Məhkəmə qərarları › İş №1(021)-38/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-38/2022

23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-38/2022 23.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili X9 oğlunun iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı,orta təhsilli, evli, əvvəllər məhkum olunmuş,məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilmiş və götürülmüş, fərdi əməklə məşğul olan,ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2irilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, ümumilikdə 1.173 qram heroini istintaqa məlum olmayan mənbədən əldə edib qanunsuz olaraq üzərində saxlamış, 04 oktyabr 2021-ci il tarixdə saat 21:00 dəqiqədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Bölməsinin və Bərdə RPŞ-nin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhəri İ.Qayıbov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsində sonuncunun üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman üzərindən, yəni əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf polietilenə bükülmüş, ümumi təmiz çəkisi 1.173 qram olan narkotik maddə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə şəhərində anadan olmuş, hazırda Bərdə şəhəri B.Hacıyev küçəsi nömrəsiz evdə ailə üzvlərilə birlikdə yaşayır. Evlidir, 2 övladı var, rəsmi olaraq heç bir yerdə işləmir. Özünə məxsus avtomobil ilə sərnişin daşıyaraq ailəsini dolandırır.15 ildən çox müddətdir narkotik vasitələrdən istifadə edir. Mahiyyəti üzrə bildirir ki, o, 03 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri Binəqədi rayonunda yerləşən Avtovağzalda olarkən yerdə bir ədəd ağ rəngli şəffaf sellofan bükülü görüb, yerdən götürüb içərisinə baxmış, bükümün içərisində narkotik vasitə olan heroin olmasını görmüş, narkotik vasitə istifadə etdiyi üçün şəxsi istifadəsi üçün həmin bükümü əynindəki göy rəngli şalvarın sağ yan cibinə qoymuşdur. O, 04 oktyabr 2021-ci il tarixdə saat 21 radələrində Bərdə şəhəri İ.Qayıbov küçəsində yaşadığı ünvanda olan televizora pult axtararkən, polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona üzərində narkotik vasitə saxlamağı barədə məlumat olduğunu bildirib, onu Bərdə RPŞ-nə dəvət etmişlər. Polis şöbəsində ona hüquq vəzifələri izah olunduqdan sonra vəkili Müdafiəçi təqdim edilmişdir. Daha sonra narkotik vasitələri qanunsuz saxlamasında şübhəli olunduğunu dedikdən sonra video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona könüllü olaraq üzərində olan əşyaları təqdim etməyi bildirmişlər. O, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli şəffaf selofan bükümdə narkotik vasitəni polislərə təqdim etmiş, həmin büküm elektron tərəziyə qoyularaq çəkilmiş, çəkisinin 1.40 qram olması müəyyən olunmuşdur. Sonra həmin bükülü zərfə qoyularaq möhürlənmişdir. Həmin vaxt o narkotik vasitə olan heroini 03 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri Binəqədi rayonunda yerləşən Avtovağzalın həyətindən tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış,üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, üzərindən aşkar edilən narkotik vasitəni 03 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri Binəqədi rayonunda yerləşən Avtovağzalın həyətindən tapmış və şəxsi istifadəsi üçün saxlamış, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamış, o, heç kimə narkotik vasitə satmamış və heç kimə verməmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, 04 oktyabr 2021-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və Bərdə şəhəri B.Hacıyev küçəsi nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitəni üzərində gəzdirməsi barədə polis şöbəsinə məxfi məlumat daxil olmuş, buna görə də, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və polis leytenantı Şahid1 ilə birlikdə 04 oktyabr 2021-ci il tarixdə saat 21:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhəri İ.Qayıbov küçəsində olmasını müəyyən etmişlər və Səxavəti Bərdə rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Səxavətə təhqiqatçı tərəfindən hüquq vəzifələri izah olunduqdan sonra vəkili Müdafiəçi təqdim edilmişdir. Daha sonra narkotik vasitələri qanunsuz üzərində gəzdirməsində şübhəli olunduğunu deyildikdən sonra video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmiş, həmin vaxt təhqiqatçı tərəfindən Səxavətə könüllü olaraq üzərində olan əşyaları təqdim etməsi bildirilmiş, Səxavət əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ şəffaf rəngli sellofan bükümdə olan maddəni masaya üzərinə qoymuş, daha sonra o, Səxavətin üzərinə axtarış keçirmiş, lakin Səxavətin üzərindən qanunsuz əşya və predmet aşkar edilməmişdir. Daha sonra təhqiqatçı tərəfindən ağ şəffaf rəngli sellofan bükümə baxış keçirilmiş, Səxavət həmin bükümdə narkotik vasitə olan heroinin olmasını və həmin narkotik vasitəni 03 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonunda yerləşən Avtovağzalın həyətindən tapdığını və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. Həmin büküm təhqiqatçı tərəfindən elektron tərəziyə qoyularaq çəkilmiş,çəkisinin 1.40 qram olması müəyyən olunmuşdur. Sonra həmin büküm zərfə qoyularaq möhürlənmiş, üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır.Şahid3 həmçinin ifadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 03 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonunda yerləşən Avtovağzalın həyətindən tapdığını bildirmişdir. Şahidlər Şahid2, Şahid1 və Şahid4 məhkəməyə ərizə ilə müraciət edərək əməliyyat işləri ilə bağlı məhkəmə iclasına gələ bilməyəcəklərini, ibtidai istintaqda verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki,2014cü il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarda işləyir.02 aprel 2021-ci il tarixdən Bərdə Rayon Polis X3 Mübarizə Qrupunda əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı rütbəsində xidmət edir. 04 oktyabr 2021-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və Bərdə şəhəri B.Hacıyev küçəsi nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitəni üzərində gəzdirməsi barədə polis şöbəsinə məxfi məlumat daxil olmuş, buna görə də, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları baş əməliyyat müvəkkili, polis kapitanı Şahid4 və baş serjant Şahid2 ilə birlikdə 04 oktyabr 2021-ci il tarixdə saat 21:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhəri İ.Qayıbov küçəsində olmasını müəyyən etmişlər və Səxavəti Bərdə rayon polis şöbəsinə gətirmişlər.Polis şöbəsində Səxavətə təhqiqatçı tərəfindən hüquq vəzifələri izah olunduqdan sonra vəkili Müdafiəçi təqdim edilmişdir. Daha sonra narkotik vasitələri qanunsuz üzərində gəzdirməsində şübhəli olunduğunu deyildikdən sonra video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmiş, həmin vaxt təhqiqatçı tərəfindən Səxavətə könüllü olaraq üzərində olan əşyaları təqdim etməsi bildirilmiş, Səxavət əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ şəffaf rəngli sellofan bükümdə olan maddəni masaya üzərinə qoymuş, daha sonra o, Səxavətin üzərinə axtarış keçirmiş, lakin Səxavətin üzərindən qanunsuz əşya və predmet aşkar edilməmişdir. Daha sonra təhqiqatçı tərəfindən ağ şəffaf rəngli sellofan bükümə baxış keçirilmiş, Səxavət həmin bükümdə narkotik vasitə olan heroinin olmasını və həmin narkotik vasitəni 03 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonunda yerləşən Avtovağzalın həyətindən tapdığını və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. Həmin büküm təhqiqatçı tərəfindən elektron tərəziyə qoyularaq çəkilmiş, çəkisinin 1.40 qram olması müəyyən olunmuşdur. Sonra həmin büküm zərfə qoyularaq möhürlənmiş, üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 həmçinin ifadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 03 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonunda yerləşən Avtovağzalın həyətindən tapdığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Baş Narkotiklə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin polis nəfəri vəzifəsində çalışır, 04 oktyabr 2021-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və Bərdə şəhəri B.Hacıyev küçəsi nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitəni üzərində gəzdirməsi barədə polis şöbəsinə məxfi məlumat daxil olmuş, buna görə də, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları baş əməliyyat müvəkkili, polis kapitanı Şahid4 və polis leytenantı Şahid1 ilə birlikdə 04 oktyabr 2021-ci il tarixdə saat 21:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhəri İ.Qayıbov küçəsində olmasını müəyyən etmişlər və Səxavəti Bərdə rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Səxavətə təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunduqdan sonra vəkili Müdafiəçi təqdim edilmişdir. Daha sonra narkotik vasitələri qanunsuz üzərində gəzdirməsində şübhəli olunduğunu deyildikdən sonra video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmiş, həmin vaxt təhqiqatçı tərəfindən Səxavətə könüllü olaraq üzərində olan əşyaları təqdim etməsi bildirilmiş, Səxavət əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ şəffaf rəngli sellofan bükümdə olan maddəni masaya üzərinə qoymuş, daha sonra o, Səxavətin üzərinə axtarış keçirmiş, lakin Səxavətin üzərindən qanunsuz əşya və predmet aşkar edilməmişdir. Daha sonra təhqiqatçı tərəfindən ağ şəffaf rəngli sellofan bükümə baxış keçirilmiş, Səxavət həmin bükümdə narkotik vasitə olan heroinin olmasını və həmin narkotik vasitəni 03 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonunda yerləşən Avtovağzalın həyətindən tapdığını və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. Həmin büküm təhqiqatçı tərəfindən elektron tərəziyə qoyularaq çəkilmiş, çəkisinin 1.40 qram olması müəyyən olunmuşdur. Sonra həmin büküm zərfə qoyularaq möhürlənmiş, üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 həmçinin ifadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 03 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonunda yerləşən Avtovağzalın həyətindən tapdığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Baş Narkotiklə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 04 oktyabr 2021-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və Bərdə şəhəri B.Hacıyev küçəsi nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitəni üzərində gəzdirməsi barədə polis şöbəsinə məxfi məlumat daxil olmuş, buna görə də, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Şahid1 ilə birlikdə 04 oktyabr 2021-ci il tarixdə saat 21:00 radələrində keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhəri İ.Qayıbov küçəsində olmasını müəyyən etmişlər və Səxavəti Bərdə rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Səxavətə təhqiqatçı tərəfindən hüquq vəzifələri izah olunduqdan sonra vəkili Müdafiəçi təqdim edilmişdir. Daha sonra narkotik vasitələri qanunsuz üzərində gəzdirməsində şübhəli olunduğunu deyildikdən sonra video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmiş, həmin vaxt təhqiqatçı tərəfindən Səxavətə könüllü olaraq üzərində olan əşyaları təqdim etməsi bildirilmiş, Səxavət əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ şəffaf rəngli sellofan bükümdə olan maddəni masaya üzərinə qoymuş, daha sonra o, Səxavətin üzərinə axtarış keçirmiş, lakin Səxavətin üzərindən qanunsuz əşya və predmet aşkar edilməmişdir. Daha sonra təhqiqatçı tərəfindən ağ şəffaf rəngli sellofan bükümə baxış keçirilmiş, Səxavət həmin bükümdə narkotik vasitə olan heroinin olmasını və həmin narkotik vasitəni 03 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonunda yerləşən Avtovağzalın həyətindən tapdığını və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. Həmin büküm təhqiqatçı tərəfindən elektron tərəziyə qoyularaq çəkilmiş, çəkisinin 1.40 qram olması müəyyən olunmuşdur. Sonra həmin büküm zərfə qoyularaq möhürlənmiş, üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Şahid4 həmçinin ifadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 03 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonunda yerləşən Avtovağzalın həyətindən tapdığını bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 04 oktyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə” haqqında protokoldan və həmin protokola əlavə edilmiş video çəkilişdən görünür ki, Bərdə Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısının və Bərdə Rayon Polis X3 mübarizə qrupunun və Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə narkotik vasitəyə bənzər kütləni masanın üzərinə qoydu. Həmin ağ rəngli şəffaf sellofanda olan bükümün 1.4 qram çəkidə olmaqla heroinə bənzər kütlə olması müəyyən olundu. Daha sonra narkotik vasitəyə bənzər bükülü elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq Daxili İşlər Nazirliyinin 94 saylı möhürü ilə möhürləndi. Cinayət işi materiallarına əlavə edilmiş 04 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər maddələrin narkotik vasitə olub-olmamasını müəyyən etmək məqsədilə Bərdə Rayon Polis Şöbəsinin təhqiqatçısı X7 tərəfindən məhkəməkimyəvi ekspertizası təyin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X4 Regional Bölməsinin 05 oktyabr 2021-ci il tarixli 16/1040 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 1.173 qram olan maddə kustar üsulla hazırlanmış vasitə heroindir. Cinayət işi materiallarına əlavə edilmiş 09 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkoman olub-olmamasını, əgər narkomandırsa, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmadığını müəyyən etmək məqsədilə məhkəmə narkoloji ekspertizası təyin edilmişdir. Cinayət işinə əlavə edilmiş Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 21 dekabr 2021-ci tarixli 1550 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş 21 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2014-cü il tarixdə Bərdə rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2, 263.2, 71.5, 61.5-ci maddələri ilə 04 il müddətinə azadlıqdan məhrum etmə 02 il müddətinə nəqliyyat vasitəsini idarə etməyin məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin Səxavət Xəilovun məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülmüş və ödənilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bərdə şəhər İcra hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx xxxxxx 1981-cı il təvəlüdlü, Bərdə şəhəri, Qarabağ küçəsi ev 11 qeydiyyatda olmaqla Bərdə şəhəri B.Hacıyev küçəsində nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs müvvəqəti işsizdir, ailəlidir, iki uşağı var. Ərazidə yaşadığı müddət ərzində özünü ailədə və ictimaiyyət arasında nümunəvi aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bərdə rayon İcra hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Bərdə şəhəri, B.Hacıyev küçəsində nömrəsiz evdə ailə üzvləri ilə birlikdə yaşayır. İş materiallarından görünür ki, 04 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən Bərdə Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 06 oktyabr 2021-ci tarixdə Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə kifayət qədər sübutlar olduğu üçün həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, ümumilikdə 1.173 qram heroini istintaqa məlum olmayan mənbədən əldə edib qanunsuz olaraq üzərində saxlamış, 04 oktyabr 2021-ci il tarixdə saat 21:00 dəqiqədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Bölməsinin və Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhəri İ.Qayıbov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsində sonuncunun üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman üzərindən, yəni əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf polietilenə bükülmüş, ümumi təmiz çəkisi 1.173 qram olan narkotik maddə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqa tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət mə-suliyyətinin diferensasiyası,cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differ-ensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsu-liyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X8rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarıda qeyd edilən qərarlarda müəyyən olunmuş hüquqi prinsiplərə istinad edərək məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə niyə azadlığın məhdudlaşdırılması cəzası deyil, məhz azadlıqdan məhrum etmə cəzasını təyin etməsini onunla əsaslandırır ki, əvvəllər Təqsirləndirilən şəxs 31 oktyabr 2014-cü il tarixdə Bərdə Rayon Mməhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2, 263.2, 71.5, 61.5-ci maddələri ilə 04 il müddətinə azadlıqdan məhrum etmə 02 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülmüş və ödənilmiş olsa da, təqsirləndirilən şəxs çox uzun müddət keçməmiş yenidən cinayət törətmiş və bu hal da ona əvvəllər təyin edilmiş cəzanın onun islah edilməsində yetərli qədər təsirli olmadığını sübut etmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, əməlin qanunvericilikdə nəzərdə tutulmuş cinayət hesab edilməsi və cinayət tərkibinin formalaşmasında zəruri və fakultativ əlamətlərin müəyyən edilməsinin böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Fakultativ əlamətlər isə bütün cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol oynayan əlamətlərdir. Belə əlamətlərə cinayətin obyektiv cəhətini səciyyələndirən cinayətin törədilmə vaxtı, yeri, üsulu, cinayətin subyektiv cəhətini xarakterizə edən motiv, məqsəd və s. aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olması onun cəzasını yüngəlləşdirən haldır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə Rayon Polis Şöbəsində 04 oktyabr 2021-ci il tarixdən 06 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün həbsdə saxlamanın müddəti, azadlıqdan məhrum etmə müddətinə günə-gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli və barəsində həbs qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Bundan başqa cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd ağ rəngli şəffaf sellofanda olan ekspertiza tədqiqatı zamanı 0.05 qram istifadə edildikdən sonra 1.173 qramdan qalmış 1.123 qram olan maddə kustar üsulla hazırlanmış vasitə heroin maddi sübut kimi tanınmış və saxlanması üçün Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına verilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan 1.123 qram olan maddə kustar üsulla hazırlanmış vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs “şəxsi axtarış və götürmə” haqqında protokoldan və həmin protokola əlavə edilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD cinayət işi üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 30,40 (otuz manat qırx qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 04 oktyabr 2021-ci il tarixdən 06 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 23 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs aşkar edilmiş, ekspertiza tədqiqatından sonraki 1.123 qram olan maddə kustar üsulla hazırlanmış vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar