Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-37/2021 10.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi X7 Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1977-ci ildə Bərdə rayonu Hacılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Qaradırnaq kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materiallarına məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 yanvar 2020-ci il tarixdə saat 09:30 radələrində Bərdə rayonu Hacılar kəndində yaşayan əmisi oğlu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sol qaş nahiyəsinə qəsdən bir dəfə vuraraq sonuncuya sol qaş nahiyəsinin əzilmiş yarası ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Bununla o, Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17.01.2021-ci ildə axşam saatlarında 2007-ci il təvəllüdlü qızı Aliyə inəkləri otaran zaman yaxınlıqda olan sahədə əmisi oğlu Mahirdə öz camışlarını otarırmış, həmin vaxt Aliyə ilə Mahirin arasında mübahisə olmuşdur. Evə gələndə qızı ona demişdir ki, “ata Mahir əmi mənim ağacımı götürdü”. Qızının pis olmasını görüb əmisi oğlu Mahiri evinə cağırmış, həmin vaxt atası Qəzənfərdə onun evində olmuşdurş Mahirə “ayıb deyil sən mənim uşağımın ağacını götürmüsən?” demiş, Mahir də ağacı yerdən tapdığını bildirmişdir. Daha sonra Mahir öz evinə getmişdir. 18.01.2021-ci ildə saat 09:30-da kəndlərinin ərazisində işlədiyi avtoyuma məntəqəsində olarkən əmisi oğlu Mahir öz avtomobili ilə avtoyuma məntəqəsinin qarşısına gəlmişdir. Mahir avtomobilidə oturuqlu vəziyyətdə pəncərədən onu kobud şəkildə yanına cağırmış, Mahirin yanına getməmişdir. Bunun ardınca Mahir ona söyüş söyərək yenidən yanına cağırmışdır. Əsəbləşib Mahirin avtomobilinin yanına getmiş və avtomobilin sağ qabaq qapısını acaraq Mahirə əsəbi şəkildə bir yumruq vurmuş və geri qayıtmışdır. Səhvini başa düşür, əməlindən peşmandır. Hazırda Zərərçəkmiş şəxslə barışdığını qeyd edərək barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun torpaq sahəsi ilə əmisi oğlu Təqsirləndirilən şəxs torpaq sahəsi yanaşıdır. 17.01.2021-ci ildə özünə məxsus camışları sahədə otarırmış, yaxınlığında isə Ayazın qızı Aliyə öz inəklərini otarımışdır. Yerdən bir ağac tapmış, Aliyə ağacın ona məxsus olduğunu bildirmişdir. Aliyəyə camışlarının getmədiyini, ağacla camışları qapısına aparacağını demişdir. Axşam saatlarında Aliyə baş vermiş hadisəni atası Ayaza danışmış, sonuncu isə onu yolda görüb onunla mübahisə etməyə başlamışdır. Ayaz onu evlərinə dəvət etmiş, özü də sonuncu ilə birlikdə onlara getmişdir. Söhbət edərkən Ayaz onunla mübahisə edərək ona biqeyrət demişdir. Əmisi Qəzənfər orada olduğundan Ayaza heç bir söz deməmiş və evinə qayıtmışdır. 18.01.2021-ci ildə səhər saatlarında idarə etdiyi avtomobillə əmisi oğlu Təqsirləndirilən şəxs işlədiyi Bərdə rayonu Hacılar kəndi ərazisində yerləşən avtoyuma məntəqəsinin qarşısına gəlmiş, Ayazı avtomobilinə cağırmışdır ki, söhbət etsin. Bu zaman Ayaz yuduğu avtomobildən əlini cəkərək onun avtomobilinə yaxınlaşmış və əli ilə avtomobilin qabaq sağ qapısını açmışdır. Ayaza nəyə görə dünən onu təhqir etdiyini soruşmuş, Ayaz qəfildən yumruqla onun alın nahiyəsinə vurmuşdur. Avtomobildə oturuqlu vəziyyətdə olduğundan Ayaza müqavimət göstərə bilməmişdir. Bundan sonra hadisə yerində olan Əlyar və adını bilmədiyi digər şəxs Ayazı oradan uzaqlaşdırmışlar. Onun alnından qan axdığından avtomobilini kənara sürüb 102 xidmətinə məlumat vermişdir. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X2 Bərdə rayonlararası zona mərkəzinin verdiyi 18 yanvar 2021-ci il tarixli 48 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət-sol qaş nahiyəsinin əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixəyəni 18.01.2021-ci ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 19 yanvar 2021-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Bərdə rayon icra hakimiyyəti başçısının Hüseynalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 22 saylı 18 yanvar 2021-ci il tarixli arayışdan və xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Hacılar kəndində yaşayır. Ailə üzvləri: arvadı 19.08.1980-cı il təvəllüdlü X3; oğlu 01.01.2003-cü il təvəllüdlü X5; qızı 01.05.2006-cı il təvəllüdlü X4; qızı 20.10.2007-ci il təvəllüdlü X6 ibarətdir. Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə özünü intizamlı aparmış, öz həmyaşıdları arasında hörməti vardır. Ailə və məişətdə intizamlıdır. Ərazidə ictimai işlərdə fəal iştirak edir. Hal-hazıradək nümayəndəliyə onun haqqında heç bir ərizə və şikayət daxil olmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmış, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 40-cı maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxs barışdıqda cinayət təqibi həyata keçirilməyə və ya cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikasının CPM-nin 43.1 və 43.3-cü maddələrinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-37/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-37/2021
10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver