Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-36/2021 09.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Müdafiəçi, Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, 25.09.1990-cu ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bərdə şəhər Ə.Ədilov küçəsi ev 45-də qeydiyyatda olan və yaşayan, barəsində qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs oğlu sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 16 yanvar 2021-ci il tarixdə saat 12 radələrində Bərdə şəhər Ə.Ədilov küçəsində yaşadıqları evdə Təqsirləndirilən şəxs ilə qeyri rəsmi olaraq yaşadığı Zərərçəkmiş şəxs1 arasında şəxsi münasibətlər zəmində yaranmış münaqişə dava-dalaşa çevrilmiş, dava-dalaş zamanı Təqsirləndirilən şəxs ağacla Zərərçəkmiş şəxs1 bel nahiyəsinə qəsdən vurduğu üçün sonuncu yerə yıxılmış və baş nahiyəsi beton döşəməyə dəymişdir. Bununla da Təqsirləndirilən şəxs qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs1 sol bel nahiyəsinin sıyrığı, sol təpə nahiyəsinin şişkinliyi, baş beyin silkələnməsi ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2007-ci il tarixdən Zərərçəkmiş şəxs1 ilə qeyri rəsmi olaraq yaşayır və 3 (üç) azyaşlı övladları var. 16.01.2021-ci il tarixdə saat təxminən 12 radələrində yuxudan oyanmış və həmin vaxt ev çox soyuq olmuş və Kəmalə peçi yandırmadan ondan icazəsiz evdən getmişdir. Kəmalə peçi yandırmadığı və çayı qaynatmadığı üçün sonuncuya əsəbiləşmişdir. Həmin vaxtdan təxminən 10 dəqiqə sonra Kəmalə evə gəlmiş və sonuncudan hansı səbəbdən peçi yandırmamağını və çayı qaynatmadığını soruşmuşdur. Kəmalə “yaxşı edirəm evdə odun olmadığı üçün peçi yandırmıram” deyərək ona kobud cavab vermişdir. Kəmalə ona kobud cavab verdiyi üçün sonuncu ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Kəmaləyə əsəbiləşdiyi üçün yerdə olan ağac parçası ilə (odun) sonuncunun belinə möhkəm vurmuş və o yerə yıxıldığı üçün baş nahiyəsi beton döşəməyə dəymişdir. Həmin vaxt Kəmalə onunla dava-dalaş etməmiş və ağlayaraq evdən getmişdir. Hadisə hadisə zamanı evdə Kəmalə ilə ondan başqa kənar şəxslər olmamışdır. Etdiyi əməldən peşimandır. Hal- hazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tam ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 2007ci il tarixdən Təqsirləndirilən şəxs ilə qeyri rəsmi olaraq yaşayır və 3 (üç) övladları var. 16.01.2021-ci il tarixdə saat 12 radələrində yaşadığı evin həyətyanı sahəsindən suyu evə gətirən zaman Orxan çarpayıda uzanıqlı vəziyyətdə olmuşdur. Orxan evin soyuq olduğunu və peçi yandırmağını ona bildirmişdir. O, Orxana “odun gətir peçi yandırım” deyərək evdə olan 1-2 odun parçasını peçə qoyaraq yandırmışdır. 15.01.2021-ci il tarixdə Orxan ona 11 manat pul vermişdir ki, saxlasın və sabahısı günü sonuncuya geri qaytarsın. Lakin, Orxan ona 20 manat pul verdiyini deyərək 20 manat verməyini tələb etmişdir. Daha sonra Orxan çaypayıdan ayağa duraraq onunla mübahisə etmiş, mübahisə zamanı sonuncu ağac parçası (odun) ilə onun bel nahiyəsinə möhkəm vurduğu üçün yerə yıxılmış və baş nahiyəsi yerə yıxıldığı üçün beton döşəməyə dəymişdir. Həmin vaxt bel və baş nahiyələrində çox ağrısı olduğu üçün Orxanla dava-dalaşı davam etməmiş və anası Familəgilə gedərək Orxanın onu döyməsini bildirmişdir. Hadisə, 16.01.2021-ci il tarixdə saat 12 radələrində yaşadığı evdə baş vermiş, hadisə zamanı Orxan onu döydüyü üçün bel və baş nahiyələrindən xəsarət almışdır. Hadisə zamanı ətrafda kənar şəxslər olmamışdır. Hal- hazırda Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ondan heç bir şikayət və tələbinini olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə ərizəni təqdim etdi. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 7-8-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 məhkəmə-tibb ekspertizasının 18.01.2021-ci il tarixli 49 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – sol bel nahiyəsinin sıyrığı, sol təpə nahiyəsinin şişkinliyi, baş beyin silkələnməsi küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə - yəni 16.01.2021-ci ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 43-cü vərəqəsində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 47-cı vərəqələrində olan Bərdə RİHBnın Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs barışmışlar, onun Təqsirləndirilən şəxs oğluna qarşı heç bir şikayəti və tələbi yoxdur, dəymiş ziyan ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respubikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığına görə və müdafiə tərəfinin razılığına əsasən cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs oğlu cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə madi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-36/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-36/2021
09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver