Məhkəmə qərarları › İş №1(021)-39/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-39/2024

05.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-39/2024 05.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixində Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bərdə şəhəri, Bakı küçəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edərək saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,327 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz əldə edərək üzərində saxlamış, 25 oktyabr 2023-cü il tarixdə saat 23:05 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri Bakı küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 1,327 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə şəhəri, Bakı küçəsində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər Bakı şəhərində hüquqşünas kimi fəaliyyət göstərmişdir. O, uzun müddətdir ki, narkotik maddə olan heroindən istifadə edir. xx.xx.2023-cü il tarixdə Bərdə rayonu “Dəmiryolu vağzalı” adlanan ərazidə olarkən yerdən narkotik vasitə “kokos”a bənzətdiyi kütlə tapmış, narkotik vasitə istifadəçisi olduğu üçün həmin maddənin heroin olduğunu başa düşmüş və götürmüşdür. Həmin gün yəni, xx.xx.2023-cü il tarixdə saat gecə saatlarında 2 nəfər tanımadığı mülki geyimli şəxs ona yaxınlaşaraq Bərdə rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini göstərmiş, ona üzərində qanunsuz narkotik vasitə saxlamasında şübhəli olduğu üçün rayon polis şöbəsinə getməli olduğunu bildirmişdirlər. O, buna etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Bərdə rayon polis şöbəsinə getmiş, polis şöbəsinə getdikdə ona üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və ona Bərdə rayon vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. O, vəkillərin siyahısından Müdafiəçi özünə müdafiəçi olaraq seçmiş, müdafiəçisi gəldikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilmiş və üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya hər hansı qeyri-qanuni əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. Bu zaman o, əynində olan qara rəngli gödəkşənin sol yan cibində olan sellofan bükümü masanın üzərinə qoymuş və içərisində narkotik vasitə olduğunu bildirmişdir. Eyni zamanda əynində olan qara rəngli şalvarın sol yan cibindən “Redmi go” markalı mobil telefonu, sağ yan cibindən içərisində 1 ədəd alışqan olan 1 ədəd “Magna” markalı siqaret qutusunu, şalvarın sağ arxa cibindən isə 19 manat pul əskinasını masanın üzərinə qoymuşdur. Həmin bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmiş və elektron tərəzidə çəkilmişdir. Həmin kütlənin çəkisinin 1,41 qram olduğu müəyyən edilmiş, kütlə qablaşdırılaraq möhürlənmiş və üzəri imzalarla təsdiq edilmişdir. Daha sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış həyata keçirilmiş, üzərində əlavə heç nə aşkar edilməmişdir. Masanın üzərinə qoyduğu “Redmi go” markalı telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüş, üzəri imzalarla təsdiqlənmişdir. “Magna” markalı siqaret, içərisindəki alışqan və 19 manatlıq pul iş üçün əhəmiyyət kəsb etmədiyindən ona geri qaytarılmışdır. Daha sonra proses iştiralçılarından hər hansı bir vəsatət və etirazlarının olub-olmaması soruşulmuş, proses iştirakçıları heç bir etirazlarının olmadığını bildirdikdən sonra, videoçəkiliş dayandırılmışdır. Həmçinin Təqsirləndirilən şəxs ona verilən əlavə suallara cavab olaraq bbildirmişdir ki, o, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni xx.xx.2023-cü il tarxində Bərdə şəhəri, Dəmiryolu vağzalı adlanan ərazidə piyada hərəkətdə olan zaman yerdən tapmışdır. O, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün saxlamış, heç kimə verməmiş və ya satmamışdır. O, uzun müddətdir ki, narkotik vasitənin müxtəlif növlərindən istifadə etmiş, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şahid ifadələri, baxış keçirilməsi haqqında protokol, ekspert rəyləri, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid3 ifadəsində bildirdi ki, o, Bərdə rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kiçik leytenantı xüsusi rütbəsindədir. 25 oktyabr 2023-cü il tarixdə Bərdə rayonu ərazisində narkotik vasitələrin əldə edilməsi, saxlanmasında, şübhəli bilinən, xx.xx.1979-cu il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bərdə şəhəri, Bakı küçəsində yaşayan Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması barədə əməliyyat məlumatı daxil oldu. 25 oktyabr 2023-cü il saat 23:05 radələrində Təqsirləndirilən şəxs Bərdə şəhəri, Bakı küçəsində saxlanıldı və Bərdə RPŞ-nin inzibati binasına gətirildi. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı X3, RPŞ-nin KTQ-nun baş inspektoru, polis kapitanı Şahid2 iştirakları ilə Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşuldu. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirdi. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edildi ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü olaraq təqdim etsin. Şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 (bir) ədəd sellofan bükülünü, əynində olan qara rəngli şalvarın sol yan cibindən "Redmi Go" markalı mobil telefonu, ağ rəngli cib dəsmalını, həmin şalvarın sağ yan cibindən içərisində 01 ədəd alışqan olan "Magna" markalı siqaret qutusunu, 01 ədəd üzərində yazılar olan ağ kağız vərəqəni, həmin şalvarın sağ arxa cibindən 19 manatlıq pul əsginaslarını stolun üzərinə qoydu. Daha sonra X4 tərəfindən həmin sellofan bükülünün izərisində nə olduğu şübhəli şəxs Təqsirləndirilən şəxs soruşuldu, Təqsirləndirilən şəxs həmin bükümün içərisində "kokos" olduğunu bildirdi. Daha sonra Pərvin Səfərli tərəfindən sellofan büküm açılaraq içərisinə baxıldı. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütləni haradan əldə etdiyi soruşulduqda o, həmin bükümü Bərdə şəhərində Dəmiryolu vağzalının yaxınlığında yerdən tapdığını bildirdi. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroine bənzər kütlə 01 (bir) ədəd sellofan bükümlə birlikdə elektron tərəzidə çəkildi və çəkisinin 1,41 qram olduğu müəyyən edildi. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlə 01 (bir) ədəd sellofan büküm ilə birlikdə birlikdə 1 ədəd kağız zərfə qoyularaq üzəri DİN-in 94 saylı möhürü ilə möhürlənib ekspertizaya təqdim edilməsi üçün götürüldü. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq təsdiq edildi. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd "Redmi Go" markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən 1 ədəd kağız zərfə qoyularaq üzəri DİN-in 94 saylı möhürü ilə möhürlənib götürürldü. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli cib dəsmalı, içərisində 01 ədəd alışqan olan 01 ədəd "Magna" markalı siqaret qutusu, üzərində yazılar olan ağ rəngli kağız parçası və 19 manatlıq pul əskinasları sübut əhəmiyyəti kəsb etmədiyindən şübhəli şəxs Təqsirləndirilən şəxs qaytarıldı. Daha sonra X4 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxsdən üzərinə polis əməkdaşı tərəfindən baxış keçirilməsinə etirazının olub-olmaması soruşuldu. Şübhəli şəxs Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra Bərdə RPŞ-nin CAB- nin əməliyyat müvəkkili Şahid1 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində axtarış keçirildi, lakin üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilmədi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxsdən narkotik vasitə istifadə edib etməməsi və kiməsə narkotik vasitə satıb-satmaması soruşuldu. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu bildirdi, lakin heç kime narkotik vasitə satmadığını bildirdi. Həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı zor tədbiq olunmadığını, həmin sellofan bükülünün özünə məxsus olduğunu və öz şəxsi istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. X4 tərəfindən proses iştirakçılarından hər hansı bir qeyd və ya etirazın olub-olmaması soruşuldu. Proses iştirakçları hər hansı bir etiraz və qeydlərinin olmadığını bildirdilər. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatdı, videoçəkiliş dayandırıldı. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid1 ibtidai istintaq zamanı şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, 25 oktyabr 2023-cü il tarixdə Bərdə rayonu ərazisində narkotik vasitələrin əldə edilməsi, saxlanmasında, şübhəli bilinən, xx.xx.1979-cu il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bərdə şəhəri, Bakı küçəsində yaşayan Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, 25 oktyabr 2023-cü il saat 23:05 radələrində Təqsirləndirilən şəxs Bərdə şəhəri, Bakı küçəsində saxlanılmış və Bərdə RPŞ-nin inzibati binasına gətirilmişdir. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3, RPŞ-nin KTQ-nun baş inspektoru, polis kapitanı Şahid2 iştirakları ilə Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü olaraq təqdim etsin. Şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01(bir) ədəd sellofan bükülünü, əynində olan qara rəngli şalvarın sol yan cibindən “Redmi Go” markalı mobil telefonu, ağ rəngli cib dəsmalını, həmin şalvarın sağ yan cibindən içərisində 01 ədəd alışqan olan “Magna” markalı siqaret qutusunu, 01 ədəd üzərində yazılar olan ağ kağız vərəqəni, həmin şalvarın sağ arxa cibindən 19 manatlıq pul əsginaslarını stolun üzərinə qoymuşdur. Daha sonra X4 tərəfindən həmin sellofan bükülünün içərisində nə olduğu şübhəli şəxs Təqsirləndirilən şəxs soruşulmuş, Təqsirləndirilən şəxs həmin bükümün içərisində “kokos” olduğunu bildirmişdir. Daha sonra Pərvin Səfərli tərəfindən sellofan büküm açılaraq içərisinə baxılmış, şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütləni haradan əldə etdiyi soruşulduqda o, həmin bükümü Bərdə şəhərində Dəmiryolu vağzalının yaxınlığında yerdən tapdığını bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlə 01(bir) ədəd sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 1,41 qram olduğu müəyyən edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlə 01(bir) ədəd sellofan büküm ilə birlikdə birlikdə 1 ədəd kağız zərfə qoyularaq üzəri DİN-in 94 saylı möhürü ilə möhürlənib ekspertizaya təqdim edilməsi üçün götürülmüş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Redmi Go” markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən 1 ədəd kağız zərfə qoyularaq üzəri DİN-in 94 saylı möhürü ilə möhürlənib götürürlmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli cib dəsmalı, içərisində 01 ədəd alışqan olan 01 ədəd “Magna” markalı siqaret qutusu, üzərində yazılar olan ağ rəngli kağız parçası və 19 manatlıq pul əskinasları sübut əhəmiyyəti kəsb etmədiyindən şübhəli şəxs Təqsirləndirilən şəxs qaytarılmışdır. Daha sonra X4 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxsdən üzərinə polis əməkdaşı tərəfindən baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra onun tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində axtarış keçirilmiş, lakin üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxsdən narkotik vasitə istifadə edib etməməsi və kiməsə narkotik vasitə satıb-satmaması soruşulmuş, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu bildirmiş, lakin heç kimkə narkotik vasitə satmadığını əlavə etmişdir. Həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı zor tədbiq olunmadığını, həmin sellofan bükülünün özünə məxsus olduğunu və öz şəxsi istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. X4 tərəfindən proses iştirakçılarından hər hansı bir qeyd və ya etirazın olub-olmaması soruşulmuş, proses iştirakçları hər hansı bir etiraz və qeydlərinin olmadığını bildirmişdirlər. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatmış, videoçəkiliş dayandırılmışdır. Cinayət işinin 1-ci vərəqəsində olan 26 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanması və aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb 25 oktyabr 2023-cü il tarixdə saat 23:05 radələrində Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, saxlanılmasında və istifadəsində şübhəli bilinən ünvan 5 ünvanında qeydiyyatda olmaqla Bərdə şəhəri, Bakı küçəsində yaşayan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq Bərdə RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 1,327 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 12-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 25 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 25 oktyabr 2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin 54-55-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 27 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 66-67-ci vərəqələrində olan 27 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 oktyabr 2023-cü il tarixdə Bərdə RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 39-41-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 bölməsinin 26 oktyabr 2023-cü il tarixli 16/1130 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində, “....Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlə..” yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,327 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd:Heroinin təmiz çəkisi-1,327 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-1,277 qram. (Aparılmış tədqiqatın dəyəri 30.40 manat təşkil edir) Cinayət işinin 114-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli 2023 №-li Rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 87-88-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.1995-ci il tarxili hökmü ilə həmin tarixdə qüvvədə olan Azərbaycan Respublikası CMnin 102-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hökmün icrası 3 il təxirə salınmışdır. Cinayət işinin 97-ci vərəqəsində olan edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildən Bərdə RMX-nin narkoloji kabinetində dispanser qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs Bərdə RMX-nin poliklinika şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin 98-ci vərəqəsində olan Bərdə şəhər icra nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yerdən müsbət, lakin narkotikaya meyilli kimi xarakterizə olunmuşdur. Cinayət işinin 116-127-ci vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 13 dekabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd qızılı kağız bükümdə təmiz çəkisi 1,327 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini ekspertizadan sonrakı 1,277 qram qalıq hissəsi və üzərinə şəxsi axtarış və götürülmə keçirilməsini özündə əks etdirən DVD disk iş üzrə maddi sübut kimi tanınmış, narkotik vasitə olan heroin saxlanılması üçün Bərdə rayon Polis şöbəsinin Maddi sübutların saxlanması otağına təhvil verilmiş, DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2023-cü il tarixində şübhəli şəxs kimi tutulmuş, 27 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 27 oktyabr 2023-cü il tarixdə həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 (iki) gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 30.40 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan 1,277 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 25 oktyabr 2023-cü il tarixdən 27 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan 1,277 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 30.40 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar