Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-40/2022 28.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət itihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Bərdə rayonu, Şahvəlilər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Şahvəlilər kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Novxanı qəsəbəsində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məkhəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İttiam aktından görünür ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 08 yanvar 2018-ci il tarixdən hesablanmaqla xx xxxx 2001-ci il təvəllüdlü Şahid3, 21 aprel 2003-cü il təvəllüdlü X4 və 03 dekabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Məhərrəmova (Abuzərova) Arzu Sabir qızına ödənilməsinə dair Ağdam Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli, 2(013)-366/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Bərdə Rayon Məhkəməsinin 14 yanvar 2021-ci il tarixli, 3(021)-36/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək, 03 aprel 2018-ci il, 23 avqust 2019-cu il, 09 sentyabr 2019-cu il, 07 oktyabr 2019-cu il, 01 oktyabr 2020-ci il, 28 yanvar 2021-ci il və 23 fevral 2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 30 avqust 2021-ci il tarixədək 4550,00 manat məbləğində borcunu zərərçəkmiş şəxs Məhərrəmova (Abuzərova) Arzu Sabir qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, fərdi qaydada ustalıq fəaliyyəti ilə məşğuldur. Məhərrəmova (Abuzərova) Arzu Sabir qızı ilə 16 iyun 2000-ci il tarixdə faktiki nikah münasibətlərinə girərək ailə qurmuşlar, nikahlarını rəsmi qaydada isə 25 dekabr 2003-cü il tarixdə qeyd etdirmişlər. Onların birgə nikahlarından 2001-ci ildə Xançoban, 2003-cü ildə Pünhan və 2008-ci ildə Nurlan adlı 3 uşaqları olmuşdur. Ailə qurduqları illərdə mehriban şəraitdə bir ailə olaraq yaşamışlar. Sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün münasibətləri pozulmuşdur. Ona görə də o, uşaqları ilə birlikdə yaşadıqları evdə Arzunu uşaqları ilə birlikdə qoyub çıxıb getmişdir. Zərərçəkmiş şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə Neft şirkətində tikinti sahəsində 2012-2016-cı illərdə işləməklə aylıq qazancı 1500-2000 manat arası olurdu. Ona qarşı məhkəmədə üç uşağın yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün alimentin tələbi ilə iddia qaldırmış və Ağdam Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli, 2(013)-366/2018 saylı qətnaməsinə əsasən ondan xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx xxxx 2001-ci il təvəllüdlü Şahid3, 21 aprel 2003-cü il təvəllüdlü X4 və 03 dekabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun yaşadığı yer üzrə Bərdə Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Bərdə Rayon Məhkəməsinin 14 yanvar 2021-ci il tarixli, 3(021)- 36/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə aliment borcunu tamamilə ödəyə bilməmişdir. Abşeron rayon Novxanı qəsəbəsində kirayə qalmaqla Bakı şəhərinin müxtəlif yerlərində ustalıq və fəhləliklə məşğul olmaqla aylıq qazancı 400-500 manat arası dəyişirdi. 30 avqust 2021-ci il tarixədək 4550,00 manat (dörd min beş yüz əlli) manat aliment borcu yaranmışdı. Hazırda isə əməlindən səmimi peşman olmasını, ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Məhərrəmova (Abuzərova) Arzu Sabir qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 16 iyun 2000-ci il tarixdə faktiki nikah münasibətlərinə girərək ailə qurmuşlar, nikahlarını rəsmi qaydada isə 25 dekabr 2003-cü il tarixdə qeyd etdirmişlər. Onların birgə nikahlarından 2001-ci ildə Xançoban, 2003-cü ildə Pünhan və 2008-ci ildə Nurlan adlı üç uşaqları olmuşdur. Ailə qurduqları illərdə mehriban şəraitdə bir ailə olaraq yaşamışlar. Lakin 2015-ci ilin dekabr ayında ailə münasibətləri pozulmağa başlamışdır. Belə ki, Təqsirləndirilən şəxs həmin ildən başqa bir qadınla faktiki nikah münasibətlərinə girərək Bakıda yaşamışdır. Ona görə də onu uşaqları ilə birlikdə yaşadıqları evdə təkbaşına qoyaraq çıxıb getmişdir. Təqsirləndirilən şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə usta-malyar kimi fəaliyyət ilə məşğul olmaqla aylıq qazancı 500-600 manat olurdu. Faktiki olaraq ayrıldıqdan sonra Təqsirləndirilən şəxs uşaqlarının saxlanması üçün ona heç bir maddi köməklik göstərməmiş və o heç bir yerdə işləmədiyi üçün uşaqları təkbaşına saxlamaqda çətinlik çəkirdi. Ona görə qardaşının maddi yardımı ilə uşaqlarını saxlayırdı. O, Semura qarşı məhkəmədə üç uşağın yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün aliment tələbi ilə iddia qaldırdığı üçün Ağdam Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli, 2(013)-366/2018 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 01 avqust 2018-ci il tarixdən hesablanmaqla xx xxxx 2001-ci il təvəllüdlü Şahid3, 21 aprel 2003cü il təvəllüdlü X4 və 03 dekabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Bərdə Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Bərdə Rayon Məhkəməsinin 14 yanvar 2021-ci il tarixli, 3(021)-36/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni 30 avqust 2021-ci il tarixli təqdimatda qeyd edilən cəmi 4550,00 manat borcu olmuşdur. Hal-hazırda o, təqsirləndirilən şəxslə barışmış və ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Ağdam Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli, 2(013)-366/2018 saylı qətnaməsi ilə Təqsirləndirilən şəxs üç uşağa görə hər ay cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Məhərrəmova (Abuzərova) Arzu Sabir qızına verilməlidir. Göstərilən icra vərəqəsi 09 mart 2018-ci il tarixdə icraatına başlanılmış və tələbin könüllü təmin edilməsi üçün borcluya bildiriş göndərilmiş, məhkəmə qərarının icrası ilə bağlı xəbərdarlıq edilərək məsuliyyəti izah edilmişdir. Tələbi borclunun əmlak və gəlirinə yönəldilməsi məqsədi ilə aidiyyəti orqanlara sorğular edilmiş, lakin borcluya məxsus tələbin yönəldiləcəyi əmlak və ya gəlir aşkar edilməmişdir. Bərdə Rayon Məhkəməsinin 14 yanvar 2021-ci il tarixli, 3(021)-36/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respblikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati həbsdən sonra borcluya rəsmi xəbərdarlıqlar edilsə də, məhkəmə qərarının icrasını təmin etməmişdir. Borclunun 30 avqust 2021-ci il tarixə tələbkara 4550,00 manat aliment borcu yaranmışdır. İş araşdırması nəticəsində və borclunun izahatlarında fərdi əməklə məşğul olması və aylıq gəlirinin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Bərdə rayon Məşğulluq mərkəzinə iş axtaran kimi müraciət etməmiş və qeydiyyata durmamışdır. Borclunun ümumiyyətlə tələbkara heç bir ödəniş etməməsi, inzibati məsuliyyətə cəlb edilməsi, inzibati məsuliyyətdən sonra tələbkarın xeyrinə ödəniş etməməsi, icra məmurunun qanuni tələbini yerinə yetirməməsi və dəfələrlə cinayət məsuliyyəti barədə xəbərdarlıqlara məhəl qoymaması onun məhkəmə qərarını icra etməkdən qərəzli olaraq boyun qaçırmasına səbəb yaradır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon İcra və Probasiya Şöbəsində icra məmuru vəzifəsində çalışır. borclu Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin icra olunması üçün edilmiş rəsmi xəbərdarlıqlara, onun tərəfindən məhkəmə qətnaməsi icra edilmədiyinə görə tərtib olunmuş aktlara, alınmış izahatlara, barəsində verilən inzibati protokola əsasən məhkəmənin qərarı ilə inzibati qaydada 10 (on) gün müddətinə həbs edilməsinə baxmayaraq o, hərəkətlərini davam etdirərək Ağdam Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli, 2(013)-366/2018 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs оğlu tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan tam şəkildə ödənilmiş və zərərçəkmiş şəxsin təqsirləndiriləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs оğlu hər ay 100 (yüz) manat məbləğində alimentin Zərərçəkmiş şəxs verilməsinə dair Ağdam Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli, 2(013)-366/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bərdə Rayon Məhkəməsinin 14 yanvar 2021-ci il tarixli, 3(021)-36/2021 saylı qərarına əsasən Azəbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış, şəxsi maraqları naminə qanunsuz hərəkətlərini davam etdirərək həmin məhkəmə aktında nəzərdə tutulmuş tələbi qərəzli olaraq icra etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun 2 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Sözügedən qərarda qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən qərara alınmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. İşdən müəyyən edilir ki, Abuzərov X5 Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli, 2(013)-366/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bərdə Rayon Məhkəməsinin 14 yanvar 2021-ci il tarixli, 3(021)-36/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış, həmin məhkəmə aktında nəzərdə tutulmuş tələbi qərəzli olaraq icra etməmişdir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilənlərlə yanaşı məhkəmə zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib və cinayət proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs olan borcunu tam şəkildə ödədiyindən və bununlada məhkəmə qətnaməsi tam icra edildiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs оğlu tərəfindən ona dəyən ziyanın tam olaraq ödənildiyini bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs оğlu tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş 27 fevral 2018-ci il tarixli, 2(013)-366/2018 saylı qətnaməsi tam icra edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarır. Həmin Məcəllənin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №1(021)-40/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-40/2022
28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver