Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-4/2021 09.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Zahid oğlunun, Zərərçəkmiş şəxs1 və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs2, Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlunun iştirakları ilə, xx.xx.1986-cı ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin 27 may 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.3, 234.4.1 və 234.4.2-ci maddələri ilə narkomaniyadan məcburi müalicə təyin edilməklə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Bərdə şəhəri, Nüşabə küçəsi ev 45 qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1978-ci il təvəllüdlü, Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə şəhəri Füzuli küçəsi ev 3 qeydiyyatda olmaqla yaşayan barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində binaya qanunsuz daxil olmaqla özgə əmlakını gizli yolla talayaraq oğurluq və təkrarən açıq yolla talayaraq soyğunçuluq cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qəsdən özgənin əmlakını talamaq məqsədilə 20 yanvar 2020-ci il tarixdə saat 19 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs1 ilə birləşərək Bərdə şəhəri, Atatürk prospekti ev 66-da yerləşən "xxxx" MMC-yə məxsus inzibati binaya hasardan daxil olub, həyətdə olan çardağın altından ümumilikdə 180 manat dəyərində içərisində 10 ədəd 1000 qram çəkidə “Beta” markalı çay olan 1 ədəd kardon qutunu gizli yolla talayaraq oğurlamışdır. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə qəsdən özgənin əmlakını açıq talamaq məqsədi ilə 07 fevral 2020-ci il tarixdə saat 20 radələrində Bərdə şəhəri, Heydər Əliyev prospektində Zərərçəkmiş şəxs1 məxsus hər birinin dəyəri 520 manat olan 3 ədəd “Samsung Galaxy A51” markalı mobil telefonlar olan bağlamanı taksi sürücüsü X2 götürərək sonuncunun mobil telefonları qaytarması tələbinə məhəl qoymayaraq X4 gözü qarşısında Zərərçəkmiş şəxs1 məxsus ümumi dəyəri 1560 manat olan “Samsung Galaxy A51” markalı 3 ədəd mobil telefonu açıq yolla talayaraq təkrarən soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində binaya qanunsuz daxil olmaqla özgə əmlakını gizli yolla talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qəsdən özgənin əmlakını talamaq məqsədilə 20 yanvar 2020-ci il tarixdə saat 19 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs2 ilə birləşərək Bərdə şəhəri, Atatürk prospekti ev 66-da yerləşən "xxxx" MMC-yə məxsus inzibati binaya hasardan daxil olub, həyətdə olan çardağın altından ümumilikdə 180 manat dəyərində içərisində 10 ədəd 1000 qram çəkidə “Beta” markalı çay olan 1 ədəd kardon qutunu gizli yolla talayaraq oğurlamışdır. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, iki ilə yaxındır ki, X9 tanıyır, onun Ramil ilə dostluq münasibəti olmuş, Ramil ilə heç bir düşmənçiliyi və ədavəti olmamış, 20 yanvar 2020–ci il tarixdə axşam saat 19 radələrində Bərdə şəhəri Təzə məhlələr adlanan yərdə yolun kənarında durmuş, həmin vaxt orada tanışı Ramil ilə rastlaşmış və Ramil söhbət əsnasında ona yaşadığı evə getməyi təklif etmiş və pul götürəcəyini bildirmiş, sonra söhbət əsnasında Ramil ona demiş ki, Bərdə şəhərində yerləşən “Beta” çay evinin həyətində çay qutuları var və həmin qutuları oğurlamaq niyyətindədir, Ramil ona birgə ora getməyi təklif etmiş, bundan sonra o razılıq verib Ramil ilə birgə piyada Bərdə şəhəri Bakı küçəsində “Beta” çay evinin yanına getmiş, biz bir neçə dəqiqə orada durduqdan sonra Ramil ilə birlikdə həmin çay evinin sol yan tərəfinə keçmiş və orada o, küçədə gözləmiş, Ramil isə hasardan həyətə daxil olmuş və oradan bir yekə qutu hasardan küçəyə çıxarmış, həmin vaxt o, Ramili küçədə gözləmiş, Ramil həmin yekə çay qutusunu hasarın kənarına qoymuş, bundan sonra o və Ramil piyada yolun kənarına çıxmış və Bərdə rayonu Bakı küçəsində Rəhim adlı şəxsin idarə etdiyi taksiyə əyləşmiş və bundan sonra Ramil Rahibə yolu göstərərək evləri istiqamətdə sürməsini bildirmiş, o və Ramil taksi ilə “Beta” çay şirkətinin yanına gəldikdə Ramil sürücüdən avtomobili saxlamasını xahiş etmiş və orada evlərinə aparılacaq qutu olduğunu demiş, bundan sonra taksi sürücüsü avtomobili saxlamış və Ramil avtomobildən düşərək həmin qutunu avtomobilin yük yerinə qoymuş, o və Ramil oradan uzaqlaşmış, bundan sonra o və Ramil Ramilgilin evinə getmiş və Ramil həmin çay olan qutunu öz evinə qoymuş, və taksinin pulunu verərək onu yola salmış, sonra o da taksi ilə evə getmiş, Ramil həmin çayları satdıqdan sonra ona 25 manat pul vermişdir. O, içəri daxil olmamış, həmin yerə Ramil daxil olmuş və əlində bir korobka içərisində 10 ədəd 1000 qramlıq çay qutusunu oğurlayıb ordan çıxmış, o, çöldə Ramil oğurluq edərkən gözləyib kiminsə gələcəyi halda Ramilə xəbər etməli olmuş, Rəhim taksi sürücüsü olmuş, Rəhimin heç nədən xəbəri olmamış, bundan əlavə heç kimin onun və Ramilin oğurluq etməklərində xəbəri olmamış, həmin çay qutusunu Ramil aparmış, çay qutularını satdıqdan sonra ona 25 manat pul vermişdir. Bundan əlavə, 07 fevral 2020-ci il tarixdə saat 20 radələrində o, evə gələrkən İcra hakimiyyətinin qarşısında bir nəfər tanımadığı şəxs telefonla danışaraq ona yaxınlaşmış və ona məscid tərəfə getməyini soruşmüş, bu zaman o, tanımadığı şəxsə ora getməyini demiş, tanımadığı şəxs adını sonradan bildiyi X6 ona bağlama verərək onun Rahib adlı şəxsə 1 nömrəli məktəbin qabağında verə biləcəyini soruşmuş, o, Mirzahidlə razılaşıb bükümü Mirzahiddən götürmüş, bu zaman o, əlində olan bağlama ilə Rahib adlı şəxsə tərəf gedərkən, bağlamanı ona verən şəxsdən 5-10 metr aralandıqda Mirzahidin telefonda Rahibə onun Rahibə tərəf gəlməyini deməsini eşitdikdən sonra, qəflətən yolunu dəyişərək oradan musiqi məktəbinin arxasına girmiş, bir az gözləmiş, bundan sonra tələsik evə getmiş, evdə həmin bağlamanın içərisində 03 ədəd “Samsung A51” markalı mobil telefonun olmasını aşkar etmiş, həmin hadisədən sonra anası polisə zəng etmiş və evə polis əməkdaşları gələrək polis şöbəsinə dəvət etmişlər və o, həmin mobil telefonları polis əməkdaşlarına təhvil vermişdir. Ona bağlamanı verən şəxs Mirzahid bağlamaları onun götürüb qaçmağını görmüş, həmin şəxs o, mobil telefonları götürdükdən sonra arxasınca onu çağırmışdır.Hazırda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərin ziyanın ödənilməsini nəzərə almağı məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, iki ilə yaxındır ki, Təqsirləndirilən şəxs2 oğlunu tanıyır, onun Anar ilə dostluq münasibəti var, heç bir düşmənçiliyi və ədavəti olmamış, 20 yanvar 2020–ci il tarixdə axşam saat 19 radələrində Anar ilə Bərdə şəhəri Təzə məhlələr adlanan yərdə yolun kənarında durmuş, həmin vaxt orada Anar ilə söhbət əsnasında o, Anara getməyi təklif etmiş və pul götürəcəyini bildirmiş, sonra söhbət əsnasında o, Anara Bərdə şəhərində yerləşən "xxxx" MMC-nin inzibati binasının həyətində çay qutuları olmasını və həmin qutuları oğurlamağı demiş, o, Anar birgə ora getməyi təklif etmiş, bundan sonra Anar onunla razılaşmış, o və Anar birgə piyada Bərdə şəhəri Bakı küçəsində "xxxx" MMC-nin inzibati binasının yanına getmiş, o və Anar bir neçə dəqiqə orada durduqdan sonra saat təxminən 19 radələrində Anar ilə birlikdə həmin çay evinin sol yan tərəfinə keçmiş və orada Anar küçədə gözləmiş, o, isə hasardan həyətə daxil olmuş, həyətdə çardaqın altında içərisində çay qutusu olan təxminən 1000 korobka olmuş, oradan o, içərisində 10 ədəd 1000 qramlıq “Beta” markalı çay olan korobkanı götürmüş, korobkanı götürdükdən sonra o, hasardan geri qayıtmış, həmin vaxt Anar onu küçədə gözləmiş, o, həmin yekə çay qutusunu hasarın kənarına qoymuş, bundan sonra o və Anar piyada yolun kənarına çıxmış və Bərdə rayonu Bakı küçəsində Rəhim adlı şəxsin idarə etdiyi taksiyə əyləşmiş, bundan sonra o, Rəhimə yolu göstərərək yaşadığı ev istiqamətində sürməsini bildirmiş, o və Anar taksi ilə "xxxx" MMC-nin yanına gəldikdə o, sürücüdən avtomobili saxlamasını xahiş etmiş və orada evlərinə aparılacaq qutu olduğunu Rəhimə demiş, bundan sonra taksi sürücüsü avtomobili saxlamış və o, avtomobildən düşərək həmin qutunu maşının yük yerinə qoymuş, o və Anar oradan uzaqlaşmış, bundan sonra o və Anar onun evinə getmiş və o həmin çay olan qutunu öz evinə qoymuş və taksinin pulunu verərək Rəhimi yola salmış, bundan sonra Anar başqa bir taksi ilə öz evlərinə getmiş, o, oğurladığı çayları tanımadığı müxtəlif adamlara birini 5 manat məbləğində satmış, çayları satdıqdan sonra o, 50 manatın 25 manatını Anara vermiş, o və Anar "xxxx" MMC-nin inzibati binasının həyətindən 1 korobka içərisində 10 ədəd 1000 qramlıq “Beta” markalı çayı oğurlamış, Rəhim taksi sürücüsü olmuş, Rəhimin heç nədən xəbəri olmamış, bundan əlavə o və Anar oğurluq etməklərindən heç kimin xəbəri olmamış, o, oğurladığı çayları tanımadığı müxtəlif adamalarıa satdığını bildirdi. Hazırda əməlindən peşman olduğunu, zərərin ödənilməsini nəzərə almağı məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli olmaları özlərinin ifadələri ilə yanmaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Bərdə şəhərində, İ.Qayıboy küçəsində telefon mağazası işlədir, 07 fevral 2020-ci il tarixdə o, Gəncə şəhərindən taksi sürücüsü X6 vasitə ilə Bərdə şəhərinə 3 ədəd “Samsung Galaxy A51” markalı mobil telefon gətizdirmiş, həmin gün saat 20 radələrində Mirzahid ona zəng vurub yolu səvh gəldiyini və İcra hakimiyyətinin məhkəmə tərəfində olmasını, onun gəlib telefonları götürməsini istəmiş, o, Mirzahidə gələ bilməyəcəyini bildirmiş, Mirzahidə Rahib adlı işçisinin qarşısına çıxacağını demiş, o, bundan sonra Rahibə zəng edərək Mirzahidin nömrəsini verib qarşısına çıxıb telefonları götürməsini istəmiş, bundan 5 dəqiqə sonra Mirzahid ona zəng vurub, içərisində telefonlar olan bağlamanı tanımadığı şəxsə verdiyini demiş və həmin şəxsin isə telefonları götürərək qaçdığını ona demiş, o, bundan sonra İcra hakimiyyətinin qarşısına gəlmiş, həmin vaxt orda o, Mirzahid və Rahibi görmüş, o, baş verən hadisələr ilə bağlı Bərdə RPŞ-nə ərizə ilə müraciət etmiş, bundan sonra ona məlum olmuş ki, X6 07 fevral 2020-ci il tarixdə Heydər əliyev prospektində adını sonradadn bildiyi Təqsirləndirilən şəxs2 içərisində mobil telefonlar olan bağlamanı vermiş, Təqsirləndirilən şəxs2 içərisində mobil telefonlar olan bağlamanı götürdükdən sonra oradan qaçaraq uzaqlaşmağa başlamış və Mirzahid Kərimovun isə Anarın arxasınca qışqırmasına baxmayaraq Anarın qaçaraq telefonları aparmışdır. Həmçinin Zərərçəkmiş şəxs1 öz ifadəsində göstərdi ki, 3 ədəd “Samsung Galaxy A51” markalı mobil telefonun dəyəri, bir ədədinin dəyəri 520 manat olmaqla, ümumilikdə 1560 manat olmuş, verdiyimin ilkin ərizə və izahatda həyacanlı olduğuma görə 3 ədəd “Samsung Galaxy A51” və 1 ədəd “Samsung Galaxy A71” markalı mobil telefonların soyğunçuluq nəticəsində aparılmasını və ümumi dəyərin 1963 manat olmasını göstərmiş, əslində isə 3 ədəd “Samsung Galaxy A51” markalı mobil telefonun soyğunçuluq edilərək aparılmış, bir ədədinin dəyəri 520 manat olmaqla, ümumilikdə 1560 manat olmuşdur. Həmin markalı mobil telefonlar polis əməkdaşları tərəfindən ona təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, təxminən 3 ilə yaxındır ki, o, Bərdə rayonu Atatürk küçəsində ev 66-da yerləşən "xxxx" MMC-nin filial müdiri işləyir, 20 yanvar 2020-ci il tarixdə o, işləyən filialın anbarın işləyən X11 ona filialın həyətində olan çardağın altından çay korobkasının oğurlanmasını bildirmiş, bundan son o, aydınlaşdırmış ki, filialın kamerasına iki nəfər tanımadığı şəxs oğurluq edərkən görüntüyə düşmüş, belə ki, həmin götüntüyə baxarkən ona məlum olmuş ki, iki nəfər tanımadığı şəxslərdən biri çöldə gözləyir, ikinci isə hasardan içəri tullanıb çardağın altına yığılan içərisində 10 ədəd 1000 qramlıq “Beta” markalı çay qutusu olan korobkanı götürərək yenidən hasardan geri tullanır, bu zaman çöldə gözləyən ikinci şəxslə görüşür və korobkanı bir kənara qoyub yolda taksi saxladır, taksi gəldikdən sonra iki nəfər şəxs korobkanı taksinin yük yerinə qoyub oradan uzaqlaşmış, həmin oğurluq hadisəsi nəticəsində "xxxx" MMC-yə 200 manat məbləğdə maddi ziyan dəymiş, bu hadisədən sonra o, baş verənlər barədə ərizə ilə Bərdə RPŞ-nə müraciət etmişdir.O məhkəmədə ərizə təqdim edərək dəymiş ziyanın ödənildiyini bildirdi. Məhkəmə iclasında şahid X11 ifadəsində göstərdi ki, o, 2008-ci il tarixdən "xxxx" MMC-nin Bərdə filialında anbardar işləyir, 20 yanvar 2020-ci il tarixdə Vasif Niftaliyev ona zəng edərək "xxxx" MMC-nin həyətində olan çardağın altından 1 korobka içərisində 1000 qram çəkidə 10 ədəd “Beta” markalı çay olan korobkanın birinin olmamasını bildirmiş, bundan sonra ora gəlib korobkalara baxmış və həqiqətəndə korobkanın birinin yerində olmamasını müəyyən etmiş, Vasif orada şirkət müduru Rasimə zəng etmiş və baş verənləri danışmış, mühasib İntizam da ora gəldikdən sonra o və İntizam təhlükəsizlik kamerasına baxış keçirtmiş, orada məlum olmuş ki, saat 19 radələrində iki nəfər şəxs şirkətin hasarına yaxınlaşır, yaxınlaşanlardan biri hasardan içəri şirkətin həyətinə daxil olur, ikinci isə çöldə gözləmiş, bir müddət sonra içəridə olan şəxs əlində korobka ilə şirkətin hasarından geri tullanır və ikinci adamla getmiş, korobkanı zibillik olan yerə qoyub uzaqlaşır, daha sonra bir taksi ilə zibilliyə gəlib korobkanı götürüb oradan uzaqlaşmış, sonradan ona məlum olmuş ki, hasardan içəri düşən şəxs Təqsirləndirilən şəxs1, çöldə gözləyən isə Təqsirləndirilən şəxs2 olmuşdur. X13 öz ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 "xxxx" MMC-nin inzibati binasının həyətindən içərisində 1000 qram çəkidə 10 ədəd “Beta” markalı çay olan 1 ədəd korobkanı oğurlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 və X5 şahid qismində dindirilmiş X11 ilə oxşar məzmunlu ifadə verərək onun dediyi xüsusatları təstiq etdilər. Məhkəmə iclasında şahid X16 ifadəsində göstədi ki, o, ona məxsus ** BC *** dövlət nömrə qeydiyyat nişanlı “VAZ 2109” markalı avtomobil var, o, həmin avtomobil ilə arada bir taksi fəaliyyəti ilə məşğul olur, 20 yanvar 2020-ci il tarixdə saat 19 radələrində Bərdə şəhərində “Yanğın söndürənin” dairəsi deyilən ərazidə, “Nurlan” marketin qarşısında dayanarkən adını sonradan bildiyi, açıq rəngli paltarda Təqsirləndirilən şəxs1 ona yaxınlaşaraq Bərdə rayonu, Qasımbəyli kəndinin girişində olan taxta şalban bazarından qarşısında olan yolda olan evlərə apara biləcəyimi soruşmuş, Ramil ilə 3 manat müqabilində aparacağınla bağlı razılaşmış, bundan sonra Ramil ilə birlikdə avtomobilə adını sonradan bildiyi tünd rəngli paltarda Təqsirləndirilən şəxs2da əyləşmiş, Anar və Ramil avtomobilə əyləşdi, bu zaman “Bazarstore” istiqamətində gedərkən Ramil ona, avtomobili Atatürk prospektində yerləşən "xxxx" MMC-nin, hamının “Beta” kimi tanınan şirkət olan Atatürk prospektinə dönməyini demiş, belə ki, Ramil ona bibisinin evinə girib çıxacağını bildirmiş, o, həmin küçə ilə 10-15 metr getdikdən sonra Ramil avtomobili saxlamağını bildirmiş, o, avtomobilini həmin yerdə olan qumun yanında saxlamış, o, avtomobilini arxaya döndürkdən sonra Ramil əlində kardon qutu ilə avtomobilin yanına gəlmiş, Ramil avtomobilə kardon qutu ilə əyləşdikdən sonra o, avtomobili işə salıb Bərdə rayonu, Qasımbəyli kəndində yerləşən daş karyerinin döngəsində ev 3 olan yerdə yolun kənarında saxlamış, Ramil və Anar avtomobildən düşüb getmişlər, ona daha sonra məlum olmuş ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 20 yanvar 2020-ci il tarixdə saat 19 radələrində Bərdə şəhəri Atatürk küçəsində yerləşən "xxxx" MMC şirkətinin Bərdə filialının inzibati binasına hasardan düşüb bir ədəd içərisində 10 ədəd 1000 qramlıq kardon qutunu götürüb çıxdıqdan sonra qutunu çöldə gizlədib onun yanına gəlmiş, avtomobildə hərəkət edərkən həmin qutunu gizlətdikləri Atatürk küçəsindən Ramil götürmüş və o, Anar və Ramili Bərdə rayonu, Qasımbəyli kəndində yerləşən daş karyerinin döngəsində ev 3 olan evə aparmışdır. X21 öz ifadəsində göstərdi ki, 20 yanvar 2020-ci il tarixdə saat 19 radələrində avtobilində əyləşən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmuş, onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 20 yanvar 2020-ci il tarixdə saat 19 radələrində Bərdə şəhəri Atatürk küçəsində yerləşən "xxxx" MMC şirkətinin Bərdə filialının inzibati binasından bir ədəd içərisində 10 ədəd 1000 qramlıq kardon qutunu oğurlamağından xəbərim olmamış, o, bu barədə təxminən 30 yanvar 2020-ci il tarixdə Bərdə RPŞ-nə gəldikdən sonra bilmişdir. Məhkəmə iclasında şahid X12 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 2 ilə yaxındır ki tanışdır, Anarla heç bir düşmənçiliyi və ədavəti olmamış, Zərərçəkmiş şəxs1 o, 7-8 ildir ki tanışdır, Aslanın Bərdə şəhərində telefon mağazası var, o, həmin mağazada proqramist işləyir, 07 fevral 2020-ci il tarixdə saat 20 radələrində Aslan ona zəng vuraraq İcra hakimiyətinin qarşısına gedib X2 3 ədəd “Samsung A51” markalı mobil telefonu götürməyini demiş, o, ora getdikdə Mirzahidi görmüş, Mirzahid ona mobil telefonları tanımadığı şəxsə ona çatdırması üçün verdiyini, həmin şəxsin isə bağlamanı götürüb qaçmasını, Mirzahidin Anarın arxasınca qaçsada Anarı tuta bilməməsini demiş, həmin Mirzahid qışqıraraq mobil telefonları aparan şəxsi axtarmış, daha sonra ona məlum olmuş ki, Mirzahid mobil telefonlar olan bağlamanı Anara İcra hakimiyyətinin qarşısında vermiş ki, Anar həmin bağlamaları ona çatdırsın, Anar isə 3 ədəd “Samsung A51” mobil telefon olan bağlamanı götürüb ordan qaçaraq soyğunçuluq etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid X6 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, Anarla heç bir düşmənçiliyi və ədavəti olmamış, Zərərçəkmiş şəxs1 o, 10 ildir ki tanıyır, Aslanın Bərdə şəhərində telefon mağazası var, o, boş vaxtlarında Gəncə-Bərdə şəhərləri arası taksi fəaliyyəti ilə məşğul olur, 07 fevral 2020-ci il tarixdə Gəncə şəhərində olan zaman bir nəfər tanımadığı şəxs ona yaxınlaşıb Aslana çatacaq paketi vermiş, paketin içərisində telefonların olmasını ona demiş, o, paketi götürüb və sərnişin X3 ilə birgə Beylaqan rayonuna yola düşmüş, o, Bərdə şəhərindən keçərkən paketi Aslana vermək unutmuş, bundan sonra o, Aslana zəng edərək telefonları vermək istədiyini bildirmiş, Aslan ona işçisi Rahibin nömrəsini vermiş və Rahiblə qarşılacağını bildirmiş, o, Bərdə RİH-nin qarşısına tərəf getmiş, həmin vaxt saat 20 radələrində yolda bir nəfər adını sonradan bildiyi Anarı görmüş, içərisində telefonlar olan paketi Anara vermiş ki, Anar içərisində mobil telefonlar olan paketi qarşıdan gələn Rahibə versin, Anar paketi götürüb İcra hakimiyyətinin qarşısına tərəf getmiş, o, həmin vaxt Rahiblə telefonla danışıb Anarın arxasıyla baxmış, Anar musiqi məktəbinin qarşısına çatan kimi, sağa dönüb qaçmağa başlamış, o, Anarın arxasınca çağırıb telefonlar olan paketi qaytarmasını tələb etmiş, lakin Anar ona məhəl qoymaraq qaçmağa davam etmiş, o da Anarın arxasınca qaçsada Anarın izini itirmiş, bundan sonra o, avtomobilinə əyləşib Bərdə RPŞ-nə gəlib baş verənlər barədə ərizə vermişdir. X1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 verdiyi paketin içərisində 3 ədəd Samsung A51 markalı mobil telefon olmuş, o, tələsdiyimdən Anarın Rahib tərəfə getdiyinə görə mobil telefonlar olan paketi ona vermiş, lakin Anar paketi götürdükdən sonra Musiqi məktəbinin qarşısında sağa dönüb qaçmağa başlamış, o, Anarın arxasınca çağırıb telefonlar olan paketi qaytarmasını tələb etmiş, lakin Anar ona məhəl qoymaraq qaçmağa davam etmiş, o da Anarın arxasınca qaçsada Anarın izini itirmiş, hadisə zamanı ona qarşı hər hansı bir zorakılıq olmamışdır. Cinayət işinin 99-cı vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 30 yanvar 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 30 yanvar 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 70-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında 01 fevral 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Bərdə Rayon Polis Şöbəsinin Müvvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işinin cildinin 131-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01 fevral 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 01 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə ittiham elan olunmaqla təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin cildinin 51-52-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 24 aprel 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 24 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ittiham elan olunmaqla təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 218-225-ci vərəqələrində olan Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin 27 may 2010-cu il tarixli hökmündən görünür ki, ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 170.3, 234.4.1 və 234.4.2-ci maddələri ilə narkomaniyadan məcburi müalicə təyin edilməklə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 185-186-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə rayon məhkəməsinin 03 aprel 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin 27 may 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.3, 234.4.1 və 234.4.2-ci maddələri ilə narkomaniyadan məcburi müalicə təyin edilməklə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkumluğu ödənilməmişdir. Cinayət işinin 259-cu vərəqəsində olan Bərdə şəhər İcra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 mənfi xarakteriza olunmuşdur. Cinayət işinin cildinin 149-cu vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01 fevral 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 01 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə ittiham elan olunmaqla təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 70-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında 01 fevral 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin cildinin 289-cu vərəqəsində olan təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 05 iyun 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə yenidən ittham elan olunmaqla təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 234-247-ci vərəqələrində olan Gəncə Ağır Cinayətlər məhkəməsinin 14 may 2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 07 il 06 ay müddətinə azadlıqda məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 231-232-ci vərəqələrində olan Bakı şəhəri, Xətai rayon məhkəməsinin 28.12.2017-ci il qərarından görünür ki, Təqsirləndirilən şəxs1 20.10.2017-ci il 816-VQD saylı Cinayət Məcəlləsinə dəyişikliklə bağlı qanunun tətbiqi ilə Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi xaric edilərək Cinayət Məcəlləsinin 177.3.3-cü maddəsi ləğv edilməklə cəzadan azad edilmişdir. Cinayət işinin 177-179-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nizami rayon məhkəməsinin 04 avqust 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə 01 il 07 ay 06 gün müddətinə islah işləri cəzasına, Bərdə rayon məhkəməsinin 10 iyun 2011-ci il il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Gəncə Ağır Cinayətlər məhkəməsinin 14 may 2015-ci il tarixli hökmü ilə 07 il 06 ay müddətinə azadlıqda məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai rayon məhkəməsinin 28.12.2017-ci il qərarı ilə 20.10.2017-ci il 816-VQD saylı Cinayət Məcəlləsinə dəyişikliklə bağlı qanunun tətbiqi ilə Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi xaric edilərək Cinayət Məcəlləsinin 177.3.3-cü maddəsi ləvğ edilməklə cəzadan azad edilmişdir. Məhkumluğu ödənilmişdir. Cinayət işinin 261-ci vərəqəsində olan Bərdə şəhər İcra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 mənfi xarakteriza olunmuşdur. Cinayət işinin cildinin 20-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2020-ci il tarixli 9/106 nömrəli rəyindən görünür ki, 1 ədəd “Samsung A51” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını, istifadə olmasını nəzəra alaraq, nəzəri hesablama yolu ilə 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən 350,00 manat, təzə vəziyyətdə 520,00 manat müəyyən olunur. (Aparılmış tədqiqatın dəyəri 50 manat) Cinayət işinin 190-191-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza mərkəzinin 06 mart 2020-ci il tarixli 3307 nömrəli rəyindən görünür ki, 1000 qram çəkiyə malik 1 qutu “Beta” markalı çayın 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri qaydadad təxminən 18.00 manat, 10 qutu 180,00 manat müəyyən edilir. (Aparılmış tədqiqatın dəyəri 50 manat) Cinayət işinin 116-cı vərəqəsində olan DVD diskdə təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlinin video görüntüləri əks olunmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 3(021)705\2020 saylı 20.08.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək 3 ay müddətinə inzibati həbs edilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 3(021)1120\2020 saylı 14.10.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası İXM-nin 227 və 517.2-ci maddələri ilə təqsirli bilinərək 02 ay müddətinə inzibati həbs edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 180.2.2--ci maddələri ilə və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və onlar müvafiq olaraq qeyd edilən maddələr ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdiyi əməldən peşman olmasını, zərəçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, cinayətlərin residivi Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran haldır. Belə ki, 18.1- ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs2 əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, cinayətlərin residivi yaranmasını, qanunlara əməl olunmaq ruhunda tərbiyə olunmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 180.2.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 30 yanvar 2020-ci il il tarixində şübhəli şəxs qismində tutulmuş, 01 fevral 2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından dərhal həbs edilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, törətdiyi əməldən peşman olmasını, gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə Təqsirləndirilən şəxs1 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, əvvəllər məhkum olmasını, məhkumluğunun ödənilməsini, dəfələrlə xırda talamağa görə inzibati məsuliyyətə cəlb olunmaqla şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 01 fevral 2020-ci il tarixində təqsirləndirilən şəxs qismində cəlb olunmuş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından dərhal həbs edilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 50 (əlli) manat ekspertiza tədqiqatlarının dəyəri alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 50 (əlli) manat ekspertiza tədqiqatlarının dəyəri alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia yoxdur. Maddi sübut hesab olunan 3 ədəd “Samsung Galaxy A51” markalı mobil telefonun Zərərçəkmiş şəxs1 Nazim oğluna verilməsi nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 180.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaqla Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 30 yanvar 2020-ci il tarixindən 01 fevral 2020-ci il tarixinədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlıqdan məhrum etmənin 01 (bir) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin. O, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli 09 fevral 2021- ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 oğlu Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3 maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin. O, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs1 oğlunun cəzasının əvvəli 09 fevral 2021- ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 50 (əlli) manat ekspertiza tədqiqatlarının dəyəri alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 50 (əlli) manat ekspertiza tədqiqatlarının dəyəri alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Maddi sübut hesab olunan 3 ədəd “Samsung Galaxy A51” markalı mobil telefonun Zərərçəkmiş şəxs1 Nazim oğluna verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-4/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-4/2021
09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver