Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-35/2023 08.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuş, Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Suraxanı Rayon Məhkəməinin qərarı ilə 03 ay 17 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2020-ci il tarixdə cəza müddətinin sonu ilə əlaqədar qeyiyyatdan çıxarılmış, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, tutulanadək ünvan 2 yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında”28 iyun 2005-ci il tarixli Qanunun İ siyahısının 5-ci bəndində göstərilən kağız paketdəki 4 (dörd) ədəd ayrı-ayrı şəffaf polietilen kəsiyi bükümlərində təmiz çəkiləri 0,403 qram, 0,325 qram, 0,359 qram və 0,370 qram olmaqla ümumi təmiz çəkisi 1,457 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamış, 08 oktyabr 2022-ci il tarixdə saat 17:00 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə şəhəri, B.Hacıyev küçəsində saxlanılıb Bərdə şəhəri, ünvan 3 ünvanında yerləşən Bərdə rayon PŞ-nin inzibati binasına gətirələrək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan gödəkçənin sağ yan cibindən kağız paketdəki 4 (dörd) ədəd ayrı-ayrı şəffaf polietilen kəsiyi bükümlərində təmiz çəkiləri 0,403 qram, 0,325 qram, 0,359 qram və 0,370 qram olmaqla ümumi təmiz çəkisi 1,457 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailədə 4 uşağ olduqlarını, balaca qardaşı Namiq valideynləri ilə birlikdə yaşadığını, ailə həyatı qurmadığı üçün bir ilə yaxındır ki, Bərdə şəhəri, Yeni Məhəllələr yaşayış massivində Xəyalə adlı bir qadınla qeyri-rəsmi olaraq kirayə evdə yaşadığını, rəsmi olaraq heç bir yerdə işləmədiyini, dəmir yığıb satmaqla çörək pulu qazandığını, təxminən 10 ildən artıqdır ki, narkotik vasitənin heroin növündən inyeksiya yolu ilə istifadə etdiyini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün tutulduğunu, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə, sonuncu dəfə isə 2019-cu ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tutulduğunu, 2020ci ilin yanvar ayında ona verilmiş 01 il azadlıqdan məhrum etmə növündə cəzanı çəkib qurtardığını, həmin vaxtdan indiyədək başqa hər hansı bir cinayət törətmədiyini, bir həftə əvvəl Bərdə şəhəri, Yeni Məhəllələr yaşayış massivində küçədən yerdən bir kağızda içərisində 4 ədəd polietilen bükümdə əşya tapdığını, həmin əşyaya baxanda narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitə olan heroini üzərində gəzdirib saxladığını və arabir ondan istifadə etdiyini, 08 oktyabr 2022-ci il tarixdə saat 17:00 radələrində Bərdə şəhərində B.Hacıyev küçəsi ilə piyada gedərkən tanımadığı bir neçə mülki geyimdə şəxslər onu saxlayıb, özlərini Bərdə rayon Polis şöbəsinin əməkdaşları kimi təqdim edib onu Bərdə rayon PŞ-nə dəvət etdiklərini, Bərdə rayon PŞ-də ona hüquq və vəzifələri izah edildiyini, ona müdafiəçi tutmaq hüququ izah edildiyini, özünün istəyi ilə Bərdə rayonunda fəaliyyət göstərən vəkil X3 təqdim edildiyini, vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirdiyini, üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl ona üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş əşya olub-olmadığı soruşulduğunu, üzərində əvvəl tapdığı narkotik vasitə olan heroin olduğunu bildirib əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd kağız paketdəki 4 ədəd polietilen bükümlərdə heroini masanın üzərinə qoyduğunu, vəkilinin iştirakı ilə həmin kütlələrə baxış keçirildiyini, həmin kütlə kağız bükümün içərisində şəffaf polietilen bükümlərdə elektron tərəzidə çəkildiyini, həmin bükümləri təxminən bir həftə əvvəl Bərdə şəhəri, Yeni Məhəllələr yaşayış massivindən tapdığını, özü istifadə etdiyi üçün üzərində saxladığını dediyini, üzərinə şəxsi axtarış keçirildiyini, başqa hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş əşya aşkar edilmədiyini, üzəindən aşkar edilmiş kütlə digər iştirakçıların gözü qarşısında zərfə qoyulub qablaşdırıldığını, möhürlənib götürüldüyünü, bu barədə də protokol tərtib edildiyini, protokolun doğruluğunu digər iştirakçılarla birlikdə təstiq etdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, üzərindən aşkar edilən 4 ədəd bükülüdə heroini yerdən tapdığını, narkotik vasitələrin istifadəçisi olduğundan o, narkotik vasitəni şəxsi istifadəsi üçün taparaq əldə etdiyini və üzərində saxladığını, o, narkotik vasitələrin alqı-satıqısı ilə məşğul olmadığını, narkotik vasitə saxlamağını heç kim bilmədiyini bildirmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi özünün qismən etirafı ilə yanaşı, şahidləri dindirmə protokolları, baxış keçirilməsi haqqında protokol, ekspert rəyləri, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində Şahid2 ifadəsində göstərdi ki, o, Naxçıvan MR-nın Culfa rayonunda anadan olmuş, hal-hazırda Bərdə şəhəri E.Əsədov küçəsində yaşayır, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. 08 oktyabr 2022-ci il tarixdə Bərdə şəhəri Yeni yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri saxlaması, gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğunu, Təqsirləndirilən şəxs 08 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində Bərdə şəhəri B.Hacıyev küçəsində saxlanıldığını və Bərdə RPŞ-yə gətirildiyini, burada Təqsirləndirilən şəxs müdafiəçi Xanım İsayeva dəvət edilməklə təhqiqatçı Yusif Əliyev tərəfindən şübhəli şəxs qismində tutulduğunu, hüquq və vəzifələri izah edildiyini, bundan sonra onun, Bərdə RPŞ-nin digər əməkdaşları, polis baş leytenantı Şahid1, polis serjantı Tarıyel Əliyevin və müdafiəçi Xanım İsayevanın iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlandığını, təhqiqatçı X9 Nəcəfova hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini dediyini, bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd rəngli gödəkcənin sağ cibindən dörd ədəd sellofan bükümü çıxarıb təqdim etdiyini, Təqsirləndirilən şəxs kağıza bükülmüş maddənin “kakos” adı ilə tanıdığı heroin olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdiyini, bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirildiyini, üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilmədiyini, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə elektron tərəzi vasitəsilə ölçüldüyünü, aşkar edilmiş narkotik vasitəyə bənzər maddələr təhqiqatçı Yusif Əliyev tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırıldığını, Bərdə RPŞ-nin 94 nömrəli möhürü ilə möhürlənərək təhqiqatçı tərəfindən götürüldüyünü, şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək ucadan oxunaraq imzalarla təsdiq edildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təstiq etmişdir. Məhkəmə iclasında iş üzrə Şahid1 ibtidai istintaq zamanı Şahid3 və Şahid2 ifadəsinə uyğun vermiş olduğu ifadəsi elan olundu. Cinayət işinin 1-ci vərəqəsində olan 09 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb Bərdə rayon PŞ-nin CAB-nə, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bərdə şəhəri, Yeni Məhəllələr yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə 08 oktyabr 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 08 oktyabr 2022-ci il tarixdə saat 17:00 radələrində Bərdə şəhəri, B.Hacıyev küçəsində saxlanılaraq Bərdə rayon PŞ-nə gətirilməsi, onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçənin sağ yan cibindən 04 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,403 qram, 0325 qram, 0,359 qram, 0,370 qram, ümumi təmiz çəkisi 1.457 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 09-cu vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 08 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 08 oktyabr 2022-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 51-52-ci vərəqələrində olan 10 oktyabr 2022-ci il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət əməli həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin 54-56-cı vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 84-90-cı vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir, həbs etmənin əvvəli 08 oktyabr 2022-ci il tarixdən saat 19:00-dan hesablanmışdır. Cinayət işinin 35-38-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 bölməsinin 09 oktyabr 2022-ci il tarixli 16/1178 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddəyə bənzər kütlələr....” sözlər və imzalar olan kağız paketdəki, 4 (dörd) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,403 qram, 0,325 qram, 0,359 qram, 0,370 qram ümumi təmiz çəkisi 1,457 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroindir, -Tədqiqata təqdim edilmişbir ədəd kağız paketdəki heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. -Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Qeyd: Heroinin təmiz çəkisi-1.457 qram, tədqiqat cəmi sərf edildi-0.2 qram, (hər ob.0.05 qr) qalıq 1.257 qram (Aparılmış tədqiqatın dəyəri 32.40 manat təşkil edir) Cinayət işinin 136-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin xx.xx.2022-ci il tarixli 1532 №-li Rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 98-ci vərəqəsində olan Bərdə Mənzil Təmir İstismar Sahəsi tərəfindən verimiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri C.Məmmədquluzadə küçəsi 8/1 yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 127-128-ci vərəqələrində olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 1(061)04/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət 121-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-481/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 ay 17 gün müddətindən vaxtından əvvəl azad edilmiş, Təqsirləndirilən şəxs barədə qərar və qərarın icrası barədə göstəriş xx.xx.2019-cu il tarixdə Bərdə rayon icra və probasiya şöbəsinə daxil olmuş və cəza müddətinin sonu ilə əlaqədar xx.xx.2020-ci il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. Cinayət işinin 122-123-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuş, Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Suraxanı Rayon Məhkəməinin qərarı ilə 03 ay 17 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2020-ci il tarixdə cəza müddətinin sonu ilə əlaqədar qeyiyyatdan çıxarılmışdır. Cinayət 119-cu vərəqəsində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi“ X10 “Bərdə rayon Mərkəzi Xəstəxanası” X10 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1004 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Bərdə rayon Mərkəzi Xəstəxanası” X8 ruhiəsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət 120-ci vərəqəsində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi“ X10 “Bərdə rayon Mərkəzi Xəstəxanası” X10 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1095 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdən Bərdə şəhər poliklinikasının narkoloji kabinetində dispanser qeydiyyatdadır. Cinayət işinin 142-150-ci vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 11 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 4 (dörd) ədəd ayrı-ayrı şəffaf polietilen kəsiyi bükümlərində təmiz çəkiləri 0,403 qram, 0,325 qram, 0,359 qram və 0,370 qram olmaqla ümumi təmiz çəkisi 1,457 qram, ekspertiza tədqiqatından sonra qalıq – 1,257 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. “Azercell MMC”-dən daxil olmuş, içərisində Təqsirləndirilən şəxs məxsus mobil nömrələrin anten dairəsinin, sahiblərinin şəxsiyyəti barədə, həmin mobil nömrələrə daxil olan və çıxan zənglər cədvəli, cədvəldə göstərilən mobil nömrələrin sahiblərinin şəxsiyyəti və yaşayış yeri barədə, göndərilən və daxil olan SMS-lər barədə məlumatları olan “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cinayətlərin residivi yaranmadığını müəyyən etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2019-cu il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 03 ay 17 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2020-ci il tarixdə cəza müddətinin sonu ilə əlaqədar qeyiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CMnin 234.1-ci maddəsi ilə məhkum olunan Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Beləliklə müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Belə ki, 18.4.3-cü madəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, əvvəllər dəfələrlə cinayət törətməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, 10 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, həmin tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu tarixdən, yəni 08 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 32.40 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan 1,257 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 08 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan 1,257 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 32.40 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-35/2023
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-35/2023
08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver