Məhkəmə qərarları › İş №1(021)-42/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-42/2024

02.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-42/2024 02.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Mustafayeva Lalə Ruslan qızının katibliyi, Dövlət ittihamçısı, X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1989-cu il tarixdə Özbəkistan Respublikasının Daşkənd vilayətinin Akkurqan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100,00 manat sabit pul məbləğində alimentin tutularaq Əliyeva (Abbasova) Səringül Habil qızına ödənilməsinə dair Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(017)-961/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(021)-1571/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək 3420,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Əliyeva (Abbasova) Səringül Habil qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Əliyeva (Abbasova) Səringül Habil qızı ilə 2015-ci ilin avqust ayında faktiki nikah münasibətlərinə girərək ailə qurmuşlar. Nikahlarını xx.xx.2016-cı il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 2016-cı ildə Bahar adlı bir uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlarda mehriban şəraitdə yaşamışlar. Lakin sonradan Zərərçəkmiş şəxs ilə münasibətləri pozulmağa başlamışdır. Belə ki, Zərərçəkmiş şəxs onu bir ər olaraq sayıb hörmət etmirdi. Xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri tamamilə pozulmuşdur. 2018-ci ilin mart ayında Zərərçəkmiş şəxs ondan faktiki olaraq ayrılıb uşağı ilə birlikdə ayrı yaşayır. Zərərçəkmiş şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə Bərdə şəhərində avtomobil ustası kimi işləyirdi və hər aya 1000-1200,00 manat qazancı olurdu. Faktiki olaraq ayrıldıqdan sonra Zərərçəkmiş şəxs ona qarşı məhkəmədə iddia qaldırmış və Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(017)-961/2018 saylı qətnaməsinə əsasən ondan xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100,00 manat sabit pul məbləğində alimentin tutularaq Əliyeva (Abbasova) Səringül Habil qızına ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun yaşadığı yer üzrə Bərdə rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də təqdimat verilən günə, yəni xx.xx.2023-cü tarixli təqdimatda qeyd edilən cəmi 3420,00 manat aliment borcunu ödəməmişdir. Maddi imkansızlıqdan borcunu ödəyə bilməmişdir Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan olunmuş zərərçəkmiş şəxs Əliyeva (Abbasova) Səringül Habil qızı ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2015-ci ilin avqust ayında faktiki nikah münasibətlərinə girərək ailə qurmuşlar. Nikahlarını xx.xx.2016-cı il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 2016-cı ildə Bahar adlı bir uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlarda mehriban şəraitdə yaşamışlar. Lakin sonradan Təqsirləndirilən şəxs ilə münasibətləri pozulmağa başlamışdır. Belə ki, Təqsirləndirilən şəxs onu bir arvad olaraq sayıb hörmət etmirdi mütəmadi olaraq söyüb döyürdü və nə ona nədə ki, uşağına qayğı göstərmirdi. Xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri tamamilə pozulmuşdur. 2018-ci ilin mart ayında Təqsirləndirilən şəxs ilə faktiki olaraq ayrılıb uşağı ilə birlikdə ayrı yaşayır. Təqsirləndirilən şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə sonuncu Bərdə şəhərində avtomobil ustası işləyirdi və hər aya 800-1000,00 manat qazancı olurdu. Faktiki olaraq ayrıldıqdan sonra Təqsirləndirilən şəxs uşağının saxlanması üçün ona heç bir maddi köməklik göstərməmişdir və o, heç bir yerdə işləmədiyi üçün uşağı təkbaşına saxlamaqda çətinlik çəkirdi. Ona görə atasının maddi yardımı ilə uşağını saxlayırdı. O, Təqsirləndirilən şəxs qarşı məhkəmədə uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tələbi ilə iddia qaldırmış və Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(017)-961/2018 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Bərdə rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixli təqdimatda qeyd edilən cəmi 3420,00 manat aliment borcu yaranmışdır. Qeyd edilən borcun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Əliyeva (Abbasova) Səringül Habil qızı məhkəməyə teleqram və ərizə göndərərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ona olan aliment borcunu ödəməmişdir. Təqsirləndirilən şəxs borcunu ödəmədiyi təqdirdə ən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zamanı şahid qismində dindirilmiş Bərdə rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(017)-961/2018 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100,00 manat sabit pul məbləğində alimentin tutularaq Əliyeva (Abbasova) Səringül Habil qızına ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icra olunması üçün Bərdə rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qətnaməsini icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsi icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığı üçün Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(021)-1571/2022 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 08 (səkkiz) gün müddətinə həbs edilmişdir. Borclu inzibati məsuliyyətdən sonra da məhkəmə qərarının icrasını təmin etməmiş və xx.xx.2023-cü il tarixədək tələbkar Əliyeva (Abbasova) Səringül Habil qızına cəmi 3420,00 manat məbləğində aliment borcu yaranmışdır. Bununla da, borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını icraya yönəldiyi vaxtdan bu günədək qərəzli olaraq icra etməmişdir. Məhkəmə istintaqı zamanı zamanı şahid qismində dindirilmiş Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 eyni məzmunlu ifadə Şahid1 göstərdikləri xüsusatları tam təsdiq edərək ifadəsində Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli icra etməməsini bildirmişdir. Cinayət işinin 145-146-cı vərəqələrində olan 07 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddində nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 148-149-cu vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında 07 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilmiş və həmin tarixli qərarla cinayət təqibi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsi ilə dayandırılmışdır. Cinayət işinin 156-cı vərəqəsində olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cüil tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 noyabr 2023-cü il tarixdə tutularaq Bakı şəhər Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 157-ci vərəqəsində olan 02 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Cinayət işinin 176-177-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında 02 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 179-180-cı vərəqələrində olan 02 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov RPİ-nin MSY-dən 02 dekabr 2023cü il tarixdə azad olunmuşdur. Cinayət işinin 212-214-cü vərəqələrində olan Bərdə rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 1(021)42\2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv olunması, barəsində “həbs” qətimkan tədbirinin seçilməsi, qərarın icrasının Bərdə rayon Polis Şöbəsinə həvalə edilməsi, təqsirləndirilən şəxs tapılanadək və bu barədə məhkəməyə məlumat verilənədək cinayət işinin icraatının dayandırılması qərara alınmışdır. Cinayət işinin 219-cu vərəqəsində olan 24 mart 2024-cü tarixli “axtarışda olan şəxsin tutulması haqqında” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 mart 2024-cü il tarixdə tutularaq Bərdə RPŞ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 222-ci vərəqəsində olan 27 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(021)-42/2024 saylı cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 12-14-cü vərəqələrində olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(017)-961/2018 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100,00 manat sabit pul məbləğində alimentin tutularaq Əliyeva (Abbasova) Səringül Habil qızına ödənilməsi qət edilmişdir. Cinayət işinin 11-ci vərəqəsində olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(017)-961/2018 saylı icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100,00 manat sabit pul məbləğində alimentin tutularaq Əliyeva (Abbasova) Səringül Habil qızına ödənilməsi ödənilməsi müəyyən edilmişdir. Cinayət işinin 15-ci vərəqəsində olan Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(017)-961/2018 sayl saylı icra sənədi üzrə icraata başlanılmışdır. Cinayət işinin 47-48-ci vərəqəsində olan Bərdə rayon Məhkəməsinin 8(021)209/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(017)-961/2018 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi üzrə müəyyən edilmiş borcunu ödəyənədək məhdudlaşdırılmışdır. Cinayət işinin 30-34-cü vərəqələrində olan Bərdə rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(021)837/2019 saylı qərarından görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(017)-961/2018 saylı icra sənədi üzrə icra tələbini icra etmədiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətində inzibati həbs tənbehi tətbiq olunmuşdur. Cinayət işinin 55-59-cu vərəqələrində olan Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(021)1418/2020 saylı qərarından görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(017)-961/2018 saylı icra sənədi üzrə icra tələbini icra etmədiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətində inzibati həbs tənbehi tətbiq olunmuşdur. Cinayət işinin 80-84-cü vərəqələrində olan Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(021)1307/2021 saylı qərarından görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(017)-961/2018 saylı icra sənədi üzrə icra tələbini icra etmədiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 gün müddətində inzibati həbs tənbehi tətbiq olunmuşdur. Cinayət işinin 97-100-cü vərəqələrində olan Bərdə rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 3(021)1571/2021 saylı qərarından görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(017)-961/2018 saylı icra sənədi üzrə icra tələbini icra etmədiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 gün müddətində inzibati həbs tənbehi tətbiq olunmuşdur. Cinayət işinin materiallarında olan müxtəlif tarixli xəbərdarlıqlardan görünür ki, Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə qərarı üzrə tələbi təmin etməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsi üzrə təqdimat hazırlanaraq istintaq orqanına göndəriləcəyi barədə xəbərdarlıq edilmişdir. Cinayət işinin 130-131-ci vərəqələrində olan zərərçəkmiş şəxs kimi tanımaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Əliyeva (Abbasova) Səringül Habil qızı zərərçəkmiş şəxs kimi tanınmışdır. Cinayət işinin 115-ci vərəqəsində olan Bərdə şəhər İcra Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət, lakin narkotikaya meyilli kimi xarakterizə olunmuşdur. Cinayət işinin 144-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin materiallarından görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(021)42\2024 saylı qərar ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində stasionar məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 Stasionar Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli 107 saylı rəyindən görünür ki; -Təqsirləndirilən şəxs Sayyaf oğlunun qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədərkən və hal-hazırda hər hansı xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından, kəmağıllıqdan və sair psixi xəstəlikdən əziyyət çəkmədiyi müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. -Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. -Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi dövrdə hər hansı psixi patologiyadan əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda da hər hansı psixi patologiyadan əziyyət çəkmədiyi müəyyən edilir. Beləliklə, Təqsirləndirilən şəxs psixi vəziyyətində ötən müddət ərzində dəyişiklik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Seyyaf oğlunun hazırda anlaqlı olub-olmaması məsələsini həll etmək olmaz. Çünki «anlaqlılıq» və «anlaqsızlıq» terminləri yalnız cinayət hadisəsinin törədildiyi dövrə münasibətdə işlədilə bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi patologiyadan əziyyət çəkmədiyinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. -Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. -Yoxlanılan şəxs Təqsirləndirilən şəxs törətdiyi əmələ görə anlaqlı hesab edildiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələblərinə uyğun olaraq cəza təyin edilə bilər. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs Sayyaf oğlunun hal-hazırkı psixi durumu təqsirləndirildiyi Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə cəzası təyin edildiyi təqdirdə cəzanı çəkməsinə imkan verir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdiyi ifadələri ilə və digər iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 noyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddində nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilmiş və 30 noyabr 2023-cü il tarixdə tutularaq Bakı şəhər Nərimanov RPİ-nin MSY-nə təhvil verilmiş, Bakı şəhər Nərimanov RPİ-nin MSY-dən 02 dekabr 2023-cü il tarixdə azad olunmuş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(021)42\2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv olunmuş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs 24 mart 2024-cü il tarixdə tutularaq Bərdə RPŞ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 (iki) gün (30 noyabr 2023-cü il tarixdən 02 dekabr 2023-cü il tarixədək) müddət nəzərə alınmalı və Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 24 mart 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 30 noyabr 2023-cü il tarixdən 02 dekabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 24 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar