Məhkəmə qərarları › İş №1(021)-40/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-40/2024

02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-40/2024 02.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X11 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi X2, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx xxx 1995-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Qullar kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 02 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində idarə etdiyi Mercedes Benz C200 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax- Ağdam-Laçın yolunun Bərdə rayonu Şirvanlı kəndindən keçən 34-cü kilometrliyində Ağdam rayonu istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni o, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək yolu sağdan sola doğru adi yerişlə keçən piyada Zərərçəkmiş şəxs yolun orta xəttinin üzərində vurmuş, daha sonra 26 metr qarşıda yolun Bərdə rayonu istiqamətində sağ kənarında dayanmış Şahid3 məxsus BMW 5201 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolun Bərdə rayonu istiqamətində sağından soluna doğru 0.7 metr məsafədə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs travmatik şok İİİ dərəcə ilə müşayiət olunan baş beyin diffuz travması, sol bazu-körpücük oynağının çıxığı, simfizin cırılması, qalça, qasıq, oturaq sümüklərininin qapalı, yerdəyişmiş sınıqları, Xİİ döş fəqərə cisminin sağ yarısının sınığı, dalağın çıxarılması, hartman cərrahi əməliyyatından sonrakı kolostoma, episitostoma, sidik kanalının travması xəsarətləri ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da o, Azərbaycan Respublikasının CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikasının CM-nin 263.1- 1-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, idarə etdiyi Mercedes Benz C200 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil qardaşı Şahid1 məxsusdur. Onun BC kateqoriyalı sürücülük vəsiqəsi var. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində qardaşı ilə Bərdə şəhərindən yaşadığı Qullar kəndinə gedərkən Şamxaldan avtomobili sürmək üçün istəmiş, sonuncu etiraz etməmiş, avtomobili sürmək üçün ona vermişdir. Şamxal ön sərnişin yerində əyləşmişdir. Həmin avtomobillə Şirvanlı kəndindən keçən hissədə 60 km/saat surətlə Ağdam rayonu istiqamətində hərəkətdə olarkən qəfildən yolu sağdan sola doğru adi yerişlə keçən Zərərçəkmiş şəxs hava qaranlıq olduğundan gec görmüşdür. Sükanı sola çevirib onu soldan keçmək istəmiş, lakin qəzadan yayınmaq mümkün olmamışdır. Piyadanı yolun orta xəttində avtomobilinin qabaq sol tərəfi ilə vurmuşdur. Zərbənin təsirindən avtomobil sola istiqamətlənib yolun əks tərəfində Bərdə şəhəri istiqamətində dayanmış “BMW 5201” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə və işlək vəziyyətdə olmayan mağaza ilə toqquşmuşdur. Maşında sıxılmış, qardaşı onu avtomobildən düşürmüşdür. Təcili yardım avtomobili hadisə yerinə gəlmiş, Zərərçəkmiş şəxs köməklik edib avtomobilə yerləşdirmiş, onu Bərdə Rayon Diaqnostika Mərkəzinə aparmışlar. Özü yoldan keçən avtomobillərlə xəstəxanaya getmişdir. Zərərçəkmiş şəxs müalicəsi üçün 12000 manat pul xərcləmişdir. Hadisəni qəsdən törətməmişdir. Əməlindən son dərəcə peşmandır. Zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyindən və onunla barışıq əldə etdiyindən barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi X6 ifadə verərək göstərdi ki, oğlu Zərərçəkmiş şəxs "xxxx" MMC-də sürücü işləyir. Hər gün çörək zavodundan təzə çörəkləri mağazalara aparıb, onların pulunu alıb, zavoda təhvil vermişdir. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində zavod tərəfindən oğlu Nəcməddinə təhkim olunmuş “Ford Transit” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Şirvanlı kəndinə getmişdir. Şirvanlı kəndində yerləşən Eldənizə məxsus ərzaq mağazasına çörək vermək üçün avtomobili yolun Bərdə şəhəri istiqamətində sağında saxlamışdır. Oğlu yolu keçib çörəkləri təhvil verib boş qutuları avtomobilə qoymaq üçün geri qayıtmışdır. Nəcməddin Yevlax-Ağdam-Laçın yolunu adi yerişlə keçərkən Bərdə şəhəri istiqamətindən gələn “Mercedes Benz C200” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil orta xətdə onun bədəninin sol tərəfindən qabaq tərəfi ilə vurub kənara atmışdır. Hadisə nəticəsində oğlu ağır bədən xəsarətləri almışdır. Təqsirləndirilən şəxs oğlunun uzun müddət davam edən müalicəsinə kömək edərək oğluna dəymiş ziyanı könüllü olaraq tam ödəmiş və onlarla barışmışdır. Nümayəndəsi olduğu oğlunun təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Göstərdiklərinin nəzərə alınaraq cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxsin nümayəndəsi X6 məhkəməyə notariat qaydada təsdiq edilmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən oğlu Zərərçəkmiş şəxs dəymiş maddi ziyan tam ödənildiyindən və ondan heç bir şikayət və tələbi olmadığından Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə notariat qaydada təsdiq edilmiş 05 fevral 2024-cü il tarixli ərizə göndərərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir iddia, şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, 02 oktyabr 2023-cü ildə saat 20 radələrində qardaşı Təqsirləndirilən şəxs ilə Bərdə şəhərindən gələrkən sonuncu avtomobili sürmək istəmiş, o da etiraz etməmişdir. Yevlax- Ağdam-Laçın yolu ilə Qullar kəndi istiqamətində hərəkətdə olarkən Şirvanlı kəndindən keçən hissədə 1 nəfər piyadanın yolu sağdan sola doğru keçdiyini görmüşdür. Lakin Murad piyadanı gec görmüşdür. Qardaşı əyləci basıb avtomobili sola döndərib onu yandan keçmək istəmiş, lakin qəzadan yayınmaq mümkün olmamış, avtomobilin qabaq tərəfi ilə həmin piyadanı vurmuşdur. Piyada avtomobilin alın şüşəsinə düşmüş, qarşını görə bilməmişlər. Avtomobil sola istiqamətlənib yolun əks tərəfində dayanmış BMW 520 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Murad avtomobildə sıxılıb qalmış, kömək edib onu avtomobildən çıxarmışdır. Hadisə yerinə Təcili tibbi yardım avtomobili gəlmiş, xəsarət alan piyada Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, yaşadığı kənddə “Fidan market” adlı ərzaq mağazası var. Zərərçəkmiş şəxs çörək zavodunun işçisidir, hər gün səhər və günorta mağazaya çörək verir, axşam saatlarında isə çörəyin boş qutularını və pulunu alıb gedir. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Nəcməddin həmişəki kimi mağazaya gəlmiş, 2 ədəd boş qutunu və çörəyin pulunu götürüb mağazadan çıxmışdır. O, Nəcməddin çıxarkən mağazanın rəflərini səliqəyə salmaqla məşğul olmuşdur. Səs eşidib mağazadan çölə çıxanda görmüşdür ki, Nəcməddin yolu keçərkən Bərdə şəhəri istiqamətindən gələn “Mercedes Benz C200” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun ortasında onu vurub digər tərəfdə dayanmış “BMW 5201” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Təcili tibbi yardım avtomobili Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. Nəcməddinin vurulma anını şəxsən görməmişdir. Lakin hadisədən sonra dərhal ora yaxınlaşmış, digər şəxslərin köməyi ilə yaralıları xəstəxanaya yola salmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərdi ki, yaşadığı ev Yevlax-Ağdam-Laçın yolunun kənarında yerləşir. 2009-cu ildən həyətyanı sahəsində yola baxan tərəfdə 36 m2 sahəsi olan mağazası vardır. Təxminən 5 ildir həmin mağaza işləmir. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində evdə olarkən küçədən qəza səsi eşidib yola çıxanda “Mercedes Benz C200” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolu keçən piyadanı vurub daha sonra sola tərəf gedib yolun kənarında dayanmış BMW 5201 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə və onun mağazasına dəyərək dayandığını görmüşdür. Avtomobilin mağaza ilə toqquşması nəticəsində mağazanın dəmir qapı-pəncərəsi əzilmiş və içərisində olan tavanı çökmüşdür. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan: Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsin Bərdə rayon şöbəsi tərəfindən verilmiş 30 oktyabr 2023-cü il tarixli, 799 saylı Rəydən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-travmatik şok İİİ dərəcə ilə müşayət olunan baş beyin diffuz travması, sol bazu-körpücük oynağının çıxığı, simfizin cırılması, qalça, qasıq, oturaq sümüklərinin qapalı, yerdəyişmiş sınıqları, Xİİ döş fəqərə cisminin sağ yarısının sınığı, dalağın çıxarılması, Hartmann cərrahi əməliyyatından sonrakı kolostoma, episitostoma, sidik kanalının travması, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi zamanı piyada kimi törənə bilər, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizası üzrə 01 noyabr 2023-cü il tarixli, 8/3070 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən tədqiq olunan şəraitdə BMW 520İ markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 hərəkətlərinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə ziddiyyət təşkil etməməsi də nəzərə alınmaqla, onun hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. -İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz C200 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs piyadanın vurulması hadisəsi ilə əlaqədar hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur 02 oktyabr 2023-cü il tarixli 1297 saylı Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu əlamətləri olmamışdır. AE 239846 saylı sürücülük vəsiqəsi surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” katiqoriya sürücülük hüququ vardır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 12 oktyabr 2023-cü il tarixli Tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. AA3420499 seriyalı şəxsiyyət vəsiqəsi surətindən və Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23 iyun 2023-cü il tarixli, AZ-İV 887431 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, 11 iyun 2020-ci ildə anadan olmuş X3 və 12 iyun 2023-cü ildə anadan olmuş X4 atası Təqsirləndirilən şəxsdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə, eləcə də işdə olan təkzibolunmaz digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmış, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 263.1-1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, zərərçəkmiş şəxsi və nümayəndəsini dindirib, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. Belə ki, Zərərçəkmiş şəxs notariat qaydada təsdiq edilmiş 05 fevral 2024-cü il tarixli ərizəsindən görünür ki, Hüseynov X1 Murad Bəhmən oğlu ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxsin nümayəndəsi X6 da məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs tərəfindən oğlu Zərərçəkmiş şəxs dəymiş maddi ziyan tam ödənildiyindən və ondan heç bir şikayət və tələbi olmadığından Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini təkidlə xahiş etdi. 2017-ci il dekabırın 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əlavə edilmiş “Qeyd” hissəsinə əsasən “bu Məcəllənin 263.1 və ya 263.1-1 maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir”. Azərbaycan Respublikasının CM-nin: 73.1-ci maddəsində görə, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.3-ci maddəsinə görə, başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. CPM-nin: 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1 və 43.1.2-ci maddəsinə görə, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İstinad olunan qanunvericilik normalarına əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 263.1-1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verildiyindən barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərindən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərclərinə dair 01 noyabr 2023-cü il tarixli, 8/3070 nömrəli bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat qəpik təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X5, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan “Mercedes Benz C200” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı və “BMW 5201” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X5, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. İş üzrə maddi sübut olan “Mercedes Benz C200” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı və “BMW 5201” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar