Məhkəmə qərarları › İş №1(021)-43/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-43/2025

17.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-43/2025 17.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi ilə, Dövlət ittihamçısı , Müdafiəçilər Müdafiəçi2 və X1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, natamam orta təhsilli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək təyin edilmiş cəza 04 il müddətinə artırılmış, Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2018-ci il tarixdə cəza müddəti başa çatmış, Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 67, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 02 il 06 aya endirilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2018-cı il tarixli qərarı ilə 01 ay 07 gün müddətinə vaxtından əvvəl şərti olaraq azad edilmiş, Naftalan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 69.3, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il 17 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bərdə rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 66.5, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə 11 ay 14 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və götürülmüş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bərdə şəhəri ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə, xx.xx.2002-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, Bərdə rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bərdə rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzası 04 ay 12 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 4-də qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tаmаh niyyəti ilə qəsdən özgənin əmlаkını tаlаmаq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qаbаqcаdаn əlbir оlаn bir qrup şəxs qismində birləşərək vahid niyyət ilə əhatə olunan qəsdlə 07 avqust 2024-cü il tarixdə axşam saat 22 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus 1(bir) mərtəbəli fərdi yaşayış evinin ön hissəsində olan plastik pəncərəni açaraq evə qanunsuz daxil olub həmin evin qonaq otağından dəyəri 350 (üç yüz əlli) manat olan 1(bir) ədəd 109 sm dioqanal ölçüdə “Shivaki” markalı televizoru, ümumi dəyəri 75 (yetmiş beş) manat olan 1(bir) ədəd korton qutuda içərisində ayrı-ayrılıqda dəyəri 30 (otuz) manat olan qranit materialdan 1(bir) ədəd, 60 sm radiusda, 7 lt tutumlu qazan, dəyəri 45 (qırx beş) manat olan qranit materialdan 1(bir) ədəd 60 sm radiusda tava olan qazan dəstini, ümumi dəyəri 200(iki yüz) manat olan 1(bir) ədəd korton qutuda içərisində 3 (üç) dəst qoşaçarpayı üçün çexol-prostina, yorğan, yastıq olan yataq dəstini gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 625 (altı yüz iyirmi beş) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tаmаh niyyəti ilə qəsdən özgənin əmlаkını tаlаmаq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qаbаqcаdаn əlbir оlаn bir qrup şəxs qismində birləşərək vahid niyyət ilə əhatə olunan qəsdlə 07 avqust 2024-cü il tarixdə axşam saat 22 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus 1(bir) mərtəbəli fərdi yaşayış evinin ön hissəsində olan plastik pəncərəni açaraq evə qanunsuz daxil olub həmin evin qonaq otağından dəyəri 350 (üç yüz əlli) manat olan 1 (bir) ədəd 109 sm dioqanal ölçüdə “Shivaki” markalı televizoru, ümumi dəyəri 75 (yetmiş beş) manat olan 1(bir) ədəd korton qutuda içərisində ayrı-ayrılıqda dəyəri 30 (otuz) manat olan qranit materialdan 1(bir) ədəd, 60 sm radiusda, 7 lt tutumlu qazan, dəyəri 45 (qırx beş) manat olan qranit materialdan 1(bir) ədəd 60 sm radiusda tava olan qazan dəstini, ümumi dəyəri 200 (iki yüz) manat olan 1 (bir) ədəd korton qutuda içərisində 3 (üç) dəst qoşaçarpayı üçün çexol-prostina, yorğan, yastıq olan yataq dəstini gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 625 (altı yüz iyirmi beş) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir səhvdir ki, etmişlər, istintaq zamanı vediyi ifadəsini təsdiq edir. Hadisəni törədən zaman içkili vəziyyətdə olmuşlar. Girdikləri evin sahibini tanımamışlar. Saqiyə demişdir ki, evə girək. Birlikdə həmin evə getmişlər. Birinci o, hasardan evə girmiş, Saqi onu çöldə gözləmişdir. O, evdən televizor və qazan dəsti götürmüş, həmin əşyaları satmaq istəmişdir. Televizoru və qazanları qucağında aparmış, sonra qazanları daşımağa Saqini çağırmışdır. Televizoru o, qazanları isə Saqi aparmışdır. Əşyaları dəmir yolunda gizlətmişdir. Qazanları sonradan bazarda 100 manata satmışdır. Hazırda əşyaları geri qaytarmaq istəyir, lakin zərərçəkmiş əşyaların pulunu tələb edir. Hazırda əməlindən peşman olduğunu, məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, evə daxil olmamışdır. Seymur götürdüyü əşyaları hasardan ona vermişdir. Bilməmişdir ki, əşyalar oğurluqdur. Həmin vaxt içkili olmuşdur. Özündə olmamışdır. Hazırda əməlindən peşman olduğunu, məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olması özlərinin ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 2də ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Övladlarının Bakı şəhərində universitetdə ali təhsil almaları ilə bağlı mütəmadi olaraq Bakı şəhərinə gedib övladlarına baş çəkmişdir. Həmin müddət ərzində evin açarını baldızı Şüküfə adlı şəxsə vermiş və Şüküfə gedib evə nəzarət etmişdir. xx.xx.2024-cü il tarixdə yaşadığı evdən Bakı şəhərinə getmişdir. Həmin müddət ərzində baldızı Şüküfə mütəmadi olaraq gedib evə baş çəkmişdir. Şüküfə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə axşam saat 20 radələrində yaşadığı evə gedib baş çəkmiş və evdə hər şey normal olmuşdur. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 12 radələrində baldızı Şahid1 istifadəsində olan mobil telefona zəng edib baş çəkmək üçün evlərinə getdiyini və evdən oğurluq olmasını aşkar etdiyini bildirmişdir. O, dərhal Bakı şəhərindən Bərdə şəhərinə yaşadığı ünvana gəlmişdir. Evə baxış keçirən zaman qonaq otağından 1(bir) ədəd 109 sm dioqanal ölçüdə, qara rəngli “Shivaki” markalı televizorun, 1(bir) ədəd korton qutuda qazan dəstinin, 1 (bir) ədəd korton qutuda yataq dəstinin oğurlanmasını aşkar etmişdir. Bundan sonra dərhal AR DİNnin 102 xidmətinə zəng edib müraciət etmiş və Bərdə RPŞ-nin polis əməkdaşları evə gəlib müayinə etmişlər. Evdən oğurlanmış 1(bir) ədəd 109 sm dioqanal ölçüdə “Shivaki” markalı televizoru 1 il əvvəl kredit üsulu ilə 1000 (bir min) manata almış, hazırda bazar qiyməti təxminən 800 (səkkiz yüz) manatdır, 1(bir) ədəd korton qutuda qazan dəstini 4 il əvvəl 250 (iki yüz əlli) manata almış, dəstin içində qranit materialdan olan 1 (bir) ədəd, 60 sm radiusda, 7 lt tutumlu qazan, qranit materialdan olan 1 (bir) ədəd 60 sm radiusda tava olmuşdur. 1 (bir) ədəd korton qutuda yataq dəstini 2 il əvvəl 200 (iki yüz) manata almış, yataq dəstinin içərisində 3 (üç) dəst qoşaçarpayı üçün çexol-prostina, yorğan, yastıq olmuşdur. Evə daxil olmuş naməlum şəxs evin ön tərəfində yerləşən pəncərədən evə daxil olmuş və eyni yerdən çıxaraq getmişdir. Yaşadığı evdən baş vermiş oğurluq hadisəsi ilə bağlı ona təxminən 1250 (bir min iki yüz əlli) manat maddi ziyan dəymişdir. Evindən baş vermiş oğurluq ilə bağlı şübhələndiyi şəxs və ya şəxslər olmamışdır. Həmçinin məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə göndərərək, Təqsirləndirilən şəxs1 ilə barışdığını, ondan heç bir şikayət və iddia tələbinin olmadığını bildirmişdir. Lakin daha sonra məhkəməyə teleqram göndərərək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını və onlardan şikayəti olmadığını bildirmişdir. Lakin ziyanın ödənilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifаdəsində göstərmişdir ki, ünvan 2-də yaşayan Zərərçəkmiş şəxs bacısı Nailənin həyat yoldaşıdır. Feruzun övladları Bakı şəhərində Universitetdə ali təhsil almaları ilə bağlı mütəmadi olaraq Bakı şəhərinə gedib övladlarına baş çəkmişdir. Həmin müddət ərzində evin açarın ona vermişlər və o, gedib evə nəzarət etmişdir. xx.xx.2024-cü il tarixdə Feruzgil yaşadıqları evdən Bakı şəhərinə getmişlər. Həmin müddət ərzində o, mütəmadi olaraq gedib evə baş çəkmişdir. xx.xx.2024-cü il tarixdə axşam saat 20 radələrində Feruzun yaşadığı evə gedib baş çəkmiş və evdə hər şey normal olmuşdur. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 12 radələrində baş çəkmək üçün Feruzun evinə getmiş, həyətə daxil olanda evin pənəcərəsinin açıq olmasını görüb şübhələnmişdir. Evə qapıdan daxil olub evin dağınıq olmasını və bəzi əşyaların yerində olmadığını görəndə artıq evdən oğurluq hadisəsi olmasını anlamışdır. Dərhal Feruza zəng edib evdən oğurluq olması barədə məlumat vermişdir. Feruz dərhal Bakı şəhərindən Bərdə şəhərinə yaşadığı ünvana gəlmişdir. Feruz evə baxış keçirən zaman qonaq otağından 1 (bir) ədəd 109 sm dioqanal ölçüdə, qara rəngli “Shivaki” markalı televizorun, 1 (bir) ədəd korton qutuda qazan dəstinin, 1 (bir) ədəd korton qutuda yataq dəstinin oğurlanmasını aşkar etmişdir. Bundan sonra Feruz dərhal AR DİN-nin 102 xidmətinə zəng edib müraciət etmiş və Bərdə RPŞ-nin polis əməkdaşları evə gəlib müayinə etmişlər. Evə daxil olmuş şəxs evin ön tərəfində yerləşən pəncərədən evə daxil olmuş və eyni yerdən çıxaraq getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, uzun illərdir Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində “ayaq körpüsü” adlanan yerdə televizor təmiri ilə məşğul olmuşdur. Münasib qiymətə olanda televizor alqı-satqısı ilə də məşğul olmuşdur. Orada onunla birlikdə Şahid3 da işləmişdir. Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, Seymur ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində işlədiyi yerin qarşısında küçədə iş yoldaşı Mütalib ilə birlikdə olarkən sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 ona yaxınlaşmış, əlində olan 1 (bir) ədəd ekranı qırıq vəziyyətdə 109 sm diaqonal “Shivaki” markalı televizoru təqdim edib özünə məxsus olmasını, təmir etdirmək istədiyini bildirmişdir. Ekranı bərbad halda olduğu üçün televizorun təmirinə təxminən 300 manatdan yuxarı pul lazım olduğunu bildirmişdir. Bu vaxt Təqsirləndirilən şəxs1 maddi imkanının zəif olmasını əsas gətirib, televizoru satmaq qərarına gəldiyini bildirmiş və ona televizoru almağı təklif etmişdir. O, isə televizorun yararsız halda olmasını, yalnız ehtiyyat hissələrindən istifadə etmək üçün ala biləcəyini bildirmişdir. Şifahi razılaşmalarına əsasən Təqsirləndirilən şəxs1 həmin televizoru 13 (on üç) manat müqabilində ona satmışdır. Sonrakı günlərdə Bərdə RPŞ-nin polis əməkdaşı ona yaxınlaşmış və Təqsirləndirilən şəxs1 ona satmış olduğu “Shivaki” markalı televizor barəsində ondan maraqlanmışdır. O, da həmin televizoru aldığını etiraf etmişdir. Bu zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 ona satmış olduğu “Shivaki” markalı televizor oğurluq yolu ilə əldə edilmişdir. Polis əməkdaşı ifadə verməsi üçün onu Bərdə RPŞ-nin İstintaq bölməsinə dəvət etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, o, televizoru alarkən Təqsirləndirilən şəxs1 həmin televizoru oğurlamasını bilməmiş, əks təqdirdə dərhal polisə məlumat verərmiş. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifаdəsində göstərmişdir ki, o, uzun illərdir Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində “ayaq körpüsü” adlanan yerdə televizor təmiri ilə məşğul olmuşdur. Orada onunla birlikdə Şahid2 da işləmişdir. Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, Seymur ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində işlədiyi yerin qarşısında küçədə iş yoldaşı Ayaz ilə birlikdə olarkən sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 Ayaza yaxınlaşmış, əlində olan 1 (bir) ədəd ekranı qırıq vəziyyətdə 109 sm diaqonal “Shivaki” markalı televizoru təqdim edib özünə məxsus olmasını, təmir etdirmək istədiyini bildirmişdir. Ekranı bərbad halda olduğu üçün televizorun təmirinə təxminən 300 manatdan yuxarı pul lazım olduğunu bildirmişlər. Bu vaxt Təqsirləndirilən şəxs1 maddi imkanının zəif olmasını əsas gətirib, televizoru satmaq qərarına gəldiyini bildirmiş və Ayaza televizoru almağı təklif etmişdir. Ayaz isə televizorun yararsız halda olmasını, yalnız ehtiyyat hissələrindən istifadə etmək üçün ala biləcəyini bildirmişdir. Şifahi razılaşmalarına əsasən Təqsirləndirilən şəxs1 həmin televizoru 13 (on üç) manat müqabilində Ayaza satmışdır. Sonrakı günlərdə Bərdə RPŞ-nin polis əməkdaşı Ayaza yaxınlaşmış və Təqsirləndirilən şəxs1 Ayaza satmış olduğu “Shivaki” markalı televizor barəsində maraqlanmışdır. Ayazda həmin televizoru aldığını etiraf etmişdir. Bu zaman onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 Ayaza satmış olduğu “Shivaki” markalı televizor oğurluq yolu ilə əldə edilmişdir. Polis əməkdaşı ifadə verməsi üçün Ayazı Bərdə RPŞ-nin İstintaq bölməsinə dəvət etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, nə o, nə də Ayaz Təqsirləndirilən şəxs1 həmin televizoru oğurlamasını bilməmişlər, əks təqdirdə dərhal polisə məlumat verərmiş. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan 27 avqust 2024-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, 27 avqust 2024-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 68-69-cu vərəqələrində olan 29 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Cinayət işinin 1-ci cildinin 22-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 37-38-ci vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin şübhəli şəxsin tutulması haqqında 27 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 70-71-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29 avqust 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 108-110-cu vərəqəsində olan Bərdə Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli 4(021)122/2024 qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 177.2.1-ci və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində “ev dustaqlığı“ qətimkan tədbiri seçilmiş və dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. “Ev dustaqlığı” qətimkan tədbirinin müddəti 03 (üç) ay həddində, yəni 27 noyabr 2024-cü il tarixədək müəyyən edilmiş və əvvəli 27 avqust 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 2-ci cildinin 11-12-ci vərəqələrində olan 27 noyabr 202224-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 177.2.1-ci və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə“ qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 31-32-ci vərəqələrində olan 02 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. Cinayət işinin 1-ci cildinin 194-205-ci vərəqəsində olan Naftalan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(052)1/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 03 il 17 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin 1-ci cildinin 108-110-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək təyin edilmiş cəza 04 il müddətinə artırılmış, Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2018-ci il tarixdə cəza müddəti başa çatmış, Şəki Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 67, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 02 il 06 aya endirilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2018-cı il tarixli qərarı ilə 01 ay 07 gün müddətinə vaxtından əvvəl şərti olaraq azad edilmiş, Naftalan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 69.3, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il 17 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bərdə rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 66.5, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə 11 ay 14 gün vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin 1-ci cildinin 66-67-ci vərəqəsində olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3521 nömrəli arayış və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə şəhəri Füzuli küçəsi ev 107 ünvanında yaşayır və verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 129-cı vərəqəsində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X4 daxil olmuş 16 sentyabr 2024-cц il tarixli 18- 1-28/2-1751/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin 1-ci cildinin 133-134-cü vərəqəsində olan 03 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tanınmış və şübhəli şəxs qismində tutulması üçün barəsində axtarış elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 140-cı vərəqəsində olan 05 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 05 oktyabr 2024-cü il tarixdə tutularaq MSYnə təhvil verilmişdir. Cinayət işinin 1-ci cildinin 157-158-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 175-179-cu vərəqəsində olan Bərdə Rayon Məhkəməsinin 06 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 177.2.1-ci və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində “həbs“ qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 1-ci cildinin 251-255-ci vərəqəsində olan Bərdə Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 177.2.1-ci və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs“ qətimkan tədbiri 27 noyabr 2024-cü il tarixdən 27 dekabr 2024-cü il tarixinədək uzadılmışdır. Cinayət işinin 2-ci cildinin 45-46-ci vərəqələrində olan 02 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. Cinayət işinin 1-ci cildinin 209-218-ci vərəqəsində olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(021)99/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 69, 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 1-ci cildinin 224-cü vərəqəsində olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 barəsində Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 8 (səkkiz) ay 25 (iyirmi beş) günü iki günü bir gün hesablanılmaqla ona 4 (dörd) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə əvəz edilmiş və cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 1-ci cildinin 226-229-cu vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cm-nin 234.1-ci maddəsi ilə ilə təqsirli bilinib 01 il 05 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 cəzasının çəkilməmiş qalan 8 (səkkiz) ay 25 (iyirmi beş) günü iki günü bir gün hesablanılmaqla ona 4 (dörd) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə əvəz edilmiş və cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 1-ci cildinin 206-207-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 1-ci cildinin 191-192-ci vərəqəsində olan Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli 4279 nömrəli arayış və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 4 ünvanında yaşayır və verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 208-ci vərəqəsində olan cinayət işi materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X4 daxil olmuş 14 oktyabr 2024-cü il tarixli 18-1-28/2-1935/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdən Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji kabinetində “Opioid qəbulu” diaqnozu ilə dispanser qeydiyyatdadır. Təqsirləndirilən şəxs2 Bərdə RMX-nın Poliklinika şöbəsinin Ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin 2-ci cildinin 06-08-ci vərəqələrində olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 noyabr 2024-cü il tarixli 9/8357 nömrəli rəyindən görünür ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarda qeyd edilən malların orta istismar intensivliyi və orta istismar parametrlərinə uyğun olaraq 2024cü ilin avqust ayında orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 425,00 manat müəyyən edilir. Qərarda və cədvəlin 4-5-6-cı bəndlərində göstərilən malların ölçüləri haqqında kifayət qədər məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Qiymətləndirilmiş malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir:

1. 1(bir) ədəd 109sm dioqanal ölçüdə “Shivaki” markalı televizor -350(üç yüz əlli) manat,

2. 7 lt tutumlu qazan içərisində qranit materialdan olan, 60 sm radiusda qazan- 30 manat,

3. qranit materialdan olan 60sm radiusda tava- 45 manat,

4. korton qutuda qazan dəsti-

5. qoşaçarpayı üçün çexol-prostina 3-dəst

6. yorğan, yastıq olan karton qututda olan yataq dəsti Cinayət işinin 2-ci cildinin 18-29-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərara əsasən Şahid2 götürülmüş Zərərçəkmiş şəxs məxsus 1(bir) ədəd 109 sm dioqanal ölçüdə, qara rəngli, ekranı qırıq vəziyyətdə olan “Shivaki” markalı televizor cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış və televizorun cinayət işinin materialları ilə tanış etmədən sonra saxlama müddəti ərzində sahibində saxlanılması nəzərə alınmışdır. Həmçinin zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın məbləği ümumilikdə 625 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 63-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs 1(bir) ədəd 109 sm dioqanal ölçüdə, qara rəngli, ekranı qırıq vəziyyətdə olan “Shivaki” markalı televizoru təhvil almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və onlar həmin maddələr ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törətdiyi əməldən peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan 2 övladının olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətinin olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hal yoxdur. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, cinayətlərin residivi yaranmadığını müəyyən etmişdir. Təqsirləndirilən şəxs1 Bərdə rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 66.5, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə 11 ay 14 gün vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4.3-cü madəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, əvvəllər dəfələrlə məhkum olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 27 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək şübhəli şəxs qismində tutulmuş, 29 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, 29 avqust 2024-cü il tarixdə barəsində 27 noyabr 2024-cü il tarixədək “ev dustaqlığı“ qətimkan tədbiri seçilmiş və dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş, 27 noyabr 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə“ qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə və “ev dustaqlığında” saxlamanın müddəti və azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 27 avqust 2024-cü il tarixindən 29 avqust 2024-cü il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət və 29 avqust 2024cü il tarixindən 27 noyabr 2024-cü il tarixinədək ev dustaqlğında saxlanıldığı 2 ay 28 gün müddət nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm elan olunduğu andan ləğv olunmalı, barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə zalından həbsə alınmalıdır. Buna görə də Təqsirləndirilən şəxs1 cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni 17 mart 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdiyi əməldən peşman olmasını, gənc olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətinin olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, cinayətlərin residivi yaranmadığını müəyyən etmişdir. Təqsirləndirilən şəxs2 Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 69, 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 cəzasının çəkilməmiş qalan 8 (səkkiz) ay 25(iyirmi beş) günü iki günü bir gün hesablanılmaqla ona 4 (dörd) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə əvəz edilmiş və cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını, cəzasını çəkməkdən boyun qaçırmasını və məhkumluğunun ödənilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 69, 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 cəzasının çəkilməmiş qalan 8 (səkkiz) ay 25 (iyirmi beş) günü iki günü bir gün hesablanılmaqla ona 4 (dörd) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə əvəz edilmiş və cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarından görünür ki, hazırkı ittiham üzrə Təqsirləndirilən şəxs2 tərəfindən törədilən cinayət, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(021)99/2023 nömrəli hökmündən sonra baş vermişdir. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikasının CM-nin 67.3-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi beş ildən çox ola bilməz. Azərbaycan Respublikasının CM-nin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə hesab edir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 4 (dörd) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəza ilə qismən birləşdirilməklə üzərində qəti cəza təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 05 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, Bərdə Rayon Məhkəməsinin 06 oktyabr 2024-cü il tarixli qərarı ilə barəsində “həbs“ qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 oktyabr 2024-cü il tarixdən hesablanmış, Bərdə Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş “həbs“ qətimkan tədbiri 27 dekabr 2024-cü il tarixinədək uzadılmışdır. Buna görə də Təqsirləndirilən şəxs2 cəzasının əvvəli 05 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, həmin maddədən görünür ki, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarının 5-ci bəndinə əsasən əvvələr azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş şəxslər əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilməz. Ona görə də Təqsirləndirilən şəxs2 əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs hesab edilməməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 50 (əlli) manat ekspertiza tədqiqatlarının dəyəri alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan 1(bir) ədəd 109 sm dioqanal ölçüdə, qara rəngli, ekranı qırıq vəziyyətdə olan “Shivaki” markalı televizorun iş üzrə Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Zərərçəkmiş şəxsə dəymiş ümumi maddi ziyanın məbləği olan 625 manatdan 1(bir) ədəd 109 sm dioqanal ölçüdə, qara rəngli olan “Shivaki” markalı televizorun dəyəri olan 350 manat çıxılmaqla zərərçəkmiş şəxsə dəymiş ziyanın məbləği ümumilikdə 275 manat məbləğində müəyyən edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 27 avqust 2024-cü il tarixindən 29 avqust 2024-cü il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün müddətin və 29 avqust 2024-cü il tarixindən 27 noyabr 2024-cü il tarixinədək ev dustaqlğında saxlanıldığı 2 ay 28 gün müddətin 01 (bir) günü azadlıqdan məhrumetmə cəzasının 01 (bir) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalndan dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli 17 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, həmin cəza ilə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(021)-66/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş və çəkilməmiş 04 ay 12 gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli 05 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan 1(bir) ədəd 109 sm dioqanal ölçüdə, qara rəngli, ekranı qırıq vəziyyətdə olan “Shivaki” markalı televizorun iş üzrə Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxsə dəymiş ümumi maddi ziyanın məbləği olan 625 manatdan 1(bir) ədəd 109 sm dioqanal ölçüdə, qara rəngli “Shivaki” markalı televizorun dəyəri olan 350 manat çıxılmaqla zərərçəkmiş şəxsə dəymiş ziyanın məbləği ümumilikdə 275 manat məbləğində müəyyən edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar