Məhkəmə qərarları › İş №1(021)-39/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-39/2021

16.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-39/2021 16.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə xx xxxxxx 1959-cu ildə Tərtər rayonu Qazyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, Bərdə Rayon Məhkəməsinin 05.05.2020-ci il tarixli hökmü ilə Azərbaycan respublikası CM-nin 157.1, 221.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2-ci maddəsinə əsasən 1500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, 1350 manat ödənilməmiş cərimə cəzası qalmış, Tərtər rayonu Qazyan kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 02 oktyabr 2020-ci il tarixdə saat 2030 radələrində Bərdə şəhəri, Ə.Ədilov küçəsi ev 20 A-nın qarşısında küçədə aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı əl və ayaq zərbələri ilə bir neçə dəfə keçmiş yeznəsi Zərərçəkmiş şəxs Bunyət oğlunun bədəninin müxtəlif nahiyyələrinə qəsdən vuraraq sonuncuya üst çənə sümüyünün yerdəyişmiş sınığı, burun sümüyünün yerdəyişmiş sınığı, burun tənəffüsünün kəskin pozulması, baş beyin silkələnməsi, sağ gözaltı, sol gözaltı nahiyyənin, sağ budun yuxarı 1/3-nin arxa səthinin qançırları, sağ bazunun aşağı 1/3-nin arxa səthinin, sol baldırın aşağı 1/3-nin ön səthinin sıyrıqları ilə müşayət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs qızı Səfayənin keçmiş həyat yoldaşıdır. Səfayə ilə Elmir 2009-cu ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuşlar. Səfayə ilə Elmirin nikahlarından 2010-cu il təvəllüdlü Bunyat adlı, 2011-ci il təvəllüdlü Fəxri adlı övladları olmuşdur. Səfayə ilə Elmir 2019-cu ildə rəsmi olaraq ayrılmışlar. Nəvəsi Fəxri onların, Bunyat isə Elmirin yanında yaşayır. Mütəmadi olaraq nəvələri Fəxri və Bunyat onların iştirakları ilə Tərtər rayonunda yaşadıqları ünvanda görüşmüşlər. 27.09.2020-ci il tarixdən Azərbaycan və Ermənistan Respublikaları arasında baş vermiş müharibə səbəbi ilə yaşadıqları ünvan 2 ünvanına gedərək müvvəqəti olaraq orada yaşamışdır. 02.10.2020ci il tarixdə təxminən saat 2030 radələrində qohumu Xalıqverdinin evində olarkən, evin qapısı döyülmüş, nəvəsi Bunyatla keçmiş yeznəsi Elmirlə gəldiyini görmüşdür. Elmir sərxoş olduğundan Xalıqverdi içəri girməməsini bildirmiş, Elmir Xalıqverdinin ünvanına nalayiq sözlər işlətməyə başlamışdır. Küçəyə çıxaraq Elmirə söyüş söydüyünə görə iradını bildirmişdir. Bu vaxt Elmir onun da ünvanına nalayiq sözlər işlətmişdir. Elmirin hərəkətlərindən əsəbləşərək çıxıb getməsini bildirmiş, lakin Elmir öz hərəkətlərini davam etdirmişdir. Zərərçəkmiş şəxs vurmamış, sonuncuya heç bir xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs burnu əvvəldən qırıq olmuşdur. Özünü təqsirli bilmədiyindən barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, 2009-cu ildə X4 ilə ailə həyatı qurmuş, birgə nikahdan 2 uşaqları dünyaya gəlmişdir. 2019-cu ildə ailə münasibətlərində ziddiyyət yarandığından Bərdə Rayon Məhkəməsində rəsmi qaydada boşanmışdır. Bundan sonra məhkəmə uşaqlar azyaşlı olduğundan xx.xx.2010-cu il təvəllüdlü oğlu Şahid4 onun və 09.12.2011-ci il təvəllüdlü X5 anasının himayəsində saxılanılmışdır. Bunyat və Fəxri qardaşları bir çox hallarda Səfayə Tərtər rayonunda yaşadığından onlarda gedib görüşmüşdür. Məlum Qarabağ hadisələri ilə ələqədar Səfayəgil Bərdə şəhərinə Bərdə şəhərində Z.Əliyeva adına orta məktəbin arxa tərəfində yerləşən xalasıgilə, Xalıqverdigilə gəldiyindən uşaqlar həmin evdə Xalıqverdinin iştirakı ilə görüşməyə başlamışdır. 02 oktyabr 2020-ci il tarixdə təxminən saat 19 radələrində Səfayənin yanında yaşayan oğlu Fəxri qardaşı Bunyada anası Səfayənin mobil telefonu ilə zəng vurub darıxmasını, qardaşı Bunyadla görüşmək istəməsini bildirmişdir. Əvvəllər bir neçə dəfə uşaqlar görüşərkən Səfayənin xalasının həyat yoldaşı Xalıqverdi uşaqları həyət darvazası qarşısında görüşdürmüşdür. 02.10.2020-ci il tarixdə təxminən saat 2030 radələrində oğlu Şahid4la ikinci həyat yoldaşından olan oğlu Şahid2 da özünə məxsus Niva markalı 09 BO-505 dövlət qeydiyyat nişanlı avtomobili ilə həmin ünvana, yəni Ə.Ədilov küçəsi 20 saylı ünvana getmişdir. Avtomobili Xalıqverdinin həyət darvazasından 5 metr aralıda yolda saxlamışdır. Xalıqverdi həmişə ona maşını həyət darvazasından kənarda saxlamasını və uşaqların bu əsasda görüşməsini bildirmişdir. Maşınını həmin gün həyət darvazasından 5 metr aralıda saxlamış və maşından düşüb artıq qaranlıq olduğundan maşının yanında dayanmışdır. Uşaqları Bunyat və Elcan Xalqverdinin darvazasına çatanda Xalıqverdi darvazadan çölə çıxmışdır. Uşaqlarda darvazanın qapışı qarşısında dayanmışdır. Xalıqverdi həyət darvazasından çölə çıxan kimi ardınca 7-8 nəfər həyət darvazasından çölə çıxmışdır. Elə bu vaxt Səfayənin qardaşı Mütalib əlində dəmir parçası onun üstünə gəlmişdir. Arxasınca atası Namət əlində xüsusi hazırlanmış “bedbul”, yəni adam döymək üçün ağacdan və ya dəmirdən hazırlanan belə bir alətlə onun üstünə gəlmişdir. Mütalib ona çatan kimi heç bir söz demədən yumruqla onun sağ və sol gözaltı nahiyəsindən bir dəfə vurub onun arxa tərəfinə keçib onun ortasından tutmuşdur. Onu tutan kimi Namət əlindəki bedbulla onun burun, yəni sifət nahiyəsinə zərbə endirmiş, bu vaxt burnundan qan axmağa başlamışdır. Qadınlardan orada olan kişilərdən kimsə Bünyatı tutun demiş, bu vaxt Mütalib onu buraxıb əlindəki dəmir parçası ilə onun başına arxadan vurduğuna görə o, huşunu itirib yerə yıxılmışdır. Təxminən 5-6 dəqiqə qalıb özünə gəlmiş və ayağa qalxıb uşaqları axtarmışdır. Heç kimin, eləcə də uşaqları Bunyat və Elcanın da olmadığını görmüşdür. Uşaqlarını qışqıraraq səsləmiş, bu vaxt aralıda küçədə dayanmış bir sərnişin maşınının alt tərəfindən uşaqlarının səsinə səs vermələrini eşitmişdir. Onlara tərəf gedəndə onların maşının altında gizləndiklərini görmüşdür. Məhkəmə Bunyatı da anasına verdiyindən lakin, Bunyat anası ilə qalmaqdan imtina etdiyindən, keçmiş qohumları bu tərzdə hərəkət edib Bunyatı ələ keçirib özləri ilə aparmaq istəmişdir. Elə ona görə də belə bir hadisə baş vermişdir. Uşaqları qeyd etdiyi yerdən götürüb birbaşa Bərdə RMX-na getmişdir. Orada ona ilkin tibbi yardım göstərilmişdir. Məsləhət olunmuşdur ki, məlum Qarabağ hadisələri ilə ələqədar çoxlu yaralı əsgərlər olduğu üçün evinə gedib birinci gün üçün xəstəxanaya gəlib müalicəsini davam etdirsin. Birinci gün yenə xəstəxanaya getmiş, onu əməliyyat otağına aparıb burun və çənə nahiyəsinin qırıqlarını müalicə etməyə başlamışlar. Xəstəxanada 2-3 saat qalmış, uzanıqlı vəziyyətdə həkimlərin məsləhəti ilə qalıb sonra evinə getmişdir və bu qaydada müalicəsini davam etdirimişdir. Hadisə zamanı burun sümüyü və üst çənə sümüyü sınmış, kəllə-beyin travması almışdır. Aldığı xəsarətlərə görə hadisə zamanı iki litrdən çox qan itirmişdir. Müalicələrə ümumilikdə 8530 manat 50 qəpik xərci çıxmışdır. Hələdə səhhəti düzəlməmiş, müalicələri davam etdirilir. Bundan sonrakı günlərdə tənəffüs sisteminin düzəlməsi, normallaşmasına görə 5000 manat civarında burun sümük qırığından yeni əməliyyat olunmalıdır. Hadisə zamanı orada xeyli sayda adam olmuş, hadisəni görmüşlər. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin əlamətləri olduğundan sonuncuya həmin maddə ilə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Zərərçəkmiş şəxs qohumu Namətin qızı Səfayənin keçmiş həyat yoldaşıdır. Səfayə ilə Elmir 2009-cu ildə rəsmi nikahla ailə həyatı qurmuşlar. Səfayə ilə Elmirin nikahlarından 2010-cu il təvəllüdlü Bunyat adlı, 2011-ci il təvəllüdlü Fəxri adlı oğlan övladları doğulmuşdur. Səfayə ilə Elmir 2019-cu ildə rəsmi olaraq ayrılmışlar. Fəxri anası Səfayə ilə Tərtər rayonunda qalmış, Bunyat isə Elmir ilə birlikdə Bərdə şəhərində yaşamışdır. Elmir Səfayə ilə ayrıldıqdan sonra yenidən ailə qurmuş və buna görə də onların ailələri arasında ədavətləri vardır. Mütəmadi olaraq Fəxri və Bunyat Tərtər rayonunda Namətin yaşadığı ünvanda görüşmüşlər. 27.09.2020-ci il tarixdən Azərbaycan və Ermənistan Respublikaları arasında baş verən müharibə səbəbilə Namət və ailəsi yaşadıqları ünvan 4 ünvanına gəlib müvəqqəti onlarla yaşamışdır. Sonuncu dəfə 02.10.2020-ci il tarixdə təxminən saat 19 radələrində Elmir dəfələrlə onun mobil nömrəsinə zəng edərək Namətgilin onlarda qalmasına görə onu sözlə təhqir edib, onları hədələmişdir. 02.10.2020-ci il tarixdə saat 2030 radələrində yaşadığı ünvanda olarkən, evin qapısı döyülmüşdür. Həyətin qapısını açmış və Bunyat ilə Elmirin gəldiyini görmüşdür. Elmirin sərxoş olması səbəbilə Elmirdən içəri daxil olmamasını istəmiş, bu vaxt Elmir Namət və ailəsinin ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Namət və oğlu Mütalib küçəyə çıxmışlar və Namət Elmirə söyüş söyməsinə görə sözlə öz iradını bildirmişdir. Bu vaxt Elmir Naməti yenidən nalayiq söyüşlərlə təhqir etmişdir. Namət əsəbləşib əli ilə Elmirin burun nahiyyəsinə bir dəfə yumruq zərbəsi vurmuş, zərbənin təsirindən Elmir yerə yıxılmışdır. Sonra Namət ayağı ilə Elmirin ayaq nahiyyəsinə bir dəfə zərbə vurmuşdur. Mütalib Naməti sakitləşdirmişdir. Onlar birlikdə həyətə daxil olmuşlar. Elmirin sonrakı hərəkətlərindən xəbərləri olmamışdır. Az müddət sonra Elmir dəfələrlə onun mobil nömrəsinə zəng edərək onu sözlə təhqir edib, onları hədələmişdir. Elə bu səbəblə də DİN-nin 102 xidmətinə xəng edib müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Zərərçəkmiş şəxs bacısı Səfayənin keçmiş həyat yoldaşıdır. Səfayə ilə Elmir 2009-cu ildə rəsmi nikahla ailə həyatı qurmuş, nikahlarından 2010-cu il təvəllüdlü Bunyat adlı, 2011-ci il təvəllüdlü Fəxri adlı övladları doğulmuşdur. Səfayə ilə Elmir 2019-cu ildə rəsmi olaraq ayrılmışlar. Bacısı oğlu Fəxri onlarla qalmış, Bunyad isə Elmir ilə birlikdə yaşamışdır. Elmir bacısı ilə ayrıldıqdan sonra yenidən ailə qurmuş və buna görə də onların aralarında ədavətləri vardır. Mütəmadi olaraq Fəxri və Bunyad onların iştirakları ilə Tərtər rayonunda yaşadıqları ünvanda görüşmüşdür. 27.09.2020-ci il tarixdən Azərbaycan və Ermənistan Respublikaları arasında baş verən müharibə səbəbilə yaşadıqları ünvan 5 ünvanına gedib müvəqqəti orada yaşamışlar. Sonuncu dəfə 02.10.2020-ci il tarixdə təxminən saat 2030 radələrində qohumları Xalıqverdinin evində olarkən, evin qapısı döyülmüş, Xalıqverdi həyətin qapısını açmış və Bunyad ilə Elmirin gəldiyini görmüşdür. Elmirin sərxoş olması səbəbilə Xalıqverdi Elmirdən içəri daxil olmamasını istəmiş, bu vaxt Elmir onların ünvanlarına nalayiq söyüşlər söyməyə başlamışdır. Özü və atası Namət küçəyə çıxmış və atası Elmirə söyüş söyməsinə görə sözlə öz iradını bildirmişdir. Bu vaxt Elmir atasını yenidən nalayiq söyüşlərlə təhqir etmişdir. Atası əsəbləşib əli ilə Elmirin burun nahiyyəsinə bir dəfə yumruq zərbəsi vurmuş, zərbənin təsirindən Elmir yerə yıxılmışdır. Sonra atası ayağı ilə Elmirin ayaq nahiyyəsinə bir dəfə zərbə vurmuşdur. Həmin vaxt o, və qohumu Xalıqverdi atasını sakitləşdirmişdir. Onlar birlikdə həyətə daxil olmuşdur. Elmirin sonrakı hərəkətlərindən xəbərləri olmamışdır. Məhkəmə iclasında qanuni nümayəndəsi olan atası Zərərçəkmiş şəxs Bunyət oğlunun iştirakı ilə dindirilmiş azyaşlı Şahid2 göstərmişdir ki, 7 yaşı var. 2020-ci ilin oktyabr ayında atası Zərərçəkmiş şəxs və atasının birinci arvadından olan oğlu Şahid4la birlikdə atasına məxsus avtomobillə ünvan 6 ünvana getmişlər. Atası avtomobili saxlamış, maşından düşmüşlər. Atası qapını döymüş həyətdən adamlar çıxmışdır. Namət atasını əli il vurmuş, atasının burnu qanamışdır. Özü və Bunyət qorxularından kənarda dayanmış maşının altına altına girərək gizlənmişlər. Namətlə Mütalib atasını döymüşlər. Namətin əlində ağaca oxşayan nəsə olmuş və onunla atasını vurmuşdur. Atası yerə yıxılmış, yerdə atasını təpiklə vurmağa başlamışlar. İş materiallarında olan MTE və PA Birliyinin Bərdə rayonlararası zona mərkəzinin verdiyi 868 saylı 03 oktyabr 2020-ci il tarixli rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs Bunyad oğlunun məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-üst çənə sümüyünün yerdəyişmiş sınığı, burun sümüyünün yerdəyişmiş sınığı, burun tənəffüsünün kəskin pozulması, baş beyin silkələnməsi, sağ gözaltı, sol gözaltı nahiyənin, sağ budun yuxarı 1/3-nin arxa səthinin qançırları, sağ bazunun aşağı 1/3-nin arxa səthinin, sol baldırın aşağı 1/3-nin ön səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 02.10.2020-ci ilə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Bərdə Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qərarına əsasən Zərərçəkmiş şəxs Bunyət oğlunun nümayəndəsi Nümayəndə vəsatəti qismən təmin edilmiş, iş üzrə əlavə komisyon məhkəmə-tibbi ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X8 T 138/2021 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərüst çənə sümüyünün yerdəyişmiş sınığı, burun tənəffüsünün kəskin pozulması ilə müşayət olunan burun sümüyünün yerdəyişmiş sınığı, baş beyin silkələnməsi, hər iki gözaltı nahiyəsinin, sağ budun yuxarı 1/3-nin qançırları, sağ bazunun və sol baldırın aşağı 1/3-nin sıyrıqları-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən 02.10.2020-ci ilə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aidirlər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsinə, zərərçəkmiş şəxsə heç bir xəsarət yetirməməsinə dair göstərdiyinə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs 02 oktyabr 2020-ci il tarixdə saat 2030 radələrində Bərdə şəhəri, Ə.Ədilov küçəsi ev 20 A-nın qarşısında küçədə aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı əl və ayaq zərbələri ilə bir neçə dəfə keçmiş yeznəsi Zərərçəkmiş şəxs Bunyət oğlunun bədəninin müxtəlif nahiyyələrinə qəsdən vuraraq sonuncuya sağlamlığın uzun müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına az ağır zərər vurması məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri ilə öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxs Bunyət oğlunun təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin əlamətləri olduğundan sonuncuya həmin maddə ilə cəza təyin edilməsi ilə bağlı göstərdiklərinə qiymət verərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə Azərbaycan Respublikasının CM-nin 221-ci maddəsinin tərkibi olmadığından Bərdə rayon Polis şöbəsinin İstintaq bölməsinin cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 16 yanvar 2021-ci il tarixli qərarına əsasən həmin xüsusatla bağlı cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla da öz təsdiqini tapmamışdır. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs 02 oktyabr 2020-ci il tarixdə saat 2030 radələrində Bərdə şəhəri, Ə.Ədilov küçəsi ev 20 A-nın qarşısında küçədə aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı əl və ayaq zərbələri ilə bir neçə dəfə keçmiş yeznəsi Zərərçəkmiş şəxs Bunyət oğlunun bədəninin müxtəlif nahiyyələrinə qəsdən vuraraq sonuncuya üst çənə sümüyünün yerdəyişmiş sınığı, burun sümüyünün yerdəyişmiş sınığı, burun tənəffüsünün kəskin pozulması, baş beyin silkələnməsi, sağ gözaltı, sol gözaltı nahiyyənin, sağ budun yuxarı 1/3-nin arxa səthinin qançırları, sağ bazunun aşağı 1/3-nin arxa səthinin, sol baldırın aşağı 1/3-nin ön səthinin sıyrıqları ilə müşayət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına az ağır zərər vurması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Tərtər rayon icra hakimiyyəti başçısının Yuxarı Qapanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi 12 yanvar 2021-ci il tarixli arayışından və eyni tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Tərtər rayonu Qazyan kəndində yaşayır. Təqsirləndirilən şəxs kənd adamları arasında özünə layiqli hörmət qazanmışdır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 1(021)-36/2020 saylı 05 may 2020-ci il tarixli hökmünün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.1 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə 1000 (min) manat cərimə cəzasına, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 1000 (min) manat miqdarında cərimə cəzasına məhkurn edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1500 (min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilmişdir. İş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-205/2020 saylı 21 avqust 2020-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, apellyasiya şikayəti təmin edilməmiş,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 157.1 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Bərdə Rayon Məhkəməsinin 05 may 2020-ci il tarixli, 1(021)-36/2020 saylı hökmü məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Tərtər rayon İcra və Probasiya şöbəsinin 150604/2020-66-2 saylı 03 avqust 2021-ci il tarixli məktubundan müəyyən olunur ki,Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 05.05.2020-ci il tarixli, 1(021)-36/2020 saylı hökmü ilə təyin edilmiş 1500 manat cərimənin ödənilməmiş 1350 manat hissəsi ayda 112,50 manat olmaqla 1 il müddətinə hissə-hissə ödənilməsi barədə Tərtər Rayon Məhkəməsi 05.05.2021-ci il tarixdə, 7(061)-04/2021 saylı qərar qəbul etmişdir. Məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 1500 manat cərimədən 150 manat ödəmiş, hazırda ödənilməmiş 1350 manat cərimə qalmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdırıcı hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işlər növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 45.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun işləməyə başladığı və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 05.05.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 1500 manat məbləğində cərimə cəzasının çəkilməmiş 1350 manat hissəsi Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin edilmiş cəzaya tamamilə birləşdirilməklə üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası müstəqil icra edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 05.05.2020-ci il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzasının çəkilməmiş 1350 manat hissəsi Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin edilmiş cəzaya tamamilə birləşdirilməklə üzərində qəti olaraq aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzası və 1350 manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasını iş yeri üzrə çəksin, cəzasının əvvəli onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar