Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-41/2022 02.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət itihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci ildə Tərtər rayonu Mamırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Tərtər rayonu Mamırlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış,barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məkhəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə 1 ədəd İU-3285 nömrəli zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1967-ci ildə istehsal olunmuş Kalaşnikov konstruksiyalı odlu yivli silah olan AKM modelli avtomatı, həmin silaha aid 1 ədəd 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal olunmuş darağı və darağın içərisində 2 ǝdəd döyüş sursatı olan 1973-cü ildə zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla atəş üçün yararlı, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarını qanunsuz olaraq əldə edib saxlamış, 01 noyabr 2021-ci il tarixdə saat 20:30 radələrində aralarında olan pul borcuna görə etibarnamə ilə idarə etdiyi VAZ-21102 markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonunun Mirzalıbəyli kəndinə yaşayan qohumu Şahid1 yaşadığı ünvana gedərək evlərinin yaxınlığında sonuncunu avtomobilə əyləşməyə dəvət etmiş, avtomobildə aralarında baş vermiş mübahisə zamanı Şahid1 əlində olan bıçaqla onun sol qol nahiyəsindən bir zərbə vurub ona dərəcəsi təyin edilməyən sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirdikdən sonra atomobildən düşüb qaçmış, bundan sonra o, avtomobilin sükanından düşərək yük yerində qanunsuz olaraq saxlayıb, daşıdığı 1 ədəd İU-3285 nömrəli zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1967-ci ildə istehsal olunmuş Kalaşnikov konstruksiyalı odlu yivli silah olan AKM modelli avtomatı əlinə götürüb gəzdirərək Şahid1 yaşadığı evin həyətinə daxil olub sonuncunu axtarmış, lakin tapa bilmədiyi üçün əlində olan odlu silahla havaya bir dəfə atəş açmış, sonra həyətdən çıxaraq idarə etdiyi avtomobilə əyləşib hadisə yerini tərk edərək getmiş, Bərdə rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun hadisə zamanı istifadə etdiyi 1 ədəd İU-3285 nömrəli zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1967-ci ildə istehsal olunmuş Kalaşnikov konstruksiyalı odlu yivli silah olan AKM modelli avtomatı, həmin silaha aid 1 ədəd 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal olunmuş darağı və darağın içərisində 1 ǝdəd döyüş sursatı olan 1973-cü ildə zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla atəş üçün yararlı, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronu aşkar edilərək götürülmüşdür.Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Tərtər rayon Mamırlı kəndində yaşayır. İribuynuzlu heyvan alveri ilə məşğul olur. Şahid1 uzun illərdir ki, tanıyır. Belə ki, Ədalət bacısı Jalənin həyat yoldaşı Raminin əmisi oğludur. Onunla yaxşı münasibəti olmuşdur. Təxminən 1-2 il bundan qabaq Ədalət ona demişdir ki, borcu vardır və ondan borca pul istəmişdir. O da Ədalətə 1750 manat pul vermiş, lakin 1 ildən çoxdur ki, pulu istəsə də Ədalət onu aldadaraq pulu qaytarmır. Onun ana babası Oktaydan kalaşnikov markalı avtomat qalmışdır. Həmin avtomatı və darağı bükərək yerə qazıb bastırmış, təxminən 3-4 gün bundan qabaq həmin avtomatı yerdən qazıb çıxarmış, avtomat çox yaxşı vəziyyətdə qalmış, o, həmin avtomatı öz VAZ 2110 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük hissəsinə qoymuş, 01 noyabr 2021-ci il tarixdə səhər saatlarında Ədalətə zəng etmiş və ondan borcu qaytarmasını bildirmiş, Ədalət də günorta qaytaracağını bildirmiş, günorta isə zəng edəndə axşam verəcəyini bildirmiş, o, axşam yenidən Ədaləti yığan zaman ona demişdir ki, alındıra bilmir. O da demişdir ki, axşam gələcək. Ədalət də gəlməyənə söyüş söymüşdür. Həmin gün günorta saatlarında yeyibiçmiş, bir qədər də araq içmiş, saat təxminən 20 radələrində öz avtomobili ilə Ədalətgilin yaşadığı evin qarşısına gəlmiş, onu çölə çağırmış, çöldə olan vaxt Ədalətə demişdir ki, otur maşına gedək qıraqda söhbət edək. Ədalət avtomobilə əyləşən kimi yumruqla onun sifət nahiyəsinə vurmuş, ardınca isə onu bıçaqla vurmaq istəyən zaman əlini qabağa vermiş, bu vaxt bıçaqla əlinə xəsarət yetirmiş, ikinci dəfə bıçaq vurmaq istəyəndə bıçaq paltarının qoluna keçib ona xəsarət yetirməmiş, Ədalət bunun ardınca düşüb qaçmış, o da avtomobildən düşüb ardınca qaçan zaman qəfildən yadına düşmüşdür ki, yük yerində avtomat var. O, qayıdıb avtomatı götürüb maqazini silaha taxmış, Ədalət darvazadan içəri keçib qapını arxadan bağlamış, o da qapını döyən zaman qapını açmamış, o, darvazanın çölündə silahı atıb Ədaləti qorxutmaq istəmiş, lakin həmin vaxt silah açılmamış, bu vaxt Ədalətgildən bir neçə qadın və kişi üstünə gəlib silahı almaq istəyən zaman qəfildən silah açılmış, bundan sonra qaynı Ramin gəlib onun əlimdən silahı almış, sonra bacısıgil ora gəlmiş və onu ordan uzaqlaşdırmışlar. Sonra isə silahı aparıb öz evində gizlətmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində Şahid1 və onun ailə üzvlərini öldürmək niyyətinin olmadığını, sadəcə Ədalət onu bıçaqla vurduğu üçün qorxutmaq istədiyini, evdə silah olmasından ailə üzvlərinin heç birinin xəbəri olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bərdə rayonunda anadan olub, hazırda ailə üzvləriilə birlikdə Bərdə rayonu Mirzəalıbəyli kəndində yaşayır. 2007-ci ildə ailə həyatı qurmuş. Həmin evlilikdən 2 övladı var. Atası ilə birlikdə X5 Təsərrüfatı İdarəsində mexanik işləyir. Təqsirləndirilən şəxs təxminən 15-20 ildir ki tanıyır. Belə ki, Əli onun əmisi Eyvazın oğlu Raminin həyat yoldaşı Jalənin qardaşıdır. Əli ilə əvvəllər aralarında yaxşı münasibət olmuşdur, xeyir-şərlərimizdə iştirak etmişlər. O, təxminən 2 ildir ki, Əlidən 700 manat borc pul alıb. 200 manatı qaytarıb, 500 manat borcu qalıb. Əli gəlmişdi qapıya borcun dalınca. Onun həmin vaxtı verməyə pulu yox idi. Hadisə necə oldu özü də bilmədi necə oldu. İstəməzdi belə olsun. Halbuki Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bərdə rayonunda anadan olmuş, hazırda, ailə üzvlərilə birlikdə həmin ünvanda yaşayır. 2007-ci ildə ailə həyatı qurmuş, həmin evlilikdən 2 övladı vardır. Atasıyla birlikdə X5 Təsərrüfatı İdarəsində mexanik işləyir, Təqsirləndirilən şəxs təxminən 15-20 ildir ki, tanıyır, belə ki, Əli onun əmisi Eyvazın oğlu Raminin həyat yoldaşı Jalənin qardaşıdır. Əli ilə əvvəllər aralarında yaxşı münasibət olmuşdur, xeyir-şərlərində iştirak etmişlər, o, təxminən 2 ildir ki, Əlidən 1750 manat sələmə pul almış, həmin pulu tam formada qaytarmış, lakin Əli ondan pulun faizin istəyirmiş, o, həmişə deyirmiş ki, qalan 500 manat pulu da verəcək, təxminən 10 gün bundan qabaq Raminə 100 manat vermişdir ki, Əliyə versin. 2021-ci ilin noyabr ayının 1-də səhər saatlarından evdə olmuş, təxminən 1 həftədir ki, həyətdə usta işləyir, yerə metlax vurur. Metlax qurtardığı üçün saat 10 radələrində atasına məxsus Ford markalı avtomobili ilə Ağdam rayon Quzanlı qəsəbəsinə gedərək ordan həyətində yerə döşəmək üçün metlax alıb yenidən evə qayıtmış, o isə həmin vaxt ustanın yanında olmuş, 01 noyabr 2021-ci il tarixdə səhər saatlarından Əli ona zəng etmiş və pulu istəmiş, o, Əliyə günorta pulu verəcəyini demiş, lakin günorta da zəng edəndə axşam verəcəyini bildirmiş, axşam yemək yedikdən sonra Əli yenidən ona zəng etmiş, o, evdə olduğunu demiş, Əli isə onların qapısının qarşısında olduğunu demiş, o, Əliyə demişdir ki, “evdə bilməsinlər ki, səndən pul almışam”. Lakin Əli əl çəkməmiş, çölə çıxan zaman özüylə bıçaq götürmüş, o, artıq çölə çıxanda Əli öz avtomobilində əyləşmiş, ona demişdir ki, otursun maşınına. O da Əlinin avtomobilinə əyləşən kimi qapıları bağlamış, o, Əliyə 80 manat vermək istəyəndə Əli pulu götürməmiş, pulun hamısın istəmiş, sonra Əli maşını sürüb getmək istəyəndə o sağ yumruğu ilə Əlinin sifət nahiyəsinə bir dəfə vurmuş, bu vaxt o, cibindən özüylə gətirdiyi bıçağı götürüb qol nahiyəsinə vurmuşdur ki, ondan əl çəksin. Sonra qapını açıb avtomobildən düşmüş və həyətə girib qapını bağlamış, həyətdən “lapatka” götürmək istəmiş, lakin sonradan ordan uzaqlaşıb getmiş, həmin bıçağı isə xatırlamadığı yerə tullamışdır, onun sonra baş verənlərdən xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, Tərtər rayonunda anadan olmuş, hazırda, ailə üzvlərilə birlikdə həmin ünvanda yaşayır, daimi olaraq heç bir yerdə işləmir, qardaşına məxsus VAZ 2107 markalı avtomobil ilə bəzi vaxtlarda taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs onun dostudur. Onunla bir neçə ildir ki, münasibəti yaranmışdır. Münasibətləri həmişə yaxşı olmuşdur. Əlinin hər hansı bir silahının olması barədə məlumatım olmamışdır. 01 noyabr 2021-ci il tarixdə kənddə olan zaman Əli ona zəng etmiş və demişdir ki, “evdə yataq otağında çarpayının altında amanat var, get onu götür gətir polislərə ver”. O da Əligilin evinə getmiş, evdə heç kim yox imiş, o, Əlinin dediyi təlimat üzrə yataq otağına getmiş və çarpayının altına baxanda orda “kalaşnikov” markalı avtomat silahı görmüş, bundan sonra həmin silahı götürüb Əlinin dediyi yerə gətirib polislərə təhvil vermiş, başqa heçnədən xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, Bərdə rayonunda anadan olub, hazırda, ailə üzvlərimlə birlikdə Bərdə rayonu, Mirzalıbəyli kəndində yaşayır. 1980-ci ildə ailə həyatı qurub, həmin evlilikdən 3 övladı vardır. Böyük övladı Samirə ailə həyatı qurmuş və hazırda Bakı şəhərində yaşayır, ortancıl oğlu Nicat 2008-ci ildə Tovuz rayon sakini ilə ailə həyatı qurmuş, 2010-cu ildə isə ayrılmışlar. Hazırda Nicat da Bakı şəhərində yaşayır. Kiçik övladı Ədalət isə 1987-ci il təvəllüdlüdür. Ədaləti isə 2006-cı ildə öz kəndindən evlənib, hazırda Ədalətin 2 övladı vardır. Ədalət ailə qursa da onunla birlikdə işləyir. 2021-ci ilin yanvar ayında kənd camaatından eşidib ki, oğlu Ədalət narkotik vasitələrdən istifadə edir. O, bu barədə oğlundan soruşub, Ədalət də arabir istifadə etdiyini bildirdi, bundan sonra 2021-ci ilin mart, may və iyun ayında Bakı şəhərində onu müalicə etdirib. Müalicədən sonra Ədalətin istifadə etməsi barədə heç kimdən bir söz eşitməyib, Təqsirləndirilən şəxs təxminən 15-20 ildir ki, tanıyıram, belə ki, Əli onun qardaşı Eyvazın oğlu Raminin həyat yoldaşı Jalənin qardaşıdır. Əli ilə əvvəllər aralarında yaxşı münasibət olmuşdur, xeyir-şərlərimizdə iştirak ediblər, 2021-ci ilin noyabr ayının 1-də səhər saatlarından evdə olub, təxminən 1 həftədir ki, həyətdə usta işləyir, yerə metlax vurur. Metlax qurtardığı üçün saat 10 radələrində özünə məxsus Ford markalı avtomobililə Ağdam rayon Quzanlı qəsəbəsinə gedərək ordan həyətinə yerə döşəmək üçün metlax alıb yenidən evə qayıdıb və gün ərzində də ustanın yanında olub, Ədalət də gün ərzində onunla birlikdə evdə olub. Axşam saat 19 radələrində axşam yeməyini yedikdən sonra Ədalət siqaret çəkmək üçün evdən çıxmış, həmin ərəfələrdə qardaşı Ramiz öz həyat yoldaşı Pəri ilə birlikdə onlara gəlmişdir, onlar gəldikdən sonra həyat yoldaşı Səkinə çay hazırlamış, onlar çay içməyə başlayan zaman çöldən səs-küy gəldi, həmin vaxt Səkinə çölə çıxdı, gördü Əlidir. Yaxınlaşanda göyə bir güllə atdı. Mindi maşına çıxdı getdi. Halbuki Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bərdə rayonunda anadan olmuş, hazırda, ailə üzvlərilə birlikdə həmin ünvanda yaşayır. 1980-ci ildə ailə həyatı qurmuş, həmin evlilikdən 3 övladı vardır. Böyük övladı Samirə ailə həyatı qurmuş və hazırda Bakı şəhərində yaşayır, ortancıl oğlu Nicat 2008-ci ildə Tovuz rayon sakini ilə ailə həyatı qurmuş, 2010-cu ildə isə ayrılmışlar. Hazırda Nicat da Bakı şəhərində yaşayır. Kiçik övladı Ədalət isə 1987-ci il təvəllüdlüdür. Ədaləti isə 2006-cı ildə öz kəndimizdən evləndirmişdir, hazırda Ədalətin 2 övladı vardır. Ədalət ailə qursa da onarla birlikdə yaşayır. Ədalət də X5 Təsərrüfatı İdarəsində mənimlə birlikdə işləyir. 2021-ci ilin yanvar ayında kənd camaatından eşitmişdir ki, oğlu Ədalət narkotik vasitələrdən istifadə edir. O, bu barədə oğlundan soruşmuş, Ədalət də arabir istifadə etdiyini bildirmiş, bundan sonra 2021-ci ilin mart, may və iyun ayında Bakı şəhərində müalicə etdirmişlər. Müalicədən sonra Ədalətin istifadə etməsi barədə heç kimdən bir söz eşitməmiş, Təqsirləndirilən şəxs təxminən 15-20 ildir ki, tanıyır, belə ki, Əli onun qardaşı Eyvazın oğlu Raminin həyat yoldaşı Jalənin qardaşıdır. Əli ilə əvvəllər aralarında yaxşı münasibət olmuşdur, xeyir-şərlərində iştirak etmişlər, 2021-ci ilin noyabr ayının 1-də səhər saatlarından evdə olmuş, təxminən 1 həftədir ki, həyətdə usta işləyir, yerə metlax vurur. Metlax qurtardığı üçün saat 10 radələrində özünə məxsus Ford markalı avtomobililə Ağdam rayon Quzanlı qəsəbəsinə gedərək ordan həyətidə yerə döşəmək üçün metlax alıb yenidən evə qayıtmış və gün ərzində də ustanın yanında olmuş, Ədalət də gün ərzində onunla birlikdə evdə olmuşdur. Axşam saat 19 radələrində axşam yeməyini yedikdən sonra Ədalət siqaret çəkmək üçün evdən çıxmış, həmin ərəfələrdə qardaşı Ramiz öz həyat yoldaşı Pəri ilə birlikdə onlara gəlmiş, onlar gəldikdən sonra həyat yoldaşı Səkinə çay hazırlamış, onlar çay içməyə başlayan zaman çöldən səs-küy gəlmiş, həmin vaxt Səkinə çölə çıxmış, yenidən səs eşidən kimi Ramiz də darvazaya tərəf getmiş, o da səsküy eşitmiş və dərhal çölə çıxmış, darvaya tərəf gedəndə atəş açıldığın görmüş, sonra isə orda olanların hərəsinin bir tərədə qaçdığını görmüş, qardaşı Ramiz Əlinin əlində olan avtomatdan yapışıb almaq istəyirmiş, o da tez avtomatdan yapışıb Əlinin əlindən almaq istəyən zaman Əlinin bacısı Jalə, Ramin və Raminin oğlu Fərid onun əlindən avtomatı aldılar ki, içi doludur, birdən açılar. Həmin vaxt Əlinin yanında tanımadığı bir nəfər 25-30 yaşlarında bir qadın olmuş, silahı onun əlindən aldıqdan sonra Əli öz avtomobilinə əyləşib qaçmış, onun ardınca Ramin və Jalə də öz avtomobilinə əyləşib Əlinin arxasınca getmişlər, bundan sonra o, DİN-nin 102 xidmətinə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı Şahid7 ifadəsində göstərmişdir ki, hadisə baş verən günü qaynanası çağırdı ki çöldə səs-küy var. Həmin vaxt çıxdıq çölə Əlini əsəbi halda gördü. Qetdi sakitləşdirdi, bir dənə də sillə vurdum otutrdum maşına. Ondan qabaq ora Ramin çatmışdı, yola çıxdı, yolda gördü ki, Rizvan və Ramiz, Rizvanın arvadı Səkinə Rizvan əmisigilin həyətində dayanıblar. Əli onların yanında olub, ora çatanda onlar arasında heç bir mübahisə olmayıb. Ramin Əlinin əlində avtomat silahı gördü və silahı Əlinin əlindən almışdı, onunla birlikdə həyat yoldaşı Ramin və oğlu Fərid də ora gəldi, Ramin nəsə bir problem yaranmaması üçün tez silahı Əlinin avtomobilinə qoydu, o da onun avtomobilinə əyləşdi və ordan uzaqlaşdılar. Əli avtomobili sürüb ordan uzaqlaşdı. Ramin də sonradan öz avtomobiliilə onların arxasınca getdi. Bərdə şəhəri 4 nömrəli məktəbin qarşısında onların avtomobili saxlatdı və onu götürdü. O, sonradan eşitdi ki, Əli bilmədən Rizvangilin həyətində olan zaman avtomatla bir dəfə atəş açmışdı. Lakin o bunu konket olaraq görməyib və silah səsi eşitməyib. Məhkəmə istintaqı zamanı Şahid4 Səttar oğlu ifadəsində göstərmişdir ki, o öz həyat yoldaşı Pəri ilə birlikdə qardaşıqilə qonaq getmişdilər, çöldən səs-küy gəldi, həmin vaxt Səkinə çölə çıxdı, yenidən səs eşidən kimi o da darvazaya tərəf getdi, o da səs-küy eşidib darvazya tərəf gedəndə atəş açıldığını gördü, sonra isə orda olanların hərəsinin bir tərədə qaçdığını gördü. Halbuki Şahid4 Səttar oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o öz həyat yoldaşı Pəri ilə birlikdə qardaşı Rizvangilə getmiş, onlar gəldikdən sonra Rizvanın həyat yoldaşı Səkinə çay hazırlamış, onlar çay içməyə başlayan zaman çöldən səs-küy gəlmiş, həmin vaxt Səkinə çölə çıxmış, yenidən səs eşidən kimi o da darvazaya tərəf getmiş, darvaya tərəf gedəndə atəş açıldığın görmüş, sonra isə orda olanların hərəsinin bir tərədə qaçdığını görmüş, o da tez avtomatdan yapışıb Əlinin əlindən almaq istəyən zaman Əlinin bacısı Jalə, Ramin və Raminin oğlu Fərid onun əlindən avtomatı aldılar ki, içi doludur, birdən açılar. Həmin vaxt Əlinin yanında tanımadığı bir nəfər 25-30 yaşlarında bir qadın olmuş, silahı onun əlindən aldıqdan sonra Əli öz avtomobilinə əyləşib qaçmış, onun ardınca Ramin və Jalə də öz avtomobilinə əyləşib Əlinin arxasınca getmişlər, bundan sonra DİN-nin 102 xidmətinə məlumat verilmişdir. Məhkəmə istintaqı zamanı Şahid8 ifadəsində göstərmişdir ki, Bərdə rayonunda anadan olmuş, hazırda, ailə üzvlərilə birlikdə həmin ünvanda yaşayır. Özünə məxsus avtomobililə taksi fəaliyyəti ilə məğul olur, 2003-cü ildə ailə həyatı qurmuş, həmin evlilikdən 3 övladı vardır. Təqsirləndirilən şəxs onun qaynıdır. Onunla yaxşı münasibəti vardır. Şahid1 isə onun əmisi oğludur. Onunla da yaxşı münasibəti vardır. Əli ilə Ədalət arasında əvvəllər çox yaxşı münasibət olmuşdur. 2021-ci ilin noyabr ayının 1-də səhər saatlarından evdən çıxıb işə getmiş, axşam saat 19 radələrində evə gəlmiş, bundan sonra evdə olmuş, saat təxminən 20 radələrində evdə olan zaman çöldən səs-küy eşitmiş, anasıgil demişdir ki, deyəsən çöldə nəsə olub, çölə çıxın. Həmin vaxt o, yola çıxmış, yolda görmüşdür ki, əmiləri Rizvan və Ramiz, Rizvanın arvadı Səkinə Rizvan əmisigilin həyətində dayanmışdır. Qaynı Əli onların yanında olmuş, ora çatanda onlar arasında heç bir mübahisə olmamış, o, Əlinin əlində avtomat silahı görüb tez əlindən almış, onunla birlikdə həyat yoldaşı Jalə və oğlu Fərid də ora gəlmiş, o nəsə bir problem yaranmaması üçün tez silahı Əlinin avtomobilinə qoymuşdur. Jaləni də onun avtomobilinə əyləşdirmiş və ordan uzaqlaşmasını bildirmişdir. Əli avtomobili sürüb ordan uzaqlaşmış, o da sonradan öz avtomobililə onların arxasınca getmiş, Bərdə şəhəri 4 nömrəli məktəbin qarşısında onların avtomobilini saxlatmış və Jaləni götürmüşdür. O, Jalə ilə üzrxahlıq etmək üçün əmisigilə getməyə başlamış, o, sonradan eşitmişdir ki, Əli bilmədən Rizvangilin həyətində olan zaman avtomatla bir dəfə atəş açmışdır. Lakin o bunu konket olaraq görməmiş və silah səsi eşitməmişdir. Məhkəmə istintaqı zamanı Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayısıdır. 2021-ci ilin noyabr ayının 1-də saat təxminən 20 radələrində evdə olan zaman çöldən səs-küy eşitmiş. Həmin vaxt o, yola çıxmış, yolda görmüşdür ki, əmiləri Rizvan və Ramiz, Rizvanın arvadı Səkinə Rizvan əmisigilin həyətində dayanmışdır. O, Əli dayısının əlində avtomat silahı görüb, atası tez silahı onun əlindən almış. Əli dayısı avtomobili sürüb ordan uzaqlaşdı. Lakin o silah səsi eşitməyib. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərmişdir ki, çöldən səs-küy gəldi, həmin vaxt çölə çıxdı, gördü Əlidir. O hamıdan sonra çatdı. Əli avtomatı atıb getmişdi. O heç kimi görməyib. Halbuki Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o həyat yoldaşı Ramiz ilə birlikdə Rizvangilə getmişlər, onlar gəldikdən sonra Rizvanın həyat yoldaşı Səkinə çay hazırlamış, onlar çay içməyə başlayan zaman çöldən səs-küy gəlmiş, həmin vaxt o çölə çıxmış, darvazaya tərəf gedəndə atəş açıldığın görmüş, sonra isə orda olanların hərəsinin bir tərədə qaçdığını görmüş, Ramin da tez avtomatdan yapışıb Əlinin əlindən almaq istəyən zaman Əlinin bacısı Jalə, Ramin və Raminin oğlu Fərid onun əlindən avtomatı aldılar ki, içi doludur, birdən açılar. Həmin vaxt Əlinin yanında tanımadığı bir nəfər 25-30 yaşlarında bir qadın olmuş, silahı onun əlindən aldıqdan sonra Əli öz avtomobilinə əyləşib qaçmış, onun ardınca Ramin və Jalə də öz avtomobilinə əyləşib Əlinin arxasınca getmişlər, bundan sonra DİN-nin 102 xidmətinə məlumat verilmişdir. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində göstərmişdir ki, onların bir-birlərinə gediş gəlişdəri olub, xeyir-şərlərində iştirak ediblər. Gördü ki, çöldə darvazanı döyüllər, zərbəynən səs gəldi. Darvazanı açdı gördü ki, Əlidir. Əlinin əlində avtomat var idi. Avtomatdan bir dəfə havaya atəş açıb çıxıb getdi. Heç kim ona yaxın getmədi. O, Əlini mehriban uşaq kimi tanıyıb, heç vaxt o ondan belə hərəkət gözləməzdi. Halbuki Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ramiz öz həyat yoldaşı Pəri ilə birlikdə onlara gəlmişlər, onlar gəldikdən sonra o çay hazırlamış, onlar çay içməyə başlayan zaman çöldən səs-küy gəlmiş, həmin vaxt oçölə çıxmış, darvaya tərəf gedəndə atəş açıldığın görmüş, sonra isə orda olanların hərəsinin bir tərədə qaçdığını görmüş, Ramin da tez avtomatdan yapışıb Əlinin əlindən almaq istəyən zaman Əlinin bacısı Jalə, Ramin və Raminin oğlu Fərid onun əlindən avtomatı aldılar ki, içi doludur, birdən açılar. Həmin vaxt Əlinin yanında tanımadığı bir nəfər 25-30 yaşlarında bir qadın olmuş, silahı onun əlindən aldıqdan sonra Əli öz avtomobilinə əyləşib qaçmış, onun ardınca Ramin və Jalə də öz avtomobilinə əyləşib Əlinin arxasınca getmişlər, bundan sonra DİN-nin 102 xidmətinə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş MTE və PA ETT birliyinin Bərdə rayon zona mərkəzindən daxil olmuş 02 noyabr 2021-ci il tarixli 923 nömrəli tibbi ekspertizasının rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol said nahiyəsinin kəsilmiş səthi yarası kəsici xassəyə malik olan əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə 01 noyabr 2021-ci ilə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş məhkəmə-ballistik ekspertizasının 30 noyabr 2021-ci il tarixli 21/672R nömrəli rəyindən görünür ki,
1. Tədqiqata təqdim edilmiş 01 ədəd İU-3285 N-li silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1967-ci ildə istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKM modelli avtomatdır odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir.
2. Tədqiqata təqdim edilmiş 01 ǝdəd patron 1973-cü ildə zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62 x 39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronudur, döyüş sursatıdır və atəş üçün yararlıdır.
3. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır.
4. Tədqiqata təqdim edilmiş 01 ədəd giliz zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1973-cü ildə istehsal olunmuş 7,62 x 39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsidir atılmış-gilizidir. Həmin giliz tədqiqata təqdim edilmiş 7,62 mm kalibrli İU-3285 №-li Kalaşnikov konstruksiyalı AKM modelli avtomatdan atılmışdır. (Bax: Arsenal ABİS sistemindən çıxarılmış şəkilə)
5. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən «güllə-giliz» kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir.
6. DİN-in KTİ-də «məhkəmə-kimyəvi» ekspertizası keçirilmədiyindən qərarın 4-cü sualında qeyd olunan «Təqim edilmiş silahdan atəş açılmışdırmı? əgər atəş açılmışdırsa, sonuncu atəşdən nə qədər vaxt keçib?» sualına cavab verilmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı istifadə etdiyi 1 ədəd İU-3285 nömrəli zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1967-ci ildə istehsal olunmuş Kalaşnikov konstruksiyalı odlu yivli silah olan AKM modelli avtomatı, həmin silaha aid 1 ədəd 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal olunmuş darağı və darağın içərisində 1 ǝdəd döyüş sursatı olan 1973-cü ildə zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla atəş üçün yararlı, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronu və 01 ədəd giliz zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1973-cü ildə istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsi olan atılmış-giliz maddi sübut hesab olunaraq saxlanılması üçün Bərdə rayon Polis Şöbəsinin maddi sübut otağına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Polis Şöbəsinin 06 yanvar 2022-ci il tarixli əməliyyat tapşırığına cavabından görünür ki, Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması müəyyən edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs cinayəti törədən zaman başqa şəxslərin iştirakı, köməkliyi və Təqsirləndirilən şəxs hadisə vaxtı yanında olan 25-30 yaşlı qadının şəxsiyyəti müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs hadisə vaxtı istifadə etdiyi 1967-ci il istehsallı, AKM markalı, İU-3285 nömrəli avtomat silahı, silaha aid 1 ədəd sandığı və sandığın içərisində 1 ədəd 7,62 mm kalibirli döyüş sursatını kimdən və haradan əldə etdiyini müəyyən etmək mümkün olmamışdır. İş materiallarından görünür ki, Hadisə vaxtı Şahid1 istifadə etdiyi bıçaq keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində tapılması mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Tərtər rayonu İcra Hakimiyyəti Başçısının Mamırlı kənd ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayonu Mamırlı kəndində yaşayır, həmin tarixli xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə olunmuşdur. Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs Akif oğlu istintaqa məlum olmayan mənbədən və tarixdə 1 ədəd İU -3285 nömrəli zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1967-ci ildə istehsal olunmuş Kalaşnikov konstruksiyalı odlu yivli silah olan AKM modelli avtomatı, həmin silaha aid 1 ədəd 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal olunmuş darağı və darağın içərisində 2 ǝdəd döyüş sursatı olan 1973-cü ildə zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla atəş üçün yararlı, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarını qanunsuz olaraq əldə edib saxlamış, 01 noyabr 2021-ci il tarixdə saat 20:30 radələrində aralarında olan pul borcuna görə etibarnamə ilə idarə etdiyi VAZ-21102 markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonunun Mirzalıbəyli kəndinə yaşayan qohumu Şahid1 yaşadığı ünvana gedərək evlərinin yaxınlığında sonuncunu avtomobilə əyləşməyə dəvət etmiş, avtomobildə aralarında baş vermiş mübahisə zamanı Şahid1 əlində olan bıçaqla onun sol qol nahiyəsindən bir zərbə vurub ona dərəcəsi təyin edilməyən sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirdikdən sonra atomobildən düşüb qaçmış, bundan sonra o, avtomobilin sükanından düşərək yük yerində qanunsuz olaraq saxlayıb, daşıdığı 1 ədəd İU-3285 nömrəli zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1967-ci ildə istehsal olunmuş Kalaşnikov konstruksiyalı odlu yivli silah olan AKM modelli avtomatı əlinə götürüb gəzdirərək Şahid1 yaşadığı evin həyətinə daxil olub sonuncunu axtarmış, lakin tapa bilmədiyi üçün əlində olan odlu silahla havaya bir dəfə atəş açmış, sonra həyətdən çıxaraq idarə etdiyi avtomobilə əyləşib hadisə yerini tərk edərək getmiş, Bərdə rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun hadisə zamanı istifadə etdiyi 1 ədəd İU -3285 nömrəli zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1967-ci ildə istehsal olunmuş Kalaşnikov konstruksiyalı odlu yivli silah olan AKM modelli avtomatı, həmin silaha aid 1 ədəd 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal olunmuş darağı və darağın içərisində 1 ǝdəd döyüş sursatı olan 1973-cü ildə zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla atəş üçün yararlı, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronu aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2.1, 124.2.2-ci maddələrinə əsasən, cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs Akif oğlu istintaqa məlum olmayan mənbədən və tarixdə 1 ədəd İU -3285 nömrəli zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1967-ci ildə istehsal olunmuş Kalaşnikov konstruksiyalı odlu yivli silah olan AKM modelli avtomatı, həmin silaha aid 1 ədəd 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal olunmuş darağı və darağın içərisində 2 ǝdəd döyüş sursatı olan 1973-cü ildə zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla atəş üçün yararlı, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarını qanunsuz olaraq əldə edib saxlamış, 01 noyabr 2021-ci il tarixdə saat 20:30 radələrində aralarında olan pul borcuna görə etibarnamə ilə idarə etdiyi VAZ-21102 markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonunun Mirzalıbəyli kəndinə yaşayan qohumu Şahid1 yaşadığı ünvana gedərək evlərinin yaxınlığında sonuncunu avtomobilə əyləşməyə dəvət etmiş, avtomobildə aralarında baş vermiş mübahisə zamanı Şahid1 əlində olan bıçaqla onun sol qol nahiyəsindən bir zərbə vurub ona dərəcəsi təyin edilməyən sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirdikdən sonra atomobildən düşüb qaçmış, bundan sonra o, avtomobilin sükanından düşərək yük yerində qanunsuz olaraq saxlayıb, daşıdığı 1 ədəd İU-3285 nömrəli zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1967-ci ildə istehsal olunmuş Kalaşnikov konstruksiyalı odlu yivli silah olan AKM modelli avtomatı əlinə götürüb gəzdirərək Şahid1 yaşadığı evin həyətinə daxil olub sonuncunu axtarmış, lakin tapa bilmədiyi üçün əlində olan odlu silahla havaya bir dəfə atəş açmış, sonra həyətdən çıxaraq idarə etdiyi avtomobilə əyləşib hadisə yerini tərk edərək getmiş, Bərdə rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində onun hadisə zamanı istifadə etdiyi 1 ədəd İU -3285 nömrəli zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1967-ci ildə istehsal olunmuş Kalaşnikov konstruksiyalı odlu yivli silah olan AKM modelli avtomatı, həmin silaha aid 1 ədəd 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal olunmuş darağı və darağın içərisində 1 ǝdəd döyüş sursatı olan 1973-cü ildə zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla atəş üçün yararlı, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronu aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidin ifadəsi və məhkəməyədək sadələşdirilmiş icraat materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Akif oğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs Akif oğlunun törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs Akif oğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm– cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, əməlin qanunvericilikdə nəzərdə tutulmuş cinayət hesab edilməsi və cinayət tərkibinin formalaşmasında zəruri və fakultativ əlamətlərin müəyyən edilməsinin böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Fakultativ əlamətlər isə bütün cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol oynayan əlamətlərdir. Belə əlamətlərə cinayətin obyektiv cəhətini səciyyələndirən cinayətin törədilmə vaxtı, yeri, üsulu, cinayətin subyektiv cəhətini xarakterizə edən motiv, məqsəd və s. aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş Təqsirləndirilən şəxs Akif oğlunun himayəsində üç azyaşlı uşağın olması onun cəzasını yüngəlləşdirən haldır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Akif oğlunun əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Akif oğluna cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə xüsusi olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın şərti hesab edilməsinə dair müdafiə tərəfinin fikirlərinə münasibətdə onu da qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin idarə etdiyi avtomobilinin yük yerində atışa tam hazır və yararlı vəziyyətdə olan 1 ədəd İU-3285 nömrəli zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1967-ci ildə istehsal olunmuş Kalaşnikov konstruksiyalı odlu yivli silah olan AKM modelli avtomatı saxlaması, hər hansısa bir mübahisə zəmnində həmin avtomatdan qorxu yaradan bir vasitə kimi istifadə etməsi və hətta kənd içində atəş açması həmin şəxslərə digər alternativ cəzaların, eləcə də təyin olunacaq cəzaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi ədalətsizlik olardı. Bu da öz növbəsində həm qanuni, həm də hüquq nəzəriyyəsi baxımından yolverilməzdir. Eləcə də, həmin şəxsin azadlıqda qalması və ya açıq-aşkar surətdə ona yüngül cəza təyin edilməsi cəmiyyətdə birmənalı qarşılanmamaqla bərabər, həm də bu cür formada törədilmiş cinayətlərə münasibətdə təqsirkar şəxsin cəzasız qalması kimi neqativ düşüncələrin yaranmasına rəvac vermiş olardı. Hüquq nəzəriyyəsinə görə hüquq, törədilmiş pozuntunun qarşılığında alınacaq cəza ilə özünü bərpa etməli, başqa sözlə, hüquqa və qanuna müxalif xüsusi iradənin öz-özünə mövcud olan məntiqli, azad, ümumi iradəyə, yəni hüquqa tabe edilməsi lazımdır. Cəza əslində törədilmiş cinayətə görə hüquqi baxımından verilən qanuni cavabdır. Lakin cinayətin səbəb olduğu ziyanla və cəza ilə təqsirkara verilən cəza arasında bərabərlik şəklindəki əvəzçıxma deyildir. Sadəcə olaraq cəza həmin şəxslərin islah edilməsi üçün nəzərdə tutulmuş sosial reabilitasiya vasitəsidir. Məhkəmə nəticə olaraq qeyd edir ki, cəzanın qarşısında müəyyən məqsəd qoyulmamışdan əvvəl, həmin məqsədə hansı vasitələrlə nail olunacağının aydınlaşdırılması, həmçinin onun reallığı və praktikada tətbiq edilə bilinəcəyi və cəzanın özünün obyektiv imkanları müəyyən edilməlidir. Məhz bu baxımdan məhkəmə hazırki cinayət üzrə sanksiya daxilində daha yüngül cəzaların olmasını, eləcə də müdafiə tərəfinin səsləndirdiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi kimi dəlillərə qəbulolunmaz hesab edir və əlavə olaraq qeyd edir ki, hazırki iş üzrə törədilmiş cinayətə görə təyin edilən cəza elə formada təzahür etməlidir ki, həmin cəza özü-özlüyündə “cəzaların böhranını” yaratmamış olsun. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Akif oğlunun barəsində Bərdə Rayon Məhkəməsi tərəfindən 03 noyabr 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş və həbsdə qalma müddəti 02 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə ev dustaqlığında saxlanıldığı müddət də daxildir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Belə olan halda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Akif oğlu cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut Bərdə Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd İU-3285 nömrəli zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1967-ci ildə istehsal olunmuş Kalaşnikov konstruksiyalı odlu yivli silah olan AKM modelli avtomatı, həmin silaha aid 1 ədəd 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal olunmuş darağı və darağın içərisində 1 ǝdəd döyüş sursatı olan 1973-cü ildə zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla atəş üçün yararlı, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronu hökm qanuni qüvvəsini aldıqdan sonra Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış hadisə yerindən, 01 ədəd giliz zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1973-cü ildə istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsi olan atılmış-giliz hökm qanuni qüvvəsini aldıqdan məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia, maddi ziyan və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 02 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut Bərdə Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd İU-3285 nömrəli zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1967-ci ildə istehsal olunmuş Kalaşnikov konstruksiyalı odlu yivli silah olan AKM modelli avtomatı, həmin silaha aid 1 ədəd 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal olunmuş darağı və darağın içərisində 1 ǝdəd döyüş sursatı olan 1973-cü ildə zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla atəş üçün yararlı, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronu hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış hadisə yerindən, 01 ədəd giliz zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1973-cü ildə istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsi olan atılmış-giliz hökm qanuni qüvvəsini aldıqdan məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hаkim Elsun Əhmədov