Məhkəmə qərarları › İş №1(021)-4/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-4/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-4/2023 30.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1975-ci ildə Bərdə rayonu, Samux kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, Bərdə rayon X12 Hüquqi Şəxsin anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin anestezioloq-reanimatoloq həkimi vəzifəsində işləyən, ünvan 1 ünvanda yaşayan, barəsində 20 aprel 2022-ci il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, xx xxxx 1975-ci ildə Bərdə rayonu, Samux kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, Bərdə rayon X12 Hüquqi Şəxsin anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin anestezioloq-reanimatoloq həkimi vəzifəsində işləyən, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs Bərdə rayon X12 Hüquqi Şəxsin anesteziologiyareanimasiya və intensiv terapiya şöbəsinin anestezioloq-reanimatoloq həkimi vəzifəsində işlədiyi dövrdə Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş, hazırda qüvvədə olan tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatlarının 6.1-ci bəndinə əsasən üzərinə qoyulmuş vəzifəni yəni, həkim-anestezioloq-reanimatoloq tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərməli olduğu halda bunları etməyərək, işinə laqeyd münasibət göstərməklə, müvafiq əmrlə üzərinə düşən xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək 10 noyabr 2021-ci il tarixdə, saat 09:44-də Bərdə RMX PHŞ-nə öd kisəsinin polipozu diaqnozu ilə daxil olmuş Bərdə rayonu, Türkmən kəndində qeydiyatda olmaqla həmin kənddə yaşamış X4 xəstəxananın cərrahiyyə şöbəsində üzərində aparılan “xoleostomiya, qarın boşluğunun drenajı” cərrahiyyə əməliyyatı zamanı ona intubasiyanı texni cəhətdən qüsurlu icra etdiyi üçün yaranmış hipoksiya inkişaf edən ağır beyin ödeminə və 11 noyabr 2021-ci il tarixdə, saat 05:05 radələrində Bərdə RMX PHŞ-in cərrahiyyə şöbəsində ehtiyatsızlıqdan zərərçəkmiş Sahibə Mehdiyevanın “intubasion ümumi anestziya zamanı baş vermiş kəskin tənəffüs çatışmazlığı ilə əlaqədar inkişaf edən hipoksik ensefatolopatiya” nəticəsində ölümünə səbəb olmaqla səhlənkarlıq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə elan olunmuş yeni ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 1998-ci il tarixdən bu günə kimi Bərdə RMXda reanimasiya şöbəsində anestezioloq-reanimatoloq işləyir. Bərdə rayonu, Türkmən kəndində yaşayan X5 tanıyır. Sonuncu 10 noyabr 2021-ci il tarixdə Bərdə RMX-da cərrahi əməliyyat olunmuşdur. Bir gün öncə cərrah həkimin köməkçi tibb bacısı xəstənin özünü və müayinə nəticələrini onun yanına gətirmişdir. Müayinələrin nəticələrində xəstəyə narkoz verillməsi üçün heç bir əks göstəriş olmamışdır. Xəstənin saturasiyası, təzyiqi, nəbzi ölçülmüş və heç bir əks göstəriş olmamışdır. Xəstəyə səhəri gün cərrahi əməliyyat olunması üçün vaxt təyin edilmiş, 10 noyabr 2021-ci il tarixdə xəstə əməliyyat blokuna gətirilmişdir. Anestizeoloq tibb baıcsı istifadə olunacaq narkoz dərmanlarını onun göstərişi ilə şpirislərə yığmışdır. Cərrahiyyə əməliyyatı gedişi zamanı xəstəyə vurulan bütün anestezə dərman pereparatları və göstərilən tibbi yardımların hamısı anestezoloji xəritədə göstərmişdir. Anestezə dərman pereparatlarının miqdarını o təyin etmiş, anestezə tibb bacısı isə onun yanında təyinatı yerinə yetirərək xəstəyə dərman pereparatlarını injektə etmişdir. Bütün əməliyat gedişi zamanı özü əməliyat blokunda olmuşdur. Xəstə əməliyat boyunca süni tənəfüs aparatına qoşulu vəziyətdə qalmış, əməliyatın sonunda xəstəyə miorelaksantları parçalayan dərmanlar vurulmuş, xəstənin öz tənəfüsü, udqunmaq aktı bərpa edilmiş, xəstənin traxeyasından intubasion boru çıxarılmış, burun kateteri vasitəsi ilə xəstəyə oksigen qoşulmuşdur. Xəstə həkimin xırda göstərişlərini yəni dili çölə çıxarmaq, ətrafları hərəkət etdirmək kimi hərəkətləri yerinə yetirmişdir. Əməliyat vaxtı heç bir ağırlaşma müəyyən edilməmiş, əməliyyat fəsadsız ötüşdüyündən xəstə reanimasiya şöbəsinə yerləşdirilmişdir. Xəstə ranimasiyada nəzarətdə qalmış, göstəriciləri bərpa olunduqdan sonra xəstə cərrahiyə şöbəsinə yerləşdirilmişdir. O, xəstəni palatada görən zaman sonuncu ona normal olduğunu demiş, daha sonra iş vaxtı bitəndə evinə getmişdir. Evə getməmişdən öncə yazdığı təyinatları tibb bacılarının icra etməsini onlara tapşırmışdır. 11 noyabr 2021-ci il tarixdə, səhər saat 05:30 radələrində Zaur həkim ona zəng edərək xəstənin vəziyətinin pisləşdiyini demişdir. O, dərhal xəstəxanaya gəlmiş və xəstənin öldüyünü aşkar etmişdir. Həmin vaxt xəstənin yanında olan qohumu ona səhərə yaxın anidən oyandığını, boğulmasının olduğunu deyərək ağzından köpük gəldiyini və öldüyünü demişdir. MTE PA Birliyinin Bərdə rayon şöbəsinin verdiyi ekspert rəyi ilə razılaşmayaraq X4 ölümünə səbəbin anestezioloji ölüm deyil, tromemboliya olduğunu bildirmişdir. Məhkəmədən ona bəraət verilməsini xahiş etdi. Bundan başqa, Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, xəstə əməliyat stolundan bütün göstəriciləri stabilləşdikdən sonra huşu, udma aktı, spontan tənəffüs, oksigensiz 97-98 olduqdan sonra reanimasiyaya köçürülmüş, reanimasiya şöbəsində nəzarətdə qalmışdır. Əgər xəstədə hipoksik ensefalopatiya əlamətləri olsaydı, xəstə əməliyatdan ayılmaz, huşu özündə olmaz və ilk andan tənəffüs çətinliyi yaranmış olardı. Xəstədə ölüm anına qədər bütün göstəriciləri normal olmuş, ölüm anına qədər huşu yerində olmuş, tənəffüslə bağlı şikayəti olmamışdır. Həmçinin narkozun gedişatı intubasiya və ekstubasiya fəsadsız keçmiş, xəstə vaxtında ayılmışdır. Xəstə palataya köçürüləndə belə heç bir tənəffüs çətinliyi olmamışdır. Xəstənin anlaqlı vəziyətdə olması bir daha onu göstərir ki, onda hipoksik ensefalopatiya əlaməti olmamışdır. Bundan başqa narkoz zamanı xəstəyə vurulan anestetik pereparatların parçalanma məhsullarının bədəndən sorulması ürəyə ağciyərə beyinə göstərə biləcəyi toksiki təsir müddətindən artıq müddət keçmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlarla aşağıdakılar təsdiq olunur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, mərhum X10 ilə 2010-cu il tarixdə ailə həyatı qurmuş, birgə nikahlarından 2011-ci il tarixdə Solmaz adlı qızı, 2013-cü il tarixdə isə Ömər adlı oğlan övladı dünyaya gəlmişdir. Sahibə Siyəzən şəhərində anadan olsa da, ailə həyatı qurduqdan sonra onunla birlikdə Bərdə rayonu, Türkmən kəndində yaşamışdır. Sahibənin öd kisəsində ağrılar olduğu üçün 04 noyabr 2021-ci il tarixdə Bərdə RMX-na Zaur həkimin yanına aparmış. Həmin vaxt Sahibə bir sıra müayinələrdən o cümlədən “Covid 19” infeksiyasının olub-olmaması üçün test vermişdir. Sahibədə Covid 19 virusu aşkar edilməmiş, digər müayinələrin nəticəsində onda “öd kisəsinin polipozu” diaqnozu aşkar edilmişdir. 06 noyabr 2021-ci il tarixdə müayinələrin nəticələrinə dair kağızları toplayaraq yenidən xəstəxanaya getmiş və Zaur həkimlə əməliyyatın gününü 10 noyabr 2021-ci il tarixə təyin etmişlər. Zaur həkim diaqnozun həyati göstərişə malik olmadığını, cərrahi müdaxilə edilmədiyi təqdirdə belə Sahibənin yaşayış biləcəyini desə də, sonuncu özü israrla əməliyat edilərək öd kisəsinin götürülməsini tələb etmişdir. 10 noyabr 2021-ci il tarixdə arvadı Sahibə qonşusu İntizar adı qadınla birlikdə əməliyyat olunması üçün xəstəxanaya getmişdir. O, işdə olduğu üçün əməliyyat vaxtı xəstəxanada ola bilməmişdir. O, saat təxminən 12 radələrində xəstəxanaya getmiş, Sahibənin əməliyatdan çıxaraq reanimsiya şöbəsində olduğunu görmüşdür. O, Zaur həkimdən Sahibənin vəziyyəti barədə soruşduqda ona əməliyatın normal keçdiyini, hər şeyin qaydasında olduğunu demişdir. Axşam saat təxminən 21 radələrində xəstəxanaya gələrək arvadı Sahibəyə baş çəkmiş, sonuncunun gözlərinin yarı yumulu vəziyyətdə olduğunu və ondan uşaqlarını hansı səbəbdən xəstəxanaya gətirmədiyini soruşmuşdur. O, səhəri gün uşaqları xəstəxanaya gətirəcəyini deyərək getmiş, Sahibənin yanında İntizar adlı qonşuları qalmışdır. Sahibənin şikayəti yalnız ögüməyindən olmuşdur. O, Sahibənin xəstəxanada öldüyünü eşitmişdir. Qonşusu İntizardan nə baş verdiyini soruşanda Sahibənin səhərə yaxın saat 05 radələrində oyanaraq nəfəs ala bilmədiyini və boğularaq öldüyünü demişdir. Sahibə Mehdiyevanın ölümündə heç kimdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2006-cı ildən cərrah işləyir, Seymur həkimlə isə 2008-ci ildən birlikdə işləyirlər. Seymur həkimlə dəfələrlə çox ağır əməliyyatlar etmişlər. Hazırda rəhmətə gedmiş xəstə X10 öd kisəsinin polipozu diaqnozu ilə əməliyyata qəbul olunmuşdur. Müfaviq müayinələrdən keçdikdən sonra əməliyyat planlaşdırılmış, 30-40 dəqiqəlik uğurlu əməliyyat baş tutmuşdur. Əməliyyatdan sonra xəstə reanimasiyada ayılmış və palataya verilmişdir. Nəzarətlərində olduğu müddətdə ayılmış, onlarla danışmışdır və vəziyyəti yaxşı olmuşdur. Gecə saat 4-5 radələrində tibb bacıları ona zəng vuraraq bildirmişlər ki, xəstə boğulur, narahatdır. Xəstəxanaya çox yaxın məsafədə qaldığından 2-3 dəqiqə ərzində xəstəxanaya çatmışdır. Süni nəfəs və ürək masajı edərək xəstəni həyata qaytarmaq üçün çalışmış, lakin xəstəni həyata qaytarmaq mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərmişdir ki, X10 onun qonşusudur, sonuncu ilə yaxın yoldaşlıq münasibəti olmuşdur. Sahibə Siyəzən şəhərində anadan olmaqla yaşasa da, Bərdə rayonu. Türkmən kəndinə ərə gəlmişdir. Sahibə özü uşaq vaxtından epilepsiya xəstəliyinin olduğunu demişdir. 2021-ci ilin noyabr ayının 7-də Sahibə ona öd kisəsində polip olduğunu, həmin ayın 10-da cərrahi əməliyat olunacağını demişdir. Noyabr ayının 10-da o, Sahibə və əri Eminlə birlikdə xəstəxanaya getmiş, sonuncunu saat təxminən 10-11 radələrində cərrahi əməliyata aparmışlar. Əməliyyat təxminən 30-40 dəqiqə müddətində olmuş, əməliyatdan sonra özünə gəlmiş və Sahibəni palataya aparmışlar. Sahibə əməliyyatdan sonra ayılmış və özünü normal hiss etdiyini demişdir. Hətta 2-3 dəfə mobil telefonla ailə üzvləri ilə danışmışdır. Sahibəyə cəmi 2 dəfə ağrıkəsici iynələr vurulmuş, 11 noyabr 2021-ci il tarixdə gecə saat təxminən 01-02 radələrində növbədə olan tibb bacıları palataya gəlmişlər. Sahibəni çarpayıda dik vəziyətə gətirəndə başının gicəlləndiyini, özünü pis hiss etdiyini, bu səbəbdən onu çarpayıya uzandırmalarını demişdir. Gecə saat təxminən 05-06 radələrində Sahibə oyanaraq otaqda işləyən kondisionerin səsinin onu narahat etdiyini, özündə halsızlıq hiss etdiyini demişdir. O, növbədə olan tibb bacılarını çağırmış, onlar Sahibəyə baxıdıqdan sonra tibbi monitoru gətirməyə getmişlər. O, Sahibənin əlini tutaraq ona narahat olmamasını demişdir. Onun bir əli Sahibənin əlində olsa da, digər əli ilə ona çaydandan su tökməyə çalışmışdır. Anidən Sahibənin əli boşalmış və onun əlindən düşmüşdür. Həmin vaxt otağa daxil olan tibb bacıları Sahibənin saturasiyasını, təzyiqini ölçməyə çalışsalar da, sonuncunun öldüyünü müəyyən etmişlər. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, hadisənin üzərindən çox müddət keçdiyi üçün baş verənləri tam dəqiq xatırlamır. Onlar saat 9-da növbəni təhvil aldıqda hər şey qaydasında idi. Gecə boyu da heç bir narahatçılığı olmamışdır. Saat 5-6 aralığında xəstə yaxını tibb bacılarını çağırıb bildirmişdir ki, xəstədə narahatlıq var. Onlar getdikdə xanım 3 dəfə dərindən nəfəs almışdır. Monitoru gətirib aktiv etdikə monitorda nəbzi görünməmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, xəstənin adını, soyadını xatırlamır. Əməliyyat bitdikdən sonra xəstə reanimasiya şöbəsinə gətirilmişdir. Reanimasıyada təxminən 2 saat qalmışdır. Məhkəmə istintaqı zamanı Şahid3 Şahid5 ilə eyni məzmunlu ifadələr vermişdir. İş materiallarına əlavə edilmiş meyitə baxış protokolundan görünür ki, meyit qadın cinslidir, çənə və ayaq baş barmaqları tənzif sarğı ilə bağlanıb. Meyitin əynində aşağıdakı paltarlar vardır: Boz rəngli qolsuz üzərində qara naxışları olan köynək, saçında qara rəngli rezin. Paltarlar soyundurulduqdan sonra məlum oldu ki, meyit qadın cinslidir, boyunun uzunluğu 156 sm-dir. Qarnı döş qəfəsi səviyyəsindədir. Sağ qabırğaaltı nahiyyədə qabırğa qövsünə paralel 7 sm uzunluğunda cərrahi kəsik var. Kəsik üzərində kosmetik cərrahi tikişlər vardır, sağ qalça nahiyyəsində rezin buraxıcı qoyulmuşdur. Drenajın uc hissəsində rezin əlcək içərisində 10-15 ml qanlı seroz maye vardır., drenaj çıxarıldı. Xarici cinsiyyət üzvləri normal quruluşlu olub qadın tiplidir, ifrazat yoxdur. Arxa keçəcək dəliyi qapalı vəziyyətdəri, ətraf dərisi aralıq nahiyyəsi təmizdir. Hər iki yuxarı və aşağı ətraf normal quruluşludur. Hər iki dirsək çuxurunda inyeksiya yerləri vardır. Meyitin bədən səthi üzərində xarici müayinədə cərrahi kəsikdən başqa xəsarət aşkar edilmədi. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı MTE PA Birliyinin Bərdə rayon şöbəsinin eksperti X14 ifadəsində göstərmişdir ki, 1989-cu il tarixdən bu günə kimi məhkəmətibb eksperti işləyir. 11 noyabr 2021-ci il tarixdə, saat 10:22-də Bərdə rayon prokurorunun böyük köməkçisi Fərid Xəlilovun eyni tarixli məhkəmə-tibb ekspertizasının təyin edilməsi haqqında qərarına əsasən Bərdə rayonu, Türkmən kənd sakini X4 meyitinin xarici və daxili müayinəsi MTE PA birliyinin Bərdə rayon şöbəsində morqda cərrah Şahid1 iştirakı ilə həyata keçirilmişdir. Sahibə Mehdiyevanın xarici müayinəsi məhkəmə-tibb ekspertizasının müvafiq rəyində qeyd edilmişdir. Meyitin daxili müayinəsi aparılan zaman baş beyin, ürək, ağ ciyər, qar ciyər, böyrəkdən tikələr və meyitdən qan nümunəsi götürülərək MTE PA Birliyinin məhkəməhistologiya şöbəsinə və məhkəmə-kimya şöbəsinə göndərilmişdir. Histoloji müayinənin cavabları 07 dekabr 2021-ci il tarixdə Birliyin Bərdə rayon şöbəsinə daxil olmuş, meyitin məhkəmə-tibbi müayinəsin və məhkəmə-histoloji müayinənin nəticələrinə əsasən Sahibə Mehdiyevanın beyinindən götürülmüş nümunədə baş beyinin yumşaq qişasında damar ətrafı xırda ocaqlı qansızmalar, beyin maddəsinin ödemi, ağciyədən götürülmüş nümunədə isə ödem, ocaqlı qansızmalar, emfizematoz dəyişikliklər, damralrda staz və xırda trombozlar, distelektaz müəyyən edilmişdir. Həmçinin məhkəmə-tibbi müayinədə ağ ciyərin vseral plevrası altına qansızma, ürəyin epikardı altına qansızmalar da, müəyyən edilmişdir. Məhkəmə tibbi ekspertizasına və qeyd olunan laborator müayinənin cavablarına əsasən belə nəticəyə gəlinmişdir ki, mərhum Sahibə Mehdiyevanın ölümünə bilavasitə səbəb “intubasion ümumi anesteziya zamanı baş vermiş kəskin tənəffüs çatışmazlığı ilə əlaqədar inkişaf etmiş hipoksik ensefalopatiya olmuşdur. Yəni, hipoksik ensefalopatiya dedikdə baş beyin toxumasının geniş ölçüdə zədələnməsi başa düşülür. Meyitdən götürülmüş nümunələrin məhkəmə-histoloji müayinəsinin cavablarına və ekspertiza tədqiqatına əsasən də mərhumun beyinin yumşaq qişasında damar ətraflı xırda ocaqlı qansızma, beyin maddəsinin ödemi aşkar edilmişdir ki, bu da hipoksik ensefalopatiyanın olmasını təsdiq edir. Bu hal tibbi ədəbiyyatda anestezioloji ölüm adlanır. Belə ki, anesteziolji ölüm dedikdə anesteziya zamanı istifadə olunan dərmanların əlavə təsiri (toksiki) başa düşülür. Bundan başqa meyitdən götürülmüş ağ ciyər nümunələrinin məhkəmə histoloji müayinəsinin nəticələrində ödem, ocaqlı qansızmalar, emfizematoz dəyişikliklər, damralrda staz və xırda trombozlar, distelektaz müyyən edilmişdir ki, bu da göstərir ki, mərhum ölməmişdən öncə onda tənəffüs çatışmazlığı yaranmışdır. Beləliklə, Sahibə Mehdiyevaya cərrahi əməliyyat zamanı tətbiq edilmiş intubasion ümumi anesteziya zamanı tətbiq edilmiş dərman pereparatlarının əlavə təsirindən tənəffüs çatışmazlığı yaranmışdır ki, buda beyin ödeminin inkişaf etməsinə və nəticədə hipoksik ensefalopatiyaya gətirib çıxarmışdır ki, bu da Sahibə Mehdiyevanın ölümünə səbəb olmuşdur. Beləliklə məhkəmə tbb ekspertiza tədqiqatına və laborator müayinə cavablarına əsasən belə nəticəyə gəlinmişdir ki, X4 ölümünə bilavasitə səbəb intubasion ümumi anesteziya zamanı baş vermiş kəskin tənəffüs çatışmazlığı ilə əlaqədar inkişaf etmiş hipoksik ensefaloptaiya olmuşdur. Bundan başqa mərhumdan götürülmüş nümunədə xırda və orta kalibrli damarların mənfəzində təzə əmələ gəlmiş tromblar müəyyən edilmişdir ki, bu xırda ölçülü tromboz (qan laxtası) mərhumun ölümünə səbəb ola bilməzdi. Damarlarda yaranan xırda ölçülü tromboz ölümə səbəb olan trombemboliya demək deyil. Çünki trombemboliya ağciyər arteriyasının yəni iri damarlarının tutulması deməkdir ki, bu da qan dövranın pozulmasına və insan ölümünə səbəb olur. İş materiallarında olan MTE PA Birliyinin Bərdə rayon şöbəsindən daxil olmuş rəydən görünür ki, mərhum X4 meyitinin bədəni üzərində hər hansı travmatik xəsarətin obyektiv əlaməti-mexaniki izi akar edilmədi. X4 ölümünə bilavasitə səbəb “intubasion ümumi anesteziya zamanı baş vermiş kəskin tənəffüs çatışmazlığı ilə əlaqədar inkişaf etmiş hipoksik ensefalopatiya olmuşdur. Mərhumun ölümü onun məhkəmə-tibbi müayinəsindən 5-6 saat əvvəl baş vemişdir. İş materiallarında olan MTE PA Birliyinin Komisyon ekspertizalar şöbəsindən daxil olmuş rəydən görünür ki, X4 adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, o, 10 noyabr 2021-ci il tarixdə xəstəxananın cərrahiyyə şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “öd kisəsinin polipozu” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq həmin tarixdə xəstənin üzərində “xoleostomiya, qarın boşluğunun drenajı” cərrahiyyə əməliyyatı icra edilmiş və əməliyyatdan sonra xəstənin vəziyyəti kafi olmuşdur. 11 noyabr 2021-ci il tarixəd saat 04:55 radələrində xəstə oyanaraq nəfəs ala bilmədiyini bildirmiş, təcili monitorizasiya aparılmış, xəstədə həyat əlamətlərinin olmadığı müəyyən edilmiş. ürəyin qapalı masajı aparılmış, heç bir effekt olmadığı üçün xəstədə bioloji ölüm baş vermişdir. Sahibə Mehdiyevanın üzərində icra edilmiş cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. Sahibə Mehdiyevanın məhkəmə tibbi müayinəsinə əsasən onun ölümünə bilavasitə səbəb “intubasion ümumi anesteziya zamanı baş vermiş kəskin tənəffüs çatışmazlığı ilə əlaqədar inkişaf etmiş hipoksik ensefalopatiya” nın olduğu müəyyən edilmişdir ki, bununla da göstərilmiş qüsurlu tibbi xidmət ilə baş vermiş ölüm arasında səbəbli əlaqə olmuşdur. Belə ki, intubasiyanın texniki qüsurlu icrası ilə əlaqədar yaranmış hipoksiya inkişaf edən ağır beyin ödeminə və bu da sonda xəstənin ölümünə gətirib çıxarmışdır. Qeyd olunanlar Səhiyyədə qüvvədə olan 70 saylı əmrin mövcud təlimat qaydalarının pozulması kimi qiymətləndirilir. Buna məsul şəxs Bərdə RMX-nın həkim anestezioloq-reanimatoloqu Təqsirləndirilən şəxsdur. İbtidai istintaq zamanı MTE PA Birliyinin Təkrar ekspertizalar şöbəsindən daxil olmuş rəydən görünür ki, X4 ölümünə səbəb “intubasion ümumi anesteziya zamanı baş vermiş kəskin tənəffüs çatışmazlığı ilə əlaqədar inkişaf etmiş hipoksik ensefalopatiya” olmuşdur. S.Mehdiyevanın meyitinin tibbi ekspertizasına dair 10 dekabr 2021-ci il tarixli, 46 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyi elmi cəhətdən əsaslandırılmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Bərdə RMX PHŞ-dən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2004-cü il tarixdən hal-hazırkı tarixədək X26 anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsində həkim anestezioloq reanimatoloq vəzifəsində işləyir, iş yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə istintaqı zamanı Bərdə Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il qərarı əsasında keçirilmiş əlavə komisyon məhkəmə-tibb ekspertizasının 25 oktyabr 2022-ci il tarixli, 537/KEŞ saylı rəyində göstərilmişdir ki, 1987-ci il təvəllüdlü X4 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, meyitinin məhkəmə-tibbi müayinəsinə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağdakı nəticəyə gəlir:

1. Sahibə Mehdiyevanın meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onda intubasion ümumi anesteziya ilə cərrahiyə əməliyyatından sonrakı dövrdə baş vermiş ağciyərlərin orta kalibirli damarlarının trombozu, kəskin tənəffüz çatmamazlığı və koronar-pullmonar refleks hesabına qəfləti ölümü baş vermişdir. 2.4. Həkim anestezioloq tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2012-ci il tarixli 70 saylı əmrinin məsuliyyətlər bölməsinin 24.4 bəndinin (qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsi) tələbləri pozulmuşdur. 3.10. Sahibə Mehdiyevanın meyitinin məhkəmə-tibbi müayinəsi zamanı ağciyərlərin orta kalibrli damarlarının trombozu, baş beyində üzvi dəyişikliklər aşkar edilmişdir. Bu tip patologiyalar zamanı xəstənin klinik vəziyyətindəki dəyişikliklərin qiymətləndirilməsi hesabına patologiya aşkar edilməli və həkim anestezioloq-reanimatoloq tərəfindən müvafiq müalicə tədbirləri icra edilməlidir. Müvafiq tədbirlərin tam həcmdə icra edilməməsi qüsurlu tibbi xidmət edilməlidir. Müvafiq tədbirlərin tam həcmdə icra edilməməsi qüsurlu tibbi xidmət sayılır. X16 ağciyərlərində magistral deyil, orta kalibrli damarlarının trombozu olduğundan, baş vermiş patologiya sürətli inkişaf etmədiyindən (uzun müddət klinik əlamətləri olmadan davam edərək baş beyində üzvi dəyişikliklərə səbəb olmuşdur) və hər hansı klinik təzahürü mövcud olmadığından növbətçi həkimlər tərəfindən patologiya aşkar edilməmişdir. 5.6 Hipoksik ensefalipatiya Sahibə Mehdiyevada baş beynin hipoksiya fonunda üzvi dəyişikliklərinin klinik əlaməti sayılır. Meyitin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş dəyişikliklər onun qəfləti ölümünə səbəb olmuşdur.

7. Ağciyərlərinin orta kalibrli damarlarının trombozu hiposiyaya, hipoksiya isə baş beyində üzvi dəyişikliklərə və dolayısı ilə Sahibə Mehdiyevanın ölümünə səbəb olmuşdur. X16 ölümünə səbəb olmuş patoloji zəncirin ilkin amili tromboz olsa da, onun ölümünə səbəb tromboz hesabına inkişaf etmiş digər patologiyalar olduğundan onun meyitinin müayinəsi barədə məhkəmə-tibbi rəy əsaslı və düzgün tərtib edilmişdir.

8. Ağciyərlərin üzvdaxili orta kalibrli şaxələrinin mənfəzlərində aşkar olunmuş tromb kütlələri pulmokoronar reflekslə bağlı qəfləti ölümə səbəb ola bilərdi.

9. Sahibə Mehdiyevanın adına tərtib edilmiş tibbi sənədlərdə ümumi anesteziya dövrünün ilk dəqiqələrdən sonra 17 saat müddətində huşu aydın, stabil hemodinamikanın müşahidə edildiyi öz əksini tapmış, lakin xəstənin ölümündən sonra onda baş beyində üzvi dəyişikliklər aşkar edilmişdir. Qeyd edilən üzvi dəyişikliklərin kilinik əlaməti hipoksik ensefolopatiyaya uyğun gəlir.

11. İcra edilməmiş tibbi manipulyasiyaların nəticələri barədə proqnoz vermək və ya dəqiq fikir söyləmək mümkün deyildir. Məhkəmə istintaqı zamanı Bərdə Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il qərarı əsasında keçirilmiş əlavə komisyon məhkəmə-tibb ekspertizasının 11 yanvar 2023-cü il tarixli, 703/KEŞ saylı rəyində göstərilmişdir ki, 1987-ci il təvəllüdlü X4 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağdakı nəticəyə gəlir:

1. Sahibə Mehdiyevanın meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onda intubasion ümumi anesteziya ilə cərrahiyə əməliyyatından sonrakı dövrdə baş vermiş ağciyərlərin orta kalibrli damarlarının trombozu, kəskin tənəffüz çatmamazlığı və koronar-pullmonar refleks hesabına qəfləti ölümü baş vermişdir. Məhkəmə tibbi ekspertizaları zamanı müalicənin təşkilində nöqsanların olub-olmaması, baş vermiş patologiyanın aradan qaldırılmasının mümkünlüyü və ya mümkünsüzlüyü, buna məsul şəxslərin vəzifələri, hansi vəzifəli şəxsin qeyd olunmuş hərəkət və hərəkətsizliyə cavabdeh olduğu müəyyən edilir. Lakin cavabdeh vəzifəli şəxsin kim olduğunun müəyyən edilməsi məhkəmə tibbi ekspertizanın səlahiyyətinə aid olmayıb istintaq yolu ilə müəyyən edilir. 2-4. İş materiallarına əlavə edilmiş vəzifə təlimatlarına əsasən, Bərdə rayon Mərkəzi Xəstəxanasının PHŞ-nin həkimlərinin tibbi sənədləri vaxtında və keyfiyyatlı rəsmiləşdirilməməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2012-ci il tarixli 70 saylı əmrinin məsuliyyətlər bölməsinin 24.4 bəndinin (qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsi) tələblərinin pozulması kimi qiymətləndirilir. Sahibə Mehdiyevanın ölümünə səbəb ağciyərlərin orta kalibrli damarlarının trombozu, kəskin tənəffüz çatmamazlığı və koronar-pullmonar refleks hesabına qəfləti ölümün baş verməsi olmuşdur.

5. Sahibə Mehdiyevada intubasion ümumi anesteziya ilə cərrahiyə əməliyyatdan sonrakı dövrdə ağciyərlərin orta kalibrli damarlarının trombemboliyası nəticəsində baş beyinin uzun müddət hipoksiyası baş vermişdir. Qeyd edilən hipoksiya isə baş beyində üzvi dəyişikliklərə gətirib çıxarmışdır ki, bu da baş beyində üzvi dəyişikliklərin klinik təzahürü, yəni esnofolopatiya adlanır. İntubasion ümumi anesteziya ilə cərrahiyə əməliyyatlarından sonra xəstənin qan dövranında və dayaq hərəkət sistemində yaranmış staz (durğunluq) səbəbi ilə əvvəldən mövcud olan və ya yeni yaranmış tromb kütlələri hesabına trombozun yaranması istisna edilmir.

6. Hiposik ensofolopatiya patoloji anatomik nəticə olmayıb, patoloji anatomik nəticənin klinik təzahürüdür. Ekspert rəyin tərtibi zamanı meyitin daxili və xarici müayinələrinə, məhkəmə-histoloji, məhkəmə kimyəvi müayinə nəticələrinə və onun adına tərtib edilmiş tibbi sənədlərindən müayinə predmeti kimi istifadə edərək, ölümün səbəbi haqqında nəticəyə gəlir. Yəni ekspert rəyinin nəticə hissəsinə patoloji anatomik diaqnoz deyil, bir çox labarotor və instrumental müayinələrin cavabına istinad edərək nəticə gəlinir. 7.10. Qeyd edilən hal üzrə ağciyər arteriyasının və onun şaxələrinin trombo emboliyası patoloji anatomik nəticə kimi ekspert kimi ekspert rəyində öz əksini tapmışdır. Lakin baş vermiş ölüm ilə birbaşa səbəbli əlaqəsi olmadığından, yəni arteriyaların emboliyası baş beyində üzvi dəyişikliklərə (ensefolopatiya), baş beyindəki üzvi dəyişiklərlər isə ölümə səbəb olduğundan ekspert rəyinin nəticə hissəsində ölümün baş verməsində bilavasitə səbəbli əlaqəsi olan patologiya (üzvi dəyişikliklər, hipoksik ensefolopatiya) öz əksini tapmışdır.

8. Ağciyərlərin üzvdaxili orta kalibrli damarlarının şaxələrinin mənfəzlərində aşkar olunmuş tromb kütlələri kimi tromb kütlələri pulmokoronar reflekslə bağlı qəfləti ölümə səbəb ola bilərdi.

9. Sahibə Mehdiyevanın adına tərtib edilmiş tibbi sənədlərdə ümumi anesteziya dövrünün ilk dəqiqələrindən sonra 17 saat müddətində huşu aydın, stabil hemodinamikanın müşahidə edildiyi öz əksini tapmış, lakin xəstənin ölümündən sonra onda baş beyində üzvi dəyişikliklər aşkar edilmişdir. Qeyd edilən üzvi dəyişikliklərin kilinik əlaməti hipoksik ensefolopatiyaya uyğun gəlir. Lakin qeyd edilən hal qısa müddətə deyil, 17 saat ərzində baş verdiyindən həkimlər tərəfindən klinik təzahürü müşahidə olunmamışdır. Məhkəmə istintaqı zamanı məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyinin Bərdə rayon şöbəsinin eksperti X2 ifadəsində göstərmişdir ki, həmin xəstənin ölümünün səbəbi əməliyyatdan 19 saat sonra səhər saatlarında, təxminən saat 5 radələrində əməliyyatdan sonra, erkən müddətdə ağ ciyər arteriyasının orta pay şaxələrinin trombemboliyası səbəb olmuşdur. Trombemboliya ağır potologiyadır. Şiddətli potologiyadır və trombemboliya bir neçə variantda ölüm verir. Ən çox rast gəlinən formalarından biri ildırım şəkilli formadır. İldırım şəkilli forma 10 dəqiqə ərzində qəfləti ölüm verir. Hətta ağ ciyar arteriyasının nəinki iri şaxələrinin kiçik şaxələrinin belə trombemboliyası zamanı pulmonokaranar olur. Pulmono-damar, karanar-ürəyin tac damarları kimi başa düşülür. Bu zaman ürəyin tac damarları spazmaya uğruyur. Dayanıqlı sıxılır. Ürəyin qidalanması dayanır və qəfləti ölüm baş verir. Ölümün səbəbi ağ ciyər artireyasının tromb emboliyası hesabına baş vermiş pulmonokaranar refleksidir. Cərrahi ölumlərin təxminən 2-5 faizi bu səbəbdən baş verir. Hipoksik ensefolopatiya isə sağlam və sağ adamlara qoyula bilən diaqnozdur. Yəni belə adamlarda sayaxlama olur, huş pozğunluğu olur, huşun itirilməsi olur və hətta xəstə komaya belə düşə bilər. Belə diaqnozları isə yalnız nevropotoloq təyin edir. Digər həkimlər, cərrah, anestizioloqlar bu diaqnozu təyin edə bilməzlər. Məhkəmə istintaqı zamanı ekspert X2 həmçinin verilmiş suallara münasibətdə bunları bildirmişdir: “ Mən yalnız sənədlərlə və ekspert rəyləri ilə tanış olmuşam. İzahatlarla tanış olmuşam. Mən ümumi məsələni izah elədim. Ölümün səbəbi artıq deyildi. İşlə tanış olan zaman müəyyən elədik ki intubasiya yəni nəfəs borusuna traxeyaya borunun yeridilməsi birinci cəhddə olub. Həmin borunun əməliyyatdan sonra çıxarılması da birinci cəhddə olub. Bəzən bunları intubasiya etmək çətin olur. Çox vaxt ikinci cəhtdən olub. Xüsusi ilə boyun qısa olanda, insan kök olanda, baş çiyinlərə pərçim olunmuş halda olanda intubasiya çətin olur. Burda isə çətinlik olmayıb. Birinci cəhddən intubasiya olunub. İntubasiya zamanı, ağ ciyər tənəffüsü zamanı ağ ciyərin şaxələnmə əlamətləri xəstədə müşayət olunmamışdır. Ümumiyyətlə bütün proses boyu, yəni əməliyyat zamanı və yaxud əməliyyatdan sonrakı dövrdə ağ ciyər çatışmamazlığı əlamətləri olmayıb. Ağ ciyər çatışmamazlığı əlamətləri başlayıb növbəti gün səhər saat 5 radələrində. Xəstə ayağa qalxmaq istəyəndə. Ayağa qalxanda tənəffüs çatışmamazlığı baş verib və qısa müddətdə qəfləti ölüm baş verib. Patoloji anatomik rəydə var. Lakin patoloji anatomik diaqnozda olmalı idi. Birmənalı olmalı idi. Diaqnozun həmin hissəsi potoloji anatomikin diaqnozudu. Onun həmin hissəsini də patoloji anatom yazmalı idi. Mən rəyin cərrahi hissəsinə məsul şəxsəm. Rəyin patoloji hissəsinə deyiləm. Trom emboliya cərrahiyənin ağırlaşmasıdır. Amma o diaqnozu cərrah yox patoloji anatom qoyur və qoyubdu da. Əgər o diaqnoz qoyulubsa rəydə də bu haqqda yazılmalıdı. Siz hazırda o sualı mənə yox, patoloji anatoma verməli idiz. Biz rəydə ilkin patoloji anatomik rəydə olanları yazmışıq. İlkin patoloji anatomik rəydəki diaqnozu nəticəni biz inkar edə bilmərik. Avtomotik son rəyə o köçürülməlidir. Hipoksik ensefolopatiya sağlam və sağ adamlara qoyula bilən diaqnozdur. Yəni belə adamlarda sayaxlama olur, huş pozğunluğu olur, huşun itirilməsi olur və hətta xəstə komaya belə düşə bilər. Belə diaqnozları isə yalnız nevropotoloq təyin edir. Digər həkimlər, cərrah, anestezoloqlar bu diaqnozu təyin edə bilməzlər. Razı deyiləm. Ən bəsiti ona görə ki hipoksik ensefolopatiya diaqnozu sağ və diri adama qoyulan diaqnozdu. Patoloji anatomik diaqnoz deyil. O diaqnozu potolok anatom deyil nevropotoloq təyin edir. Anesteziyanın təsir müddəti dedikdə anesteziya bir dəfə vurulmur. Lazım olduqca bir neçə dəfə vurula bilər əməliyyat zamanı. Lakin anesteziyanın müddəti bir neçə saatdan bir neçə günə qədər uzana bilər. Anesteziyadan ayılma təxminən 10-15 dəqiqə, bəzi hallarda isə yarım saat çəkə bilər. Adətən yarım saat davam edir. Xəstənin huşu qayıtdıqda isə aneteziyanın təsirinin tam bitdiyi anlamına gəlir. Xəstə müxtəlif hərəkət edir. Danışır, gülür. Ümumiyyətlə anestezioloq xəstəni reanimasiyaya təhvil verdikdən sonra onun işi bitmiş hesab olunur. Men suni intubasiya əlamətləri görmürəm. Anestezioloq bizim verdiyimiz rəydə günahlandırılmır. Qəfləti ölüm kimi göstərilib rəydə. Tromb emboliyanın mənbəyi cavan adamlarda, hamilə qadınlarda adətən çanaq venalarının tombozu olur. 50-60 yaşdan yuxarı insanlarda tronbozun mənbəyi adətən sağürək olur. Patoloji anatomikin rəinə baxdıqda isə rəydə dəyişməyiblər. Tromb emboliyasıya əleyhinə xüsusi ilə doğmuş qadınlada antikolqerant deyilən preparat vurulmalıdır. Ümumiyyətlə iki yolu var. 1. Aşagı ətrafların elastik bintlə bağlanması və ya elastik corab geyindirilməsi. Əməliyyat zamanı bu şərtir. Səhiyyə Nazirliyinin göstərişinə əsasən bütün xəstəxanalarda və bütün xəstələrə tətbiq olunur. Bu tədbir elastik corabın geyindirilməsidir ki, o tədbir görülüb. İkinci tədbir efbarin vurulmasıdır ki, o pereparat da vurulub. Adətən tromb emboliya əməliyyatın növbəti günü səhər saatlarında baş verir. Ayıldıqdan sonra durub gəzir, su içir, yemək yeyir. Lakin səhər saatlarında “məni qaldırın havam çatmır” deyir. Bu tromb emboliya əlamətidir. Ən çox belə xəstələr səhər saatlarında ölürlər. Tromb emboliyanın yaranmasının üç səbəbi var. Birincisi qanın tərkibinin kimyasının dəyişməsidir ki bununda səbəbləri çoxdur. Məsələn oturaq həyat tərzidi, köklükdü, piylənmədi. İkinci qanın sürətinin dəyişməsidir. Məsələn qanın sürətinin turbulent olması yəni dalğalı olmasıdı. Buda arterial hipertoniya, təyziqi olan insanlarda olur. Üçüncü isə damar divarının zədələnməsidir. Buda məsələn yanıq ola bilər, müxtəlif travmalar ola bilər. Hipoksik ensefolopatiya olan xəstələrdə birincisi huş olmur. İkincisi huş pozulmuş olur. Üçüncüsü huş zəyif olur, ala qaranlıq olur. İy bilmə ola bilər. Görmə pozğunluğu olada bilər olmayada bilər. Öz yaxın adamlarını tanımayada bilər. Sayaqlaya bilər. Rabitəsiz danışa bilər. uşaq vaxtında həyatında baş vermiş hər hansı bir hadisə yadına düşə bilər. Lakin belə xəstələrdə qəfləti ölüm baş verə bilməz. Olur ki belə xəstələr aylarla yaşayırlar. Beşinci sualın mən artıq cavabını verdim. Hipoksiya baş verib orta kalibirli damarlarda. Baş beynində ümumi dəyişiklər baş verə bilər əgər hipoksiya olubsa. Lakin bu xəstədə hipoksiya olmayıb. İntubasiya zamanı və intubasiyadan sonra hipoksiya olmayıb. Ona görə də baş beynində ümumi dəyişiklər baş verə bilməzdi. Bu adamın huşu başındadır. Mən izahatları oxumuşam. Cinayət işinin materialları ilə tanışam. Mən işə daha obyektiv yanaşmaq üçün mən həm həkimin həmdə zərərçəkmiş tərəfində izahatlarını oxumuşam. Əlavə olaraq zərərçəkmiş şəxsin yanına kimlərin gəlib getməsini də oxumuşam. İzahatların birində tibb bacısı “xəstənin yanına getdikdə məndən telefonu istədi” kimi ifadəsi var. Patoloji anatomik nəticənin kilinik təzahürüdü dedikdə, sağ olan vaxtı klinik təzahürüdür. Patoloji anatominin klinik təzahürü olmur. Çünki kilinik sozünün mənası bu adamın sağ olması deməkdir. Əlamət və təzahürdə məsələn meyidin əlamətləri var qançırdı, meyidin əlamətləri var ki qıcamadır, hematomadır. Lakin kliniki hipoksiya sağ adamın əlamətləridi. İzahatları təxminənə 20 gün və ya 1 ay bundan qabaq rəyi oxumuşam. İzahatları isə çoxdan oxumuşam. Mən aya 1 və ya 2 rəy imzalayıram. Bütün işlərlə tanış oluram. Məhz bu işlə bağlı mən məhkəməyə gələcəyimi bildiyimə görə izahatları və rəyi oxuyub yadımda saxlamışam.” Məhkəmə istintaqı zamanı məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyinin Bərdə rayon şöbəsinin eksperti X14 ifadəsində göstərmişdir ki, 11 noyabr 2021-ci il tarixdə X17 üzərində məhkəmə tibbi ekspertizası aparılmış, meyid xarici və daxili müayinə olunmuşdur. Müəyyən olunmuşdur ki, narkoz zamanı kəskin tənəffüs çatışmazlığı, kəskin hipoksik ensefalopatiya, ağ ciyərlərdə kəskin ödem,ocaqlı qansızmalar, kapilyar damarlarda staz, orta kalibirli venoz damarlarda trombozlar, daxili toxumalarda kəskin venoz durqanlıq və baş-beyin ödemi ağırlaşmaları müəyyən edilmişdir. Bunun əsasında belə nəticəyə gəlmişdilər ki, X6 ölümünə bilavasitə səbəb intubasion ümumi anesteziya zamanı baş vermiş kəskin tənəffüs çatışmazlığı ilə əlaqədar inkişaf etmiş hipoksik ensefalopatiya olmuşdur. Verilən rəy düzgün və obyektivdir. Məhkəmə istintaqı zamanı ekspert X14 həmçinin verilmiş suallara və çarpaz dindirilmə zamanı bunları bildirmişdir: “ Verilən rəy obyektiv və düzgündür. Rəy xarici və daxili müayinədən ibarətdir. Hər iki müayinədə aspektik əlamətlərin aşkar olunması, kistoloji müayinədə ağ ciyərlərdə kəskin ocaqlı qan sızmalar, daxilöz və toxumalarda kəskin venoz dolu qanlılıq və duruqanlıqın olması kimi əlamətlər bir daha təsdiq edir ki intibasiyon narkoz zamanı kəskin tənəffüz çatışmamazlığı baş vermiş və xəstədə hipoksik enfesolopatiya əlamətləri olmuşdur. Bu isə anestoloji ölümdür. Yəni baş beyin toxumasının zədələnməsi olub. Enfesolopatiya burda intibasiyon narkoz zamanı qoyulan diaqnozdur. Xəstə sağ olan çatışmamazlıqlardan əmələ gəlmiş bir potologiyadır. Enfesolopatiyalar çox ola bilər. İnfeksiyon mənşəli enfesolopatiya ola bilər. Bu işdə isə sirf narkozla bağlı fəsaddır. Əməliyatdan sonra xəstə nəzarətsiz qalıb. Xəstədə tənəffüs çatışmamazlığı olub. Xəstəlik tarixini bəli oxumuşam. Xarici və daxili müayinədə tapdığımız obyektiv əlamətlər və ən əsası isə kistoloji müayinənin təsdiq eləməsi ilə bir daha sübuta yetirilir ki intibasiyon narkoz zamanı tənəffüz çatışmamazlığı olub. Sonradan isə hipoksik enfesolopatiya inkişaf eliyib. Bundan sonra xəstə ölüb. Komisyon ekspertizaya aiddir. Yəqin ki onların rəyində hər şey yazılıb. Kistoloji müayinə toxmalarda gedən potoloji dəyişikliklərin mikroskop vasitəsi ilə təyin edilməsidir. Kistoloji müayinənin nəticəsini labarotoriya verir. Laborotoriya Bakıda yerləşir. Məhkəmə tibbi ekspertizası və potoloji anatomiya birliyinin nəzdində yerləşir. Tromb emboliya tromb kütləsinin qopması zamanı tromb emboliya əmələ gətirir. Trombositlərdən, damar divarının elementlərindən əmələ gəlir və birdə qanın laxtalanma sistemindən əmələ gəlir. Tromb emboliya ilə enfesolopatiya arasında səbəbli əlaqə ola bilər.” Çarpaz dindirilmədə ekspert X2: “İstənilən adam ölümün səbəbindən asılı olmayaraq istənilən ölmüş insanın beynində enfesolopatiya olur və olmalıdır. Yəni enfesolopatiya olmadan bu baş verə bilməz. Yəni baş beyin çatışmamazlığı olmadan ölüm baş verə bilməz. Görmə pozğunluğu olur. Çunki beyində görmə mərkəzi var. İlk öncə o mərkəzlər ölməlidir ki ölüm baş versin. Mən öz təcrübəmə arxalanaraq bildirirəm ki birmənalı olaraq ağ ciyər arteriyasının orta pay arter şaxələrinin tromb emboliyasıdı. Patoloji anatomik diaqnozda bu olmalıdır.” Çarpaz dindirilmədə ekspert Şahid6: “ Xeyr biz tromb kütləsi aşkar etməmişik. Lakin qan laxtaları aşkar etmişik. Sizin bu suala cavab verə bilməyəcəm. Çünki o məsələ komisyon eksperizanın səlahiyyətinə aiddir. Biri var qan laxtası ola biri var tromb emboliya ola. Tromb emboliya bir başa damarın daxili divarı ilə əlaqəlidir. Amma qan laxtası isə damar divarına bitişmir. Tromb emboliya tromb kütləsi qopanda damar divarının daxili qişası ilə birbaşa əlaqəlidir. Mikroskopik olaraq laxtaya toxunduqda o tez parçalanır. Lakin tromb emboliya olduqda isə parçalanması çətin olur. Çünki damar divarının daxili qişası ilə əlaqəlidir. Ora bitişir. Mikroskopik olaraq qan laxtasının onun səthi daha parlaq olur. Damar boşluğunda daha sərbəst parçalanır. Ölüm isə kəskin tənəffüs çatışmamazlığından baş verib. Enfesolopatiya isə infeksion xəstəliklərdən də əmələ gələ bilər. Yəni narkozdan sonra yaranan fəsadla enfesolopotiyadan yaranan fəsadlar bir birindən fərqlidi. Venoz damarlarda laxta qanın olması elə tromb emboliyadır. Ağ ciyərlərdə ödem askeptik əlamət olanda boğulma olur, ağ ciyərlərdə şişkinlik əmələ gəlir və bir növ potoloji prosesə qoşulur. Ağ ciyər tənəffüs alıb vermə mexanizimindən ibarət olduğuna görə şişkinlik əmələ gəlir. Atelektazda ola bilər enfizemada ola bilər. Çarpaz dindirilmədə ekspert X2: “ Ağ ciyər arteriyasının orta kalibrli şaxələrinin tromb emboliyası yazılıb rəydə. Ağ ciyərdə orta kalibrli arteriya yoxdu. Ağ ciyərdə pay aretiya var. Tromb emboliya o deməkdir ki tromb başqa yerdən qopub gəlib ora. Əgər tromb mərkəzdə yaranıbsa o zaman divara yapışır. Doktor sadəcə eksinə dedi. Lakin təsviri hissədə trombun hardan gəldiyini göstərməmisiz. Trambozun mənbəyi bir mənalı olaraq 4 yerdi. Çarpaz dindirilmədə ekspert Şahid6: “Tromb emboliyada büzməli olur qanın forması. Görünür ki qanın laxtalanma sistemidə pozulub. Anesteziyadan sonra düzgün qulluq olunmadığı üçün xəstəyə. Tromb emboliya tromb kütləsinin qopmasıdır. Tromb trombositlərdən və damarın divar elementlərindən əmələ gəlir. Tromb emboliya 3 hissədən ibarətdir. Tromb emoliyanın boyundan, cisimdən və baş hissədən ibarətdir. Damarın daxili divarına bitişik olur. Əl ilə toxunduqda dağılmır. Qan laxtasına əl ilə toxunduqda isə daxılır. Görünür ki qanın laxtalanma sistemidə pozulub. Anesteziyadan sonra düzgün qulluq olunmadığı üçün xəstəyə. Biz öz rəyimizi yazmışıq. Kistaloji müayinədə bir daha təsdiq eləyir ki, ölümə səbəb kəskin intibasion ümumi narkoz zamanı baş vermiş kəskin tənəffüz çatışmamazlığı ilə əlaqədar inkişaf etmiş hipoksik enfesolopatiyadır. Hər hansı bir yerdən tromb kütləsinin qopub gəlib ağ ciyər arteriyasının tutulmasına səbəb olur. Bu zaman tromb emboliya adlanan ölüm baş verir. Səbəb isə məsələn xəstənin çanağında sınıq var və tromp kütləsi orda əmələ gələ bilər. Aspektik əlamətlərin olması, kistoloji müayinə zamanı ağ ciyərdə ödemin aşkar olunması, qan sızmanın olması bu bir daha ölümün səbəbini təsdiq edir. Bu zaman xəstə nəzarətsiz qalmışdır. Xəstə tam müayinə olunmalıdır. Həm anestezoloq tərəfindən həm digər mütəxəsislər tərəfindən. Sonra narkoz vermək olar. Tromb emboliya qəfləti ölümdü. Qan dövranının pozulmasıdır. Xəstə ölən zaman meyit ləkəsidə əmələ gəlir. Meyit qacıması da əmələ gəlir. Göyümtül-bənövşəyi rəngdə rənglər əməl gələ bilər. Trom emboliya zamanı tənəffüs çatışmamazlığı olan zaman apsektik əlamətlər daxili orqanlarda olmur. Apsektik əlamətin inkişaf etməsi, yəni ağ ciyərdə prevra altına qan sızmanın olması, ürəyin epkarında qansızmanın olması ağ ciyərdə tromb emboliyanın olmasına adiyyəti yoxdur onun. Apsektik əlamətlərin olması başqa şeydir. Səbəb isə məsələn xəstənin çanağında sınıq var və tromp kütləsi orda əmələ gələ bilər. Aspektik əlamətlərin olması, kistoloji müayinə zamanı ağ ciyərdə ödemin aşkar olunması, qan sızmanın olması bu bir daha ölümün səbəbini təsdiq edir. Bu zaman xəstə nəzarətsiz qalmışdır. Bəli çünki əməliyyat etməmişdən qabaq xəstəni tam müayinə etməlidirlər.” Məhkəmə istintaqı zamanı məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyinin Bərdə rayon şöbəsinin rəisi, ekspert X15 ifadəsində göstərmişdir ki, İlqar həkim demək olar ki suallara tam əhatəli şəkildə cavab verdi. Onlar meyit müayinəsində xarici və daxili müayinələr aparırlar. Əlavə olaraq müvafiq laboratorialar üzrə obyektlər götürürlər. Laboratoriaların cavabları hazır olduqdan sonra onun hamsını ümumiləşdirilmiş şəkildə müzakirə və təhlil edib müvaviq rəyi təhvil verirlər. Bu hadisə zamanı onlar həm xarici həm daxili müayinə zamanı apsektik əlamətlər aşkar etmişlər. Əsas isə fistoloji müayinə zamanı isə həmin apsektik əlamətlər bir daha öz təsdiqini tapıb. Ona görə də onlar bu fikrə gəlmişlr. Daxili müayinə vaxtı onlar ağ ciyər arteriyalarında tromb kütləsi aşkar etməmişlər. Kiçik kalibrli damarlarda trombozun olması bu o demək deyil ki, burda tromb emboliya olmuşdur. Qarın boşluğunun üzrərində hər hansı bir kütlə olmamışdır. Döş qəfəsinin sıxılmağından da aspeksiya ola bilər. Komisyon ekspertiza onlardan yuxarı instaniyadır. Onların rəyi daha məqbul sayılır. Ölümə səbəb kimi burda aparatın da günahı ola bilər. Aparat nasaz ola bilər. Anestoloji aparatın. Çarpaz dindirilmədə ekspert X2: “Aspeksiya o deməkdir ki tənəffüs yollarında yad cisim var. Yeni tənəffüs yollarını tutan hər hansı bir cisimdən gedir. Amma konkret olaraq sağ ağ ciyərin yuxarı payını havalandıran bronxun tutulması bu mexaniki mənbədir. Asfeksiya sözü varsa onu yaradan maneyə də göstərilməlidir. Xəstədə nevroloji bir durum varsa mən ona diaqnoz qoya bilmərəm. Mənim səlahiyyətim aid olan məsələ deyil. Mən cərraham.” Məhkəmə istintaqı zamanı məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyinin Məhkəmə-tibb eksperti, ATU-nun Daxili Xəstəliklər və Reanimayisa kofedrasının dosenti ekspert X3 ifadəsində göstərmişdir ki, axırıncı dəfə müzakirədə Tibbi Məhkəmə Ekspertizasında onuda Səhiyyə Nazirliyinin baş mütəxəsisi kimi dəvət eləmişdilər. Xəstəlik tarixi təhlil olunmuşdur. Ədatən onlar xəstəlik tarixinə baxır orda gedən prosedurlara uyğun olaraq öz fikirlərini bildirirlər. Ölüm səbəbi kimi orda qərar qəbul olunmuşdur ki, qüsurlu anesteziya fonunda baş vermişdir. Burda maraqlı bir məqam yaranmışdır ki, qüsurlu anesteziya nədir? Qüsurlu anesteziyanın komponetləri nədir? Qüsurlu anesteziyada iki məqam vardır. Qüsurlu anesteziyada xəstə ya ölür və ya anesteziyadan ayılmır. Ayılmır dedikdə tənəffüzü toparlanmır, huşu toparlamır, həftələrə süni tənəffüz apatına qoşulu qalır, təyziqini saxlamır. Bu əlamətlər qüsurlu anesteziya əlamətləridir. Lakin xəstəlik tarixini təhlil edən zaman aydın olmuşdur ki, xəstə anesteziya keçirib. Anesteziyadan sonra xəstə ayılıb. Reanimasiya şöbəsinə verilmişdir. Orda bir müddət müşahidə altında qalmışdır. Yəni xəstənin huşu tam özündə olmuşdur. Bütün göstəriciləri stabil olmuşdur. Anestezoloq və cərrahın birgə baxışından sonra xəstələr üçün palataya köçürülmüşdür. Təxminən axşam saat 7 radələrində xəstəlik tarixində olan cərrahın qeydlərinə əsasən xəstənin ümumi göstəriciləri stabil olmuşdur. Heç bir problem müşahidə olunmamışdır. Təxminən saat 5 radələrində xəstəlik tarixində olan qeydlərə görə xəstə özünü narahat hiss etmişdir. Havası çatmamış, boğulma halları baş vermişdir. Birdən birə xəstə ölmüşdür. Bizdə bütün bu hadisələri müzakirə edən zaman Məhkəmə Tibb Eskspertinin qarşısında məsələ qaldırılmışdır ki, qüsurlu anesteziya dedikdə nə başa düşülür? Qüsurlu anestezinin əsas 4 kompanenti vardır. Xəstənin vəziyyəti düzgün qiymətləndirilməli və düzgün anasteziyaya hazırlanmalıdır. Anesteziyanın növü düzgün seçilməlidir. Bundan başqa əməliyyatın həcmidi, formasıdı ki düzgün dəyərləndirməlidir. Birdə texniki problemlərdə ola bilər. Çənəsini sındıra bilər, ola bilər traxeyasını zədələyə bilər, dilini zədələyə bilər və ya dərman dozasını düzgün seçə bilməz. Bütün bunların nəticəsində xəstədə iki hal baş verə bilər. Xəstənin anesteziya zamanı ölüm halları əsasən giriş anesteziya zamanı baş verir. Düzgün aparılmayan giriş anesteziya zamanı xəstə ölür. Ən yaxşı halda isə xəstə anesteziyadan ayılmır. Yəni aparatdan ayıra bilmirlər. Lakin xəstə 10 saatdan sonra ölübsə buna başqa səbəb axtarmaq lazımdır. Məhkəmə Tibbi Ekspertizanın eksperti rəyində göstərib ki, ağ ciyərdə tromb tapılıb. Rəyi hazırlanan zaman bu məsələləri nəzərə alaraq şübhələnmişlər ki, əgər 10 saatdan sonra xəstə ölübsə, orda trombda aşkarlanıbsa burda pulnokanarar refleks ola bilər. Çünki pulnokardial refleks dedikdə bu ümumi bir məfhumdur. Orda əsəs 3 refleks var. Yəni trombun gedişatına görə ildırımvari forması var, kəskin forması var, yarım kəskin forması var. Xəstədə də cox qısa bir zamanda ölümlə nəticələndiyindən güman etmişdir ki, çox kəskin bir forma olmuşdur. Bundan başqa hipoksik ensefolopatiya məsələsinə də aydınlıq gətirərək bildirmişdir ki, orqanizmi məhbərindən çıxardan iki amil vardır. Birinci amil ağrıdı. Ağrisi olan insan sakit dura bilməz. Özüdə narahat olacağ, ətrafdakılarıda narahat edəcək. Çünki ağrı var. İkinci də hipoksiyadır, yəni boğulmadır. Havası çatmadığına görə boğulmadı. Yəni o, inanmır ki ya anestozoloq və ya cərrah o qədər təcrübəsiz olsun ki, xəstədə baş verən hepoksiya hallarını görə bilməsin. Çünki nəinki dəyərləndirmək heç biganədə ola bilmir. Çünki xəstənin yanında qohumları var və çox narahatdı. Xəstə oyanıqlıdı, qışqıracaq səs salacaq. Ağrılar dərinləşdikcə isə huşu pozulur. Yəni bu proseslər elə bir prosesdi ki nəzarətsiz də buraxmaq olmur. Ona görə də belə şübhəli məqamlarla bağlı məsələləri nəzərə alaraq öz rəylərini bildirdilər. Xəstədə anesteziya dövründən sonra yaranan tənəffüz çatışmamazlığı kimi hallar homonokardial refleksa bağlı hadisələrdi. İkinci bir şübhəli məqam isə xəstə öldükdən 5 saat sonra məhkəmə tibbi ekspertizası təşkil olunub. Xəstədə narkoza bağlı hipoksik dəyişiklərin hansı meyarlarının olmağı maraqlıdı. Yəni rəy vermiş ekspert bunu hansı meyarlara əsasən qiymətləndirib. Beyin açılan zaman orda nə kimi dəyişiklər gördüyü marağlıdı. Rəydə yazılıb ki qüsurlu anesteziya fonunda hipoksik işemik dəyişikliklər baş verib. Ona maraqlıdı meyarı nədi onun. Hansı meyarlarlara əsasən? Xəstə ölüb beyinin stoloji və morfoloji təhlili, yəni məsələn xəstə boğulub ölüb. Bu zamanda beyində hipoksik dəyişiklər baş verə bilər. Onlar bu məsələ ilə bağlı sonuncu rəyi vermişlər və onlar rəyi hazırlayarkən məhkəmə tibbi ekspertin də rəyinə əsasən tərtib etmişlər. Bəli hipoksik dəyişikliklər var beyində və bu barədə yazıbda amma onun qüsurli anesteziyaya bağlı olması barədə heç bir fikir bildirməmişdir. Qüsurlu anesteziya zamanı xəstənin düşə biləcəyi iki variant var. Ya xəstə ölür və ya anesteziyadan ayılmır. Lakin bu vəziyyətdə artıq xəstə ayılıb, xəstəni reanimasiyaya təhvil veriblər. Palataya köçüb. Anesteziyadan sonrakı dövrdə ola bilər. Sonrakı dövrlə əlaqələndirmək olacaq. Lakin bir başa anestoloji qüsurla əlaqələndirmək düzgün deyil. Mənə ona görədə meyarı maraqlıdı. Hansı əsaslarla. Çarpaz dindirilmədə ekspert Şahid6: “Bizim borcumuz ölümün səbəbini aydınlaşdırmaqdı. Ölümün səbəbini aydınlaşdırmaqdan ötrü isə meyit xarici və daxili müayinə olunur. Materiallar götürülür və bundan sonra kistoloji müayinəyə göndərilir. Qüsurlu anestezioloji ilə bağlı məsələlər isə mənim səlahiyətimə aid məsələlər deyil. Bir başa komissyon ekspertiza rəy verir. Mən yalnız meyidin xarici və daxili müayinəsində tapılan əlamətlərə yəni afseptik əlamətlərə və labarator müayinələrdə tapılan labarator müayinə cavablarına əsasən nəticəyə gəlinib ki hipoksik ensefolopatiyadır. Bundan başqa təkrar ekspertiza və komissyon ekspertiza bu barədə rəylərini verib. Çarpaz dindirilmədə ekspert X3: “ Orda ümumi müzakirə olunur. Ekspert öz fikrini qoyur ortaya. Bizdə ekspertin fikrinə hörmətlə yanaşırıq. Onlarda bizim fikrə hörmətlə yanaşmalıdılar. Mən bir daha ekspertdən soruşuram. Qüsurlu anesteziyanın komponetləri nədən ibarətdir? Çünki qüsurlu anesteziya olduqda xəstə ölür və ya ayılmır. Qüsurlu anesteziya deyirsiz. Lakin xəstə 10 saatdan sonra ölür. Bu zaman biz deyə bilmərik ki, qüsurlu anesteziyadı. Qüsurlu anesteziya orqanizmdə hansı təsirlər göstərdiyini araşdırmırlar. Özləri göstərirlər ki tromblar var. Anesteziya zamanı əzələlər tonusdan düşürlər və yol açılır. Tromb gəlib qarın boşluğuna düşür. Bu mexaniki prosesdir. Bu nə cərrahdan nədə anestozolqdan asılı olan bir hal deyil. Təyziq yüksək olan yerdən aşağı olan yerə tromb hərəkət eliyir. Yəni trombu görə-görə niyə qüsurlu anesteziyadan danışırıq. Əgər xəstənin dişini sındırılarsa, traxeyası zədələnərsə, intubasiya edə bilmədikdə səbəb qüsurlu anesteziya olaraq göstərilə bilər. Hipoksik ensefolopatiya diriyə qoyulan diaqnozdu. Ölüyə bu diaqnoz qoyulmur. Hipoksik ensefolopatiya zamanı xəstə dəli kimi olur. Xəstədə boğulma halları baş verir. Xəstə sayaxlayır. Çarpaz dindirilmədə Təqsirləndirilən şəxs: “Ekspertə sual verilən də ki hipoksik ensefolopatiya olan xəstə narkozdan ayıla bilərdimi, ekspert cavabında bildirdi ki, xeyr ayıla bilməz. Hətta Hipoksik ensefolopatiya olanda qəfləti ölüm vermir. Hipoksik ensefolopatiya olan adam qeyd edilən əlamətlər şiddətlənir və laqeyit yanaşıldlqda isə boğulmalara səbəb olur. Bundan sonra beyin ölümü formalaşır. Hətta beyin ölümü formalaşdıqdan sonra əgər xəstə yenə nəzarətsiz qalarsa bu zaman ürək qan damar sistemini mərkəzdən sıxıb ürəyi qidasız qalarsa və impuls getməsə ölüm baş verər. Hətta xəstənin yanında qalan adamnan mən söhbət etdim və ona sual verdim ki əgər sizin xəstə narahat idisə və boğulurdusa və ya sizi tanımırdısa və ya qeyri-adi hərəkətlər edirdisə, iy bilmə, görmə, eşitmə hissləri itmişdirsə siz cərrahi şöbədə ola-ola niyə hay küy salmırdız ki, növbətçi həkim və ya xəstəni əməliyyat etməyə girən həkim və ya tibb bacılarını niyə günahlandırmırdız? Xəstənin səhərə qədər telefon danışıqları olub, bundan başqa xəstənin öz yoldaşı gəlib onunla söhbəti olub. Niyə hadisə baş verəndən sonra barəmdə heç bir şikayət yoxdu? Bizim hörmətli ekspertlə çarpaz dindirilmə zamanı ekspertdə bildirdi ki, xəstə anasteziyadan ayılan zaman huşu özündə olub. Anesteziyadan ayılma təxminən 10-15 dəqiqə, bəzi hallarda isə yarım saat çəkə bilər. adətən yarım saat davam edir. Xəstənin huşu qayıtdıqda isə aneteziyanın təsirinin tam bitdiyi anlamına gəlir. Xəstə müxtəlif hərəkət edir. Danışır, gülür. Ümumiyyətlə anestezioloq xəstəni reanimasiyaya təhvil verdikdən sonra onun işi bitmiş hesab olunur. Men suni intubasiya əlamətləri görmürəm. Çarpaz dindirilmədə ekspert Şahid6: “ Meyit xarici və daxili müayinə olunanda meyitdə ancaq afsektik əlamətlər tapıldı. Ağciyərə qan sızma, ürəyin epikardı altına qansızma, kimi əlamətlər aşkar olundu. Bundan başqa kistoloji müayinədə tapılan və miroskopik müayinənin nəticəsinə əsasən bu nəticəyə gəlinmişdir ki xəstənin ölümünə səbəb hipoksik ensefolopatiya olub. Afseksiya ümumi termindi. Boğulma deməkdir. Birdə var hipoksiya, bu isə oksigen çatışmamazlığı deməkdir. Afseksik əlamət elə hipoksik əlamətlərin özüdü. Buna görə də xəstədə boğulma əlamətləri olub. Siz dediyiniz isə mexaniki aksefksiyadı. Onun bura aidiyyatı yoxdur. Çarpaz dindirilmədə ekspert X3: “Hipoksiyanın 3 forması var. Afseksik forması oksigen çatızmamazlığıdı. Lakin bunun üçün nəfəs borusunda yad cisim olmalıdı. Müayinə zamanı onun boğazında heç bir yad cisim aşkar olunmamışdı.” Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi barədə: Məhkəmə, iş üzrə mövcud sübutları müqayisəli qaydada təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsinin tərkibi olunmadığından ona bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsinin dispozisiyasında isə göstərilir ki, səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda həmin cinayətin tərkibini yaradır. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda qeyd edilir ki, “Bərdə rayon X12 Hüquqi Şəxsin anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin anestezioloqreanimatoloq həkimi vəzifəsində işlədiyi dövrdə Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş, hazırda qüvvədə olan tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatlarının 6.1-ci bəndinə əsasən üzərinə qoyulmuş vəzifəni yəni, həkim-anestezioloqreanimatoloq tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərməli olduğu halda bunları etməyərək, işinə laqeyd münasibət göstərməklə, müvafiq əmrlə üzərinə düşən xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək 10 noyabr 2021-ci il tarixdə, saat 09:44-də Bərdə RMX PHŞ-nə öd kisəsinin polipozu diaqnozu ilə daxil olmuş Bərdə rayonu, Türkmən kəndində qeydiyatda olmaqla həmin kənddə yaşamış X4 xəstəxananın cərrahiyyə şöbəsində üzərində aparılan “xoleostomiya, qarın boşluğunun drenajı” cərrahiyyə əməliyyatı zamanı ona intubasiyanı texni cəhətdən qüsurlu icra etdiyi üçün yaranmış hipoksiya inkişaf edən ağır beyin ödeminə və 11 noyabr 2021-ci il tarixdə, saat 05:05 radələrində Bərdə RMX PHŞ-in cərrahiyyə şöbəsində ehtiyatsızlıqdan zərərçəkmiş Sahibə Mehdiyevanın “intubasion ümumi anestziya zamanı baş vermiş kəskin tənəffüs çatışmazlığı ilə əlaqədar inkişaf edən hipoksik ensefatolopatiya” nəticəsində ölümünə səbəb olmaqla səhlənkarlıq etmişdir.” Halbuki ittiham aktında irəli sürülmüş ittiham iş materiallarında olan sübutlarla, ziddiyətli sübutlarla, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin, eləcə də ekspertizalar üzrə alınmış rəylərlə öz təsdiqini tapmır. Məhkəmə ziddiyyətli məqamların nədən ibarət olmasını və Təqsirləndirilən şəxs bəraət verilməsini aşağıdakı xüsusatlarla əsaslandırır:

1. İbtidai istintaq zamanı MTE PA Birliyinin Bərdə rayon şöbəsi tərəfindən verilmiş 10 dekabr 2021-ci il tarixli rəydə qeyd edilən X4 ölümünə bilavasitə səbəb “intubasion ümumi anesteziya zamanı baş vermiş kəskin tənəffüs çatışmazlığı ilə əlaqədar inkişaf etmiş hipoksik ensefalopatiya olması rəydə bilavasitə əsaslandırılmamışdır. Belə ki, qeyd edilən hal anesteziya zamanı deyil, anesteziyadan 17 saat sonra baş vermişdir. Həmin müddətdə mərhum artıq əməliyyatdan ayılmış, normal vəziyyətdə adi palataya köçürülmüşdür. Halbuki rəyin əsaslandırma hissəsində qeyd edilmişdir ki, “...Ağciyərlərdə kəskin ödem, ocaqlı qansızmalar, kapillyarlarda staz, orta kalibrli damarlarda staz və xırda trambozlar. Daxili üzv və toxumalarda kəskin venoz doluqanlılıq və duruqanlılıq. Beş beyin ödemi.... ”

2. İş materiallarında olan MTE PA Birliyinin Komisyon ekspertizalar şöbəsinin 1025/KEŞ 18 yanvar 2022-ci il tarixli rəyindən görünür ki, “.....Sahibə Mehdiyevanın məhkəmə tibbi müayinəsinə əsasən onun ölümünə bilavasitə səbəb “intubasion ümumi anesteziya zamanı baş vermiş kəskin tənəffüs çatışmazlığı ilə əlaqədar inkişaf etmiş hipoksik ensefalopatiya”nın olduğu müəyyən edilmişdir ki, bununla da göstərilmiş qüsurlu tibbi xidmət ilə baş vermiş ölüm arasında səbəbli əlaqə olmuşdur. Belə ki, intubasiyanın texniki qüsurlu icrası ilə əlaqədar yaranmış hipoksiya inkişaf edən ağır beyin ödeminə və bu da sonda xəstənin ölümünə gətirib çıxarmışdır...” Lakin rəyin bu hissəsi ilkin rəydən götürülmüş və yenə də ümumi anesteziya zamanı baş vermiş kəskin tənəffüs çatımamazlığı qeyd edilmişdir ki, mərhumda anesteziya olunan zaman və eləcə də əməliyyat vaxtı, əməliyyatdan sonra heç bir mənfi fəsadlar baş verməmişdir. Rəydə baş vermiş ölümün ümumi anesteziya ilə əlaqələndirilməsi və ümumiyyətlə ölümlə ümumi anesteziya arasında səbəbli əlaqənin mövcudluğu qeyd ediləsə də, bu hal heç bir xüsusatla əsaslandırılmamış, bu hala aydınlıq gətirilməmişdir. Halbuki, Sahibə Mehdiyevanın adına tərtib edilmiş tibbi sənədlərdə ümumi anesteziya dövrünün ilk dəqiqələrindən sonra 17 saat müddətində huşu aydın, stabil hemodinamikanın müşahidə edildiyi öz əksini tapmış, lakin xəstənin ölümündən sonra onda baş beyində üzvi dəyişikliklər aşkar edilmişdir. Qeyd edilən üzvi dəyişikliklərin klinik əlaməti hipoksik ensefolopatiyaya uyğun gəlir.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-Tibbi Ekspertiza və X13" X26 703/KEŞ nömrəli 11 yanvar 2023-cü il tarixli rəydə qeyd edilmişdir: “Sahibə Mehdiyevanın meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onda intubasion ümumi anesteziya ilə cərrahiyyə əməliyyatdan sonrakı dövrdə baş vermiş ağciyərlərin orta kalibrli damarlarının trombozu, kəskin tənəffüs çatmamazlığı və koronar-pullmonar refleks hesabına qəfləti ölümü baş vermişdir.” Koronar-pullmonar refleks hesabına qəfləti ölüm - ağ ciyər arteriyasından keçən istənilən ölçülü tromblar, ağ ciyər arteriyasının divarındakı mexano-reseptorları qıcıqlandırması nəticəsində ürəyi qidalandıran tac arteriyalırının spazmına və bunun nəticəsində də, ürəyin qəfləti dayanmasına səbəb olur. Halbuki bu halın özü bir başa yazılmasa da, MTE PA Birliyinin Bərdə rayon şöbəsi tərəfindən verilmiş 10 dekabr 2021-ci il tarixli rəyin təsviri hissəsində Ağciyərlərdə kəskin ödem, ocaqlı qansızmalar, kapillyarlarda staz, orta kalibrli damarlarda staz və xırda trambozlar qeyd edilmişdir.

4. Məhkəmə istintaqı zamanı ekspert Şahid6 ifadəsində, verilən suallara cavab verərkən və keçirilmiş qarşılıqlı və çarpaz dindirmələr zamanı dəfələrlə bildirmişdir ki, mərhum əməliyyatdan sonra nəzarətsiz qalıb, anesteziyadan sonra ona qulluq olunmayıb. Bu fakt şahid ifadələri, verilmiş komisyon ekspertizaların rəyləri, iş materialları və xəstəlik tarixçəsi ilə də öz təsdiqini tapmamışdır. Belə ki, çarpaz dindirilmə zamanı ekspert İlqar Namazovun üzünə qarşı ekpsert Ədalət Rüstəm qeyd etmişdir ki, tromb emboliyasıya əleyhinə xüsusi ilə doğmuş qadınlada antikolqerant deyilən preparat vurulmalıdır. Ümumiyyətlə iki yolu var. 1. Aşagı ətrafların elastik bintlə bağlanması və ya elastik corab geyindirilməsi. Əməliyyat zamanı bu şərtir. Səhiyyə Nazirliyinin göstərişinə əsasən bütün xəstəxanalarda və bütün xəstələrə tətbiq olunur. Bu tədbir elastik corabın geyindirilməsidir ki, o tədbir görülüb. İkinci tədbir efbarin vurulmasıdır ki, o pereparat da vurulub. Göründüyü kimi bu xüsusatlar da öz təsdiqini tapmamışdır.

5. İttihamın verilməsinə əsas olmuş MTE PA Birliyinin Bərdə rayon şöbəsi tərəfindən verilmiş 10 dekabr 2021-ci il tarixli və MTE PA Birliyinin Komisyon ekspertizalar şöbəsin 1025/KEŞ 18 yanvar 2022-ci il tarixli rəylərində qeyd edilən “Sahibə Mehdiyevanın məhkəmə tibbi müayinəsinə əsasən onun ölümünə bilavasitə səbəb “intubasion ümumi anesteziya zamanı baş vermiş kəskin tənəffüs çatışmazlığı ilə əlaqədar inkişaf etmiş hipoksik ensefalopatiya” nın olduğu müəyyən edilmişdir ki, bununla da göstərilmiş qüsurlu tibbi xidmət ilə baş vermiş ölüm arasında səbəbli əlaqə olmuşdur. Belə ki, intubasiyanın texniki qüsurlu icrası ilə əlaqədar yaranmış hipoksiya inkişaf edən ağır beyin ödeminə və bu da sonda xəstənin ölümünə gətirib çıxarmışdır. Qeyd olunanlar Səhiyyədə qüvvədə olan 70 saylı əmrin mövcud təlimat qaydalarının pozulması kimi qiymətləndirilir. Buna məsul şəxs Bərdə RMX-nın həkim anestezioloq-reanimatoloqu Təqsirləndirilən şəxsdur.” faktı məhkəmə istintaqı zamanı keçirilmiş əlavə komissyon ekspertizalar zamanı alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə- Tibbi Ekspertiza və X13" X26 əlavə komisyon məhkəmə-tibb ekspertizasının 25 oktyabr 2022-ci il tarixli, 537/KEŞ saylı və 11 yanvar 2023-cü il tarixli 703/KEŞ nömrəli rəyləri ilə tam ziddiyyət təşkil etmişdir. Belə ki, həmin rəylərdə konkret olaraq ölümə səbəb olan hal kimi Sahibə Mehdiyevanın meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onda intubasion ümumi anesteziya ilə cərrahiyə əməliyyatından sonrakı dövrdə baş vermiş ağciyərlərin orta kalibrli damarlarının trombozu, kəskin tənəffüz çatmamazlığı və koronar-pullmonar refleks hesabına qəfləti ölümün baş verməsi qeyd edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ziddiyyətli sübutlar əsasında ittiham irəli sürülmüşdür. Həmin ittiham sonradan məhkəmə istintaqı zamanı əldə edilmiş digər sübutlarla tamamilə təkzib edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Hüquq nəzəriyyəsinə əsasən cinayət tərkibinin 4 əlaməti mövcuddur ki, bunlara cinayətin obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhəti daxildir. Belə ki, baş vermiş cinayət hadisəsi üzrə əsas obyekt korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər üzrə ictimai münasibətlər, əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı, obyektiv cəhət üzrə isə səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan hərəkət və ya hərəkətsizliklə müşahidə olunur. Lakin məhkmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayətdə subyekt, xüsusi subyekt qismində çıxış edə bilməz və törədilmiş cinayət üzrə onun əməlində təqsirin nə qəsd, nə ehtiyatsızlıq, nə də ki, təqsirin qarışıq forması mövcud deyildir. Göründüyü kimi cinayət tərkibinin 4 elementi Təqsirləndirilən şəxs əməlində mövcud deyildir. Belə olduğu təqdirdə cinayət tərkibinin hər hansısa bir elementinin mövcud olmaması ümumilikdə cinayət məsuliyyətini istinsa edən haldır ki, bu da Təqsirləndirilən şəxs bəraət verilməsi üçün əsas sayılır. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 21.2.-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 21.3.-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 138.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olubolmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Məhkəmə iclasında ittiham tərəfi Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törətməkdə tam təqsirli olmasına sübut edən mötəbər sübutları təqdim edə bilməmişdir. Bundan başqa ibtidai istintaq zamanı əldə edilmiş və ittihamın irəli sürülməsinə səbəb olmuş sübutlar məhkəmə istintaqı zamanı toplanmış olan digər sübutlarla, ekspertizaların rəyləri ilə, ifadələrlə, çarpaz dindirilmələrlə tam şəkildə təkzib edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X9 haqqında» Avropa Konvensiyası müddəalarının və insan hüquqlar ıüzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı Qərarının 2 və 3-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının vəX9 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrəİnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqlarının vəX9 haqqında» Avropa Konvensiyası normaları hüququn digər normalarından təcrid olunmuşşəkildə deyil, beynəlxalq hüququn müvafiq normaları nəzərə alınmaqla təfsir və tətbiq edilməlidir. Beynəlxalq müqavilələrin, o cümlədən «İnsan hüquqlarının vəX9 haqqında» Avropa Konvensiyası normalarının təfsiri zamanı onun konteksti ilə yanaşı, müqavilənin sonrakı tətbiqi təcrübəsinə istinad edilməlidir. İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqularının və X9 Haqqında Konvensiyanın 7-ci maddəsinin 1-ci bəndinə əsasən heç kəs törədildiyi zaman milli və ya beynəlxaq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hüseyn və başqaları Azərbaycana qarşı» iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlillər arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək üçün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarına həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Həmçinin “Layıcov Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 10 aprel 2014-cü il tarixli Qərarının 63-cü bəndində qeyd olunur ki, ... prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək Məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır (digər qərarlarla yanaşı bax: “Xan BirləşmişKrallığa qarşı” (Khan v. the United Kingdom, no. 35394/97, § 34, ECHR2000-V) və “X11rşı” (Allan v. the United Kingdom,no. 48539/99, § 42, ECHR 2002-İX)). Həmin Qərarın 64-cü bəndində göstərilir ki, prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunubolunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır (bax: yuxarıda qeyd edilmiş “Xan” işi, 35-ci və 37-ci bəndlər və yuxarıda qeyd edilmiş “Allan” işi, 43-cü bənd). Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur (bax: yuxarıda qeyd edilmiş “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v.Russia [GC], no. 4378/02, § 95, ECHR 2009)). Həmin Qərarın 65-ci bəndində qeyd olunur ki, məhkəmə təkrar edir ki, cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi “cinayət məsuliyyəti”ni müəyyən etmək səlahiyyəti olan “məhkəmə” tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu, həmin maddənin məhkəməyə qədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər (bax: “Salduz Türkiyəyə qarşı” (Salduz v.Turkey [GC], no. 36391/02, § 50, 27 November 2008)). Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Həmin Məcəllənin 12.1-ci maddəsində isə qeyd göstərilir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə görə, cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda(125.2.1-ci maddə); - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə(125.2.3-cü maddə); - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsindəöz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə(125.2.4-cü maddə); - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə(125.2.5-ci maddə); - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə(125.2.6-cı maddə); - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda(125.2.7-ci maddə); - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda(125.2.8-ci maddə); - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda(125.2.9-cu maddə); - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda(125.2.9-cu maddə). Həmin Məcəllənin 125.3-cü maddəsinə görə, bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli 217A(İİİ) nömrəli Qətnaməsi ilə qəbul və bəyan edilmiş “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsinin birinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər bir şəxs ona müdafiəüçün bütün imkanların təmin olunduğu açıq məhkəmə istintaqında günahı qanuni şəkildə sübut olunanadək günahsız hesab edilmək hüququna malikdir. İnsan Hüquqlarının və X9 Haqqinda Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli 217A(İİİ) nömrəli Qətnaməsi ilə qəbul və bəyan edilmiş İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 3-cü maddəsinə əsasən hər bir şəxsin yaşamaq, azadlıq vəşəxsi toxunulmazlıq hüququ var. Həmin Bəyannamənin 7-ci maddəsinə görə, bütün insanlar qanun qarşısında bərabərdirlər və qanun tərəfindən bərabər müdafiə hüququna malikdirlər. Bütün insanlar bu Bəyannaməni pozan hər hansı ayrı-seçkilikdən və belə ayrı-seçkiliyə hər hansı cəhddən eyni dərəcədə müdafiə olunma hüququna malikdirlər. Həmin Bəyannamənin 8-ci maddəsinə görə, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı işüzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı işüzrə 01 oktyabr 1982ci il tarixli qərarı; X20rşı işüzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqarər edildiyi də aydın görünməlidir». “Taxqet Belçikaya qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 13 yanvar 2009-cu il tarixli Qərarında göstərilir ki, vacibdir ki, qəbul edilmiş qərarın mənası təqsirləndirilən şəxslərə və eləcə də adından qərar qəbul edilən “Xalqa” izah edilsin, təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olmasına dair qəbul etdiyi dəlilləri, hər bir suala hansı əsasla təsdiqedici və ya inkar cavab verməsinin səbəbləri göstərilsin. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-c ibəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarına əsasən “...Bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır.... ...Əməldə cinayət tərkibinin olmaması (CPM-in 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır.... ...Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir.... ...Bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqsirsiz olması barədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilir....” Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı verilmiş ziddiyyətli və tam şəkildə əsaslandırılmayan ekspert rəyləri ilə razılaşmır və həmin rəylərlə nə səbəbə razılaşmamasını rəyləri təhlil edərkən məhkəmə mövqeyini bəyan etmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 127-ci maddəsinə əsasən ekspert tərəfindən aparılan tədqiqatın üsulları, qoyulmuş sualların cavablarının əsaslandırılması, habelə ekspertin öz təşəbbüsü ilə müəyyən etdiyi cinayət təqibi üzrə əhəmiyyət kəsb edən digər hallar ekspertin rəyində öz əksini tapmalıdır. Ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Məhkəmə yuxarıda qeyd olunan maddi və prossesual hüquq normalarının məzmununa, tərəfdar çıxdığımız müqavilələrin və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenum Qərarının hüquqi mövqelərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində ona elan olunmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin, 314.2-ci maddəsinin tərkibi olmadığından onların barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 41.5-ci maddəsinəəsasən məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və bəraət hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 42.1.1-42.1.4-cü maddələrinə əsasən cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 42.2.1-42.2.4.-cü maddələrinə əsasən bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 55-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Haqqında məhkəmənin bəraət hökmü çıxarılmış və ya məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş hər hansı şəxs təqsirsiz sayılır. Haqqında bəraət hökmü çıxarılmış və ya hər hansı əsaslarla cinayət təqibinə xitam verilmiş şəxsin mənzil, mülkiyyət, əmək və digər hüquqlarına hər hansı məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 350-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda gstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ:

Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi olmadığından ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar