Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-40/2021 09.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx.xx.2001-ci ildə Tərtər rayonu B.Garov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Kəlbəcər rayonu Təkəqaya kəndində qeydiyyatda olmaqla Tərtər rayonu Bəyimsarov kəndində yaşayan, barəsində qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs oğlu sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 21.01.2021-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs Bərdə rayonu Yenidaşkənd kəndində qaynatasına məxsus evdə qeyri-rəsmi nigahda olduğu arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində yaranmış münaqişə zamanı sonuncunun baş və bədən nahiyələrinə yumuruq və sillə zərbələri ilə vurmuş, nəticədə Zərərçəkmiş şəxs baş beyin silkələnməsi ilə ənsə nahiyəsinin qançırı, sağ bazu nahiyəsinin qançırları ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarətlər almışdır. Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2020-ci ilin iyun ayında Bərdə rayonunun Yenidaşkənd kəndindən olan Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi ailə qurmuşlar. Şəmsin X2 Bakı şəhərində cərrahiyə əməliyyatı keçirməli imiş. Buna görə də onlar 18.01.2021-ci il tarixdə Bakı şəhərinə getdikləri üçün Şəmslə o Bərdə rayonu Yenidaşkənd kəndinə atasıgilə getmişlər. Onlara getməkdə məqsədləri isə Şəmsin evdə yataq xəstəsi olan nənəsinə baxmaq olmuşdur. Bir neçə gün imiş ki, Şəms evdə sadə yeməklər bişirirmiş. 21.01.2021-ci il tarixdə günorta saatlarında təkrar kartof qızartdığını görmüşdür. Bundan sonra ona irad bildirmək istəyən zaman Şəms ona “yeyirsən ye yemirsən rədd ol” demişdir. Bu zaman o Şəmsə əsəbləşmiş və Şəms digər otağa keçən zaman onun arxasınca keçərək baş nahiyəsinə və qol nahiyəsinə yumuruq və sillə ilə bir neçə dəfə vurmuşdur. Daha sonra isə birbirlərini dindirməmişlər. Bundan sonra onun hərbi səfərbərlikdə işi olduğu üçün ora getmiş və orada işi qurtardıqdan sonra Tərtər rayonuna evə getmişdir. Həmin gün Şəmsin atası Mahir evə qayıtmışdır. O, isə 23.01.2021-cu il tarixdə Şəmsgilə gedərək onu evə gətiməli imiş. O, Şəmsgilə gedən zaman Şəmsin atası Mahir ona Şəmsi vurmağına görə irad bildirib onun cehizlik əşyalarını qaytarmağını demişdir. O, Şəmsə səhv etdiyini, bağışlamasını xahiş etsə də Mahir ona çıxıb getməyini bildirmişdir. Bundan sonra o onlardan çıxıb evlərinə getmişdir. Hadisə 21.01.2021-ci il tarixdə günorta saatlarında Bərdə rayonu Yenidaşkənd kəndində Şəmsgilə məxsus evdə baş vermişdir. Hadisə zamanı evdə Şəmsin yataq xəstəsi olan nənəsi olasa da hadisəni heç kim görməmişdir. Lakin daha sonra Şəmsin atası Mahir bu barədə bilmişdir. Etdiyi əməldən peşimandır. Hal- hazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tam ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2020-ci ilin iyun ayında Tərtər rayonu Bəyimsarov kəndində yaşayan əslən Kəlbəcər rayonundan olan Təqsirləndirilən şəxs ilə qeyri rəsmi ailə qurmuşlar. Ailə qurduqdan sonra onlara məxsus Tərtər rayonu Bəyimsarov kəndində yerləşən yaşayış evlərində yaşamışlar. X2 Bakı şəhərində cərrahiyə əməliyyatı keçirməli imiş. Buna görə də atası və anası 18.01.2021-ci il tarixdə Bakı şəhərinə getdikləri üçün o atasıgilə gələrək evdə yataq xəstəsi olan nənəsinə baxırmış. Həmçinin Murad da onunla birlikdə kəndə atası evinə gəlmişdir. 21.01.2021-ci il tarixdə günorta saatlarında Murad evdə imiş. O, günorta yeməyi üçün kartof qızardırmış. Murad evin soyuducusunu açaraq soyuducuda ət olmasını bildirdib ona soyuducu da ət ola-ola nə üçün ət bişirmədiyini demişdir. O, isə Murada soyuducuya baxmasının ayıb olmasını, ətin atasıgilə məxsus olmasını demişdir. Bu minvalla aralarında mübahisə yaranmışdır. Lakin hər hansı bir dava-dalaş olmamışdır. O, soyuducudan əti çıxararaq kotlet bişirib Murada vermişdir. Bu zaman Murad kotletin yandığını bildirib onu evin başqa otağına aparıb orada baş və bədən nahiyələrinə yumuruq və sillə ilə vurmuşdur. Bir qədər onu döydükdən sonra isə ondan əl çəkmişdir. Həmin gün isə atası evə gəlmişdir. Murad isə hərbi səfərbərlikdə işi olmasına görə evdən çıxıb getmişdir. Həmin gün isə atası onun narahat olmağını görüb bu barədə ondan soruşduqda o atasına olanları danışmışdır. 23.01.2021-cui il tarixdə isə Murad onlara gələn zaman atası onun etdiyi hərəkətlərə görə ona iradlarını bildirmişdir. Murad isə səhv etdiyini bildirmişdir. Lakin atası ona evdən çıxıb getməsini və onun cehizlik əşyalarını gətirməsini demişdir. Bundan sonra isə Murad onlardan çıxıb getmişdir. Hadisə 21.01.2021-ci il tarixdə günorta saatlarında Bərdə rayonu Yenidaşkənd kəndində atası evində baş vermişdir. Hadisə zamanı hadisəni heç kim görməsə də daha sonra bu barədə atasına bildirmişdir. Hal- hazırda Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ondan heç bir şikayət və tələbinini olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə ərizəni təqdim etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu Yenidaşkənd kəndində yaşayır. Orta təhsilli olmaqla hər hansı bir yerdə işləmir. Fərdi təsərrüfatla məşğul olaraq ailəsini dolandırır. 2020-ci ilin iyun ayında qızı Zərərçəkmiş şəxs Tərtər rayonu Bəyimsarov kəndində yaşayan əslən Kəlbəcər rayonundan olan Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi ailə qurmuşdurlar. Ailə qurduqdan sonra Tərtər rayonu Bəyimsarov kəndində Muradgilə məxsus evdə yaşamışlar. X1 Bakı şəhərində xəstəxanada cərrahiyə əməliyyatı keçirməli imiş. Buna görə də onlar 18.01.2021-ci il tarixdə Bakı şəhərinə getdikləri üçün Şəmsi xəstə qaynanasına baxması üçün onlara gətirmişlər. Həmçinin Murad da Şəmslə birlikdə onların evinə gəlmişdir. 21.01.2021-ci il tarixdə axşam saatlarında evə gələn zaman qızının narahat olduğunu, tez-tez çölə çıxıb qayıtdığını görmüşdür. Əvvəlcə onun xəstə olmasını düşünüb bu barədə ondan soruşmuşdur. İlk əvvəl qızı etiraf etməsə də lakin daha sonra Murad tərəfindən döyüldüyünü və hazırda ürək bulantılarının olmasını demişdir. Bundan sonra 23.01.2021-cui il tarixdə isə Murad onlara gələn zaman o Murada qızını onun evində döyməsinə görə iradlarını bildirmişdir. Murad isə ona səhv etdiyini, onu bağışlamağını demişdir. Lakin o Murada evdən çıxıb getməsini və qızı Şəms üçün verilmiş cehizlik əşyalarını gətirməsini demişdir. Bundan sonra isə Murad onlardan çıxıb getmişdir. Lakin qızının cehizlik əşyalarını gətirmədiyi və qızı Şəmsin narahat olmasını gördüyü üçün rayon polis şöbəsinə ərizə ilə müraciət etmişlər. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 7-8-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 məhkəmə-tibb ekspertizasının 25.01.2021-ci il tarixli 60 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər –baş beyin silkələnməsi ilə ənsə nahiyəsinin qançırı, sağ bazu nahiyəsinin qançırları ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 44-47-ci vərəqələrində olan Tərtər rayon Məhkəməsinin 12.09.2021-ci il tarixli İş№-1(061)-72/2019 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayon Məhkəməsinin 12.09.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 01 il 6 ay müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 48-55-ci vərəqələrində olan Gəncə Apelyasiya Məhəkəməsinin Cinayət Kollegiyasının 27.12.2019-cu il tarixli İş№-1(104)- 348/2019 saylı qəraının surətindən görünür ki, Tərtər rayon Məhkəməsinin 12.09.2021-ci il tarixli İş№-1(061)-72/2019 saylı hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 1000 manat cərimə cəzası təyin edilmişdir Məhkəməyədək sadələşdirilmiş icraat materialının 42-43-cü vərəqələrində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayon Məhkəməsinin 12.09.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 01 il 6 ay müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, 27.12.2019-cu il tarixli Gəncə Apelyasiya Məhkəməsinin Qərarı ilə 12.09.2019-cu il tarixli hökm dəyişdirilərək Təqsirləndirilən şəxs CMnin 221.1-ci maddəsi ilə təqsirli bilinmiş və 1000 manat cərimə cəzasını təyin edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 57-cı vərəqəsində olan Bərdə RİHBnın Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmışlar, onun Təqsirləndirilən şəxs oğluna qarşı heç bir şikayəti və tələbi yoxdur, dəymiş ziyan tam ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respubikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə və müdafiə tərəfinin razılığına əsasən cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs oğlu cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə madi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-40/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-40/2021
09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver