Məhkəmə qərarları › İş №1(021)-40/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-40/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-40/2023 14.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən - Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi - X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Bərdə rayon Vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxxxx 1993-cü il tarixdə Ağdam rayonu Çəmənli kəndində anadan оlmuş, Аzərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Ağdam rayonu Eyvazlı kəndində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək Bərdə rayonu Qaradəmirçi kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir оndаn ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən ayrı-ayrılıqda təmiz çəkiləri 0,55 qram, 8,68 qram, ümumi təmiz çəkisi 9,23 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamış, eyni zamanda ayrı-ayrılıqda təmiz çəkiləri 2,86 qam, 2,06 qram, 2,10 qram, 2,09 qram, 0,93 qram, ümumi təmiz çəkisi 10,04 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib özünə məxsus Vaz-2106 markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq daşımış, 07 oktyabr 2022-ci il tarixdə saat 00:45 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhəri H.Əliyev prospekti ilə S.Zöhrabbəyov küçəsinin kəsişməsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə RPŞ-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli üst geyiminin sağ yan cibindən 1(bir) ədəd “West” adlı siqaret qutusundakı şəffaf sellofan torbacıqda və 1(bir) ədəd günəbaxan tumu paketindəki şəffaf polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,55 qram, 8,68 qram, ümumi təmiz çəkisi 9,23 qram narkotik vasitə qurudulmuş marixuana və idarə etdiyi Vaz-2106 markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin mühərrikxanasından 5(beş) ədəd kibrit qutularındakı ayrı-ayrılıqda təmiz çəkiləri 2,86 qam, 2,06 qram, 2,10 qram, 2,09 qram, 0,93 qram, ümumi təmiz çəkisi 10,04 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununlа dа, Təqsirləndirilən şəxs оğlu Аzərbаycаn Rеspublikаsı CM-in 234.2-ci maddəsində nəzərdə tutulаn cinаyət əməlini törətmişdir. Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü qismən, yəni narkotik vasitələrin satışında deyil, yalnız şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edərək daşıma və saxlamada təqsirli bilərək göstərmişdir ki, Ağdam rayonu Çəmənli kəndində anadan olmuş, hazırda ailə üzvləri ilə birlikdə Bərdə rayonu Qaradəmirçi kəndində yaşayır. Ailəli olmaqla iki az yaşlı uşağı vardır. Rəsmi olaraq heç bir yerdə işləməsə də fərdi olaraq özünə məxsus olan Vaz 2106 markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Həmçinin, özünə məxsus mobil telefonu yoxdur. Uzun müddətdir yəni, 2013-cü ildən təktək hallarda narkotik vasitə istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə üzərindən və avtomobilindən aşkar olunmuş narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Bərdə şəhəri H.Əliyev prospektində avtomobilinə əyləşmiş tanımadığı şəxsdən 30 manat pulun müqabilində almışdır. Belə ki, həmin şəxs ona məxsus olan avtomobilə əyləşərək Bərdə rayonu Əyricə kəndində yerləşən Kür sahilinə getmələrini bildirmiş, o, həmin şəxsə yol haqqının 30 manat etdiyini bildirmiş, həmin şəxs isə onunla razılaşmışdır. Bundan sonra o, həmin şəxsi Bərdə rayonu Əyricə kəndində yerləşən Kür meşəsinə aparmış və orada tanımadığı bir yerdə avtomobilini saxlamışdır. Təxminən 15 dəqiqə sonra həmin şəxs onun yanına qayıtmış, birlikdə həmin şəxsi avtomobilinə götürdüyü Bərdə şəhəri H.Əliyev prospekti ilə S.Zöhrabbəyov küçəsinin kəsişməsinə gətirmişdir. Həmin şəxsdən yol haqqını istədikdə, həmin şəxs ona bildirmişdir ki, narkotik vasitəsi vardır, həmin narkotiki yol haqqı olaraq 30 manatın müqabilində ona verə bilər. O, narkotik vasitə istifadəçisi olduğundan həmin şəxslə razılaşmış, həmin şəxsin ona verdiyi bükümə baxmışdır. Həmin bükümdə 5 ədəd kibrit qutusunda və digər iki büküm marixuanalar olduğunu görmüşdür. xx.xx.2022-ci il tarixdə saat 00 radələrində Bərdə şəhəri H.Əliyev prospekti ilə S.Zöhrabbəyov küçəsinin kəsişməsində dayanaraq müştəri gözləyərkən polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə gətirmişlər. Polis şöbəsində video görüntü vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmiş, həmin vaxtı üzərindən iki büküm olmaqla qurudulmuş marixuana aşkar edilmişdir. Bundan sonra o, avtomobilində narkotik vasitə olduğunu bildirdiyindən Bərdə rayonu polis şöbəsinin inzibati binasının həyətində saxlanılmış **-CD- *** dövlət nömrə nişanlı avtomobilinə baxış keçirilmiş, baxış zamanı avtomobilinin motorxanasında mühərrik hissəsinin üstündə olan gizlətdiyi 5 ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı özü polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitələr yanında qablaşdırılaraq ekspertizaya göndəriləcəyi qeyd olunmuşdur. Üzərində və avtomobilində saxladığı narkotik vasitələri şəxsi istifadəsindən ötrü saxlamış, həmin narkotik vasitələri kiməsə satmaq niyyəti olmamışdır. Narkotik vasitədən istifadə etdiyinə görə əməlindən peşmançılıq hissi keçirdiyini, narkotik vasitənin satışı ilə məşğul olmadığını, həmçinin ailəli və azyaşlı övladlarının olmasını qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs sonuncu məhkəmə baxış iclasında məhkəməyə yazılı ərizə təqdim edərək səhv etdiyini, bir daha qanunları pozmayacağına söz verdiyini, uşaqlarından birinin avtoqəza nəticəsində şikəst olduğunu, özünün kirayədə qalmasını və ikinci qrup əlil olmasını, ailəsinin yeganə qazanc mənbəyi olmasını nəzərə alıb onun azadlıqdan məhrum edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ərizəsinə hüquqi qiymət verərək tərəflərin fikirlərini və ərizədə təqsirləndirilən şəxsin xahişinin qeyd edilməsini nəzərə alaraq ərizənin iş üzrə əhəmiyyətli yeni hallar və sübutlar ifadə etmədiyini, lakin təqsirləndirilən şəxsin məhkəmədən cəza ilə bağlı xahişinin ifadə olunmasını nəzərə alaraq yerində müşavirə edərək ərizənin iş materiallarına əlavə edilməsini qərara aldı. Bundan başqa sonuncu məhkəmə baxış iclasında təqsirləndirilən şəxsin müdafiəçisi X9 müdafiə etdiyi Təqsirləndirilən şəxs dair sənədləri də (ailə tərkibi haqqında arayışı, xasiyyətnamə və əlilliklə bağlı elektron sistemdən arayışı və xəstəlik tarixçəsinə dair şəhadətnamə və stasionar çıxarışın surətini) məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin fikirlərini dinlədikdən sonra yerində müşavirə edərək həmin sənədlərin təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları ifadə etdiyini və buna görə də iş materiallarına əlavə edilməli olması qənaətinə gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 2016-cı ildən polis orqanlarında xidmət edir, hazırda polis leytenantı rütbəsinə malik olmaqla Bərdə rayon Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 07 oktyabr 2022-ci il tarixdə ona Bərdə rayonu Qaradəmirçi kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində və idarə etdiyi avtomaşında saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin gün saat 00 radələrində şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşınla birlikdə Bərdə şəhərində saxlanılaraq Bərdə RPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs vəkil təyin edilmişdir. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, onun və digər polis əməkdaşlarının iştirakları ilə Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon X8 bölməsinin təhqiqatçısı, polis mayoru Eşqin Məmmədov tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan qara rəngli üst geyiminin sağ yan cibindən bir ədəd üzərinə “West” sözləri yazılmış siqaret qutusunu və bir ədəd qırmızı rəngli günəbaxan tum paketini masanın üzərinə qoymaqla həmin kütlələrin narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra həmin kütlələrə baxış keçirilmiş, hər iki bağlamanın içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlələrin olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri dəqiqliklə yoxlanılmış, lakin əlavə olaraq hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Bunun ardınca Təqsirləndirilən şəxs yaşadığı evdə və ya avtomobilində narkotik vasitənin olub-olmaması barədə sorğu edilmiş, o, Bərdə rayon Polis Şöbəsinin inzibati binasının həyətində saxlanılmış avtomobildə narkotik vasitənin olmasını bildirmişdir. Bunun ardınca təqsirləndirilən şəxsin təqdim etdiyi bir ədəd qırmızı rəngli günəbaxan tum qutusunda olan narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə, bir ədəd “West” qutusunda olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana elektron tərəzi vasitəsilə çəkilmiş və ağ rəngli zərfə qoyularaq üzərində zəruri qeydlər aparılaraq qablaşdırılmış, DİN-nin 94 saylı möhürü ilə möhürlənərək ekspertiza tədqiqatına göndəriləcəyi bildirilmiş, iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs saxlanıldığı Bərdə rayon Polis Şöbəsinin inzibati binasının həyətində dayanıqlı vəziyyətdə olan “VAZ 2106” **-CD- *** qeydiyyat nişanlı avtomobilə baxışın keçiriləcəyi bildirilərək, proses iştirakçılarına həmin avtomobilə baxışın keçrilməsi üçün polis şöbəsinin həyətinə dəvət edilmişdir. Proses iştirakçıları ilə birlikdə Bərdə rayon polis şöbəsinin həyətində dayanıqlı vəziyyətdə olan “VAZ 2106” **-CD-*** nömrəli avtomobilin yanında dayanaraq şübhəli şəxs Təqsirləndirilən şəxs həmin avtomobilə baxışın keçirilməsi üçün etirazının olub-olmaması sorğu edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs avtomobilinə baxışın keçrilməsinə heç bir etirazının olmadığını bildirdikdən sonra avtomobilində saxladığı narkotik vasitəni könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq avtomobilin mühərrik hissəsini açaraq mühərrik hissəsində olan boşluqda gizlətdiyi 5 ədəd kibrit qutusunu təqdim etmiş və həmin kibrit qutularında olan kütlələrin narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra avtomobilə baxış keçirilmiş, ancaq hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 5 ədəd kibrit qutusunda olan qurudulmuş marixuanaya bənzər kütlələr proses iştirakçılarının yanındaca elektron tərəzi vasitəsi ilə çəkilmiş, ağ rəngli zərfə qoyularaq üzərində zəruri qeydlər aparılaraq qablaşdırılmış, DİN-nin 94 saylı möhürü ilə möhürlənərək ekspertiza tədqiqatına göndəriləcəyi bildirilmiş və iştirakçılar tərəfindən imzalanaraq təhqiqatçı tərəfindən götürülmüşdür. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə keçirilmiş şəxsi axtarış və baxış başa çatmış, videoçəkiliş dayandırılmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 və məhkəmə istintaqı zamanı ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan edilmiş Şahid2 da Şahid1 ifadəsinə oxşar məzmunda ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iş materiallarında olan Şahid4 təqsirləndirilən şəxsin arvadı olmasını, onun iş üzrə əhəmiyyətli halları bilməməsi və məhkəmə istintaqı zamanı verəcəyi ifadənin obyektivliyinin şübhə doğura biləcəyi ehtimalını nəzərə alaraq Şahid4 məhkəmə baxış iclasında şahid qismində dindirilməsinə və ya ibtidai istintaq zamanı verdiyi ifadəsinin elan və tədqiq edilməsinə zərurət görmədi. İş materiallarında olan şəxsi axtarış və götürmə keçirilməsi haqqında 07 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən ümumi çəkiləri 0,79 qram, 14,07 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və idarə etdiyi “VAZ 2106” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobildən isə ümumi çəkiləri 25,96 qram 5 (beş) ədəd kibrit qutularında narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 07 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, 01 ədəd “DVD” diskin içərisindəki videofayla baxış keçirilərkən 23 dəqiqə 10 saniyə müddətində davam edən videogörüntülərdə Təqsirləndirilən şəxs 07 oktyabr 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən üzərindən ümumi çəkiləri 0,79 qram, 14,07 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və idarə etdiyi “VAZ 2106” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobildən isə ümumi çəkiləri 25,96 qram 5(beş) ədəd kibrit qutularında narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin aşkar edilərək qablaşdırılıb üzəri möhürlənərək ekspertiza tədqiqatı üçün götürülməsi öz əksini tapmışdır. İş materiallarında olan Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Rеgiоnаl Bölməsinin 07 oktyabr 2022-ci il tаriхli 16/1174 nömrəli məhkəmə-bioloji ekspertizası rəyindən görünür ki, tədqiqаtа təqdim olunmuş üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlələr..” sözləri və imzalar olan kağız paketdə, 1(bir) ədəd “West” adlı siqaret qutusundakı şəffaf sellofan torbacıqda və 1(bir) ədəd günəbaxan tumu paketindəki şəffaf polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,55 qram, 8,68 qram, ümumi təmiz çəkisi 9,23 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Vət.Təqsirləndirilən şəxs idarə etdiyi **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş 5(beş) ədəd kibrit qutusunda qurudulmuş marixuanaya bənzər kütlələr..” sözləri və imzalar olan kağız paketi açdıqda içərisində 5 (beş) ədəd kibrit qutularında ayrıayrılıqda təmiz çəkiləri 2,86 qram, 2,06 qram, 2,10 qram, 2,09 qram, 0,93 qram, ümumi təmiz çəkisi 10,04 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 2(iki) ədəd kağız paketlərdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 16 noyabr 2022ci il tarixli 1746 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradəmirçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1233 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Qaradəmirçi kəndində yaşamışdır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur, himayəsində Ümüd və Gülşən adlı 2(iki) azyaşlı uşağı vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına Bərdə rayon polis şöbəsinin verdiyi xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, Bərdə rayonu Qaradəmirçi kəndində yaşayan Təqsirləndirilən şəxs üzərindən və avtomaşınından aşkar edilərək götürülmüş narkotik vasitələri əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi, istifadəsində mobil telefonun olması istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. Bundan başqa narkotik vasitə və yа оnun prеkursоrlаrını satdığı hər hansı şəxs və ya şəxslər müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş xx.xx.2022-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, xx.xx.2019-cu il tarixdə cəriməni tam ödəmişdir. Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və götürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2.1 və 124.2.2ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 26-cı bəndində qeyd edilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Həmin qərarın 37-ci bəndində qeyd edilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun İ və İİ siyahılarında göstərilən 1 (bir) ədəd günəbaxan tumu paketindəki şəffaf polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,55 qram, 8,68 qram, ümumi təmiz çəkisi 9,23 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmçinin 5 (beş) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 2,86 qram, 2,06 qram, 2,10 qram, 2,09 qram, 0,93 qram, ümumi təmiz çəkisi 10,04 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlaması öz təsdiqini tapmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin əməlində yuxarıda qeyd olunan hallardan heç biri öz təsdiqini tapmamışdır. İstər Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi zamanı verdiyi ifadələrində, istərsə də şahidlərin ifadələrindən, müstəntiqin əməliyyat tapşırığı ilə bağlı Bərdə RPŞ-dən ünvanlanmış cavab məktubundan, həmçinin təqsirləndirilən şəxs barədə verilmiş məhkəmə-narkoloji ekspertizasının rəyindən də müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə deyil, istifadə etmək üçün əldə etmişdir və təqsirləndirilən şəxs məhkəmədə bəzi hallarda ayağındakı ağrını aparmaq üçün narkotik maddələrdən istifadə etdiyini qeyd etmişdir. Hazırki cinayət işi üzrə narkotik vasitə olan qurudulmuş marixuananın alıcıları müəyyən edilməmiş və təsirləndirilən şəxsin üzərinə axtarış, avtomobilinə baxış və götürmə keçirilərkən həmin maddələrin çəkilməsi üçün elektron tərəzi və digər avadanlıqlar aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun İ və İİ siyahılarında göstərilən üzərindən aşkar edilmiş ümumi çəkiləri 0,79 qram, 14,07 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və idarə etdiyi “VAZ 2106” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş ümumi çəkiləri 25,96 qram 5 (beş) ədəd kibrit qutularında narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradəmirçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1233 saylı və xx.xx.2023-cü il tarixli 155 saylı arayış və xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs evlidir və Bərdə rayonu Qaradəmirçi kəndində yaşamışdır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur, himayəsində Ümüd və Gülşən adlı 2 (iki) azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs rayonun Qaradəmirçi kəndi ünvanında yaşadığı müddətdə onun barəsində kənd icra nümayəndəliyinə heç bir mənfi xarakterli məlumat daxil olmamışdır. İş materiallarında olan Ağdam rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 noyabr 2016-cı il tarixli və 16 oktyabr 2018-ci il tarixli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2016-cı ildə anadan olmuş X4 və xx.xx.2018-ci ildə anadan olmuş X2 atası Təqsirləndirilən şəxsdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, məhkumluğunun olmamasını və ailənin yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2017ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, xx.xx.2019-cu il tarixdə cəriməni tam ödəmişdir. Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilmiş onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 07 oktyabr 2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 08 oktyabr 2022-ci il tarixli qərarından müəyyən olunur ki, xx xxxxxxxx 1993-cü il tarixdə Ağdam rayonu Çəmənli kəndində anadan оlmuş, Аzərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Ağdam rayonu Eyvazlı kəndində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək Bərdə rayonu Qaradəmirçi kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi, həbs etmənin əvvəlinin 07 oktyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli 07 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-in 93.1. və 93.1.4-cü maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərclərinə dair 07 oktyabr 2022-ci il tarixli 16/1174 nömrəli bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat 40 qırx qəpik) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 32 manat 40 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 Ekspertiza xərci SAP (XİİS) hesabı X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 VÖEN ********** Hesab AZ 34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə maddi sübut olmaqla Bərdə rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 9,19 qram və 9,94 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürməni, avtomobilinə baxış keçirmə və götürməni əks etdirən 1(bir) ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin və Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 07 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 9,19 qram və 9,94 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürməni, avtomobilinə baxış keçirmə və götürməni əks etdirən 1(bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci olan aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 Ekspertiza xərci SAP (XİİS) hesabı X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 VÖEN ********** Hesab AZ34CTRE******************** nömrəli hesabına hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar