Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-4/2022 17.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 , Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Bərdə rayonu, Şirvanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, Laçın rayon Hacılar kənd tam orta məktəbində müəllim işləyən, məhkumluğu olmayan, Bərdə rayonu, Şirvanlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə və xx xxxxxx 1959-cu il tarixdə Laçın rayonu, İrqan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şuşa rayonu, Azərbaycan küçəsi ev 3-də qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Neftçi düşərgəsində yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib talayaraq dələduzluq cinayət əməllərini törətmişdir. Belə ki, o, 2018-ci ilin iyul ayında qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birləşərək Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edib pensiya düzəltməsini yalandan vəd verib aldadaraq, ünvan 1 ünvanında Zərərçəkmiş şəxs10 2500 (iki min beş yüz) manat pulunu ələ keçirib talayaraq dələduzluq etmişdir. Bundan başqa o, 2018-ci ilin noyabr ayında təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birləşərək Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib İİ qrup əlillikdən İ qrup əlilliyə keçirməsini yalandan vəd verib aldadaraq, ünvan 1 ünvanında Zərərçəkmiş şəxs4 1000 (bir min) manat pulunu ələ keçirib talayaraq dələduzluq etmişdir. Bundan başqa o, 2018-ci ilin noyabr ayında təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birləşərək Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib pensiya düzəltməsini yalandan vəd verib aldadaraq, ünvan 1 ünvanında Zərərçəkmiş şəxs6 2500 (iki min beş yüz) manat pulunu ələ keçirib talayaraq təkrarən dələduzluq etmişdir. Bundan başqa o, 2018-ci ilin noyabr ayında təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birləşərək Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edib pensiya düzəltməsini yalandan vəd verib aldadaraq, ünvan 1 ünvanında Zərərçəkmiş şəxs8 2500 (iki min beş yüz) manat pulunu ələ keçirib talayaraq təkrarən dələduzluq etmişdir. Bundan başqa o, 2018-ci ilin noyabr ayında təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birləşərək Zərərçəkmiş şəxs11 etibarından sui-istifadə edib pensiya düzəltməsini yalandan vəd verib aldadaraq, ünvan 1 ünvanında Zərərçəkmiş şəxs11 2500 (iki min beş yüz) manat pulunu ələ keçirib talayaraq təkrarən dələduzluq etmişdir. Bundan başqa o, 2018-ci ilin noyabr ayında təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birləşərək Zərərçəkmiş şəxs12 etibarından sui-istifadə edib pensiya düzəltməsini yalandan vəd verib aldadaraq, ünvan 1 ünvanında Zərərçəkmiş şəxs12 1800 (bir min səkkiz yüz) manat pulunu ələ keçirib talayaraq təkrarən dələduzluq etmişdir. Bundan başqa o, 2019-cu ilin sentyabr ayında təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birləşərək Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib sonuncunun oğlu X9 pensiya düzəltməsini yalandan vəd verib aldadaraq, ünvan 1 ünvanında Zərərçəkmiş şəxs3 2000 (iki min) manat pulunu ələ keçirib talayaraq təkrarən dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Rеspublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib talayaraq dələduzluq cinayət əməllərini törətmişdir. Belə ki, o, 2018-ci ilin iyul ayında qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birləşərək Zərərçəkmiş şəxs10 qızının etibarından sui-istifadə edib pensiya düzəltməsini yalandan vəd verib aldadaraq, ünvan 1 ünvanında Zərərçəkmiş şəxs10 2500 (iki min səkkiz yüz) manat pulunu ələ keçirib talayaraq dələduzluq etmişdir. Bundan başqa o, 2018-ci ilin noyabr ayında təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birləşərək Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib İİ qrup əlillikdən İ qrup əlilliyə keçirməsini yalandan vəd verib aldadaraq, ünvan 1 ünvanında Zərərçəkmiş şəxs4 1000 (bir min) manat pulunu ələ keçirib talayaraq təkrarən dələduzluq etmişdir. Bundan başqa o, 2018-ci ilin noyabr ayında təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birləşərək Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib pensiya düzəltməsini yalandan vəd verib aldadaraq, ünvan 1 ünvanında Zərərçəkmiş şəxs6 2500 (iki min beş yüz) manat pulunu ələ keçirib talayaraq təkrarən dələduzluq etmişdir. Bundan başqa o, 2018-ci ilin noyabr ayında təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birləşərək Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edib pensiya düzəltməsini yalandan vəd verib aldadaraq, ünvan 1 ünvanında Zərərçəkmiş şəxs8 2500 (iki min beş yüz) manat pulunu ələ keçirib talayaraq təkrarən dələduzluq etmişdir. Bundan başqa o, 2018-ci ilin noyabr ayında təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birləşərək Zərərçəkmiş şəxs11 etibarından sui-istifadə edib pensiya düzəltməsini yalandan vəd verib aldadaraq, ünvan 1 ünvanında Zərərçəkmiş şəxs11 2500 (iki min beş yüz) manat pulunu ələ keçirib talayaraq təkrarən dələduzluq etmişdir. Bundan başqa o, 2018-ci ilin noyabr ayında təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birləşərək Zərərçəkmiş şəxs12 etibarından sui-istifadə edib pensiya düzəltməsini yalandan vəd verib aldadaraq, ünvan 1 ünvanında Zərərçəkmiş şəxs12 1800 (bir min səkkiz yüz) manat pulunu ələ keçirib talayaraq təkrarən dələduzluq etmişdir. Bundan başqa o, 2019-cu ilin sentyabr ayında təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birləşərək Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib sonuncunun oğlu X9 pensiya düzəltməsini yalandan vəd verib aldadaraq, ünvan 1 ünvanında Zərərçəkmiş şəxs3 2000 (iki min) manat pulunu ələ keçirib talayaraq təkrarən dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Rеspublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 Cəlal oğlu onun bibisinin əridir. O, Cabbarı təxminən 28 ildir tanıyır. Təqsirləndirilən şəxs3 2018-ci ilin iyul ayından tanıyır. O, yeznəsi Azər ilə bacısı Turanə Mingəçevir şəhərində əməliyyat olub bitdikdən sonra Təqsirləndirilən şəxs3 xəstəlik sənədlərini almağa gedərkən, Sevinc ona bacısına pensiya düzəltməyi təklif etmişdir. Həmin günlərdə Cabbar onun evinə qonaq gəlmişdir. Cabbar ilə söhbət edərkən Cabbara bacısı Turanəyə Sevinc adlı həkimin pensiya düzəltməyi təklif etməsini, Cabbarıda pensiya düzəltməsi üçün Sevinc ilə tanış edə biləcəyini demişdir. Bundan sonra Sevincin 051 *** ** ** saylı mobil nömrəsini Cabbara vermişdir. Cabbar Sevinc ilə cinayətkar əlaqəya girərək onuda həmin əlaqadə istifadə etmişdir. Rol bölgüsünə əsasən Cabbar Bakıya qayıdandan sonra tanımadığı şəxslərdən 2500 manat yığaraq tanımadığı taksilər vasitəsi ilə ona 1800 manatı göndərmiş, o, həmin məbləği Sevincə çatdırmışdır. O, həmin məbləğləri çatdırarkən həmin pulun 600 manat hissəsi özünə götürüb yerdə qalan 1200 manatını Sevincə vermişdir. 2018-ci ilin noyabr ayında Cabbar ona tanımadığı taksi vasitəsilə Zərərçəkmiş şəxs10 məxsus 1900 manat pul, yaşayış yerindən arayış və şəxsiyyət vəsiqəsinin kserosurəti yollamışdır. Həmin puldan o, 600 manat götürərək yerdə qalan 1300 manatı Sevincə evində vermişdir. Ona daha sonra Cabbarın İlhamdan 2500 manat pul alması məlum olmuşdur. 2018-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs4 İİ qrup əlillikdən İ qrupa keçirməkdə ona köməklik etməyimiz üçün Cabbara Bakı şəhərində 1000 manat pul vermişdir. Həmin pulun üstündən Cabbara 200 manat hissəsini götürərək, ona tanımadığı taksi vasitəsilə 800 manat hissəsini yollamışdır. O, isə həmin pulun üstündən 300 manat götürərək, yerdə qalan 500 manat pulu Sevincə evində vermişdir. 2018-ci ilin noyabr ayında Cabbar ona tanımadığı taksi vasitəsilə Zərərçəkmiş şəxs12 məxsus 1800 manat pul, yaşayış yerindən arayış və şəxsiyyət vəsiqəsinin kserosurəti yollamışdır. Həmin puldan o, 600 manat götürərək yerdə qalan 1200 manatı Sevincə evində vermişdir. 2018-ci ilin noyabr ayında Cabbar ona tanımadığı taksi vasitəsilə Zərərçəkmiş şəxs11 məxsus 1800 manat pul, yaşayış yerindən arayış və şəxsiyyət vəsiqəsinin kserosurəti yollamışdır. Həmin puldan o, 600 manat götürərək yerdə qalan 1200 manatı Sevincə evində vermişdir. 2018-ci ilin noyabr ayında Cabbar ona tanımadığı taksi vasitəsilə Zərərçəkmiş şəxs11 məxsus 1800 manat pul, yaşayış yerindən arayış və şəxsiyyət vəsiqəsinin kserosurətini yollamışdır. Həmin puldan o, 600 manat götürərək yerdə qalan 1200 manatı Sevincə evində vermişdir. 2018-ci ilin noyabr ayında Cabbar mənə tanımadığım taksi vasitəsilə Zərərçəkmiş şəxs6 məxsus 1900 manat pul, yaşayış yerindən arayış və şəxsiyyət vəsiqəsinin kserosurəti yolladı. Həmin puldan mən 600 manat götürərək yerdə qalan 1300 manatı Sevincə evində verdim. Bildirirəm mənə daha sonra məlum oldu ki, Cabbar Xaliqdən 2500 manat pul almışdır. 2019-cu ilin sentyabr ayında Zərərçəkmiş şəxs3 ona Bakı şəhərində gedərkən sumka vermiş, o, sumkanı Cabbara çatdırmışdır. O, həmin sumkanı Mərdəkan qəsəbəsi Neftçilər düşərgəsində Cabbara vermişdir. Həmin vaxt Cabbar ona 1800 manat pulu verərək Tamaranın pulunun olması bunun qarşılığında X9 pensiya düzəlmək lazım olduğunu demişdir. O, pulu Cabbardan götürmüşdür. Bir neçə gün sonra o, Bərdə şəhərində həmin pulun üstündən 600 manat götürüb yerdə qalan 1200 manat pulu Sevincə evində vermişidr. Bildirirəm ki, mənə daha sonra Tamaranın Cabbara 2000 manat pul yollaması məlum olmuşdur. Baş vermiş hadisələrdə o, öz payına düşən pulları hamısını sahiblərinə qaytarmışdır. Həmçinin ona daha sonra Cabbara müxtəlif şəxslərdən pulları alarkən pulların üstündən özünə bir miqdarını götürmüşdür. O, Cabbar ilə Sevinci tanış etdikdən sonra Cabbara müxtəlif şəxsləri tapmalı olmuş, həmçinin Sevinc ona və Cabbara nə qədər istəyirsiz pulu almaqlarını Sevincə isə 1200 manat verməklərini demişdir. Bu səbəbdən o, Cabbardan 1800 manat və 1900 manat pul istəmiş, Cabbar isə camaatdan 2500 manat pul istəmişdir. Hal-hazırda vurulmuş ziyanları ödəmiş, vurulmuş ziyanın 25 faiz hissəsini isə Təqsirləndirilən şəxs2 ilə birlikdə dövlət büdcəsinə köçürmüşdür. Barəsində cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hazırda işləmir, himayəsində 2 əlil qız övladı var. Təqsirləndirilən şəxs1 onun qayını oğludur. 2018-ci ilin iyul ayında Anar ona Bakı şəhərində evdə olarkən zəng edərək Sevinc adlı həkimin olmasını və həmin həkimin pensiya düzəltməsini demişdir. O, isə öz növbəsinndə ətrafında olan şəxslərə pensiya düzəldən şəxsin olmasını demişdir. Ətrafinda olan şəxslərə pensiya düzəldən adamı tanıdığını demişdir. Bundan sonra ətrafında olan müxtəlif şəxslərdən alıb Anara vermiş, Anar pulları həkimə verməsini demişdir. Bir müddət sonra o, Anardan həkimin nömrəsi alaraq Sevincə zəng vurmuş və Sevinclə tanış olmuşdur. Ona pensiya düzəldən həkimin adı Sevinc olması məlum olmuşdur. Söhbət zamanı o, Sevincə pensiya düzəltdirmək istəyən adam olsa, Sevincin yanına yollayacağını demişdir. Sevinc onunla razılaşmışdır. O, müxtəlif şəxslərdən Bakı şəhərində pul alarkən hər dəfə 200, 600 və 700 manat pul götürüb, yerdə qalan hissəsini Anara vermiş, Anar isə həmin pulları Bakıdan ondan götürmuş, və ya Anar taksi ilə Bərdəyə pulları Sevincə çatdırması üçün yollamışdır. 2018-ci ilin noyabr ayında o, Sevinclə şəxsən tanış olmuşdur. Ona Anar pensiya müqabilində nə qədər isteyirsən al, 1800 manata isə pensiya düzəlir demişdir. 2018-ci iyul ayında Zərərçəkmiş şəxs10 onun evinə 2500 manat pulu pensiya düzəlməsi üçün gətirmişdir. O, İlhama pensiya düzəltməkdən ötrü, 2500 manatı, yaşayış yerindən arayış və şəxsiyyət vəsiqəsinin kserosurətini İlhamdan götürmüşdür. Həmin pulun üstündən o, 600 manat götürmüşdür. Bir neçə gün sonra o, taksi vasitəsi ilə 1900 manat pulu və sənədləri Anara yollamış, Anar isə öz növbəsində 1300 manat pulu və sənədləri Bərdə şəhərində Sevincə evində çatdırmışdır. 2018-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs4 mənimlə telefon vasitəsi ilə əlaqə saxlayaraq 2-ci qrup əlillikdən 1-ci qrup əlilliyə keçməyim üçün köməklik edə biləcəyi barədə soruşmuşdur. O, Sadiqə köməklik edə biləcəyini demişdir. Bundan sonra Sadiq taksi vasitəsilə ona 1000 manat pulu 2-ci qrup əlillikdən 1-ci qrup əlilliyə keçməkdə köməklik etməsi üçün ona yollamışdır. Həmin pulun üstündən 200 manat götürərək yerdə qalan 800 manat pulu Anar vasitəsilə Bərdə şəhərinə Təqsirləndirilən şəxs3 göndərmişdir. 2018-ci ilin noyabr ayında onunla bir qəsəbədə yaşayan Elxan adlı şəxs onun yaxını Zərərçəkmiş şəxs6 pensiya düzəldə biləcəyini soruşmuşdur. O, Xaliqə pensiya düzəldə biləcək şəxsi tanıdığı demişdir. Bunun müqabilində o, 2500 manat pulun lazım olduğunu demişdir. Bir neçə gün sonra taksi vasitəsi ilə onun yaşadığı evə 2500 manat pul, yaşayış yerindən arayış və şəxsiyyət vəsiqəsinin kserosurəti yollamışdır. Həmin puldan o, 600 manat götürərək yerdə qalan 1900 manatı Anara vermişdir. Anar yerdə qalan 1300 manatı Bərdə şəhərində Sevincə evində vermişdir. O, daha sonra Xaliqə öz payıma düşən 600 manat vermişdir. 2018-ci noyabr ayında Zərərçəkmiş şəxs12 Mais qızı ona 1800 manat pulu pensiya düzəltməsi üçün ona gətirmişdir. O, Tünzaləyə pensiya düzəltməkdən ötrü, 1800 manatı, yaşayış yerindən arayış və şəxsiyyət vəsiqəsinin kserosurəti Tünzalədən götürmüşdür. Bir neçə gün sonra o, taksi vasitəsi ilə 1800 manat pulu və sənədləri Anara yollamış, Anar isə öz növbəsində 1200 manat pulu və sənədləri Bərdə şəhərində Əlişin dairəsi deyilən yerdə Sevincə çatdırmışdır. 2018-ci noyabr ayında Zərərçəkmiş şəxs11 İrzaqulu qızı onun evinə 2500 manat pulu Dilarəyə pensiya düzəltməsi üçün gətirmişdir. O, Dilarəyə pensiya düzəltməkdən ötrü, 2500 manatı, yaşayış yerindən arayış və şəxsiyyət vəsiqəsinin kserosurəti Dilarədən götürmüşdür. Həmin pulun üstündən o, 700 manat götürmüşdür. Bir neçə gün sonra o, taksi vasitəsi ilə 1800 manat pulu və sənədləri Anara yollamış, Anar isə öz növbəsində 1200 manat pulu və sənədləri Bərdə şəhərində Əlişin dairəsi deyilən yerdə Sevincə çatdırmışdır. 2018-ci noyabr ayında Zərərçəkmiş şəxs8 ona evinə 2500 manat pul Mayisə pensiya düzəltməsi üçün gətirmişdir. O, Mayisə pensiya düzəltməkdən ötrü, 1800 manatı, yaşayış yerindən arayış və şəxsiyyət vəsiqəsinin kserosurəti Mayisdən götürmüşdür. Həmin pulun üstündən o, 700 manat götürmüşdür. Bir neçə gün sonra O, taksi vasitəsi ilə 1800 manat pulu və sənədləri Anara yollamış, Anar isə öz növbəsində 1200 manat pulu və sənədləri Bərdə şəhərində Əlişin dairəsi deyilən yerdə Sevincə çatdırmışdır. 2018-ci ilin noyabr ayında mənim bir qəsəbədə yaşayan Elxan adlı şəxs ona Zərərçəkmiş şəxs6 İİ qrup əlillikdən İ qrupa keçirməkdə ona köməklik etməyini demişdir. O, bu səfərdə Elxanla razılaşmışdır. Yenə taksi ilə ona 1000 manat pul yollamışdır. Həmin pulun üstündən 200 manat götürüb taksi ilə Bərdə şəhərinə yerdə qalan 800 manat pulu Anara yollamışdır. Anar isə həmin puldan 300 manat götürərək 500 manat pulu Bərdə şəhərində Sevincin evində Sevincə vermişdir. 2019-cu ilin sentyabr ayında Zərərçəkmiş şəxs3 ona oğlu Ruslan Hacıyeva pensiya düzəltməyisi üçün köməklik etməyindən ötrü, 2000 manat pulu taksi ilə yollamışdır. Həmin pulun üstündən 200 manat götürüb yerdə qalan 1800 manat pulu Anara Bərdə şəhərinə taksi vasitəsi ilə yollamışdır. Anar isə öz növbəsində 1200 manat pulu Sevincə evində vermişdir. O, pulları alarkən Anarda bu işlərin düzəlmədiyini demiş, Anar ona narahat olmamağını Sevincin Bərdə rayonunda və Bakı şəhərində evlərinin olmasını və həmin evləri pul qayıtmasa satacağını demişdir. Sevinc isə ona İlqar və Ramilin aldığını, bu pulu nə vaxt lazım olsa qaytaracağını demişdir. O, Ramil ilə danışdıqda sənədlər stolun üstündədir və yaxın müddətdə pensiyalar düzələcək. Bir müddət sonra isə ona Ramilin əsil adının İlqar olması məlum olmuşdur. 2020-ci ilin fevral ayında o, Xəzər rayon prokurorluğuna verdiyi ərizədə 105 manat pul göstərmişdir. Pensiya düzəltmək adı ilə camaatdan aldığı pulları ondan tələb etdikdə o, bu səbəbdən prokurorluğa elə ərizə vermişdir. Həmin şəxslərə o, özlərinin ərizə vermələrini tələb etdikdə, həmin şəxslər ərizə verməkdən imtina etmişlər. Bir müddət sonra Anar və Sevinci Xəzər rayon prokurorluğuna çağırmışlar. Bundan əvvəl Anar öz payına düşən 33900 manatı ödəmişdir. Həmçinin müxtəlif şəxslərdən pulu pensiya düzəltmək və qrup əlilliyinin dəyişdirilməsi üçün almışdır. Həmin pulları o, Bakı şəhərində aldıqdan sonra üstündən götürüb Anara Bərdə şəhərinə göndərmişdir. Anar Bərdə şəhərində pulu aldıqdan sonra üstündən götürüb Sevincə Bərdə şəhərində çatdırmışdır. Ona Sevinc və Anar camaatdan nə qədər istəyirsən pul al dediklərinə görə o, elə artıq pul almışdır. Hal-hazırda vurulmuş ziyanlar Təqsirləndirilən şəxs1 tərəfindən ödənmiş, vurulmuş ziyanın 25 faiz hissəsini isə Təqsirləndirilən şəxs1 ilə birlikdə dövlət büdcəsinə köçürmüşdür. Barəsində cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməllərini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 Cəlal oğlu onun bibisi oğludur. Onun Cabbar ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs1 onun qonşusudur, onun Anarla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs3 o, əvvəllər tanımamış, Onun Sevinclə heç bir düşmənçiliyi və ədavəti yoxdur. 2019-cu ilin sentyabr ayında Cabbarın təqaüd düzəltməsini kəntdən eşitmişdir. Bundan sonra o, Cabbar ilə əlaqə saxlamışdır. Cabbar ona oğlu Ruslana təqaüd düzəldə biləcəyini demişdir. Bundan sonra o, Ruslanla danışıb ona Cabbar tərəfindən təqaüd düzəldilməsinin mümkün olduğunu bildirmişdir. Cabbar telefon vasitəsi ilə onla əlaqə saxlayıb təqaüd üçün 2000 manat lazım olduğunu, təqaüdü isə 5-6 aya düzələcəyini demişdir. O, Cabbarla razılaşmışdır. Həmin günün səhəri, Anar onun yaşadığı evə gələrək ondan 2000 manat pulu Bakı şəhəri, Mərdəkan qəsəbəsində yaşayan Cabbara çatdırması üçün götürmüşdür. Bundan sonra o, Anar və Cabbardan 2000 manat puldan 600 manat hissəsi Anar, 200 manat hissəsi Cabbara, yerdə qalan 1200 manat hissəsi isə Sevincə çatmasını öyrənmişdir. Həmin puldan Anar 2020-ci ilin fevral aylarında 600 manat hissəsinə qaytarmışdır. Yerdə qalan 1400 manatı isə Cabbar və Sevinc bu günədək qaytarmamış, nə dəki təqaüd düzəldilməsində köməklik göstərməmişdirlər. Hal-hazırda ona vurulmuş ziyan ödənilmiş və onun təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 onun uzaq qohumudur. Onun Cabbar ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs1 onun əmisi oğludur, onun Anar ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs3 o, əvvəllər tanımamış, onun Sevinclə heç bir düşmənçiliyi və ədavəti yoxdur. O, 2-ci qrup əlildir. 2018-ci ilin noyabr ayında Cabbar ona 2-ci qrup əlillikdən 1-ci qrup əlilliyə keçməyi üçün köməklik edə biləcəyi barədə xəbər yollamışdır. Bundan sonra o, Cabbar ilə əlaqə saxlamışdır. Cabbar ona 2-ci qrup əlillikdən 1-ci qrup əlilliyə keçməyinə köməklik edə biləcəyini demişdir. Cabbar telefon vasitəsi ilə onla əlaqə saxlayıb 2-ci qrup əlillikdən 1-ci qrup əlilliyə keçməyim üçün 1000 manat lazım olduğunu, 2-ci qrup əlillikdən 1-ci qrup əlilliyə keçməyimin isə 5-6 aya düzələcəyini demişdir. O, Cabbar ilə razılaşmışdır. Bir neçə gün sonra o, Bərdə rayonundan taksi vasitəsi ilə Bakı şəhəri, Mərdəkan qəsəbəsində yaşayan Cabbara 1000 manat pulu yollamışdır. Bundan sonra 2019-cu ilin iyun- iyul aylarında o, Anar və Cabbardan 1000 manat puldan 300 manat hissəsi Anar, 200 manat hissəsi Cabbara, yerdə qalan 500 manat hissəsi isə Sevincə çatmasını öyrənmişdir. Pul Cabbara çatdıqdan sonra Cabbar taksi vasitəsilə 800 manat pulu Bərdə şəhərində Anara vermiş, Anar isə pulu götürdükdən sonra Bərdə şəhərində 500 manat pulu Sevincə vermişdir. Həmin puldan Anar 2019-cu ilin iyul aylarında 300 manat hissəsinə qaytarmış, avqusta isə Cabbar 200 manat hissəsini qaytarmışdır. Yerdə qalan 500 manatı isə Sevinc bu günədək qaytarmamış, nə dəki təqaüd düzəldilməsində ona 2-ci qrup əlillikdən 1-ci qrup əlilliyə keçməyi üçün köməklik göstərməmişdir. Hal-hazırda ona vurulmuş ziyan ödənilmiş və onun təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 onun uzaq qohumudur. Onun Xaliq ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs1 onun əmisi oğludur, onun Anarla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs3 o, əvvəllər tanımamış, onun Sevinclə heç bir düşmənçiliyi və ədavəti yoxdur. 2018-ci ilin noyanda ayında Cabbar ona təqaüd düzəltməsi barədə xəbər yollamışdır. Bundan sonra o, Cabbar ilə əlaqə saxlamışdır. Cabbar ona təqaüd düzəldə biləcəyini demişdir. Cabbar telefon vasitəsi ilə onla əlaqə saxlayıb təqaüd üçün 2500 manat lazım olduğunu, təqaüdü isə 5-6 aya düzələcəyini demişdir. O, Cabbar ilə razılaşmışdır. Bir neçə gün sonra o, Bərdə rayonundan taksi vasitəsi ilə Bakı şəhəri, Mərdəkan qəsəbəsində yaşayan Cabbara 2500 manat pulu yollamışdır. Bundan sonra 2019-cu ilin iyun iyul aylarında o, Anar və Cabbardan 2500 manat puldan 600 manat hissəsi Anar, 600 manat hissəsi Cabbara, yerdə qalan 1300 manat hissəsi isə Sevincə çatmasını öyrənmişdir. Pul Cabbara çatdıqdan sonra Cabbar taksi vasitəsilə 1900 manat pulu Bərdə şəhərində Anara vermiş, Anar isə pulu götürdükdən sonra Bərdə şəhərində 1300 manat pulu Sevincə vermişdir. Həmin puldan Anar 2019-cu ilin iyul aylarında 600 manat hissəsinə qaytarmış, avqusta isə Cabbar 600 manat hissəsini qaytarmış, 2019-cu ilin sentyabr ayında isə Sevinc 800 manat hissəni qaytarmışdır. Yerdə qalan 500 manatı isə Sevinc bu günədək qaytarmamış, nə dəki təqaüd düzəldilməsində ona köməklik göstərməmişdir. Hal-hazırda ona vurulmuş ziyan ödənilmiş və onun təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 5 il müddətdir tanıyır, onun Cabbar ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs3 o, şəxsən tanımıram. O, Sevinclə yalnız telefon vasitəsilə danışmışdır. Təqsirləndirilən şəxs1 o tanımır, onun Anar ilə heç bir münasibəti yoxdur. O, Cabbardan pensiya düzəltməsi barədə eşitmişdir. 2018-ci ilin iyul ayında Cabbarın yanına ona pensiya düzəltməsində köməklik etməsi üçün getmişdir. Cabbar ona pensiya müqabilində 2500 manat pul, arayış və şəxsiyyət vəsiqəsinin sürətini istədi. O, Cabbarla razılaşmışdır. Bundan sonra o, iki üç gün sənəd və toplayıb Cabbarın evinə getmişdir. O, Cabbara pul və sənədləri vermişdir. Cabbar ona pensiyanın 2019-cu ilin yanvar ayında düzəldəcəyini demişdir. O, 2019-cu ilin yanvar ayına qədər pensiyanın düzələcəyini gözləsədə, pensiya düzəlməmişdir. 2019-cu ilin iyun ayında o Cabbardan pulunu tələb etmişdir. Həmin vaxt ona Cabbarın pulun bir hissəsini götürüb yerdə qalan hissəsini isə Anar və Sevinc adlı şəxslərə verməsi məlum olmuşdur . 2019-cu ilin avqust ayında ona Cabbar öz və Anarın payına düşən hissəsini, yəni 1300 manatı geri qaytarmışdır. Hal-hazırda ona vurulmuş ziyan ödənilmiş və onun təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. İbtidai istintaq zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, Şahid4 onun qonşusudur. Onun Günay ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. O, İİ qrum əlildir, ayda 130 manat pensiya alır. 2020-ci ilin aprel ayında Günay onun yanına gələrək onun qrup əlilləyini dəyişə biləcək adamı tanıdığını demişdir. O, həmin adamın kim olduğunu soruşduqda, Günay ona Sevinc adlı həkimin qrup əlilliyini dəyişməkdə köməklik edə biləcəyini demişdir. Bundan sonra Günay ona Sevincin nömrəsini vermişdir. O, Sevinclə telefon vasitəsi ilə danışmış, Sevinc ona qrup əlilliyinin qaldırılması üçün 1000 manat pulun lazım olduğunu demişdir. Bir neçə gün sonra o, Günayı evinə çağırıb Günaya qrup əlilliyimin qaldırılması üçün Sevincə çatacaq 1000 manat pulu və şəxsiyyət vəsiqəmin surətini vermişdir. 2020-ci ilin avqust ayının sonunda Günayla mübahisə olandan sonra Günay Sevinc həkimdən 300 manat pul alaraq ona vermişdir. Bundan sonra isə Sevincə verdiyi 1000 manatdan 700 manat pulu qalmışdır. İbtidai istintaq zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 seyid kimi Mərdəkan qəsəbəsi sakini qismində tanımışdır. Onun Cabbar ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs1 o əvvəllər tanımamış, onun Anar ilə heç bir düşmənçiliyim və ədavətim yoxdur. Təqsirləndirilən şəxs3 o əvvəllər tanımamış, onun Sevinc ilə ilə heç bir düşmənçiliyim və ədavətim yoxdur. Təqsirləndirilən şəxs2 pensiya düzəltməsini xatırlamadığı Mərdəkan qəsəbəsi sakinindən eşitmişdir.Bundan sonra o da özünə pensiya düzəltmək istəmişdir. 2018-ci ilin noyabr ayında o, Mərdəkan qəsəbəsi Neftçilər düşərgəsində yerləşən Təqsirləndirilən şəxs2 yaşadığı evə getmişdir. Bu zaman Cabbar ona pensiya düzəltməsində ötrü 2500 manat pul, şəxsiyyət vəsiqəsinin kserosurəti və yaşayış yerindən arayış lazım olmasını demişdir. O, həmin vaxt Cabbara ona pensiya düzəltməsindən ötrü 2500 manat pul, şəxsiyyət vəsiqəsinin kserosurəti və yaşayış yerindən arayışı vermişdir. Həmçinin qızı Tünzalənin pensiya düzəlməsi üçün 1800 manat pul və həyat yoldaşı Dilarə 2500 manat pulu pensiya düzəltməsi üçün Cabbara vermişdir. Sonradan ona Cabbarın aldığı pulların üstündən götürərək Anar vasitəsilə Bərdə şəhərinə Sevincə yollaması məlum olmuşdur. Anar sonradan onun pulundan ələ keçirdiyi 600 manat hissəsini geri qaytarmışdır. İbtidai istintaq zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 seyid kimi Mərdəkan qəsəbəsi sakini qismində tanımışdır. Onun Cabbar ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs1 o əvvəllər tanımamış, onun Anar ilə heç bir düşmənçiliyim və ədavətim yoxdur. Təqsirləndirilən şəxs3 o əvvəllər tanımamış, onun Sevinc ilə ilə heç bir düşmənçiliyim və ədavətim yoxdur. Təqsirləndirilən şəxs2 pensiya düzəltməsini xatırlamadığı Mərdəkan qəsəbəsi sakinindən eşitmişdir.Bundan sonra o da özünə pensiya düzəltmək istəmişdir. 2018-ci ilin noyabr ayında o, Mərdəkan qəsəbəsi Neftçilər düşərgəsində yerləşən Təqsirləndirilən şəxs2 yaşadığı evə getmişdir. Bu zaman Cabbar ona pensiya düzəltməsində ötrü 2500 manat pul, şəxsiyyət vəsiqəsinin kserosurəti və yaşayış yerindən arayış lazım olmasını demişdir. O, həmin vaxt Cabbara ona pensiya düzəltməsindən ötrü 2500 manat pul, şəxsiyyət vəsiqəsinin kserosurəti və yaşayış yerindən arayışı vermişdir. Sonradan ona Cabbarın aldığı pulların üstündən götürərək Anar vasitəsilə Bərdə şəhərinə Sevincə yollaması məlum olmuşdur. Anar sonradan onun pulundan ələ keçirdiyi 600 manat hissəsini geri qaytarmışdır. İbtidai istintaq zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 seyid kimi Mərdəkan qəsəbəsi sakini qismində, həmçinin həyat yoldaşının uzaq qohumu tanımışdır. Onun Cabbar ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs1 o əvvəllər tanımamış, onun Anar ilə heç bir düşmənçiliyim və ədavətim yoxdur. Təqsirləndirilən şəxs3 o əvvəllər tanımamış, onun Sevinc ilə ilə heç bir düşmənçiliyim və ədavətim yoxdur. Təqsirləndirilən şəxs2 pensiya düzəltməsini xatırlamadığı Mərdəkan qəsəbəsi sakinindən eşitmişdir.Bundan sonra o da özünə pensiya düzəltmək istəmişdir. 2018ci ilin noyabr ayında o, Mərdəkan qəsəbəsi Neftçilər düşərgəsində yerləşən Təqsirləndirilən şəxs2 yaşadığı evə getmişdir. Bu zaman Cabbar ona pensiya düzəltməsində ötrü 2500 manat pul, şəxsiyyət vəsiqəsinin kserosurəti və yaşayış yerindən arayış lazım olmasını demişdir. O, həmin vaxt Cabbara ona pensiya düzəltməsindən ötrü 2500 manat pul, şəxsiyyət vəsiqəsinin kserosurəti və yaşayış yerindən arayışı vermişdir. Sonradan ona Cabbarın aldığı pulların üstündən götürərək Anar vasitəsilə Bərdə şəhərinə Sevincə yollaması məlum olmuşdur. Anar sonradan onun pulundan ələ keçirdiyi 600 manat hissəsini geri qaytarmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 anasının bibisi oğludur. Onun Cabbar ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs1 onun qonşusudur, onun Anar ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs3 o, əvvəllər tanımamış, onun Sevinclə heç bir düşmənçiliyi və ədavəti yoxdur. 2019-cu ilin sentyabr ayında Cabbarın təqaüd düzəltməsini kəntdə yaşayan insanlardan anası Tamara eşitmişdir. Bundan sonra Tamara Cabbar ilə əlaqə saxlamışdır. Cabbar Tamaraya qardaşı Ruslana təqaüd düzəldə biləcəyini demişdir. Bundan sonra Tamara Ruslanla danışıb Cabbar tərəfindən təqaüd düzəldilməsinin mümkün olduğunu bildirmişdir. Cabbar telefon vasitəsi ilə Tamara ilə əlaqə saxlayıb təqaüd üçün 2000 manat lazım olduğunu, təqaüdü isə 5-6 aya düzələcəyini demişdir. X18 ilə razılaşmışdır. Həmin günün səhəri, Anar bizim yaşadığımız evə gələrək anası Tamaradan 2000 manat pulu Bakı şəhəri, Mərdəkan qəsəbəsində yaşayan Cabbara çatdırması üçün götürmüşdür. Bundan sonra o, Anar və Cabbardan 2000 manat puldan 600 manat hissəsi Anar, 200 manat hissəsi Cabbara, yerdə qalan 1200 manat hissəsi isə Sevincə çatmasını öyrənmişdir. Həmin puldan Anar 2020-ci ilin fevral aylarında 600 manat hissəsinə qaytarmışdır. Yerdə qalan 1400 manatı isə Cabbar və Sevinc bu günədək qaytarmamış, nə dəki təqaüd düzəldilməsində köməklik göstərməmişdirlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 o, 2015-ci ildən tanıyır. 2015-ci il tarixdə məni Sevinc Bərdə rayonu Diaqnostika mərkəzində əməliyyat etmişdir. Onu Sevinc yaxşı əməliyyat etmiş, o, Sevincdən razı qalmışdır. Bu səbəbdən 23 iyul 2020-ci il tarixdə anası Firuzə xəstələndikdə Sevinc həkimlə əlaqə saxlamışdır. Sevinc həkim onun yanına gəlməyini demişdir. Bundan sonra atası Qənbər və o, Firuzəni Sevincin yanına aparmışdır. Sevinc həkim Firuzəyə müalicə yazmışdır. Bu zaman Sevinc həkim ona pensiya almağı ilə bağlı sual vermişdir. O, pensiya almadığını dedikdə, Sevinc atası Qənbərə mənə pensiya düzəldə biləcəyini demişdir. Sevinc həkim ona pensiya düzəltməsinə köməklik etməsi müqabilində 2000 manat pul istəmişdir. Atası Qənbər həmin günü Sevinc ilə razılaşmışdır. Bir neçə gün sonra atası Qənbər Sevincə zəng edib sosial müavinət almağını, bunun əmək pensiyasına çevirməkdə köməklik edə biləcəyini soruşmuşdur. Bu zaman Sevinc daha 300 manat lazım olduğunu demişdir. 27 iyul 2020-ci il tarixdə Qənbər ünvan 2 ünvanında yerləşən evinə getmişdir. Həmin evdə Qənbər Sevinc həkimə ona pensiya düzəltməsi üçün 1700 manat, Qənbərin sosial müaviməyimi əmək pensiyasına çevirməsi üçün isə 300 manat pul vermişdir. Həmin vaxt Qənbər Sevincə pulunun az olmağını və bu səbəbdən 2000 manat əvəzinə 1700 pul gətirməyini demişdir. X5 məxsus şəxsiyyət vəsiqəsinin kserosurətini, yaşayış yerindən arayış və xəstəlik tarixini, bundan başqa özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Sevinc onun və Qənbərin işinin 12 oktyabr 2020-ci il tarixdə düzəlməsini demişdir. 12 oktyabr 2020-ci il tarixdə onun pensiya və Qənbərin əmək pensiyası düzəlmədiyi gördükdə atası və o, Sevincə zəng vurmuş və pensiyaların niyə düzəlmədiyi soruşmuşlar. Sevinc əvvəlcə pensiyaların düzədəcəyini desədə, sonradan pensiyaların düzəldə bilmədiyi demişdir. O, atası Qənbər, sonra isə Sevincdən verilən pulu tələb etdikdə, Sevinc hər dəfə bir neçə günə pulu geri qaytaracağını demişdir. X15 bizi aldatmağını bildikdən sonra baş verənlər barədə gəlib polis şöbəsinə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs7 onun qaynatasıdır. 2020-ci ilin iyul ayında qaynanası Firuzəni qaynatası Qənbər və həyat yoldaşı Tumar Sevinc həkimin yanına aparmışdır. Bu zaman Sevinc Tumara pensiya düzəltməyi təklif etmişdir. Bundan sonra Qənbər Tumara pensiya düzəltməsi üçün 1700 manat pulu, özünün isə pensiyasının qalxması üçün 300 manat nağd pulu Sevincin Bərdə şəhərində yerləşən evində Sevincə vermişdir. Bundan sonra Sevinc verdiyi vədləri yerinə yetirməmişdir. Tumar, o, və Qənbər dəfələrlə Sevincin evinə gedərək Sevincdən Qənbərin verdiyi pulları tələb etsələrdə, Sevinc hər dəfə bir iki günə pulu qaytaracağına söz verib, Tumar, o, və Qənbəri aldatmışdır. Bu zaman ona Sevincin digər şəxsləridə aldadıb pullarını ələ keçirməsi məlum olmuşdur. Bundan sonra o və Qənbər Sevincin peşakar dələduz olmasını və Qənbərində ona verdiyi pulları dələduzluq yolu ilə ələ keçirməsini anlamışdır. Bu hadisələrdən sonra Qənbər Bərdə rayon polis şöbəsinə gedərək Sevincdən şikayət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 o, 4 ildir tanıyır, Yeganə ilə o, qonşu yaşayır. Onun Yeganə ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. 2020-ci ilin aprel ayında Yeganə əməliyyat çıxdığına görə Yeganənin yanına baş çəkmişdir. Həmin vaxt o, Yeganəyə pensiya alaraq dolanacağını demiş. Bu zaman Yeganə ona 130 manat pensiya almağını və pensiyasının artmasında köməklik etməyini demişdir. O, Yeganəyə köməklik edə bilməyəcəyini, bu işlərin Sevinc adlı həkimin vasitəsi ilə görülə biləcəyini demişdir. Bundan sonra o, Yeganənin telefon vasitəsi ilə Sevinclə əlaqə saxlayıb, qonşusu Yeganənin İİ qrup əlillikdən İ qrup əlilliyə keçməyinə köməklik edə biləcəyini soruşmuşdur. Sevinc ona razılıq verərək bu işə görə 1000 manat pulun lazım olduğunu demişdir. O, Yeganəyə Sevincin sözlərini çatdırmışdır. Yeganə bu söhbətdən 2-3 gün sonra məni öz evinə çağırıb 1000 manat pul, şəxsiyyət vəsiqəsinin kserosurəti və təqaüd arayışının üzünü ona vermişdir. O, həmin gün Sevincin Bərdə şəhəri Cavanşir küçəsi ev 12-də yerləşən evində Sevincə vermişdir. Sevinc 3 ay müddətə Yeganənin işinin düzələcəyini demişdir. Bundan sonra Sevinc işi düzəltməmişdir. Onun Yeganə ilə münasibətləri pozulmuşdur. 24 iyun 2020-ci il tarixdə Yeganə onun yaşadığı evdən çölə çağırıb onunla mübahisə edib saçından tutmuş, o isə Yeganənin saçından tutmuşdur. Bundan sonra Yeganə və o aralaşmışlar. Bundan sonra Sevinc ona 300 manat pulu Yeganənin pulunu qaytarması üçün vermişdir. O, 300 manatı Yeganəyə çatdırmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs3 onun qonşusu Zərərçəkmiş şəxs9 1000 manat pulunu ələ keçirmişdir. O, Gülxar ilə söhbət əsnasında Gülxara Sevinc adlı həkimin pensiya düzəltməsini demişdir. Gülxar vəziyyətinin pis olmasını və pensiya düzəlməsində Sevincin köməklik edə biləcəyini soruşmuşdur. O, Sevinc ilə danışdıqda Sevinc ona əvvəlcə 1000 manat, sonra isə 1500 manat pul lazım olmasını demişdir. O, həmin sözləri Gülxara çatdırmışdır. Gülxar isə ona 07 may 2020-ci il tarixdə saat 10 radələrində 1000 manat pulu vermişdir. O, bundan sonra pulu aparıb Sevincə vermiş, Sevinc isə pul alması barədə özü yazdığı kağızı ona vermişdir. Bundan əlavə Sevinc qonşusu Zərərçəkmiş şəxs1da dələduzluq edərək 1000 manat pulunu ələ keçirmişdir. 08 may 2020-ci il tarixdə saat 10 radələrində o, Sanur ilə söhbət edərkən ona Sevinc adlı şəxsin pensiya düzəltməsini demişdir. Sanur onunla razılaşaraq ona 1000 manat pulu Sevincə çatdırması üçün vermişdir. O, həmin günü Sevincin yanına gedərək Sevincə 1000 manat pul vermiş Sanura pensiya düzəltsin diye. Həmin vaxt Sevinc kağızda ona aldığı pulu yazaraq vermişdir. O, həmin günün səhəri Sevincin yazdığı kağızı Sanurə vermişdir. Yeganədən Bayramova, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs1 aldığı 1000 manat puldan ona hər hansı bir miqdarı ona çatmamış və o, Yeganəyə köməklik etməyilə bağlı hər hansı bir vəd verməmişdir. O, 24 iyun 2020-ci il tarixdə Yeganə ilə mübahisə zamanı xəsarət almamışdır. Həmin vaxt orda Yeganə və o olmuşdur. X19 və Sanur adlı şəxslərdən 1000 manat alarkən mənə hər birindən 200 manat verməmişdir, həmçinin pulları alarkən özü bu barədə kağız yazmışdır. Təqsirləndirilən şəxs3 o, qadın həkimi qismində tanımış, Sevinc onu müalicə etmişdir. Onun Sevinc ilə tanışlığı onu müalicə etməsindən başlamışdır. Bu zaman Sevinc ona pensiya düzəldə biləcəyini söyləmişdir. İbtidai istintaq zamanı şahid şəxs qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid5 öz ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 onun dayısı qızıdır, onun Sevinclə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təxminən bir ildir ki, onun Sevinclə əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs2 o, əvvəllər tanımamış, onun Cabbar ilə heç bir münasibəti yoxdur. Təqsirləndirilən şəxs1 o, əvvələr tanımamış, onun Anar ilə heç bir münasibəti yoxdur. 2018-ci ilin təxminən qış aylarında Sevinc onun yaşadığı evə gələrək vəziyətinin pis olmasını və Cabbar adlı şəxsin telefona zəng edərək, Cabbara olan borcu yuvadmasını xahiş etmişdir. O, həmin vaxt Cabbar adlı şəxsə zəng edərək Sevincin tənha qadın olmasını Sevincin həmin pulu ödəyəcəyini demişdir. Bundan sonra 29 avqust 2019-cu il tarixdə Sevinc onun yanına gələrək Cabbar adlı şəxsin yanına getməsini, tək getməməsi üçün onunla getməyini xahiş etmişdir. O, həmin vaxt Bakıya gedərkən Anar adlı şəxsidə avtomobildə görüb tanımışdır. Bakı şəhərində Bakı şəhəri, Mərdakən qəsəbəsi, Neftçilər düşərgəsində Cabbarın evinə getmişlər. Cabbarın evində tanımadığı şəxslərdə olmuşdur. Həmin vaxt o, Sevincin aldığı pulları sentyabrın sonunadək ödəməsini bildirməsini öyrənmişdir. Bundan sonra o, Sevinc və Anar Bərdə şəhərinə qayıtmışlar. Bu hadisələrdən sonra onun Sevinclə münasibəti kəsilmişdir. Cabbar Bərdə şəhərinə gəlib onunla görüşdü. Bu zaman Cabbar ona Sevincin Bakı şəhərin Gənclik Mall`un yaxınlığında binaya getməsini, bu zaman Cabbara binada müəllim olmasını həmin vaxt isə Cabbarın binarın qarşısında olmasını danışmışdır. Sevinc ona hər hansı bir pul verməmişdir. Sevincin atası Zahid ona ata kimi münasibət göstərmişdir. Zahidin xətrinə o, Sevincin xahişini etmişdir. Lakin Sevincin onuda aldadaraq aldığı pulları camaata qaytarmamasını görə o da Sevinclə əlaqəmi kəsmişdir. İbtidai istintaq zamanı şahid şəxs qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid6 öz ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 onun keçmiş həyat yoldaşıdır. O, Sevinc ilə 1996-cı il tarixdə ailə həyatı qumuşdur. Onun Sevinc ilə nigahından 4 övladı var. Sevinc ilə onun xasiyyəti uyğunlaşa bilmədikdə o, 2016-cı il tarixdə Sevincdən ayrılmışdır. Lakin övladlarına maddi və mənəvi baxımdan baxmağa davam etmişdir. 2019-cu təxminən payız aylarında adının sonradan Təqsirləndirilən şəxs1 olmasını bildiyi şəxs mənim işlədiyi Mugam Bank ASC-nin Bərdə filialına gələrək ona Sevincin borcu olmasını və borcu ödənməsinə kömək etmək lazım olmasını demişdir. Lakin o, Anar adlı şəxsə Sevinc ilə əlaqəsinin olmamasını, Sevincin sərbəst şəxs olmasını, onun Sevincin borclarına qarışmamağını demişdir. Bundan sonra o, Anar adlı şəxsi görməmişdir. 2019-cu ilin təxminən payız aylarında az yaşlı qızı Nərgiz ona zəng edərək Sevincin vəziyyətinin pis olmasını Sevincin xəstəxanaya aparmağıbı demişlər. O, tez Sevincin yanına gedərək Sevinci xəstəxanaya aparmışdır. Bu zaman adının sonradan Təqsirləndirilən şəxs2 Cəlal oğlu olmasını bildiyi və Cabbarın həyat yoldaşı gəlmişlər. Xəstəxanada olarkən Sevinci ilkin tibbi yardım göstərilmişdir. Cabbar və Cabbarın həyat yoldaşı ona Sevincin pul borclu olduğunu demişlər. O, Cabbara Sevincdən ayrıldığını desədə, Cabbar ona inanmayaraq Sevinclə əlaqəsinin olmasını bildirmişdir. O, təkrarən Cabbara ondan xəbərsiz Sevincə pul verməsini, onun bu işdən xəbəri olmamasını demişdir. Bundan sonra o, Cabbar adlı şəxsi görməmişdir. O, Sevincin Cabbar və Anar adlı şəxslərlə əlaqəsinin olmasını və Cabbar və Anar adlı şəxslərlə pul alış-verişi etməsini 2019-cu ilin payız aylarında bilmişdir. Onun Sevincin hansı formada Anar və Cabbar ilə əlbir olaraq dələduzluq etməsini bilmirdi. Cinayət işi materiallarına əlavə edilmiş 07 dekabr 2020-ci il tarixli Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 vərəq kağıza baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 pensiya düzəltməyi vəd verərək Şahid4 vasitəsilə 1000 manat pul almış və bu zaman kağız parçasında: “Mən Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 1000 AZN pul aldım. İmza: Təqsirləndirilən şəxs3. 8.05.2020”-yazılarını yazmışdır. Cinayət işi materiallarına əlavə edilmiş 07 dekabr 2020-ci il tarixli Zərərçəkmiş şəxs9 təqdim etdiyi 01 vərəq kağıza baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs9 pensiya düzəltməyi vəd verərək Şahid4 vasitəsilə 1000 manat pul almış və bu zaman kağız parçasında: “Mən Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs9 1000 AZN pul aldım. İmza: Təqsirləndirilən şəxs3. 7.V.2020”-yazılarını yazmışdır. Cinayət işi üzrə ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə şahid Şahid4 ilə təqsirləndirirlən şəxs Təqsirləndirilən şəxs3 üzləşdirilmişdir. Üzləşdirmə zamanı Şahid4 Təqsirləndirilən şəxs3 üzünə: “Sən Təqsirləndirilən şəxs3 mənə dedin ki, pensiya düzəlməsində köməklik edə bilərsən. Mən səbə inanıb bu barədə Yeganə, Gülxar və Sanura dedim. Sənə mən həmin şəxslərdən 1000 manat alaraq verdim. Lakin mən sənin dələduz olmanı və Yeganə, Gülxar və Sanurun pullarını dələduzluq yolu ilə ələ keçirməni bilməmişəm. Yeganə, Gülxar və Sanurdan aldığın pullardan mənə sən pul verməmisən.”- demişdir. Cinayət işi üzrə ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə Təqsirləndirilən şəxs2 ilə təqsirləndirirlən şəxs Başxalıyev Anar Arif oğlu üzləşdirilmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 Başxalıyev Anar Arif oğlunun üzünə: “Sən, Anar, mənə Sevinc adlı həkimin pensiya düzəltməsini dedin. Sən mənə pensiyanın 1800 manat müqabilində düzəlməsini, mənim isə nə qədər pul istəyirsən al sözlərini dedin. Mən müxtəlif şəxslərdən pensiya düzəltmək adı ilə pul alaraq üzərindən 200, 600 və 700 manat götürüb sənə verirdim ki, pensiya düzəltməsi üçün Sevincə verəsən. Sən isə öz növbəndə sənə verdiyim pulun üstündən götürüb yerdə qalan pulu Bərdə şəhərində Sevincə vermisən.”demişdir. Təqsirləndirilən şəxs1 isə öz növbəsində Təqsirləndirilən şəxs2 üzünə qarşı: “ Mən sənin dediklərin ilə qismən razılaşıram. Sevinc mənə pensiya düzəltməsini dedikdən sonra mən bu barədə sənə dedim. Sən asan qazanc əldə etmək üçün ətrafda olan şəxslərə bu barədə dedin. Mən sənə pensiyanın 1800 manat olmasını, artıq aldığın pulların sənə qalacağını dedim. Sonradan mən səni Sevinc ilə tanış etdim və sən Sevinci tanıyıb onunla iş gördün. Pulları hamıdan sən almısan, mən isə üstündən götürüb Sevincə vermişəm.” Cinayət işi üzrə ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə Təqsirləndirilən şəxs2 ilə təqsirləndirirlən şəxs Təqsirləndirilən şəxs3 üzləşdirilmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 üzünə: “Sən müxtəlif şəxslərdən mənim yığaraq Anar vasitəsilə sənə yolladığım pulları dələduzluq edərək ələ keçirmisən.”- demişdir. Təqsirləndirilən şəxs3 öz növbəsində Təqsirləndirilən şəxs2 üzünə qarşı: “ Mən sənin dediklərin ilə qismin razılaşıram. Sən Cabbar müxtəlif şəxslərdən tamah niyyəti ilə pulları alaraq üzərindən götürüb mənə yollamısan. Mən səninlə Anarın toyunda tanış olmuşam. Sən hər dəfə mənə pul yollayanda pulun üzərindən götürmüsən.”- demişdir. Cinayət işi materiallarına əlavə edilmiş 15 aprel 2021-ci il tarixli qərarla 07 dekabr 2020-ci il tarixli baxış protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi üzərində: “Mən Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 1000 AZN pul aldım. İmza: Təqsirləndirilən şəxs3. 8.05.2020”-yazıları olan 01 vərəq kağız parçası cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınmış və cinayət işinin materialları əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 15 aprel 2021-ci il tarixli qərarla 07 dekabr 2020-ci il tarixli baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs9 təqdim etdiyi üzərində: “Mən Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs9 1000 AZN pul aldım. İmza: Təqsirləndirilən şəxs3. 7.V.2020”-yazıları olan 01 vərəq kağız parçası cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınmış və cinayət işinin materialları əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən dахil оlmuş 02 noyabr 2020-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkumluğu olmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən dахil оlmuş 02 noyabr 2020-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs12 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, onlara vurulmuş ziyanlar ödənilmiş və heç bir şikayətləri və tələbləri yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdikləri ərizələrində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs12 ilə barışdıqlarını, sonunculara vurduqları ziyanları ödədiklərini qeyd edərək barələrində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişlər. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, X2 оğlu 2017-ci ilin oktyabr ayında saat 11 radələrində Bərdə şəhərində yerləşən "Eurolux" mağazasının yaxınlığında aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə X3 həyat yoldaşına pensiya düzəldəcəyini vəd verib həmin məqsədlə sonuncudan 1000 manat, 19 fevral 2018-ci il tarixdə isə saat 11 radələrində Bərdə şəhərində yerləşən "Zaminbank" bankının yaxınlığında 1000 manat, həmçinin Ülviyyə Umudovanın əri Taleh Umudovdan Bakı şəhərinə getmək üçün pul lazım olduğunu deyərək gediş haqqı kimi 50 manat pul almaqla vahid niyyətlə əhatə olunan hərəkətlər etməklə zərəçəkmiş şəxsdən cəmi 2050 manat pul alıb vədinə əməl etməyərək özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmişdir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan suiistifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayətin başa çatma anı təqsirkarın əmlaka dair mülkiyyət hüququnun, habelə həmin əmlaka sahiblik etmək və ya sərəncam vermək hüququnun qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata alındığı an hesab edilir (məsələn, daşınmaz əmlaka dair mülkiyyət hüququnun müvafiq orqanlar tərəfindən qeydiyyata alındığı, bu hüququn tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi, əmlakın alqı-satqısına dair əqdin bağlandığı an və sair). Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin həü eç təqsirləndirilən şəxs tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxslərin öz ifadələrindən başqa, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onların törətmiş olduqları əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə tövsif olunmalıdır. Qeyd edilənlərlə yanaşı məhkəmə zərərçəkmiş şəxslərin ərizələrini nəzərdən keçirib və cinayət proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs12 ilə barışdıqlarından və onlara dəymiş ziyanı tam şəkildə ödədiyindən, o cümlədən vurulmuş ziyanın 25 faizini, yəni 3700 manatı dövlət büdcəsinə ödədiklərindən onlar cinayət məsuliyyətindən azad olunmalı və barələrində cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189- 1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40-cı maddəsinə əsasən, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda və zərərçəkmiş şəxsə dəyən ziyan ödənildikdə təqsirləndirilən şəxsin barəsində cinayət təqibi həyata keçirilməyə və cinayət təqibinə xitam verilə bilər. Həmin Məcəllənin 43.1 və 43.3-cü maddələrinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Eyni zamanda, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verildiyindən onların barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirləri Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HаkimElsun Əhmədov
Məhkəmə qərarları › İş №1(021)-4/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-4/2022
17.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver