Məhkəmə qərarları › İş №1(021)-35/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-35/2025

25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-35/2025 25.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1962-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, hazırda məhkumluğu olmayan, Bərdə rayonu, Qaradəmirçi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 162-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, fərdi sahibkar kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş idarəsində ********** nömrəli vergi ödəyəcisinin eyniləşdirmə nömrəsi ilə qeydiyyata alınaraq Bərdə rayonu Alpoud kəndi, mal bazarının yanında yerləşən X13nın fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirərək, işəgötürən kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda, yəni-10 nəfər işçini müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Belə ki, o əmək müqaviləsi bağlamadan haqqı ödənilməklə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Zərərçəkmiş şəxs1 “qabyuyan”, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Zərərçəkmiş şəxs2 “aşpaz”, xx.xx.2022-ci il tarixdən 22.12. 2022ci il tarixədək Zərərçəkmiş şəxs3 “ofisiant”, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Zərərçəkmiş şəxs4 “qabyuyan”, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ıl tarixədək Zərərçəkmiş şəxs5 “ofisiant”, xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək X3 “qabyuyan”, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək Zərərçəkmiş şəxs7 “qabyuyan”, xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək Zərərçəkmiş şəxs8 “aşpaz”, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək Zərərçəkmiş şəxs9 “ofisiant”, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Zərərçəkmiş şəxs10 “ofisiant” vəzifələrində işlətməklə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda, yəni - 10 nəfər işçini müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 162-1.1-ci maddəsində ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bərdə rayonu, Alpoud kəndi, mal bazarının yanında yerləşən X13nı icarəyə götürərək işlətdiyini, operativ vergi nəzarəti tədbiri keçirilməmişdən əvvəl işçilərlə əmək müqaviləsi bağlamadığını, işçilərə onun tərəfindən əmək haqlarının verildiyini rəhbərliyin onun tərəfindən həyata keçirildiyini, sahibkarlıq fəaliyyətindən əldə edilmiş gəlir ona məxsus olduğunu, operativ vergi nəzarəti tədbiri zamanı yoxlamasında iştirak etdiyini, yoxalama zamanı akt və protokollarla tanış olduğunu, əmək müqaviləsinə görə hesablanmış işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödədiyini, keçirilmiş operativ vergi nəzarəti tədbirindən sonra Zərərçəkmiş şəxs1, .Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, X7, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10 adlı şəxslər olmaqla 10 nəfər işçi ilə əmək müqaviləsinin bağlanılmasının onlara təklif etdiyini, lakin işçilər əmək müqaviləsinin bağlanmasından imtina etdiklərini, həmin vaxt əmək müqaviləsi olmadan işçilərin işə cəlb olunmasının qadağan olunmasını bilməməsi, işçilərin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb olunmasının məsuliyyətə səbəb olması barədə heç bir məlumatının olmaması ilə əsaslandırmışdır. Əməlindən peşman olduğunu və dəymiş ziyanı ödədiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 06 dekabr 2022-ci il tarixdə restorana işə götürülməsi üçün Təqsirləndirilən şəxs müraciət etmişdir. Onun tərəfindən işə götürülmüşdür. Təqsirləndirilən şəxs onunla əmək müqaviləsi bağlamadan işə qeyd edilən restorana qabyuyan götürülmüşdür. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini vermişdir ki, onunla əmək müqaviləsi bağlasın. Lakin şəxs borcu olduğu və müxtəlif bəhanələr bildirmişdir. Həmin obyektdə işlədiyinə görə 10 manat alımışdır. Vəzifəsi mühasib olsa da lakin o stolların hesablarının yazılması, gündəlik mədaxil və məxaric hesablamaları aparmışdır. 22 dekabr qeyd edilən obyektdə vergi orqanının əməkdaşları tərəfindən yoxlama aparılmışdır. Yoxlama zamanı ondan izahat alınmışdır. İzahatı özü yazmışdır. İşə gələrkən işçilərin davamiyyəti Məzahir tərəfindən yoxlanmışdır. İşə səhər müxtəlif saatlarda 10-00da gələrək 22:00-a qədər işləmişlər. Təqsirləndirilən şəxs tərəfindən işlərə cəlb edilmiş iş saatı, əmək haqqı və işə davamiyyəti onun tərəfindən müəyyən edilərək nəzarət edilmişdir. İşlədiyi müddət ərzində əmək müqaviləsi və xidməti müqavilə bağlanmamışdır. Fiziki şəxs kimi vergi orqanlarında qeydiyyatdan keçməmişdir. Fiziki şəxs kimi vergi orqanlarında qeydiyyatdan keçməmişdir. Operativ vergi tədbiri zamanı ondan başqa da işçilər müəyyən edilmişdir ki, onlarla da əmək müqaviləsi bağlanmamışdır. Ona vergi orqanının tədbirindən sonra əmək müqaviləsi bağlanması təklif edilmiş, o da müqavilənin bağlanmasına razılıq vermişdir. Lakin onunla əmək müqaviləsinin bağlanmasını bilmir, qeyd eidlən restoranın kimə məxsus olması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs şəriki olmamışdır. Lakin oğlu Rafil ona köməklik göstərmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs3 Əlyar oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə X13nda qabyuyan vəzifəsinə işə götürülməsi üçün Təqsirləndirilən şəxs müraciət etmişdir. Onunla əmək müqaviləsi bağlanılmadan işə götürülmüşdür. xx.xx.2022-ci il tarixdə vergi orqanının əməkdaşları tərəfindən operativ nəzarət tədbiri həyata keçirilmiş, həmin tədbir zamanı izahat vermiş, restorandan çalışan şəxslərdən Zərərçəkmiş şəxs4, Məhbubə Alyevanı, Alım Paşayevanı və digər şəxsləri tanıyır. Həm obyektdə iş saatı 10:00-dan 22:00-a kimi davam etmişdir. Günlük 10 manat əmək haqqı Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Operativ vergi nəzarəti tədbirindən sonra restoranda işləməkdən və əmək müqaviləsini bağlamaqdan imtina etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Hazırda ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 izahatında göstərmişdir ki, 05 oktyabr 2022-ci il tarixdə X13nda ofisiant vəzifəsinə işə götürülməsi üçün Təqsirləndirilən şəxs müraciət edərək, onunla əmək müqaviləsi bağlanılmadan işə götürülmmüşdür. 22 dekabr 2022-cı ıl tarixdə vergi orqanın əməkdaşları tərəfindən operativ vergi nəzarəti tədbiri həyata keçirmiş, tədbir zamanı izahat vermişdir. Restoranda çalışan digər işçilərdən Zərərçəkmiş şəxs4, Məhbubə Alyevanı, Zərərçəkmiş şəxs5anı, Lalə və Elçin adlı :şəxləri tanıyır, iş saatı 10:00-dan 22:00-a kimi davam etmişdir. Günlük 10 manat əmək haqqısı Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Operativ vergi nəzarəti tədbirindən sonra restoranda işləməkdən və əmək müqaviləsini bağlamaqdan imtina etmişdir. Hazırda ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs8 izahatında göstərmişdir ki, 22 noyabr 2022-ci il tarixdə X13nda aşpaz vəzifəsinə işə götürülməsi üçün Təqsirləndirilən şəxs müraciət edərək, onunla əmək müqaviləsi bağlanılmadan işə götürülmüşdür. 22 dekabr 2022-ci il tarixdə qeyd edilən restoranda vergi orqanının əməkdaşları tərəfindən operativ vergi nəzarəti tədbiri həyata keçirmiş, tədbir zamanı izahat vermişdir. Restoranda çalışan digər işçilərdən Zərərçəkmiş şəxs4, Məhbubə Alyevanı, Zərərçəkmiş şəxs5anı, Lalə Əliyevanı və Elçin adlı şəxsləri tanıyır, iş saatı 10:00-dan 22:00-a kimi davam etmişdir. Günlük 10 manat əmək haqqı almışdır. İşçilərin işə götürülməsi, onların işə davamiyyətinə nəzarət edilməsi Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbirindən sonra restoranda işləməkdən və əmək müqaviləsini bağlamaqdan imtina etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənildiyindən ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs6 izahatında göstərmişdir ki, 21 noyabr 2022-ci il tarixdə X13nda qabyuyan vəzifəsinə işə götürülməsi üçün Təqsirləndirilən şəxs müraciət edərək, onunla əmək müqaviləsi bağlanılmadan işə götürülmüşdür. 22 dekabr 2022-ci il tarixdə qeyd edilən restoranda vergi orqanının əməkdaşları tərəfindən operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş, tədbir zamanı izahat vermişdir. İzahatında retoranda bir günlük kömək məqsədi ilə işləmişdir. Günlük 20 manat əmək haqqısını Təqsirləndirilən şəxs almışdır. Restoranda çalışan işçilərindən Zərərçəkmiş şəxs4, Məhbubə Alyevanı, Zərərçəkmiş şəxs5anı, Vüsal və Rüfət adlı şəxləri tanıyır, iş saatı 10:00-dan 22:00-a kimi davam etmişdir. Operativ vergi nəzarəti tədbirindən sonra restoranda işləməkdən və əmək müqaviləsini bağlamaqdan imtina etmişdir. Ona dəymiş ziyan ödənilmişdir və təqsirləndirilən şəxsdən hazırda heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs2 izahatında göstərmişdir ki, 07 dekabr 2022-ci il tarixdə əmək müqaviləsi olmadan Təqsirləndirilən şəxs tərəfindən aşpaz vəzifəsinə işə götürülmüşdür. İş saatı 10:00-dan 22:00-a kimi davam etmişdir. İşlədiyi müddətdə Təqsirləndirilən şəxs tərəfindən 225 manat pul almışdır. Operativ vergi nəzarəti tədbirindən sonra restoranda işləməkdən və əmək müqaviləsini bağlamaqdan imtina etmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət prosesi tərəflərinin fikirlərini nəzərə alaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 315-ci maddəsinə əsasən zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs10 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini və onların ibtidai istintaq zamanı verdikləri ifadələrinin elan edilməsi yolu ilə işin hallarının tədqiqini mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs7 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 01 dekabr 2022-ci il tarixdə X13nda qabyuyan vəzifəsinə işə götürülməsi üçün Təqsirləndirilən şəxs müraciət edərək, onunla əmək müqaviləsi bağlanılmadan işə götürülmüşdür. 22 dekabr 2022-cı ıl tarixdə qeyd edilən restoranda vergi orqanın əməkdaşları tərəfindən operativ vergi nəzarəti tədbiri həyata keçirmiş, Günlük 10 manat əmək haqqı almışdır. Tədbir zamanı izahat vermişdir. Restoranda çalışan işçilərindən Zərərçəkmiş şəxs4, Məhbubə Alyevanı, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Elçin adlı şəxləri tanıyır, iş saatı 10:00-dan 22:00-a kimi davam etmişdir. İşçilərin işə götürülməsi, onların ilə davamiyyətinə nəzarət edilməsi Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbirindən sonra restoranda işləməkdən və əmək müqaviləsini bağlamaqdan imtina etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs9 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 23 oktyabr 2022-ci il tarixdə X13nda ofsiant vəzifəsinə işə götürülməsi üçün Təqsirləndirilən şəxs müraciət edərək, onunla əmək müqaviləsi bağlanılmadan işə götürülmüşdür. 22 dekabr 2022-ci il tarixdə qeyd edilən restoranda vergi orqanın əməkdaşları tərəfindən operativ vergi nəzarəti tədbiri həyata keçirmiş, Günlük 10-15 manat əmək haqqı almışdır. Tədbir zamanı izahat vermişdir. Restoranda çalışan işçilərindən Zərərçəkmiş şəxs4, Məhbubə Alyevanı, Zərərçəkmiş şəxs5, Lalə Əliyevanı, Elçin və Vüsal adlı şəxləri tanıyır, iş saatı 10:00-dan 22:00-a kimi davam etmişdir. İşçilərin işə götürülməsi, onların işə davamiyyətinə nəzarət edilməsi Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbirindən sonra restoranda işləməkdən və əmək müqaviləsini bağlamaqdan imtina etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs10 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 20 noyabr 2022-ci il tarixdə X13nda ofsiant vəzifəsinə işə götürülməsi üçün Təqsirləndirilən şəxs müraciət edərək, onunla əmək müqaviləsi bağlanılmadan işə götürülmüşdür. 22 dekabr 2022-ci il tarixdə qeyd edilən restoranda vergi orqanın əməkdaşları tərəfindən operativ vergi nəzarəti tədbiri həyata keçirmiş, 210 manat əmək haqqı almışdır. Tədbir zamanı izahat vermişdir. Restoranda çalışan işçilərindən Zərərçəkmiş şəxs4, Məhbubə Alyevanı, Zərərçəkmiş şəxs5, Lalə Əliyevanı, Alim, Elçin və Vüsal adlı şəxləri tanıyır, iş saatı 10:00-dan 22:00-a kimi davam etmişdir. İşçilərin işə götürülməsi, onların işə davamiyyətinə nəzarət edilməsi Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbirindən sonra restoranda işləməkdən və əmək müqaviləsini bağlamaqdan imtina etmişdir. Məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşıdır. 21 dekabr 2022-ci il tarixli **********3963 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərarı” na əsasən fərdi sahibkar Təqsirləndirilən şəxs fəaliyyət göstərdiyi Bərdə rayonu Alpoud kəndi mal bazarının yanında yerləşən “Qızıl-Balıq” restoranında keçirilmiş operativ vergi nəzarəti zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi(kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxslərin yəni 10 nəfərin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmişdir, nəticədə xx.xx.2022-ci il tarixli DVX seriyalı 005178 nömrəli aktla rəsmiləşdirimiş, həmçinin restoranda tədbir keçirilən zaman şadlıq sarayına rəhbərlik edən Təqsirləndirilən şəxs operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarla, sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında qərarla operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin tədim olunması haqqında tələbnamə ilə tanış olmuş, Təqsirləndirilən şəxs aktla tanış olmasına baxmayaraq etməkdən imtina etmiş, bundan başqa Təqsirləndirilən şəxs 10 nəfər işçi ilə əmək müqaviləsi bağlamadan müxtəlif işlərin yerinə yetirilməsi ilə bağlı izahat verərək etiraf etmişdir. Məhkəmə iclasında iştirak edən Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclaslarında Şahid3 iştirak etməmişdir. Məhkəmə, cinayət prosesi tərəflərinin fikirlərini nəzərə alaraq məhkəmə iclasında iştirak etməyən şahidlə bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən Şahid3 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini və onların ibtidai istintaq zamanı verdiyi ifadənin elan edilməsi yolu ilə işin hallarının tədqiqini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bərə Rayonu Alpoud kəndində mal bazarının yanında yerləşən “Qızıl-Balıq” restoranı atası Təqsirləndirilən şəxs tərəfindən idarə edilmiş, obyektdən əldə edilən gəlir və qazanc atasına məxsus olmuşdur. Keçirilmiş operativ vergi nəzarəti zamanı Azərbaycan Respublikasının Əmək Məcələsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən , xeyli sayda şəxslərin yəni 10 nəfərin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktının aşkar edilmişdir. Yoxlamada iştirak etmişdir, işçilərin əmək müqaviləsi olmadan işə götürülməsi atası tərəfindən həyata keçirilmişdir. Atasının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində iştirak etməmişdir. Cinayət işinin materiallarında olan sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında 21 dekabr 2022-ci il tarixli, **********3970 nömrəli, 21 dekabr 2022-ci il tarixli sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus obyektdə yoxlama zamanı yoxlama predmetinə daxil olan və vergi hesablanması üçün tələb olunan mühasibatlıq sənədlərin əlavə araşdırılmasına zərurət yarandığından ilkin mühasibat sənədləri, elektron fayllar və digər sənədlərin götürülməsinin həyata keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hansı işlərin(xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “sadələşdirilmiş vergi üzrə sabit məbəğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında 22 dekabr 2022-ci il tarixli, DVX seriyalı, 005178 nömrəli aktdan görünür ki, “DVX”-nin axtarış hesabat məlumatlarına əsasən Təqsirləndirilən şəxs Bərdə Rayonu Alpoud kəndində Mal bazarının yanında yeməkxana- Qızılbalıq restoranında cəlb olunmuş 10 nəfər ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) qüvvəyə minmədən həmin xidmətin yerinə yetirilməsi aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 08 avqust 2023-cü il tarixli, cinayət işinin aidiyyati üzrə göndərilməsinə dair qərardadan görünür ki, ********* nömrəli cinayət işi istintaq aidiyyati üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 08 avqust 2023-cü il tarixli, cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi icrata qəbul edilərək ibtidai istintaq aparılması qərara alınmışdır. Cinayət işi materiallarına əlavə edilmiş 25 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb olunması və ona Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 26 iyul 2024-cü il tarixli, təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətiimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “ başqa yerə getməmək haqqında iltizam” qətiimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Vergi ödəyicisinin Təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı vergi qeydiyyatı vergi ödəyicisi haqqında məlumatından görünür ki, Bərdə Rayonun Alpoud kəndində yerləşən 400 kv. metr sahədən ibarət “Qızıl Balıq “ X1 icarəsinə verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 17 noyabr 2023-cü il tarixli İcarə müqaviləsindən görünür ki, X8 tərəfindən Bərdə Rayonu Alpoud kəndində yerləşən “X13” 1 il müddətinə X4 icarəyə verilmişdir. İstintaq zamanı əldə edilərək iş materiallarına əlavə edilmiş baş idarənin audit şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs bütün işçilərə görə 69,96 manat işsizlikdən sığorta, 1749,0 manat məcburi dövlət sosial sığorta haqları və 279,84 manat icbari tibbi sığorta haqları olmaqla, cəmi 2098,80 manat hesablanmış və iş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən həmin haqların dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən dахil оlmuş 19 may 2023-cü il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Qaradəmirçi kənd İƏV-i üzrə nümayəndəliyindən alınmış xx.xx.2024-cü il tarixli arayışdan və eyni tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 2ində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, X11, Zərərçəkmiş şəxs8, X9 tərəfindən yazılmış ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər təqsirləndirilən şəxlə barışmışlar, onlara dəymiş ziyan ödənilmişdir və ondan heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, AR.CPM-in 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs fərdi sahibkar kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş idarəsində ********** nömrəli vergi ödəyəcisinin eyniləşdirmə nömrəsi ilə qeydiyyata alınaraq Bərdə rayonu Alpoud kəndi, mal bazarının yanında yerləşən X13nın fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirərək, işəgötürən kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tuitulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda, yəni-10 nəfər işçini müxtəlif işlərin(xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi, şahidlərin ifadələri və cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş həqiqiliyi və mötəbərliliyi heç kəs də şübhə doğurmayan sübutlarla tam şəkildə sübuta yetirilmişdir və onun törətmiş olduğu əməllər ibtidai istintaq zamanı AR.CM-in 162.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, AR.CM-nin 162-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin Qeyd hissəsinə əsasən bu Məcəllənin 162-1.1-ci maddəsində “xeyli sayda” dedikdə, on nəfər və ondan çox olan işçilərin sayı nəzərdə tutulur. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm– cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, onun təqsirləndirildiyi CM-in 162-1.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzasının da nəzərdə tutulduğu halda, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Həmçinin, həmin maddənin sanksiyasında cərimə və islah işləri cəzaları nəzərdə tutulsa da məhkəmə həmin cəzaların təqsirləndirilən şəxsə təyin edilməsini məqsədəuyğun hesab etmir. Belə ki, təqsirləndirilən şəxs işləmir, hazırda işsizdir və maddi durumu aşağıdır. İbtidai istintaq orqanı tərəfindən və məhkəmədə işə baxılarkən onun gəlirləri və mülkiyyətində olan əmlakı barədə məlumat aşkar edilməmiş, bu haqda sənədlər iş materiallarına əlavə edilməmişdir. Odur ki, təqsirləndirilən şəxsə təyin edilən cəza icra edilə və çəkilə bilən olmalıdır. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X12rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. CM-in 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs оğlunun cəzasını yüngülləşdirən hallara CM-nin 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsi; CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi daxildir. Həmin hallar məhkəmə tərəfindən müəyyən edildi. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi, məhkumluğunun olmaması, ilk dəfə cinayət əməli törətməsi, evli və ailəsinin yeganə qazanc gətirən şəxs olmasını, yaşını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini və onların əksər hissəsi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin əksəriyyətinin təqsirləndirilən şəxsdən şikayətçi olmamalarını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və dövlət büdcəsinə olan yaranmış borclar üzrə bütün sosial ödəmələri (məcburi sığorta haqları, vergilər) ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmanlıq hissi keçirməsi onun tərəfindən ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və bunu bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs оğlunun əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə ünvan 2i ünvanındakı yaşayış yerini axşam saat 23:00dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı onun yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə ünvan 2i ünvanındakı yaşayış yerini axşam saat 23:00dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar