul və ödənilmiş 30,00 manat dövlət rüsumu alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət olunmuşdur. Qardaşı Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra etmədiyinə görə Bərdə Rayon Məhkəməsinin 26.11.2020-ci il tarixli, 3(021)-1355/2020 saylı qərarı ilə qardaşı Təqsirləndirilən şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. Qardaşı son bir ildir ki, həmkəndlisi Şahid3la birlikdə şərikə iri buynuzlu mal qara alveri ilə məşğul olmaqla hər mal bazarı günündə yəni həftədə bir dəfə 100-200 manat arası qazancı olur və öz tələbatına xərcləyir. Qardaşı şəriki Şahid3la birlikdə əsasən kənd sakinlərinin bordaq olaraq saxladıqları və kökəltdikləri danaları onlardan alıb bazarda tanımadıqları adamlara sataraq qazanc əldə edirlər. Cinayət işinin 110-111-ci vərəqələrində olan 13 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddində nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 01 oktyabr 2021-ci tarixli “axtarışda olan şəxsin tutulması haqqında” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 01 oktyabr 2021-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 141-142-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında 03 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 144-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında 03 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun Bərdə RPŞ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin 11-17-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 29 oktyabr 2019cu il tarixli, 2(021)-3729/2019 saylı qətnaməsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 9000 manat məbləğində pul və ödənilmiş 30,00 manat dövlət rüsumunun alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət olunmuşdur. Cinayət işinin 18-ci vərəqəsində olan Bərdə Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2(021)-3729/2019 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 9000 manat məbləğində pul və ödənilmiş 30,00 manat dövlət rüsumunun alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi müəyyən edilmişdir. Cinayət işinin 20-24-cü vərəqələrində olan Gəncə Apellyasiya Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli qətnaməsindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2(021)-3729/2019 saylı qətnaməsindən cavabdeh Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin ounmamış, Bərdə Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2(021)-3729/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 47-50-ci vərəqələrində olan Bərdə rayon Məhkəməsinin 26 noyabr 2020ci il tarixli, 3(021)1355/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlu Bərdə Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2(021)-3729/2019 saylı icra sənədi üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətində inzibati həbs tənbehi tətbiq olunmuşdur. Cinayət işinin 57-ci vərəqəsində olan Bərdə rayon Məhkəməsinin 8(021)27/2021 saylı, 15 fevral 2021-ci il tarixli qərardan görünür ki, Bərdə Rayon Məhkəməsinin 29 oktyabr 2019cu il tarixli, 2(021)-3729/2019 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs oğlunun ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi üzrə müəyyən edilmiş borcunu ödəyənədək məhdudlaşdırılmışdır. Cinayət işinin 28, 29, 30, 33, 64, 66-cı vərəqəsində olan 29.06.2020-ci il, 10.07.2020-ci il və 11.08.2020-ci il , 13.08.2020-ci il , 02.02.2021-ci il , 12.03.2021-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs oğluna məhkəmə qərarı üzrə gün müddətində tələbi təmin etməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsi üzrə təqdimat hazırlanaraq istintaq orqanına göndəriləcəyi barədə xəbərdarlıq edilmişdir. Cinayət işinin 89-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlunun məhkumluğu olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 16 mart 2022-ci il tarixli Aktdan görünür ki, Təqsirləndirilən şəxs oğlu məhkəmə iclas zalında borclu olduğu puldan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs 1000 (bir min) manat ödəniş etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdiyi ifadələri ilə və digər iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, ailəsi olmasını, himayəsində 3 azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını, cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, təqsirkarın şəxsiyyətini, qətnamənin icra olunmasına marağının olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2021-ci il tarixində təqsirləndirilən şəxs qismində cəlb olunmuş, 01 oktyabr 2021-ci il tarixdə tutulmuş, 03 oktyabr 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm elan olunduğu andan ləğv olunmalı, barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə zalından həbsə alınmalıdır. Buna görə də Təqsirləndirilən şəxs cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni 06 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 (iki) gün müddət -01 oktyabr 2021-ci il il tarixdən 03 oktyabr 2021-ci il tarixədək olan müddət nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən 01 oktyabr 2021-ci il tarixindən 03 oktyabr 2021-ci il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlıqdan məhrum etmənin 01 (bir) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni 06 aprel 2022- ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar