Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-42/2025 05.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X5 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1959-cu ildə Bərdə rayonu Kələntərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 06 ay 23 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, Bərdə rayonu Kələntərli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmişdir ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə əslində belə bir niyyəti və səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs1 əlillik dərəcəsi və əlilliyə görə pensiya təyin etdirəcəyi barədə yalan vədlər verməklə Zərərçəkmiş şəxs1 inandırıb 2019-cu ilin yaz-yay aylarında, istintaqa məlum olmayan ayrı-ayrı tarixlərdə və vaxtlarda Zərərçəkmiş şəxs1 Bərdə şəhəri H.Əliyev prospektində yerləşən 1 nömrəli məktəbin yanında 4000 manat, Bərdə rayon Avtovağzalından şəxsiyyəti istintaqa məlum olmayan şəxsin idarə etdiyi taksi avtomobili ilə Bakı şəhərinə göndərtməklə 1000 manat, daha sonra Bərdə şəhəri ərazisində müxtəlif yerlərdə və müxtəlif məbləğlərdə olmaqla 1000 manat, ümumilikdə Zərərçəkmiş şəxs1 xeyli miqdar hesab edilən 6000 (altı min) manat pulunu etibardan sui-istifadə etmə və eyni adla aldatmaqla vahid niyyətlə hissə-hissə olmaqla ələ keçirib Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrar tamah niyyəti ilə özgənin əmlakını etibardan sui- istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə əslində belə bir niyyəti və səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs2 işsizliyə görə sosial müavinət təyin etdirəcəyi barədə yalan vədlər verməklə Zərərçəkmiş şəxs2 inandırıb 2024-cü ilin fevral ayında, istintaqa məlum olmayan ayrı-ayrı tarixlərdə və vaxtlarda Zərərçəkmiş şəxs2 Bərdə şəhəri H.Əliyev prospektində yerləşən H.Əliyev parkının qarşısındakı çayxanada 300 manat və 500 manat olmaqla həmin ünvanda 800 manat, 2024-cü ilin mart ayında, istintaqa məlum olmayan ayrı-ayrı tarixlərdə və vaxtlarda yuxarıda qeyd edilən çayxanada 300 manat, özünün Zərərçəkmiş şəxs2 bildirdiyi istintaqa məlum olmayan bank kartına iki dəfə 100 manat göndərtməklə 200 manat, 2024-cü ilin aprel ayında, istintaqa məlum olmayan tarixdə və vaxtda yuxanda göstərilən çayxanada Zərərçəkmiş şəxs2 qohumu Şahid2 vasitəsi ilə 200 manat, 2024-cü ilin may ayında, istintaqa məlum olmayan ayrı-ayrı tarixlərdə və vaxtlarda sözügedən çayxanada 400 manat, özünün Zərərçəkmiş şəxs2 bildirdiyi istintaqa məlum olmayan bank kartına göndərtməklə 200 manat, Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “Köhnə bazar” adlanan bazarın yaxınlığında 50 manat, sonuncu dəfə isə göstərilən çayxanada 150 manat və 200 manat olmaqla, həmin ünvanda 350 manat, ümumilikdə isə Zərərçəkmiş şəxs2 2.500 manat pulunu etibardan sui-istifadə etmə və eyni adla aldatmaqla vahid niyyətlə hissə-hissə olmaqla ələ keçirib dələduzluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, onun Bakı şəhərində ofisi olmuş, vətəndaşlara fərdi qaydada vergi orqanlarında olan işlərin görülməsində xidmət göstərmişdir. Özü ali təhsilli iqtisadçıdır. Zərərçəkmiş şəxs1 Əlizamin adlı tanışının həmkəndlisidir. 2019-cu ildə Əlizamin ona “bir nəfər şəxs olduğunu, ona əlillik dərəcəsi almaq lazım olduğunu, həmin şəxsin hərbçi olduğunu bildirmiş və “Papanin” deyilən hərbi hospitaldan həkim komissiyasının ekspert rəyini almaqda köməklik etmək lazım olduğunu” demişdir. Sonuncuya köməklik edə biləcəyini bildirmişdir. Əlizaminə demişdir ki, “hospitalda tanış həkimi var, sənədləri gətirsin, aparıb ona göstərəcək və bundan sonra ona cavab verəcək”. Bundan sonra Zərərçəkmiş şəxs1 hərbi biletini ona göndərmiş, səhv etmirsə Zərərçəkmiş şəxs1 hərbi biletində hansısa möhür olmamışdır. Belə ki, hərbi xidmətə gedəndə və tərxis olunanda hərbi biletə möhür vurulur, qeydlər yazılır. Həkim Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə getməsini, oradan iki nəfər şahidin, hansı ki, onunla birlikdə hərbi xidmətdə olublar, onların iştirakı ilə rəy alıb gətirməsini bildirmişdir. Zərərçəkmiş şəxs1 qeyd olunan rəyi almış və ona göndərmiş, o da rəyi aparıb həkimə vermişdir. Həkim sənədə baxmış və komissiyanın rəyini və qərarını vermək üçün ondan 5000 (beş min) manatm məbləğində pul istəmişdir. Həkimə Zərərçəkmiş şəxs1 kasıb olduğunu, o qədər pulu olmadığını, 3000 (üç min) manata razılaşmasını xahiş etmişdir. Həkim 4000 (dörd min) manatdan aşağı həll etməyəcəyini demişdir. Əlizaminə zəng etmiş və həkimin 4000 (dörd min) manat pul istədiyini bildirmişdir. Əlizaminə pulun 3000 (üç min) manatını göndərməsini, qalan 1000 (bir min) manatını isə 10-15 gündən sonra göndərməsini demişdir. Pulu göndərmişlər, “20 Yanvar” metrosunun yanında taksi sürücüsü pulu gətirib ona vermiş, o da pulu gətirib Hospitalda Rasim adlı həkimə vermişdir. Rasim həkim gün təyin etmiş və iki gündən sonra Zərərçəkmiş şəxs1 hospitala gətirmələrini, komissiyadan keçəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 zəng etmiş və demişdir ki, rayona gəlir, birlikdə Bakı şəhərinə qayıtmalıdırlar ki, tibbi müayinədən keçsin. Zərərçəkmiş şəxs1la birlikdə Bakı şəhərinə qayıtmış, birlikdə hospitala gəlmiş, orada bütün sənədləri təqdim etmişlər. Tibbi müayindən keçəndən sonra Rasim həkim demişdir ki, 15 gündən sonra gəlib qərarı götürərsiniz. Həkimdən soruşmuşdur ki, qərarı götürmək üçün Zərərçəkmiş şəxs1 özü şəxsən gəlməlidir, ya o götürə bilər ?. Həkim bildirmişdir ki, özü gəlməsədə də olar, o gəlib götürər. 15 gündən sonra gedərək Zərərçəkmiş şəxs1 tibbi komissiyadan keçməsi ilə bağlı qərarı götürmüşdür. Həmin sənədi taksi ilə ya Əlizaminə, ya da Zərərçəkmiş şəxs1 göndərmişdir. Hazırda həmin qərar Zərərçəkmiş şəxs1 özündədir. Əgər dələduzluq etmişdirsə, niyə Zərərçəkmiş şəxs1 onun barəsində 2019-cu ildə deyil, indi şikayət etmişdir. Zərərçəkmiş şəxs1 ona deyir ki, sənəd saxtadır. Lakin sənəd saxta deyil. Digər hadisə ilə bağlı deyə bilər ki, 2024-cü ilin fevral aylarında Bərdə şəhərində yerləşən "xxxx" ASC-nin binasının yanında çayxanada çay içən vaxt, həmin ərazidə ofisi olan Vidadi adlı tanışı ona zəng etmiş və ofisə gəlməsini istəmişdir. Ofisə getdikdə orada iki nəfər qadının olduğunu görmüşdür. Vidadi ona bildirmişdir ki, bunlar onun əmisi qızlarıdır, yəni Laçın rayonu Minkənd kəndindəndilər. Vidadi demişdir ki, bacılardan böyüyünün oğlu avtoqəzada rəhmətə getmişdir, onun ölümü ilə bağlı 5000 (beş min) manat sığorta haqqı almalıdırlar, onlara köməklik edir. Vidadi həmin qadınlara sosial müavinət almaq üçün köməklik etməsini istəmişdir. Vidadiyə bildirmişdir ki, belə işlərlə bağlı başına işlər gəlmiş, artıq o işlərdən uzaqdır. Vidadi tanışının olub-olmamasını soruşmuş, sonuncuya Mamed adlı tanışının olduğunu, belə işlərlə məşğul olduğunu, ona deyə biləcəyini demişdir. Çölə çıxaraq Mamed müəllimə zəng etmiş və hadisəni danışmışdır. Mamed müəllim demişdir ki, gəlsinlər kömək edə bilər. Mamed müəllimə demişdir ki, xanımlar Ağcabədi rayonuna getməlidirlər, artıq gecdir. Telefon vasitəsi ilə bu işləri həll etməyin mümkün olubolmamasını soruşmuş, Mamed müəllim razı olmuşdur. İki bacılardan birinin, yəni böyük bacının VÖEN-də problem olmuş, ona sosial müavinət almaqda köməklik etmək mümkün olmamışdır. Lakin balaca bacının himayəsində əlil uşaq olduğundan ona sosial müavinət almaqda köməklik etmək mümkün idi. 10 gün sonra Elnarə ona zəng edərək bildirmişdir ki, Mamed müəllim sənədləri gətirməsini istəyir. Elnarə sənədləri gətirib ona vermiş, özü də təmənnasız olaraq sənədləri aparıb Mamed müəllimə vermişdir. Bir həftə sonra Elnarə onu şəhərdə görmüş və qonşusunda boşanmış, himayəsində iki övladı olan qadın olduğunu, ona da sosal müavinət almaqda köməklik etməyi ondan xahiş etmişdir. Sonuncuya o işləri görmədiyini, elə işlərə baxmadığını bildirmişdir. Elnarə çox təkid etdikdən sonra sənədləri gətirməsini bildirmiş, onları Mamed müəllimin yanına aparmışdır. Bir müddət sonra Elnarəyə sosial müavinət verilməsindən imtina edilmişdir. Belə ki, bazadan onun Bakı şəhərində işləməsi ilə bağlı məlumat çıxmışdır. Amma digər qadına imtina verilib-verilməməsindən xəbəri olmamışdır. 2024-cü ilin aprel ayında Elnarə ona zəng edərək bibisi oğlu olduğunu, çox kasıb ailə olduqlarını, dolana bilmədiklərini deyərək ona köməklik etmək lazım olduğunu demişdir. Sonra ona Elnarənin böyük bacısı zəng etmiş, sonuncuya bildirmişdir ki, bacısı Elnarə ondan belə bir xahiş etmişdir. Elnarənin bacısı o adamlardan uzaq olmasını, onların çətin adamlar olduqlarını demişdir. Elnarə Elməddinin sənədlərini ona gətirmişdir. Elməddini tanımamış, görməmişdir. Ona 250 manat pul verilmiş, o da həmin pulu aparıb Mamed müəllimə vermişdir. Elməddinin dayısı qızından cəmi 250 (iki yüz əlli) manat pul alıb Mamed müəllimə vermişdir. Zərərçəkmiş şəxs1 pulunun 4000 (dörd min) manatını hospitalda işləyən Rasim həkimə vermişdir. O, Zərərçəkmiş şəxs1 əlillik düzəltməyi söz verməmiş, ona demişdir ki, ona yaralanması və bədənində qəlpə olması ilə bağlı həkim komisiyyasının qərarını alıb verəcəkdir. Həmin qərarı 4000 (dörd min) manata alacağına söz vermiş, onu da alıb vermişdir. Həmin qərarda əlillik dərəcəsinin verilməsi göstərilmir. Elməddinin işi ilə bağlı ona 250 manat pul verilmiş, o da həmin pulu Mamed müəllimə vermişdir. Mamed müəllim uzun müddət vergi orqanlarında işləmiş, üç ay olar ki, vəfat etmişdir. Ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, özü Birinci Qarabağ müharibəsi iştirakçısı olmuşdur, təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələrinə qarşı aparılan döyüşlərdə iki dəfə yaralanmış, lakin dəfələrlə müvafiq qurumlara müraciət etməsinə baxmayaraq ona əlillik dərəcəsi verməkdən imtina edilmişdir. 2019-cu ildə yaşadığı kənddə söhbət zamanı qonşusu ona bildirmişdir ki, bir nəfər şəxs var, sosial yardım, əlillik dərəcəsinin verilməsi kimi işlərlə məşğul olur. Əlizamin və Səbuhi adlı şəxslər onu Təqsirləndirilən şəxs ilə tanış etmişlər. Bütün başına gələnləri Təqsirləndirilən şəxs danışmış, sonuncu ona bildirmişdir ki, bütün işlərini Babayevlər sülaləsi ilə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin qohumları) görür. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, bütün bu danışdıqları, yəni onun işi 6000 (altı min) manat pula başa gələcək. Razılaşmışlar və bütün lazımi sənədləri Təqsirləndirilən şəxs təqdim etmişdir. Bir müddətdən sonra Təqsirləndirilən şəxs ona zəng edərək 4000 (dörd min) manat pul lazım olduğunu, Bakı şəhərinə komissiyadan keçməyə gedəcəklərini bildirmişdir. Bərdə şəhərində 1 nömrəli tam orta məktəbin qarşısında Təqsirləndirilən şəxslə görüşmüşlər. Məktəbin qarşısında yerləşən keçmiş Bərdə rayonu Təhsil Şöbəsinin binasının birinci mərtəbəsində Təqsirləndirilən şəxs sənədləri yazmış, düzəltmiş və demişdir ki, sənədlər hazırdır. Təqsirləndirilən şəxslə birlikdə Bakı şəhərinə, “Papanin” deyilən Hərbi Hospitala getmişdir. Orada Təqsirləndirilən şəxs onu hospitalın çölündə maşında gözləməsini deyib özü içəri keçmiş və yarım saata yaxın içəridə olduqdan sonra gəlmiş və demişdir ki, komissiya olacaq və onu komissiyaya çağıracaqlar, komissiyadan keçəndən sonra ona bədənində qəlpələrin olmağı ilə bağlı həkim rəyi və qərarı verəcəklər. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhərində qalmış, o isə Bərdə rayonuna qayıtmışdır. Həmin gün axşam Təqsirləndirilən şəxs onunla əlaqə saxlamış və bildirmişdir ki, 2000 manatı göndərsin ona əlillik dərəcəsi də alacaq. Səhəri gün Bərdə şəhərində yerləşən avtovoğzaldan Bakı şəhərinə sərnişin daşıyan taksilərlə Təqsirləndirilən şəxs 1000 manat pul göndərmişdir. Bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs ona demişdir ki, əlillik dərəcəsi almaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeydiyyata durub xəstə kimi bir necə dəfə yatmalı, müalicə almalıdır. Bu müddət ərzində müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs bir dəfə 350 (üç yüz əlli) manat, bir dəfə 100 (bir yüz) manat, bir dəfə 200 (iki yüz) manat, bir neçə dəfə 50 (əlli) manat olmaqla, ümumilikdə 1000 (bir min) manat pul vermişdir. Bütün bunları etdikdən sonra görmüşdür ki, vaxt gedir, lakin heç bir iş düzəlmir. Dəfələrlə Təqsirləndirilən şəxs zəng etmiş, hər dəfə bəhanələr, hər dəfə yalan vədlər vermişdir ki, işi düzəlir. Sonda isə artıq zənglərinə cavab verməmişdir. “Papanin” deyilən Hərbi Hospitalda həkim komissiyasından keçmişdir. Ona qərarı həmin hospitaldan Təqsirləndirilən şəxs alıb vermişdir. Təqsirləndirilən şəxs digər dələduzluq işi ilə bağlı həbs olunduqdan sonra özü əlilliyin verilməsi ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etmiş, lakin hər dəfə ona imtina gəlmişdir. Təqsirləndirilən şəxs 6000 (altı min) manatı 2019-cu ildə vermişdir. Bildiyi qədər hospitalda komissiyadan keçdiyinə görə həmin qərarın alınması üçün Təqsirləndirilən şəxs 500 (beş yüz) manat pul vermişdir. Həmin qərarda onun yaralandığı qeyd olunmuşdur. Təqsirləndirilən şəxs ona demişdir ki, 4000 (dörd min) manatı tək bir qərarı almaq üçün vermişdir. Lakin bu yalandır. Onun hərbçi yoldaşları ona bildirmişlər ki, həmin qərarı almaq üçün 500 (beş yüz) manat pul vermişlər. Pulu verərkən Təqsirləndirilən şəxs səsini də yazmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyan ödənilmədiyindən şikayətçidir və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, onun üç övladı var. Dayısı qızı onlara gəlmiş, söhbət zamanı bildirmişdir ki, sosial müavinət almaq üçün bir nəfər şəxsə müraciət etmişdir, onun da sosial müavinət düzəltdirmək istəyib-istəmədiyini soruşmuş, o isə cavabında düzəltdirmək istədiyini bildirmişdir. Dayısı qızı Elnur adlı şəxs olduğunu, sosial müavinət almaq üçün ona köməklik etdiyini demişdir. Elnurun mobil nömrəsini alaraq ona zəng etmiş, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs sənədləri toplayıb yanına gəlməsini istəmişdir. Təqsirləndirilən şəxs yanına gələrək sənədləri təqdim etmiş, bir müddət keçəndən sonra sonuncu ona zəng edərək VÖEN-də problem yarandığını, sənədlərin düzəlməsində çətinliklər olduğunu bildirmiş və pul müqabilində 670 manat sosail müavinət alacağını demişdir. Fəhlə işləyir, hər dəfə əmək haqqı alanda gətirib Təqsirləndirilən şəxs pul vermişdir. Sonuncuya zəng edərək işi ilə maraqlanmış, hər dəfə ona demişdir ki, narahat olmasın, VÖEN-də olan problemləri aradan qaldırdıqdan sonra işi düzələcək. Bu kimi vədlər verməklə ondan hər dəfə pul almışdır. Beləliklə altı ay keçmişdir. Öyrənmişdir ki, bütün yığılan sənədlərin 3 ay vaxtı var, yəni 3 ay ərzində ya müraciət qəbul olunur, ya da müraciətə imtina verilir. Sonuncu dəfə Təqsirləndirilən şəxs zəng edəndə ona demişdir ki, onun işini təsdiqlətmək üçün Bakı şəhərinə gedir. 5-6 gün keçdikdən sonra zəng etmiş və işinin düzəlib-düzəlməməsi ilə maraqlanmış, əgər düzəlmirsə pulunu qaytarmasını istəmişdir. Təqsirləndirilən şəxslə Bərdə şəhərində yerləşən Heydər Əliyev adına parkın yanında olan çayxanada görüşmüş və sonuncudan pulunu tələb etmişdir. Təqsirləndirilən şəxs ona demişdir ki, “nə pul, hansı pul, əlin hara çatır get şikayət et”. O da müvafiq orqanlara şikayət etmişdir. Təqsirləndirilən şəxs 2024-cü ilin mart ayından başlayaraq sosial müavinət almaq üçün pullar verməyə başlamışdır. Sonuncu onun dayısı qızına da sosial müavinəti tam düzəltməmişdir. Dayısı qızının sənədlərini təsdiq olunmağa göndərmiş, həmin ərəfədə də o təqsirləndirilən şəxsə kömək üçün müraciət etmişdir. Təqsirləndirilən şəxsə hissə-hissə olmaqla, ümumilikdə 2500 (iki min beş yüz) manat pul vermişdir. Təqsirləndirilən şəxsə pulları hər dəfə xəlvəti yerlərdə vermişdir. Təqsirləndirilən şəxs özü onu xəlvəti yerə çəkmişdir ki, heç kim görməsin. Pul verərkən yanlarında heç kim olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyan ödənilmədiyindən şikayətçidir və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs ünvanlı sosial yardım almaq üçün ona köməklik etməsi məqsədi ilə müraciət etmiş və buna görə həmin şəxsi tanıyır. Belə ki, Təqsirləndirilən şəxs ona və bacısına köməklik etməli idi ki, onlar ikisi də ünvanlı sosial yardım alsınlar. Lakin ilk əvvəl bacısının sənədlərində uyğunsuzluq olduğundan ona ünvanlı sosial yardım verilməsindən imtina edilmişdir. Zərərçəkmiş şəxs2 bibisi oğludur. Təqsirləndirilən şəxs ünvanlı sosial yardım almaq üçün müraciət edəndə Zərərçəkmiş şəxs2 bundan xəbəri olmuş və ona demişdir ki, onun da sosial müavinətinin düzəlməsi üçün Təqsirləndirilən şəxs müraciət etsin. Sonuncuya Təqsirləndirilən şəxslə danışacağını, razı olarsa nömrəsini ona verəcəyini, özləri danışıb razılaşmalarını demişdir. Onun sənədləri düzəlmiş, lakin sənədlər təqdim olunduqdan sonra ona da imtina verilmişdir. Təqsirləndirilən şəxs ona özünü dövlət işçisi kimi təqdim etmiş, buna görə də ona inanmışdır. O, Zərərçəkmiş şəxs2 ünvanlı sosial yardım işi ilə bağlı Təqsirləndirilən şəxs pul verməmişdir. Təqsirləndirilən şəxs Elnur adlı şəxs kimi tanımış və bibisi oğlu Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs Elnur adlı şəxs kimi təqdim etmişdir. O, bibisi oğlu Zərərçəkmiş şəxs2 sosial müavinət düzəldilməsi ilə bağlı Təqsirləndirilən şəxs pul verdiyini bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs Elnur adlı şəxs kimi tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs2 onun qaynıdır. Sonuncu ondan xahiş etmişdir ki, “pul kartının nömrəsini ona atsın, kartına 200 manat pul köçürəcək və onu aparıb versin Elnur adlı şəxsə”. O da həmin pulu bankomatdan çıxarmış və Bərdə şəhərində yerləşən Heydər Əliyev adına parkın qarşısında, dönərxananın binasının yanında 200 manat pulu Elnur adı ilə tanıdığı Təqsirləndirilən şəxs vermişdir. Hətta o pulu təqsirləndirilən şəxsə verərkən ona demişdir ki, “camaat içində pul verməzlər” və onu binanın kənarına çəkmiş, ehtiyatla pulu ondan qəbul etmişdir. Həmin vaxt bilmişdir ki, qaynı Zərərçəkmiş şəxs2 ünvanlı sosial yardım almaq üçün Elnur kimi tanıdığı Təqsirləndirilən şəxs pul verir. Qalan verilən pulları Zərərçəkmiş şəxs2 özü vermişdir. Qaynına məsləhət vermişdir ki, pulu verməsin, bu iş alınan iş deyil, yəni ünvanlı sosial yardım ala bilməyəcək. Qaynı ilə mütəmadi maraqlanmış, sonuncu hər dəfə Təqsirləndirilən şəxs inandığını bildirmişdir. O, 200 manatı verməmişdən əvvəl qaynı Zərərçəkmiş şəxs2 pulu nə üçün verdiyini soruşmuş, sonuncu VÖEN-lə bağlı hesabat verilməsi üçün verdiyini bildirmişdir. O, istintaq zamanı bilmişdir ki, Elnur adlı şəxs əslində Təqsirləndirilən şəxsdur. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ümumilikdə 2500 manat pul vermişdir. O, Təqsirləndirilən şəxs 200 manat pulu 2024-cü ilin soyuq aylarında vermişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs2 Ağdamda işləmiş, bu səbəbdən ondan xahiş etmişdir ki, 200 manatı Möhübbətə versin. Pulu verərəkən Təqsirləndirilən şəxs heç nə soruşmamış, sonuncu da ona bir söz deməmişdir. Bir müddət sonra qaynı Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsdən pulunu tələb etmiş, Təqsirləndirilən şəxs isə pulunun olmadığını, verməyəcəyini, əli hara çatır gedib şikayət etməsini demişdir. Qaynı da öz növbəsində şikayət etmişdir. 2500 manat puldan 200 manatını onun vasitəsi ilə Təqsirləndirilən şəxs verilib, qalan 2300 manat pulu isə Zərərçəkmiş şəxs2 özü verib. Bildiyi qədər qalan pullar kart vasitəsi ilə Təqsirləndirilən şəxs verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs işlər gördüyünü bildiyindən onu Zərərçəkmiş şəxs1la tanış etmişdir. Sonuncu həmkəndlisi olmuş, ona demişdir ki, Biirinci Qarabağ müharibəsində döyüşmüş, lakin “Papanin” deyilən hospitaldan yaralanması barədə qərarı ala bilmir. O da tanıdığı adam olduğunu, onunla köməklik etməsi üçün danışmaq lazım olduğunu demişdir. Təqsirləndirilən şəxslə danışmışlar, sonuncu da köməklik etmiş və qərarı alıb vermişdir. Bundan sonra özləri əlaqədə olmuş və nə iş gördüklərini bilmir. Təqsirləndirilən şəxs qərarı alanda orada olmuşdur. Zərərçəkmiş şəxs1 3000 manat pulu onun yanında Təqsirləndirilən şəxs vermişdir. Mehmanın deməsinə görə Təqsirləndirilən şəxs 1000 manat da əlavə pul vermişdir. Lakin həmin pulun verilməsində iştirak etməmiş, pulun verilməsini görməmişdir. O, sənədin alınmasında iştirak etmişdir ki, Mehmanın pulu batmasın. Təqsirləndirilən şəxs bir neçə şəxsin sənədlərini düzəltdiyini bilmişdir. Ətrafında olan şəxslər demişdir ki, Təqsirləndirilən şəxs iş görür, sənəd düzəldir. Zərərçəkmiş şəxs1 həmkəndlisi olduğundan ona yaxşılıq etmək istəmişdir. Sonuncu döyüşüb yaralanmış, lakin 25 ildir ki, yaralanması barədə sənədini ala bilməmişdir. Mehman ona deyəndə ki, Möhübbətə əlavə 1000 manat da pul vermişdir, o Mehmana öz iradını bildirmişdir. Təqsirləndirilən şəxslə Bakı şəhərində məclislərin birində tanış olmuş, bilmişdir ki, sənəd işləri ilə məşğul olur. Zərərçəkmiş şəxs1 pensiya da almaq istəyirdi. Lakin onun bu işdən məlumatı olmamış, bu barədə Mehmanla Möhübbət öz aralarında söhbət etmişlər. Bakı şəhərinə hospitala Mehmanın maşını ilə üçü, yəni o, Mehman və Möhübbət getmişlər. Ola bilsin ki, Mehman onun yanında Möhübbətə 4000 manat pul vermişdir, ancaq nədənsə yadında 3000 manat qalmışdır. Möhübbət demişdir ki, iş 6000 manata başa gələcək. Lakin Mehmanın 6000 manat pulu tam olaraq Möhübbətə verib-vermədiyini bilmir. Ola bilsin ki, verib. Çünki verməsəydi Möhübbət bu işlə məşğul olmazdı. 18 sentyabr 2024-cü il tarixli 1917 nömrəli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə üzləşdirilmiş və bildirmişdir ki, qarşısında oturan şəxsi tanıyır, əsl adı Möhübbətdir, lakin ona özünü Elnur kimi təqdim etmişdir. Onu 2024-cü ilin fevral ayından tanıyır. Möhübbət özünü ona Elnur kimi təqdim etmiş, ona sosial yardım düzəltməklə məşğul olduğunu bildirmiş və ona sosial yardım düzəldəcəyinə söz vermişdir. Bu işə görə ondan 1300 manat alacağını bildirmiş, ancaq hissə-hissə ondan ümumilikdə 2500 manat pul almışdır. Pulların əksəriyyətini Möhübbətə Bərdə şəhərində “Saray dairəsi”nin yaxınlığında “Heydər Parkı” ilə üzbəüz çayxanada vermişdir. Hətta Möhübbətin ona bildirdiyi kart hesablarına da pul göndərmişdir. Möhübbət onu aldadaraq pullarını ələ keçirmiş və onun üçün heç bir iş görməmişdir. -Təqsirləndirilən şəxs Surxan oğlu Zərərçəkmiş şəxs2 göstərdikləri ilə bağlı bildirmişdir ki, qarşısında oturan şəxs tanıyır, adı Elməddindir. Onu qohumu Elnarənin vasitəsi ilə tanımışdır. Elməddinin dediklərini eşitdi və demək istəyir ki, Elməddindən 2500 manat almamışdır. Elməddin onun kartına 100 manat, Mamed müəllimin kartına 100 manat göndərmiş, daha sonra ona nəğd olaraq 50 manat pul vermişdir. 18 sentyabr 2024-cü il tarixli 1919 nömrəli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə üzləşdirilmiş və bildirmişdir ki, qarşısında oturan şəxsi tanıyır, adı Möhübbətdir. Onu 2019-cu ildən tanıyır. Möhübbət ona əlillik dərəcəsi təyin etdirib əlilliyə görə pensiya düzəldəcəyini, ayda 700 manat əlilliklə bağlı pensiya alacağına söz verib, bu adla ondan ümumilikdə 6000 manat pul almış və onu aldatmışdır. 4000 manat pulu Möhübbətə Bərdə şəhərində avtomobilinin içində vermişdir. Daha sonra 1000 manatı tanımadığı şəxsin taksi avtomobili ilə Möhübbətə çatdırması üçün Bakı şəhərinə göndərmişdir. Möhübbət də həmin pulu götürüb ona xəbər etmişdir. Daha sonra isə 350 manat bir, 200 manat bir, üç dəfə 100 manat, üç dəfə də 50 manat olmaqla Möhübbətə 1000 manat vermişdir. -Verdiyev X3 Mehman Vərqa oğlunun göstərdikləri ilə bağlı bildirmişdir ki, qarşısında oturan şəxs tanıyır, adı Mehmandır. Mehmanın dediklərini eşitdi. Mehmandan 4000 manat pul almış, həmin pulu da qonşusu Əlizamin adlı şəxsin vasitəsi ilə götürmüşdür. Belə ki, Mehman qonşusu Əlizaminlə həmin pulu Bakı şəhərinə göndərmiş, pulu Əlizamin ona vermişdir. 4000 manatın 3000 manatını bir, 1000 manatını da bir olmaqla ona Əlizamin vermişdir. Aldığı pulu da “Papanin” adlanan hospitalda Rasim adlı həkimə vermişdir. 06 noyabr 2024-cü il tarixli 2034 nömrəli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə üzləşdirilmiş və bildirmişdir ki, qarşısında oturan şəxsi tanıyır, adı Möhübbətdir. Möhübbəti 2019-cu ildən Bakı şəhərindən tanıyır. Möhübbət kişiyə hörməti var, pis adam deyil. 2019-cu ildə həmkəndlisi Mehman ona müraciət edib əlillik dərəcəsi almaq və pensiya düzəltmək istədiyini bildirmiş və ondan belə bir tanışının olub-olmamasını soruşmuş, Mehmana Möhübbətin adını vermiş və onunla tanış etmişdir. Möhübbət ona bildirmişdir ki, belə işləri görə bilir. Möhübbət Mehmana öncə qərar alıb əlillik dərəcəsi təyin etdirəcəyini, sonra isə pensiya ala biləcəyini demişdir. Ancaq onun bu işlərdə heç bir maddi marağı olmamışdır. Möhübbətlə birlikdə Mehmanı “Papanin”ə aparmışlar. Yolda bilmişdir ki, Mehman Möhübbətə 4000 manat pul verib. O pul alıb-vermək məsələlərində iştirak etməmişdir. Daha sonra Mehman ona demişdir ki, Möhübbətə 1000 manat da sonradan pul göndərmişdir. -Təqsirləndirilən şəxs Surxan oğlu Şahid1 göstərdikləri ilə bağlı bildirmişdir ki, qarşısında oturan şəxs tanıyır, adı Əlizamindir. Əlizaminin adını hallandırmamış, Mehman onun üstünə çox gəldiyindən Əlizaminin adını çəkməyə məcbur olmuşdur. Mehmanı onunla Əlizamin tanış etmişdir. Mehmandan cəmi 4000 manat pul almış, onu da Rasim həkimə vermişdir. Əlizaminlik burada bir məsələ olmamışdır. Əlizamin ona pul verməmiş, onluq bir məsələ yoxdur. 4000 manatı Mehman özü taksi ilə Bakıya göndərmişdir. 3000 manat bir, təxminən 10 gün sonra isə 1000 manat bir pul göndərmişdir. Mehmana söz vermiş, lakin 4000 manatı verəndən sonra qalan 2000 manatı gətirməmiş, o da pensiya təyin etdirə bilməmişdir. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 08 oktyabr 2024-cü il tarixli 18-1-28/2-1899/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək Zərərçəkmiş şəxs1 4000 manat pul aldığını və həmin pulu Zərərçəkmiş şəxs1 İ Qarabağ müharibəsində yaralanması barədə qərar verilməsi üçün “Papanin” deyilən Hərbi hospitalda Rasim adlı həkimə verdiyini və yekunda Zərərçəkmiş şəxs1 qərarını alaraq özünə verdiyini, digər Zərərçəkmiş şəxs2 isə cəmi 250 manat məbləğində pul aldığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə Təqsirləndirilən şəxs hazırkı cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar məhkəmə istintaqı dövründə aparılan araşdırma ilə sübut olunmamışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini özünü müdafiə etmək məqsədi ilə uydurulmuş, gerçəkliyə uyğun olmayan, məhkəməni çaşdırmaq məqsədi güdən ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə əslində belə bir niyyəti və səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs1 əlillik dərəcəsi və əlilliyə görə pensiya təyin etdirəcəyi barədə yalan vədlər verməklə Zərərçəkmiş şəxs1 inandırıb 2019cu ilin yaz-yay aylarında, istintaqa məlum olmayan ayrı-ayrı tarixlərdə və vaxtlarda Zərərçəkmiş şəxs1 Bərdə şəhəri H.Əliyev prospektində yerləşən 1 nömrəli məktəbin yanında 4000 manat, Bərdə rayon Avtovağzalından şəxsiyyəti istintaqa məlum olmayan şəxsin idarə etdiyi taksi avtomobili ilə Bakı şəhərinə göndərtməklə 1000 manat, daha sonra Bərdə şəhəri ərazisində müxtəlif yerlərdə və müxtəlif məbləğlərdə olmaqla 1000 manat, ümumilikdə isə Zərərçəkmiş şəxs1 xeyli miqdar hesab edilən 6000 manat pulunu etibardan sui-istifadə etmə və eyni adla aldatmaqla vahid niyyətlə hissə-hissə olmaqla ələ keçirib Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsi; -Bundan başqa, onun, təkrar tamah niyyəti ilə özgənin əmlakını etibardan sui- istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə əslində belə bir niyyəti və səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs2 işsizliyə görə sosial müavinət təyin etdirəcəyi barədə yalan vədlər verməklə Zərərçəkmiş şəxs2 inandırıb 2024-cü ilin fevral ayında, istintaqa məlum olmayan ayrı-ayrı tarixlərdə və vaxtlarda Zərərçəkmiş şəxs2 Bərdə şəhəri H.Əliyev prospektində yerləşən H.Əliyev parkının qarşısındakı çayxanada 300 manat və 500 manat olmaqla, həmin ünvanda 800 manat, 2024-cü ilin mart ayında, istintaqa məlum olmayan ayrı-ayrı tarixlərdə və vaxtlarda yuxarıda qeyd edilən çayxanada 300 manat, özünün Zərərçəkmiş şəxs2 bildirdiyi istintaqa məlum olmayan bank kartına iki dəfə 100 manat göndərtməklə 200 manat, 2024-cü ilin aprel ayında, istintaqa məlum olmayan tarixdə və vaxtda yuxarıda göstərilən çayxanada Zərərçəkmiş şəxs2 qohumu Şahid2 vasitəsi ilə 200 manat, 2024-cü ilin may ayında, istintaqa məlum olmayan ayrı-ayrı tarixlərdə və vaxtlarda sözügedən çayxanada 400 manat, özünün Zərərçəkmiş şəxs2 bildirdiyi istintaqa məlum olmayan bank kartına göndərtməklə 200 manat, Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “Köhnə bazar” adlanan bazarın yaxınlığında 50 manat, sonuncu dəfə isə göstərilən çayxanada 150 manat və 200 manat olmaqla, həmin ünvanda 350 manat, ümumilikdə isə Zərərçəkmiş şəxs2 2500 manat pulunu etibardan sui-istifadə etmə və eyni adla aldatmaqla vahid niyyətlə hissə-hissə olmaqla ələ keçirib dələduzluq cinayəti törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən, məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda göstərilənlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1959-cu ildə Bərdə rayonu Kələntərli kəndində anadan olmuşdur, Bərdə rayonu Kələntərli kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 25 noyabr 2024-cü il tarixli, 1799 nömrəli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Kələntərli kəndində yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli Xasiyyətnamə ilə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 02 oktyabr 2024-cü il tarixli Tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CMnin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. -Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 06 ay 23 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. -Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. - Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs əvvəllər CM-nin eyni maddələri ilə bir neçə dəfə məhkum olunması onu göstərir ki, həmin hökmlərlə təyin edilmiş cəzaların Təqsirləndirilən şəxs islah təsiri olmamışdır və sonuncu ümumiyyətlə cinayət törətməyə meylli şəxsdir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmiş, lakin hazırda məhkumluğu ödənilmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs məhkumluğunu nəzərə alaraq, CM-nin 83.1-ci maddəsinə əsasən cinayətlərin residivini CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun yaşayış yeri üzrə müsbət xarakterizə olunması, 66 yaşı olmaqla yaşlı nəslin nümayəndəsi olması nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsində nəzərdə tutulmuş əsaslarla, təqsirli bilindiyi CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: “Şübhəli olan şəxsin tutulması haqqında” 17 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 sentyabr 2024-cü il tarixdə tutularaq Bərdə Rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, vəsatət təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi, həbsdə saxlama müddətinin 03 ay həddində, yəni 17 dekabr 2024-cü il tarixədək müəyyən edilməsi, həbs etmənin başlanğıcının 17 sentyabr 2024-cü il tarixdən saat 1510-dan hesablanması qərara alınmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 17 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 17 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Hökmdən təqsirləndirilən şəxs rəsmi qaydada aldığı, digər proses iştirakçıları isə elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №1(021)-42/2025
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-42/2025
05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver