Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-41/2023 11.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxx 1996-cı il tarixdə ünvan 4ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı övladı olan, Bərdə Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli hökmü ilə 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilməmiş, Bərdə rayonu Nazırlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə 21 avqust 2022-ci il tarixdə saat 06 radələrində rəhmətə getmiş əmisi arvadı Zərərçəkmiş şəxs yaşadığı Bərdə rayonu Nazırlı kəndində yerləşən fərdi yaşayış evinin taxta qapısına fiziki təsir göstərmək yolu ilə açıb, həmin mənzilə qanunsuz daxil olaraq mənzilin ikinci mərtəbəsində yerləşən yataq otağındakı sandığdan Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd 830 (səkkiz yüz altmış üç) manat dəyərində 13,30 qram çəkidə rusiya federasiyası istehsalı olan 583 əyarlı kişi üçün nəzərdə tutulan qızıl üzüyü, 2 (iki) ədəd 1 (bir) ədədinin qiyməti 300 (üç yüz) manat olmaqla 600 (altı yüz) manat dəyərində 5 (beş) və 7 (yeddi) qram çəkilərdə rusiya federasiyası istehsalı olan 583 əyarlı qadın üçün nəzərdə tutulmuş qızıl üzükləri, 1(bir) cüt 180 (yüz səksən) manat dəyərində 5 (qram) çəkidə olan rusiya federasiyası istehsalı olan 583 əyarlı qızıl sırğanı, 1(bir) ədəd 1700 (min yeddi yüz) manat dəyərində 30 (otuz) qram çəkidə olan italiya istehsallı 750 əyarlı qadın üçün nəzərdə tutulmuş qızıl sepi və 1 (bir) ədəd 640 (altı yüz qırx) manat dəyərində 30 qram çəkidə olan rusiya federasiyası istehsallı 583 əyarlı qadın üçün nəzərdə tutulmuş qızıl bilərziyi gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3950 (üç min doqquz yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək və törətdiyi əməli könüllü olaraq etiraf edərək ifadəsində göstərdi ki, o, Bərdə rayonu Nazırlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir 2 övladı var, orta təhsillidri, rəsmi olaraq işləmir. Fəhləlik edərək ailəsini dalnadırır. Zərərçəkmiş şəxs onun rəhmətə getmiş əmisi Cövdətin arvadıdır və əmisi oğlu Dilən ilə onlarla eyni kənddə yaşayırlar. Dilən və anası Güllər mütəmadi olaraq əkin sahəsində işləməyə getdiyini bildiyi üçün 21 avqust 2022-ci il tarixdə Dilən və Güllər evdə olmadığı zaman, yəni saat 08 radələrində o evə daxil olmaq üçün birinci olaraq qapının qıfılını sındırmış, daha sonra evə daxil olmuşdur. Evdə olan biləcək qızıl-zinyət və pulun yataq otağında saxlanılacağını guman edərək ikinci mərtəbədə yerləşən yataq otağına getmişdir. Orada əşyaları, paltarları axtardıqdan sonra sandıqçaya baxmışdır. Sandıçada olan şüşə qaba baxan zaman içərisəndə 1 ədəd kişi qızıl üzüyü, 2 ədəd qadın qızıl üzüyü, 1 cüt sırğa, 1 ədəd qızıl bilərzik və 1 ədəd qızıl sep olduğu görmüş və həmin əşyaları götürmüşdür. O qızıl zinyət əşyalarını götürdükdən sonra yaşadığı evdə heç kəs bilməməsi üçün Bakı şəhərində yaşayan bibisi Şərəbanının yaşadığı evə gedərək bir qismini, yəni 1 ədəd qızıl kişi üzüyü, 1 ədəd qızıl qadın üzüyü və 1 ədəd qızıl sepi bibim Şərəbanıya vermiş və özünə məxsus olduğunu bildirmişdir. Qalan qızıl-zinyət əşyalarını isə satmaq üçün üzərində saxlasa da sata bilməşmişdir. Digər qızıl əşyalarını isə Gülərə qaytarmışdır. Zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Əməlindən səmimi peşmandır. Göstərilənlərə əsasən də barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, o, Bərdə rayonu Məmmədli kəndində anadan olmuşdur. Hazırda ailə üzvləri ilə birlikdə Bərdə rayonu Nazırlı kəndində yaşayır. Subaydır, 1 övladım var. Orta təhsillidir rəsmi olaraq heç bir yerdə işləmir. X22 19 dekabr 2021-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişmişdir. Əri rəhmətə gedəndən sonra oğlu Dilən ilə birlikdə Bərdə rayonu Nazırlı kəndində yaşayır. 21 avqust 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. 21 avqust 2022-ci il tarixdə saat 05 radələrində o oğlu Dilən ilə birlikdə alaq yığmağa getmişdir. O evdən çıxarkən bütün qapıları qıfılla bağlamışdır. Həmin tarixdə saat 12 radələrində evə qayıdan zaman giriş qapısını açıb həyətə daxil olduqdan sonra fərdi yaşayış evinin giriş qapısının qıfılının sındırıldığını və qapının açıq olduğunu görmüşdür. O mənzilə daxil olub evi axtarmağa başlamışdır. Yataq otağında olan sandıqcanın içərisinə baxdıqda şüşə qabda sandıqcada saxladığı qızıl zinət əşyalarımın oğurlanmasını aşkar etmişdir. Dərhal mən bu barədə baldızı əri Firdovsiyə mobil telefon vasitəsilə məlumat vermişdir. Bir müddət polis əməkdaşları yaşadığı ünvana gəlmişdirlər, hadisə yerinə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş və əl-barmaq izləri götürülmüşdür. Oğurluq nəticəsində sandıqdan 1 ədəd 1000 manat dəyərində, 13.30 qram çəkidə 583 əyarlı rusiya istehsalı olan kişi üçün nəzərdə tutulan qızıl üzük, 2 ədəd hərəsinin qiyməti 400 manat olan 5 qram və 7 qram çəkilərdə olan, 583 əyarlı rusiya istehsallı qadın üçün nəzərdə tutulan qızıl üzüklər, 1 cüt 200 manat dəyərində 5 qram çəkidə olan 583 əyarlı rusiya istehsallı qızıl sırğa, 1 ədəd 800 manat dəyərində 30 qram çəkidə olan 583 əyarlı rusiya istehsallı qadın üçün nəzərdə tutulmuş qızıl bilərzik və 1 ədəd 2000 manat dəyərində 30 qram çəkidə olan 750 əyarlı italiya istehsalı qızıl sep oğurlanmışdır. Polis əməkdaşları yaşadığı ünvanda ilkin izahatını alıb getdikdən sonra baldızı X5 ona zəng edərək, qaynı oğlu Təqsirləndirilən şəxs Şərabanı Hacıyevanın yaşadığı evə qanunsuz daxil olaraq oğurluq etdiyini, oğurladığı qızılların 2 ədəd qızıl üzükləri və 1 ədəd sepi ona verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, o, Bərdə rayonu Nazırlı kəndində anadan olmuşdur. Hazırda ailəsi ilə birlikdə Bərdə rayonu Nazırlı kəndində yaşayır. Təqsirləndirilən şəxs onun əridir, 2016-ci il evlənmişdirlər, iki övladları var. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Nəcməddin Bakı şəhərinə şəxsi işləri iləəlaqədar gedəcəyini qısa zamanda gediri qayıdacağını bildirərək evdən çıxmışdır. Təxminən 2 gün sonra polis əməkdaşları yaşadıqları evə gələrək Nəcmədinin qohumları Zərərçəkmiş şəxs məxsus qızılzinyət əşyalaraını oğurlamaqda şübhəli olduğunu bildirərərək Nəcməddini Bərdə RPŞ-nə dəvət etmişdirlər. Bərdə RPŞ-də Nəcməddinin qohumları Zərərçəkmiş şəxs məxsus qızılzinyət əşyalaraını oğurlaması onlara məlum olmuşdur. İbtidai istintaq zamanı ifadə vermiş və məhkəmə iclas zalında ifadəsi tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu Nazırlı kəndində anadan olmuşdur. Hazırda ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Subaydır, 2 övladı var. Təqsirləndirilən şəxs onun rəhmətə getmiş Sahib adlı qardaşının oğludur. Zərərçəkmiş şəxs isə onun qardaşı arvadıdır. 21 avqust 2022-ci il tarixdə saat 15-16 radələrində Nəcməddin ona mobil telefon vasitəsilə zəng edərək, evdə olub-olmadığımı maraqlanmış və o Nəcməddinə evdə olduğuu demişdir. Həmin danışıqdan təxminən 20 dəqiqə sonra Nəcməddin yaşadığı ünvana gələrək, “bibi qızılları götür saxla”-demişdir. Nəcməddin ona 1 ədəd kişi üçün nəzərdə tutulan qızıl üzük, 1 ədəd rusiya istehsallı qadın üçün nəzərdə tutulan qızıl üzük və 1 ədəd italiya istehsalı qızıl sepi verib çıxıb getmişdir. Nəcməddin həmin qızılları ona verərkən qızılların oğurluq olmasını ona deməmişdir. Onunhəmin qızılları oğurluq olmasından xəbəri yalnız polis əməkdaşları ona zəng edərək, məlumat verdiklərində olmuşdur. Polis əməkdaşları ona zəng edib, Nəcməddin ona oğurluq qızıl verdiyini, həmin qızılları təqdim etməli olduğunu demişdir. O də Nəcməddinin ona verdiyi 1 ədəd kişi üçün nəzərdə tutulan qızıl üzük, 1 ədəd rusiya istehsallı qadın üçün nəzərdə tutulan qızıl üzük və 1 ədəd italiya istehsalı qızıl sepi Bərdə rayon polis şöbəsinə gələrək könüllü olaraq təqdim etmək istədiyini bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 01 oktyabr 2022-ci il tarixli Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması haqqında protokoldan və fotocədvəldən görünür ki, o, Bərdə şəhəri Bаbək küçəsi 26 ünvаnındа yеrləşən Bərdə rayon polis şöbəsinin inzibаti binаnın həyətində “Ford” mаrkаlı ** AP *** dövlət qeydiyyat nişаnlı аvtоmоbilə əyləşdikdən sоnrа аvtоmоbili sağ tərəfə Bərdə rayonu Nazırlı kəndi istiqamətində hərəkət etdirməyi bildirdi. Bərdə rayonu Qazıqurdalı kəndinin girəcəyində avtomobili saxlamağı bildirdi. Təqsirləndirilən şəxs rəhmətə getmiş əmisi Cövdətin arvadı Zərərçəkmiş şəxs məxsus evin darvazasını göstərdi. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin kiçik yataq otağında yerləşən sandıqcanı əli ilə göstərərək 26 mart 2021-ci il tarixdə saat 06 radələrində həmin sandıqcadan 1 ədəd 13,30 qram çəkidə 583 qram əyarlı kişi üçün nəzərdə tutulan qızıl üzüyü, 1 ədəd 5 qram çəkidə 583 əyarlı qadın üçün nəzərdə tutulan qızıl üzüyü, 1 ədəd 7 qram çəkidə 583 əyarlı qadın üçün nəzərdə tutulan qızıl üzüyü, 1 cüt dəyərində 5 qram çəkidə olan 583 əyarlı qızıl sırğanı, 1 ədəd 30 qram çəkidə olan 583 əyarlı qızıl bilərziyi və 1 ədəd 30 qram çəkidə olan 750 əyarlı qızıl sepi gizli yolla talayaraq oğurladığını bildirdi. Cinayət işi materiallarına əlavə edilmiş Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 sentyabr 2022-ci il tarixli, 9/7012 saylı rəyinə əsasən qərarda göstərilən malların 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur: Respublikada yerləşən ticarət məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, anoloji malların markasına, madelinə uyğun olaraq ekspertiza təyini haqqında qərarda qeyd edilən bir ədəd Rusiya Federasiyası istehsalı olan 583 əyarlı qızıldan kişi üzüyün orta bazar qiyməti 830 manat, iki ədəd Rusiya Federasiyası istehsalı olan 583 əyarlı qızıldan qadın üzüyün orta bazar qiyməti 600 manat, bir ədəd İtaliya istehsalı 30 qramlıq qızıldan sepin orta bazar qiyməti 1700 manat, bir cüt Rusiya Federasiyası istehsalı olan 583 əyarlı qızıldan sırğanın orta bazar qiyməti 180 manat və bir ədəd Rusiya Federasiyası istehsalı olan 583 əyarlı qızıldan bilərziyinin orta bazar qiyməti 640 manat manat müəyyən edilir. Cinayət işi materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 21 avqust 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri Bərdə rayonu Nazırlı kəndində yerləşən X10 məxsus ünvanda yerləşən fərdi yaşayış evidir. Həmin evin ikinci mərtəbəsində yerləşən yataq otağında sandıqca vardır. Cinayət işi materiallarına əlavə edilmiş 25 avqust 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotocədvəldən görünür ki, Şahid2 qohumu Təqsirləndirilən şəxs 21 avqust 2022-ci il tarixə Zərərçəkmiş şəxs yaşadığı Bərdə rayonu Nazırlı kəndində yerləşən oğurladığı 1 ədəd kişi üçün nəzərdə tutulan qızıl üzük, 1 ədəd rusiya istehsallı qadın üçün nəzərdə tutulan qızıl üzük və 1 ədəd italiya istehsalı qızıl sepi istintaqa təqdim etmiş, həmin qızıl zinət əşyaları tərəfimdən protokol tərtib edilərək ondan götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş 10 oktyabr 2022-ci il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, ünvan 4ində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus qızıl-zinyət əşyalarını oğurlayarkən Təqsirləndirilən şəxs hər hansı kömək edən şəxsin olması müəyyən edilməmiş, həmçinin ətrafda hər hansı müşahidə kamerası aşkar edilməmiş, Təqsirləndirilən şəxs rayon ərazisində baş vermiş başqa cinayətlərdə iştirak edib eməsi müəyyən edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 08 sentyabr 2022-ci il tаriхli, Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bərdə Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli hökmü ilə Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilməmiş və götürülməmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Bərdə rayon İcra və probasiya Şöbəsinin 11 yanvar 2023-cü il tarixli 35/09 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli hökmü ilə Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 11 iyun 2020-ci il tarixdə Şöbənin icraatına daxil olmuş və 12 iyun 2020-ci il tarixdə qeydiyyata alınmışdır. Bərdə Rayon Məhkəməsinin 7(021)-29/2022 saylı 28 yanvar 2022-ci il tarixli qərarı ilə “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək cəzasının çəkilməmiş hissəsi 1 il azaldılmışdır. Həmçinin Bərdə Rayon Məhkəməsinin 7(021)-89/2022 saylı 25 aprel 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 21 gün hissəsi axzadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs 17 may 2022-ci il tarixdə Bərdə rayon İcra və probasiya Şöbəsində azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərin qeydiyyat kitabından qeydiyyatdan çıxarılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə rayonu Nəzirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, X3 rayonu Nazırlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə rayonu Nəzirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Nazırlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda arvadı 1997-ci il təvəllüdlü Şahid1, övladları 2017-ci il təvəllüdlü X6 və 2022-ci il təvəllüdlü X7 ilə yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə 21 avqust 2022ci il tarixdə saat 06 radələrində rəhmətə getmiş əmisi arvadı Zərərçəkmiş şəxs yaşadığı Bərdə rayonu Nazırlı kəndində yerləşən fərdi yaşayış evinin taxta qapısına fiziki təsir göstərmək yolu ilə açıb, həmin mənzilə qanunsuz daxil olaraq mənzilin ikinci mərtəbəsində yerləşən yataq otağındakı sandığdan Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd 830 (səkkiz yüz altmış üç) manat dəyərində 13,30 qram çəkidə rusiya federasiyası istehsalı olan 583 əyarlı kişi üçün nəzərdə tutulan qızıl üzüyü, 2 (iki) ədəd 1 (bir) ədədinin qiyməti 300 (üç yüz) manat olmaqla 600 (altı yüz) manat dəyərində 5 (beş) və 7 (yeddi) qram çəkilərdə rusiya federasiyası istehsalı olan 583 əyarlı qadın üçün nəzərdə tutulmuş qızıl üzükləri, 1(bir) cüt 180 (yüz səksən) manat dəyərində 5 (qram) çəkidə olan rusiya federasiyası istehsalı olan 583 əyarlı qızıl sırğanı, 1(bir) ədəd 1700 (min yeddi yüz) manat dəyərində 30 (otuz) qram çəkidə olan italiya istehsallı 750 əyarlı qadın üçün nəzərdə tutulmuş qızıl sepi və 1 (bir) ədəd 640 (altı yüz qırx) manat dəyərində 30 qram çəkidə olan rusiya federasiyası istehsallı 583 əyarlı qadın üçün nəzərdə tutulmuş qızıl bilərziyi gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3950 (üç min doqquz yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmamasını, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X18rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.2 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş 3950 (üç min doqquz yüz əlli) manat maddi ziyanı könüllü olaraq tamamilə ödəməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki, cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 24 avqust 2022-ci il tarixdən 26 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, ona təyin edilən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs оğlunun üzərinə ünvan 4i ünvanında yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarından görünür ki, zərərçəkmiş şəxs tərəfindən mülki iddia verilməsə də, maddi sübut kimi tanınmış 1 (bir) ədəd 830 (səkkiz yüz altmış üç) manat dəyərində 13,30 qram çəkidə rusiya federasiyası istehsalı olan 583 əyarlı kişi üçün nəzərdə tutulan qızıl üzüyü, 2 (iki) ədəd 1 (bir) ədədinin qiyməti 300 (üç yüz) manat olmaqla 600 (altı yüz) manat dəyərində 5 (beş) və 7 (yeddi) qram çəkilərdə rusiya federasiyası istehsalı olan 583 əyarlı qadın üçün nəzərdə tutulmuş qızıl üzükləri, 1(bir) cüt 180 (yüz səksən) manat dəyərində 5 (qram) çəkidə olan rusiya federasiyası istehsalı olan 583 əyarlı qızıl sırğanı, 1(bir) ədəd 1700 (min yeddi yüz) manat dəyərində 30 (otuz) qram çəkidə olan italiya istehsallı 750 əyarlı qadın üçün nəzərdə tutulmuş qızıl sepi və 1 (bir) ədəd 640 (altı yüz qırx) manat dəyərində 30 qram çəkidə olan rusiya federasiyası istehsallı 583 əyarlı qadın üçün nəzərdə tutulmuş qızıl bilərziyi Zərərçəkmiş şəxs saxlaması üçün qaytarılmaqla zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd 830 (səkkiz yüz altmış üç) manat dəyərində 13,30 qram çəkidə rusiya federasiyası istehsalı olan 583 əyarlı kişi üçün nəzərdə tutulan qızıl üzüyü, 2 (iki) ədəd 1 (bir) ədədinin qiyməti 300 (üç yüz) manat olmaqla 600 (altı yüz) manat dəyərində 5 (beş) və 7 (yeddi) qram çəkilərdə rusiya federasiyası istehsalı olan 583 əyarlı qadın üçün nəzərdə tutulmuş qızıl üzükləri, 1(bir) cüt 180 (yüz səksən) manat dəyərində 5 (qram) çəkidə olan rusiya federasiyası istehsalı olan 583 əyarlı qızıl sırğanı, 1(bir) ədəd 1700 (min yeddi yüz) manat dəyərində 30 (otuz) qram çəkidə olan italiya istehsallı 750 əyarlı qadın üçün nəzərdə tutulmuş qızıl sepi və 1 (bir) ədəd 640 (altı yüz qırx) manat dəyərində 30 qram çəkidə olan rusiya federasiyası istehsallı 583 əyarlı qadın üçün nəzərdə tutulmuş qızıl bilərziyi Zərərçəkmiş şəxs saxlaması üçün qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X4, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351- 353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə Rayon Polis Şöbəsində 24 avqust 2022-ci il tarixdən 26 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs оğlunun üzərinə Bərdə rayonu Nazırlı kəndindəki yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd 830 (səkkiz yüz altmış üç) manat dəyərində 13,30 qram çəkidə rusiya federasiyası istehsalı olan 583 əyarlı kişi üçün nəzərdə tutulan qızıl üzüyü, 2 (iki) ədəd 1 (bir) ədədinin qiyməti 300 (üç yüz) manat olmaqla 600 (altı yüz) manat dəyərində 5 (beş) və 7 (yeddi) qram çəkilərdə rusiya federasiyası istehsalı olan 583 əyarlı qadın üçün nəzərdə tutulmuş qızıl üzükləri, 1(bir) cüt 180 (yüz səksən) manat dəyərində 5 (qram) çəkidə olan rusiya federasiyası istehsalı olan 583 əyarlı qızıl sırğanı, 1(bir) ədəd 1700 (min yeddi yüz) manat dəyərində 30 (otuz) qram çəkidə olan italiya istehsallı 750 əyarlı qadın üçün nəzərdə tutulmuş qızıl sepi və 1 (bir) ədəd 640 (altı yüz qırx) manat dəyərində 30 qram çəkidə olan rusiya federasiyası istehsallı 583 əyarlı qadın üçün nəzərdə tutulmuş qızıl bilərziyi Zərərçəkmiş şəxs saxlaması üçün qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxsə vurulmuş 3950 manat məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X4, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs barədə seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edənElsun Əhmədov
Məhkəmə qərarları › İş №1(021)-41/2023
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-41/2023
11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver