Məhkəmə qərarları › İş №1(021)-4/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-4/2025

10.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-4/2025 10.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Abdullayev Fərman Firidun oğlunun, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1993-cü ildə Bərdə rayonu, Lənbərən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, "xxxx" MMC-də fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Lənbəran kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 may küçəsində yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə, digər şəxslərin ağır və az ağır xəsarət almalarına səbəb olan yolnəqliyyat hadisəsi törətməklə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayət cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 05 noyabr 2022-ci il tarixdə saat 02 radələrində ayıq vəziyyətdə, sürücülük hüququ olmaqla etibarnamə əsasında idarə etdiyi Opel Astra markalı, ** CT *** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri, Heydər Əliyev prospekti ilə Bərdə rayon İcra Hakimiyyəti istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 51-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşısında istintaqla müəyyən edilə bilməyən VAZ 2106 markalı avtomobilin onunla eyni istiqamətdə düzünə hərəkətdə olmasını nəzərə alaraq həmin avtomobili sağ tərəfdən ötmə əməliyyatı aparmaqla hərəkət üçün təhlükə şəraiti yaratmamalı və sola doğru təhlükəsiz manevr aparmaqla icazə verilən yerdən sol tərəfdən həmin nəqliyyat vasitəsini ötüb keçməli olduğu halda buna əməl etməyərək qarşısında istintaqla müəyyən edilə bilməyən VAZ 2106 markalı avtomobili sağ tərəfdən ötmə əməliyyatı icra edən zaman idarəetməni itirib hərəkəti istiqamətində “Tərtər» çayı üzərində yerləşən körpünün girəcəyində olan beton bardürlə toqquşaraq ehtiyyatsızlıqdan avtomobildə olan sərnişin X4 baş alın, təpə, ənsə və hər iki gicgah nahiyələrinin qançırları, kəllə qapağı və əsası sümüklərinin (alın, hər iki gicgah, təpə, ənsə və kəllə əsası sümüklərinin) sınıqları, üz, baş, beyin toxumasının əzilibdağılması, üz skelti sümüklərinin (sol almacıq, burun, sol əng, çənə) sınıqları, boyun və xaya nahiyələrinin sıyrıqları xəsarətləri ilə müşayət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurma xəsarətləri almasına və həmin xəsarətlərdən bərk küt travma nəticəsində kəllə qapağı və kəllə əsası sümüklərinin sınıqları ilə baş-beyin toxumasının əzilib dağılması nəticəsində ölümünə səbəb olan, digər sərnişinlər Zərərçəkmiş şəxs4 baş beyininin hər iki payının ağır dərəcəli əzilməsi və subdural qanaması xəsarəti ilə müşayət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulması ilə, Zərərçəkmiş şəxs2 sağ dirsək sümüyünün 1/3-nin yerdəyişmiş sınığı xəsarəti ilə müşayət olunan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurulması ilə, Zərərçəkmiş şəxs3 isə sağ mil sümüyünün aşağı 1/3-nin yerini dəyişmiş sınığı, alının cırılmış-didilmiş yarası xəsarəti ilə müşayət olunan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməklə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismar qaydalarını pozmuşdur. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, ona elan edilmiş ittihamla özünü təqsirli bilmir. Hadisə günü Bakı şəhərindən ailəsi ilə birlikdə Bərdə rayonu, Lək kəndinə qaynatasıgilin evinə gəlmiş, sonra isə qaynı Nurlan ilə birlikdə ona məxsus olan Opel Astra markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Çinqoz” deyilən yerə getmiş, orda yeznəsi Elmir və onun dostu Şahin adlı şəxs ilə görüşmüşlər. Xalası oğlu X29 ilə “Yavər İnşaat” mağazasının yanında görüşmüşdürlər.Bərdə rayonunu yaxşı tanımadığı üçün və gözü zəif olduğu üçün avtomobili X29 idarə etmişdir. Saray tərəfdə körpünün üstündə onların avtomobili ilə 06 VAZ2106 minik markalı avtomobil ilə toqquşmuşdur. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisədən sonranı xatırlamır. Özünə gəldikdə sonra həkimin onun sərxoşluğunu yoxladıqlarını xatırlamır. X29 ilə gecə saat 12nin yarsında “Yavər İnşaat” mağazasının yanıda görüşmüşdürlər. Mərhum, oraya öz avtomobili ilə gəlmişdir. Çay içməyə gedirdilər, ancaq harda olduğunu bilmirdi, Sətdar aparırdı. Sətdar ona “sən Bakıdan gəlmisən yorğunsan istəyirsəsə avtomobili mən idarə edim” deyə bildirmiş və avtomobili o idarə etmişdir. Avtomobili Sətdar idarə etmiş, o özü isə sağ tərəfdə əyləşmişdir. Mərhumun arxasında Şahin, onun arxasında Elmir, ortada qaynı Nurlan əyləşmişdir. Hadisədən sonra heçnə xatırlamır, gözünü Diaqontikada açmışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs oğlunun ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu Lənbəran kəndində anadan olmuş, hazırda ailə üzvlərilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 may küçəsində yaşayır, evlidir, 1 övladı vardır. Özünə məxus etibarnamə ilə idarə etdiyi Opel Astra markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Hazırda Aydınoğlu MMC-də fəhlə işləyir, 04 noyabr 2022-ci il tarixdə saat 21 radələrində ailəsi ilə birlikdə Bərdə rayonu, Lək kəndinə qaynatasıgilin evinə gəlmiş, sonra isə qaynı Nurlan ilə birlikdə ona məxsus olan Opel Astra markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Çinqoz” deyilən yerə getmiş, orda yeznəsi Elmir və onun dostu Şahin adlı şəxs ilə görüşmüşlər, Yavər inşaatın qarşısında xalası oğlu Sətdar ilə görüşmüş, həmin vaxt Sətdar ona demişdir ki, “sən yorğunsan, avtomobili mən idarə edim”. Bundan sonra o, qabaq sağ tərəfdə əyləşmiş, Sətdar isə avtomobilin sükanında əyləşmişdir, arxa hissədə isə Şahin, Nurlan və Elnur əyləşmişdir, onlar “Sarayın kruqu” deyilən yerə getmiş, Sətdar onları qonaqlığa aparırmış, onlar həmin dairədən sola dönüb üzü “Əlişin kruqu” deyilən istiqamətdə hərəkətlərini davam etmiş, körpüyə çatmağa az qalmış Sətdar qarşıda hərəkətdə olan VAZ 2106 markalı avtomobili sağdan ötüb keçmək istəyən zaman arxadan kimsə demişdir ki, yavaş sür. Sətdar çönüb onlara demişdir ki, “narahat olma, mən bunun sürəniyəm”. Elə həmin vaxt onlar körpünün üzərində olan betonlarla toqquşaraq qəzaya düşmüşlər, bundan sonra isə onları xəstəxanaya aparmışlar, sonra olanları isə tam xatırlamır, hadisədən bir neçə gün sonra isə xalası oğlu Sətdar vəfat etdi. Təqsirləndirilən şəxs həmçinin ifadəsində qabaq sağ oturacaqda əyləşdiyini, hadisənin necə baş verməsini gördüyünü, belə ki, xalası oğlu qarşıda hərəkətdə olan VAZ 2106 markalı avtomobili sağdan ötüb keçməyə çalışan zaman anidən fikri yayındığını və qəza baş verdiyini, hadisə baş verən zaman xalası oğlu Sətdar avtomobili maksimum 90-100 km/saat sürətlə idarə etdiyini göstərmişdir. Məhkəmə istintaqında üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hadisə günü oğlu yatmışdı. Onu təqsirləndirilən şəxs zəng edib oyadıb evdən aparıb. Oğluna zəng etmiş, telefonu təqsirləndirilən şəxs açaraq narahat olmamasını, Sətdarın onunla bir yerdə oduğunu bildirmişdir. Gecə saat 2 radələrində müstəntiq zəng edib oğlunun xəstəxanada olduğunu bildirmişdir. Orada ona avtomobilin guya oğlu tərəfindən idarə edildiyini bilirmişdirlər. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun oğlu öz avtomobilindən başqa abtomobili idarə edə bilmirdi. Ona görə də bilir ki, hadisə günü sükan arxasında oğlu olmayıb. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 məhkəyəmə ərizə verərək bildirdi ki, təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayət və tələbi yoxdur. Bununla yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Bərdə rayonunda anadan olmuş,hazırda ailə üzvlərilə birlikdə həmin ünvanda yaşayır, mərhum X9 onun övladıdır, onarla birlikdə yaşayırmış, Bərdə rayonu Qaradəmirçi kəndində mağazada işləyirmiş, Sətdarın VAZ 2106 markalı avtomobili varmış, Təqsirləndirilən şəxs isə onun bacanağının oğludur, yəni oğlunun xalasıoğlu imiş. 04 noyabr 2022-ci il tarixdə Mənsur ailə üzvləri ilə birlikdə Bərdə şəhərinə gəlmişdilər. Həmin vaxt onlar qızının Bakı şəhərində verdiyi analizin cavablarını gətirib onlara vermiş, çay içdikdən sonra Mənsur ailəsi ilə birlikdə qaynanasıgilə getmişdir. Həmin vaxt Sətdar da evdə imiş, Mənsurgil getdikdən bir müddət sonra Sətdar da öz avtomobili ilə evdən çıxmış, artıq gec saatları olduğu üçün yoldaşı Aygün onun telefonuyla Sətdarın telefonuna zəng etmiş, Aygün soruşmuşdur ki, “Sətdar gecdi niyə gəlmirsən?”. Həmin vaxt qıraqdan Mənsurunda səsi gəlirmiş, Mənsur yoldaşına demişdir ki, “xala narahat olma Sətdar yanımdadır”. Bundan sonra onlar yatmışlar, 05 noyabr 2022-ci il tarixdə saat 02 radələrində onun mobil telefonuna zəng gəlmiş və ona bildirmişlər ki, oğlu qəzaya düşmüşdür. O, X12 getmiş, həmin gün övladının vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən X13 aparmışlar, orda Sətdar əməliyyat olmuş, lakin həkimlər artıq onun ayılmadığını bildirirərək X12 geri göndərmişlər, Sətdar 18 noyabr 2022-ci il tarixdə vəfat etmişdir. Hadisə baş verən vaxtdan onlar bilirmiş ki, avtomobili idarə edən Mənsur olmuşdur. Lakin oğlu Gəncədə xəstəxanada olan zaman Mənsurunda vəziyyətinin ağır olduğunu və Bakıda xəstəxanada yatdığını eşitmişlər, Sətdar vəfat etdikdən sonra Mənsurun ailəsi, valideynləri onlara gəlmiş və ona təklif etmişdirlər ki, “qırağa dur, yası özümüz götürəcəyik”. Lakin onlara etiraz etmiş və yası özünün verəcəyini bildirmişdir. Bundan başqa həmin vaxt onlar təklif etmişdirlər ki, şikayətçi olmasınlar və sürücünün guya Sətdar olduğunu polisə bildirsinlər, çünki Sətdar ölübdü iş bağlanacaq. Lakin onların oğlunun üstünə günah yıxmağını, oğlunu cinayətkar kimi qələmə vermək istədiklərini görüb əsəbləşmiş və yasdan sonra onları qovmuşdur. O, hadisə vaxtı oğluna köməklik edən Xan bağı restoranında ofisant işləyən Mənsum adlı şəxsin nömrəsini tapıb ona zəng etmiş və hadisə barədə ondan soruşmuş, həmin vaxt Mənsum ona demişdir ki, oğlunu qabaq sağ tərəfdən çıxarmışdır. Hadisədən bir müddət keçdikdən sonra artıq Mənsur avtomobili idarə etməsini inkar etmiş, həmçinin avtomobildə olan şəxslər də guya oğlunun rolda olmasını bildirmişdir. Bildirmişdir ki, avtomobildə olan şəxslər hamısı Mənsurun qohumudur, ona görə onu cinayət məsuliyyətindən qurtamaq üçün belə deyiblər. Əgər Sətdar avtomobili idarə etmişdisə nə üçün yas vaxtı Mənsurun qohumları gəlib yası götürmək istədiklərini, ondan şikayətçi olmamağını xahiş edirmişlər?. Həmçinin o, artıq şəhərdə hadisə vaxtı oğlunu avtomobildən çıxaran Mənsum ilə görüşəndə artıq o da demişdir ki, müharibə iştirakçısıdır, başından qantuziya alıb tam xatırlamır, ya sağdan çıxarıb, ya soldan. Onda bilmişdir i, Mənsur və ailəsi şahidlərə təsir edir, onları düzgün ifadə verməkdən çəkindirirlər. Hətta bildirmişdirki, hadisə günü Müalicə və Diaqnostika Mərkəzinə gedəndə orda X43 avtomobilində olan həkimlərdən oğlu Sətdarı soruşmuş, lakin onlar bildirmişdir ki, gətirdikləri şəxs Bakı şəhər sakinidir, sürücüdür. ona görə də xahiş edir ki, Mənsuru cinayət məsuliyyətinə cəlb edilsin. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, hadisə günü yeznəsi Mənsur onlara qonaq gəlmiş və xalası oğlu Mənsurla görüşəcəklərini demişdir. Onlar avtomobiliə minib getmişdirlər. Çinqoz adlanan yerdə Elmir və Şahini götürmüşdürlər. Onları əvvələr tanımamışdır, onları ilk dəfə idi ki, görmüşdür. Mənsur Sətdara zəng etmiş, X32 yanında gözlədiyini demişdir. Sətdarla orada görüşmüşlər, o öz avtomobilini saxlayıb Mənsurun avtomovbilini idarə etmişdir. Hadisədə sonra olanları xatırlamır. O, avtomobildə ortada əyləşmişdir. Qaza zamanı onun qarşıya bağa hoppandığını demişdirlər. Özü heçbə xatırlamır. Zərərçəkmiş şəxs3 məhkəyəmə ərizə verərək bildirdi ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Bununla yanaşı, Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, Bərdə rayonunda anadan olmuş, hazırda ailə üzvlərilə birlikdə Bərdə rayon Qazıqurdalı kəndində yaşayır, subaydır, Təqsirləndirilən şəxs onun bacısı Nərminin həyat yoldaşıdır. Onunla yaxşı münasibətləri vardır. 04 noyabr 2022-ci il tarixdə axşam saatlarında Mənsur bacısı ilə birlikdə ona məxsus Opel Astra markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobili ilə qonaq gəlmişdi. Birlikdə yemək yemişlər, saat təxminən 23 radələrində Mənsurun xalasıoğlu Sətdar ona zəng eləmiş və görüşməyə çağırmış, o da Mənsurla birlikdə Mənsuurn maşını ilə Sətdar ilə görüşməyə getmişlər, “Çinqoz” deyilən yerdə Mənsurun qohumu Elmir və onun dostu Şahinlə görüşmüşlər, onlarda avtomobilə əyləşmiş, bundan sonra H.Əliyev prospekti ilə hərəkət edərək Yavər inşaatın qarşısına getmişlər, orda sonradan adını bildiyi Sətdarla görüşmüşlər, onlar avtomobilə əyləşən zaman Sətdar Mənsura demişdir ki, “maşını ver mən sürüm”. Sətdar avtomobilin sükanına əyləşmiş, bundan sonra əvvəlcə “Gold Mətin” şadlıq sarayının qarşısı tərəfə getmişlər ki, orda bəlkə açıq kafe taparlar, lakin ordakı kafelər bağlı olduğundan “Sarayın kuruqu” deyilən yerə tərəf hərəkət etmişlər və ordan sola körpü istiqamətində hərəkətlərini davam etdirmişlər, Sərtdar surətlə hərəkət edirmiş, hərəkət surəti 80-90 km/saat olarmış, körpüyə çatmağa az qalmış Sətdar qarşıda hərəkətdə olan VAZ 2106 markalı avtomobili sağdan ötüb keçmək istəyən zaman onlar Sətdara demişdir ki, biraz yavaş sür. Sətdar çönüb onlara demişdir ki, “narahat olma, mən bunun sürəniyəm”. Elə həmin vaxt onlar körpünün üzərində olan betonlarla toqquşaraq qəzaya düşmüşlər, bundan sonra isə onları xəstəxanaya aparmışlar, sonra olanları isə tam xatırlamır, hadisədən bir neçə gün sonra isə Sətdar vəfat etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə dostdurlar. Zərərçəkmiş şəxs4 onun qonşusudur. Elmir toydan gəlmiş, içkili imiş. Mənsur Elmiri maşınla götürməyə gəlmiş, Elmir içkili oluğu üçün o, Elmirin qarşısına çıxmışdır. X25 “Yavər İnşaat” mağazasının yanında görüşmüşdürlər. Sətdar onlara çay evinə dəvət etmişdir. Sükan arxasına mərhum keçmişdir. Hadisədən əvvəl digər zərərçəkmiş şəxsləri tanımamışdır. Hadisədən sonra onun huşu özündə olub. Lakin baş verənləri tam xatırlamır. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, əvvəl avtomobildə o, Elmir, Mənsur və Nurlan olmuşdur. Həmin vaxt sükan arxasında Sətdar olmuşdur. Daha sonra Sətdarla “Yavər İnşaat” mağazasının yanında görüşmüşdürlər. Onlar avtomobildən düşüb görüşüblər, Sətdar sükan arxasına keşmişdir. O, mərhumun arxasındakı oturacaqda əyləşmişdir. Avtomobil qarşılarına çıxmış və o, ötmə hərəkətini etdikdə onlar avtomobili saxlaya bilməmişdirlər, nəticədə qəza baş vermişdir. Mərhum təqsirləndirilən şəxsin yorğunluğuna görə və gözləri zəif gördüyü üçün avtomobili alıb özü idarə etmişdir. Qəzadan sonra onu mülki şəxslər onu xəstəxanaya aparmışdırlar. Zərərçəkmiş şəxs2 məhkəyəmə ərizə verərək bildirdi ki, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Bununla yanaşı, Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Bərdə rayonunda anadan olmuş, hazırda ailə üzvlərilə birlikdə Bərdə şəhəri, Qarabağ qəsəbəsində yaşayır, subaydır, Zərərçəkmiş şəxs4 uşaq yaşlarından tanıyır, onunla yaxşı münasibəti vardır. 05 noyabr 2022-ci il tarixdə saat 01 radələrində evdə olan zaman Elmir ona zəng etmiş və demişdir ki, qonağı gəlib, gedək onlarla görüşək. O da bildirmişdir ki, maşınsızdır. “Çinqoz” deyilən yerdə sonradan adını bildiyi Mənsur adlı şəxs avtomobili ilə gəlib bizi götürmüş, sonra isə Yavər inşaat deyilən yerdə Mənsur avtomobili dayandırmış, orda sonradan adını bildiyi Sətdar adlı şəxslə görüşmüşlər, sonra isə avtomobilə əyləşən zaman Sətdar Mənsura demişdir ki, “sən yorğunsan, avtomobili mən idarə edim”. Bundan sonra qabaq sağ tərəfdə Mənsur əyləşmiş, Sətdar isə avtomobilin sükanında əyləşmişdir. Arxa hissədə isə o, Nurlan və Elmir əyləşmişlər. Onlar “Sarayın kruqu” deyilən yerə getmişlər, Sətdar onlarə qonaqlığa aparırmış, həmin dairədən sola dönüb üzü “Əlişin kruqu” deyilən istiqamətdə hərəkətlərinə davam etmişlər, körpüyə çatmağa az qalmış Sətdar qarşıda hərəkətdə olan VAZ 2106 markalı avtomobili sağdan ötüb keçmək istəyən zaman Sətdara demişdir ki, biraz yavaş sürsün, Sətdar çönüb onlara demişdir ki, “narahat olma, mən bunun sürəniyəm”. Elə həmin vaxt onlar körpünün üzərində olan betonlarla toqquşaraq qəzaya düşmüşlər, bundan sonra isə onları xəstəxanaya aparmışlar, sonra olanları isə tam xatırlamır, hadisədən bir neçə gün sonra isə Sətdar vəfat etmişdir. Zərərçəkmiş şəxs2 həmçinin ifadəsində arxa sol oturacaqda əyləşdiyini, hadisənin necə baş verməsini gördüyünü, belə ki, Sətdar qarşıda hərəkətdə olan VAZ 2106 markalı avtomobili sağdan ötüb keçməyə çalışan zaman anidən fikri yayındığı və qəza baş verdiyini, hadisə baş verən zaman Sətdar avtomobili maksimum 90-100 km/saat sürətlə idarə etdiyini göstərmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, hadisə vaxtı içkili vəziyyətdə olmuşdur və hadisə ilə bağlı heçnə xatırlamır. Avtomobilə necə mindiyini belə xatırlamır. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, mərhumu və onun atasını hadisədən əvvəl tanımamışdır. Mənsur həyat yoldaşının əmisi oğludur, Şahin qonşusudur. Zərərçəkmiş şəxs4 məhkəyəmə ərizə verərək bildirdi ki, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Bərdə rayonunda anadan olmuş, hazırda ailə üzvlərilə birlikdə Bərdə rayon Qazıqurdalı kəndində yaşayır. Təqsirləndirilən şəxs onun həyat yoldaşının xalasıoğludur. 04 noyabr 2022-ci il tarixdə axşam saatlarında o, sinif yoldaşının Mətin şadlıq sarayında keçirilən toy mərasimində iştirak edirmiş, həmin ərəfələrdə Mənsur ona zəng etmiş və demişdir ki, “Bərdədəyəm, gəl görüşək.” O, da toydan çıxıb taksi ilə Bərdə şəhəri, “Çinqoz” deyilən yerə getmiş, həmin yerə çatanda Mənsur və onun yanında tanımadığı bir nəfər şəxs var imiş, onun yanında isə qonşusu Şahin var imiş, onlar birlikdə Mənsurun idarə etdiyi avtomobilə əyləşmişlər, bundan sonra baş verənləri xatırlamır, çünki əyləşdiyi avtomobilin qəzaya düşməsi nəticəsində xəsarət almışlar. Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı elə bir ifadə verdiyini xatırlamadığını bildirmişdir. Məhkəmə istintaqında Şahid10 ifadəsində göstərmişdir ki, o, həkimdir. Hadisəni artıq xatırlamır. Əvvəlki ifadəsində xatırladıqlarını demişdir. İndi heçnə yadında qalmayıb. İşi ilə əlaqədar belə hadisələr çox olduğundan və hadisədən uzun müddət keçdiyi üçün baş verənləri xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid10 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Bərdə rayonu Şahvəlilər kəndində anadan olmuşdur. Hazırda Bərdə şəhəri, B.Hacıyev küçəsi ev 68- da yaşayır. Evlidir, 2 övladı vardır. Mingəçevir şəhər Tibb Kollecini 2017-ci ildə bitirmişdir. Həmin vaxtdan Bərdə rayon Vərəm Disponserində işə başlamışdır. 2021-ci ildən Bərdə rayon mərkəzi xəstəxanasının X14 Yardım Stansiyasının feldşeri olaraq fəaliyyət göstərir. 1 və yaxud 2 sutkadan bir növbətçi hakim olur. Çağırışlar çıxan zaman o, feldşer (həkim köməkçisi) və sürücü birlikdə gedirlər. Gündəlik olaraq 4-5 briqada səhər və axşam növbəsi oalraq xidmətə çıxırlar. Çağırışa gedib gəlməkləri xəstənin ünvanından və xəstənin vəziyyətindən, həkimin ona hansı tibbi yardım göstərməyindən asılı olur. Bəzən xəstənin vəziyyətindən asılı olaraq ona ev şəraitində ilkin yardım göstərirlər. Lakin xəstənin vəziyyəti ağır olduqda onu amabulans avtomobili ilə Bərdə Müalicə və Diaqnostika Mərkəzinə, həm də Bərdə rayon mərkəzi xəstəxanasının acil şöbəsinə aparırlar. 04 noyabr 2022-ci il tarixdə axşam saat 21:00-da həkim Şahid4 və X16 ilə birlikdə iş fəaliyyətinə başlamışlar.. Müxtəlif çağırışlara getmişdirlər. O, çağırışlarda həkimə köməklik göstərir. 05 noyabr 2022-ci il tarixdə saat 01-02 radələrində Bərdə rayon mərkəzi xəstəxanasında xidməti otaqda olan zaman Bərdə şəhəri, H.Əliyev prospektində körpünün üzərində qəza baş verdiyini və çoxlu sayda yaralı olduğunu bildirdidilər. Buna görə də o, Abdulla həkim və sürücü X16 ilə birlikdə çağırış ünvanına getmişdirlər. Onardan qabaq Şahid7, mərhumə Zülfiyyə Nəcəfova və Şahid6 briqadası da hadisə baş verən yerə çatmışdı. Həmin yerə çatanda Opel markalı avtomobilin körpünün girəcəyində olan betonla toqquşmasını görmüşdürlər. Onlar ora çatanda orda çoxlu sayda insanlar vardır. Hadisə yerində qəza törətmiş avtomobilin sol tərəfində asfaltın üstündə, yəni sürücü hissədə yolun qırağında yaralı olduğunu görmüşdürlər.. Həmin yaralıya yaxınlaşmışdırlar. Onun adının Mənsur olduğunu bilmişdirlər. Həmin şəxsin tam xatırlamasa da sifət nahiyəsində, çənəsində xəsarət olduğunu, qan axdığını görmüşdürlər. Hadisədə onara dedilər ki, bu şəxs sürücüdür. Sərnişinləri isə Diaqnostika Mərkəzinə aparıblar. Bundan sonra həmin şəxsə ilkin tibbi yardım göstərib onu ambulans avtomobilinə əyləşdirmişdirlər. Sonra isə onu Bərdə Müalicə və Diaqnostika Mərkəzinə aparmışdırlar. Orda həmin şəxsin şəxsiyyətini müəyyən edən zaman Təqsirləndirilən şəxs olduğunu bildmişdirlər. Diaqnostika Mərkəzində olan zaman digər yaralıları hadisə yerindən mülki avtomobil ilə gətirmişdilər. Lakin hadisə yerində xəsarət alanlardan ən ağır olan bir nəfərini onlardan qabaq hadisə yerinə çatan briqada ambulans avtomobili ilə gətirmişdi. Həmin şəxs də sonradan eşitmişdirlər ki, Gəncəyə aparılmış və vəfat etmişdir. Onlar xəstəxanada olan zaman yaralıları gətirən mülki şəxslərdən də eşitmişdirlər ki, sürücü onlar gətirdiyi Təqsirləndirilən şəxs olmuşdur. Bundan sonra onlar öz işlərinə davam etmişdirlər. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar hadisə baş verən yerə çatan zaman avtomobildə heç kim yox idi. Xəsarət alanlardan yalnız Mənsur orda qalmışdı. Oda avtomobil solunda yerə uzanıqlı vəziyyətdə idi. Onlar hadisə yerində eşitmişdirlər ki, Mənsur sürücü olmuşdur. Sərnişinlərdən biri çox ağır olduğu üçün onu ambulans ilə aparıblar. Digər şəxsləri konkret kimlərin apardığını bilmir. Mənsurun qanı yerə axmışdı. Həmçinin sürücü oturacağında da qan vardı. Təqsirləndirilən şəxs orta boyda qarayanız üzü tüklü cavan oğlan idi. Şahid10 ifadəsi elan olunduqdan sonra hadisəni xatırladığını bildirmişdir. Hadisə H.Əliyev prospektində baş vermişdir. Onlar hadisə yerinə çatdıqda avtomobildə heç kəs yox idi, çöldə idilər. Onların götürdüyü şəxs Mənsur idi. Avtomobil arakəsməyə çırpılmışdı. Onlar bir nəfəri aparıb Diqanostikaya təhvil vemişdirlər. Mənsurun xəsarətləri yadında deyil, ayaqüstə idi, amma yaralı idi. Digər yaralıların artıq xəstəxanaya aparıldıqlarını bildirmişdirlər. Təhvil götürdükləri xəstə barəsində öz çağırış kitablarında qeydiyyat aparmışdırlar. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, hadisə günü Bayramov Qaliblə xidmətdə olub. Heydər Əliyev prospektində körpünün üstündə Kütləvi adamların yığışdığını görüb, yaxınlaşmışdırlar. 2 nəfərin yerdə, 2 nəfərin mülki avtomobildə olduğunu görmüşdür. 2 nəfərin vəziyyəti yaxşı deyildi. O, zəng edərək növbətçi hissəyə məlumat vermişdir. Elmir özündə deyildi, Şahin yaxşı idi. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, Nurlanı gördüyünü xatırlamır. Yaralılardan təkcə Şahin qolunu tutub gəzirdi. Avtomobilin sol tərəfi daha çox zərər görmüşdür. Sağ tərəf arakəsməyə çırpılmışdı. Avtomobilin motoru çıxıb 2 metr aralıya düşmüşdür. Onlar gedəndə artıq yaralılar avtomobildən çıxarılmışdı, orada olan vətəndaşlar kömək etmişdi. Onlar oraya çatanda X43 gəlmişdi. Onlar orada olduğu müddətdə müstəntiq də gəlmişdir. Bununla yanaşı, Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Bərdə şəhərində anadan olmuş, hazırda ailə üzvlərilə birlikdə həmin ünvanda yaşayır. 2017-ci ildən X20, 2018-ci ildən isə Bərdə RPŞ-nin DYPB-nin PPXB-nin inspektoru vəzifəsində xidmət edir, polis baş serjantıdır. X15 əvvəllər tanımamışdır, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Mahiyyəti üzrə bildirir ki, 04 noyabr 2022- ci il saat 09-dan növbə üzrə qrafikə uyğun olaraq Bərdə RPŞ-nin DYPB-nin YPXB-nin inspektoru, polis baş serjantı, X21 ilə birlikdə ** YP *** dövlət nömrə nişanlı xidməti avtomobillə xidmətdə olmuşdur. 05 noyabr 2022-ci il tarixdə saat 02 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində xidmətdə olan zaman Tərtər çayının üzərində olan körpüdə yol-nəqliyyat hadisəsinin baş verdiyini, insanların ora yığışdığını görmüşdür.. Buna görə də dərhal həmin yerə yaxınlaşmışdır. Ardından çoxlu sayda yaralıların olduğunu görüb radiostansiya vasitəsi ilə Bərdə RPŞ-nin Növbətçi Hissəsinə məlumat vermişdirlər və həmin yerə əlavə xidmətin cəlb olunmasını bildirdilər.. Onlar hadisə yerində Opel Astra markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobilin yolun kənarında olan bardürlə toqquşduğunu görmüşdür. Onlar çatan zaman orda insalar yığışmışdılar. Bizdən sonra Post Patrul Xidməti naryadi da hadisə yerinə gəldilər. İlkin olaraq sürücü hissədə əyləşən şəxsi çıxarıb yerə uzatdılar. Onlar planşet vasitəsilə avtomobilin nömrəsini yoxlayan zaman Mənsur adlı şəxsin adına çıxdı. Buna görə də sürücünün adının Mənsur olduğunu bilmişdirlər.. Bundan sonra PPX əməkdaşları Xan bağı restoranında ofisant işləyən Mənsum adlı şəxs ilə xəsarət alan şəxslərdən birini mülki avtomobilə əyləşdirib xəstəxanaya yola saldılar. Həmin vaxt ambulans avtomobilidə gəldi və qabaq sağ tərəfdə əyləşmiş sərnişini sürücü tərəfdən çəkib çıxarıb ambulansa yerləşdirib apardılar. Bizim əsas işimiz yolda hərəkətdə olan avtomobillərin təhlükəsiz hərəkətini tənzimləmək idi. Ancaq qıraqdan orda olanları görürdük. O, getdikdən sonra isə orda olan insanlar öz avtomobilləri ilə xəsarət alanlardan hansılarısa götürüb xəstəxanaya apardılar. Hadisə yerində qalan təkcə sürücü idi. Növbəti ambulan avtomobili də gəlib sürücünü xəstəxanaya apardı. Bundan sonra onlar xidmətə davam etmişdirlər. İfadəsi elan olunmuş Şahid1 bildirdi ki, istintaqa verdiyi ifadəsini artıq unutmuşdur. İfadəsinin altındakı imza ona məxsusdur. Elan olunmuş ifadəsinə etiraz etmir. Məhkəmə istintaqında Şahid4 ifadəsində göstərmişdir ki, X43da həkim işləyir. Hadisə günü gecə növbəsində idi. Çağırışa əsasən hadisə yerinə getmişdirlər. Ağ rəngli avtomobil idi, ətrafda çoxlu adam var idi, işıq yox idi. Onlar 1 yaralını götürüb avtomobildə təcili yardım edib diaqnostikaya çatdırmışdırlar. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar oraya çatanda 1 nəfərin “Jiqulu” markalı avtomobili ilə xəstxanaya apardıqlarını bildirmişdirlər. 2 nəfər yaralını isə onların X43 maşınları onlardan əvvəl aparmışlar. Onların apardığı yaralının alnından qan axırdı. Onlar oraya çatanda avtomobilin qapıları açıq idi. içərisində heç kim yox idi. Apardığı yaralı Mənsur olmuş, Nurlana isə xəstəxanada tibbi yardım göstərmişdir. Bununla yanaşı, Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Ağcabədi rayonu Qaravəlli kəndində anadan olmuşdur. Evlidir, 4 övladım var. 1980-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə və profilaktika işi ixtisasını bitirmişdir. Həmin vaxtdan da Brədə rayonunda həkim kimi fəaliyyət göstərir. 1990-cı ildən isə Bərdə rayon mərkəzi xəstəxanasının X14 Yardım Stansiyasının həkimi olaraq fəaliyyət göstərir. 1 və yaxud 2 sutkadan bir növbətçi həkim olur. Çağirişlar çıxan zaman o, feldşer (həkim köməkçisi) və sürücü birlikdə gedirlər. Gündəlik olaraq 4-5 briqada səhər və axşam növbəsi olaraq xidmətə çıxırlar. Çağırışa gedib gəlmələrini getdikləri xəstənin ünvanından və xəstənin vəziyyətindən asılı olur. Xəstənin vəziyyətindən asılı olaraq ona ev şəraitində ilkin yardım göstərirlər. Xəstənin vəziyyəti ağır olduqda isə Bərdə Müalicə və Diaqnostika Mərkəzinə, həm də Bərdə rayon mərkəzi xəstəxanasının acil şöbəsinə aparırlar. 04 noyabr 2022-ci il tarixdə axşam saat 21:00-da Şahid10 və X16 ilə birlikdə iş fəaliyyətinə başlamışlar. Müxtəlif çağırışlara getmişlər. 05 noyabr 2022-ci il tarixdə saat 01-02 radələrində Bərdə rayon mərkəzi xəstəxanasında olan zaman Bərdə şəhəri, H.Əliyev prospektində körpünün üzərində qəza baş verdiyini və çoxlu sayda yaralı olduğunu bildirmişlər və buna görə də o, Şahid10 və X16 ilə birlikdə çağırış ünvanına getmişdirlər. Onlardan qabaq Şahid7, mərhumə Zülfiyyə Nəcəfova və Şahid6 briqadası da hadisə baş verən yerə çatmışdır. Həmin yerə çatanda Opel markalı avtomobilin körpünün girəcəyində olan betonla toqquşmasını görmüşlər. Onlar ora çatanda hadisə yerində avtomobilin sol tərəfində yerdə, yəni sürücü hissədə yolun qırağında yaralı olduğunu görmüşlər. Həmin yaralanın adının Mənsur olduğunu bilmişlər. Həmin şəxsin üzündə, çənəsində yara olduğunu, qan axdığını görmüşlər. Orda onlara demişlər ki, “bu şəxs sürücüdür”. Bundan sonra həmin şəxsə ilkin tibbi yardım göstərib onu ambulans avtomobilinə əyləşdirmişlər. Sonra isə onu Bərdə Müalicə və Diaqnostika Mərkəzinə aparmışlar. Orda həmin şəxsin şəxsiyyətini müəyyən edən zaman Təqsirləndirilən şəxs olduğunu bilmişlər. Diaqnostikada olan zaman digər yaralıları hadisə yerindən mülki avtomobil ilə gətirmişlər. Hadisə yerində xəsarət alanlardan ən ağır olan bir nəfərini onlardan qabaq hadisə yerinə çatan briqada ambulans avtomobili ilə aparmışdır. Həmin şəxs də sonradan eşitmişlər ki, “Gəncəyə aparılmış və vəfat etmişdir”. Onlar xəstəxanada olan zaman yaralıları gətirən mülki şəxslər də danışırmışlar ki, “sürücü biz gətirdiyimiz Təqsirləndirilən şəxs olmuşdur”. Mənsur eşitdiyinə görə Lənbəran kəndindən olmuşdur. Bundan sonra onlar öz işlərinə davam etmişdirlər. Şahid4 həmçinin ifadəsində avtomobildə heç kim olmadığını, xəsarət alanlardan yalnız Mənsur orda qaldığını, oda avtomobilin solunda yerə uzanıqlı vəziyyətdə olduğunu, Mənsurun qanı yerə axdığını, həmçinin sürücü oturacağında da qan olduğunu, Təqsirləndirilən şəxs 165-168 boyunda, qarayanız, üzü tüklü cavan oğlan olduğunu bildirmişdir. Məhkəmə istintaqında Şahid3 İxtiyar oğlu ifadəsində göstərmişdir ki, hadisə günü öz epikaj yoldaşı Şahid2la H.Əliyev prospektində xidmətdə olub. Həmin vaxt gecə saat 2-3 radələrində radiostansiya vasitəsilə H.Əliyev prospektində körpünün üstündə yol-nəqliyyat hadisəsi olduğu bildirilmişdir. Onlar hadisə yerinə yaxın olduqlarından dərhal həmin yerə yaxınlaşmışlar. Hadisə yerinə çatan zaman görmüşlər ki, körpünün üzərində “Opel Astra markalı avtomobil körpünün üzərində olan beton maneə ilə toqquşmuşdur”. Vətəndaşların köməyi ilə bir nəfər yerə uzandırılmışdır, onun sürücü olduğunu bildirmişdirlər. Arxadakı sərnişinlərin xəsarətləri yüngül olduğundan avtomobildən düşürülmüşdür. 1 nəfər isə avtomobil ilə beton maneə arasında sıxılmış vəziyyətdə qalmışdır. Qapını açmağı yoxlamamışdırlar, çünki avtomobil körpüdə beton maneəyə sıxılmışdır. Onlar gələndə sürücü çıxarılmışdır, yerdə olmuşdur, sağ tərəfdəki sərnişin isə sol tərəfdən çıxarılmış və X43la xəstəxnaya göndərilmişdir. Onların üzləri yadına deyil . Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2 X43 maşını gəlmiş, 1-ci maşın 1 nəfər arxada əyləşən yüngül xəsarət alan şəxsi mülki avtomobillə xəstəxanaya aparmış, sonuncu sağ tərədə qabaqda əyləşən sərnişini aparmışdırlar. Sağ tərədə əyləşən şəxsi birbaşa xərəyə qoyub aparmışdırlar. Bununla yanaşı, Şahid3 İxtiyar oğlunun ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki,2009-cu ildən DİO-da, 2019-cu ildən isə Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir. Axşam növbəsi xidmətə saat 20:00-da başlayırlar, növbəti gün səhər saat 09:00-da xidmətdən çıxırlar. 04 noyabr 2023-cü il tarixdə saat 20:00-da PPXB-nin polis nəfəri, polis serjantı X26 ilə birlikdə patrul xidmətində olmuşdurlar. 05 noyabr 2023-cü il tarixdə saat 02 radələrində Fiat markalı xidməti avtomobil ilə Bərdə şəhəri, H.Əliyev prospektində dislokasiya üzrə xidmətdə idilər. Həmin vaxt radiostansiya vasitəsilə H.Əliyev prospektində körpünün üstündə yol-nəqliyyat hadisəsi olduğu bildirildi. Onlar məlumatı eşidən kimi yaxın olduqlarından həmin yerə yaxınlaşmışdırlar. Hadisə yerinə çatan zaman Opel Astra markalı avtomobilin körpünün beton bardürü ilə toqquşduğunu görmüşdürlər. Hadisə nəticəsində avtomobildə olan sürücü, həmçinin sərnişinlər xəsarət almışdırlar. O, həmin şəxsləri tanımır və hazırda üzdən xatırlamır. Bundan başqa hadisə yerinə yoldan keçən şəxslər yığışmışdı. Orda olan vətəndaşların köməkliyi ilə avtomobildən ilkin olaraq sürücü çıxarıldı və avtomobilin yanında asfaltın üstünə yerə uzandırıldı. Arxada əyləşən xəstələrdən birinin vəziyyəti yüngül olduğu üçün onu da çıxarmışdılar. Sonradan orda "Xan bağı" restoranda ofisant işləyən Mənsum adlı şəxs sol tərəfdə arxada əyləşmiş xəsarət alan şəxslərdən birin çıxardı. O da ekipaj üzü Aslanla birlikdə ona kömək etmiş və həmin xəsarət alan şəxsi götürüb yoldan keçən bir avtomobilin arxa oturacağına uzandırmışdır.. Mənsum da qabaqda əyləşib onu xəstəxanaya apardı. Həmin ərəfələrdə X43 avtomobili ora gəldi. Həkimlər qabaq sağ tərəfdə əyləşən şəxsi ordan olan vətəndaşların köməyi ilə sürücü əyləşən tərəfdən çəkib çıxardılar və ambulans avtomobilə yerləşdirib xəstəxanaya apardılar. Bundan sonra hadisə yerində olan tanımadığımız şəxslər də mülki avtomobillər ilə xəsarət alanlan şəxsləri götürüb xəstəxanaya apardılar. Hadisə yerində təkcə sürücü qalmışdı. X40 Yardım avtomobili də hadisə yerinə gəldilər. Ona ilkin yardım göstərib ambulans avtomobilinə əyləşdirib xəstəxanaya apardılar. Biz orda qalıb hadisə yerinin mühafizəsin təşkil etdik. Həmin yerə YPX əməkdaşları da gəlmişdilər. Sonra isə polis şöbəsindən istintaq əməliyyat qrupunun üzvləri hadisə yerinə gəldi. Müstəntiq hadisə yerini ölçdü və sənədləşdirdi. Sonra isə evakuator vasitəsilə həmin avtomobili duracağa apardılar. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, Qabaq sağ tərəfdən çıxarılmış şəxsi görmüşdür. Həmin şəxs başından qan axırdı, gecə təmxinən 19-20 yaşında olduğu yadındadır. Həmin şəxsin də üzü və çənəsində xəsarətlər var idi. Şahid qismində dindirilmiş Şahid9 ifadəsində hadisə vaxtı sürücü tərəfdən düşürdüyü şəxsi jiquli markalı avtomobil ilə xəstəxanaya apardığını bildirmişdir. Bu barədə nə deyə bilərsiniz? - Mənsum tam düzgün danışmayıb. Düzdür Mənsum sürücü hissədən ayləşən şəxsi çıxardı. Lakin çıxardıqdan sonra onu yerə, asfaltın üstünə uzatdilar. Mənsumun xəstəxanaya aparıdığı şəxsi isə arxa sol tərəfdən çıxardığı şəxsdir. Çünki ona Şükürlə kömək edib, xatırlayır. Məhkəmə istintaqında Şahid7 ifadəsində göstərmişdir ki, hadisə günü gecə saat 2-3 radələrində çağırış gəlmişdir. Onlar hadisə yerinə çatdıqda avtomobilin beton maneənin üzərinə çıxdığını görmüşdürlər. Onlar oraya gələndə kənar adamlar olmamışdır. Ən ağır vəfat edən şəxs olmuş, birinci onu götürüb aparmışdırlar. Ondan sonra da bir nəfəri götürüb aparıb acil şöbəsinə təhvil vermişdirlər. O biri X43 maşını gələnə kimi onlar getmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, yaralıları özləri çıxarmışdırlar. Onlar orada olanda polis əməkdaşları olmamışdır. Onlar yaralılardan birini qabaqdan birini arxadan götürmüşdürlər. Bununla yanaşı, Şahid7 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Bərdə şəhərində anadan olmuşdur, evlidir, 3 övladı vardır. 1982-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə işi ixtisasını bitirmişdir. Həmin vaxtdan da Bərdə rayonunda həkim kimi fəaliyyət göstəri. 1990-cı ildən isə Bərdə rayon mərkəzi xəstəxanasının X14 Yardım Stansiyasının həkimi olaraq fəaliyyət göstərir. 2 sutkadan bir növbətçi həkim olur. Çağırışlar çıxan zaman o,, feldşer (həkim köməkçisi) və sürücü birlikdə gedirlər. Gündəlik olaraq 4-5 briqada səhər və axşam növbəsi oalraq xidmətə çıxırlar. Çağırışa gedib gəlməkləri getdikləri xəstənin ünvanından və xəstənin vəziyyətindən asılı olur. Xəstənin vəziyyətindən asılı olaraq ona ev şəraitində ilkin yardım göstərirlər. Xəstənin vəziyyəti ağır olduqda isə Bərdə Müalicə və Diaqnostika Mərkəzinə, həm də Bərdə rayon mərkəzi xəstəxanasının acil şöbəsinə aparırlar. 04 noyabr 2022-ci il tarixdə axşam saat 21:00-da feldşer mərhumə Zülfiyyə Nəcəfova və sürücü Şahid6 ilə birlikdə iş fəaliyyətinə başlamışdır.. Müxtəlif çağırışlara getmişlər. 05 noyabr 2022-ci il tarixdə saat 01-02 radələrində Bərdə rayon mərkəzi xəstəxanasında xidməti otaqda olan zaman dispetçer Bərdə şəhəri, H.Əliyev prospektində körpünün üzərində qəza baş verdiyini və çoxlu sayda yaralı olduğunu bildirdidilər. Buna görə də mən, mərhumə Zülfiyyə Nəcəfova və sürücü Şahid6 ilə birlikdə ambulans avtomobili ilə çağırış ünvanına getmişdirlər. Həmin yerə çatanda Opel markalı avtomobilin körpünün girəcəyində olan betonla toqquşmasını görmüşdürlər. Xəsarət alan şəxslərin çoxu avtomobilin içərisində idilər. Vətəndaşlar onları çıxarmağa çalışırdı. Onlar avtomobilə yaxınlaşanda sürücünü avtomobildən çıxarmışdılar. Asfaltın üstündə idi. Onlar xəsarət alanlardan ən ağırının qabaq sağ oturacaqda əyləşmiş olduğunu görmüşdürlər. Çünki həmin şəxsin başı ön şüşəyə dəymişdi, huşu özündə deyildi, kəllə beyin travması almışdı. Arxa tərəfdə əyləşənlərdən də ağır olanı vardı. Sağ tərəfdən çıxarmaq mümkün olmadığı üçün biz həmin şəxsi sürücü hissədən çəkib çıxardıq. Bundan sonra onu xərəyə uzadaraq ambulans avtomobilinə yerləşdirdik. Ardınca isə Bərdə Müalicə və Diaqnostika Mərkəzinə apardıq. Orda xəstəni aidiyyəti üzrə Acil şöbəsinə təhvil vermişdirlər. Orda həmin şəxsin X9 olmasını müəyyən etmişdirlər. Mülki şəxslərdən də öz avtomobilində həmin xəsarət alan şəxsləri gətirmişdilər. Lakin onların kim olduğunu konkret olaraq bilmir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən yerə çatan zaman avtomobildə sürücüdən başqa digər şəxslər avtomobilin içərisində idi. Onlar sürücü tərəfdən qabaq sağ tərəfdə əyləşmiş şəxsi çıxarıb aparmışdırlar. Apardıqları şəxsin zahiri görkəmini tam xatırlamasa da, təxminən 20-22 yaşlarında uzunboy oğlan olduğu yadındadır. Məhkəmə istintaqında Şahid5 ifadəsində göstərmişdir ki, ona müstəntiq zəng edib xəstəxanaya çağırmışdır. O, sürücünün sərxoşluğunu müəyyən etmişdir. Sürücünü ona müstəntiq göstərmişdir. Sürücü ad soyadını özü demişdir, sürücü ayıq olmuşdur. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, sərxoşluğunu yoxladığı şəxs ona Bakıda yaşadığını və qonaq gəldiyini bildirmişdir. Bununla yanaşı, Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Ağdam rayonu Sırxavənd kəndində anadan olmuşdur. Hazırda Bərdə rayonu Cəyirli kəndində yaşayır. Evlidir. 3 övladı var. 1997-ci ildə Azərbaycan Tibb Universitetini müalicə işi ixitasası üzrə bitirmişdir. Həmin vaxtdan Bərdə rayon mərkəzi xəstəxanasının X14 Yardım Stansiyasının həkimi olaraq fəaliyyət göstərir. 2 sutkadan bir növbətçi həkim olur. Çağırışlara çıxan zaman o, feldşer və sürücü birlikdə gedirlər. Gündəlik olaraq 4-5 briqada səhər və axşam növbəsi oalraq xidmətə çıxırlar. Çağırışa gedib gəlmələri getdikləri xəstənin ünvanından və xəstənin vəziyyətindən, ona hansı tibbi yardım göstərməyindən asılı olur. Bəzən xəstənin vəziyyətindən asılı olaraq ona ev şəraitində ilkin yardım göstərirlər. Lakin xəstənin vəziyyəti ağır olduqda onu ambulans avtomobili ilə Bərdə Müalicə və Diaqnostika Mərkəzinə, həm də Bərdə rayon mərkəzi xəstəxanasının acil şöbəsinə aparırlar. Bundan o, həkim narkoloq kimi fəaliyyət göstərir. Azərbaycan Metrologiya İnstitunun 030506 nömrəli lisenziya ilə dövlət tərəfindən verilən Kanada istehsalı olan “Drivesafe” markalı alkotestr vasitəsilə hüquq-mühafizə orqanlarının çağırışı əsasında günün istənilən vaxtında vətəndaşların sərxoşluq vəziyyətini qiymətləndirilməsini həyata keçirir. 05 noyabr 2022-ci il tarixdə 03:20 radələrində müstəntiqin çağırışı əsasında Bərdə Müalicə və Diaqnostika Mərkəzinə gəlmişdir. Həmin birlidə Acil şöbəsində Bərdə şəhəri, H.Əliyev prospektində baş vermiş avtoqəza nəticəsində xəsarət almış şəxsləri gətirmişlər. Onlar orda sürücünün harda olduğunu soruşan zaman yardım otağında uzanmış Təqsirləndirilən şəxs göstərilmişdir. O, Mənsura yaxınlaşıb özünü təqdim etmişdir. Mənsur bildirmişdir ki, “avtomobili o idarə etmişdir”. Bundan sonra o, alkotestr vasitəsilə Mənsurun ağız vasitəsi ilə üfürərək sərxoşluq vəziyyətin yoxlamışdır. Həmin vaxt onun ayıq olması məlum olmuşdur. Bundan sonra o, müvafiq sənədləşmə işləri aparmışdır. Bundan sonra baş verənlərdən xəbəri olmamışdır. Şahid5 həmçinin ifadəsində Mənsurun özündən soruşmuşdur ki, avtomobili siz idarə etmisiniz? Mənsur da ona bildirmişdir ki, “o idarə edib”, bundan sonra şifahi olaraq ondan spirtli içki qəbul edibb-etmədiyini soruşduğunu, həmin vaxt Mənsur spirtli içki qəbul etmədiyini bildirdiyini, Mənsur sürücü olduğunu bildirdiyi üçün o, da kitabda onu sürücü kimi qeyd etdiyini, Mənsur yalan dediyini, “çünki onun sərxoşluğun yoxlayan zaman özündən soruşdum ki, sürücü siz olmusunuz? Onunda “bəli, mən olmuşam” dediyini, belə ki, həmin şəxs orta boylu, kök olmayan bədən quruluşunda olduğunu, həmin vaxt orda polis əməkdaşları, müstəntiq, tibb işçiləri olduğunu bildirmişdir. Məhkəmə istintaqında Şahid6 ifadəsində göstərmişdir ki, Bərdə rayon mərkəzi xəstəxanasının X14 Yardım Stansiyasında sürücü işləyir. Hadisə günü orada olmuşdur. Yaralıları Diaqnostikaya aparmışdırlar. Onlar 1 nəfər yaralını aparmışdırlar. Həmin yaralını xərəyə qoymağa kömək etmişdirlər. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin vaxt qəza törədən avtomobildə kimlərinsə olmağını xatırlamır. Əvvəlki ifadəsini təsdiq etdiyini bildirmişdir. Bununla yanaşı, Şahid6 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Bərdə rayonu, Otuzikilər kəndində anadan olmuşdur. Evlidir. 3 övladı var. 2003-cü ildən Bərdə rayon mərkəzi xəstəxanasının X14 Yardım Stansiyasında sürücü işləyir. 2 sutkadan bir növbətçi sürücü olur. **-JA-*** dövlət qeydiyyat nişanlı Mercedes spirinter ambulans avtomobilini idarə edir. Çağırışlar çıxan zaman həkim və onunla feldşer (həkim köməkçisi) olur. Çağırışa gedib gəlmələri getdikləri xəstənin ünvanından və xəstənin vəziyyətindən asılı olur. O, ünvana çatdıqdan sonra avtomobildə gözləyir. Xərək lazım olanda o, aparır. Xəstənin vəziyyətindən asılı olaraq ona ev şəraitində ilkin yardım göstərilir. Xəstənin vəziyyəti ağır olduqda isə Bərdə Müalicə və Diaqnostika Mərkəzinə, həm də Bərdə rayon mərkəzi xəstəxanasının acil şöbəsinə aparıb təhvil verirlər. 04 noyabr 2022-ci il tarixdə axşam saat 21:00-da feldşer mərhumə Zülfiyyə Nəcəfova və həkim Şahid7 ilə birlikdə iş fəaliyyətinə başlamışlar. Müxtəlif çağırışlara getmişdir. 05 noyabr 2022-ci il tarixdə saat 01-02 radələrində Bərdə rayon mərkəzi xəstəxanasında xidməti otaqda olan zaman dispetçer Bərdə şəhəri, H.Əliyev prospektində körpünün üzərində qəza baş verdiyini və çoxlu sayda yaralı olduğunu bildirmişlər. Buna görə də o, mərhumə Zülfiyyə Nəcəfova və həkim Şahid7 ilə birlikdə ambulans avtomobili ilə çağırış ünvanına getmişlər. Həmin yerə çatanda Opel markalı avtomobilin körpünün girəcəyində olan betonla toqquşmasını görmüşlər. O, tez xərəyi düşürtmüşdür. Ora çoxlu sayda kənardan adamlar yığışmışdır.Vətəndaşlar xəsarət alanları çıxarmağa çalışırmış. Onlar avtomobilə yaxınlaşanda sürücünü avtomobildən çıxarmışdırlar. Sonra həkim bildirmişdir ki, “qabaq sağ tərəfdə əyləşən şəxsin huşu özündə deyil, vəziyyəti ağırdı onu aparaq”. Buna görə də sağ tərəfdən çıxarmaq mümkün olmadığı üçün onlar həmin şəxsi insanların köməyi ilə sürücü hissədən çəkib çıxarmışlar və xərəyə yerləşdirmişdirlər. Xərəyi də amblans avtomobilinə yerləşdirdikdən sonra onu Bərdə Müalicə və Diaqnostika Mərkəzinə aparmışlar. Orda xəstəni aidiyyəti üzrə Acil şöbəsinə təhvil vermişdir. Orda həmin şəxsin adının Sətdar olduğunu bildirmişlər. Bildirmişdir ki, hadisə yerində olan şəxslər xəsarət alanların bəzilərini öz avtomobilləri ilə xəstəxanaya gətirmişdirlər. Lakin o, onların kim olduğunu konkret olaraq bilməmişdir. Şahid6 həmçinin ifadəsində sürücüdən başqa avtomobildə bir neçə nəfər olduğunu, apardıqları şəxsin 20 yaşlarında uzunboy oğlan olduğu yadında qaldığını bildirmişdir. Məhkəmə istintaqında Şahid9 ifadəsində göstərmişdir ki, noyabr ayı idi. Ailəvi istirahət mərkəzində ofisiant işləyirdi. Hadisə günü mağazaya getmişdi, körpünün üstü ilə gəlirdi, ancaq mağaza bağlı olduğu üçün qayıdırdı. Həmin vaxt avtomobilin toqquşduğunu görmüşdür. Bir nəfər isə zərbənin təsirindən arxadan qarşı tərəfə keçmişdi. Orada 2 polis nəfəri var idi. Hətta onun özü də yaralıya kömək də göstərmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, kömək etmək üçün sağ tərəfdən yaxınlaşmışdır. Yaralının birinin başı avtomobilin alın şüşəsindən çölə çıxmışdı, onu ordan çıxartmışdırlar. Onlar arxa tərəfdəkiləri çıxartmışdırlar. Birinci sürücünü çıxartmışdırlar. Birinci səs gələn tərəfə yaxınlaşıb, ona kömək etmişdir, 2-ci isə sürücünün yanındakı sərnişini çıxartmışdırlar. Cıxartdıqları şəxsləri adamları uzandırmışdırlar. Sürücünü polis nəfərləri ilə “Jiquli” markalı avtomobildə aparmışdırlar. Qəzada olan yaralıların üzləri yadında deyil. Hadisə yerinə ilk çatan o olmuşdur. Təcili yardım hadisədən 6-7 dəqiqə sonra gəlmişdir. Polis əməkdaşları yaralıları maşına qoymaq üçün kömək etmişdilər. Bununla yanaşı, Şahid9 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki,hazırda ailə üzvlərilə birlikdə Bərdə rayon Qarayusifli kəndində yaşayır. Subaydır. “Xan meşəsi” restoranında ofsiant işləyir. Təqsirləndirilən şəxs və X6 əvvəllər tanımamışam. 03 noyabr 2023-cü il tarixdə səhər saat 09 radələrində işə getmiş, gecəyə qədər işdə olmuş, həmin gün müştərilər çox olduğu üçün 05 noyabr 2022-ci il tarixdə gecə 02 radələrində işdən çıxmış, o, iş yoldaşının avtomobili ilə evə gedən zaman Tərtər çayı üzərində olan körpünü keçdikdən sonra arxada toqquşma səsi eşitmiş, o, avtomobildən düşüb hadisə olan yerə getmiş, ora çatanda görmüşdür ki, Opel Astra markalı avtomobil Sarayın kruqu tərəfdən gələn zaman körpünün başlanğıcında olan beton bardürlər toqquşmuşdur. Hadisə yerinə birinci o çatmış, avtomobilə yaxınlaşanda baxmışdır ki, sağ qabaq alın şüşəsindən başı çölə çıxmış bir cavan oğlan qışqırıb zarıldayır, onu görən və səsini eşidən kimi axra tərəfdən fırlanıb sağ qabaq tərəfə gəlmiş, qapını açmış, lakin qapı tam açılmamış, qapını yarımçıqda olsa açmış, bu vaxt kənardan tanımadığı şəxslər ora yaxınlaşmış, onlar köməkləşib başı alın şüşəyə dəymiş, zarıyan, ağır vəziyyətdə olan şəxsi çıxarmışlar, onu çıxarıb sağ tərəf yerə uzatmışlar, həmin şəxsin başından qan axırmış bundan sonra sağ oturacağın qabaq tərəfindən bir nəfər xəsarət alan şəxsi çıxarmış, sonra isə o, yola çıxmış və əl işarəsi ilə yoldan keçənlərdən kömək və su istəyirmiş, orda kimisə köməyə çağırmağı, yola çıxmağı və avtomobilin yanına qayıtmağı 5 dəqiqə çəkmiş, o, artıq qayıdanda çoxlu sayda insan toplaşmış, onların heç birini tanımamış, qayıdanda hələ X43 avtomobili gəlməmişdi. Bundan sonra sürücü tərəf qapının açıq olub olmadığını xatırlamır, amma baxmışdır ki, sükanın üst hissəsindən bir nəfər şəxsin başı sallanıb, o şəxsi çəkib çıxaranda baxmışdır ki, sifət nahiyəsi qanın içərisindədir, çənəsi laxlayır, ağzındanda qan gəlir, onun ağzın su ilə yumuş, həmin şəxsi də çıxardıb yerə uzatmış, sonra yoldan tanımadığı jiquli markalı avtomobili saxladıb həmin şəxsi avtomobilə qoyan zaman 2 nəfər polis əməkdaşı da ona kömək etmiş, həmin şəxsin sifətin tam xatırlamır, o şəxsi arxa oturacağa uzatmış, özü də qabaqda oturmuş, sürücü arıq, tanımadığı oğlanla onu Diaqnostika Mərkəzinə aparmışlar, ora çatan zaman onu həkimlərə təhvil verdikdən sonra onları içəri buraxmamışlar, ordan çıxıb evə getmiş, paltarlarını dəyişib zibil yeşiyinə atmış, zibil maşınıda götürüb aparmışdır, bundan sonra hadisənin nəticəsi barədə maraqlanmamış, kiminsə öldüyünü bilməmişdir. O gözləyirmiş ki, kimsə onlardan onu tapar, təşəkkür edər. Lakin heç kim gəlməmişdir. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərmişdir ki, hadisə vaxtı H.Əliyev prospekti ərazisində xidmətdə olmuşdur. Əvvəlcə öndəki və arxada olan vətəndaşı avtomaşından çıxartmışdırlarlar. Daha sonra təcili yardım maşını çatmışdır. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, yaralıları çıxartmamışdır, sadəcə hadisənin şahidi olmuşdur. O, 2 nəfəri görmüşdür, yəqin ki, o gələnə kimi 3 nəfəri aparmışdırlar. Qapının açılmasını görməmişdir, sadəcə yaralının arxada əyləşdiyini bilmişdir. Bir nəfər arxa oturacaqda olub, ancaq yaralının necə çıxarılmasına şahid olmamışdır. Sol tərəfdə gördüyü şəxsin vəziyyəti huşsuz vəziyyətdə uzanmışdı. 1 nəfəri də təcili yardım maşını aparmışdır. O, ümumiyyətlə 2 nəfəri görmüşdür, birini təcili yardım maşını aparmışdır. Tecili yardım onlardan sonra yaxınlaşıb. Bununla yanaşı, Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 2019-cu ildən DİO-da, elə həmin ildən də Bərdə RPŞ-nin PPXB-nin manqa komandiri vəzifəsində xidmət edir. Axşam növbəsi xidmətə saat 20:00-da başlayırlar, növbəti gün səhər saat 09:00-da xidmətdən çıxır. 04 noyabr 2023-cü il tarixdə saat 20:00-da PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 İxtiyar oğlu ilə birlikdə patrul xidmətində olmuşdur. 05 noyabr 2023-cü il tarixdə saat 02 radələrində Fiat markalı xidməti avtomobil ilə Bərdə şəhəri, H.Əliyev prospektində dislokasiya üzrə xidmətdə idik. Həmin vaxt radiostansiya vasitəsilə H.Əliyev prospektində körpünün üstündə yol-nəqliyyat hadisəsi olduğu bildirilmişdir. Onlar dərhal həmin yerə yaxınlaşmışlar. Hadisə yerinə çatan zaman görmüşlər ki, “orda Opel Astra markalı avtomobil körpünün beton bardürü ilə toqquşmuşdur”. Hadisə nəticəsində avtomobildə olan sürücü, həmçinin sərnişinlər xəsarət almışdırlar. O, həmin şəxsləri tanımır və hazırda üzdən xatırlamır. Bundan başqa hadisə yerinə yoldan keçən şəxslər yığışmışdır. Orda olan insanların köməkliyi ilə avtomobilin sağ tərəfi körpü tərəfdə olduğundan ilkin olaraq sürücü avtomobildən çıxarılmış və avtomobilin yanında asfaltın üstünə yerə uzandırılmışdır. Arxada əyləşən xəstələrdən birinin vəziyyəti yüngül olduğu üçün onu da çıxarmışdırlar. Sonradan əvvəldən tanıdıqları “Xan bağı” restoranın ofisant işləyən Mənsum adlı şəxs sol tərəfdə arxada əyləşmiş xəsarət alan şəxslərdən birin çıxarmışdır. O, da Şükür ilə ona kömək etmiş və həmin xəsarət alan şəxsi götürüb yoldan keçən bir avtomobilin arxa oturacağına uzandırmışdır. Mənsum da qabaqda əyləşib onu xəstəxanaya aparmışdır. Həmin ərəfələrdə X43 avtomobili ora gəlmişdir. Həkimlər qabaq sağ tərəfdə əyləşən şəxsi ordan olan vətəndaşların köməyi ilə sürücü tərəfdən çəkib çıxarmışlar və ambulans avtomobilə yerləşdirib xəstəxanaya aparmışlar. Bundan sonra orda olan digər tanımadıqları şəxslər də mülki avtomobillər ilə xəsarət alanlan şəxsləri götürüb xəstəxanaya aparmışlar. Hadisə yerində qalan təkcə sürücü olmuşdur. X40 Yardım avtomobilidə hadisə yerinə gəlmişlər və ona ilkin yardım göstərib ambulans avtomobilinə əyləşdirib xəstəxanaya aparmışlar. Onlar orda qalıb hadisə yerinin mühafizəsin təşkil etmişdir. Həmin yerə YPX əməkdaşları da gəlmişdirlər. Sonra isə polis şöbəsindən istintaq əməliyyat qrupunun üzvləri hadisə yerinə gəlmişdir. Müstəntiq hadisə yerini ölçmüş və sənədləşdirmişdir. Sonra isə evakuator vasitəsilə həmin avtomobili duracağa aparmışlar. Şahid2 həmçinin ifadəsində qabaq sağ tərəfdə oturmuş gördüyü həmin şəxsin uzun boylu, arıq bədən quruluşunda olduğunu, başından xəsarət aldığını və qan axdığını, 20-22 yaşlarda olduğunu, sürücü hissədən çıxarılan şəxs orta boylarda olduğunu, qaranlıq olduğu üçün üzünü tam xatırladığını, ancaq təxminən 25-30 yaşı olduğunu, həmin şəxsin də üzü və çənəsində xəsarətlər olduğunu, Mənsum tam düzgün danışmadığını, düzdür Mənsum sürücü hissədən əyləşən şəxsi çıxardığını, lakin çıxardıqdan sonra onu yerə, asfaltın üstünə uzatdıqlarını, Mənsumun xəstəxanaya aparıdığı şəxsi isə arxa sol tərəfdən çıxardığı şəxsdir olduğunu, çünki ona Şükürlə onun kömək etdiyini və xatırladığını bildirmişdir. Məhkəmə istintaqında ibtidai istintaqı aparan müstəntiq şahid X17 ifadəsində göstərmişdir ki, əməliyyat istintaq qrupunda olan zaman növbətçi hissədən məlumat daxil olmuşdur ki, körpüdə hadisə baş verib. Əməliyyat istintaq qrupu ilə birlikdə hadisə yerinə getmişdirlər. Onlar gələn zaman artıq xəsarət alan şəxslər yox imiş. O, sənədləşmə işlərini aparmışdır. Sonra xəstəxanaya getmişdirlər. Xəstəxanada ilk növbədə məlumatlanmışdırlar ki, daxil olan şəxslər kimdir. Dağıstan həkimi sərxoşluğun müayinə olunması üçün çağırmışlar. Dağıstan həkimi dəvət etmişdirlər. Dağıstan həkimin iştiakı ilə soruşmuşdur ki, sürücü kimdir, sürücünü sərxoşluqdan keçirmək lazımdır. İsmayılov Mənsur avtomobili özünün sürdüyünü demişdir. Hadisənin necə olduğunu soruşduqda “mən buraları yaxşı tanımıram, qarşıda maşın var idi görmədim qaranlıq idi vurdum” deyə bildirmişdir. Digər şəxsləri dindirə bilməmişdirlər, çünkü vəziyyətləri yaxşı deyildi. Heç Mənsurun vəziyyəti də yaxşı deyildi. Sadəcə üflədi. Həkim qeydiyyatını aparmışdır. Məhkəmə istintaqında şahid X18 ifadəsində göstərmişdir ki, müstəntiqin qərarı əsasında xx.xx.2022-ci il tarixdə meyidxanaya meyit gətirmişlər. Müstəntiqin iştirakı ilə meyidə xarici və daxili müayinəsi keçirilmişdir. Müayinə edərkən müəyyən olunmuşdur ki, kəllə sümükləri, bütün kəllə sümükləri, alın, təpə, hər iki gicgah, ənsə sümükləri qəlpəli şəkildə sınıb, üst skelet sümükləri qəlpəli şəkildə sınib, baş beyin toxuması əzilib dağılıb. X8 neyocərrah çalışmışdır ki, xəstə həyata qaytarılsı, lakin mümkün olmamışdır. Bütün kəllə sümükləri sındığından beyin kəllə toxuması əzilib dağıldığıdan ölmüşdür. Tərəflərindən daxili və xarici müayinə olunub obyektiv rǝy verilmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, mərhum Səttarın daxili beyin müayinəsi aparılıb, şəxsən iştirak etmişdir. O, ekspert Verdiyev Şahin və sanitar iştirak etmişdir. Daxili müayinəni şəxsən özü icra etmişdir. Sınıqlar o dərəcədə idi ki, kəsik atan kimi beyini çölə tökülürdü və sümüklər dağılırdı. Onlardan da əvvəl ixtisalaşmış Gəncə Xəstəxanasında neyrocərrǝah müayinə edib və diaqnoz qoyub ki, çoxsaylı kəllə sümüklərinin qəlpəli sınığıdır. İki dəfə də tomoqrafiyadan keçirilib. Həkimlər istəyib yenilik edib həyata qaytarılmasına nail olsunlar, lakin bu da mümkünsüz bir şeydi. Qarın boşluğu yarılmayıb, müayinə aprılmayıb.Yarılmağa ehtiyac olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilən X19 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi tanımır, münasibəti olmayıb. Hadisə ilə bağlı bildirmişdir ki, hadisənin üstündən xeyli müddət keçdiyinə görə tarix yadında qalmayıb. Mərhum şəxs 10 günə yaxın xəstəxanada müalicə alıb. Vəfat etdikdən sonra mərhumu tam şəkildə müayinə edib təhvil veriblər. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, mərhumun ölümünə səbəb kəllə qapaq sümüklərinin çoxsaylı sınıqları, baş beyin toxumasının geniş şəkildə zədələnməsi olmuşdur. Sınıqlar o dərəcədə idi ki, kəsik atan kimi beyini çölə tökülürdü və sümüklər dağılırdı. Buna görə də mişarlamağa ehtiyac olmamışdır. Müayinəni əsas İlqar həkim aparıb, o isə ümumi nəzarət edib. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan 18 noyabr 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi 18 noyabr 2022-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsi ilə başlanılmışdır. Cinayət işinin 1-ci cildinin 3-19-cu vərəqələrində olan cinayət işinin başlanmasına səbəb Təqsirləndirilən şəxs 05 noyabr 2022-ci il tarixdə saat 02 radələrində sürücülük hüququ olmaqla etibarnamə ilə idarə etdiyi Opel Astra markalı, ** CT *** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri, Heydər Əliyev prospektində hərəkətdə olan zaman idarəetməni itirərək hərəkətdə olduğu istiqamətdə avtomobili yoldan çıxardıb yolun sağında olan beton bardürə vuraraq yol nəqliyyat hadisəsi törətməsi, nəticədə avtomobildə sərnişin qismində əyləşmiş X4 18 noyabr 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində aldığı bədən xəsarətlərindən X5 ölməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 1-ci cildinin 5-8-ci vərəqələrində olan 05 noyabr 2022-ci il tarixli yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bərdə şəhəri, H.Əliyev prospektində, Tərtər çayı üzərində olan körpünün başlanğıc hissəsi hesab olunmaqla yaşayış sahəsidir. Yolun Yevlax rayonu istiqamətində sağ tərəfində H.Əliyev parkı, sol tərəfində isə qeyri-yaşayış tikintiləri və boş ərazi vardır. Yol asfaltbeton örtükdən ibarət olmaqla düz və qurudur. Hadisə baş verən yerdə yolun hərəkət hissəsinin ümumi eni 12 metrdir, sağ və sol hərəkət zolaqlarının hər birinin eni 6 metrdir. Yevlax rayonu istiqamətində yolun sağ və sol hissələrində səki vardır. Həmin səkiləri yolun hərəkət hissəsi ilə beton bardür ayırır. Yolun sağ hissəsində səki 0,8 metr, solda isə 0,8 metrdir. Hadisə yerindən heç bir əşya və ya predmet götürülməmişdir. Cinayət işinin 1-ci cildinin 50-52-ci vərəqələrində olan 07 yanvar 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bərdə şəhəri, Bakı küçəsində yerləşən Bərdə RPŞ-nin DYPB-nin cərimə meydançasında Təqsirləndirilən şəxs məxsus Opel Astra markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin qabaq sol(sürücü) oturacağının üzlüyündə, idarəetmə rolunda olan hava yastığının açılmış hissəsində, qabaq sağ sərnişin oturacağının üzlüyündə, qabaq sağ oturacağın qarşısında açılmış vəziyyətdə olan təhlükəsizlik yastıqlarında qan ləkələri aşkar edilmiş və müvafiq qaydada nömrələnərək (1,2,3,4) qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 213-219-cu vərəqələrində olan 01 avqust 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bərdə MRX PHŞ-nin arxiv şöbəsində xx.xx.2022-xx.xx.2022-ci il tarixlərini əhata edən T.T.TY. stansiyasının çağırış kitabında 16048-ci sırada X4 avtoqəza nəticəsində xx.xx.2022-ci il tarixdə saat 02:25-də Diaqnostikaya aparılması barədə qeydləri və qarşılarında aparan tibbi heyətin adı yazılmışdır. 16049-cu sırada Təqsirləndirilən şəxs avtoqəza nəticəsində xəsarətlər alaraq xx.xx.2022-ci il tarixdə saat 03:00 da Diaqnostikaya aparılması barədə qeydlər və qarşılarında aparan tibbi heyətin adı yazılmışdır. Cinayət işinin 1-ci cildinin 16-17-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli meyitə baxış keçirilməsi haqqında ptorokoldan görünür ki, təşrif masası üzərində ağ rəngli parçaya bükülmüş vəziyyətdə olan meyit vardır. Həmin parça açıldı, meyitin çənə və baş barmaqları bintlə bağlanmışdır. Meyit kişi cinslidir, düzgün bədən quruluşundadır, boyunun uzunluğu 181,5 sm-dir. Meyitin ümumi dəri örtüyü və görünən selikli qişaları ölgün avazımış rəngdədir. Əllə yoxladıqda meyit soyumuşdur. Meyitin bədəninin arxa səthində göyümtül-bənövşəyi rəngdə yayılmış halda meyit ləkələri vardır. Ləkələrə barmaqla təzyiq etdikdə itir və 45-50 saniyədən sonra öz əvvəlki rəngini alır. Əzələ qacıması yoxlanılan bütün əzələ qruplarında yaxşı inkişaf etmişdir. Başın tükləri qara rəngdədir, düzdürlər uzunluqları 2,0-2,1 sm-dir. Meyitin gözləri yarımaçıq vəziyyətdədir. Göz qapaqlarının birləşdirici qişası solğun çəhrayı rəngdədir, göz qapaqlarının konyuktivasında qansızmalar vardır. Göz almaları salamatdır. Hər iki göz almasına qansızma vardır. Göz bəbəkləri dairəvi formadadır, bərabər ölçülərdə olub hər biri 0,5 sm diametrindədir. Qulaq seyvanları normal quruluşludur, qanla bulaşmışdır. Hər iki qulaq keçəcəyində qan izləri vardır. Ağzı yarımaçıq vəziyyətdədir. Dili ağız boşluğunda, dişlərin arxasında sərbəst yerləşmişdir. Görünən dişləri tam və təbiidir. Boynu gövdəyə müvafiqdir, qacımaya görə az hərəkətlidir. Döş qəfəsi silindirik formada olub simmetrikdir. Döş qəfəsi sümüklərini əllədikdə tamdır. Qarını döş qəfəsinə nisbətən aşağı səviyyədədir. Onurğa sütununda patoloji əyilmələr yoxdur, əllədikdə fəqərə sümüklərində sınıq hiss olunmadı. Xarici cinsiyyət üzvləri kişi tiplidir, normal quruluşludur, ifrazat yoxdur. Arxa keçəcək dəliyi yumulu vəziyyətdədir, ətrafı təmizdir, xəsarət yoxdur. Hər iki yuxarı və aşağı ətraflar normal quruluşludur. Ətraf sümüklərini əllədikdə tamdır. Sağ said və dirsək nahiyələrində inyeksiya yerləri vardır. Meyitin xarici müayinəsində aşağıdakı xəsarətlər tapılmışdır: Başın ənsə nahiyəsində 6,0 x 5,4 sm, alın nahiyəsinin sol yarısı ilə sol gicgah nahiyəsini əhatə edən sahədə 12,0 x 5,4 sm, 309 sağ gicgah nahiyəsində 4,0 x 3,5 sm, təpə nahiyəsində 5,0 x 4,0 sm ölçülərdə, qeyri- müəyyən formalarda, qırmızımtıl-göy rəngdə qançırlar vardır. Qançır sahələri şişkindir. Əllə yoxladıqda çənə sümüyünün cisminin sol hissəsində və sağ şaxəsində burun və xəlbir sümüklərində, sol əng sümüyündə sümük xırtıltısı sınıq aşkar olundu. Boyun nahiyəsinin sağ arxa səthində 2.0 x 0,6 sm, xaya nahiyəsində 3,0 x 0,3 sm ölçülərdə, zolaq formalarda, ətraf dəri səviyyəsindən aşağı qırmızımtıl rəngli sıyrıqlar vardır. Sıyrıqların üzərində qurumuş qan elementləri vardır. Meyitin xarici müayinəsində yuxarıda qeyd olunan xəsarətlərdən başqa digər xəsarət aşkar edilmədi. Cinayət işinin 1-ci 38-43-cü vərəqələrində olan məhkəmə-tibbi ekspertizasının 18 noyabr 2022-ci il tarixli 39 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X2 meyitinin bədənində aşağıdakı xəsarətlər - baş alın, təpə, ənsə və hər iki gicgah nahiyələrinin qançırları, kəllə qapağı və əsası sümüklərinin (alın, hər iki gicgah, təpə, ənsə və kəllə əsası sümüklərinin) sınıqları, üz, baş, beyin toxumasının əzilib-dağılması, üz skelti sümüklərinin (sol almacıq, burun, sol əng, çənə) sınıqları, boyun və xaya nahiyələrinin sıyrıqları vardır. -Həmin xəsarətlər küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə canlı şəxslərdə ölümlə nəticələnən sağlamlığa ağır zərər vurmaya aiddirlər. - X2 ölümünə səbəb başın bərk küt travma nəticəsində kəllə qapağı və kəllə əsası sümüklərinin sınıqları ilə baş-beyinin toxumasının əzilib-dağılması olmuşdur. -X2 ölümü meyit əlamlətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 2-4 saat olar baş vermişdir. Cinayət işinin 1-ci 63-64-cü vərəqələrində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 28 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət - sağ dirsək sümüyünün 1/3-nin yerdəyişmiş sınığı küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sərnişin kimi olmaqla törənə bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aiddir. Cinayət işinin 1-ci cildinin 65-66-cı vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 183-185-ci vərəqələrində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 461 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sağ mil sümüyünün aşağı 1/3-nin yerini dəyişmiş sınığı, alının cırılmış-didilmiş yarası küt əşyanın təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi zamanı törənə bilərlər, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aiddir. Cinayət işinin 1-ci cildinin 186-187-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 241-242-ci vərəqələrində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 572 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs4 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – qapalı kəllə beyin travması-baş beyininin hər iki payının ağır dərəcəli əzilməsi və subdural qanaması küt əşyanın təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi zamanı törənə bilərlər, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üşüm təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinin 1-ci cildinin 245-246-cı vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 78-80-ci vərəqələrində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 18 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - alt çənə sümüyünün sol şaxəsinin yerdəyişmiş açıq sınığı, üst çənə mərkəzi nahiyənin alveol sınıqları, sol çənəaltı nahiyənin cırılmış yarası küt əşyanın təsirindən törənmişlər, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aiddirlər. Cinayət işinin 1-ci 91-101-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspetiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin xx.xx.2023-cü il tarixli 14/2023-MTBŞ nömrəli rəyindən görünür ki, məhkəmə bioloji ekspertizaya təqdim olunmuş «Opel Astra» markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş qabaq sol oturacağının söykənəcək yumşaq toxuma hissəsi, həmin sahədən götürülmüş daha bir eyni tipli fraqment hissəsi və qabaq sol hissənin açılmış təhlükəsizlik yastığı, həmin avtomobilin qabaq sağ oturacağından götürülmüş iki ədəd eyni tipli yumşaq toxuma fraqmenti hissələrindən biri və qabaq sağ hissənin açılmış təhlükəsizlik yastığının üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrində qanın qrup mənsubiyyəti AB0 sistemi üzrə təyin olunan zaman avtomobilin qabaq sol oturacağının söykənəcək yumşaq toxuma hissəsi, həmin sahədən götürülmüş daha bir eyni tipli fraqment hissəsi, qabaq sol hissənin açılmış təhlükəsizlik yastığı üzərində olan ləkələrdə «A» və «H» antigenləri alındı. AB0 sistemi üzrə ləkələrdə iki qrup antigeni alındığı üçün qan qrupu barəsində birmənalı fikir söyləmək olmaz. Beləki, ABO sistemi üzrə qrup antigenlərinin dominant və ya resessiv təbiətinə, genotiplərinin homo və ya heteroziqot halda yerləşmələrinə görə şəxslərin qan qruplarının formalaşmasında bir və ya iki antigen iştirak edə bilər. Göstərilən halda qan ləkələrində qan qrupunun təyini zamanı «A» və «H» antigenləri alındığından və təbiətinə görə «A» antigeni «H» antigeni ilə müqayisədə dominant olduğundan onun əsas antigen kimi A(İİ) qan qrupunu formalaşdırmasını, «H» antigeninin isə heteroziqot halda(A/H) müşayiətçi antigen kimi A(H)(İİ) qan qrupunun yaranmasında iştirak etməsini söyləmək olar.Bu halda həmin qan ləkələrinin ABO sistemi üzrə göstərilən qan qruplu Təqsirləndirilən şəxs və ya eyni qan qruplu digər şəxsə məxsus olması inkar olunmur, avtomobilin qabaq sağ oturacağından götürülmüş iki ədəd eyni tipli fraqment hissələrindən yuxarıda göstərilən fraqmentin göy və bozumtul hissələrini birləşdirən tikiş xətti üzərində olan sıçrantı xarakterli iki kiçik lǝkǝdə, onun bir yan kənarında olan ləkədə və qabaq sağ hissəsinin açılmış təhlükəsizlik yastığı üzərində olan ləkələrdə qan qrupunun təyini zamanı yalnız «H» antigenit alındı. Yuxarıda göstərildiyi kimi resessiv «H» antigeni tək(homoziqot) halda ABO sistemi üzrə, 0(H)(İ) qruplu qanı formalaşdırıb xarakterizə etdiyindən bu qan ləkələrinin həmin qan qruplu X7 məxsus olmasını inkar etmək olmaz. Cinayət işinin 1-ci 109-115-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspetiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin xx.xx.2023-cü il tarixli T 274/2023 nömrəli rəyindən görünür ki, mərhum S.Zərərçəkmiş şəxs1 meyitinin müayinəsi zamanı alın, təpə, ənsə və hər iki gicgah nahiyəsində qançırlar, kəllə qapağı, üz skeleti və kəllə əsasə sümüklərinin çoxqəlpəli sınıqları, baş beyinin toxumasının əzilib-dağılmasıboyun və xaya nahiyəsinin sıyrıqları, vətəndaş Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı alt çənə sümüyünün sol şaxəsinin yerdəyişmiş sınığı, üst çənənin mərkəzi hissəsinin alveol sınıqları, sol çənəaltının cırılmış yarası, qəzaya uğramış avtomobilin isə əsasən qabaq hissəsinin kəskin deformasiyası, alın şüşəsinin sol yarısının qırılıb dağılması müəyyən edildi, qeyd edilən şəxslərdə xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr, avtomobildə olan zədələr hadisə vaxtı Təqsirləndirilən şəxs sükan arxasında, mərhum S.Zərərçəkmiş şəxs1 isə sərnişin kimi qabaq sağ oturacaqda olmasına uyğun gəlir, belə ki, qəzanı sürücü daha tez hiss etdiyindən özünü sükana təsbit edərək az hərəkətli olur və bu səbəbdən xəsarətlər daha az, yüngül, sərnişin isə daha hərəkətli olduğundan xəsarətlər kobud və çoxsaylı olur. Cinayət işinin 1-ci 127-130-cu vərəqələrində olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasından daxil olmuş 21 iyun 2022-ci il tarixli 8/1825 nömrəli rəydə göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Opel Astra markalı, ** CT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 51-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 1-ci 171-173-cü vərəqələrində olan Yevlax RQİ və TBŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-16-11/2-3847/2023 tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə Yevlax RQİ və TBŞ-si tərəfindən AE 210732 saylı, “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir (etibarlılıq müddəti xx.xx.2024-cü il tarixədək). X7 xx.xx.2022-ci il tarixdə Yevlax RQİ və TBŞ-si tərəfindən BD 210262 saylı, “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir(etibarlılıq müddəti – xx.xx.2032-ci ilədək). Həmçinin bildirilmişdir ki, Təqsirləndirilən şəxs və X1 hüququnun məhdudlaşdırılması barədə şöbəyə qərar daxil olmamışdır. Cinayət işinin 1-ci 158-ci vərəqəsində olan AE 210732 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədək sürücülük hüququ vardır BA172193 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Opel Astra markalı 77CT723 dövlət qeydiyyat nişanlı avtomobil X10 məxsusdur. Təqsirləndirilən şəxs etibarnamə verilmişdir. Cinayət işinin 1-ci 13-cü vərəqəsində olan Bərdə rayon Mərkəzi Xəstəxanasından daxil olmuş xx.xx.2022-ci il tarixli 1368 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur. Cinayət işinin 1-ci 21-22-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X2 atası Zərərçəkmiş şəxs1 hüquqi varis qismində cinayət prosesinə buraxılması qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 134-135-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 27 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 1-ci cildinin 159-160-ci vərəqələrində olan 27 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 274-275-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 16 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihama əlavə və dəyişikliklər edilərək ona CM-nin 263.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 171-ci vərəqəsində olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 1-ci cildinin 258-ci vərəqəsində olan Bərdə rayon İHB-nin Lənbəran kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatdadır və qeydiyyatda olduğu yerdən müsbət xarakterizə olunur Cinayət işinin 1-ci cildinin 259-272-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə tərəfindən elan olunmuş ittihama əlavə və dəyişikliklər edilərək ona CM-nin 263.2-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs məxsus Opel Astra markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı götürülərək 4 ədəd qara rəngli polietilen bükümlərdə qablaşdırılmış üzərlərində qan ləkələri olan avtomobilin qabaq sol(sürücü) oturacağının üzlüyü, idarəetmə rolunda olan hava yastığının açılmış hissəsi, qabaq sağ sərnişin oturacağının üzlüyü, qabaq sağ oturacağın qarşısında açılmış vəziyyətdə olan təhlükəsizlik yastıqlarının hissələri iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Bərdə RPŞ-nin saxlancına təhvil verilmişdir. Cinayət işi üzrə toplanmış sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından iş üzrə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxslərin və şahid ifadələri, məhkəmə-tibbi ekspertizaların, məhkəmə-bioloji ekspertizasının, kompleks məhkəmə-tibbi və nəqliyyat trasoloji ekspertizasının rəyi və digər sənədlər sübut kimi qiymətləndirilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspetiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin xx.xx.2024-cü il tarixli 276/2024-MTBŞ nömrəli rəyindən görünür ki:

1. Zərərçəkmiş şəxs3 ABO sistemi üzrə qan qrupu: A(H)(11). Onun qanında müşayiətçi «H» antigeni vardır.

2. Məhkəmə bioloji ekspertizaya təqdim olunmuş «Opel Astra» markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş qabaq sol oturacağının söykənəcək yumşaq toxuma hissəsi, həmin sahədən götürülmüş daha bir eyni tipli fraqment hissəsi və qabaq sol hissənin açılmış təhlükəsizlik yastığı, həmin avtomobilin qabaq sağ oturacağından götürülmüş iki ədəd eyni tipli yumşaq toxuma fraqmenti hissələrindən biri və qabaq sağ hissənin açılmış təhlükəsizlik yastığının üzərində olan ləkələrdə əlavə tədqiqat zamanı insan qan qanı aşkar olundu. Bu ləkələrində qanın qrup mənsubiyyəti AB0 sistemi üzrə təyin olunan zaman avtomobilin qabaq sol oturacağının söykənəcək yumşaq toxuma hissəsi, həmin sahədən götürülmüş daha bir eyni tipli fraqment hissəsi, qabaq sol hissənin açılmış təhlükəsizlik yastığı üzərində olan ləkələrdə iki qrup «A» və «H» antigenləri alındı. ABO sistemi üzrə ləkələrdə antigeni alındığı üçün qan qrupu barəsində birmənalı fikir söyləmək olmaz. Beləki, ABO sistemi üzrə qrup antigenlərinin dominant və ya resessiv təbiətinə, genotiplərinin homo və ya heteroziqot halda yerləşmələrinə görə şəxslərin qan qruplarının formalaşmasında bir və ya iki antigen iştirak edə bilər. Göstərilən halda qan ləkələrində qan qrupunun təyini zamanı «A» və «H» antigenləri alındığından və təbiətinə görə «A» antigeni <«<H>> antigeni ilə müqayisədə dominant olduğundan onun əsas antigen kimi A(ll) qan qrupunu formalaşdırmasını, «H» antigeninin isə heteroziqot halda(A/H) müşayiətçi antigen kimi A(H)(11) qan qrupunun yaranmasında iştirak etməsini söyləmək olar. Bu halda həmin qan ləkələrinin ABO sistemi üzrə göstərilən qan qruplu şəxsə, o cümlədən N.T. Rəcəbliyə və ya eyni qan qruplu digər şəxsə məxsus olması inkar olunmur. Lakin təsvir olunmuş bu qan ləkələrinin forma, ölçü, xarakter, yaranma mexanizmi və hadisənin dinamik gedişatı nəzərə alınmaqla ləkələrdə bir neçə şəxsin qarışmış qanlarının olması güman olunursa ləkələrdə yuxarıda göstərilən qan qruplu şəxsdən (şəxslərdən) əlavə həmçinin homoziqot formada( A/A) A (11) qruplu, homoziqot formada (H/H) 0(H)(1) qruplu şəxslərin də qarışmış qanlarının olması mümkün ola bilər. Bu halda isə həmin qan ləkələrində Zərərçəkmiş şəxs3 qanı qan qarışığı halında mümkündür. Avtomobilin qabaq sağ oturacağından götürülmüş iki ədəd eyni tipli fraqment hissələrindən yuxarıda göstərilən fraqmentin göy və bozumtul hissələrini birləşdirən tikiş xətti üzərində olan sıçrantı xarakterli iki kiçik ləkədə, onun bir yan kənarında olan ləkədə və qabaq sağ hissəsinin açılmış təhlükəsizlik yastığı üzərində olan ləkələrdə qan qrupunun təyini zamanı yalnız «H» antigenit alındı. Yuxarıda göstərildiyi kimi resessiv «H» antigeni tək(homoziqot) halda ABO sistemi üzrə 0(H)(1) qruplu qanı formalaşdırıb xarakterizə etdiyindən bu qan ləkələrinin həmin qan qruplu şəxsə şəxslərə) məxsus olmasını söyləmək olar və bu halda həmin qan ləkələrində Zərərçəkmiş şəxs3 qanı inkar olunur. 3.Avtomobilin qabaq sağ oturacağının yumşaq materialından götürülmün bir fraqmentdə olan daha bir ləkədə və həmin avtomobilin qabaq sağ oturacağının yumşaq materialından götürülmüş digər bir fraqment üzərində olan 4 ədəd ləkədə tədqiqat zamanı qan aşkar olunmadı. 4.Qərarın təsviri hissəsində adları çəkilən X11 və Zərərçəkmiş şəxs4 qan nümunələri qərarın daxil olduğu vaxtdan bir ay müddənində, həmçinin şifahi sorğu edilməsinə baxmayaraq təqdim olunmadığı üçün «Opel Astra» markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş maddi sübutlar üzərində olan qan ləkələri ilə onların qan nümunələri arasında müqayisəli tədqiqat aparmaq mümkün olmadı. Cinayət işinin materiallarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 1(021)- 13/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/394 saylı Ekpert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 50-54-cü vərəqlərində olan xx.xx.2023-cü il tarixli Baxış keçirilməsi haqqında protokolun 1-ci vərəqinin aşağı sol hissəsindəki imzadan, 2-ci vərəqinin aşağı sol hissəsindəki imzadan, 3-cü vərəqinin aşağısında olan "İştirak etdilər:" qrafasında "Təqsirləndirilən şəxs" yazısının qarşısındakı imzadan Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Cinayət işinin materiallarina əlavə edilmiş Məhkəmə Elektron İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və xx.xx.2022-ci il təvəllüdlü övladı var.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 263.1-1-ci maddəsinə əsasən yni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 2-ci qeydinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs3 bacısının həyat yoldaşı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 xalası qızının həyat yoldaşı, Zərərçəkmiş şəxs2 isə dostudur. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslər arasında olan qohumluq və dostluq münasibətləri və eyni zamanda zərərçəkmiş şəxslərin ifadələrinin işin digər halları ilə ziddiyyət təşkil etdiyindən onların ifadəsi dəlil kimi qəbul edilə bilməz. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspetiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin xx.xx.2023-cü il tarixli T 274/2023 nömrəli rəyindən görünür ki, X4 meyiti üzərində, Təqsirləndirilən şəxs isə bədəni üzərində olan xəsarətlər mərhumun sükan arxasında, təqsirləndirilən şəxsin isə sərnişin kimi qabaq sağ oturacaqda olmasına uyğun gəlir. Təqsirləndiirlən şəxsin müdafiəçisi məhkəmə çıxışı zamanı avtomobil sürücüsünün təhlükəsizlik kəmərindən istifadə edib-etməməsinin istintaq zamanı müəyyən edilmədiyini əsas götürərək sürücünün təhlükəsizlik kəmərindən istifadə edib-etməməsindən asılı olaraq alınan xəsarətlərə görə sürücünün və sərnişinin kim olmasının ekspert rəyi ilə müəyyən edilməsinin mümkün olmadığını bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında protokola əlavə edilmiş foto şəkildən görünür ki, sürücü tərəfdə yerləşən təhlükəsizlik kəmərinin bağlanma görüntüsü vardır. Belə ki, sürücü hadisədən öncə təhlükəsizlik kəmərindən istifadə etməsini asanlaşdırmaq üçün sürücü avtomobildə olmadan belə təhlükəsizlik kəmərini bağlayır. Sürücü avtomobilə əyləşdikdə isə əvvəlcədən sərnişinin sinə nahiyəsini bağlayan hissəsini qarşısına keçirməklə təhlükəsizlik kəmərindən istifadə etmə görüntüsü yaradır. Bu zaman qarın nahiyəsini bağlayan hissəsi isə qarını bağlamır. Bu cür bağlanma yol nəqliyyat hadisəsi zamanı heç bir dartınmaya müqavimət göstərmir. Bu faktı eyni zamanda hadisədən sonra təhlükəsizlik kəmərinin həmin vəziyyətdə qalması da sübut edir. Çünki əgər sürücü təhlükəsizlik kəmərindən düzgün qaydalara uyğun istifadə etmiş olsaydı, hadisədən sonra sürücü avtomaşından çıxarılan zaman mütləq həmin kəmər açılmalı idi. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, 07 yanvar 2023-cü il tarixli avtomobilə baxış keçirilməsi haqqında protokolda Təqsirləndirilən şəxs adının qarşısında olan imzalar sonuncuya məxsus deyil. Eyni zamanda həmin protokolda adları hal şahidi kimi göstərilən X22 və X27 adlı şəxslər mövcud deyildir. Eyni zamanda müəyyən edilmişdir ki, baxış keçirilməsi zamanı video çəkilişdən isifadə edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 236.4-cü maddəsində göstərilmişdir ki, müstəntiq vətəndaşların hüquqlarını pozmamaq şərti ilə görünən obyektlərin baxışını aparır. Zəruri hallarda müstəntiq baxışın aparıldığı yeri və ayrı-ayrı əşyaları ölçür, yerin və ayrı-ayrı əşyaların plan, sxem və cizgilərini tərtib edir, imkan olduqda isə onların foto, video və kino çəkilişlərini aparır. Hadisə yerinin baxışı zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Həmçinin həmin Məcəllənin 236.6-cı maddəsində göstərilmişdir ki, baxış zamanı müstəntiq müstəqil və ya mütəxəssisin köməyi ilə izləri, əşyaları, sənədləri, habelə gələcəkdə iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək digər əşyaları götürür. Bundan başqa həmin Məcəllənin 236.7-ci maddəsində göstərilmişdir ki, protokol ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan istintaq hərəkətinin bütün iştirakçıları və müstəntiq tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər vərəqi istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Göründüyü ki, cinayət işinin ibtidai istintaqı aparan müstəntiq hadisənin baş verdiyi avtomobilə baxış keçirilməsi zamanı maddi sübutları götürən zaman CPM-nin tələblərini pozmuşdur, yəni istintaq hərəkətinin keçirilməsi zamanı təqsirləndirilən şəxsin həmin protokola imza etməsini və hal şahidlərinin iştirakını təmin etməmişdir. Həmin istintaq hərəkəti zamanı avtomobildən qan nümunələri götürülmüş və həmin qan nümanələri əsasında məhkəmə-bioloji ekspertizaları təyin edilərək xx.xx.2023-cü il tarixli 14/2023- MTBŞ nömrəli və xx.xx.2024-cü il tarixli 276/2024-MTBŞ nömrəli rəylər əldə edilmişdir. Məhkəmə hesab edir ki, üzərində müvafiq ekspertizalar aparılan avtomobildən götürülən maddi sübutlar və üzərilərində olan qan nümunələri qanunvericiliyin tələbinə uyğun olaraq götürülmədiyindən, həmin nümanələrlə bağlı keçirilən ekspertiza rəylərinin nəticələri də sübut kimi qəbul oluna bilməz və xx.xx.2023-cü il tarixli 14/2023-MTBŞ nömrəli və xx.xx.2024-cü il tarixli 276/2024-MTBŞ nömrəli rəylər sübutların siyahısından çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məhkəmə iclas zalında ərizə ilə müraciət edərək təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmamasını bildirmələri nəzərə alınmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulan yüngülləşdirici hala təqsirləndirilən şəxsin məhkumluğunun olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailəli olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərlə barışmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 iyun 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, 16 avqust 2023-cü il tarixli qərarla ona elan olunmuş ittihama əlavə və dəyişikliklər edilərək ona CM-nin 263.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Bərdə Rayon Məhkəməsinin 1(021)-186/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri məhkəmə istintaqı dövründə dəyişdirilmədən saxlanılmışdır. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın məntəqə tipli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs daimi yaşayış yerinin olmasını, zərərçəkmiş şəxlərıə barışıq əldə etməsini, cəzanı çəkməkdən yayınmaq ehtimalının olmamasını nəzərə alaraq hesab edir ki, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensiasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, hazırkı cinayət işi üzrə məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Avropa İnsan Hüquqları Məhkəməsinin “X31rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus Opel Astra markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı götürülərək 4 ədəd qara rəngli polietilen bükümlərdə qablaşdırılmış üzərlərində qan ləkələri olan avtomobilin qabaq sol(sürücü) oturacağının üzlüyü, idarəetmə rolunda olan hava yastığının açılmış hissəsi, qabaq sağ sərnişin oturacağının üzlüyü, qabaq sağ oturacağın qarşısında açılmış vəziyyətdə olan təhlükəsizlik yastıqları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 195 (yüz doxsan beş) manat ekspertiza xərci vardır. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus Opel Astra markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı götürülərək 4 ədəd qara rəngli polietilen bükümlərdə qablaşdırılmış üzərlərində qan ləkələri olan avtomobilin qabaq sol(sürücü) oturacağının üzlüyü, idarəetmə rolunda olan hava yastığının açılmış hissəsi, qabaq sağ sərnişin oturacağının üzlüyü, qabaq sağ oturacağın qarşısında açılmış vəziyyətdə olan təhlükəsizlik yastıqları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs ümumlikdə 195 (yüz doxsan beş) manat ekspertiza tədqiqatının dəyəri alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar