Məhkəmə qərarları › İş №1(021)-43/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-43/2021

21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-43/2021 21.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1971-ci ildə Ermənistan Respublikası Vardenis rayonu, Daşkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş, Bərdə rayonu Körpüqıran kəndində qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını qəsdən yandırmaqla məhv etmişdir. Belə ki, Təqsirləndirilən şəxs o, keçmiş arvadı Zərərçəkmiş şəxs Şahid4 ilə qeyri-rəsmi münasibətdə olmasını zənn edərək, Zərərçəkmiş şəxs cəzalandırmaq üçün ona məxsus evi yandırmaq qərarına gəlmiş, bu məqsədlə aldığı tez alışan neft məhsulu - benzini özü ilə götürüb 18 sentyabr 2020-ci il tarixdə, saat 06:30 radələrində Zərərçəkmiş şəxs məxsus Bərdə rayonu Körpüsındıran kəndində yerləşən evə gələrək həmin vaxt evdə heç kimin olmadığına əmin olduqdan sonra, mətbəxin pəncərəsindən evə daxil olaraq özü ilə gətirdiyi benzin yanacağını evin müxtəlif yerlərinə səpib alışdırmaqla Zərərçəkmiş şəxs məxsus orta bazar qiyməti 32000 (otuz iki min) manat olan 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 110 kv/m fərdi yaşayış evini, içərisində olan 300 manat dəyərində 3 ədəd çarpayı, 560 manat dəyərində 1 ədəd mebel dəsti, 250 manat dəyərində 1 ədəd divan, 160 manat dəyərində 1 ədəd stol, ümumi dəyəri 135 manat olan 9 ədəd stul, 240 manat dəyərində 1 ədəd 3x4 m ölçüdə xalça, 40 manat dəyərində 1 ədəd pərdə, 20 manat dəyərində 1 ədəd karniz, 20 manat dəyərində 1 ədəd ventilyator, 90 manat dəyərində serviz dəstini, ümumi dəyəri 90 manat olan 3 ədəd yorğan, ümumi dəyəri 180 manat olan 3 ədəd döşək, ümumi dəyəri 45 manat olan 3 ədəd yasdıq, ümumi dəyəri 45 manat olan 3 ədəd yay ədyalı, ümumi dəyəri 60 manat olan 3 ədəd qış ədyalı, 150 manat dəyərində 1 ədəd çarpayını, 250 manat dəyərində divan dəstini, 200 manat dəyərində “LG” markalı 32 sm diaqonallı televizor, 70 manat dəyərində televizor altlığı, 240 manat dəyərində 3x4m ölçülü xalça, 60 manat dəyərində 1 ədəd döşək, 50 manat dəyərində 1 ədəd yorğan, ümumi dəyəri 45 manat olan 3 ədəd yastıq, 30 manat dəyərində 1 ədəd ədyal, 50 manat dəyərində 1 ədəd divan üstü, 100 manat dəyərində 1 ədəd çarpayı, 150 manat dəyərində 1,5x2 m ölçülü termo, 20 manat dəyərində 1 ədəd karniz, ümumi dəyəri 140 manat olan 2 ədəd xalça, 20 manat dəyərində 1 ədəd ütü, ümumi dəyəri 250 manat olan 5 ədəd döşək, ümumi dəyəri 200 manat olan 5 ədəd yorğan, ümumi dəyəri 90 manat olan 6 ədəd yastıq, 25 manat dəyərində 1 ədəd ədyal, 50 manat dəyərində divan üstü dəsti, ümumi dəyəri 150 manat olan 6 ədəd yataq üzlüyü dəsti, 500 manat dəyərində “LG” markalı soyuducu, 500 manat dəyərində “LG” markalı paltaryuyan, 10 manat dəyərində elektrik sobası, 100 manat dəyərində stol, ümumi dəyəri 60 manat olan 6 ədəd stul, 80 manat dəyərində 1 ədəd qaz sobası, 80 manat dəyərində 1 ədəd ətçəkən maşın, 20 manat dəyərində 1 ədəd pərdə, 20 manat dəyərində 1 ədəd karniz, 70 manat dəyərində 1 ədəd 2x1,5 m ölçülü xalça, 80 manat dəyərində 1 ədəd tozsoran, 10 manat dəyərində 1 ədəd tərəvəz səbəti, 10 manat dəyərində 1 ədəd “dördayaq” dəsti, 10 manat dəyərində 1 ədəd çaydan, ümumi dəyəri 10 manat olan 2 ədəd çaynik, 17 manat dəyərində 1 ədəd qab setkası, 10 manat dəyərində 1 ədəd çörək qabı, 10 manat dəyərində 1 ədəd pol ağacı və 170 manat dəyərində 1 ədəd 2x3 m ölçülü xalça, yəni ümumi dəyəri 6452 (altı min dörd yüz əlli iki) manat 56 adda əşyalar ilə birlikdə yandıraraq, ümumilikdə Zərərçəkmiş şəxs 38452 (otuz səkkiz min dörd yüz əlli iki) manat, yəni xeyli miqdarda ziyan vurmaqla sonuncunun əmlakını qəsdən yandırmaqla məhv etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Ermənistan Respublikası Vardenis rayonu, Daşkənd kəndində anadan olmuş, məlum hadisələrdən sonra köçüb Bərdə rayonunda məskunlaşmış, hazırda Bərdə rayonu Körpüqıran kəndində qeydiyyatda olmaqla Bərdə şəhəri H.Əliyev prospektində kirayədə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 128ci, 221.3-cü və 66.3-cü maddələri ilə məhkum olunmuşdur. 1994-cü il tarixdə Bərdə rayon Körpüqıran kənd sakini Zərərçəkmiş şəxs ilə ailə qurmuş, birgə nigahlarından 2 övladları var. Onlar 2004-cü il tarixədək Bərdə şəhərində məskunlaşmış, dəqiq xatırlamadığımız vaxtda həyat yoldaşı Gültəkin ilə birlikdə Bərdə rayonu Körpüqıran kəndində gələcəkdə evə tikdirmək məqsədi ilə 20 sot torpaq almış, 2004-cü il tarixdə onlar həmin torpaq sahəsində 1 mərtəbəli, 3 otaqdan ibarət fərdi ev tikdirmiş, bundan sonra onlar həmin evə köçüb bir ailə kimi yaşamışdır. Gültəkinlə münasibətləri tutmadığından 2010-cu il tarixdə Bərdə rayon Məhkəməsinin qərarı ilə nigaha xitam verilmiş, həmin vaxt Məhkəmənin qərarı ilə Bərdə rayonu Körpüqıran kəndində yerləşən evin 1 otağında ona yaşamaq hüququ verilmiş, lakin, o, həmin evin otağının birində yaşamaq istəsə də, keçmiş həyat yoldaşı Gültəkin ona yaşamağa icazə vermiş, 2014-cü il tarixdə oğlu Bayraməli ilə mübahisə etdiyi üçün, oğlu Bayraməli onun barəsində şikayət ərizəsi yazmış, 2014-cü il tarixdə Bərdə rayon Məhkəməsinin qərarı ilə 3 il 07 ay azadlıqdan məhrum edilmiş, o, cəza çəkmə müəssisəsində olan zaman tanışlarından keçmiş həyat yoldaşı Gültəkinin Məsi adlı bir cavan oğlanla qeyri rəsmi münasibətləri olduğunu eşitmiş, Məsi adlı şəxsin əsil adını və digər anket məlumatlarını bilmir, lakin həmin şəxsin Bərdə rayon Kələntərli kəndində yaşadığını və mobil telefon nömrəsinin 050 344 42 26 olduğunu bilir. 2017-ci il tarixdə cəzasını çəkib qayıtmış, qayıdan zaman balaca oğlu Coşqun onunla görüşmüş və onu yaşadıqları Bərdə rayon Körpüqıran kəndinə aparmış, Bərdə rayon Məhkəməsinin ona icazə verilmiş yaşayış evinin otağında qalmağa qərar vermiş, o, həmin evin otağının birində yaşamağa başlamış, lakin həmin evdə qalan zaman o, keçmiş həyat yoldaşıyla danışmamış, həmin dövrdə Gültəkinin Məsi adlı şəxslə mütamadi olaraq görüşdüklərini görmüş, o, Gültəkinin hərəkətlərini götürə bilmədiyi üçün və aralarında tez-tez mübahisə yarandığından 2018-ci ildə dəqiq xatırlamadığı vaxtda çıxıb Bərdə şəhəri H.Əliyev prospektində yaşamağa başlamış, təxminən 5-6 ay bundan qabaq o, Gültəkinin əmisi oğlu Azər İsmayılovun (051 950 63 61) keçmiş həyat yoldaşı Gültəkinlə qeyri rəsmi yaşayan Məsini yanına çağırdığını, Məsiyə Gültəkinlə əlaqəsi olduğuna görə öz iradını bildirdiyini və Məsini döyüb Gültəkindən kənar gəzməsini dediyini eşitmiş, Məsi adlı şəxs uzun müddət idi ki, öz yaşadığı kəndə gəlməmiş, çünki ailə üzvləri qovmuş, təxminən 3 ay bundan qabaq keçmiş həyat yoldaşı Gültəkin Ağdam ərazisində soğan yığmağa getmiş, Gültəkinlə qeyri-rəsmi əlaqəda olan Məsi adlı şəxs Gültəkini yaşadığl evdən götürüb işlədiyi Ağdam rayonuna aparmış, o, həmin vaxt oğlu Coşquna “Gültəkini Məsinin maşınından düşürt, Məsi iş adından istifadə edib evə tez-tez gəlir” sözlərini demiş, lakin oğlu Coşqun ona “Məsi bizim dostumuzdur, o, bizim evə istədiyi vaxt gəlib gedəcəkdə” sözlərini demiş, bundan sonra o, oğluna “əgər belə davam edərsə mən yaşadığınız evi yandıracam, mən öz namusuma və qeyrətimə ləkə gətirə bilmərəm” sözlərini demiş, o, Gültəkinin əmisi oğlu İmrana və digər əmisi uşaqlarına zəng edib Gültəkinin hərəkətləri ilə bağlı bildirmiş, lakin İmran və digər qohumlar ona “Gültəkin adlı bizim qohumumuz yoxdur, biz onu silmişik” sözlərini demiş, 08.09.2020-ci il tarixdən 13.09.2020-ci ilə tarixədək o, Gültəkini gizli olaraq izləməyə başlamış, 13.09.2020-ci il tarixdə saat təxminən 05 radələrində o, Gültəkinin yaşadığı evdə Gültəkini izləyən zaman Gültəkinlə Məsini çılpaq vəziyyətdə olduğunu görmüş, o, bunu namusuna və qeyrətinə sığışdıra bilmədiyi üçün, heç nə demədən çıxıb evin qarşısında Məsi adlı şəxsə məxsus “Mercedes” markalı mikroavtobusu idarə edib, həmin avtomobili evdən uzaqda yandırmaq qərarına gəlmiş, lakin həmin vaxt mikroavtobusun açarlarını tapa bilməmiş, həmin vaxt avtomobilə baxan zaman 2 nəfər şəxsin olduğunu görmüş, adlarını sonradan Habil digərinin isə Peti adlı şəxs olduğunu bildiyi şəxslərə onun yaşadığı evin qarşısında nə gəzmələri soruşmuş, Habil və Peti adlı şəxs ona Məsinin buradan fəhlə götürdüyünü, Məsini gözlədiklərini bildirmiş, o, bundan sonra mikroavtobusdan düşüb balaca oğlu Coşquna zəng vurmuş, lakin Coşqun onun telefonuna cavab verməmiş, daha sonra Məsinin işlətdiyi 050 344 42 26 mobil nömrəsinə zəng vurmuş, lakin Məsi onun telefonunu açmamış, 15.09.2020-ci il tarixdə o, Məsinin işlətdiyi 050 344 42 26 nömrəsinə SMS vasitəsi ilə “Dost deyib, adam dostunun anası ilə əlaqədə olmaz” sözlərini yazıb göndərmiş, 17.09.2020-ci il tarixdə kiradə qaldığı Bərdə şəhəri H.Əliyev proskpektində olan zaman, Gültəkinin hərəkətlərini götürə bilmədiyi üçün o, Gültəkinin yaşadığı evi yandırmaq qərarına gəlmiş, 18.09.2020-ci il tarixdə saat təxminən 03:30 radələrində Bərdə şəhəri “Çinqouz dairəsində” yerləşən yanacaq doldurma məntəqəsindən 6 ədəd “2 litrlik fanta” qabında benzin, aldıqdan sonra, tanımadığı bir taksi ilə Bərdə rayonu Körpüqıran kəndinə yola düşmüş, Gültəkinin yaşadığı evə yaxın avtomobildən düşüb, piyada evə tərəf hərəkət etmiş, evin kənarında durub Gültəkini izləməyə başlamış, təxminən saat 06 radələrində oğlanları Coşqun və Bayraməli çıxıb getmiş, təxminən 15-20 dəqiqə sonra Gültəkin Məsi adlı şəxslə evdən çıxıb getmiş, bundan sonra o, evdə kiminsə olub olmamasına baxmaq üçün evi gəzməyə başlamış, evdə heçkəs olmadığından o, evin mətbəxtin pəncərəsinin şüşəsini sındırmadan çıxarıb mənzilə daxil olmuş və aldığı 6 ədəd fanta qabında olan benzinidə götürmüş, o, mənzilin bütün otaqlarına benzini səpməyə başlamış, sonuncu mətbəxə tökdükdən sonra benzini tökülən yerə od vurmuş, ev yanmağa başladı və o, həmin evdən uzaqlaşıb çıxıb getmiş, daha sonra Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib törətdiyi hadisə ilə bağlı məlumat vermiş, daha sonra Bərdə RPŞ-nə törətdiyim hadisə ilə bağlı məlumat vermişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs, şahid ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Bərdə rayonu Körpüsındıran kəndində anadan olmuş, hazırda ailə üzvləriylə birlikdə həmin ünvanda yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fəhləliklə məşğul olmaqla övladlarını saxlayır. Bərdə rayonu Körpüsındıran kəndində yaşadığı 110 kv/m 4 otaqlı ev (mətbəxlə birlikdə) ona məxsusdur. Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır. Belə ki, 1992-ci il tarixdə o, Sevindiklə ailə həyatı qurmuş, o, əvvəllər Sevindiklə birlikdə Bərdə şəhəri Qarabağ qəsəbəsində birgə yaşamış, onun Sevindiklə birgə nikahından 1996-cı il təvəllüdlü Coşqun adlı və 1993-cü il təvəllüdlü Bayraməli adlı iki oğlu var. Evliliklərindən ilk günlərində başlayaraq Sevindiklə aralarında problemlər yaşanmış, ancaq, uzun müddət ərzində övladlarının xatirinə o, Sevindiyi etdiyi hərəkətlərə göz yumurmuş, belə ki,Sevindik daimi olaraq sərxoşluqla məşğul olmaqla əyyaş həyatı sürmüş və bir neçə dəfə başqa-başqa qadınları öz arvadı kimi yaşadığı evə gətirirmiş. 1993-cü il tarixdən o, Bərdə rayonu Körpüsındıran kəndində hazırdakı evinin yerləşdiyi boş torpaq sahəsini özünə almış, ancaq, həmin vaxt orada ev olmamış, həmin torpaq sahəsinin rəsmi sənədləri olmasa da, bələdiyyə qeydiyyatında da, həmçinin, digər sənədləşmələrdə həmin torpaq sahəsinin ona məxsus olması bilinirmiş. 2004-cü il tarixdən o, öz şəxsi vəsaiti hesabına Bərdə rayonu Körpüsındıran kəndindəki torpaq sahəsində 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi tikməyə başlamış, həmin dövrdə də, Sevindik öz həyatına davam edərək evin tikilməsində bir qəpik belə olsun, köməklik göstərməmiş, 2010-cu il tarixə qədər o, Sevindik və övladları hamısı birlikdə həmin evdə yaşamağa davam etmiş, sonunda, 2010-cu il tarixdə o, artıq Sevindiyin hərəkətlərinə dözə bilməyib rəsmi olaraq Bərdə rayon Məhkəməsinə müraciət edərək boşanmış, ancaq, boşanma qərarında Məhkəmə tərəfindən Sevindiyə ona məxsus evin cəmi 1 otağında yaşamaq üçün icazə verilmiş, o, məhkəmə qərarına əməl edib Sevindiyə həmin hüququ yaratmış, 2014-cü il tarixdə Sevindik cinayət törədənə qədər onun evində Sevindiyə ayırdığı otaqda yaşamağa davam etmiş, 2014-cu ilin yanvar ayının 9-da yenə Sevindik onlarla mübahisə yaratmış, həmin mübahisə zəminində oğlu Bayraməlini balta ilə vuraraq xəsarət yetirmiş, həmin hadisədən bir gün sonra isə həmin vaxt Bərdə RPŞ-də sahə rəisi işləyən polis əməkdaşı Natiq müəllimə xəsarət yetirmiş, Sevindik törətdiyi bu cinayətlərə görə Bərdə rayon Məhkəməsinin hökmü ilə 03 il 07 ay müddətə azadlıqdan məhrum edilmiş, Sevindik həbs olunduqdan sonra o, öz normal həyatına davam etmiş, 28 noyabr 2016-cı il tarixdə Sevindik cəzasının bir qədərini çəkdikdən sonra azadlığa çıxmış, Sevindik azadlığa çıxdıqdan sonra oğlu Coşqunun xahişi ilə o, yenidən Sevindiyə onun evində yaşamasına icazə vermiş, bir müddət Sevindik normal davam etsə də, sonradan yenə də mübahisələr yaradaraq onlara problemlər yaratmağa davam etmiş, ona görə də, Sevindiyi 2017-ci il tarixdə dəqiq yadında qalmayan bir gündə evdən qovmağa qərar vermiş, Sevindiyin ona problem yaradacığını bildiyindən Sevindiyə evdəki yaşamaq hüququndan imtina etməsi və uzaq durması üçün 2000 manat pul vermiş, Sevindik İcra Şöbəsinin əməkdaşlarına da bildirərək yaşamaqdan imtina etdiyini bildirmiş, bundan sonra Sevindik onlardan uzaqlaşmış və 2-3 il qulağı dinc olmuş, həmin müddət ərzində Sevindik başqa bir qızı özünə arvad edərək ayrıca evdə yaşamağa davam etmişdir. 2020-ci ilin yay aylarından başlayaraq Sevindik yenidən onlar üçün problemlər yaratmağa başlamış, belə ki, həmin vaxtlarda oğlu Coşqun evdə təmir işləri görməyə başlamış, Sevindik evdə təmir olmasını həzm edə bilmədiyindən yenidən oğlanlarını evdə təmiri saxlamağa, əks halda evi yandıracağı ilə hədələməyə başlamış, həmçinin, qeyd etmişdir ki, o,nə vaxt ki, özünə işləməyə bir iş tapmış, həmin vaxt Sevindik ona ənə şər-böhtan atmağa, guya onun iş sahibləri ilə aralarında hər hansı əlaqə olduğunu iddia etməyə başlamış, bu əvvəllər də bir neçə dəfə başına gəlmiş və elə Sevindiyin şər-böhtanı səbəbindən o, bir neçə iş yerini itirmək məcburiyyətində qalmış, o, son vaxtlar fəhlə kimi alaq təmizləyə getmiş, onun kimi alaq təmizləməyə gedən şəxsləri bir avtomobildə Məsi adı ilə tanıdığı, əsl adı Samir olan Bərdə rayonu Kələntərli kənd sakini özünə məxsus mikroavtobusla işə aparıb-gətirirmiş, elə işə başladığı vaxtlardan da, Sevindik bu dəfə də Məsi ilə onun arasında guya nəsə olmasını iddia etməyə başlamış, ancaq, Məsi onun oğlu yaşdadır və onunla Məsi arasında heç bir əlaqə ola bilməz. Həmçinin, Məsinin onun övladlarıyla da münasibət var. Sevindiyin ona atdığı şər-böhtana görə o, Məsi ilə birgə işləməkdən imtina etmək məcburiyyətində qalmış, lakin, sonradan maddi vəziyyəti pisləşdiyinə görə o, artıq məcburiyyətində qaldığından oğlu Bayraməli ilə birlikdə yenidən Məsi ilə birgə işə getməyə başlamış, son günlər o, evdə olmadığı müddət ərzində Sevindiyin evə gizlin gəlib-getdiyini, həmçinin, gecə saatlarında onları narahat etməyə başladığını hiss etmiş, ona görə də, o, Bərdə RPŞ-yə gəlib ərizə ilə müraciət edib Sevindiyin onu narahat etdiyini, həmçinin, onun evini yandıracağını bildirmiş, 18 sentyabr 2020-ci il tarixdə səhər saat 05 radələrində oğlanları Bayraməli və Coşqun Bərdə şəhərində yerləşən bazara getmək üçün yaşadığı evdən çıxmış, belə ki, son günlərdə Bayraməli və Coşqun bazarda iş tapmış və hər gün tezdən işə getmiş, Coşqun və Bayraməli çıxıb getdikdən sonra saat təxminən 06 radələrində o, alağa getmək üçün evdən çıxmış, evdən çıxan zaman evin bütüq otaqlarını kilidləmiş, o, həmin gün yenə də, digər işçilər kimi Məsinin mikroavtobusu ilə Beyləqan ərazisində işləmək üçün yola çıxmış, Ağcabədi rayonu Hindarx qəsəbəsinə gəlib çatan zaman oğlu Coşqun sürücü Məsiyə zəng edərək evdə yanğın olduğunu, təcili, geri qayıtmasını demiş, o, bu xəbəri alan kimi Məsinin mikroavtobusundən düşüb digər qadın iş yoldaşı ilə birlikdə taksi ilə geri qayıtmış, yaşadığı evə çatan zaman evin həyətində polis əməkdaşlarının və fövqəladə hallar nazirliyinin əməkdaşlarının olduğunu görmüş, ona evin yad təsir nəticəsində yandırıldığını deyilmiş, o, evi yalnız Sevindiyin yandıra biləcəyini demiş, bundan sonra onun, oğlanlarının və digər iştirakçıların iştirakı ilə evə müstəntiq tərəfindən baxış keçirilmiş, baxış zamanı evin çölündən 1 ədəd fanta butulkası aşkar edilmiş, həmçinin, evdən kömür nümunələri götürülmüş, baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, ucadan oxunmuş və imzalarla təsdiq edilmiş, sonradan Sevindiyin cinayəti törətdikdən sonra özünün gedib Bərdə RPŞ-yə təslim olduğunu eşitmişdir. Zərərçəkmiş şəxs həmçinin ifadəsində qeyd olunan ev və evin yerləşdiyi torpaq sahəsinin ona məxsus olduğunu, həmin torpaq sahəsini onun özünün aldığını, torpaq sahəsinin rəsmi sənədləri olmasa da, bələdiyyə arayışından həmin torpağın ona məxsus olduğunu bilindiyini, bundan başqa, həmin torpaqda tikilmiş evin də ona məxsus olduğunu, onun evi şəxsi vəsaitilə tikdiyini, evinin təxmini dəyəri 30-35 min manat arasında olduğunu, Evin dörd otaqdan və bir kolidordan ibarət olduğunu, evin 1-ci yataq otağında olan 3 ədəd ümumi dəyəri 300 manat olan çarpayı, 1 ədəd 560 manat dəyərində mebel dəsti, 1 ədəd 320 manat dəyərində divan, 1 ədəd 160 manat dəyərində stol, ümumi dəyəri 162 manat olan 9 ədəd stul, 1 ədəd 380 manat dəyərində 3x4 m ölçüdə xalça, 1 ədəd 40 manat dəyərində pərdə, 1 ədəd 20 manat dəyərində karniz, 1 ədəd 50 manat dəyərində ventilyator, 90 manat dəyərində serviz dəsti, ümumi dəyəri 93 manat olan 3 ədəd yorğan, ümumi dəyəri 210 manat olan 3 ədəd döşək, ümumi dəyəri 130 manat olan 3 ədəd yasdıq, ümumi dəyəri 45 manat olan 3 ədəd ədyal (yay), ümumi dəyəri 60 manat olan 3 ədəd ədyal (qış), evin 2-ci yataq otağında olan 1 ədəd 220 manat dəyərində çarpayı, 1 ədəd 250 manat dəyərində divan dəsti, 1 ədəd 690 manat dəyərində LG markalı 32 diaqonal televizor, 1 ədəd 90 manat dəyərində televizor altlığı, 1 ədəd 300 manat dəyərində 3x4 m ölçüdə xalça, 1 ədəd 120 manat dəyərində döşək, 1 ədəd 50 manat dəyərində yorğan, ümumi dəyəri 86 manat olan 3 ədəd yasdıq, 1 ədəd 50 manat dəyərində ədyal, 1 ədəd 76 manat dəyərində divan üstü, evin qonaq otağında olan 1 ədəd 90 manat dəyərində çarpayı, 1 ədəd 160 manat dəyərində 1.5x2 m ölçüdə termo, 1 ədəd 20 manat dəyərində karniz, ümumi dəyəri 138 manat olan 2 ədəd xalça, 1 ədəd 50 manat dəyərində ventilyator, 1 ədəd 50 manat dəyərində ütü, ümumi dəyəri 300 manat olan 5 ədəd döşək, ümumi dəyəri 215 manat olan 5 ədəd yorğan, ümumi dəyəri 270 manat olan 6 ədəd yasdıq, 1 ədəd 30 manat dəyərində ədyal, 1 ədəd 70 manat dəyərində divan üstü dəsdi, ümumi dəyəri 170 manat olan 6 ədəd yataq üzlüyü dəsti, evin mətbəxində olan 1 ədəd 740 manat dəyərində LG markalı soyuducu, 1 ədəd 800 manat dəyərində LG markalı paltar yuyan, 1 ədəd 130 manat dəyərində elektrik sobası, 1 ədəd 110 manat dəyərində stol, ümumi dəyəri 60 manat olan 6 ədəd stul, 1 ədəd 80 manat dəyərində qaz sobası, 1 ədəd 105 manat dəyərində ət çəkən, 1 ədəd 22 manat dəyərində pərdə, 1 ədəd 20 manat dəyərində karniz, 1 ədəd 70 manat dəyərində 2x1.5 m ölçüdə xalça, 95 manat dəyərində tozsoran, 10 manat dəyərində tərəvəz səbəti, 10 manat dəyərində dörd ayaq dəsdi, 1 ədəd 20 manat dəyərində çaydan, ümumi dəyəri 15 manat olan 2 ədəd çaynik, 1 ədəd 17 manat dəyərində qab setkası, 1 ədəd 10 manat dəyərində çörək qabı, 1 ədəd 13 manat dəyərində pol ağacı, evin kolidorunda isə 170 manat dəyərində 2x3 m ölçüdə xalçanın yanaraq yararsız hala düşdüyünü, ümumilikdə, ona təxminən 40 min ziyan dəydiyini, Sevindiyin yalan dediyini, Sevindiyin onunla evli olduğu dövr ərzində ona dəfələrlə belə şərböhtan atdığını, onun Məsi adlı şəxslə arasında heç nə olmadığını, heç, ümumiyyətlə, onun Məsi ilə bir otaqda olmadığını, Məsi onların evinə gəlsə də, oğlu evdə olan zaman gəldiyini bildirmişdir. Zərərçəkmiş şəxs sonda Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək ona ağır cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərdi ki, o, Bərdə rayonu Körpüsındıran kəndində anadan olmuş, hazırda ailə üzvləriylə birlikdə həmin ünvanda yaşayır, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir. Bərdə şəhərində yerləşən bazarda qəssab kimi işləməklə ailəsini saxlayır. Təqsirləndirilən şəxs onun atasıdır, Zərərçəkmiş şəxs isə onun anasıdır. Onlar əvvəllər bütün ailə üzvləri birlikdə Bərdə şəhəri ərazisində məskunlaşmış, sonradan 2004-cü il tarixdə anası Gültəkinin adına Bərdə rayonu Körpüsındıran kəndində torpaq sahəsi almışlar, həmin torpaq sahəsi anasının adına rəsmiləşdirilmiş və pulunu da məhz anası Gültəkin ödəmiş, onlar sonradan həmin torpaq sahəsində 1 mərtəbəli kürsülü 4 otaqlı ev tikmişlər, evin tikilməsinə çəkilən bütün xərcləri də anası Gültəkin özü çəkmiş, atası Sevindik heç bir pul qazanmamış, elə bütün bu səbəblərdən 2010-cu il tarixdə Bərdə rayon Məhkəməsinin qərarı ilə anası Gültəkinlə atası Sevindik rəsmi olaraq boşanmışlar. Evin yandırılmasını eşidəndə evə gəlmiş sonradan bilmişdir ki, atası yandırmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 qardaşı Şahid1 ilə eyniməzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiqlədi. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu Körpüsındıran kəndində anadan olmuş, hazırda ailə üzvləriylə birlikdə həmin ünvanda yaşayır, evlidir, 3 övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir. Ev ustası kimi işləməklə ailəsini saxlayır. Zərərçəkmiş şəxs onun əmisi qızıdır. Təqsirləndirilən şəxs isə Gültəkinin keçmiş həyat yoldaşıdır. Körpüsındıran kəndində demək olar ki, hamı bir-birinə qohumdur və qohumların evləri bir-birinə yaxın yerləşir. Onun eviylə də, Gültəkinə məxsus olan torpaq sahəsi yaxın yerləşir. Bir müddət sonra Gültəkin həmin torpaq sahəsində 1 mərtəbəli kürsülü 4 otaqlı ev tikdi və həmin evdə birgə yaşamağa başladılar. Ancaq, Gültəkin və Sevindik həmin evə köçən vaxtdan etibarən mütəmadi olaraq aralarında müxtəlif səbəblərdən mübahisə və dava-dalaş olurdu. Lakin, o, heç bir vaxt onların mübahisələrinə müdaxilə etməmiş, qarışmamışdır. “Məsi” adı ilə tanınan Samir adlı şəxsi Bərdə rayonu Kələntərli kəndi sakini kimi tanımış, həmin şəxslə arasında düşmənçilik və ya ədavət, hər hansı mübahisə olmamışdır. Samir özünə məxsus mikroavtobusla sahələrə fəhlə daşımaqla məşğul olur. 18.09.2020-ci il tarixdə saat 06 radələrində o, yaşadığı evdə yatmış, həmin vaxt hazırda xatırlamadığı qonşulardan biri onların evinə gəlib səsləməyə başlamış, o, nə baş verdiyini soruşduqda, Gültəkinin evinin yandığı deyilmiş, o, dərhal evdən çıxıb həmin yerə gəlmiş, o, həmin yerə çatan zaman Gültəkin və ailə üzvlərindən heç kim olmamış və yanğın davam etmiş, daha sonra həmin yerə Gültəkinin övladları və Gültəkin özü, bir qədər sonra isə FHN və polis əməkdaşları gəlmiş, o, sonradan Sevindiyin Gültəkinə məxsus evi yandırmasını eşitmişdir. Şahid3 həmçinin ifadəsində onun Gültəkinin evinə gələn zaman yanğın davam etidyini, ancaq, orada Sevindiyi görmədiyini, heç, Gültəkinin özünün də, oğlanlarının da orada olmadığını, Sevindiyin evi yandırdığını sonradan onun Gültəkinin oğlanlarından eşitdiyini, Sevindiyin yalan dediyini, belə ki, onun Məsini döymədiyini, ümumiyyətlə, Məsi ilə bu məsələ ilə bağlı heç bir söhbət etmədiyini, Məsinin fəhlə daşımaqla məşğul olduğunu və digər fəhlələr kimi Gültəkini də gəlib yaşadığı evdən götürdüyünü, onun yalnız bunu gördüyünü, ancaq, Sevindiyin ona Məsi ilə Gültəkin arasında əlaqə olması barədə dediyini, onun isə Sevindiyə cavabında bu söhbətin yalan olduğunu, əgər, elə bir əlaqə olsaydı, onun da görə biləcəyini demədiyini, başqa məsələlərdən məlumatı olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu Kələntərli kəndində anadan olmuş, hazırda, ailə üzvləriylə birlikdə həmin ünvanda yaşayır. Subaydır, rəsmi olaraq heç bir yerdə işləmir. Onun mülkiyyət hüququ ilə ona məxsus olan “Mercedes benz 208D” markalı ** BO *** dövlət qeydiyyat nişanlı mikroavtobusu var. O, həmin avtobus vasitəsilə fəhlə kimi işə gedən qonşu kəndlərdə yaşayan şəxsləri ödəniş müqabilində sahələrə aparır. Onu yaşadığı kənddə və ətraf ərazilərdə “Məsi” adı ilə çağırırlar. Zərərçəkmiş şəxs da onun mikroavtobusuyla işə gedən fəhlə kimi Bərdə rayonu Körpüsındıran kəndindən tanımış, belə ki, Gültəkinin oğlanları Bayraməli və Coşqun ilə onun yoldaşlığı var, elə onların xahişi ilə də o, digər fəhlələr kimi Gültəkini də işləməyə aparır. Təqsirləndirilən şəxs isə Gültəkinin keçmiş həyat yoldaşı kimi qiyabi tanımış, o, Gültəkini fəhlə kimi aparmağa başlayan vaxtlardan Sevindik guya onunla Gültəkin arasında qeyri-rəsmi münasibət olmasını iddia etməyə başlamış, hətta, bununla bağlı Sevindiklə arasında əvvəllər mübahisələrdə yaranmış, o,hər dəfə Sevindiyə Gültəkinlə arasında heç nə olmadığını bildirmiş, bununla bağlı Bərdə RPŞ-də araşdırma da aparılmışdır. O, kənddə danışılanlardan və Gültəkinin övladlarından anası Gültəkin ilə atası Sevindik arasında tez-tez mübahisələr olduğunu eşitmiş, ancaq, o, həmin mübahisələrin heç birinə qarışmamış, bir müddət sonra Gültəkin onunla birgə işə getməkdən imtina etmiş, o, Gültəkinin özündən bu barədə soruşmasa da, Sevindiklə aralarında olan problemlərə görə getmədiyini fikirləşmiş, sonradan Bayraməlinin xahişi ilə o, yenidən Gültəkini işə aparmış, arabir Gültəkin oğlu Bayraməli ilə birlikdə işə getmiş, 18 sentyabr 2020-ci il tarixdə saat təxminən 06 radələrində digər fəhlələri götürdükdən sonra özünə məxsus mikroavtobusla Gültəkinin yaşadığı evin qarşısına gəlmiş, o, artıq Sevindiyin əvvəllər bir neçə dəfə problemlər yaratdığını bildiyinə görə mikroavtobusda olan qadın fəhlələrdən birindən düşüb Gültəkini çağırmasını xahiş etmiş, Gültəkin gəldikdən sonra o, işləmək üçün Ağcabədi rayonuna doğru yola çıxmış, Ağcabədi rayonu Hindarx qəsəbəsinə çatmağa az qalmış Coşqun ona zəng etmiş, Coşqun ona evlərində yanğın baş verdiyini, təcili anası Gültəkini evə yola salmağını xahiş etmiş, o, mikroavtobusu saxlamış, Gültəkin hazırda xatırlamadığı qadın fəhlələrdən biri ilə taksiyə minib geri yaşadıqları kəndə qayıtmış, o isə öz işinin arxasınca getmiş, o, sonradan Gültəkinin evininin keçmiş əri Sevindiyin yandırdığını eşitmişdir. Şahid4 həmçinin, ifadəsində onun yağın hadisəsini görmədiyini, onun bu barədə sonradan eşitdiyini, Gültəkinin evini Sevindiyin yandırdığını, Sevindiyin yalan dediyini, onunla Gültəkin arasında heç bir əlaqə olmadığını, nədə ki, onun heç vaxt Gültəkinlə çılpaq vəziyyətdə olmadığını, Sevindiyin onsuzda elə əvvəllərdən Gültəkinə şər atdığını, son vaxtlar onunla birgə işə getdiyi üçün bu dəfə də Gültəkinlə ona şər atdığını, 13.09.2020-ci il tarixdə onun Gültəkinin evində olmadığını, Sevindik bununla bağlı ona zəng edib mesaj yazmadığını bildirmişdir. Cinayət işinin 57-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 18 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 57-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 20 sentybar 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 sentybar 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 80-81-ci vərəqələrində Bərdə rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsi barədə 20.09.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 182-183-cü vərəqələrində Bərdə rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbsdə saxlanılma müddətinin uzadılması barədə 11 dekabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanılma müddəti 18 fevral 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 27-ci vərəqəsində olan Körpüsındıran kənd bələdiyyəsinin 18 sentyabr 2020-ci il tarixli 44 nömrəli arayışından görünür ki, 18 sentyabr 2020-ci il tarixdə Bərdə rayonu Körpüsındıran kəndində yanğın baş vermiş ev Zərərçəkmiş şəxs məxsusdur. Cinayət işinin 56-ci vərəqəsində olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqınının (“AZƏRİTTİFAQ”) Bərdə rayon Kooperativ Cəmiyyətinin 19 sentyabr 2020-ci il tarixli rəyindən görünür ki, Bərdə rayonu Körpüsındıran kəndində 20 sot həyətyanı torpaq sahəsində yerləşən 4 (dörd) otaqdan ibarət (otaqların sahəsi 110 kv/m) evin 2020-ci ilin sentyabr ayına bazar qiyməti 32000 (otuz iki min) manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin 187-190-cı vərəqələrində olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 30 noyabr 2020-ci il tarixli 9/5237 nömrəli ekspert rəyindən görünür ki, 56 adda malların istifadədə olması nəzərə alınmaqla zədələnməmişdən əvvəl 2020-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 6452,00 (altı min dörd yüz əlli iki) manat müəyyən edilmişdir. Cinayət işinin 194-195-cı vərəqələrində olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 30 noyabr 2020-ci il tarixli 10/3719 nömrəli ekspert rəyindən görünür ki, Bərdə rayonu Körpüsındıran kəndində Zərərçəkmiş şəxs məxsus yaşayın evində yanğının mənbəyi evin daxilində olmuşdur. Yanğın, neft məhsulundan odlama vasitəsi kimi istifadə edilməklə kənardan gətirilmiş alışdırma mənbəyinin təsiri ilə evin otaqları daxilində mənbə zonalarının yaradılması nəticəsində baş vermişdir. Cinayət işinin 199-200-cı vərəqələrində olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 8 dekabr 2020-ci il tarixli 6/2560 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1-3 nömrəli obyektlərin üzərində yüksək temperatura məruz qalan, şəkili dəyişmiş tez alışan neft məhsulunun (benzin, kerosin və ya dizel yanacağı) izləri vardır. Yüngül fraksiyalar uçduğundan və yüksək temperatura məruz qaldığından tərkibində əsaslı dəyişikliklər baş verdiyi üçün, həmin neft məhsulunun növünü müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş 4 nömrəli obyektdə tez alışan neft məhsullarının izləri yoxdur. Tədqiqata təqdim edilmiş üzərində “Fanta” yazısı olan plastik butulkadaki qırmızımtıl rəngli maye tez alışan neft məhsulu benzindir. Cinayət işinin 199-200-cı vərəqələrində olan Gəncə şəhəri Səhiyyə İdarəsinin rayonlararası psixonevroloji dispanserinin 23.12.2020-ci il tarixli 679 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hazırki ekspertiza zamanı da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-in 21-ci maddəsinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 261-274-cı vərəqələrində olan 20 yanvar 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üzrə önəm kəsb etdiyindən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus evdən götürülmüş 4 ədəd kül nümunəsi və içərisində benzin yanacağı olan 1 ədəd 2 litr həcmli “Fanta” butulkası cinayət işi üzrə maddi sübut kimi tanınmış və 1 ədəd MEM-ə məxsus parça bağlamada Bərdə RPŞ-nin saxlancına təhvil verilmişdir. Cinayət işinin 132-ci vərəqəsində olan Bərdə rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 2926 saylı 02.11.2020-ci il tarixli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə .əhər Poliklinikasının Ruhi-Əsəb, Narkoloji kabinetlərində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin 238-ci vərəqəsində olan Bərdə rayon Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakteriza olunmuşdur. Cinayət işinin 141-150-ci vərəqələrində olan Bərdə rayon Məhkəməsinin 1(021)64\2014 saylı 20.05.2014-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128 və 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 07 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Cinayət işinin 155-156-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 02.11.2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinərək 180 saat ictimai işlər cəzasına məhkum edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 20.05.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 128 və 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 07 ay müddətinə azadlıqdan məhrum edilmiş, 28.11.2016-cı il tarixdə Suraxanı rayon Məhkəməsinin qərarı ilə 8 ay 14 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, məhkumluğunun ödənilməsini, yaşayış yerindən müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, əvvəllər məhkum olunmasını, məhkumluğunun ödənilməsini, qanunlara əməl olunmaq ruhunda tərbiyə olunmamasını, islah edilməməsini təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2 maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2020-ci il il tarixində şübhəli şəxs qismində tutulmuş, 20 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 20 sentyabr 2020- ci il tarixdə barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş, 11 dekabr 2020-ci il tarixli qərarla barəsində həbsdə saxlanılma müddəti 18 fevral 2021-ci il tarixədək uzadılmışdır. Ona görə də, cəzasının əvvəli 18 sentyabr 2020-ci il il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəmi 266 manat (50 manat+102 manat +114 manat) ekspertiza tədqiqatının dəyəri alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 18 sentyabr 2020- ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəmi 266 manat (iki yüz altmış altı) manat ekspertiza tədqiqatının dəyəri alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 0900,_ Bərdə şəhəri, Tel:_(02020)_5-09-80 Faks: (02020) 5-20-52 Gəncə küçəsi __4__ Elektron poçtu _______________________ 15 iyul 2021-ci il 1(021)-43/2021 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı Cəzaçıkmə Müəssisəsinə Salyan rayon Yenikənd kəndi Sizin müraciətinizə əsasən Bərdə rayon məhkəməsinin 1(021)-43/2021 saylı, 21 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 186.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti Sizə göndərilir. Qoşma: şəxsiyyət vəsiqəsinin surəti Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar