Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-43/2023 20.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Müdafəçi Müdafiəçi, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1998-ci ildə Tərtər rayonu, Leninabad kəndində anadan оlmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Tərtər rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə cəzasına, Tərtər rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələri ilə təqsirli bilinib 500 manat cərimə cəzasına, Tərtər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış və cəza çəkdiyi müəssisədən azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş müddətdə ödənilməmiş və götürülməmiş, Tərtər rayonu, Ələsgərli kəndində qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək Bərdə şəhəri Nüşabə küçəsində yerləşən inzibati binada (istismara yararsız köhnə tikili) yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 228.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrarən yaşayış sahəsinə, binaya və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatlarını əldə edib saxlama cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 25 aprel 2022-ci il tarixdə saat 19:30 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Zərərçəkmiş şəxs2 məxsus Tərtər şəhəri, V.Hüseynov küçəsində yerləşən “ZH gold” ətriyyat mağazasına alver etmək bəhanəsi ilə gəlib satıcının fikrinin dağınıq olmasından istifadə edərək, vahid niyyətlə oradan bir ədədinin qiyməti 85 manat olan, cəmi 255 manat dəyərində üzərində 25 ədəd suvarovski qaşları olan, paslanmayan gümüşü metaldan hazırlanmış 3 ədəd “Svarovski” bjuteriyasını, bir ədədinin qiyməti 55 manat olan, cəmi 110 manat dəyərində üzərində 20 ədəd suvarovski qaşları olan, paslanmayan gümüşü metaldan hazırlanmış 2 ədəd “Svarovski” bjuteriyasını, bir ədəd qiyməti 100 manat olan “Versace” markalı ətri, 27 aprel 2022-ci il tarixdə 14:30 radələrində isə eyni qaydada həmin mağazadan bir ədəd qiyməti 75 manat olan “Creed Aventus” markalı ətiri gizli yolla talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 540 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin may ayının sonlarında istintaqa dəqiq məlum olmayan gündə və saatda Zərərçəkmiş şəxs3 məxsus Tərtər rayonu, Ələsgərli kəndində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan keçib, yaşayış sahəsi olan evin yataq otağına qapının kilidini qırıb qanunsuz daxil olaraq, oradan 1 ədəd qiyməti 70 manat olan “Nokia” markalı mobil telefonu, 1 ədəd qiyməti 45 manat olan “KGTEL” markalı mobil telefonu, fərdi yaşayış evinin həyətində yerləşən saxlanc yeri hesab olunan yardımçı tikiliyə qapının kilidini qırıb qanunsuz daxil olaraq, 1 ədəd qiyməti 40 manat olan elektriklə işləyən çarxı, 1 ədəd qiyməti 70 manat olan aluminium ləyəni, fərdi yaşayış evinin saxlanc yeri hesab olunan zirzəmisinə isə kilid bağlanan hissənini açıb qanunsuz daxil olaraq, 1 ədəd qiyməti 45 manat olan “Lucky pro MSC 60” markalı hidrafonu, 01 ədəd qiyməti 50 manat olan su bidonunu, vahidinin qiyməti 90 manat olan cəmi 180 manat dəyərində 2 ədəd ləyəni, vahidinin qiyməti 15 manat olan cəmi 75 manat dəyərində 5 ədəd aluminium qazanı və hər biri 4 metr uzunluqda vahidinin qiyməti 5 manat olan cəmi 25 manat dəyərində 5 ədəd qaz borusunu gizli yolla talayıb, Zərərçəkmiş şəxs3 ümumilikdə 595 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 03 iyun 2022-ci il tarixdə saat 03 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs1 məxsus "Nihad" marketin aluminium materialdan hazırlanan qapısınının cəftəsini özü ilə gətirdiyi vintaçanla mexaniki təsir göstərib açaraq, marketə qanunsuz daxil olub vahidinin qiyməti 2,50 manat olan cəmi 7,50 manat dəyərində 3 ədəd ağ rəngli “West” markalı (qalın), vahidinin qiyməti 2,20 manat olan cəmi 8,80 manat dəyərində 4 ədəd ağ rəngli “Bakı” markalı (qalın), vahidinin qiyməti 2.20 manat olan cəmi 11 manat dəyərində 5 ədəd gümüşü rəngli “Keno” markalı (nazik), vahidinin qiyməti 2.20 manat olan cəmi 8,80 manat dəyərində 4 ədəd göy rəngli “Keno” markalı (nazik), vahidinin qiyməti 2.20 manat olan cəmi 13,20 manat dəyərində 6 ədəd qızılı rəngli “Keno” markalı (qalın), vahidinin qiyməti 2.20 olan cəmi 17,60 dəyərində 8 ədəd qırmızı rəngli “Keno” markalı (nazik), vahidinin qiyməti 2.20 manat olan cəmi 4,40 manat dəyərində 2 ədəd göy rəngli “Keno” markalı (qalın), vahidinin qiyməti 2.20 manat olan cəmi 6,60 manat dəyərində 3 ədəd göy rəngli “Keno” markalı (nazik), vahidinin qiyməti 2.20 manat olan cəmi cəmi 11 manat dəyərində 5 ədəd boz rəngli “Magna” markalı (nazik), vahidinin qiyməti 2.30 manat olan cəmi 2,30 manat dəyərində 1 ədəd ağ rəngli “Maqna” markalı (nazik), vahidinin qiyməti 2.20 manat olan cəmi 6,60 dəyərində 3 ədəd boz rəngli “Viceroy” markalı (nazik), vahidinin qiyməti 2.20 manat olan cəmi 2,20 manat dəyərində 1 ədəd sarı rəngli “Prima” markalı (qalın), vahidinin qiyməti 2.60 manat olan cəmi 18,20 dəyərində 7 ədəd göy rəngli “Want XD” markalı (nazik), vahidinin qiyməti 2.60 manat olan cəmi 13 manat dəyərində 5 ədəd qırmızı rəngli “Want XD” markalı (nazik), vahidinin qiyməti 2.50 manat olan cəmi 10 manat dəyərində 4 ədəd boz rəngli “Want” markalı (nazik), vahidinin qiyməti 2.50 manat olan cəmi 25 manat dəyərində 10 ədəd qara rəngli “Want” markalı (nazik), vahidinin qiyməti 2.20 manat olan cəmi 8,80 manat dəyərində 4 ədəd boz rəngli “Vegas” markalı (nazik), vahidinin qiyməti 2.0 manat olan cəmi 4,0 manat dəyərində 2 qara rəngli “Kingstone” markalı (qalın), vahidinin qiyməti 2.3 manat olan cəmi 4,6 manat dəyərində 2 ədəd boz rəngli “Klassik” markalı (uzun), vahidinin qiyməti 2.50 manat olan cəmi 12,50 manat dəyərində 5 ədəd göy rəngli “Klassik” markalı (uzun), vahidinin qiyməti qiyməti 4,0 manat olan cəmi 28 manat dəyərində 7 ədəd qara rəngli “Kent 4” markalı (nazik), vahidinin qiyməti 4,0 manat olan cəmi 20 manat dəyərində 5 ədəd “Kent 8” markalı (qalın), vahidinin qiyməti 4.0 manat olan cəmi 40 manat dəyərində 10 ədəd “Kent 1” markalı, vahidinin qiyməti 3.90 manat olan cəmi 39 manat dəyərində 10 ədəd boz rəngli “Winston” markalı (nazik), vahidinin qiyməti 3.80 manat olan cəmi 34,20 dəyərində 9 ədəd boz rəngli “Winston” markalı (qalın), vahidinin qiyməti 3.80 manat olan cəmi 30,40 manat dəyərində 8 ədəd sarı rəngli “Winston” markalı (qalın), vahidinin qiyməti 3.30 manat olan cəmi 33 manat dəyərində 10 ədəd boz rəngli “LD” markalı (nazik), vahidinin qiyməti 3.0 manat olan cəmi 27 manat dəyərində 9 ədəd boz rəngli “LD Compact” markalı, vahidinin qiyməti 2.90 manat olan cəmi 26,10 manat dəyərində 9 ədəd boz rəngli “Winchester” markalı (nazik), vahidinin qiyməti 2.80 manat olan cəmi 16,80 manat dəyərində 6 ədəd boz rəngli “Winchester Compact” markalı, vahidinin qiyməti 2.90 manat olan cəmi 20,30 manat dəyərində 7 ədəd göy rəngli “Rotmans” markalı (qalın), vahidinin qiyməti 2.90 manat olan cəmi 29 manat dəyərində 10 ədəd boz rəngli “Rotmans” markalı (qalın), vahidinin qiyməti 2.80 manat olan cəmi 19,60 manat dəyərində 7 ədəd boz rəngli “Palmall” markalı (nazik), vahidinin qiyməti 2.80 manat olan cəmi 28 manat dəyərində 10 ədəd “Palmall 1x1” markalı, vahidinin qiyməti 2.80 manat olan cəmi 22,40 manat dəyərində 8 ədəd “Palmall Mentol” markalı cəmi 609 manat dəyərində siqaretləri, dəyəri 7,2 manat təkil edən 6 ədəd dəmir qutuda "Hell” markalı 2,50 ml ölçüdə enerji içkilərini, dəyəri 10 manat təşkil edən 10 ədəd dəmir qutuda "Bizon" markalı 0,330 ml ölçüdə enerji içkilərini, dəyəri 7,80 manat təşkil edən 13 ədəd alışqanı, 50 manat məbləğində 50 qəpiklərdən ibarət olan dəmir pulları, 60 manat məbləğində 20 qəpiklərdən ibarət dəmir pulları və 11 manat məbləğində kağız pul əskinaslarını gizli yolla talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 755,90 (yeddi yüz əlli beş manat doxsan qəpik) manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən 1 ədəd texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, nömrəsi silinmiş, 7,62 mm kalibrli, zavod üsulu ilə keçmiş "SSRİ" dövlətində istehsal olunmuş, AKM modelli, Kalaşnikov konstruksiyalı yivli odlu silah avtomatı, 01 ədəd zavod üsulu ilə istehsal edilmiş Kalaşnikov konstruksiyalı avtomatın komplekt hissəsi olan 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadəyə yararlı darağı və zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 30 ədəd ştat patronlarını əldə edib kı yaşadığı Bərdə şəhəri, Nüşabə küçəsindəki binada yerləşən otaqda saxlamış, 11 avqust 2022-ci il tarixdə saat 19:00 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı həmin ünvana baxış keçirilən zaman oradan- yataq otağında çarpayının üzərində olan döşəyin altından qeyd edilən 1 ədəd odlu silah hesab olunan “Kalaşnikov” avtomat, bir ədəd onun komplekt hissəsi olan daraq və 30 ədəd döyüş sursatları olan patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Tərtər rayonu, Əlsəgərli kəndində qeydiyatdadır. xx.xx.2022-ci il tarixdə Tərtər şəhərində yerləşən Zamiq adlı şəxsə məxsus ətriyyat mağazasına daxil olaraq, həmin mağazadan 05 ədəd “Svaroviski” bujiteriyalarını və 01 ədəd “Versace” markalı kişi ətrini oğurlamışdır. Onun mağazadan oğurluq etməyini, mağazada olan satıcı görməmiş, oğurladığı 05 ədəd bjuteriyanı sata bilmədyi üçün Tərtər şəhərində yerləşən parkda çaya atmışdır. Bir ədəd oğurladığı “Versace” markalı kişi ətrini isə Tərtər şəhər sakini Rəşad adlı şəxsə 20 manata satmışdır. Həmçinin xx.xx.2022-ci il tarixdə yenidən Zamiq adlı şəxsin mağazasına daxil olaraq, 01 ədəd “Aventus” markalı kişi ətrini oğurlamışdır. Həmin oğurluq hadisəsini törədən zaman da satıcı orada olmuş, lakin yenə də satıcı onun mağazadan ətir oğurladığnı görməmişdir. Oğurladığı ətri özü üçün istifadə etmişdir. Bundan başqa 2022-ci ilin may ayının sonlarında o, Tərtər rayonu, Ələsgərli kənd sakini Samir adlı şəxsin evinə oğurluq məqsədi ilə daxil olmuşdur. Samirə məxsus fərdi yaşayış evinin həyətinə hasardan daxil olmuş, əvvəlcə həyətyanı sahədə yerləşən tikiliyə daxil olub oradan 01 ədəd elektrik çarxını, 01 ədəd aliminium ləyəni oğurlayıb həyətə çıxarmışdır. Daha sonra isə evin zirzəmisinə daxil olmuş, oradan 01 ədəd su bidonunu, 01 ədəd hidrofonu, 05 ədəd qaz borusunu və 05 ədəd aliminium qazanı götürmüşdür. Götürdüyü həmin əşyaları da həyətə çıxartmış, daha sonra isə evin yataq otağına daxil olmuşdur. Yataq otağında olan 01 ədəd “Nokia” markalı və 01 ədəd “KGTEL” markalı mobil telefonu götürmüşdür. Qeyd olunan əşyaları növbə ilə gətirib öz yaşadığı fərdi yaşayış evinin yaxınlığında gizlətmişdir. Kənd ərazisində oğurladığı əşyaları alverçilərə ümumilikdə 80 manata satmışdır. Oğurladığı 01 ədəd “KGTEL” markalı telefonu Tərtər şəhərində tanımadığı bir nəfər şəxsə 20 manata satmış, digər “Nokia” markalı mobil telefonu xatırlamadığı yerdə itirmişdir. Ona Zərərçəkmiş şəxs2 məxsus ətriyyat mağazasından və Tərtər rayonu, Ələsgərli kənd sakini Zərərçəkmiş şəxs3 məxsus evdən oğurluğu etməkdə kənar şəxslər köməklik göstərməmişdir. Həmin mağazdan və evdən oğurluq etməyini heç kim görməmişdir. Sabir Bəbirova məxsus evdən oğurladığı əşyaları Ələsgərli kəndi ərazisində səyyar alverçilərə ümumilikdə 80 manata satmışdır. Oğurladığı 01 ədəd “KGTEL” markalı telefonu Tərtər şəhərində tanımadığı bir nəfər şəxsə 20 manata satmış və digər 01 “Nokia” markalı mobil telefonu itirmişdir. Bundan başqa o, 03 iyun 2022-ci il tarixdə saat 03 radələrində Bərdə şəhərində olan zaman, mərkəzdə Bərdə otelin yaxınlığında olan Nihad marketin qarşısından keçən zaman həmin mağazadan oğurluq etmək qərarına gəlmişdir. Özü ilə qabaqcadan oğurluq edəcəyi mağazanın qapısını açmaq məqsədilə gətirdiyi “atvyorka” ilə həmin mağazanın qapısını açıb içəri girmış, mağazadan müxtəlif adlarla çoxlu sayda, təxminən 200 qutu siqaret, 68 manat dəyərində xırda qəpiklər, 2 ədəd hell oğurlamışdır. Oğurladığı əşyaları həmin mağazadan götürdüyü sintetik torbaya yığmış, malları götürüb 1 nömrəli məktəbin arxasında köhnə inzibati binaya getmişdir. Orada gecələdikdən sonra səhər açıldıqda taksi danışıb birbaşa “Yevlaxın kruqu” deyilən əraziyə getmış, aralıqla bir qədər gedib xatırlamadığı 2 mağazaya cəmisi 130 manat dəyərində siqaret satmışdır. Həmin siqaretləri öz dəyərindən aşağı satmış, bundan sonra bir neçə mağazaya yaxınlaşsa da qalan siqaretləri alan olmamışdır. Bundan sonra taksi ilə Tərtər şəhərinə qayıtmış, Tərtər şəhərində Əsgər adlı şəxsə məxsus mağazaya yaxınlaşmış, həmin mağazaya 65 manat dəyərində siqaret satmışdır. Əsgərə də siqareti öz dəyərindən aşağı satmış, qalan siqaretləri götürüb Bərdə şəhərinə 1 nömrəli məktəbin arxasınadakı inzibati binaya qayıtmışdır. Qalan siqaretləri gizlədib “Qədim Bərdə” adlı kafeyə getmış, kafedə olan zaman polis əməkdaşları onu saxlayıb Bərdə RPŞ-nə gətirmişlər. Qalan siqaretləri polis əməkdaşlarına təhvil vermişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə ona məskunlaşdığı otağın qarşısında siqaret çəkən zaman 2 (iki) nəfər şəxs yaxınlaşmış, polis əməkdaşları olduqlarını deyərək yaşadığı otaqda silah saxlamaqda şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşlarının onun yataq otağına baxış keçirməsənə etiraz etməmiş və bu buradə ərizə yazmışdır. Polis əməkdaşları onun iştirakı ilə yataq otağına baxış keçirmiş, həmin vaxt otaqda çarpayının üzəridə olan döşəklərin altında gizlətdiyi 1 ədəd Kalaşnikov avtomatını göstərib polis əməkdaşlarına könüllü təhvil vermişdir. Daha sonra həmin silaha baxış keçirilmiş, silaha aid 1 ədəd patron darağı və həmin daraqda 30 ədəd patron aşkar edilmişdir. Həmin silah,daraq və 30 ədəd patron iştirakı ilə qablaşdırılaraq götürülmüşdür. Otaqda olan digər yerlərə baxış keçirilmiş, lakin hər hansı bir şübhəli əşya, predmet aşkar edilməmişdir. Baxışdan sonra polis əməkdaşları onu Bərdə rayon polis şöbəsinə gətirmişlər. Həmin 1 ədəd kalaşnikov avtomatını, 1 ədəd patron darağını və 30 ədəd patronu 1 il bundan əvvəl Suqovuşan ərazisində metal yığarkən tapmış və qorxduğu üçün bu barədə məlumat verməmişdir. Silahdan heç vaxt istifadə etməmişdir. Hazırda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərdən biri ilə barışdığını və ona dəymiş ziyanı bir qismini ödədiyini bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. O həmçinin bildirdi ki, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dəymiş ziyanı ödəməmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özlərinin ifadəsi ilə yanmaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstədi ki, o, ailə üzvləri ilə birlikdə Bərdə şəhərində yaşayır. Bərdə şəhəri, H.Əliyev prospektində “Mono Liza” adlı gül dükanının yanında yerləşən özünə məxsus “Nihad” adlı kiçik marketi işlətməklə ailəsini dolandırır. Həmin marketdə müxtəlif növ şirniyyatlar, tütün məmulatları və sərinləşdirici içkilərin satışını həyata keçirir. Marketi hər gün saat 08:00 radələrində açıb, saat 22:00 radələrində isə bağlayır. Hər gün olduğu kimi 03 iyun 2022-ci il tarixdə saat 08:00 radələrində hər gün olduğu kimi mən marketi açmaq üçün gəlmişdir. Həmin vaxt oradan keçən həmkəndlisi və tanışı Ramizlə görüşüb biraz söhbət etmişdir. Bundan sonra o, mağazaya yaxınlaşıb qapını açmaq üçün açarı dəliyə daxil etmək istəyəndə qapının açıq vəziyyətdə olduğunu aşkarlamışdır. O, elə bilmişdir ki, qapının açıq qoyub getmiş ancaq mağazanın qapısından içəri daxil olanda içəridəki piştaxtaların üzərini yoxlayan zaman marketdə olan müxtəlif markalı siqaretlərin, energetik içkilərin, masanın üzərindəki kağız və qəpik pulların yerində olmadığını görmüşdür Həmin vaxt onun yanında olan tanışı Ramiz də içəri daxil olub vitrində bəzi siqaretlərin, energetik içkilərin yerində olmadığını görmüşdür. Bundan sonra o, Azərbaycan Respublikası DİN-in “102” zəng mərkəzinə müraciət edib marketdən qapının sındırılması yolu ilə oğurluq edilməsi barədə məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlmişlər oğurluq olması barədə polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan marketdə olan malları nəzərdən keçirib nələrin oğurlanması ilə bağlı dəqiqləşdirmə aparmış, marketdən ümumilikdə 609,90 manat dəyərində olan 3 ədəd ağ rəngli “West” markalı (qalın) siqaretin 1 ədədinin qiyməti 2.50 (iki manat əlli qəpik) cəmi 7,50 (yeddi manat əlli qəpik) 4 ədəd ağ rəngli “Bakı” markalı (qalın) siqaterin 1 ədədinin qiyməti 2.20 (iki manat iyirmi qəpik) cəmi 8,80 (səkkiz manat səksən qəpik), 5 ədəd gümüşü rəngli “Keno” markalı (nazik) siqaretin 1 ədədinin qiyməti 2.20 (iki manat iyirmi qəpik) cəmi 11 (on bir manat), 4 göy rəngli “Keno” markalı (nazik) siqaretin 1 ədədinin qiyməti 2.20 (iki manat iyirmi qəpik) cəmi 8,80 (səkkiz manat səksən qəpik), 6 ədəd qızılı rəngli “Keno” markalı (qalın) siqaretin 1 ədədinin qiyməti 2.20 (iki manat iyirmi qəpik) cəmi 13,20 (on üç manat iyirmi qəpik), 8 ədəd qırmızı rəngli “Keno” markalı (nazik) siqaretin 1 ədədinin qiyməti 2.20 (iki manat iyirmi qəpik) cəmi 17,60 (on yeddi manat altmış qəpik), 2 ədəd göy rəngli “Keno” markalı (qalın) siqaretin 1 ədədinin qiyməti 2.20 (iki manat iyirmi qəpik) cəmi 4,40 (dörd manat qırx qəpik), 3 ədəd göy rəngli “Keno” markalı (nazik) siqaretin, 1 ədədinin qiyməti 2.2 (iki manat iyirmi qəpik) cəmi 6,60 (altı manat altmış qəpik), 5 ədəd boz rəngli “Magna” markalı (nazik) siqaretin 1 ədədinin qiyməti 2.20 (iki manat iyirmi qəpik) cəmi 11 (on bir manat), 1 ədəd ağ rəngli “Maqna” markalı (nazik) siqaretin 1 ədədinin qiyməti 2.30 (iki manat otuz qəpik) cəmi 2,30 (iki manat otuz qəpik), 3 ədəd boz rəngli “Viceroy” markalı (nazik) siqaretin 1 ədədinin qiyməti 2.20 (iki manat iyirmi qəpik) cəmi 6,60 (altı manat altmış qəpik), 1 ədəd sarı rəngli “Prima” markalı (qalın) siqaretin, 1 ədədinin qiyməti 2.20 (iki manat iyirmi qəpik) cəmi 2,20 (iki manat iyirmi qəpik), 7 ədəd göy rəngli “Want XD” markalı (nazik) siqaretin 1 ədədinin qiyməti 2.60 (iki manat altmış qəpik) cəmi 18,20 (on səkiz manat iyirmi qəpik), 5 ədəd qırmızı rəngli “Want XD” markalı (nazik) siqaretin 1 ədədinin qiyməti 2.60 (iki manat altmış qəpik) cəmi 13 (on üç manat), 4 ədəd boz rəngli “Want” markalı (nazik) siqaretin 1 ədədinin qiyməti 2.50 (iki manat əlli qəpik) cəmi 10 (on manat altmış qəpik), 10 ədəd qara rəngli “Want” markalı (nazik) siqaretin 1 ədədinin qiyməti 2.50 (iki manat əlli qəpik) cəmi 25 (iyirmi beş manat), 4 ədəd boz rəngli “Vegas” markalı (nazik) siqaretin 1 ədədinin qiyməti 2.20 (iki manat iyirmi qəpik) cəmi 8,80 (səkkiz manat səksən qəpik), 2 ədəd qara rəngli “Kingstone” markalı (qalın) siqaretin 1 ədədinin qiyməti 2.0 (iki manat) cəmi 4,0 (dörd manat), 2 ədəd boz rəngli “Klassik” markalı (uzun) siqaretin 1 ədədinin qiyməti 2.30 (iki manat otuz) cəmi 4,60 (dörd manat altmış qəpik), 5 ədəd göy rəngli “Klassik” markalı (uzun) siqaretin 1 ədədinin qiyməti 2.50 (iki manat əlli qəpik) cəmi 12,50 (on iki manat əlli qəpik), 7 ədəd qara rəngli “Kent 4” markalı (nazik) siqaretin 1 ədədinin qiyməti 4.0 (dörd manat) cəmi 28 (iyirmi səkkiz manat), 5 ədəd “Kent 8” markalı (qalın) siqaretin 1 ədədinin qiyməti 4.0 (dörd manat) cəmi 20 (iyirmi manat), 10 ədəd “Kent 1x1” markalı siqaretin 1 ədədinin qiyməti 4.0 (dörd manat) cəmi 40 (qırx manat), 10 ədəd boz rəngli “Winston” markalı (nazik) siqaretin 1 ədədinin qiyməti 3.90 (üç manat doxsan qəpik) cəmi 39 (otuz doqquz manat), 9 ədəd boz rəngli “Winston” markalı (qalın) siqaretin 1 ədədinin qiyməti 3.80 (üç manat səksən qəpik) cəmi 34,20 (otuz dörd manat iyirmi qəpik), 8 ədəd sarı rəngli “Winston” markalı (qalın) siqaretin 1 ədədinin qiyməti 3.80 (üç manat səksən qəpik) cəmi 30,40 (otuz manat qırx qəpik), 10 ədəd boz rəngli “LD” markalı (nazik) siqaretin 1 ədədinin qiyməti 3.30 (üç manat otuz qəpik) cəmi 33 (otuz üç manat), 9 ədəd boz rəngli “LD Compact” markalı siqaretin 1 ədədinin qiyməti 3.0 (üç manat) cəmi 27 (iyirmi yeddi manat), 9 ədəd boz rəngli “Winchester” markalı (nazik) siqaretin 1 ədədinin qiyməti 2.90 (iki manat doxsan qəpik) cəmi 26,10 (iyirmi altı manat on qəpik), 6 ədəd boz rəngli “Winchester Compact” markalı siqaretin 1 ədədinin qiyməti 2.80 (iki manat səksən qəpik) cəmi 16,80 (on altı manat səksən qəpik), 7 ədəd göy rəngli “Rotmans” markalı (qalın) siqaretin 1 ədədinin qiyməti 2.90 (iki manat doxsan qəpik) cəmi 20,30 (iyirmi manat otuz qəpik), 10 ədəd boz rəngli “Rotmans” markalı (qalın) siqaretin 1 ədədinin qiyməti 2.90 (iki manat doxsan qəpik) cəmi 29 (iyirmi doqquz manat), 7 ədəd boz rəngli “Palmall” markalı (nazik) siqaretin 1 ədədinin qiyməti 2.80 (iki manat səksən qəpik) cəmi 19,60 (on doqquz manat altmış qəpik), 10 ədəd “Palmall 1x1” markalı siqaretin 1 ədədinin qiyməti 2.80 (iki manat səksən qəpik) cəmi 28 (iyirmi səkkiz manat), 8 ədəd “Palmall Mentol” markalı siqaretin 1 ədədinin qiyməti 2.80 (iki manat səksən qəpik) cəmi 22,40 (iyirmi iki manat qırx qəpik) tütün məmulatları 6 ədəd dəmir qutuda “Hell, 0,250ml” markalı enerji içkisinin 1 ədədinin dəyəri 1,20 (bir manat iyirmi qəpik) cəmi 7,20 (yeddi manat iyirmi qəpik), 10 ədəd dəmir qutuda “Bizon 0,330ml” markalı enerji içkisinin 1 ədədinin dəyəri 1.0 (bir manat) cəmi 10 (on manat), 13 ədəd alışqan, 1 ədədinin dəyəri 0,60 (altmış qəpik) cəmi 7,80 (yeddi manat səksən qəpik), 50 manat dəyərində 50 qəpiklik, 60 manat dəyərində 20 qəpiklik və 11 manat dəyərində kağız pul əskinasları oğurlanmışdır. Ona ümumilikdə 755,90 manat maddi ziyan dəymişdir. O, oğurluq baş verən gün ünvanladığı ərizədə və həmin ərizəsi əsasında verdiyi izahatında oğurlanmış malların və pulların dəyərini hesablamadan, təxminən 2000 manat məbləğində oğurluq edildiyini göstərmişdir. Hazırkı ifadəsində ümumilikdə 755,90 manat dəyərində tütün məlumatları, içkilər və pullar oğurlandığını bildirmişdir və ona dəymiş maddi ziyanın dəyəri kimi hazırkı ifadəsinin əsas götürülməsini xahiş edir. Həmçinin məhkəməyə ərizə verərək bildirdi ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın bir hissəsi ödənilmişdir. Onlara qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmədən yüngül cəza veriməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Tərtər şəhərində yaşayır. Tərtər şəhəri, V.Hüseynov küçəsində özünə məxsus ətriyyat mağazası vardır. Həmin ətriyyat mağazasında müxtəlif markalı ətirlər və müxtəlif ölçüdə və qiymətdə bujetiya əşyaları satılır. İşləri ilə əlaqədar mağazaya satıcı nəzarət edir. xx.xx.2022-ci il tarixdə işdən sonra mağazaya nəzarət etməyə gəlmiş, icəridə olan işçi Qaratel Əliyeva ilə söhbət etmiş və mağazanın satıcısı Qarateli evinə yola salmışdır. Təxminən 20 dəqiqədən sonra adı sonradan ona məlum olan Rəşan adlı şəxs mağazaya daxil olmuş, Rəşanın bujuteriya və hədiyələrə baxdığını görmüşdür. Rəşan adlı şəxs vitrindən 1 ədəd kişi üçün dəyəri 20 manat olan ətir naborunu və 1 ədəd 20 manat dəyərində qab suvinerini sifariş etmişdir. O, həmin əşyaları paketə yerləşdirib Rəşandan alıb-almayacağını soruşmuş, Rəşan ona bacısını gözlədiyini demiş və bacısı gəldikdən sonra hədiyələr arasında seçim edəcəyini bildirmişdir. Təxminən 20-25 dəqiqə civarında gözləməyə başlamış, sonra Rəşana bacısı gəlmədiyi üçün mağazanı bağlamaq istədiyini bildirmişdir. Həmin vaxt Rəşan çölə çıxıb bacısını gətirmək üçün getdiyini bildirmış, bir qədər gözləyib Rəşanın gəlmədiyini görüb mağazanın qapılarını bağlayıb evinə çıxıb getmişdir. Bu barədə Qaratelə zəng edib məlumat vermiş, Rəşan adlı şəxsin mağazadan oğurluq etməsindən şübhələndiyini bildirmiş və həmin şəxsin mağazaya əlavə nə vaxt gəldiyini soruşmuşdur. Qaratel ona Rəşanın təxminən 3 gün əvvəl mağazaya gəldiyini bildirmiş, xx.xx.2022-ci il tarxdə mağazaya gəlib video görüntüyə baxmışdır. Görüntülərə baxan zaman ona xx.xx.2022-ci il tarixdə Rəşanın mağazaya daxil olaraq 3 ədəd hər birinin dəyəri 85 manat olan svarovski bujetirasını, 2 ədəd hər birinin dəyəri 55 manat olan svaroski bujetirasını,1 ədəd “Versace” markalı 85 manat dəyərində olan kişi üçün ətiri əynində olan qısa gödəkçənin alt hissəsinə yığaraq mağazasını tərk etməsi məlum olmuşdur. xx.xx.2022-ci il tarixdə isə Rəşanın mağazadan 1 ədəd 75 manat dəyərində Aventus markalı kişi üçün ətiri oğurladını video görüntü vasitəsi ilə aşkar etmişdir. Ona məxsus olan Tərtər şəhəri, V.Hüseynov küçəsində yerləşən ZH cold adlı ətriyyat mağazasından Rəşan adlı şəxs tərəfindən oğurluq hadisəsi xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə törədilmişdir. Rəşan adlı şəxsin oğurluq etməsi faktını video görüntü vasitəsi ilə aşkar etmişdir. Mağazasından bir ədəd “Versace fresh” markalı və bir ədəd “Greed Aventus” markalı kişi ətirləri, 05 dəst svarovski qaşlarla bəzədilmiş bijuteriya oğurlanmışdır. “Vesace fresh” markalı kişi ətiri, 2022-ci ildə İtaliya Respublikasında istehsal edilmişdir, ölçüsü 100 ml-dır, istifadə edilməmişdir, ətir mavi rəngdə olmaqla, qiyməti 100 manatdır. “Greed Aventus” markalı kişi ətiri 2022-ci ildə BƏƏ-nin Dubay şəhərində istehsal edilmişdir, ölçüsü 100 mldır, ətirin rəngi şəffaf olmaqla, qiyməti 75 manatdır. Bijureriyaların isə hər birinin sırğası, üzüyü, klonlu boyunbağısı vardır və üzərləri svarovski qaşlarla bəzədilmişdir. Bjuteriyalar 2022-ci ildə Koreya Respublikasında istehsal edilmişdir, bijuteriyalar paslanmaz gümüşü rəngli metaldan hazırlanmışdır. Həmin bjuteriyalardan 02 dəstinin üzərində 20 ədəd svarovski qaşlar, digər 03 dəstinin üzərində isə 25 ədəd svarovski qaşlar vardır. Üzərində 20 ədəd svarovski qaş olan bijuteriya dəstinin çəkisi təxminən 10 qram, digər üzərində 25 ədəd svarovski qaş olan bijuteriya dəstinin çəkisi təxminən 15 qramdır. Üzərində 20 ədəd svarovski qaş olan bijuteriyanın bir dəstinin qiyməti 55 manat, üzərində 25 ədəd svarovski qaş olan bijuteriyanın bir dəstinin qiyməti isə 85 manatdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ona məxsus ZH gold mağazasından Təqsirləndirilən şəxs tərəfindən oğurluq 25 aprel 2022-ci il tarixdə saat 19:30 radələrində və 27 aprel 2022-ci il tarixdə saat 14:30 radələrində törədilmişdir. Ona dəyən ziyanın ümumi məbləği 540 manat təşkil edir. O məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını və yekun qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Tərtər rayonu, Ələsgərli kəndində yaşayır, subay olmaqla, heç bir yerdə işləmir. X14 Universitetinin İİİ kurs tələbəsidir. 2019-cu ildən göstərdiyi ünvanda tək yaşamağa başlamış, tələbə olduğu üçün yaşadığı ünvana ayda təxminən 1-2 dəfə gəlib baş çəkmişdir. xx.xx.2022-ci il tarixdə o, yenə yaşadığı ünvana gəlmiş, yaşadğı evin qarşısına gəldikdən sonra darvazanın açıq olduğunu görmüşdür. Həyətə daxil olduqdan sonra yaşadığı evin qapı kilidinin qırıq olduğunu görmüş, evə daxil olduqdan sonra yataq otağına keçmış, otaqda olan “Nokia“ və “KGTEL“ markalı 02 ədəd mobil telefonun yerində olmadığını aşkar etmişdir. Evdən çıxdıqdan sonra həyətdə olan yarımtikililərə baxış keçirmişdir. Bu zamanı kilidin qırılmış olduğunu aşkar etmiş, tikiliyə daxil olduqdan sonra 01 ədəd elektirik ilə işləyən çarxın, 01 ədəd 25 litr həcmli aliminum materalından hazırlanmış ləyənin yerində olmadığını aşkar etmişdir. Sonra evin zirzəmisinə baxış keçirən zamanı kilidin qırıldığını yenidən aşkar etmiş, zirzəmiyə daxil olduqdan sonra 01 ədəd hidrafor aparatının, 02 ədəd 45 və 55 litr həcmli aliminum materiallarından hazırlanmış ləyənin, 01 ədəd 50 litr həcmdə su bedonunun, 05 ədəd 15 litr həcmli alüminium materialından hazırlanmış qazanların və 05 ədəd uzunluğu 4 metr, diametri 2,5 sm qaz borusunun oğurlandığını bilmişdir. Bundan sonra o, bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Ona məxsus evin yataq otağından bir ədəd “Nokia 1110” markalı mobil telefon və “KGTEL K2100” markalı mobil telefon, evin həyətində olan tikilidən bir ədəd bıçaq itiləmək üçün elektrik mühərrikli çarx, bir ədəd tutumu 25 litr, diametri 50 sm, çəkisi 3 kq olan alüminium ləyən, evin zirzəmisindən isə bir ədəd tutumu 45 litr, diametri 80 sm, çəkisi 3,5 kq olan alüminium ləyən, bir ədəd tutumu 55 litr, diametri 100 sm, çəkisi 5 kq olan alüminium ləyən, bir ədəd hidrofor, bir ədəd tutumu 50 litr olan alüminium su bedonu, 5 ədəd alüminium qazan və 5 ədəd qaz borusu oğurlanmışdır. “Nokia-1110” markalı mobil telefon 2007-ci ildə Finlandiya Respublikasında istehsal edilmişdir, 2009-cu ildən istifadə edilmişdir, qiyməti 70 manatdır. “KGTEL K2100” markalı mobil telefon 2021-ci ildə Çin Xalq Respublikasında istehsal edilmişdir, 2021-ci ildən istifadə olunmuşdur, qiyməti 45 manatdır. Bıçaq itiləmək üçün elektrik mühərrikli çarx 2018-ci idə Rusiya Federasiyasında istehsal edilmişdir, 2018-ci ildən istifadə olunmuşdur və qiyməti 40 manat təşkil edir. Bir ədəd tutumu 25 litr, diametri 50 sm, çəkisi 3 kq olan alüminium ləyən SSRİ istehsalıdır, 2005-ci ildən istifadə edilmişdir, qiyməti 70 manatdır. Bir ədəd tutumu 45 litr, diametri 80 sm, çəkisi 3,5 kq olan alüminium ləyən SSRİ istehsalıdır, 2005-ci ildən istifadə edilmişdir, qiyməti 90 manat təşkil edir. Bir ədəd tutumu 55 litr, diametri 100 sm, çəkisi 5 kq olan alüminium ləyən SSRİ istehsalıdır, 2005-ci ildən istifadə edilmişdir, qiyməti 90 manatdır. Bir ədəd hidrofor “Lucky pro MSC 60” markalıdır, 2018-ci ildə Çin Xalq Respublikasında istehsal olunmuşdur, 2018-ci ildən istifadə edilmişdir, qiyməti 45 manat təşkil edir. Bir ədəd tutumu 50 litr, çəkisi 4,5 kq olan alüminium su bedonu SSRİ istehsalıdır, 2006-cı ildən istifadə edilmişdir, qiyməti 50 manatdır. Beş ədəd alüminium qazanın hər birinin tutumu 15 litr, diametri 50 sm, çəkisi, 4 kiloqramdırş, SSRİistehsalıdır, 2006-cı ildən istifadə edilmişdir, bir ədədinin qiyməti 15 manat təşkil edir. Beş ədəd dəmir materialından olan qaz borularının hər birinin uzunluğu 4 metrdir, diametri 2,5 sm-dir, Azərbaycan Respublikası istehsalıdır, istifadə edilməmişdir, bir ədədinin qiyməti 05 manatdır. O məhkəməyə teleqram göndərərək dəymiş zərərin tələb etdiyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını və yekun qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 03 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in “102” xidməti-zəng mərkəzinə etdiyi müraciətlə, həmçinin həmin tarixdə Bərdə rayon polis şöbəsinə yazdığı ərizə ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs1 onun həmkəndilisidir, uzun müddətdir Ramini tanıyır. Aralarında hər hansı bir ədavət və ya düşmənçiliyi yoxdur. 03 iyun 2022-ci il tarixdə təxminən ssat 08 radələrində o, iş yerinə gedərkən Bərdə şəhəri H.Əliyev prospektində “Mono Liza” adlı gül dükanının yanında yerləşən həmkəndlisi Zərərçəkmiş şəxs1 işlətdiyi “Nihad” adlı kiçik marketin qarşısından keçən zaman Raminlə görüşmüşdür. O, Raminlə biraz söhbət etmiş sonra isə Ramin işlətdiyi mağazaya yaxnlaşıb mağazanın giriş qapısının açıq olduğunu görmüşdür. Həmin vaxt Ramin demişdir ki, yoxsa yadından çıxıb mağazanın qapısını bağlamamışdır. Bundan sonra Ramin mağazanın qapısını açıb mağazaya daxil olmuş o, da Raminin arxası mağazanın içərisinə keçmişdir. Bu vaxt mağazada vitrində və masanın yanında olan bəzi siqaretlərin yerində olmadığını görmüşdülər. Ramin mobil telefonla Azərbaycan Respublikası DİN-in “102” zəng mərkəzinə müraciət edib marketdən qapının sındırılması yolu ilə oğurluq edilməsi barədə məlumat vermişdir. Bundan sonra o, ordan çıxıb iş yerinə getdiyini bildirmişdir. Məhkəmə iclasında iş üzrə şahid X10 ifadəsində göstərdi ki, 2004-cü ildən X6, 2017-ci ildən isə Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayorudur. 11 avqust 2022-ci il tarixdə Tərtər rayonu, Ələsgərli kəndində qeydiyyatda olmaqla Bərdə şəhəri, Nüşabə küçəsində yerləşən fəaliyyət göstərməyən inzibati binada yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq odlu silah və döyüş sursatı saxlaması barədə Bərdə rayon polis şöbəsinə məxfi məlumat daxil olmuşdru. Daxil olmuş məlumat əsasında ünvan 3 ünvanına baxış keçirilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bunun üçün Təqsirləndirilən şəxs cinayətkar əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat tədbirləri keçirməyə başlamışlar. Polis əməkdaşları ilə Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri, Nüşabə küçəsimdə yerləşən inzibati binada (köhnə istismara yararsız) məskunlaşdığı ünvana getmişlər. Təqsirləndirilən şəxs Bərdə RPŞ-nə xx.xx.2022-ci il tarixdə daxil olmuş məlumat əsasında yaşadığı ünvanda odlu silah saxlamasında şübhəli olduğunu bildirmişlər. X9 tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvana video görüntü vasitəsilə baxış keçirilməsi izah olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı ünvana polis əməkdaşları tərəfindən video görüntü ilə baxış keçirilməsinə razı olduğunu və etirazının olmadığını bildirmişdir. Baxış keçirilməzdən əvvəl Rəşad Zöhrablıya əgər yaşadığı ünvanda odlu silah vardırsa da könüllü təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs isə yaşadığı ünvanda oldu silah olmasını bildirib evin qarşısından içəri daxil olub, yaşadığı kiçik həcimli otaqda olan çarpayıya tərəf gedib döşəyin altında oldu silahın olduğu yeri əli ilə göstərmişdir. Döşəyin altından 1 ədəd ağ rəngli sintetik torba çıxarılmış və Təqsirləndirilən şəxs nə olması soruşulmuş avtomat olduğunu bildirmişdir. Bundan sonra torbanın içərisindən 1 ədəd avtomat çıxarmış, Rəşan həmin avtomatı təxminən bir il bundan əvvəl Su qovuşan ərazisinə dəmir yığmağa gedəndə oradan tapdığını demişdir. Təqsirləndirilən şəxs bununla bağlı hər hansı bir şəxsə və dövlət orqanına məlumat vermədiyini bildirmişdir. Bundan sonra silahın üzərinə baxılmış silahın nömrə yeri silinmiş vəziyyətdə olmuş, silahla bir yerdə 1 ədəd silaha məxsus daraq və darağın içərisində patronlar də aşkar edilmişdir. Təqsirləndirilən şəxs patronları darağın içərisində bu vəziyyətdə əldə etdiyini bildirmişdir. Bundan sonra darağın içərisində neçə ədəd patronların olmasını müəyyənləşdirmək üçün patronlar çıxardıldıb masanın üzərinə qoyularaq patronlar sayılmış 30 ədəd patron olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 1 ədəd kalaşnikov avtomatı, 1 ədəd daraq, 30 ədəd patron ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış və AR.DİN-nin 94 nömrəli möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imza etmişlər. Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla qadağan olunmuş başqa predmet və ya əşyanın olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunla qadağan olunmuş başqa hər hansı bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra otağa baxış keçirilmiş baxış zamanı qanunla qadağan olunmuş hər hansı bir əşaya və predmet aşkar edilməmişdir. Baxış videoçəkiliş vasitəsi ilə keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş 1 ədəd kalaşnikov avtomotını, 1 ədəd daraq və 30 patron gülləni ilkin sorğu zamanı təxminən 10 ay bundan əvəll Su qovuşan ərazisinə dəmir yığmağa gedən zaman oradan tapıb gətirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilərkən onun yanında heç kim olmamış tək olmuşdur. Məhkəmə iclasında iş üzrə şahid Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis kapitanı X11 şahid X10 ilə eyni məzmunlu ifadə verərərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqı zamanı iş üzrə Şahid1 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə ünvan 5 ünvanda yaşayır. Tərtər şəhəri, Elman Hüseynov küçəsində yerləşən Suliddin Yusifova məxsus mağazanı icarə əsasında işlədir. Həmin mağazada ərzaq məhsulları, həmçini müxtəlif adlarda siqaret və içkilər satır. Adıma VÖEN olmaqla, hər ay vegi ödəyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Mağazada satdığı ərzaq məhsullarını müxtəlif firmalara məxsus avtomobillərdən almış, şirkətin nümayəndələrinə lazım olacaq ərzaqların adın və siyahısını demış, şirkət əməkdaşları növbəti dəfə gələndə həmin məhsulları gətirmişlər. Məhsulları mədaxil qəbzləri əsasında götürmüşdür. 2022-ci ilin iyun ayının əvvəllərində adını sonradan bildiyi Rəşan adlı şəxs mağazaya gəlmış, Rəşan ona ehtiyacı olduğu üçün siqaret satdığını bildirmiş, Rəşandan 1 ədədi 3 manat olmaqla 8 ədəd “Kent 4”, 1 ədədi 3 manat olmaqla 6 ədəd “Vinston” markalı siqaret almış, həmin siqaretləri Rəşandan topdan qiymətindən bir qədər ucuz alsa da, sonuncudan şübhələnməmişdir. Rəşandan həmin siqaretləri 3 manatdan alıb 3 manat 50 qəpiyə satmışdır. Həmin vaxt Rəşan ona siqaretləri aldığını, hazırda ehtiyacı olduğu üçün satmaq istəməsini bildirmiş və bu səbəbdən Rəşandan hec bir halda şübhələnməmişdir. Məhkəmə iclasında iş üzrə şahid RPŞ-nin KTQ-nun baş inspektor-kriminalisti polis baş leytenantı X7 şahidlər Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis kapitanı X11 və X3 ifadəsinə oxşar məzmunlu ifadəsi elan olundu. Cinayət işinin 1-ci cildinin 204-cü vərəqəsində olan Tərtər Rayon Polis Şöbəsinin cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 18 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işinin başlanmasına əsas və səbəb Təqsirləndirilən şəxs Tərtər şəhər sakini Zərərçəkmiş şəxs2 məxsus ətriyyat mağazadan müxtəlif adda ətirlərin və Tərtər rayonu, Ələsgərli kənd sakini Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evindən məişət əşyalarının Təqsirləndirilən şəxs tərəfindən oğurlanması faktı və həmin faktlarla bağlı toplanan HK-1/647 və HK-1/806 nömrəli materiallar olmuşdur. Cinayət işinin 2-ci cildinin 1-2-ci vərəqələrində olan Tərtər Rayon Polis Şöbəsinin təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 18 iyun 2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və Bərdə Rayon Məhkəməsinin qərarına əsasən Bərdə RPŞ-nin MSY-də inzibati həbsdə saxlandığı üçün barəsində qətimkan tədbiri seçilməmişdir. Cinayət işinin 2-ci cildinin 63-64-cü vərəqələrində olan Tərtər Rayon Polis Şöbəsinin cinayət işinin istintaq aidiyyatı üzrə göndərilməsi haqqında 05 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi ibtidai istintaqın davam etdirilməsi məqsədi ilə Bərdə rayon polis şöbəsinin İstintaq bölməsinə göndərilmişdir. Cinayət işinin 1-ci cildinin 104-cü vərəqəsində olan Bərdə Rayon Polis Şöbəsinin cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 04 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işinin başlanmasına səbəb Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə saat 03 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs1 məxsus “Nihad” adlı marketə qanunsuz daxil olaraq, oradan təxminən 2000 manat dəyərində müxtəlif növ tütün məmulatlarını və 40 manat dəyərində qəpik pullarını oğurlaması faktı və həmin fakt əsasında toplanan HK-1-2102 nömrəli material olmuşdur. Cinayət işinin 1-ci cildinin 150-ci vərəqəsində olan Bərdə Rayon Polis Şöbəsinin şübhəli şəxsin tutulması haqqında 04 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 177-178-ci vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 avqust 2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 189-190-cı vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 68-ci vərəqəsində olan Bərdə Rayon Polis Şöbəsinin cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işini 09 sentyabr 2022-ci il tarixdən Bərdə rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X2 icraatına qəbul edilmişdir. Cinayət işinin 1-ci cildinin 197-198-ci vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bərdə rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X4 icraatında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinə icratında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işini 09 sentyabr 2022-ci il tarixdə birləşdirmiş, cinayət işinin istintaqı ********* nömrə altında Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə davam etdirilmişdir. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan Bərdə Rayon Polis Şöbəsinin cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 12 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanmasına səbəb 11 avqust 2022-ci il tarixdə Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirləri nəticəsində Bərdə şəhəri, Nüşabə küçəsində yerləşən inzibati binada (köhnə istismara yararsız tikili) məskunlaşmış Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman evin yataq otağılndan 01 ədəd 5,45 mm-lik Kalaşnikov avtomatı, 01 ədəd patron darağı və 30 ədəd döyüş sursatı (patron) aşkar edilərək edilərək götürülməsi, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 1-ci cildinin 14-cü vərəqəsində olan Bərdə Rayon Polis Şöbəsinin şübhəli şəxsin tutulması haqqında 11 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 56-57-ci vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 13 avqust 2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 72-78-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 4(021)101/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 02 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 11 avqust 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 2-ci cildinin 120-125-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 4(021)161/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 08 yanvar 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 1-ci cildinin 99-100-cü vərəqələrində olan cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işini birləşdirmiş, cinayət işi üzrə əməllər Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsindən həmin Məcəllənin 228.1, 177.2.2 və 177.2.3-cü maddəsinə tövsif olunmuş və bir icraatda ********* nömrəli cinayət işi kimi davam etdirilmişdir. Cinayət işinin 2-ci cildinin 87-91-ci vərəqələrində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23 sentyabr 2022-ci il tarixli, 9/4931 №-li rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların nəzəri qaydada 2022-ci ilin iyun ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 572,45 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. (Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir) Cinayət işinin 2-ci cildinin 92-95-ci vərəqələrində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27 oktyabr 2022-ci il tarixli, 9/7412 №-li rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 8 adda malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 330,00 manat müəyyən olunur. Qərarda göstərilən digər mallar tədqiqata təqdim edilmədiyindən və haqqında ətraflı olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. (Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir) Cinayət işinin 2-ci cildinin 25-ci vərəqəsində olan zərərçəkmiş şəxs kimi tanıma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Cinayət işinin 2-ci cildinin 41-ci vərəqəsində olan zərərçəkmiş şəxs kimi tanıma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Cinayət işinin 1-ci cildinin 134-cü vərəqəsində olan zərərçəkmiş şəxs kimi tanıma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Cinayət işinin 1-ci cildinin 131-133-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin KTİ-nin 18 iyun 2022-ci il tarixli, 011-6982-122 nömrəli arayışından görünür ki, təqdim edilmiş əl izləri DİN KTİ-nin ADİS məlumat bankında olan şəxlərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində izlərdən 03 ədədi xx xxx 1998-ci ildə Tərtər rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovcu (iki dəfə) və sağ əlinin orta barmağı ilə eynilik təşkil etməsi müəyyən edilmişdir. Digər eynilik müəyyən olunmamışdır. Cinayət işinin 1-ci cildinin 35-41-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin KTİ-nin 12 avqust 2022-ci il tarixli, 22/533 R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş №-si silinmiş silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş, AKM modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təddim olunmuş 30 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdır. Cinayət işinin 2-ci cildinin 164-168-ci vərəqələrində olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib CM-in 62-ci maddəsinə əsasən 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 2-ci cildinin 177-ci vərəqəsində olan Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış və cəza çəkdiyi müəssisədən azad olunmuşdur. Cinayət işinin 1-ci cildinin 92-94-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə cəzasına, Tərtər rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələri ilə təqsirli bilinib 500 manat cərimə cəzasına, Tərtər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış və cəza çəkdiyi müəssisədən azad olunmuşdur. Cinayət işinin 2-ci cildinin 175-ci vərəqəsində olan Tərtər RİHB-nın Ələsgərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs mənfi xarakteriza olunmuşdur. Cinayət işinin 1-ci cildinin 90-cı vərəqəsində olan “Bərdə rayon Mərkəzi Xəstəxanası” X17 tərəfindən verilmiş 944 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın narkoloji kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin 1-ci cildinin 91-ci vərəqəsində olan “Bərdə rayon Mərkəzi Xəstəxanası” X17 tərəfindən verilmiş 869 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin 2-ci cildinin 179-195-ci vərəqələrində olan 12 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 dəyən ziyanın məbləği 595 manat, Zərərçəkmiş şəxs2 dəyən ziyanın məbləği 540 manat, Zərərçəkmiş şəxs1 dəyən ziyanın məbləği 755,90 manat qiymətləndirilmiş, işdə olan təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidləri ifadələri, hadisə yerlərinə və Təqsirləndirilən şəxs məskunlaşdığı otağa baxış keçirilməsi barədə protokollar, məhkəmə-ballistik ekspertizasının rəyi və sair istintaq hərəkəti sənədləri cinayət işi üzrə sübut kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Kalaşnikov” konstruksiyalı yivli odlu silah avtomat, həmin silahın komplekt hissəsi 30 patron tutumlu bir ədəd daraq və 27 ədəd 5,45x39 kalibrli patronlar maddi sübut hesab edilmiş və saxlanması üçün Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, üzrə maddi sübut olan 84 qutu siqaretlərin maddi sübut kimi tanınmış və saxlanması üçün Zərərçəkmiş şəxs1 təhvil verilmiş, 21 iyul 2022-ci il tarixli diskə baxış keçirilməsinə dair protokolda Təqsirləndirilən şəxs Tərtər şəhərində ətriyyat mağazasından xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə oğurluq etməsini əks etdirən 1 ədəd DVD disk və 11 avqust 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokola Təqsirləndirilən şəxs yaşadığı evdən ona məxsus olan aşkar edilərək götürülmüş bir ədəd “Kalaşnikov” konstruksiyalı yivli odlu silah avtomat, həmin silahın komplekt hissəsi 30 patron tutumlu bir ədəd daraq və 30 ədəd 5,45x39 kalibrli patronların görüntüsünü əks etdirən 1 (bir) ədəd “DVD” disk sübut növü kimi tanınmış və cinayət işi materaillarına əlavə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 228.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və onlar müvafiq olaraq qeyd edilən maddələr ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməldən peşman olmasını, gənc olmasını, zərərçəkmiş şəxslərdən biri ilə barışmasını, həmin zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını ona dəymiş ziyanın bir hissəsini ödəməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin residivi ağırlaşdıran hallar kimi qiymətləndirilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Tərtər rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış və cəza çəkdiyi müəssisədən azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Tərtər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən iki il müddət keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1- ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, qanunlara əməl olunmaq ruhunda tərbiyə olunmamasını, islah edilməməsini təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 228.1ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 iyun 2022-ci il tarixdə Tərtər Rayon Polis Şöbəsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və Bərdə Rayon Məhkəməsinin qərarına əsasən Bərdə RPŞ-nin MSY-də inzibati həbsdə saxlandığı üçün barəsində qətimkan tədbiri seçilməmiş, 04 avqust 2022-ci il tarixdə Bərdə Rayon Polis Şöbəsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək şübhəli şəxs qismində tutulmuş, 06 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə Bərdə RPŞ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, 11 avqust 2022-ci il tarixdə Bərdə Rayon Polis Şöbəsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək şübhəli şəxs qismində tutulmuş, 13 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, Bərdə Rayon Məhkəməsinin 4(021)101/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən barəsində 02 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, Bərdə Rayon Məhkəməsinin 4(021)161/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən həbsdə saxlanılma müddəti 08 yanvar 2023-cü il tarixədək uzadılmışdır. Ona görə də, cəzasının əvvəli 11 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 (iki) gün müddət (04 avqust 2022-ci il tarixdən- 06 avqust 2022-ci il tarixədək) nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əməli residiv kimi qiymətləndirildiyindən ona cəza təyin olunarkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab olunan Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan bir ədəd “Kalaşnikov” konstruksiyalı yivli odlu silah avtomat, həmin silahın komplekt hissəsi 30 patron tutumlu bir ədəd daraq və 27 ədəd 5,45x39 kalibrli patronlar dövlət nəfinə müsadirə olunmalı və saxlanması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin silah –sursat saxlancına təhvil verilməlidir . İş üzrə maddi sübut olan 84 qutu siqaterlərin saxlanması üçün Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalıdır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 100 AZN (50 AZN + 50 AZN) Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən tolanmaqla üzərində 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 04 avqust 2022-ci il tarixindən 06 avqust 2022-ci il tarixinədək 02 (iki) gün həbsdə saxlamanın 01 (bir) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər olmaq hesabı ilə ona təyin olunmuş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasından 02 (iki) gün çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 11 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. İş üzrə maddi sübut olan Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan bir ədəd “Kalaşnikov” konstruksiyalı yivli odlu silah avtomat, həmin silahın komplekt hissəsi 30 patron tutumlu bir ədəd daraq və 27 ədəd 5,45x39 kalibrli patronlar nəfinə müsadirə olunmalı və saxlanması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin silah –sursat saxlancına təhvil verilsin. İş üzrə maddi sübut olan 84 qutu siqaterlərin saxlanması üçün Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-43/2023
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-43/2023
20.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver