Məhkəmə qərarları › İş №1(021)-36/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-36/2023

11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-36/2023 11.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1982-ci ildə Bərdə şəhərində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, evlidir, orta təhsillidir, işləmir, məhkumluğu yoxdur, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs 05 may 2022-ci il tarixdə saat 21 radələrində Bərdə rayonu Əliyanlı kəndi ərazisində yerləşən ictimai yer hesab edilən «Venera» yeməkxanasında 8 nömrəli otaqda həmin vaxt oraya istirahət etmək üçün oraya gəlmiş ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs ilə bir masa arxasında oturan zamanı əlini Zərərçəkmiş şəxs kürək nahiyəsinə qoyması səbəbindən aralarında yaranmış mübahisə zamanı ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə otaqda və yeməkxanada olan insanlara heç bir əhəmiyyət verməyib Zərərçəkmiş şəxs ünvanına hər hansı bir əsaslı səbəb olmadan nalayiq söyüşlər işlədib ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək yumruqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif yerlərinə qəsdən vurub onu yerə yıxaraq sonuncuya beyin silkələnməsi ilə müşayiət olunan sol təpə gicgah, sol gözün bayır bucağı, sol göz yuvası altı nahiyələrinin qançırları, qarın nahiyəsinin qançırı, üst dodaq nahiyəsinin selikli qişasının əzilmiş yarası ilə nəticələnən, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə sağlamlığına qəsdən yüngül zərər vurması ilə nəticələnən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17 yaşlı qızı və 9 yaşlı oğlu vardır, onun himayəsindədirlər. 2002-ci ildən 2007-ci ilədək Daxili işlər orqanlarında polis nəfəri kimi işləmişdir, son iş yeri Yevlax rayon X5 və Şəxsiyyət vəsiqəsi qrupunda operator kimi işləmişdir. Polisdən öz ərizəsi ilə çıxmışdır, sonradan Bərdə şəhərində, Bakı şəhərində Gilan və My Cars MMC şirkətində işləmişdir, hal-hazırda işləmir. Bərdə şəhər sakini Şahid3 10 ildən çoxdur ki, tanıyır, Ehtiramla münasibətləri normal olmuşdur, dostluq, yoldaşlıq mnüasibətləri olmuşdur. Bərdə şəhər sakini Şahid2 adını eşitmişdir, Vüqarla elə bir tanışlığı, yoldaşlığı olmamışdır. Bərdə şəhərində yaşayan Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır, tanımadığı üçün aralarında heç bir münasibətləri olmamışdır. 05 may 2022-ci il tarixdə günortadan sonra tanışı Bərdə rayonunun Şirvanlı kəndində yaşayan X6 ilə birlikdə Kənangildə olmuş, yemək yemiş, o maşınsız olduğu üçün Kənandan xahiş etmişdir ki, maşınsızdır, onu evinə, yəni, Nüşabə küçəsinə gətirsin. Kənan da onun xahişini yerə salmamış, özünün Mercedes markalı avtomobili ilə oun Şirvanlı kəndindən Bərdə şəhərinə gətirəndə yolda Qazıqurdalı kəndi ərazisində yerləşən Venera yeməkxanasının yanından keçəndə Kənana demişdir ki, maşını yeməkxanaya sürsün, burada bir çay içsinlər, Kənan da onun xahişini yerə salmamış, maşını Venera yeməkxanasının həyətinə sürmüşdür. Həmin vaxt hava şəraiti normal olduğu üçün onlar yeməkxananın həyətində oturub çay içmiş, bir az söhbət etmişlər. O, Kənanla çay içəndə adını bilmədiyi Kənan yaşda, Kənan kimi yeməkxana qulluqçusu ona yaxınlaşıb demişdir ki, onu 8 nömrəli otaqdan çağırırlar. O, bilməmişdir ki onu kim çağırır. O, Kənanla birlikdə həmin otağa keçəndə görmüşdür ki, Ehtiram və iki nəfər tanımadığı xanım əyləşib yemək yeyirlər. Daha doğrusu yeməklərini artıq yeyib qurtarmışlar, oturub söhbət edirlər. O, qulluqçuya demişdir ki, çaylarını bura gətirsin, yemək yemişlər, çay içsinlər. O, Ehtiramla görüşmüş, Ehtiram o xanımları ona təqdimat kimi etməmiş, bilmişdir ki, həmin xanımlar Ehtiramın tanışlarıdır. Xanımlardan biri, yəni, qarayanız tayı Ehtiramın yanında oturmuş, sarıyanız tayı Ehtiramın sağ tərəfində əyləşmişdir. O, içəri girəndə qarayanız olanı, sonradan adını Sevnc kimi bildiyi şəxs ona baxıb demişdir ki, onu tanıyır. O da demişdir ki, “mən sizi tanımıram”, Sevinc də ona demişdir ki, tanışı keçmiş polis işçisi Vüqarla dağda olan bir masada oturmuşlar. O da demişdir ki, Vüqarı tanıyır, amma Vüqarla oturmamış, heç belə çay da içməmmişdir, ola bilsin ki, onu kiməsə də oxşadır. O, Sevincin yanında oturmuş, Kənan da masanın baş tərəfində oturmuşdur. Kənan oturanda sarıyanız qız Kənana telefon nömrəsi vermiş, Kənan çıxıb getmişdi. O, Kənana demişdir ki, getsin, ona görə gözləməsin, o özü çıxıb gedəcək. O, sonradan adını Məleykə kimi bildiyi qızın Kənana telefon nömrəsi verməsini sonradan bilmiş, həmin vaxt görməmişdir. Onlar oturub səmimi söhbət edirmişlər, birdən Sevincin acığı tutmuşdur ki, Sevinci tanıdığı halda, guya o Sevinclə bir yerdə olduğu halda niyə deyir ki, o Sevinci tanımır. O da Sevincə demişdir ki, tanımır, zorla deyilki? Sevinc bu sözdən əsəbiləşmiş, artıq-əskik söz deyəndə o Sevincə təpinmişdir ki, düzgün danışsın. Bu vaxt masanın üzərindən ona əşya atmış, o Sevinci itələmişdir ki, nə edirsən? Amma o, Sevinci vurmamış , Sevinc səs-küy salmış, o da görmüşdür ki, Sevinc əsəbiləşib, çölə çıxmışdır. Sonra Sevinc nalayiq söyüşlər söyəndə o, içəri girib demişdir ki, söyüş söyməsin, Ehtiram da ona demişdir ki, çıxıb getsin. Ehtiram Sevinci sakitləşdirmiş, işçilər də oraya gəlmişlər. O, qulluqçuya demişdir ki, bir taksi çağırsın, gedir. Qulluqçu da taksi çağırmış, o, Sevincgili orada qoyub taksiyə minib çıxıb getmişdir. Sonradan ona məlum olmuşdur ki, Sevinc ondan rayon prokurorluğuna şikayət etmişdir, prokurorluqdan onu çağırmışlar, o prokurorluğa gəlib izahat vermişdir. Sonra iş tapmaq üçün Bakı şəhərinə getmişdir, orada bir az işləmiş, onu Bərdə rayon polis şöbəsindən çağırmışlar, gələ bilməmiş, sonra da bilmişdir ki, onu axtarışa veriblər, onu Cinayət-axtarış əməkdaşları çağırmışlar, o Bərdə rayon Polis şöbəsinə gəlmişdir. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, Sevinc ona demişdir ki, bir yerdə olmuşlar, o da demişdir ki, tanımır, ilk dəfədir görür. Sevinc də aşıb coşmuşdur ki, o guya yalan danışır, tanıdığını demir. O, Şahid2 orada görməmiş, yeməkxananın həyətində də görməmiş, mübahisə, dava-dalaş olanda görməmişdir. Sevinc və Məleykə yalan deyirlər. O, Sevinci qəsdən vurmamış, Sevinc nalayiq söz deyib üstünə gələndə kənara itələmiş, Sevincə xəsarət yetirməmiş, ümumiyyətlə əli ilə və təpiklə onu vrumamışdır. Sevincin həmin xəsarətləri necə almasını deyə bilməz. O, elə başa düşür ki, Sevinc onu Şahid2 dostu olduğunu zənn etmişdir, Vüqarla da onun keçmişdə ədavətləri olduğuna görə elə bilib ki, onu oraya Vüqar göndərib, həm də o Sevincə demişdir ki, tanımır, Sevincdə əsəbiləşib onun barəsində o cür ifadə vermişdir. O, Sevincin üzərində hər hansı bir qızıl-zinyət əşyaları görməmişdir, bəlkə də olub diqqət etməmiş, o Sevincin telefonunu zədələnməsini görməmişdir. Mübahisə 3-5 dəqiqə çəkmiş, həmin halı Ehtiram da, Məleykə də görmüşlər, o, çölə çıxanda qulluqçulardan 1-2 nəfər oraya yaxınlaşmış, o qulluqçuları tanımır, kənar şəxslərdən, müştərilərdən oraya gələn olmamış, o ayrı bir şəxs orada görməmişdir. O, Vüqarı görməmiş, bəlkə də orada olub o, Vüqarı görməmiş, kiminsə də nə söz deməsini də eşitməmişdir. O, Sevinci döyməmiş, sadəcə olaraq itələmiş, Sevincdə yıxılıbdır, amma o, Sevinci qəsdən xəsarət yetirməmiş, onu vurmamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs teleqram vuraraq səhhəti ilə əlaqədar məhkəmə iclas zalında iştirak edə bilməyəciyini bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs teleqramda Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, həyat yoldaşı X13 Federasiyasında yaşayır, ora vətəndaşıdır. Oğlu da Rusiya Federasiyasında həbsdədir, qızı ailə qurub ondan ayrılmışdır, o, özü Yenidaşkənd kəndində tək qalır. Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır, Sevincin əmisi Vidadinin Rusiya Federasiyasında olan yeməkxanasında aşbaz işləmiş, həmin vaxt Sevinci tanımış, Sevinclə rəfiqədirlər, münasibətləri normaldır, birbirilərinə gedib-gəlirlər. 05 may 2022-ci il tarixdə o, axşam saatlarında rəfiqəsi Sevincin kirayə yaşadığı Bərdə şəhəri, Nizami küçəsindəki evində olmuşdur. Bu vaxt Sevincin və onun ümumi tanıdığları, ancaq aralarında salam-kalamları olan yol polisi əməkdaşı Şahid3 özünün ***-***- **-** mobil nömrəsindən Sevincin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng vurub Sevinci Venera restoranına yemək yeməyə dəvət etmiş, demişdir ki, Sevincə deyiləsi vacib sözü vardır. Sevinc ilk əvvəl Ehtiramın təklifini qəbul etməmiş, işi olduğunu bildirmiş, lakin Ehtiram ona dayanmadan zəng vurub dəvət etmiş, həmin vaxt o, Sevincə demişdir ki, niyə həmin şəxs tez-tez zəng vurur, bəlkə getməsin. Ehtiram bir də Sevincə zəng vuranda Sevinc demişdir ki, rəfiqəsi, yəni, o da vardır, Ehtiram Sevincə demişdir ki, telefonu ona versin. Sevinc də telefonu ona verəndə o, Ehtiramla danışmış, Ehtiram ikisinin də oraya, yəni, Venera restoranına gəlməylərini xahiş etmiş, onların ikisini də oraya dəvət etmişdir. Onlar da fikirləşmişdir ki, Ehtiram polis əməkdaşıdır, yəqin ki, onları pis məqsədlə dəvət etməz və o, rəfiqəsi Sevinclə birlikdə Ehtiramın dəvət etdiyi Venera restoranına getmişlər. Onu da qeyd etmişdir ki, onlar ilk dəfə idi ki, həmin restoranda olurlarmış. O və Sevinc taksi çağırıb taksi ilə rayonunun Əliyanlı kəndi ərazisindəki Venera restoranına getmişdir. Onları restoranın qarşısında Ehtiram qarşılamış, yanında heç kəs olmamış, onları restoranın 8-ci otağına dəvət etmiş, onlar otağa gələndə görmüşdür ki, masanın üzərində heç nə yoxdur, halbuki Ehtiram demişdir ki, bütün hazırlığı görüb onları gözləyir. O ilk olaraq şübhələnmiş, Sevinc keçib oturmuş, Ehtiram Sevincin qarşı tərəfində oturmuş, o da Ehtiramın yanında oturmuşdur. Həmin vaxt Ehtiram sərxoş olmuş, demişdir ki, toydan gəlibdir, yeyib-içibdir. Ehtiram onlara kabab, salatlar sifariş etmiş, içki olmamış, Ehtiram özü onların yanında yarım bakal pivə içmişdir. Onlar oturandan 10-15 dəqiqə sonra restoranın sahibinin oğlu, Ehtiramın da əmisi oğlu yol polisi əməkdaşı Orxan yanlarına gəlmiş, onların masada oturmuş, 10 dəqiqədən sonra sakitcə durub getmişdir. Orxanı onlara Ehtiram o cür təqdim etmişdir, ondan əvvəl Orxanı tanımırlarmış. Ehtiram onlarla danışanda çölə çıxıb girirmiş, narahat olmuşdur. Sevinc Ehtirama demişdir ki, “nə yaman narahatsan? Məni niyə çağırmısan?” Ehtiram da demişdir ki, otursun söhbət etsinlər. Bir neçə dəqiqədən sonra görmüşdür ki, əvvəllər tanımadığı Nofəl və yanında cavan bir oğlan gəlmiş, onların masada əyləşmiş, Ehtiram Nofəli təqdim edib demişdir ki, dostudur, keçmiş polis əməkdaşıdır, onları da Nofələ təqdim etmiş, Nofəlin yanındakını onlara təqdim etməmişlər, yanındakı şəxs ona telefonunu uzadıb nömrəsini yazmasını demiş, həmin şəxs cavan oğlan olmuşdur. O da görmüşdür ki, oğlan xoş mənada telefonu istəyir, ona görə də o, telefonunu uzatmış, nömrəsini onun telefonuna yazmışdır. O, həmin cavan oğlanla danışmamış, nömrəsini də sonradan silmişdir, cavan oğldan da onu yığmamışdır. Həmin adını bilmədiyi oğlan nömrəni alıb çıxmışdır, Nofəl içəridə qalanda Sevinclə yan-yana oturmuş, Nofəl əlini Sevincin kürəyinə qoyanda Sevinc bir-iki dəfə Nofələ iradını bildirmiş, Nofəl əlini geri çəkmişdir. Sevincin Nofələ əlini çək deməyi xətrinə dəymiş, demişdir ki, “sən məni tanımırsan, səni vuraram”. Sevinc də Nofələ demişdir ki, “sən kimsən ki məni vurasan?” Bu vaxt ani bir vəziyyətdə Nofəl Sevincin ünvanına nalayiq söyüşlər söyərək ilk əvvəl sillə ilə sifətinə bir zərbə vurmuş, sonra yumruqla sol gözünün altından vurmuş, Sevinc müvazinətini saxlaya bilməyib stulla birlikdə yerə arxası üstə yıxılmışdır. Bu vaxt Nofəl təpiklə Sevincin qarın nahiyəsinə, yumruqla başına, yenə də sol sifət nahiyəsinə vurmuşdur. Ehtiram da həmin vaxt heç nə etməmiş, Nofəlin hərəkətlərinin qarşısını almamışdır. O da qorxusundan yerindəcə donub qalmışdır, heç nə deməmiş, fikirləşmişdir ki, nəsə desə, onu da Sevincə qatacaqdır. Nofəlin həmin söyüş və Sevinci döyməsi səslərinə restoranın işçiləri hamısı oraya gəlmiş, ətraf yerlərdən də tanımadığları qonaqlar gəlmişlər. Nofəl özü Sevinci döyəndən sonra qapıya çıxmış, Sevinc qışqırıb ayağa durmaq istəyərkən yenidən Nofəl Sevincin üstünə gələrək yenidən təpik-yumruqla vurmağa başlamışdır. Sevincin halı pisləşmiş, yerdən ayağa qalxa bilmirmiş, həmin vaxt heç Ehtiram Sevinci yerdən qaldırmağa köməklik etməmiş, o da qabağa durub Sevinci yerdən qaldırmışdır. Nofəl Sevinci döyüb xəsarət yetirəndə masa da aşmış, stul da aşmış, masanın üzərindəki qab-qacaq da yerə düşmdüşdür. X15 söyə-söyə çıxıb getmiş, Nofəli heç kəs aralaşdırmamış, oradakı şəxslərin heç birinə əhəmiyyət verməmiş, nalayiq ifadələr işlətməklə, Sevinci hədələməklə çıxıb getmişdir. Sonra onu və X2 binaya gətirmişdir. Nofəl Sevinci döyəndə Sevincin 30 qramlıq, dəyəri 2000 manatlıq qızıl boyunbağısı bir cüt dəyəri 500 manatlıq sırğası da itmişdir. Həmçinin əlində olan kreditlə aldığı İpone 12 Pro max markalı dəyəri 4500 manata olan mobil telefonu sınmışdır. Sevinc o telefonu düzəltmək istəmiş , o da düzəlməmiş, sonra Sevinc məcbur olub həmin telefonu tullamışdır. Sonra eşitmişdir ki, Sevinc Nofəlin döyüb xəsarət yetirməsinə görə rayon prokurorluğuna şikayət etmişdir. Onu da rayon prokurorluğundan çağırmışlar, o da oraya gedib gördükləri barədə izahat vermişdir. Həmçinin Şahid1 bildirmişdir ki, Nofəl masanın arxasında oturanda Sevincə əl atmış, əlini kürəyinə qoymuş, Sevinc də əlini çəkməsini tələb etmiş, bu səbəbdən, Sevincin etirazına əsəbiləşib Sevinci döymüş, nalayiq söyüşlərlə təhqir etmişdir. Nofəl Sevinci vuranda Sevinc hamilə olduğunu desə də Nofəl daha da qızışıb Sevinci təpiklə, yumruqla vurmağa başlamış, əksinə Nofəl təpiklə Sevincin qarınının üstündən vurmuşdur. Nofəl Sevinci vuranda həmin halı o, Ehtiram, oranın tanımadığı işçiləri, oraya gələn digər şəxslər görmüşdürlər. Vüqarın Nofəli tanıyıb tanımamasını bilmir, o haqda heç nə deyə bilməmişdir. Sevinc əvvəlki izahatında niyə elə deyib bilmir, bəlkə də şübhələnibdir. Ehtiram onlar restorana gedəndə Sevincə heç nə deməmiş, nəyə çağırmasının səbəbini də deməmişdir. Səbəbi o olmuşdur ki, Nofəli çağırıb Sevinci döydürmüşdür. Ehtiram Nofəli çağırmaq üçün otağa girib-çıxırmış, narahat olmuşdur. O, ona görə deyirmiş ki, bu işləri Ehtiram təşkil etmişdir. Nofəlin Sevinci söyüb təhqir etməsi, vurması, orada səs-küy salması təxminən yarım saata kimi çəkmiş, bütün hamı oraya toplaşmış, restoranın işçiləri də oraya toplaşmışdır. Sevinc Nofəli vurmamış, Sevincin nə imkanı, nə də ki, halı olmamışdır ki, Nofəli vursun. Hadisə nəticəsində təkcə Sevinc xəsarət almışdır. Nofəl yalan deyirmiş, Sevinci Nofəl döyüb ona xəsarət yetirmişdir, Sevinci Nofəl vurmuşdur, Sevincə Nofəl xəsarət yetirmişdir. Ehtiram da yalan deyirmiş, X8 döyməsini görmüşdür, hadisənin şahidi olmuşdur. Ehtiram Nofəllə dost olduqları üçün Nofəli müdafiə etmiş, Nofəlin sözünü demişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, təxminən iki ilə yaxındır ki, Bərdə rayonunun Əliyanlı kəndində yerləşən Venera yeməkxanasında inzibatçı işləyir. Onun vəzifəsi ondan ibarətdir ki, gələn müştəriləri yerləşdirib sifarişlərini qəbul etmək, qulluğunu təşkil etmək və haqq-hesab edib yola salmaqdır. Bərdə şəhər sakini Təqsirləndirilən şəxs təxminən bir ildir ki, taınyır, ondan əvvəl tanımamışdır, Nofəli yeməkxanada görüb tanımışdır. Şahid3 da yeməkxanaya gələndən tanıyır, onların müdirinin qardaşı oğludur. Bərdə şəhər sakini Şahid2 tanımır, bəlkə də yeməkxanaya gələndə üzdən tanıyır, ondan əvvəl tanımamışdır. Bərdə rayon sakinləri Zərərçəkmiş şəxs və Şahid1 tanımırdı, ilk dəfə 05 may 2022-ci il tarixdə yeməkxanada görüb tanımış, ondan əvvəl heç birini tnımırdı, o yeməkxanaya gəlməmişdilər, bəlkə də gəlmişdilər, o, görməmişdir. 05 may 2022-ci il tarixdə axşam saatlarında həmişə olduğu kimi yeməkxanada olarkən Ehtiram da yeməkxanada olmuş, Ehtiram ona demişdir ki, qonağı gələcəkdir, 8 nömrəli otağı hazırlasın, yemək yeyəcəklər, Nofəlgilin masasına araq da vermiş, Nofəlgilə yeməkxananın qulluqçusu Şahid5 qulluq etmişdir. Onların başı başqa qonaqlara da qarışmış, amma o, özü də Ehtirama görə otağa biriki dəfə girib-çıxmış, nə lazım olduğunu soruşmuş, sonuncu dəfə otağa girəndə görmüşdür ki, Nofəl də otaqdadır, başqa bir oğlan da olmuş, iki nəfər də, sonradan adlarını Sevinc və Məleykə kimi bildiyim qadınlar da oturublar. Nofəl məclisin sonunda otağa gəlmiş, sonra yanındakı oğlan çıxıb getmişdir. Təxminən saat 21 radələrində eşitmişdir ki, həmin otaqdan səs-küy gəlir, qışqırtı qopdu. O da bir inzibatçı kimi görmüşdür ki, qadınlardan qarayanız olanı, yəni, sonradan adının Sevinc olduğunu bildiyi qadın ağlayır, Ehtiram da Nofəli çölə çıxartmış, Ehtiram Sevinci də sakitləşirməyə çalışmışdır. Bir neçə dəqiqədən sonra Nofəl yol maşını ilə çıxıb getmiş, Ehtiram həmin qadınları özünün maşınına qoyub evlərinə aparmış, sonra eşitmişdir ki, Sevinc Nofəldən və Ehtiramdan şikayət etmişdir, rayon prokurorluğundan gəlib hadisə yerinə baxış keçirtmişlər, o qadınlar da həmin baxışda iştirak etmişlər. Həmçinin bildirmişdir ki, o, həmin otağa bir az gec girmiş, o, içəri girəndə Ehtiramı Sevinci sakitləşdirmiş, Nofəl də çölə çıxmış, artıq mübahisə və dava-dalaş başa çatmışdır. O, Sevinci kiminsə də vurmağını, kiminsə də xəsarət yetirməyini görməmişdir. O, hadisədən əvvəl otağa girəndə Sevincin qulağında və boğazında qızıl olmasını görməmiş, bədəni üzərində də hər hansı bir xəsarət müşahidə etməmişdir. Mübahisə və dava-dalaş elə çox çəkməmiş, təxminən 5-10 dəqiqə çəkmiş, yeməkxananın da iş rejimi pozulmasa da müştərilər, işçilər hamısı oraya gəlmişlər, müştərilərdən o, Şahid2 tanımış, Vüqar da gəlib baxıb getmiş, digərlərini tanımamışdır. Hadisəni qulluqçu Nazir və igər yadında qalmayan işçilər də görmüşlər, amma içəri girən olmamış, Ehtiram özü Sevinci sakitləşdirmiş, Nofəl də çölə çıxmışdır, Sevinc Nofəllə mübahisə edib dalaşmışdılar. Orada heç bir qızıl itməyib, Sevincin də telefonu sınmayıbır, onu yalandan deyir, onlar da Nofəlin Sevinci vurmasını, xəsarət yetirməsini görməmişlər. O haqda dəqiq heç nə deyə bilməzlər, ola bilsin ki, onlar gələnə kimi otaqda olmuşdur, daha onlar həmin dava-dalaşı görə bilməzdilər. Orada Sevincin mobil telefonu sınsaydı, yaxud da qızılı itsəydi, onlara deyərdi, onlar da axtarırdı, oraya baxardı, hadisədən sonra da oranı təmizləmişlər, elə bir qızıl əşyası olmamışdır. Heç prokurorluq gələndə də qızıl itmə barədə onlara heç nə deyilməmiş, onlardan heç nə soruşmamışdır. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərmişdir ki, təxminən iki ilə yaxındır ki, Bərdə şəhər sakini Təqsirləndirilən şəxs təxminən bir ildir ki, taınyır, ondan əvvəl tanımamışdır, Nofəli yeməkxanada görüb tanımışdır. Şahid3 da yeməkxanaya gələndən tanıyır, onların müdirinin qardaşı oğludur. Bərdə şəhər sakini Şahid2 tanımır, bəlkə də yeməkxanaya gələndə üzdən tanıyır, ondan əvvəl tanımamışdır. Bərdə rayon sakinləri Zərərçəkmiş şəxs və Şahid1 tanımırdı, ilk dəfə 05 may 2022-ci il tarixdə yeməkxanada görüb tanımış, ondan əvvəl heç birini tanımırdı, o yeməkxanaya gəlməmişdilər, bəlkə də gəlmişdilər, o, görməmişdir. 05 may 2022-ci il tarixdə axşam saatlarında həmişə olduğu kimi yeməkxanada olarkən Ehtiram da yeməkxanada olmuş, Ehtiram ona demişdir ki, qonağı gələcəkdir, 8 nömrəli otağı hazırlasın, yemək yeyəcəklər, Nofəlgilin masasına araq da vermiş, Nofəlgilə yeməkxananın qulluqçusu Şahid5 qulluq etmişdir. Onların başı başqa qonaqlara da qarışmış, amma o, özü də Ehtirama görə otağa bir-iki dəfə girib-çıxmış, nə lazım olduğunu soruşmuş, sonuncu dəfə otağa girəndə görmüşdür ki, Nofəl də otaqdadır, başqa bir oğlan da olmuş, iki nəfər də, sonradan adlarını Sevinc və Məleykə kimi bildiyim qadınlar da oturublar. Nofəl məclisin sonunda otağa gəlmiş, sonra yanındakı oğlan çıxıb getmişdir. Təxminən saat 21 radələrində eşitmişdir ki, həmin otaqdan səs-küy gəlir, qışqırtı qopdu. Məhkəmə istintaqı zamanı şahidlər Şahid2 və Şahid3 teleqram vuraraq istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. Cinayət işi materiallarında olan məhkəmə tibb ekspertizasının 11 may 2022-ci il tarixli, 287 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-beyin silkələnməsi ilə müşayiət olunan sol təpə gicgah, sol gözün bayır bucağı, sol gözyuvasıaltı nahiyələrinin qançırları, qarın nahiyəsinin qançırı, üst dodaq nahiyəsinin selikli qişasının əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən 05 may 2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Qeyd edilən xəsarətlərin özü-özünə yetirilməsi inandırıcı deyildir, Zərərçəkmiş şəxs 4(dörd) həftəlik hamilədir. Cinayət işi materiallarında olan 11 may 2022-ci il tarixdə «Hadisə yerinə baxış keçirilməsi haqqında» tərtib edilmiş protokoldan görünür ki, Bərdə rayonu, Əliyanlı kəndi ərazisində Bərdə_ağdam avtomobil yolunun sol kənarında yerləşən Venera restoranıdır. Resteran birmərtəbəli olmaqla 2 ədəd ikitaylı giriş qapısı vardır, giriş qapısından 15 metr aralı məsafədə 8 nömrəli otaq yerləşir. Baxış keçirmə zamanı baxışda iştirak etmiş Zərərçəkmiş şəxs və Şahid1 8 nömrəli otağı göstərərək həmin otaqda oturmalarını, onlardan başqa Təqsirləndirilən şəxs və Ehtiram Əhmədlvun a otaqda olmasını bildirdi. Otağa baxış keçirmə zamanı otaqda təmir işlərinin getməsi məlum oldu, otağa baxış keçirmə zamanı otağın eninin 3,8 metr, uzunuluğunun və hündürlüyünün də eyni ölçüdə olması məlum olmuşdur. Otağın saat əqrəbi istiqamətində baş tərəfindən kresla və divanın olması, ondan sağda qapı ilə üzbəüz tərəfdə İstanbul korpusunun fotoşəklinin olması, qapıdan sağ tərəf yuxarıda kondisionerin olması məlum olmuşdur. Otağa baxış keçirmə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu həmin otaqda döyüb xəsarət yetirməsini bildirmiş, hadisə yerinə baxış keçirmə zamanı hadisə yerində hər hansı bir qanabənzər ləkələrin və digər bu kimi sübut əhəmiyyətinə malik ola biləcək izlər müəyyən edilməmişdir. Cinatət işi materiallarında olan Azərcell MMC-dən telefon məlumatlarına dair diskə baxış keçirilərkən məlum olmuşdur ki, 01 ədəd diskdə 19647-28-9-2022 yazıları olan qovluq vardır, həmin qovluğa daxil olduqda, 09 ədəd faylların olması məlum olmuşdur. 1-ci üzərində **********02.txt yazıları olan qovluğa daxil olduqda, həmin qovluqda ***-***-**-** mobil nömrənin Samir Quliyev adlı şəxsin adına qeydiyyat olunması, həmin şəxsin ünvan 3 ünvanında qeydiyyatda olması, həmin nömrəyə 01 may 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək girişçıxış zənglərin siyahısının olması, zənglərin danışıq müddəti, sms-lərin vaxtı və tarixinin olması məlum olmuş, diskdə olan 2-ci üzərində **********38.txt yazıları olan qovluğa daxil olduqda, həmin qovluqda ***-***-**-** mobil nömrənin Təqsirləndirilən şəxs adlı şəxsin adına qeydiyyat olunması, həmin şəxsin Bərdə şəhəri, Nüşabə küçəsi, ev 46 ünvanında qeydiyyatda olması, həmin həmin mobil nömrəyə 01 may 2022-ci il tarixdən 06 may 2022-ci il tarixədək olan müddət ərzində giriş-çıxış zənglərin siyahısının olması, zənglərin danışıq müddəti, smslərin vaxtı və tarixinin olması məlum olmuş, 3-cü üzərində **********38_SMS.txt yazıların olması qovluğa daxil olduqda, həmin qovluqda ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə 02 may 2022-ci il tarixdə saat 16:00 dəqiqədə «Qardaş yığacam» mesajının yazılmaıs, başqa bir mesajların olmadığı məlum olmuşdur. Daha sonra 4-cü üzərində **********32.txt yazıları olan qovluğa daxil olduqda, həmin qovluqda ***-***-**-** mobil nömrənin Rahilə Mustafayeva adlı qşəxsin adına qeydiyyat olunması, həmin şəxsin Kəlbəcər rayonu Ballıpəyə kəndində qeydiyyatda olması, həmin həmin mobil nömrəyə 01 may 2022-ci il tarixdən 06 may 2022-ci il tarixədək olan müddət ərzində giriş-çıxış zənglərin siyahısının olması, zənglərin danışıq müddəti, sms-lərin vaxtı və tarixinin olması məlum olmuş, 5-ci üzərində **********11.txt yazıları olan qovluğa daxil olduqda, həmin qovluqda ***-***-**-** mobil nömrənin Zərərçəkmiş şəxs adlı qşəxsin adına qeydiyyat olunması, həmin şəxsin Kəlbəcər rayonu Ballıpəyə kəndində qeydiyyatda olması, həmin həmin mobil nömrəyə 01 may 2022-ci il tarixdən 06 may 2022-ci il tarixədək olan müddət ərzində giriş-çıxış zənglərin siyahısının olması, zənglərin danışıq müddəti, sms-lərin vaxtı və tarixinin olması məlum olmuşdur. Bundan sonra 6-cı üzərində **********11_SMS.txt yazıları olan qovluğa daxil olduqda, həmin qovluqda ***-***-**-** mobil nömrəsinə sorğu edilən tarixdə giriş-çıxış mesajlarının olması məlum oldu, həmin qovluqda elə bir mesadların olmadığı məlum olmuş, 7-ci üzərində **********73.txt sözləri yazılmış qovluğa daxil olduqda, həmin qovluqda ***-***-**-** mobil nömrənin Gültəkin Əliyeva adlı şəxsin adına qeydiyyat olunması, həmin şəxsin ünvan 4 ünvanında qeydiyyatda olması, həmin həmin mobil nömrəyə 01 may 2022-ci il tarixdən 06 may 2022-ci il tarixədək olan müddət ərzində giriş-çıxış zənglərin siyahısının olması, zənglərin danışıq müddəti, sms-lərin vaxtı və tarixinin olması məlum olmuşdur. Daha sonra 8-ci üzərində abuneciler.xlsx sözləri yazılmış qovluğa daxil olduqda, həmin qovluqda sorğu edilən Azercell abunəçiləri ilə əlaqə saxlamış Azercell abunəçilərin adları, soyadları. ata adları, şəxsiyyət vəsiqələri və digər inisialların olması, qovluqda 162 nəfər istifadəçi barəsində məlumatların olması məlum olmuş, bundan sonra 9-cu üzərində antenna.xlsx yazıları olan qovluğa daxil olduqda, həmin qovluqda sorğu edilən abunəçilərin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində abunəçilərin yerləşiyi anten dairəsi göstərilmişdir. Baxış keçirmə zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən və ***- ***-**-** mobil nömrəsindən Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə və ya əksinə olaraq 01 may 2022-ci il tarixdən 06 may 2022-ci il tarixədək olan müddət ərzində hər hansı bir zəng olunmadığı, hər hansı bir mesaj yazılmadığı məlum olmuş, baxış keçirmə zamanı sübut əhəmiyyətinə malik ola biləcək hər hansı bir məlumat və mesajlar müəyyən edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Zərərçəkmiş şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yaşayır. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş AA 2918778, AZE 11790312 saylı Azərbaycan Respublikası şəxsiyyət vəsiqələri surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı var. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon Mərkəzi xəstəxanası X14 24 may 2022-ci il tarixli, PHŞ/1.137-3-2022-205 saylı məktubundan və Ağdam Ruhi-əsəb Dispanserinin 21 may 2022-ci il tarixli 340 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın və dispanserin ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda dayanmır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 124.2.1, 124.2.2-ci maddələrinə əsasən, cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həmçinin, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın mədudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X11rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində islah işləri növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1 və 49.2-ci maddələrinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 15 noyabr 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün həbsdə saxlamanın müddəti, həbsdə saxlamanın müddətinin islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya Şöbəsi həyata keçirməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X3 barədə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hazırki cinayət işi materiallarından görünür ki, iş üzrə mülki iddia verilməmişdir. Bərdə rayon Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardımın göstərilməsinə görə 54 manat məbləğində vəsait Bərdə Rayon Vəkil Bürosunun "xxxx" ASC-nin Bərdə rayon filialındakı AZ09BRES********************1 saylı hesabına köçürülməlidir (Bərdə Rayon Vəkil Bürosunun "xxxx" ASC-nin Bərdə rayon filialındakı bank rekvizitləri: VÖEN: ********** Bank: "xxxx" ASC-nin Bərdə rayon filialı Kod 502650, SWİFT: BİK BRESAZ22 Müxbir hesab: **********944). Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 93.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2—193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.İş materiallarında olan 24 sentyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üzrə önəm kəsb etdiyindən işdə olan təqsirləndirilən şəxs, şahidlərin ifadələri, istintaq hərəkətləri protokolları və digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. Bundan başqa 1 ədəd "xxxx" MMC-dən daxil olmuş CD disk iş üzrə maddi sübut kimi hesab olunmuş, saxlanması üçün iş materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 1 ədəd "xxxx" MMC-dən daxil olmuş CD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli olan əmlak müəyyən olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və aylıq qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 15 noyabr 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün, həbsdə saxlamanın müddətinin islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) ay 26 gün müddətə islah işləri cəzası saxlanılsın. Cəzasını iş yeri üzrə çəksin, cəzaçəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Bərdə rayon Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardımın göstərilməsinə görə 54 manat məbləğində vəsait Bərdə Rayon Vəkil Bürosunun "xxxx" ASC-nin Bərdə rayon filialındakı AZ09BRES********************1 saylı hesabına köçürülsün. (Bərdə Rayon Vəkil Bürosunun "xxxx" ASC-nin Bərdə rayon filialındakı bank rekvizitləri: VÖEN: ********** Bank: "xxxx" ASC-nin Bərdə rayon filialı Kod 502650, SWİFT: BİK BRESAZ22 Müxbir hesab: **********944). İş üzrə sübut növü kimi qiymətləndirilmiş "xxxx" MMC-dən daxil olmuş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. HаkimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar